Xəbər lenti
11/07/2020 [20:52]:
Azərbaycanda beş milyonluq dövlət vəsaitini mənimsəyən mütəşəkkil dəstə ələ keçdi - VİDEO
11/07/2020 [20:43]:
Bred Pittlə Ancelina Coli yenidən evlənəcək
11/07/2020 [20:40]:
“Erməni yalanlarını ifşa edən kitablar beynəlxalq arenaya çıxarılmalıdır”
11/07/2020 [20:35]:
Şəmkirdə mikroavtobus aşıb, xeyli sayda yaralı var
11/07/2020 [20:00]:
Yerevanda "bit bazarında" etiraz aksiyası keçirilib
11/07/2020 [19:55]:
XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir
11/07/2020 [19:53]:
Rəşad Mahmudov: "Cavid Paşayev hələlik EKMO cihazına qoşulmayıb”
11/07/2020 [19:48]:
AMEA-nın tarixi binasının üzərindəki yazıların sökülməsi müzakirələr səbəb oldu - VİDEO
11/07/2020 [19:44]:
"Neftçi"nin sabiq vitse-prezidenti koronavirusdan vəfat etdi
11/07/2020 [19:39]:
Ermənistandan Azərbaycana qarşı növbəti təxribat... - İstəklərinə nail ola bilmədilər
11/07/2020 [19:15]:
Baş Nazir Konstitusiya Məhkəməsinə sorğu göndərib
11/07/2020 [19:12]:
Ermənistan rəhbərlərinin “demokratiya” anlayışı və Avropa təşkilatlarının susqunluğu...
11/07/2020 [19:10]:
Gələn həftə Azərbaycanda leysan və dolu gözlənilir - PROQNOZ
11/07/2020 [18:49]:
“Ramiz Mehdiyevin xarici dövlətin yüksək səviyyəli qurumları qarşısında öhdəlikləri var”
11/07/2020 [18:48]:
Azərbaycan Prezidentinin təşəbbüsü ilə toplanan BMT BA-nın xüsusi iclası üçün BMT gündəliyi açıqlanıb
11/07/2020 [18:47]:
İşdən çıxarılan icra başçısı: “Səhvim oldu, Prezident məni vəzifəmdən azad etdi”
11/07/2020 [18:39]:
Qənirə Paşayeva Abbas Səhhətin anım günündən yazdı...
11/07/2020 [18:19]:
Elza Seyidcahan: “Qadın ərinə xidmət etməlidir” - VİDEO
11/07/2020 [18:17]:
Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsi üçün ev tikildi - VİDEO
11/07/2020 [18:14]:
Xızıda körpünün altından 13 ədəd zenit top mərmisi tapılıb - FOTO
11/07/2020 [18:01]:
Hindistanda almaz bəzəkli tibbi maskalar satışa çıxarıldı
11/07/2020 [17:58]:
Nazirlikdən azərbaycanlı bloqerin 190 manatlıq yardımla aldığı qarpızları təpikləməsinə REAKSİYA
11/07/2020 [17:56]:
Ermənistan prezidenti Azərbaycanda ermənilərin artımı üçün praktik addım atdı...
11/07/2020 [17:55]:
Maştağada zibil qabları olmayan sakinlər tullantıları tarixi abidənin içərisinə atır
11/07/2020 [17:24]:
Ucar sakininin döyülərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
11/07/2020 [17:19]:
Azərbaycanda bir gündə 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib
11/07/2020 [17:07]:
ABŞ-ın kəşfiyyat təyyarəsi yenə Rusiyanın hava məkanına daxil olub
11/07/2020 [17:04]:
Xabarovskda görünməmiş aksiya
11/07/2020 [17:01]:
"Heç bir başqa ölkədə son 17 ildə sosial - iqtisadi sahədə bu qədər artım olmayıb"
11/07/2020 [16:59]:
DTX-nın “Təşəbbüsçü” agent kateqoriyasına kim cəhd edir?
11/07/2020 [16:55]:
Məmurların həbsi fonunda övladlarının da gündəmə gətirilməsi hüquq və media əxlaqı baxımından doğrudurmu?
11/07/2020 [16:25]:
"Xeyli çəki almışam" - Rafael Ağayev
11/07/2020 [16:24]:
İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
11/07/2020 [16:22]:
Cəlilabadda karantin qaydalarını pozan obyektlər aşkarlandı
11/07/2020 [16:18]:
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
11/07/2020 [16:02]:
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
11/07/2020 [16:00]:
“Arif Qasımov vəzifədən belə salamat getməsinə görə nəzir-niyaz paylamalıdır...”
11/07/2020 [15:47]:
Vüqar Bayramov: “BMT-nin hesabatına görə Azərbaycan regionun lider ölkəsidir”
11/07/2020 [15:45]:
Cəsarət Valehov: "Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada başlayacağıq"
11/07/2020 [15:43]:
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”
11/07/2020 [15:40]:
Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO
11/07/2020 [15:38]:
Venesuelada fövqəladə vəziyyət daha bir ay uzadıldı
11/07/2020 [15:14]:
Azərbaycan BMT-nin təhsil proqramında təmsil olunub
11/07/2020 [15:03]:
"Əgər qızı pis yola düşübsə, bunun məsuliyyətini atası daşıyır..."
11/07/2020 [15:01]:
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
11/07/2020 [14:56]:
"Haqlı olaraq vətəndaş dilə gətirir ki, hamımızın bərabər səviyyədə müalicə olunmaq haqqımız varsa..."
11/07/2020 [14:54]:
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü... - Xanım Qafarovasız 6 il
11/07/2020 [14:49]:
MİDA-nın Yasamalda tikdirdiyi binalardan mənzil alanlar aldadılıb..?
11/07/2020 [14:45]:
Mədəni təəssübkeşlik, yoxsa ikili standartlar?
11/07/2020 [14:41]:
Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır
11/07/2020 [14:39]:
"Attestatı 100 dollara almışam"
11/07/2020 [14:36]:
Ermənistanda qızları öldürürlər: “Həvva olmasa, Adəm neynəyəcək?”
11/07/2020 [14:32]:
Məşhur klubun 6 futbolçusunda koronavirus aşkarlandı
11/07/2020 [14:31]:
Tarixi Aya Sofya qərarı: Türkiyə tələsdi?
11/07/2020 [14:29]:
“Görünür, məşhurlar da gigiyenik  səhlənkarlığa görə koronavirusa yoluxurlar…”
11/07/2020 [14:21]:
Baş nazirdən qərar: Yeni statusda kolleclər yaradılır - SİYAHI
11/07/2020 [14:18]:
“Jurnalistləri pandemiyaya qarşı mübarizədə ona görə qəhrəman hesab edirəm ki...”
11/07/2020 [14:17]:
Sabahın hava proqnozu
11/07/2020 [14:14]:
Samuxda qadının evinə maskalı basqın edənlər tutuldu - FOTO
11/07/2020 [14:12]:
Məşhur müğənni koronavirusdan sağaldı: “Bazar ertəsi evə buraxılacağam”
11/07/2020 [13:43]:
DİN-ə Bakıda avtomobillərin dayanma və durma qaydalarını pozulmasına görə cərimə tətbiq etmək səlahiyyəti verilib
11/07/2020 [13:37]:
"Buna Türkiyənin öz suveren ərazisində siyasi hegemonluğunun təsdiqi kimi baxılmalıdır"
11/07/2020 [13:34]:
Bakıda qadına zor tətbiq edilərək pulu əlindən alınıb
11/07/2020 [13:30]:
Kürdə batan şəxslərin meyitləri tapıldı
11/07/2020 [13:26]:
Fazil Mustafa: “Sabunçu rayonunda müasir standartlara cavab verən xəstəxananın tikilməsinə ehtiyac var”
11/07/2020 [13:21]:
Pendirin orqanizmə faydaları və təhlükələri
11/07/2020 [13:10]:
Dünya çempionu 85 yaşında öldü
11/07/2020 [13:06]:
Millimizin yeni baş məşqçisinin daha 2 köməkçisi bilindi
11/07/2020 [13:05]:
"Ora gələnlər “Sultan Əhməd” məscidindən daha çox feyziyab olurlar, nəinki Ayasofyadan"
11/07/2020 [12:37]:
Fərəc Quliyev Ədalət Vəliyevlə görüşdü
11/07/2020 [12:36]:
“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub
11/07/2020 [12:20]:
Qusarda keçən əsrdən qalmış elektrik dirəkləri ölüm təhlükəsi saçır - FOTO
11/07/2020 [12:08]:
Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 həmyerlimiz vətənə çatdırıldı - FOTO
11/07/2020 [12:06]:
Tunis millisi Bakıdan təxliyyə olundu - FOTO/VİDEO
11/07/2020 [12:04]:
İki gün əvvəl Kürdə batan şəxslərdən birinin meyiti tapılıb
11/07/2020 [12:03]:
Azərbaycan təhsili pandemiya sınağından necə çıxdı - təkliflər
11/07/2020 [11:56]:
DTX “Baku Steel Company”də araşdırmalara başladı - Rasim Məmmədovun başı dərddə
11/07/2020 [11:54]:
"Mayda yubileyimi pandemiyaya görə keçirə bilmədim, qaldı, sentyabrda görək necə olur"
11/07/2020 [11:52]:
366-cı alayın Xocalı qatili yenidən  Azərbaycan torpağında sərbəst gəzir….-FOTOLAR
11/07/2020 [11:46]:
Bloomberg: İlon Mask milyarderlərin reytinqində Uorren Baffeti ötdü
Bütün arxiv bir sırada
27/02/2019 [22:39] - Araşdırma - ( 4322 dəfə baxılıb)

“Z.Freyd, I Nikolay, R.Nikson həyatlarına evtanaziya yolu ilə son qoyublar...”

Bəhram Zahidov: “Evtanaziyanın qeyri-hüquqi və qeyri-əxlaqi əməl kimi qadağan edilməsi humanist bir addımdır...”


Elmi dildə “suisid” adlanan intihara Azərbaycan alim, sosioloq və hüquqşünaslarının baxışını araşdırarkən diqqətimizi  Beynəlxalq Hüquqşünaslar İttifaqının Vitse-prezidenti, Azərbaycan Respublikasının əmək­dar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun elmi redaktorluğu ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, hüquq elmləri doktoru, professor Bəhram Zahidovun  2012-ci ildə işıq üzü görmüş “İntihar” əsəri cəlb etdi. Kitabda  sözügedən  problem intihar fenomeninin tarixi və müasir vəziyyəti, intihar hallarının kriminoloji və sosioloji təhlili, intihar və ona oxşar əməllərin profilaktikası və s. aspektlərdən geniş təhlil olunur. 

 

 

"Əgər bu əsər bircə nəfər şəxsi öz yolundan - intihar etmək yolundan geri qaytara biləcəkdirsə, onda mən özümü xoşbəxt hesab edəcəyəm”. Müəllif- professor Bəhram Zahidov kitabın ilk fəslinə epiqraf olaraq belə yazır...

 

 

Moderator.az müəllifin bu xoş niyyəti ilə həmrəy olmaqla mövzunun bəşəriyyət və xalqımız üçün kifayət qədər aktuallığını nəzərə alaraq “İntihar” əsərinin ən diqqətəlayiq və maraqlı məqamlarını oxucuların nəzərinə çatdırır:

 

(Əvvəli bu linkdə:http://www.moderator.az/news/259404.html)

 

“...XX əsrin ortalarından başlayaraq, dünyanın 40-dan çox ölkəsində passiv evtanaziyaya icazə verilmişdir. 10 aprel 2001-ci il tarixdə Hollandiya Parlamenti sağalmaz, ağır və ümidsiz xəstələrin xahişi ilə evtanaziya etmiş həkimlərin dünyada ilk dəfə olaraq cinayət məsuliyyətindən azad edilməsi haqqında qa­nun qəbul etmişdir. Eləcə də, Belçikada, ABŞ-ın Oreqon şta­tın­da, İspaniyada, Danimarkada, Kolumbiyada, İsveçrədə, Alma­niya­da, Finlandiyada, Fransada passiv evtanaziya cinayət hesab edilmir. Xüsusi üsullarla həyata keçirilən passiv evtanaziya Kolumbiyada və Yaponiyada istifadə edilir. Nə qədər təəssüf doğursa da fəqət faktlar göstərir ki, Oreqon ştatında 1998-ci ildə 170 nəfər, Belçikada 2002-ci ildə 400 nəfər, Hollandiyada yalnız 2005-ci ildə 4300 nəfər şəxs öz istəyi ilə, evta­naziya yolu ilə həyatdan köçmüşdür. Belçikada 2008-ci ildə 705 nəfər, 2009-cu ildə 638 nəfər şəxs evtanaziya yolu ilə ölmək üçün növbəyə dayanmışdır.

 

 

1970-ci ildən etibarən Hollandiyada evtanaziya məsələ­ləri­nin müzakirəsinə başlanılmışdır. 1993-cü ildə bununla əlaqədar olaraq xəstənin öhdəlikləri barədə 12 bənddən ibarət xüsusi siyahı tərtib edilmişdir. 1 aprel 2002-ci il tarixindən isə ev­ta­naziya haqqında qanun qüvvəyə minmişdir. Evtanaziya qanu­nu, yalnız 12 yaşı tamam olmuş şəxslərə tətbiq edilə bilər.

 

 

«Evtanaziya haqqında» qanun Belçikada 2002-ci ilin sen­tyabr ayından qüvvəyə minmişdir. Lüksenburq isə evtana­ziyanı qə­bul edən üçüncü ölkə olmuş və burada qanun 2009-cu ilin mart ayından qüvvəyə minmişdir. Eləcə də evtanaziya ABŞ-ın Oreqon ştatında 1998-ci ildən, Vaşinqton ştatında isə 2009-cu ildən referendum yolu ilə leqallaşdırılmışdır. Bu tədbirin ABŞ-ın federal qanunu ilə leqallaşdırılmasına dair dəfələrlə gös­təril­miş təşəbbüslər kifayət qədər səs toplaya bilməmişdir. ABŞ-ın Ali Məhkəməsi isə evtanaziyanı öz qərarı ilə qanunsuz hesab et­mişdir.

 

 

İsveçdə ağır və sağalmaz xəstəliyə tutulmuş şəxsin müs­təs­na hallarda həkimlərin rəyi əsasında həyatdan getməsinə ica­zə verilməsi məqbul hesab edilir. Syürixin İsveç kontonunda ağır və sağalmaz xəstələrin həyatdan evtanaziya yolu ilə köçmə­si­­nə 2011-ci ilin may ayında keçirilən referendumla müstəsna təd­bir kimi icazə verilmişdir. Bu qanunda hətta turist kimi gələn xarici ölkə vətəndaşları da evtanaziya hüququndan istifadə edə bi­lərlər.

 

ABŞ-ın Kaliforniya ştatında «İnsanın ölmək hüququ haq­qında» qanun 1977-ci ildə keçirilən referendum yolu ilə qəbul edilmişdir. Bundan sonra Kaliforniyanın Ali Məhkəməsi passiv evta­na­ziyanın həyata keçirilməsini qanuni hesab etmişdir. Al­ma­niya­nın Apellyasiya Məhkəməsinin 2011-ci ilin iyun tarixli qərarı ilə ağır xəstənin yaşaması üçün tətbiq edilən həyat aparatının, onun öz ərizəsi əsasında çıxarılması məqbul hesab edilmişdir. İngiltərədə və Uelsdə evtanaziya yolu ilə xəstənin ölü­münə kömək etməyə görə 14 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Avstrali­yada hətta evtana­ziyanı təbliğ etmək belə cinayət əməli hesab edilir.

 

 

Dünyanın bir çox ölkələrində «ölüm evləri – xospislər» fəaliyyət göstərir. Burada xəstələr bütün istiqamətlərdə kom­pleks müayinə edilir və onlara müvafiq həkim məsləhətləri veri­lir. Belə tədqiqatların nəticəsi, xəstənin taleyi barədə konkret nəti­cələrə gəlmək üçün əsas olur.

 

İntihar, xəstə insanın ağrılarının və əzablarının yüngülləş­dirilməsi məqsədilə xəstənin öz xahişi ilə, onun ölümünün hər hansı vasitə və ya hərəkətlə tez­ləş­di­rilməsi, xəstənin həyatının da­vam etməsinə kömək edən süni tədbirlərin da­yan­dırılması ilə baş verən və «evtanaziya» adlandırılan ölümdən fərq­lə­nir. ABŞ-da, Hollandiyada, Çində və digər ölkələrdə vətəndaşlara evta­na­ziya hüququ verilsə də, İngiltərə, Rusiya, Azərbaycan və bir sıra başqa ölkələrdə evtanaziya cəza təhdidi ilə qadağan edilmişdir və kriminal əməl hesab olunur. Evtanaziya hüququ möv­­cud olan ölkələrdə vətəndaş sağalmaz xəstəlikdən əzab çəkərkən, o həkimə könüllü müraciət edir və müasir tibbi vasi­tə­lərlə, həkim ona sakit və ağrısız ölməyə kömək edir. Evta­na­ziya­nın qadağan edildiyi ölkələrdə isə əzablardan bezən çarəsiz xəstə özü intihar etmək zərurətində qalır. Alimlər arasında yekdil fikir bundan ibarətdir ki, şüurlu deyil, instinkt şəkildə baş verən ölümlər intihar hesab oluna bilməz. Məsələn, ekst­remal şəraitlərdə əqrəbin özünü sancması, yaxud göy balinaların özü­nü sahilə atmaqla öldürməsi intihar hesab oluna bilməz.

 

 

Evtanaziya prosesləri ilə bağlı faşistlərin apardığı təcrübə bəşəriyyət tarixində insanlıq əleyhinə olan cinayət kimi yadda qalmışdır. Alman faşistlərinin rəhbəri Adolf Hitlerin 1939-cu ilin oktyabr ayında verdiyi məxfi Fərmanı ilə ağır və sağalmaz xəs­tə­lərin, dəlilərin, ağıldan kəmlərin, fiziki və əqli qüsuru olan in­san­ların evtanaziya yolu ilə öldürülməsi barədə göstəriş veril­mişdir. Bununla bağlı ola­raq Almaniyanın – Garthen, Zonnen­şteyn, Grafenek, Bernbur, Brandenburq və Ha­damar yaşayış məntəqələrində altı evtanaziya mərkəzi yaradılmış, bu işə rəh­bərlik səhiyyə naziri Leonard Kontiyə tapşırılmışdır. «Evtana­ziya proqramı» ad­la­nan bu layihə professor Verner Heyde, xarici işlər nazirliyinin tibb idarə­sinin rəh­bəri Paul Nitşe, Pfanmüller, Şuman, Hennek, Ebel, professor Şnayder, doktor Girt, Mengel və başqaları tərəfindən həyata keçirilmişdir. Ma­raqlı burasındadır ki, insanlara etdiyi zülmlərin nəticəsi olaraq Verner Heyde 1964-cü ilin qışında Butserbax həbsxana­sında özünü asmışdır. Onun köməkçisi Fridrix Tilman isə bun­dan 18 saat sonra Kölndə özünü səkkizinci mərtəbədən aşağı atmaqla intihar etmiş, baş­qa sözlə insanlara etdikləri amansız zülmün cavabı onların taleyində özünü göstərmişdir.

 

 

1939-cu ilin dekabr ayında alman həkimləri Brak, Bouder və Konti ilk dəfə olaraq dörd xəstəni, guya duş qəbul etmək adı ilə apardıqları hamamda, dəm qazında boğmaqla, evtanaziya təəssüratı yaratmaq yolu ilə onları öldürmüşlər. Eləcə də bu dövr­də xəstələrə doqquz professor və otuz doqquz həkim tərə­findən paylanmış iki yüz səksən üç min anket vərəqində yet­miş beş min xəstənin qaz kamera­la­rında boğulması barədə rəy veril­miş və nəticədə iki yüz yetmiş beş min xəstə faşistlər tərəfindən məhv edilmişdir. 1945-ci ilin may ayında, müharibə qurtararkən Almaniyanın psixiatriya xəstəxan­a­larında olan bütün pasiyent­lərin yalnız 15 faizinin sağ qaldığı müəyyən edilmişdir. Eləcə də, alman faşistləri “evtanaziya proqramı” adı altında müvafiq olaraq dörd yüz minə qədər xəstə və əlil uşağı dəm qazında boğ­maq və iynə vurmaq yolu ilə məhv etmişlər.

 

 

Beynəlxalq Nurnberq Hərbi Tribunalı faşistlər tərəfindən müx­təlif yaş qrupuna, müxtəlif sağlamlıq dərəcə­sinə, müxtəlif millətlərə, müxtəlif dinlərə mənsub olan çoxsaylı insanlar üzə­rində, o cümlədən yetkinlik yaşına çatmamışlar və körpə uşaqlar üzərində keçirilən məşhur «evtanaziya proqramı» adlı tədbirlər kompleksini «insanlıq əleyhinə olan cinayət» hesab edilməsi haqqından qərar çıxarmışdır.

 

 

Almaniya İmperiyasında cinayət hüququ üzrə mütəxəssis Karl Bindingin (1841-1920) və psixatr Albert Hoxenin (1865-1943) hələ 1920-ci ildə yazdıqları tədqiqatlarında qüsurlu və eybəcər doğulmuş insanların, arilərin nəsil artımına mənfi təsir göstərəcəyini nəzərə alaraq, onların ölməsinin vacibliyini tibbi və hüquqi baxımdan əsaslandırırdılar. Təsadüfi deyil ki, faşist Al­mani­yasında millətçilər Adolf Hitlerin 01 sentyabr 1939-cu il tarixli «evtanaziya haqqın­da» qanununu psixi və fiziki qü­sur­ları olan bütün şəxslərin evta­na­ziya yolu ilə dövlət səviyyəsində məhv edil­məsini, cəmiyyətin sağlamlaşdırılması yolunda, «ari» qan qrupunun mühafizəsi naminə mühüm bir addım kimi qiy­mətləndirirdilər.

 

 

Dünyanın bir sıra şəxsiyyətləri həyatlarında baş vermiş ağır və üzücü əzablardan qurtarmaq üçün evtanaziya hüququn­dan istifadə etmişlər. Psixoanaliz nəzəriyyəsinin banisi Z.Freyd (1856-1939) ömrünün 84-cü ilində, 1939-cu ildə 30 dəfədən çox əməliyyat edilməsinə baxmayaraq, onu sağalt­maq mümkün olma­mış­dır. Nəticədə o, müalicə həkimindən ağrıkə­sici morfi­nin dozasını artırmaq yolu ilə onun ölümünə kömək etməsini xahiş etmiş və beləliklə də ölmək arzusunu real­laş­dırmışdır. ABŞ-ın 37-ci prezidenti Riçard Nikson, Fransanın sabiq prezi­denti Fransua Mitteran, rus çarı I Nikolay, tanınmış şəxsiyyətlər Q.Qerinq, A.Onas­sis və onlarla başqaları evtanaziya hüquq­ların­dan istifadə edənlər sırasındadırlar.

 

Keçən əsrdən başlayaraq evtanaziya haqqında bir-birinə zidd olan mövqelər sərgilənmiş, bəziləri evtanaziyaya humanist addım, bəziləri isə həkim etikasına zidd olan əməl kimi yanaş­mış­lar. Təsadüfi deyildir ki, hazırda dünyanın bir çox öl­kə­lərində evtanaziyanı dəstəkləyən dərnəklər, cəmiyyətlər, birlik­lər yaradılmışdır. 1935-ci ildə Londonda ilk dəfə olaraq «könül­lü evtanaziya cəmiyyəti» təsis edilmiş və bu təşkilat 1980-cı ildən sonra «Şərəfli ölmək hüququ uğrunda Cəmiyyət» adı ilə fəaliyyətini bu gündə davam etdirməkdədir. Belə təyinatlı qu­rum­lar 1938-ci ildə ABŞ-dan sonra, Qərb ölkələrinin çoxunda da yara­dılmışdır. Belə ki, evtanaziyanın dəstəklənməsinə dair cəmiyyətlər 1973-cü ildə Niderlandda və İsveçdə, 1974-cü ildə Avstraliyada və Cənubi Amerikada, 1976-cı ildə Danimarkada və Yaponiyada, 1977-ci ildə Norveçdə, 1978-ci ildə Yeni Zelandiyada, 1980-ci ildə Fransada və Şotlan­di­yada, 1981-ci ildə Almani­yada, Kanadada, Hindistanda və Zimbabvedə də yaradılmış və bu gündə fəaliyyət göstərmək­dədir.

 

 

Elmi araşdırmalar göstərir ki, evtanaziya formasında təzahür edən ölüm haqqında çoxsaylı tədqiqat əsərləri, kitablar, monoqrafiyalar, tədqiqat işləri yazılmışdır. F.Qolsen­dorfun «Ölüm və ölüm xiyabanı» (1875), S.Barşevin «Mübahisəli hü­quq məsələsi» (1863), Adolf Yostun «Ölüm hüququ» (1895), Kurt Hillerin «Özümün özümə haqqım» (1908), B.Melserin «Ölmək hüququ» (1926), A.Moruanın «Tanatos şöbəsi» (1961), A.Dauni­nuanın «Evtanaziya və ölmək hüququ» (1969), R.Uelyamsın «Yaşamaq və ölmək» (1973), Robert Viçin «Ölüm, ba­carıq və bioloji inqilab» (1976), O.J.Z.Sahlerin «Uşaq və ölüm» (1978), F.Futun «Evtanaziya» (1990), N.A.Berdiyayevin «İnsanın təyi­natı haqqında» (1993), A.P.Zilberin «Evtanaziya haqqında traktat» (1998), J.M.Loranın «Mənə ölməyə kömək edin» (1998), V.N.Novakayevin «Həyat və ölüm» (1998), Dereka Hamfinin «Sonuncu çıxış» (2002) və digər bu kimi yüzlərlə əsərlər bu problemin fəlsəfi, etik, hüquqi, dini, tibbi və digər aspektlərinə həsr olunmuşdur. Bu müəl­liflərin bir hissəsi evtanaziyanı humanist və insanpərvər bir əməl kimi müs­bət qiymətləndirmiş, bir hissəsi isə onu qeyri-insani, qeyri-əxlaqi və qeyri-hüquqi hərəkət kimi yol verilməz hesab etmişlər. Bizim mövqeyimiz isə bundan ibarətdir ki, evtana­ziyanın qeyri-hüquqi və qeyri-əxlaqi əməl kimi qadağan edil­mə­si humanist bir addımdır. Elə buna görə də biz Azərbaycan Res­pub­likasının «Əhalinin sağlamlığının qorunması haqqında» 26 iyun 1997-ci il tarixli qanununun 38-ci maddəsi ilə evtana­ziyanın qadağan edilməsini və Azərbaycan Respublikası Cina­yət Məcəlləsinin 135-ci maddəsi ilə evtanazi­yaya görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını tamamilə düzgün və ədalətli hesab edirik.

 

(Davamı var)

 

 

Qeyd: İstifadə edilmiş 337 mənbə kitabın sonunda göstərilir.

 

 

Təqdim etdi: Sultan Laçın

 

loading...
"Əxlaqa söykənən güc həmişə qalib gəlir, Türkiyəni dünya güclərindən fərqləndirən budur"
"İndi rəhmətlik prezident Əbülfəz bəyin arxasında gizlənməyin, onu rahat buraxın..."
Kadavr mərkəzində siçanların cəsədləri gəmirdiyi ortaya çıxdı - FOTO
Aya Sofya məscidə çevrildi - Məscidə xristianlar da girə biləcək...
BÖYÜK İNSANlığın, ziyalılığın və yazıçılığın böyük vəhdəti - Sabir Əhmədli - 90
Clean City Company
N.Tusi adına Klinika

Dünya
Bred Pittlə Ancelina Coli yenidən evlənəcək
Dünya
Xabarovskda görünməmiş aksiya
Gündəm
Məmurların həbsi fonunda övladlarının da gündəmə gətirilməsi hüquq və media əxlaqı baxımından doğrudurmu?
Cəmiyyət
“Arif Qasımov vəzifədən belə salamat getməsinə görə nəzir-niyaz paylamalıdır...”
Gündəm
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”
Yazar
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Sultan Laçın
“Günah keçi”ləri diktatorların ömrünü uzadır  – Onlara çox aludə olmayın..."
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
DTX tərəfindən həbs edilən XİN əməkdaşı məşhur "avtoş"un atası imiş... - FOTO + VİDEO
“Bakının bütün neft komplekslərini vuracağıq” – “Onların hamısına çıxışımız var!”
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
"Vəzirov Ramiz Mehdiyevin Heydər Əliyev əleyhinə yazdığı materialları qarşıma qoydu..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247