Xəbər lenti
29/01/2020 [08:42]:
Əli  ingilis qadını  intihardan xilas etdi-İbrətamiz...-FOTO
29/01/2020 [07:42]:
"Əsl müsəlman gördüyü işə görə təriflənməyi sevməz...”
29/01/2020 [01:13]:
“Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı kifayət qədər realdır” – XƏBƏRDARLIQ!
29/01/2020 [00:37]:
Polislər Qubada yaralı ceyranı xilas edib - FOTOLAR
29/01/2020 [00:29]:
Kobi ilə xanımının gizli helikopter razılaşması - FOTOLAR
29/01/2020 [00:25]:
Bakıda keçirilən futbol matçında dava, hakim döyüldü - VİDEO
29/01/2020 [00:22]:
Fələstin rəhbəri: "Qüds satılmır!"
29/01/2020 [00:18]:
Türkiyə klubu zəlzələyə görə dağılır
29/01/2020 [00:07]:
Qənirə Paşayeva Tovuzun Abulbəyli kəndində yüzlərlə seçici ilə görüşüb - FOTOLAR
29/01/2020 [00:00]:
"Kəlbəcərlilər "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədin səs verəcəklər" - FOTOLAR
28/01/2020 [23:35]:
Azərbaycanın “Avroviziya”dakı rəqibləri bəlli oldu - FOTO
28/01/2020 [23:32]:
Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
28/01/2020 [23:10]:
“Ölüm şəhəri”ndəki azərbaycanlı: “Dörd saat gecikdik, şəhəri bağladılar, çıxa bilmədik”
28/01/2020 [23:07]:
Balakəndə maşın yeniyetməni vuraraq öldürüb
28/01/2020 [22:35]:
Zəlzələ Yunanıstanı da silkələdi
28/01/2020 [22:25]:
7 min kilometr uçdu, aclıqdan öldü - MARAQLI
28/01/2020 [22:22]:
Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar - FOTO
28/01/2020 [22:18]:
ABŞ Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq
28/01/2020 [22:17]:
Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”
28/01/2020 [22:13]:
Fermada işləyə bilmədiyi üçün 10 aylıq qızını aclıqdan öldürdü - DƏHŞƏT...
28/01/2020 [21:59]:
Ordu ruhu...
28/01/2020 [21:38]:
Tramp: "İsrail fələstinlilərlə sülhə böyük addım atır”
28/01/2020 [21:37]:
“Ayətullah Amili kimdir ki, bizim Xarici İşlər Nazirliyi ona cavab versin..?”
28/01/2020 [21:26]:
Türkiyədə qadın qısqanc ərini çəkiclə öldürdü
28/01/2020 [21:25]:
"Hələlik bu virusun çarəsinin olmadığını demək düzgün olar..."
28/01/2020 [21:16]:
Pakistanda güclü partlayış - VİDEO
28/01/2020 [21:09]:
Türkiyədə 5.4 bal gücündə zəlzələ olub
28/01/2020 [21:03]:
Azay Quliyev İbrahimpaşa Dadaşov və Nizami Nərimanov küçələrinin seçiciləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [20:33]:
İsrailin Baş naziri özünün toxunulmazlıq hüququnu ləğv etdi
28/01/2020 [20:32]:
34 gün meşədə qalan ana və 3 uşağının möcüzə qurtuluşu - MARAQLI... + VİDEO
28/01/2020 [20:19]:
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
28/01/2020 [20:13]:
Əsəd rejimi İdlibin ən böyük mahalı mühasirəyə aldı
28/01/2020 [20:10]:
Əvvəl körpə nəvəsini, sonra gəlinini öldürən qadın: “Məni buraxın gedim...” – VİDEO
28/01/2020 [20:04]:
Ölkə tarixində bir ilk: Yad kişi ilə yaxalanan qadın bu şəkildə cəzalandırıldı...+ VİDEO
28/01/2020 [19:53]:
Bakı şəhər BPİ ötən il baş vermiş bəzi dəhşətli qəzaların görüntülərini yaydı - VİDEO
28/01/2020 [19:51]:
Şəki polisi əməliyyat keçirdi: Məhkəmə isə "narkobaron"u açıb buraxdı...
28/01/2020 [19:37]:
Rusiyada deputat və həyat yoldaşı öldürülüb
28/01/2020 [19:24]:
Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu
28/01/2020 [19:14]:
Hafiz Haciyev Çaylı, Dozular, Pənahlılar kəndində kənd sakinləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [19:10]:
Əminə Ərdoğan Afrika ölkəsində  yeni məscid və məktəb açdırdı...-FOTO
28/01/2020 [19:06]:
Koronavirusun yayılmasının pik həddi nə vaxt olacaq?
28/01/2020 [19:03]:
"Xanımın işə gedibsə, gedək, parkda gəzək" - VİDEO
28/01/2020 [19:01]:
Azər Kərimli daha 10 kənddə seçiciləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [19:00]:
Süleymanini vuran amerikalı öldürüldü - Şok
28/01/2020 [18:54]:
“Gürcüstan və Azərbaycanın gələcək potensialı Qafqaz üçün əhəmiyyətli olacaq”
28/01/2020 [18:51]:
Nərminin nənəsindən sensasion açıqlama: “Qızımla kürəkənim günahkardır, İlkin isə…”
28/01/2020 [18:29]:
Oqtay Gülalıyevin oğlu atasının vəziyyətindən danışdı
28/01/2020 [18:24]:
Yevlaxda qadın kanalda batıb - YENİLƏNİB
28/01/2020 [18:24]:
Əli Məsimli seçicilərlə növbəti görüşünü keçirib
28/01/2020 [18:22]:
Fərhad Abdullayev: “Ötən il Konstitusiya Məhkəməsinə 2850 şikayət daxil olub”
28/01/2020 [18:03]:
Rusiyada ərinin qətlini hazırlayan deputat tutuldu - VİDEO
28/01/2020 [17:58]:
"O, maarifçilik xəttinə bunu da əlavə etsə, həmin filmi çəkib dünyaya təqdim edərdim"
28/01/2020 [17:46]:
Paşinyan gözlənilmədən Kəlbəcərə gəldi – FOTOLAR
28/01/2020 [17:42]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28/01/2020 [17:41]:
Paşinyan Azərbaycanda hərbçilər üçün yaşayış kompleksinin açılışında oldu...-FOTOLAR
28/01/2020 [17:35]:
İlham Əliyev: "Prezident Administrasiyasında yeni insanlar lazımdır"
28/01/2020 [17:25]:
Bülənt Ərsoya 100 minlik üzük bağışlayan azərbaycanlı xanımın kimliyi bilindi -FOTOLAR
28/01/2020 [17:14]:
Türkiyədə 4.8 bal gücündə zəlzələ oldu
28/01/2020 [17:14]:
Moderator.az yazdı, nazirlik oğurluq hadisəsini nəzarətə götürdü...
28/01/2020 [17:08]:
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş rejimə keçdi: Koronavirusla bağlı
28/01/2020 [17:07]:
Çindən bəzi malların Azərbaycana gətirilməsinə qadağa qoyuldu - RƏSMİ
28/01/2020 [16:43]:
Su sayğaclarını oğurlayanlar yaxalandılar
28/01/2020 [16:37]:
İctimai Şuranın üzvləri BMU-da imtahanların gedişini izləyiblər
28/01/2020 [16:33]:
Türkiyə yenə silkələndi
28/01/2020 [16:21]:
Azərbaycanda koronavirus şübhəsi olan xəstə aşkarlanıb? - AÇIQLAMA
28/01/2020 [16:13]:
Çindəki azərbaycanlıların vəziyyəti necədir? - Səfir açıqlama verdi
28/01/2020 [16:10]:
Mübariz Mənsimov daha 150 tələbənin təhsil haqqını ödəyəcək
28/01/2020 [16:04]:
Prezident koronavirusla bağlı tapşırıq verdi
28/01/2020 [16:02]:
Xırdalan dairəsi necə olacaq?
28/01/2020 [15:57]:
“Küçəyə çıxmaq qadağandır” - Çindəki səfirimiz tələbələrdən danışdı
28/01/2020 [15:53]:
Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir - FOTO
28/01/2020 [15:48]:
Mədət Quliyev MMC-nin direktorunu işdən çıxardı
28/01/2020 [15:44]:
İranda Almaniya vətəndaşı zorla xəstəxanaya yatırıldı -Koronavirusa görə
28/01/2020 [15:41]:
Səfirliklərlə diaspor qarşıdurması: GƏRGİNLİKDƏN KİMLƏR QAZANDI
28/01/2020 [15:37]:
Koronavirusdan qorunmaq üçün 4 MƏSLƏHƏT
28/01/2020 [15:35]:
Yaşa görə pensiya hüququ qazana bilmək üçün lazım olan şərtlər - Rayonlar üzrə
28/01/2020 [15:25]:
Əlisahib Hüseynov Sumqayıt şəhərində məcburi köçkünlərlə görüşüb
28/01/2020 [15:11]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ)
28/01/2020 [15:06]:
“Simpsonlar”ın 1993-cü ildə yayımlanan bölümündə koronavirus izləri aşkarlandı - VİDEO
28/01/2020 [14:59]:
Saleh Məmmədov: “12 rayonda yeni yollar çəkiləcək”
Bütün arxiv bir sırada
23/02/2019 [00:25] - Ədəbiyyat - ( 1033 dəfə baxılıb)

“Əgər dilim sağsa, özüm də sağam...” - FOTOLAR



SALİH QURTUYEVİN ƏDƏBİ BİOQRAFİYASI
                  
Balkar xalqının taleyi fonunda Salih Qurtuyev görkəmli balkar ədibidir, söz adamıdır, sənətkardır. O, Kabarda-Balkariya Respublikasının sayılan-seçilən, nüfuzlu simalarından biridir, Xalq şairidir. 
     
Salih Sultanbəy oğlu Qurtuyev (Qurtulanı) ləyaqətli və ibrətamiz həyat yolu keçmişdur. Elə həmin səbəbdəndir ki, yaşadığı məmləkətdə onun 80-illik yubileyi təntənə ilə qeyd edilməkdədir. Bu günlərdə şairin Nalçik şəhərində keçirilən yubiley törənində iştirak etmək mənə də nəsib oldu. Fevral ayının ortasında keçirilən tədbirdə yaxın və uzaq ölkələrin söz adamları öz qələm dostlarını təbrikə gəlmişdilər. İndilikdə isə şairin həyat və fəaliyyəti haqda müxtəsər də olsa məlumat verməyi özümə borc bilirəm.
Salih Qurtuyev 1938-ci ildə Kabarda-Balkariya Res¬pub¬¬likasının Nalçik şəhəri yaxınlığındakı Aksu (Belaya Reçka)  kəndində  anadan olub. Müharibə başlayanda cəmi üç yaşı vardı.  Onun atası Sultanbəy təhsilli adam idi, Qırmızı professura institutunu müvəffəqiyyətlə bitirmiş, bir müddət zabit kimi Bakıda xidmət etmişdi. Müharibənin ilk günlərindən ön cəbhəyə göndərilən Sultanbəydən sonra Qurtulular ailəsinin bütün əzab-əziyyəti gələcək şairin anasının zərif çiyinlərinə düşür. Az sonra Stalinin tapşırığı və  Beriyanın provakasiyası ilə bütün balkar xalqı sürgün olunur. 1944-cü il mart ayının 8-də balkarlar yük vaqonlarına doldurularaq Orta Asiyaya səhralarına aparılır. Sürgün olunanların dəqiq sayi məlumdur, 37.103  adam. Onların böyük əksəriyyəti yaşlılar və uşaqlar idi. Bu, o zaman idi ki, 15 mindən çox balkar əlində silah façistlərə qarşı vuruşurdu. Bu, həmin vaxt idi ki, cəsur balkar oğlu, təyyarəçi Alim Baysultanov Sovet İttifaqı Qəhrəmanı adını almiş, ikinci dəfə Qızıl ulduza təqdim edilmişdi. Böyük balkar şairi Qaysın Quliyev özünün ən alovlu şeirlərini yazdığı dövr də məhz həmin odlu-alovlu illərə təsadüf edir. Amma xalq o vaxtkı siyasilərin qəzəbinə düçar olmuşdu. Əgər  çar dövründə ayrı-ayrı adamlar sürgün olunurdusa, indi bütöv xalq və millətlər sürgünə göndərilirdi. Cəmi 20 dəqiqə ərzində onminlərlə insanın taleyi “həll olunmuşdu”.  18 gün eşalonda yol gedən, aclığa-susuzluğa, əzab-əziyyətə dözə bilməyən günahsız  balkarların 562 nəfəri elə bu “köç” zamanı həlak olmuşdu.
    
Bəli, 8 mart 1944-cü il... Həmin vaxtdan, müdhiş deportasiyadan sonra, məğrur balkar xalqı Beynəlxalq qadınlar gününü qeyd etmir... Halbuki balkarlar üçün anadan müqəddəs heç nə yoxdur.
    
İndi tarixçilər yazır ki, o zaman sürgün olunan əhalinin 52 faizini balkar uşaqları təşkil edirdi. Həmin uşaqlardan biri də məhz altı yaşlı Salih idi. 
    
Sürgündən düz  bir ay sonra, 44-cü il aprel ayının 8-də  SSRİ Ali Sovetinin Rəyasət Heyəti yeni bir qərar qəbul etdi: balkar xalqının dövləti ləğv olundu. Tezliklə balkarlara məxsus etnik ərazinin bir hissəsi Gürcüstana, yerdə qalan hissə isə Kabardin Muxtar vilayətinə verildi. 
Həmin dövrdən başlayaraq balkarlara qarşı  münasibət dəyişməyə başladı. Onların bu və ya digər sahədə yüksəliş və inkişafına açıq-aşkar maneələr törədilirdi. Bütöv bir xalqa qarşı (həm də təkcə bir xalqa qarşımı?) törədilən bu repressiya “milli məsələlərin həlli üzrə böyük mütəxəssis” hesab edilən “ellər atası” Stalinin insanlığa nifrətinin bariz bir nümunəsi hesab edilə bilərdi. 
 
Orta Asiyada keçirdiyi sürgün həyatı balaca Salihin tərcümüyi-halının ən ağrılı dövrünü təşkil edir. Həmin illərdə gələcək şairin anası öz qaynanasını, oğlunu, qızını, iki qardaş və bacısı oğlunu itirdi. Salih və onun böyük qardaşı sanki bir möcüzə nəticəsində sağ qaldı. 
    Həmin dövrün bütün ağri-acılarını balkar qadınları çəkməyə məhkum idi. Aclıq, xəstəlik, səfalət... Hətta, kişik uşaqlar üçün belə, hər cür iş tapılırdı; onlar öz valideynlərinə bütün sahələrdə kömək edir, samandan ev tikir, su daşıyır, əkin-biçinə gedirdilər. 
    Salih bəy o günləri belə xatırlayır:
    -Adamlar göz qabağındaca acından qırılırdı. Bizim yaşadığımız yerin yaxınlığında bağ və əkin sahəsi vardı. Yadımdadır, bir dəfə qadınlar öz ac uçaqlarını yedizdirmək üçün yaxınlıqdakı tarladan gizlicə kartof qazıb gətirmişdilər. Qəfildən qoruqçu at belində zühur etdi. Qadınlar qorxub kartofu yerə boşaltdılar. Bununla iş bitmədi. Qoruqçu qamçı ilə qadınların birini vurdu. Biz ağlaşırdıq. Bu zaman cəbhədən yenicə qayıtmiş, orada minaya düşüb qolunun birini itirmiş yerlimiz Dattuka Çabdarov qadını vuran qoruqçunu tək əli ilə yəhərdən sürüyüv yerə atdı, onun əlindəki qamçını qapıb əzişdirməyə başladı. Qoruqcu onun əlindən zorla xilas olub qaçdı. Dattuka qadını evinəcən ötürüb əlindəki qamçını mənim böyük qardaşıma uzadaraq dedi ki, əgər kimsə sizin xətrinizə dəysə bu qamşı ilə onun cavabını verərsiniz...
    Muharibə başa çatdıqdan sonra belə, balkarların əzab-əziyyəti başa çatmadı. Kişilərin bir qismi cəbhədən geri qayıtdı. Amma Sultanbəy Qurtuyevdən bir xəbər gəlmədi. Salihin anası öz həyat yoldaşını yetmiş il, yəni son nəfəsinə qədər  gözləməli oldu...
    Deportasiya olunanlarla bağlı 1948-ci ildə çıxan qərarsa daha sərt idi. Əgər əvvəllər sürgündəkilər hər ayda bir dədə “komendaturada” qeydiyyatdan keçirdisə, indi bu işi hər gün icra etmək tələb olunurdu. Adamların məhkum olduğu ərazidən bir addım kənara atmağı uzunmüddətli həbslə nəticələnirdi.
    Balkarların sürgündən öz doğma vətənlərinə dönməsində bu mübariz xalqın böyük şair oğlu Qaysın Quliyevin misilsiz xidmətləri olmuşdur. Belə ki, şair və onun dostları illər uzunu o zamankı dövlət idarələrinin qapısını döyməkdən yorulmamış, nəhayət öz ali məqsədinə nail olmuşdular. SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 yanvar 1957-ci il tarixdə Kabardin MSSR və Kabarda-Balkariya MSSR-nin yenidən təşkil olunub yaradılması barədə çıxan mühüm qərarından sonra balkarlar öz tarixi vətənlərinə qayıtmağa başladılar. 
    Salih Qurtuyev orta təhsilini sürgünlük dövründə rus məktəbində alıb. Sürgündən sonra 1958-ci ildə Kabarda-Balkariya Dövlət Universitetinə daxil olmuş, 1963-cü ildə həmin ali məktəbin filologiya fakültəsini bitirmişdir. “Səhər” adlı ilk kitabı 1961-ci ildə nəşr olunub. Sonrakı dövrdə onun  “Qonaq qəbul edin”, “Günorta”, “Keçilmiş yol”, “Ulduzların işığı”, “Mənim tanıdığım Qaysın” və digər kitabları da işıq üzü görüb.
    Salih Qurtuyev uzun illər məsul dövlət vəzifələrində çalışmışdır. 1986-1991-ci illərdə Kabarda-Balkariyanın nəşriyyat, poliqrafiya və kitab ticarəti Dövlət komitəsinə rəhbərlik etmiş, yəni həmin qurumda nazir postunu tutmuşdur.
    Salih bəy yorulmaz bir sənətkardır. O, onlarla kitabın müəllifidir. Şeirləri dillər əzbəridir. Nəsr əsərləri oxucuların stolüstü kitabıdır. Publisistik yazılarında həmvətənlərini və təkcə onarı deyil, elə hamımızı narahat edən problemlərə toxunulur. Dram əsərləri repertuarlarda özünə yer tutur. Memuarları tarixi salnamədir.
    Salih bəy həm də istedadlı bir tərcüməçidir. Məhz onun tərcüməsində Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması, Aleksandr Puşkinin “Yevgeni Onegin” mənzum romanı, Şillerin “Məkr və məhəbbət” dramı, habelə Lermontovun, Mayakovskinin, Tixonovun, Simonovun,Yanka Kupalanın, Qabdulla Tukayın, Yevtuşenkonun, Rubtsovun, Nazim Hikmətin, Ataol Bəhramoğlunun   şeirləri balkar dilində səslənib. 
    Şair Azərbaycan ədəbiyyatına da yaxşı bələddir, xüsusən, Səməd Vurğun poeziyasının və şəxsiyyətinin vurğunudur. O, bizim Xalq sairimiz Sabir Rüstəmxanlının yaxın dostudur. Mənə təqdim etdiyi 5-cildlik seçilmiş əsərlərinin üçüncü cildində Sabir Rüstəmxanlının poetik yaradıcılığından nümunələri tərcümə edib. 
    Tərcümələrdən söz düşmüşkən, Salih Qurtuyev türk xalqları qarşısında böyük bir missiyanın da öhdəsindən şərəflə gəlmiş, ölməz “Dədəm Qorqudun kitabı” abidəsini balkarcaya çevirmişdir.    Onun öz əsərləri də dünyanın bir çox dillərinə (rus, polyak, serb, türk, macar, qırğız, qazax və digər dillərə) tərcümə olunmuşdur.
    Dünyanın bütün böyük  sənətkarlarının  şəxsi həyatı öz mənsub olduğu xalqın həyatının bir parçasını təşkil edir. Bu mənada Salix Qurtuyevin bioqrafiyası balkar xalqının həyatının adekvat inikasıdır. Azadlıq uğrunda mübarizə, represssiya, faciə, sürgün, qayıdış, dinc quruculuq, intibah... Bütün bunlar məğrur, dözümlü balkar xalqının və şəxsən Salih Qurtuyevin son səksən illik taleyinin mühüm hissəsini təşkil edir.
   Salih bəy bir sıra mükafat və fəxri adlara layıq görülüb. Belə ki, o, Kabarda-Balkariyanın Xalq şairi və Əməkdar Mədəniyyət işçisi, Karaçay-Çerkes Respublikasının Xalq şairi, Tiflisin Fəxri vətəndaşı, Rusiya Poeziya Akademiyasinin müxbir üzvü, Qafqaz Yazıçıları Klubunun fəxri prezidentidir.
    Salih Qurtuyev dostluğa sadiq bir şəxsdir. Öz ustadlarını daim ehtiramla xatırlayır. Özünün bir söz adamı kimi formalaşmasında Kazım Meçiyev və Qaysın Quliyevin müstəsna rolunu etiraf edir. O, bütün varlığıyla öz yurduna, öz vətəninə, öz ilkinliyinə sadiq bir söz adamıdır. Şair bir şeirində öz kredosunu belə ifadə edir:

Qoy hər kəs gözləsin öz əcəlini
Doğma beşiyinin olduğu yerdə.

   Salih bəyin mənsub olduğu xalq azsaylıdır. Amma biz ona kiçik xalq deyə bilmərik. Çünki nəhəng şəxsiyyətlər, o cümlədən Salih Qurtuyev kimi söz və fikir adamları yetişdirən xalq kiçik ola bilməz.
    ...  İş elə gətirmişdi ki, mən cəmi bir ay əvvəl də Nalşikdə olmuş, hətta Yeni ili burada  keçirmişdim. Budur, yenə sevdiyim şəhərdəyəm. Başlayacaq tədbirdən əvvəl  müşayətçim Sultan Gekkiyevin  təklifi ilə  Elbursa tərəf yol alırıq. Sultan gənc olsa da məsul vəzifədə çalışır, Dövlət Universitetinin prorektorudur. Kanatla dağın zirvəsinə qalxırıq.  Müxtəlif ölkələrdən gəlmiş xizəksürənlər Elbursun sinəsi boyunca çalın-çarpaz şırımlar açıblar. Hər tərəf bəmbəyazdır. Dərin dərələr qar yığınları ilə doludur. Bu anlarda öz yerlərimizi xatırlayıram.  Şınıx tərəflərdə, doğulduğum  İsalı kəndindəki  dərələrdə hətta bəzən yayda belə əriməyən bu cür  qalın qar laylarına “tar”deyirlər. Şaxtadır. Amma Günəşin şəfəqləri qar üstündə güzgüdəki kimi bərq vurur. 
     Zirvədəki kişik, isti kafelərdən birində ətirli çay içib təzədən kanatdan asılmış kabinəyə yaxınlaşırıq. Mən zarafatla deyirəm ki, birdən bu təkxətli kanatda elektrik cərəyanı kəsilsə nə baş verə bilər görəsən?.. Səfər dostlarım deyirlər ki, əvvəla bu cür hadisələr çox nadir hallarda baş verə bilər və ikincisi, hətta belə bir fors-major baş versə belə, bunun bir qorxusu yoxdur, çünki “ehtiyat enerji mənbəyi” olur. Az keçmiş arzu etmədiyimiz hadisə baş verdi: cərəyan kəsildi, kanatla şütüyən kabinəmiz yarı yolda dayandı. Bir az həyəcanlansaq da, gülüşdük. Sanki “kimsə” bizim söhbətimizdəki şübhəni qar layları ilə siləbəsilə dolmuş qorxunc yarğanın üstündə reallaşdırmağa, yəni bizi sınağa çəkməyə imkan-fürsət gəzirmiş. Deyəsən, “ehtiyat enerji mənbəyi” işə salındı, az sonra kabinə yerindən tərpəndi...
    Yolda Sultana telefon zəngi gəldi. Gənc dostum dəstəklə kiminləsə bir qədər danışandan sonra üzünü mənə tutaraq soruşdu: “Firuz bəy, Siz Rusiyadakı səfiriniz Polad Bülbüloğunu tanıyırsız?”. Təəccüblənib cavab verirəm ki, əlbəttə. Üstəlik səfirimizin müğənni və bəstəkar olduğunu da bildirirəm. O, ciddi şəkildə söhbətini davam etdirir: “Bəs o, necə Sizi tanıyırmı?” Mən zarafatla deyirəm ki, “bunu onun özündən soruşmaq lazımdır”. Sultan deyir, elə isə buyurun Polad Bülbüloğlu ilə danışın. Deyəsən, Sultan zarafat etmir. Telefonda Polad Bülbüloğlunun səsini eşidirəm. Əvvəlcə rusca başlayan söhbət öz dilimizdə davam edir. Səfirimizlə çoxdan tanışıq. Vaxtilə Polad Bülbüloğlu Mədəniyyət naziri işləyərkən, mən  bir müddət bu qurumun “Mədəniyyət” qəzetinin redaktoru işləmişəm və bəzən gün ərzində onunla  dəfələrlə telefon söhbətlərimiz olub. Səfirimiz onun adından yubilyarı təbrik etməyimi xahiş edir. Onu da oyrənirəm ki, Polad Bülbüloğu Sultanın atası, Dövlət Dumasının deputatı  Zaur Gekkiyevin dostdur.
   Axşam Salih Qurtuyevin təntənəli yubileyində iştirak etdik. Əslində bu yubiley törəni ötən ildən qeyd olunmağa başlamışdı. Belə ki, balkar xalqının böyük oğlunun şərəfinə Belarus Respublikasında, habelə Dağıstan, Dağıstan, Kalmık Respulikalarında yubiley törənləri təşkil olunmuşdur. 
    Nalçikdəki yubiley şənliyində isə yaxın və uzaq xaricdən gəlmiş qonaqlar iştirak edirdi. Qonaqlar arasında Boris Qusalov, Raisa Didiqova, Miyasat Muslimova, Erdni Eldışev, Maqomed Nasrulayev, Adam Axmatukayev, Suliman Musayev, Kerimxan Umaxanov kimi tanınmış söz adamlarını görmək xoş idi. 
    Haqqinda söhbət açılan törəndə Kabarda-Balkariya Respublikasının demək olar ki, bütün rəhbərlər işçiləri iştirak edirdilər. Və orasını da qeyd etmək yerinə düşər ki, gələn qonaqlar arasında ilk söz Azərbaycan nümayəndəsinə verildi ki, mən də bunu xalqımıza, ədəbiyyatımıza, mədəniyyətimizə göstərilən böyük bir diqqət və sayğı nümunəsi kimi dəyərləndirirəm. 
    Öz  çıxışımda Salih Qurtuyevin keçdiy parlaq həyat və yaradıcılıq yolu barədə müxtəsər şəkildə söz açdım, AYB sədri, Xalq yazıçısı Anarın təbrikini və Xalq şairi Sabir Rüstəmxanlının xatirə-hədiyyəsini çatdırdım...
    Nalçikin şaxtalı havası sanki “poeziya havasının” təsiri altında tədricən isinir, səslənən şeirlərin şəfəqləri misra-misra, söz-söz  könüllərə axırdı...  Artıq dediyim kimi, Salih bəyin ilk kitabının adı “Səhər”dir. Məslisdəki dostlardan biri zarafatla yubilyara xitabən dedi ki, Salih,  növbəti kitabını hazırlayanda onu bu cüt adlandırarsan: “Hələ axşama şox var”... Hamı gülüşdü. Doğrudan da hələ axşama və gecəyə çox vardı.  Axı söz adamı daim səhəri və işığı gözləyir, gecəni və  qaranlığı yox.
    Salih Qurtuyev rus, özbək, qazax dillərini mükəmməl bilir. Bütün türk dünyasına və bütün bəşər mədəniyyətinə ehtiramla yanaşır. Amma onun üçün Allahın bəxş etdiyi ən müqəddəs ərməğan doğma balkar dilidir. O, bu dili öz varlığı qədər sevir, bu dildə yazır və yaradır. Böyük sənətkar şeirlərinin birində belə deyir:

Doğma dilim sağdırsa, demək özüm də sağam.
Bayrağı qoruyubsa, alay da salamatdır.

    Və nəhayət,  mən öz fikrimi yubileyi təntənə ilə qeyd olunan qələm dostumuzun dərinmənalı bir şeiri ilə yekunlaşdırmaq istəyirəm:

Bu gün narahatdır dünyamız bizim, 
Yolların üstünü alıb toz-duman.
Geriyə baxıram- gecəm, gündüzüm
Geyilmiş paltara bənzəyir yaman.

Qalsa da ömrümdə keçmişin izi,
Daşların içində almaz gəzirəm, 
Mən nə yoruluram, nə də bezirəm,
Zirvədə boşluğa zillənir gözüm.

Daim zirvələrdə qərar tutasan, Salih Sultanbəy oğlu.

Firuz MUSTAFA

Polislər Qubada yaralı ceyranı xilas edib - FOTOLAR
"Kəlbəcərlilər "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədin səs verəcəklər" - FOTOLAR
7 min kilometr uçdu, aclıqdan öldü - MARAQLI
Fermada işləyə bilmədiyi üçün 10 aylıq qızını aclıqdan öldürdü - DƏHŞƏT...
34 gün meşədə qalan ana və 3 uşağının möcüzə qurtuluşu - MARAQLI... + VİDEO
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı kifayət qədər realdır” – XƏBƏRDARLIQ!
Kriminal
Şəki polisi əməliyyat keçirdi: Məhkəmə isə "narkobaron"u açıb buraxdı...
Cəmiyyət
"O, maarifçilik xəttinə bunu da əlavə etsə, həmin filmi çəkib dünyaya təqdim edərdim"
Cəmiyyət
Moderator.az yazdı, nazirlik oğurluq hadisəsini nəzarətə götürdü...
İqtisadiyyat
“Koronavirusun Azərbaycan üçün ciddi iqtsiadi problemə səbəb olacağına inanmıram”
Həftənin ən çox oxunanları
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
Erməni helikopterini vuran MAXE Saleh Məmmədova səsləndi: "Bir şey fikirləşmirlər..."
Paşinyan 7 rayonun qaytarılmasından danışdı: "Onlar razılaşsa, dərhal masaya qoyulacaq..."
“Bizim əsas düşmənimiz Azərbaycan yox, Türkiyədir...”
"Qarabağ cəhənnəmə çevrilməlidir, hər gün Ermənistana əsgər meyiti getməlidir..."
ABŞ-ın yeni nəsil dronları Rusiya və Çini qorxuya saldı: Onları vurmaq mümkün deyil, çünki...
İki nəvəsi olan kişi yeniyetməni meşəyə aparıb zorladı: 16 yaşlı qızın dramı – VİDEO
12 yaşıma çatanda bu barədə ailəmə danışmaq qərarına gəldim, bundan sonra bir daha..."
Putin İsrailə 5  uçaq və 200 nəfərlik heyətlə gəldi...-FOTOLAR+VİDEO
“Rusiyanın aprel döyüşlərində bizə heç bir köməyi dəymədi” – Bu dəfə Kremlin haqqı yeyildi...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247