Xəbər lenti
11/07/2020 [21:31]:
Azərbaycanda Baş həkim koronavirusdan dünyasını dəyişdi
11/07/2020 [21:14]:
"O, Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli örnəklərini yaradıb"
11/07/2020 [21:10]:
Ədliyyə Nazirliyinin vəzifələri artırılıb
11/07/2020 [20:55]:
Koronavirusa yoluxan jurnalist sağaldı
11/07/2020 [20:53]:
Paşinyan Ermənistanın təcavüzkar siyasətini bir daha etiraf etdi
11/07/2020 [20:52]:
Azərbaycanda beş milyonluq dövlət vəsaitini mənimsəyən mütəşəkkil dəstə ələ keçdi - VİDEO
11/07/2020 [20:43]:
Bred Pittlə Ancelina Coli yenidən evlənəcək
11/07/2020 [20:40]:
“Erməni yalanlarını ifşa edən kitablar beynəlxalq arenaya çıxarılmalıdır”
11/07/2020 [20:35]:
Şəmkirdə mikroavtobus aşıb, xeyli sayda yaralı var
11/07/2020 [20:00]:
Yerevanda "bit bazarında" etiraz aksiyası keçirilib
11/07/2020 [19:55]:
XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir
11/07/2020 [19:53]:
Rəşad Mahmudov: "Cavid Paşayev hələlik EKMO cihazına qoşulmayıb”
11/07/2020 [19:48]:
AMEA-nın tarixi binasının üzərindəki yazıların sökülməsi müzakirələr səbəb oldu - VİDEO
11/07/2020 [19:44]:
"Neftçi"nin sabiq vitse-prezidenti koronavirusdan vəfat etdi
11/07/2020 [19:39]:
Rusiyada ermənilərin Polad Bülbüloğluya qarşı təxribatı baş tutmadı
11/07/2020 [19:15]:
Baş Nazir Konstitusiya Məhkəməsinə sorğu göndərib
11/07/2020 [19:12]:
Ermənistan rəhbərlərinin “demokratiya” anlayışı və Avropa təşkilatlarının susqunluğu...
11/07/2020 [19:10]:
Gələn həftə Azərbaycanda leysan və dolu gözlənilir - PROQNOZ
11/07/2020 [18:49]:
“Ramiz Mehdiyevin xarici dövlətin yüksək səviyyəli qurumları qarşısında öhdəlikləri var”
11/07/2020 [18:48]:
Azərbaycan Prezidentinin təşəbbüsü ilə toplanan BMT BA-nın xüsusi iclası üçün BMT gündəliyi açıqlanıb
11/07/2020 [18:47]:
İşdən çıxarılan icra başçısı: “Səhvim oldu, Prezident məni vəzifəmdən azad etdi”
11/07/2020 [18:39]:
Qənirə Paşayeva Abbas Səhhətin anım günündən yazdı...
11/07/2020 [18:19]:
Elza Seyidcahan: “Qadın ərinə xidmət etməlidir” - VİDEO
11/07/2020 [18:17]:
Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsi üçün ev tikildi - VİDEO
11/07/2020 [18:14]:
Xızıda körpünün altından 13 ədəd zenit top mərmisi tapılıb - FOTO
11/07/2020 [18:01]:
Hindistanda almaz bəzəkli tibbi maskalar satışa çıxarıldı
11/07/2020 [17:58]:
Nazirlikdən azərbaycanlı bloqerin 190 manatlıq yardımla aldığı qarpızları təpikləməsinə REAKSİYA
11/07/2020 [17:56]:
Ermənistan prezidenti Azərbaycanda ermənilərin artımı üçün praktik addım atdı...
11/07/2020 [17:55]:
Maştağada zibil qabları olmayan sakinlər tullantıları tarixi abidənin içərisinə atır
11/07/2020 [17:24]:
Ucar sakininin döyülərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
11/07/2020 [17:19]:
Azərbaycanda bir gündə 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib
11/07/2020 [17:07]:
ABŞ-ın kəşfiyyat təyyarəsi yenə Rusiyanın hava məkanına daxil olub
11/07/2020 [17:04]:
Xabarovskda görünməmiş aksiya
11/07/2020 [17:01]:
"Heç bir başqa ölkədə son 17 ildə sosial - iqtisadi sahədə bu qədər artım olmayıb"
11/07/2020 [16:59]:
DTX-nın “Təşəbbüsçü” agent kateqoriyasına kim cəhd edir?
11/07/2020 [16:55]:
Məmurların həbsi fonunda övladlarının da gündəmə gətirilməsi hüquq və media əxlaqı baxımından doğrudurmu?
11/07/2020 [16:25]:
"Xeyli çəki almışam" - Rafael Ağayev
11/07/2020 [16:24]:
İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
11/07/2020 [16:22]:
Cəlilabadda karantin qaydalarını pozan obyektlər aşkarlandı
11/07/2020 [16:18]:
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
11/07/2020 [16:02]:
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
11/07/2020 [16:00]:
“Arif Qasımov vəzifədən belə salamat getməsinə görə nəzir-niyaz paylamalıdır...”
11/07/2020 [15:47]:
Vüqar Bayramov: “BMT-nin hesabatına görə Azərbaycan regionun lider ölkəsidir”
11/07/2020 [15:45]:
Cəsarət Valehov: "Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada başlayacağıq"
11/07/2020 [15:43]:
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”
11/07/2020 [15:40]:
Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO
11/07/2020 [15:38]:
Venesuelada fövqəladə vəziyyət daha bir ay uzadıldı
11/07/2020 [15:14]:
Azərbaycan BMT-nin təhsil proqramında təmsil olunub
11/07/2020 [15:03]:
"Əgər qızı pis yola düşübsə, bunun məsuliyyətini atası daşıyır..."
11/07/2020 [15:01]:
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
11/07/2020 [14:56]:
"Haqlı olaraq vətəndaş dilə gətirir ki, hamımızın bərabər səviyyədə müalicə olunmaq haqqımız varsa..."
11/07/2020 [14:54]:
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü... - Xanım Qafarovasız 6 il
11/07/2020 [14:49]:
MİDA-nın Yasamalda tikdirdiyi binalardan mənzil alanlar aldadılıb..?
11/07/2020 [14:45]:
Mədəni təəssübkeşlik, yoxsa ikili standartlar?
11/07/2020 [14:41]:
Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır
11/07/2020 [14:39]:
"Attestatı 100 dollara almışam"
11/07/2020 [14:36]:
Ermənistanda qızları öldürürlər: “Həvva olmasa, Adəm neynəyəcək?”
11/07/2020 [14:32]:
Məşhur klubun 6 futbolçusunda koronavirus aşkarlandı
11/07/2020 [14:31]:
Tarixi Aya Sofya qərarı: Türkiyə tələsdi?
11/07/2020 [14:29]:
“Görünür, məşhurlar da gigiyenik  səhlənkarlığa görə koronavirusa yoluxurlar…”
11/07/2020 [14:21]:
Baş nazirdən qərar: Yeni statusda kolleclər yaradılır - SİYAHI
11/07/2020 [14:18]:
“Jurnalistləri pandemiyaya qarşı mübarizədə ona görə qəhrəman hesab edirəm ki...”
11/07/2020 [14:17]:
Sabahın hava proqnozu
11/07/2020 [14:14]:
Samuxda qadının evinə maskalı basqın edənlər tutuldu - FOTO
11/07/2020 [14:12]:
Məşhur müğənni koronavirusdan sağaldı: “Bazar ertəsi evə buraxılacağam”
11/07/2020 [13:43]:
DİN-ə Bakıda avtomobillərin dayanma və durma qaydalarını pozulmasına görə cərimə tətbiq etmək səlahiyyəti verilib
11/07/2020 [13:37]:
"Buna Türkiyənin öz suveren ərazisində siyasi hegemonluğunun təsdiqi kimi baxılmalıdır"
11/07/2020 [13:34]:
Bakıda qadına zor tətbiq edilərək pulu əlindən alınıb
11/07/2020 [13:30]:
Kürdə batan şəxslərin meyitləri tapıldı
11/07/2020 [13:26]:
Fazil Mustafa: “Sabunçu rayonunda müasir standartlara cavab verən xəstəxananın tikilməsinə ehtiyac var”
11/07/2020 [13:21]:
Pendirin orqanizmə faydaları və təhlükələri
11/07/2020 [13:10]:
Dünya çempionu 85 yaşında öldü
11/07/2020 [13:06]:
Millimizin yeni baş məşqçisinin daha 2 köməkçisi bilindi
11/07/2020 [13:05]:
"Ora gələnlər “Sultan Əhməd” məscidindən daha çox feyziyab olurlar, nəinki Ayasofyadan"
11/07/2020 [12:37]:
Fərəc Quliyev Ədalət Vəliyevlə görüşdü
11/07/2020 [12:36]:
“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub
11/07/2020 [12:20]:
Qusarda keçən əsrdən qalmış elektrik dirəkləri ölüm təhlükəsi saçır - FOTO
11/07/2020 [12:08]:
Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 həmyerlimiz vətənə çatdırıldı - FOTO
11/07/2020 [12:06]:
Tunis millisi Bakıdan təxliyyə olundu - FOTO/VİDEO
11/07/2020 [12:04]:
İki gün əvvəl Kürdə batan şəxslərdən birinin meyiti tapılıb
Bütün arxiv bir sırada
24/02/2019 [23:31] - Araşdırma - ( 2026 dəfə baxılıb)

"Böyük alim Mir Cəlal deyirdi ki, biz hamımız Mirzə Cəlilin “Poçt qutusu”ndan çıxmışıq..."



“Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır”.

Cəlil Məmmədquluzadə 

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan tarixi sərəncamlara əsasən keçirilən hər bir yubiley ölkəmizin mənəvi həyatını zənginləşdirən təntənəli söz-sənət bayramına çevrilir. Bu sərəncamlar dövlətimizin mədəni siyasətini əks etdirən tarixi sənədlərdir. Qədirbilən xalqımız, ziyalılarımız prezidentin qərar və təkliflərini dəstəkləyərək klassik və müasir bədii irsimizi nəzəri səviyyədə tədqiq edir, gələcək nəsillər üçün dəyərli monoqrafiyalar yaradır, bədii sərvətlərimizi təbliğ edərək xalqa çatdırır.

Ölkə başçısının klassik və müasir bədii irsimizin tədqiq və təbliğinin nəzəri metodologiyasını əks etdirən sərəncamlar azərbaycançılıq qayəsi ilə aşılanmışdır. Çünki bədii ədəbiyyat, ana dilimiz dövlətimizin əsas ideologiyası olan Azərbaycançılığın əsas məxəzi, fəlsəfi təməl daşıdır. Klassik və müasir bədii irsə dövlət qayğısı, həm keçmişimizə, həm də gələcəyimizə yönəlmiş tarixi-siyasi baxışlar sistemidir.

Bunlardan biridə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə imzalanmış 17 yanvar 2019-cu il tarixli sərəncamdır. Sərəncamda deyilir ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.

Tarixə dünya müharibələri, inqilabi çevrilişlər, qanlı repressiyalar, siyasi qalmaqallarla daxil olmuş XX əsr Azərbaycan ədəbiyyatına böyük şəxsiyyətlər bəxş etdi: M.Ə.Sabir, Ü.Hacıbəyli, Ə.Hüseynzadə, H.Cavid, C.Cabbarlı... Bu böyüklər sırasında birinci yeri C.Məmmədquluzadə tutur. Yalnız bu böyüklər arasındamı?! Ədəbi-tarixi fikrimizin dəqiq meyarı, tənqidçi Yaşar Qarayev ölümündən bir qədər əvvəl yazırdı: “Bizim ədəbiyyatda ağlın dastanına zirvə Nizamidir; eşqin və qəmin faciəsinə meyar Füzulidir; qeyrətin ağrısına timsal - Sabirdir; həm eşq, həm ağıl, həm də qeyrət üçün borcun, cavabdehliyin ölçüsünə əmsal - Cəlil Məmmədquluzadədir!

... XX əsrdə onu “zəmanə özü, təbiət özü yaradır”, üstəlik, tarixi və keçmiş də, orta əsrlər də, XIX yüz il də Məmmədquluzadə özünü yenidən dərk edir. Hətta bu gün də - XXI yüzilliyin astanasında da “Nə etməli?”, “Necə etməli?” suallarına ən yaxşı cavabı Mirzə Cəlilin əsərlərində tapırıq”.

Əslində, bu yerdə nöqtəni qoymaq olar. Adama elə gəlir ki, bu sözlərlə Mirzə Cəlil haqqında hər şey deyilib. Yaşar Qarayev düz deyir: Mirzə Cəlil ədəbiyyatımızın “Ağrı yaddaşı”dır. Lakin klassikin böyüklüyü məhz ondadır ki, o, bir zamana, təkcə müasiri olduğu nəslə mənsub deyil, o, hər yeni nəsillə birlikdə yenidən doğulur, hər yeni gələn nəsillə müasir olmağı bacarır, hər yeni nəslin və onun zəmanəsinin suallarına cavab verə bilir. Klassikin əbədiliyi və müasirliyi məhz bundadır.

Ədəbiyyatın böyüklüyü xalq ruhunu, xalqın həyat tərzini hansı səviyyədə əks etdirməsi ilə ölçülür. Xalq həyatı isə olduqca zəngindir, ən böyük nəhrlər, okeanlar kimi xalq həyatının da öz təbiəti var. O, təkcə mövcud adət-ənənələrdə, baş verən olaylarda, məişəti səciyyələndirən predmetlərdə bərqərar olmur, daha çox xalqın psixologiyasında əksini tapır. Xalqın psixologiyasını onun içindən çıxmış insanların obrazlarında əks etdirə bilməsi sözün həqiqi mənasında yazıçının hünəridir. Xüsusilə əsrlərin və eraların bir-birində ayrıldığı dövrlərdə - “zamanın nehrə kimi çalxalandığı”, “millətin istedadının qarışdığı” (M.Ə.Sabir) dövrlərdə xalq həyatını pozulmağa qoymamaq, xalqın təşkili ədəbiyyatın qarşısına əsas problem kimi çıxır. Xalqın tarixi taleyində baş verən təbəddülatların məna və mahiyyətini öncə bədii ədəbiyyat bəyan-şərh etməlidir.

Bu ədəbiyyat mürgüləyən xalqda milli mənlik şüurunu oyatdı, hər bir fərdə onun vətəndaş hüququnu başa saldı, yaxasından tutub silkələyə-silkələyə yuxulu gözlərini açdı, “Atılan toplara diksin” deyə fəryad çəkdi. Xoşbəxtlikdən başıbəlalı XX əsrin önlərində Tanrı və Tarix Azərbaycan xalqına belə bir ədəbiyyat - xəlqi ədəbiyyat bəxş etdi.

Canlı Mirzə Cəlildən bizi 77 il ayırır. 1932-ci ildə vəfat etməsəydi, o, 5 il sonra 1937-ci ildə repressiya qurbanlarının siyahısında birinci sırada olacaqdı. Bu dəfə vaxtsız ölüm ona siyahıda birinci olmağa imkan vermədi, fəqət o, milli yaddaşa birinci həkk olundu...

Mirzə Cəlil Azərbaycan nəsrinin zirvəsidir. Nə ona qədər, nə də ondan sonra nəsrimiz bu zirvəyə qalxa bilmədi. Böyük rus tənqidçisi Q.V.Belinski yazırdı ki, bütün rus ədəbiyyatı N.V.Qoqolun “Şinel”indən çıxıb. Böyük yazıçı və alim Mir Cəlal isə belə deyib: Biz hamımız Mirzə Cəlilin “Poçt qutusu”ndan çıxmışıq...

“Poçt qutusu”na qədər Mirzə Cəlil ədəbiyyatımızda mənzum dramın ilk nümunəsi olan “Çay dəstgahı” (1989) alleqorik dramını, “Kişmiş oyunu” (1892) pyesini, “Danabaş kəndinin əhvalatları” (1894), “Danabaş kəndinin məktəbi” (1896) povestlərini yazmışdı. Bəs nə idi “Poçt qutusu”nun möcüzəsi?!

Adi kənd müəllimi Cəlil Məmmədquluzadə mütaliə üçün kitabları dostu və qayını Məmmədqulu bəy Kəngərlinin şəxsi kitabxanasından alırdı. Məmmədqulu bəy Kəngərli Mirzə Cəlillə Tiflisə gedərkən onu görkəmli mühərrir və publisist Məmmədağa Şahtaxtlı ilə tanış edir. M.Şahtaxtlı Məmmədqulu bəyin tövsiyəsi ilə 1903-cü ildə yenicə yazılmış “Poçt qutusu”nu oxuyur və hədsiz bəyənir. Bu hekayə və Məmmədqulu bəy Kəngərlinin səyi ilə Mirzə Cəlil “Şərqi Rus” qəzetində fəaliyyətə başlayır, faktiki olaraq mətbuat aləminə qədəm qoyur. Mirzə Cəlil sonralar yazırdı: “Darülmüəllimi bitirib gələndə burada özümdən artıq huşyar dostlara rast gəldim”. Böyük ədəbiyyatşünas A.Zamanov yazırdı ki, onun birinci huşyar dostu Eynəli bəy Sultanova məktublarından birində yazırdı: “O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da maarif aləminə daxil etdin. Yəqin bilirəm ki, sən olmasaydın, mən sadə kənd müəllimlərinin içində yaddan çıxmışdım”.

Bu minvalla “Poçt qutusu” həm də Mirzə Cəlilin özünü ədəbiyyata gətirdi. Mirzə Cəlil isə ədəbiyyata təkcə Novruzəlini, Məhəmmədhəsən əmini, Usta Zeynalı, Qurbanəli bəyi yox, özündən əvvəlki yazıçılardan fərqli olaraq bütövlükdə xalqı ədəbiyyata gətirdi. Ədəbiyyata insanın taleyi xalqın tarixi taleyi kimi gəldi.

Bu, yeni realizmin-tənqidi realizmin tarixi-estetik tələbi idi. Bununla da Cəlil Məmmədquluzadə Azərbaycanda tənqidi realizmin baneyi-karı oldu.

Hələ “Danabaş kəndinin əhvalatları”, başqa adı ilə desək, “Eşşəyin itməkliyi” əsərində Cəlil Məmmədquluzadə itmiş eşşəyi yox, Məhəmmədhəsən əminin daxilində itmiş vətəndaşı, itmiş şəxsiyyəti, itmiş xalqı axtarırdı. “Poçt qutusu” kiçik bir hekayə deyil, “Şahnamə”, “İsgəndərnamə”, “Dəhnamə”... səviyyəsində Novruzəlinamə idi. Novruzəlinamə XX əsrin epopeyası, özünü dərk etmək istəyən millətin gələcəyə məktubu, ədəbiyyatımızın milli vicdanından - Mirzə Cəlil qeyrətindən və istedadından süzülüb göz kimi açılan şəffaf sənət bulağı idi. O bulaqdan milli Azərbaycan nəsri dirilik və duruluq qazandı.

Novruzəli kiçik hekayənin adi surəti deyil, böyük bir estetik idealın daşıyıcısı olan epoxial qəhrəman idi. O, zəmanəsinin bütün sosial-psixoloji yükünü öz çiyinlərində daşıyırdı.

Mirzə Cəlil Novruzəlinin simasında özü-özünə aldanan, dəmir yolundan, poçtdan bixəbər nadan mühitində - Danabaş kəndində mürgüləyən xalqın obrazını yaratdı. Novruzəli poçt nə olduğunu bilməyəndə Bakıda Azərbaycan nefti uğrunda H.Z.Tağıyev, S.Əsədullayev kimi qeyrətli, milli burjuaziya nümayəndələri ilə Nobellərin, Rotşildlərin mübarizəsi gedirdi. Mirzə Cəlil Novruzəlini bu iş üçün ayıltmaq istəyirdi. Fikrimizcə, Novruzəlinin ən tragik davamçısı Usta Zeynal yox, Qurbanəli bəydir. Çünki usta Zeynal biləndə ki, işin getməməsinin səbəbi köməkçisi Qurbanın suvaq üçün gəci erməninin qabında gətirdiyi su ilə qayırmasıdır, onda bu işə fanatik bir dindarlıqla etiraz edir. Bu, əslində, bir dindarın şıltaqlığı deyil, ermənizmə, əcnəbilərə etirazdır. Qurbanəli bəy isə pristava və ruslara - rusçuluğa heç bir etiraz edə bilmir, qaçıb gizlənir və biabırcasına ifşa olunur, rəzil bir vəziyyətə düşür. Mirzə Cəlil Qori seminariyasını bitirmişdi və çarizmin Qafqaz siyasətini, xüsusilə də Qafqazda yaşayan xaçpərəst ermənilərdən və xristian gürcülərdən fərqli olaraq müsəlman türklərə münasibətini gözəl bilirdi. O, “Qurbanəli bəy” hekayəsində Qurbanəli bəylərin öz xalqı, milləti üçün heç nə edə bilməyəcəklərini bütün parlaqlığı ilə açıb göstərə bilmişdi.

Mirzə Cəlilin bəlkə də ən böyük xidməti təkcə Azərbaycanda və Qafqazda deyil, bütün Yaxın Şərqdə qüdrəti olan “Molla Nəsrəddin” jurnalını yaratması ilə bağlıdır. Əsrin dörddə biri - 25 il (1906-1931) çap olunan bu jurnalı tərəddüdsüz olaraq Azərbaycan xalq həyatının ensiklopediyası, bugünkü milli məfkurəmizin abidəsi, azərbaycançılıq dərgisi hesab etmək olar.

Mirzə Cəlil etiraf edirdi ki, “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil,... bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin açarının məcmusudur ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”. Məhz bunun sayəsində jurnal “Böyük bir ədəbi dövr yaratdı... Ədəbi dövrün başçısı” (Yusif Vəzir Çəmənzəminli) nüfuzunu qazandı. Əlbəttə ki, bu, Azərbaycan ədəbiyyatında tənqidi realizmin epoxası idi.

Mirzə Cəlilə qədər, demək olar ki, hamı Mirzə Fətəlinin davamı idi. Mirzə Cəlil isə “davam” deyildi” (Y.Qarayev), başlanğıc idi. XX əsrin yeni intibah ədəbiyyatı “Molla Nəsrəddin”lə başlandı, onun başçısı tez bir zaman içərisində ədəbiyyatımızın milli vicdanına çevrildi. Bunu da eyni səmimiyyətlə Mirzə Cəlil özü etiraf edir: “Molla Nəsrəddin”i təbiət özü yaratdı... zəmanə özü yaratdı. Onun birinci nömrəsi nəşr olunan gündən mənim adım bir az vaxtın müddətində nəinki tək bircə Qafqaz müsəlmanlarının içində, bəlkə Yaxın Şərqdə şöhrət tapdı”. Tarixi özünüdərkimizin, milli-mənəvi intibahımızın başında dayanan bir neçə mətbuat zirvəsi var: “Əkinçi”, “Tərcüman”, “Molla Nəsrəddin”, “Füyuzat”... Bunlar yarım əsrlik bir dövrdə türkçülük və azərbaycançılığın vəhdətindən yaranmış milli ideologiyamıza tarixdə yol açdılar. XIX əsrin sonu - XX əsrin ilk çərəyi türkün şanlı tarixinə yönəlmiş fikri hərəkatımıza məhz bu mətbuat abidələri başçılıq etdi. “Molla Nəsrəddin” ana dili uğrunda mübarizəni “Ana vətən uğrunda” mübarizəyə çevirən möhtəşəm azərbaycançılıq tribunası idi.

1928-ci ildən etibarən Mirzə Cəlilə qarşı hücumlardan birində, o, “Azərbaycan dilini korlayan yazıçı” kimi ittiham olunurdu. Əlbəttə, bu təkcə ağ yalan yox, həm də tarixi-ictimai ədalətsizlik idi. Sadəcə olaraq böyük ədib onu “xırda milli burjua ədəbiyyatı nümayəndəsi adlandıran, “Molla Nəsrəddin”i “Mübariz Allahsızlar İttifaqı”nın orqanına çevirmək istəyən bolşevik şpanaların göstərişinə boyun əyməmişdi. O bədbəxtlər bilmirdilər ki, klassiklər hər yetən zamana baş əymirlər, zamanı özlərinə baş əydirirlər...

“Molla Nəsrəddin”in sayəsində Mirzə Cəlil XX əsrin məşhur publisistinə çevrildi. XX əsr Azərbaycan həyatının elə bir problemi yoxdur ki, onun publisistikasında öz əksini tapmasın. Mirzə Cəlilin möhtəşəm publisistik irsinin XX əsrin ədəbi-tarixi kontekstində, istiqlal məfkurəsinə dayaqlanan metodologiya ilə tədqiqi filoloji fikrimizin problemi olaraq qalır.

Azərbaycan dramaturgiyasının tarixini Mirzə Cəlilin əsərləri olmadan bütöv təsəvvür etmək çətindir. O, yaradıcılığa dram əsəri ilə başladı: ədəbiyyatımızda ilk mənzum dram olan “Çay dəstgahı” və “Kişmiş oyunu” pyeslərini yazdı. Fəqət Mirzə Cəlilə Azərbaycan dramaturgiyasında mövqe qazandıran üç böyük əsər oldu: “Ölülər” (1909), “Anamın kitabı” (1920) və “Dəli yığıncağı” (1926).

1926-cı il. Sovet rejiminin amansız totalitar ideologiyasının kəshakəs vaxtı son dərəcə sərt, sarkazm üzərində qurulmuş psixoloji dram - “Dəli yığıncağı” yazıldı. Mirzə Cəlil olduqca simvolik tərzdə sovet-bolşevik cəmiyyətini, heç bir qanunla tənzimlənməyən proletariat diktaturasını dəli yığıncağına bənzədirdi. Ağılsızlığın hökmranlıq etdiyi hər bir cəmiyyət dəli yığıncağıdır! - pyesin gizli qayəsi bu idi. Bəs nə etməli? Bu suala Mirzə Cəlil bir qədər əvvəl cavab vermişdi: bütün diktə qanunları, əcnəbi bilik və savadını atıb Ananın kitabına üz çevirməli! Digər böyük türk yazıçısı Ç.Aytmatovun 80-ci illərdə yaratdığı Manqurt obrazını öz ana dilini unudan, onun dilini bilməyən - beyni itmiş ziyalını Mirzə Cəlil hələ 1920-ci ildə “Anamın kitabı” pyesində yaratmışdı. “Dəli yığıncağı” pyesindəki avropalı - fransız həkim doktor Lalbyuz isə Mirzə Cəlilin əsl kəşfi idi. Əsərin sonunda məlum olur ki, əslində, “dəlilər”i sağaltmağa gələn avropalı həkim özü əsl dəlidir. Mirzə Cəlil böyük cəsarət və həssaslıqla burada Avropa və Şərq problemini həll edir. XX əsrdə Avropanın (rus libasında) Şərq üçün yararsızlığını səhnədə əks etdirir.

Şübhəsiz ki, “Ölülər” Mirzə Cəlilin şah əsəridir Mirzə Cəlilin builki 150 illik yubileyi “Ölülər”in yazılmasının 110 illik yubileyi ilə üst-üstə düşür. “Ölülər” təkcə Cəlil Məmmədquluzadənin yox, ümumən Azərbaycan dramaturgiyasının şah əsəri, şedevr tragikomediyadır. Bu, yeganə əsərdir ki, baş qəhrəman Kefli İskəndər səhnədən zala “ölülər” deyə müraciət edir və “tfu sizin üzünüzə” deyə onların üzünə tüpürür. Bu, təkcə Mirzə Cəlilin cəsarəti deyil, eyni zamanda, Novruzəlidən ibarət xalqa məhəbbəti idi.

“Ölülər” 1916-cı ildə səhnəyə gəldi, bəlkə də onun təsiri altında iki il sonra xalq ayılıb öz Milli dövlətini yaratdı. Əsərin ilk tamaşasından sonra Nəriman Nərimanov ona böyük qiymət verərək yazırdı: “Artıq dərəcədə məharətlə yazılmış, məzmunu eynən həyatımızdan götürülmüş, ideyası inqilabi bu drama müsəlmanların həyatında böyük rol oynayacaqdır: paslanmış beyinləri pasdan təmizləyib, ölmüş ruhlara can verəcəkdir”. Həqiqətən də “Ölülər” dünya ədəbiyyatının dramatik şedevrlərilə bir səviyyədə durmağa layiq dram əsəridir. Tragikomediyanın müvəffəqiyyəti bir çox baxımdan Kefli İskəndər surəti ilə bağlıdır. Görkəmli tənqidçi Mikayıl Rəfili yazırdı: “Əgər Məmmədquluzadə tək bir İskəndər obrazını yaratmış olsaydı belə, yenə unudulmazdı, təkcə bir “Ölülər” onu dünya ədəbiyyatının böyük realistləri sırasına daxil edə bilərdi”. Həqiqətən də Kefli İskəndər tarixi kökləri olan epoxial obraz idi. Bu surətin prototipi Kəngərli nəslindən olan maarifçi-hüquqşünas, Fransada universitet bitirmiş Paşa Ağa Sultanov-Kəngərlidir. Paşa Ağa Sultanov Parisdə təhsilini başa vurub qayıdır Naxçıvana. Bir səhər minbərə çıxıb başlayır fransız dilində azan verməyə. Camaat onu qınayır və deyirlər ki, biz sənin nə dediyini başa düşmədik. Onda Paşa ağa sual verir: məyər mollanın ərəbcə nə dediyini başa düşürsünüzmü?! Beləliklə də Paşa ağa Sultanov öz hərəkətlərilə Mirzə Cəlilə Kefli İskəndər obrazını yaratmağa imkan verir. Kefli İskəndər Mirzə Fətəli Axundzadənin misi qızıla çevirən Kimyagərinin nadanı insana çevirən varisi idi. Mirzə Cəlil “Nuxuluları”, “Ölülər” səviyyəsinə qaldırmışdı. Belə ölülər qızdırmaya qarpız suyu ilə dərman edən Nuxululardan daha mənalı idi. Çünki bu ölülərə elə indi də əsl müsəlman qaydası ilə “Allah sizə rəhmət eləsin ölülər” deyə bilirsən. Cəlil Məmmədquluzadənin irsi milli varlığımızın aynasıdır. Zaman-zaman o, milli özünüdərkə xidmət edir. Tarix Mirzə Cəlildən uzaqlaşdıqca, o, bizə yaxınlaşır, doğmalaşır. Və əslində, Azərbaycan tarixi Mirzə Cəlilin ədəbiyyatımızın milli vicdanı kimi təsdiqinə xidmət edir.

İllər, əsrlər keçəcək, Mirzə Cəlilin milli vicdanımızın fəryadı olan əsərləri hər gələn nəslin yaddaşında əməl ağacı kimi çiçək açıb bar gətirəcək. Çünki bu əsərlərdəki fəryad xalqın içindən gəlir, yenidən xalqın özünə qayıdır, ona kimliyini başa salır. (525-ci qəzet)

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ
Filologiya elmləri doktoru, professor 

loading...
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
"Əxlaqa söykənən güc həmişə qalib gəlir, Türkiyəni dünya güclərindən fərqləndirən budur"
"İndi rəhmətlik prezident Əbülfəz bəyin arxasında gizlənməyin, onu rahat buraxın..."
Kadavr mərkəzində siçanların cəsədləri gəmirdiyi ortaya çıxdı - FOTO
Aya Sofya məscidə çevrildi - Məscidə xristianlar da girə biləcək...
Clean City Company
N.Tusi adına Klinika

Dünya
Bred Pittlə Ancelina Coli yenidən evlənəcək
Dünya
Xabarovskda görünməmiş aksiya
Gündəm
Məmurların həbsi fonunda övladlarının da gündəmə gətirilməsi hüquq və media əxlaqı baxımından doğrudurmu?
Cəmiyyət
“Arif Qasımov vəzifədən belə salamat getməsinə görə nəzir-niyaz paylamalıdır...”
Gündəm
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”
Yazar
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Sultan Laçın
“Günah keçi”ləri diktatorların ömrünü uzadır  – Onlara çox aludə olmayın..."
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
DTX tərəfindən həbs edilən XİN əməkdaşı məşhur "avtoş"un atası imiş... - FOTO + VİDEO
“Bakının bütün neft komplekslərini vuracağıq” – “Onların hamısına çıxışımız var!”
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
“Belə getsə, Azərbaycanı Rusiya, İran və Ermənistan arasında böləcəklər...”- SOS!!!
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247