Xəbər lenti
11/07/2020 [21:31]:
Azərbaycanda Baş həkim koronavirusdan dünyasını dəyişdi
11/07/2020 [21:14]:
"O, Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli örnəklərini yaradıb"
11/07/2020 [21:10]:
Ədliyyə Nazirliyinin vəzifələri artırılıb
11/07/2020 [20:55]:
Koronavirusa yoluxan jurnalist sağaldı
11/07/2020 [20:53]:
Paşinyan Ermənistanın təcavüzkar siyasətini bir daha etiraf etdi
11/07/2020 [20:52]:
Azərbaycanda beş milyonluq dövlət vəsaitini mənimsəyən mütəşəkkil dəstə ələ keçdi - VİDEO
11/07/2020 [20:43]:
Bred Pittlə Ancelina Coli yenidən evlənəcək
11/07/2020 [20:40]:
“Erməni yalanlarını ifşa edən kitablar beynəlxalq arenaya çıxarılmalıdır”
11/07/2020 [20:35]:
Şəmkirdə mikroavtobus aşıb, xeyli sayda yaralı var
11/07/2020 [20:00]:
Yerevanda "bit bazarında" etiraz aksiyası keçirilib
11/07/2020 [19:55]:
XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir
11/07/2020 [19:53]:
Rəşad Mahmudov: "Cavid Paşayev hələlik EKMO cihazına qoşulmayıb”
11/07/2020 [19:48]:
AMEA-nın tarixi binasının üzərindəki yazıların sökülməsi müzakirələr səbəb oldu - VİDEO
11/07/2020 [19:44]:
"Neftçi"nin sabiq vitse-prezidenti koronavirusdan vəfat etdi
11/07/2020 [19:39]:
Rusiyada ermənilərin Polad Bülbüloğluya qarşı təxribatı baş tutmadı
11/07/2020 [19:15]:
Baş Nazir Konstitusiya Məhkəməsinə sorğu göndərib
11/07/2020 [19:12]:
Ermənistan rəhbərlərinin “demokratiya” anlayışı və Avropa təşkilatlarının susqunluğu...
11/07/2020 [19:10]:
Gələn həftə Azərbaycanda leysan və dolu gözlənilir - PROQNOZ
11/07/2020 [18:49]:
“Ramiz Mehdiyevin xarici dövlətin yüksək səviyyəli qurumları qarşısında öhdəlikləri var”
11/07/2020 [18:48]:
Azərbaycan Prezidentinin təşəbbüsü ilə toplanan BMT BA-nın xüsusi iclası üçün BMT gündəliyi açıqlanıb
11/07/2020 [18:47]:
İşdən çıxarılan icra başçısı: “Səhvim oldu, Prezident məni vəzifəmdən azad etdi”
11/07/2020 [18:39]:
Qənirə Paşayeva Abbas Səhhətin anım günündən yazdı...
11/07/2020 [18:19]:
Elza Seyidcahan: “Qadın ərinə xidmət etməlidir” - VİDEO
11/07/2020 [18:17]:
Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsi üçün ev tikildi - VİDEO
11/07/2020 [18:14]:
Xızıda körpünün altından 13 ədəd zenit top mərmisi tapılıb - FOTO
11/07/2020 [18:01]:
Hindistanda almaz bəzəkli tibbi maskalar satışa çıxarıldı
11/07/2020 [17:58]:
Nazirlikdən azərbaycanlı bloqerin 190 manatlıq yardımla aldığı qarpızları təpikləməsinə REAKSİYA
11/07/2020 [17:56]:
Ermənistan prezidenti Azərbaycanda ermənilərin artımı üçün praktik addım atdı...
11/07/2020 [17:55]:
Maştağada zibil qabları olmayan sakinlər tullantıları tarixi abidənin içərisinə atır
11/07/2020 [17:24]:
Ucar sakininin döyülərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
11/07/2020 [17:19]:
Azərbaycanda bir gündə 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib
11/07/2020 [17:07]:
ABŞ-ın kəşfiyyat təyyarəsi yenə Rusiyanın hava məkanına daxil olub
11/07/2020 [17:04]:
Xabarovskda görünməmiş aksiya
11/07/2020 [17:01]:
"Heç bir başqa ölkədə son 17 ildə sosial - iqtisadi sahədə bu qədər artım olmayıb"
11/07/2020 [16:59]:
DTX-nın “Təşəbbüsçü” agent kateqoriyasına kim cəhd edir?
11/07/2020 [16:55]:
Məmurların həbsi fonunda övladlarının da gündəmə gətirilməsi hüquq və media əxlaqı baxımından doğrudurmu?
11/07/2020 [16:25]:
"Xeyli çəki almışam" - Rafael Ağayev
11/07/2020 [16:24]:
İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
11/07/2020 [16:22]:
Cəlilabadda karantin qaydalarını pozan obyektlər aşkarlandı
11/07/2020 [16:18]:
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
11/07/2020 [16:02]:
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
11/07/2020 [16:00]:
“Arif Qasımov vəzifədən belə salamat getməsinə görə nəzir-niyaz paylamalıdır...”
11/07/2020 [15:47]:
Vüqar Bayramov: “BMT-nin hesabatına görə Azərbaycan regionun lider ölkəsidir”
11/07/2020 [15:45]:
Cəsarət Valehov: "Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada başlayacağıq"
11/07/2020 [15:43]:
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”
11/07/2020 [15:40]:
Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO
11/07/2020 [15:38]:
Venesuelada fövqəladə vəziyyət daha bir ay uzadıldı
11/07/2020 [15:14]:
Azərbaycan BMT-nin təhsil proqramında təmsil olunub
11/07/2020 [15:03]:
"Əgər qızı pis yola düşübsə, bunun məsuliyyətini atası daşıyır..."
11/07/2020 [15:01]:
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
11/07/2020 [14:56]:
"Haqlı olaraq vətəndaş dilə gətirir ki, hamımızın bərabər səviyyədə müalicə olunmaq haqqımız varsa..."
11/07/2020 [14:54]:
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü... - Xanım Qafarovasız 6 il
11/07/2020 [14:49]:
MİDA-nın Yasamalda tikdirdiyi binalardan mənzil alanlar aldadılıb..?
11/07/2020 [14:45]:
Mədəni təəssübkeşlik, yoxsa ikili standartlar?
11/07/2020 [14:41]:
Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır
11/07/2020 [14:39]:
"Attestatı 100 dollara almışam"
11/07/2020 [14:36]:
Ermənistanda qızları öldürürlər: “Həvva olmasa, Adəm neynəyəcək?”
11/07/2020 [14:32]:
Məşhur klubun 6 futbolçusunda koronavirus aşkarlandı
11/07/2020 [14:31]:
Tarixi Aya Sofya qərarı: Türkiyə tələsdi?
11/07/2020 [14:29]:
“Görünür, məşhurlar da gigiyenik  səhlənkarlığa görə koronavirusa yoluxurlar…”
11/07/2020 [14:21]:
Baş nazirdən qərar: Yeni statusda kolleclər yaradılır - SİYAHI
11/07/2020 [14:18]:
“Jurnalistləri pandemiyaya qarşı mübarizədə ona görə qəhrəman hesab edirəm ki...”
11/07/2020 [14:17]:
Sabahın hava proqnozu
11/07/2020 [14:14]:
Samuxda qadının evinə maskalı basqın edənlər tutuldu - FOTO
11/07/2020 [14:12]:
Məşhur müğənni koronavirusdan sağaldı: “Bazar ertəsi evə buraxılacağam”
11/07/2020 [13:43]:
DİN-ə Bakıda avtomobillərin dayanma və durma qaydalarını pozulmasına görə cərimə tətbiq etmək səlahiyyəti verilib
11/07/2020 [13:37]:
"Buna Türkiyənin öz suveren ərazisində siyasi hegemonluğunun təsdiqi kimi baxılmalıdır"
11/07/2020 [13:34]:
Bakıda qadına zor tətbiq edilərək pulu əlindən alınıb
11/07/2020 [13:30]:
Kürdə batan şəxslərin meyitləri tapıldı
11/07/2020 [13:26]:
Fazil Mustafa: “Sabunçu rayonunda müasir standartlara cavab verən xəstəxananın tikilməsinə ehtiyac var”
11/07/2020 [13:21]:
Pendirin orqanizmə faydaları və təhlükələri
11/07/2020 [13:10]:
Dünya çempionu 85 yaşında öldü
11/07/2020 [13:06]:
Millimizin yeni baş məşqçisinin daha 2 köməkçisi bilindi
11/07/2020 [13:05]:
"Ora gələnlər “Sultan Əhməd” məscidindən daha çox feyziyab olurlar, nəinki Ayasofyadan"
11/07/2020 [12:37]:
Fərəc Quliyev Ədalət Vəliyevlə görüşdü
11/07/2020 [12:36]:
“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub
11/07/2020 [12:20]:
Qusarda keçən əsrdən qalmış elektrik dirəkləri ölüm təhlükəsi saçır - FOTO
11/07/2020 [12:08]:
Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 həmyerlimiz vətənə çatdırıldı - FOTO
11/07/2020 [12:06]:
Tunis millisi Bakıdan təxliyyə olundu - FOTO/VİDEO
11/07/2020 [12:04]:
İki gün əvvəl Kürdə batan şəxslərdən birinin meyiti tapılıb
Bütün arxiv bir sırada
02/03/2019 [22:04] - Araşdırma - ( 3993 dəfə baxılıb)

"Xocalı əməliyyatına rəhbərliyi Fəhmin Hacıyev özbaşına öz üzərinə götürüb...”

“Onun tərcümeyi-halından bəlli olur ki, bir dəfə dələduzluq üstündə həbs olunub...”
“Hansı məntiqlə F.Hacıyev iki “kadrovı” podpolkovnikə - İntiqam Abdullayevə və Tacəddin Mehdiyəvə rəhbərlik edirmiş?..”


Xocalı faciəsindən düz 8 il öncə, yəni 1984-cü ildə, el dilində desək, hələ “dünyanın guya düz vaxtında” ermənilər tərəfindən Azərbaycanın bir kəndi tamamilə yer üzündən silinib. Həmin kəndin adını yalnız  ömrünün yetkin illərini Dağlıq Qarabağ və ya Ağdam rayonunda yaşamış azərbaycanlılar bilər... 
 
Moderator.az əməkdaşı həmin kəndin adına Xocalı soyqırımıyla bağlı 26 il öncə yazılmış rəsmi bir sənəddə rast gəlib. Məhz bu diqqətəlayiq fakt bizi həmin sənədi bütövlükdə oxucularımızın müzakirəsinə buraxmaq qərarına gəlməyə vadar etdi. Söhbət 1993-cü il fevralında  Milli Məclisin iclasında qəbul ounmuş “Azərbaycan Respublikası Milli Məclisinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilmiş soyqırımı hadisələrini aydınlaşdıran deputat- istintaq komissiyasının RƏYİ”ndən gedir. 

Hələlik sənəd müəlliflərinin, komissiya üzvlərinin adlarını çəkməyəcəyik. Təbii ki, bilənlər biləcək. Ancaq ümumi oxucu kütləsi kimisə təbliğ etmək məqsədi güddüyümüzü düşünməsin deyə, həmin adları sonda açıqlayacağıq. Deyə bilmərik ki,  DEPUTAT-İSTİNTAQ KOMİSSİYASININ RƏYİndə Xocalı və 1988-1992-ci illərdə Qarabağda və  ümumiyyətlə, Azərbaycanda yaşanmış ictimai-siyasi və hərbi olaylar tam obyektiv əks etdirilib.  Lakin 26 il əvvəl  neçə-neçə insanın zəhməti sayəsində qəbul olunmuş və  bəhs edilən faciələr barədə ilk rəsmi sənədlərdən olan həmin sənədi yenidən ictimaiyyətin müzakirəsinə çıxarmaq hələ də bir sıra məqamları qaranlıq qalan Dağlıq Qarabağ hadisələrinin və xüsusən, bu günlərdə növbəti 27-ci ildönümünü yaşayacağımız Xocalı faciəsinin bəzi gizlinlərinin üzə çıxmasına səbəb ola bilər. Bu sənəd son iki onillikdə, demək olar ki, qəzet və saytlarda dərc edilməyib, ictimailəşdirilməyib. Mümkündür ki, 25-26 il öncə sözügedən rəylə tanış olmuş adamlar, o cümlədən tanınmış siyasət nümayəndələri, ziyalı,  hərbçi və qazilər, hətta sənəd müəlliflərinin özləri belə, bu gün həmin sənədi yenidən nəzərdən keçirdikdən sonra hansısa fakt, olay, məqam, proses barədə tamamilə fərqli şərhlər versin. Öncədən bildirək ki, oxucuların, həmçinin materialda adları çəkilən şəxslərin, o dövr olaylarının şahidi olmuş hər bir kəsin fikir və mülahizələrini də  təqdim etməyə hazırıq.

Beləliklə, sözügedən materialı müzakirənizə təqdim edirik:
 



Dadaş Rzayev Əsgərana əməliyyat keçirməli olduğu bir vaxtda Ş.Musayevin əmri ilə Göranboya göndərilir...”
“...Özünüz mühakimə edin. 

Bildiyiniz kimi,  xocalılıların hava yolu ilə köçürmək planı yerinə yetirilmədiyi halda, onunla əlaqədar başqa bir plan da vardı. Xocalı-Ağdam “dəhlizi” yaradıb xocalılıları quru yoluyla mühasirədən çıxarmaq. Bunun üçün də Xocalını hərbi texnika ilə, iradəli adamlarla möhkəmlətmək lazım idi.

Belə planların birini də yanvarın axırı, fevralın əvvəllərində Ağdamda Dadaş Rzayev öz qərargahı ilə  birgə hazırlayırdı. Lazımi hazırlıq görülmüşdü, döyüş tapşırıqları müəyyənləşdirilmişdi, hərbi və qeyri-hərbi qurumlar da hərəkətə gəlmişdilər. Xəritə tərtib olunmuşdu, özlərinin  və düşmənin qüvvələri, vəsaitləri ölçülüb-biçilib hesablanmışdı. Bakıdan əlavə texnika tələb edilmişdi. Əməliyyat fevralın ortalarına təyin olunmuşdu, amma baş tutmadı...

Əvvəla, Bakıda əlavə texnika artıq dəmiryolu platformasına yüklənmişdi və yola düşdüyü vaxt Rüfət Ağayev(o günlərdə Bakı meri-S.L.) gəlib, Prezidentin əmrinə istinad edərək həmin texnikanı başqa istiqamətə, yəni Şuşaya göndərtdirdi. Elə buradan da planlar pozulmağa başlandı.  

İkincisi, Ali Baş Komandanın əmri ilə fevralın 10-da Dadaş Rzayev gözlənilmədən Goranboy rayonuna göndərildi. Əmri də əməliyyat planının hazır olduğunu bilən Müdafiə nazirinin birinci müavini Şahin Musayev hazırlamışdı.

Xahiş edirik, nəticə çıxarmağa tələsməyin və nəzərə alın ki, biz bu baş tutmamış əməliyyatın yekununu əvvəlcədən deyə bilmərik. Mövcud olan bütün materialları biz vermişik prokurorluğun istintaq qrupuna. Yəqin, hərbi-taktiki ekspertizadan keçəcək və bu məsələyə cavab veriləcək. Bizim üçün isə əhəmiyyətli olan yalnız faktlardır: Müdafiə Nazirliyinin keçmiş rəhbərliyində heç kim bu əməliyyat planı ilə maraqlanmayıb. Əgər o plan tutarlı, səmərəli olarsa? Onda hərbçilərin mövcud qaydası üzrə onu  sonrakı hərbi rəhbərlik davam etdirməliydi. Axı Xocalının başı üstünü ölüm təhlükəsi almışdı. Yeri gəlmişkən, bu kadr yerdəyişmələri Xocalı rayon rəhbərlərinə də təəccüblü gəlmişdi: əməliyyat planında Xocalı  hər bir qurumunun da iştirakı nəzərdə tutulurdu – onlar “qarşı-qarşıya” etməliydilər. Onlar bu əməliyyata böyük ümid bəsləyirdilər...

Prezident Ayaz Mütəllibovun elə həmin əmri ilə də Qarabağ zonası üzrə bütün hərbi bölmələrin vahid komandanlığı yaradılmış və Daxili İşlər naziri Tofiq Kərimovun da təkidi ilə komandir də Tahir Əliyev təyin olunmuşdu; bu vaxta qədər hələ onun iki vəzifəsi vardı – respublika DİN-in nazir müavini və Qarabağ zonasının Daxili İşlər rəisi. Bir qədər  irəli qaçaraq yadınıza salırıq ki, biz Milli Məclis, həmin əmrdən 8 gün sonra, fevralın 18-də onun 4-cü vəzifəsini də təsdiq eləmişdik – Ağdam şəhərinin komendantı, 7 gün də keçəndən sonra isə, o, Müdafiə naziri təyin olunmşdu...
Bir şey bizi lap sarsıtdı: Tahir Əliyev bilmirmiş ki, o, komandan təyin olunub! Onu heç kəs heç yerə dəvət etməyibmiş, əvvəlki vəzifələrdən heç kim onu azad etməyibmiş, o, heç bir əmri də görməyibmiş. Bu barədə o, bir neçə gün sonra bilib, həmin günlərdə, o, əsasən Qubadlıdaymış, sonra necən olursa, Gülablıya gəlir və orda hərbi qulluqçulardan o, Əliyev komandandır. Əliyev izah edir ki,  əgər onda bu vəzifəni təklif etsəydilər, o, imtina edərmiş; bu işlə, onun fikrincə, “kadrovı” hərbçi məşğul olmalıymış...

Fevralın 19-da Prezident Qubadlıya, Əliyevə zəng vuraraq ona Müdafiə naziri vəzifəsini təklif edir. Əliyev imtina edir. Ertəsi gün ona əmr olunur ki,  hökmən Bakıya gəlsin. Fevralın 21-də gəlir. Ayın 22-23-də  Prezident  onu qəbul edə bilmir, 24-də qəbul edir və Müdafiə naziri təyin edir. Bir detalı da yadınıza salaq: Əliyevin təyinatı barədə daxili əmr iki gündən sonra - fevralın 26-da çıxdı.
Beləliklə, bir faktı qeyd edək: fevralın 10-dan etibarən Əliyev formal olsa da. Bütün Qarabağ zonası üzrə hərbi bölmələrin komandanı olub. Ondan bir neçə gün sonra Şahin Musayev tərəfindən Ağdama bir qrup zabitlə birlikdə leytenant Fəhmin Hacıyev Müdafiə Nazirliyinin müvəkkili statusu ulə ezam olunur. Hansı tapşırıqla? Yəni həm Müdafiə nazirinin, həm də Baş qərargah rəisinin səlahiyyətli nümayəndəsi kimi qəflətən baş verən problemləri həll etmək hüququ olan şəxs kimi bundan istifadə edən F.Hacıyev həm orada fəaliyyət göstərən hərbi, həm dəstə komandirləri, həm də bütün əhalinin onun göstərişlərinə tabe olması təşəbbüsü ilə özünü biruzə vermişdir. Elə həmin tapşırıqla bütün Qarabağ zonası hərbi bölmələrini birləşdirməyə. Bəs, axı Tahir Əliyev Qarabağdakı bütün hərbi birləşmələrin komandanı təyin olunmuşdur. Bəlkə Ş.Musayev T.Əliyevə “kadrovı” hərbçilərlə, təcrübəli mütəxəssislərlə kömək etmək qərarına gəlibmiş? Yox, Fəhmin Hacıyevin tərcümeyi- halından bəlli olur ki, o, iki dəfə həbs olunub. Birinci- 1983-cü ildə- dələduzluq üstündə. İkinci dəfə həbs olunmasını biz hesaba almadıq. Ona görə ki, bu, 1990-cı ildə olub. Xalqımızın ən ağır 20 Yanvar günlərində; o vaxtlar, demək olar ki, müqəssirlər azadlıqda gəzirdilər, təqsiri olmayanları mühakimə edirdilər. Yaxşı, mühakimə olunmağı qoyaq bir qırağa. Həyatda adamın başına hər iş gələ bilər. Hərbi təhsilinə görə bəlkə? Fəhmin Hacıyevin hətta orta hərbi təhsili də yoxdur. Hərbi fəaliyyəti, təcrübəsi? O da yoxdur. Bəs onda hansı məntiqlə F. Hacıyevi Ağdama göndəribmişlər? Hansı məntiqlə o, iki “kadrovı” podpolkovnikə - İntiqam Abdullayevə və Tacəddin Mehdiyəvə rəhbərlik edirmiş? Nəyə görə “kadrovı” polkovnik Niçepurenko –“Qrad” qurğusunu idarə etməkdə mütəxəssis, təcrübəli bir zabit ona tabe edilibmiş? Hətta Niçepuerenko özü də boynuna alır ki,  mərmilərin çoxunu o, hara gəldi, atırmış. Ona görə ki, onun öz işində lazımi professionallıq göstərmək təşəbbüsünün qarşı Fəhmin Hacıyevin səfeh əmrləri ilə alınırmış. Hələ onun kobudluğu, köntöylüyü, insanlarla davranmağı  bacarmaması, onun ağlagəlməz hərəkətləri bir yana; bu barədə onunla  az-çox münasibəti olanlar, onunla bilavasitə işləyənlər – hamı, hamı danışırdı...

Bununla belə, Ağdama göndərilmiş zabitlər Xocalını xilasetmə əməliyyatını hazırlamağa başlasalar da,  onlara rəhbərliyi də qeyri-peşəkar Fəhmin Hacıyev özbaşına öz üzərinə götürmüşdür...

(Davamı var)

Sultan Laçın

loading...
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
"Əxlaqa söykənən güc həmişə qalib gəlir, Türkiyəni dünya güclərindən fərqləndirən budur"
"İndi rəhmətlik prezident Əbülfəz bəyin arxasında gizlənməyin, onu rahat buraxın..."
Kadavr mərkəzində siçanların cəsədləri gəmirdiyi ortaya çıxdı - FOTO
Aya Sofya məscidə çevrildi - Məscidə xristianlar da girə biləcək...
Clean City Company
N.Tusi adına Klinika

Dünya
Bred Pittlə Ancelina Coli yenidən evlənəcək
Dünya
Xabarovskda görünməmiş aksiya
Gündəm
Məmurların həbsi fonunda övladlarının da gündəmə gətirilməsi hüquq və media əxlaqı baxımından doğrudurmu?
Cəmiyyət
“Arif Qasımov vəzifədən belə salamat getməsinə görə nəzir-niyaz paylamalıdır...”
Gündəm
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”
Yazar
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Sultan Laçın
“Günah keçi”ləri diktatorların ömrünü uzadır  – Onlara çox aludə olmayın..."
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
DTX tərəfindən həbs edilən XİN əməkdaşı məşhur "avtoş"un atası imiş... - FOTO + VİDEO
“Bakının bütün neft komplekslərini vuracağıq” – “Onların hamısına çıxışımız var!”
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
“Belə getsə, Azərbaycanı Rusiya, İran və Ermənistan arasında böləcəklər...”- SOS!!!
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247