Xəbər lenti
30/10/2020 [11:45]:
Təhsil naziri: "Builki tədris ilinin uzaldılması nəzərdə tutulmur"
30/10/2020 [11:42]:
Nazir: “Repetirorluq sahəsində qadağa nəzərdə tutulmur”
30/10/2020 [11:34]:
Şagirdlər üçün VPN-siz işləyən platformalar tətbiq olunacaq - RƏSMİ
30/10/2020 [11:33]:
Azərbaycanda ATM və POS terminallardan istifadə artıb
30/10/2020 [11:32]:
Qiymət və davamiyyətə görə şagirdlərin sinifdə saxlanılması nəzərdə tutulmur
30/10/2020 [11:28]:
İş adamı Dövlət Sərhəd Xidmətinə "Hummer" hədiyyə etdi - FOTOLAR
30/10/2020 [11:25]:
Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib
30/10/2020 [11:23]:
Müdafiə Nazirliyi: “Azərbaycan tərəfinin hücum cəhdi olmayıb”
30/10/2020 [11:17]:
"Qələbə xəbərini Vaqif müəllimin də məzarı başında ona çatdıracam”
30/10/2020 [11:13]:
Azərbaycan hərbçisi: “Düşmən bizim qarşımızda dayana bilmir” - VİDEO
30/10/2020 [11:13]:
“İndi İlham Əliyev kimi Ali Baş Komandanın yanında mən çox rahatam...”
30/10/2020 [11:12]:
Təhsil naziri: "Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib"
30/10/2020 [11:11]:
Mülki bölgələrə raket zərbələrinin endirilməsi ilə bağlı məsələ AŞPA komitəsinin gündəliyinə salınıb
30/10/2020 [10:53]:
Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb
30/10/2020 [10:46]:
“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırıb
30/10/2020 [10:43]:
Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edildi - RƏSMİ
30/10/2020 [10:29]:
“Xalqımız işğaldakı torpaqları son qarışına qədər azad etməkdə qərarlıdır”
30/10/2020 [10:27]:
1982-ci il 29 iyulda Heydər Əliyev Şuşada olub, 38 il sonra İlham Əliyev prezident kimi gedəcək bu şəhərə...
30/10/2020 [10:24]:
“Azərbaycana Qarabağ məsələsində heç bir təzyiq mümkün deyil, ona görə ki...”
30/10/2020 [10:16]:
“Əgər bunu etməsəydik, təyyarə və PUA-larımız belə rahatlıqla hərəkət edə bilməzdi”
30/10/2020 [10:13]:
Bərdəni atəşə tutan "Smerç" məhv edildi - VİDEO
30/10/2020 [10:11]:
Qırğızıstanda Bərdə və Gəncədəki erməni terrorları pislənilib - FOTOLAR
30/10/2020 [10:09]:
“XII-XV əsrlər Ön Asiya və Qafqazın tarixi-etnoqrafik məsələlərinə baxış” mövzusunda Respublika Elmi Konfransı keçiriləcək
30/10/2020 [09:57]:
Düşmən səhər saatlarından yaşayış məntəqələrimizi atəşə tutur - Müdafiə Nazirliyi
30/10/2020 [09:55]:
Qatarın 25 vaqonu relsdən çıxdı - ANBAAN VİDEO
30/10/2020 [09:52]:
Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir
30/10/2020 [08:23]:
Döyüşlər cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib - RƏSMİ
30/10/2020 [08:15]:
"Azərbaycan ordusu bu cinayətkarın Ermənistana qaçmasına yol verməməlidir..."
30/10/2020 [08:06]:
Astronomlar Yer kürəsi boyda yeni planet aşkarladılar
30/10/2020 [08:00]:
Ağ Ev müharibədə Ermənistanın  daha çox itki verdiyini bəyan etdi...
30/10/2020 [07:44]:
Paşinyan Xankəndinə Azərbaycan bayrağı sancılmamış Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...
30/10/2020 [07:13]:
Fransada Makron hökumətinə qarşı kütləvi etirazlar başladı...
30/10/2020 [06:38]:
Separatçı rejim döyüşlərin Şuşanın cənubunda getdiyi haqda xəbər yaydı...
30/10/2020 [01:02]:
Niderland Parlamentinin deputatına erməni vəhşiliyi barədə məlumat verilib
30/10/2020 [00:39]:
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin, yoxsa...” - VİDEO
29/10/2020 [23:58]:
"Qarabağ" "Vilyarreal"a uduzdu
29/10/2020 [23:37]:
“Qarabağ” – “Vilyareal” matçında ardıcıl qollar - YENİLƏNİR
29/10/2020 [23:16]:
“VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqləyib
29/10/2020 [23:15]:
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - YENİLƏNİB
29/10/2020 [23:12]:
“Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? - İDDİA+FOTO
29/10/2020 [22:54]:
Horizon Education Agency “Dağlıq Qarabağın gələcəyini yaxşı düşünün” adlı forum keçirəcək
29/10/2020 [22:46]:
Ermənistanın 30 hərbçisinin meyiti BQXK vasitəsi ilə təhvil verilib
29/10/2020 [22:39]:
Ədliyyə Nazirliyi 3 dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaratdı - VİDEO
29/10/2020 [22:37]:
Mövlud Çavuşoğlu və Ceyhun Bayramov Qarabağ məsələsini müzakirə etdilər
29/10/2020 [22:10]:
Düşmənin qüvvə və vasitələri məhv edilib - VİDEO
29/10/2020 [22:06]:
Erkan Özoral: “Qarabağ Azərbaycan üçün nədirsə, Türkiyə üçün də odur”
29/10/2020 [22:05]:
Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Türkiyə bayrağına büründü - FOTO
29/10/2020 [21:35]:
"Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib
29/10/2020 [21:29]:
Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR
29/10/2020 [21:20]:
Konstitusiya Məhkəməsindən dünya ölkələrinə müraciət
29/10/2020 [21:18]:
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub
29/10/2020 [21:17]:
Tanınmış aparıcıya ağır itki... - VİDEO
29/10/2020 [20:58]:
"Allah mənə bir az ömür yazsın, Qarabağın qaytarıldığını görüm başımı göyə qaldırıb deyim ki..."
29/10/2020 [20:49]:
Düşmən bölmələri ordumuz tərəfindən darmadağın edilir - VİDEO
29/10/2020 [20:43]:
“Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...”
29/10/2020 [20:41]:
İşğaldan azad olunmuş torpaqların sakinləri Ali Baş Komandana minnətdardırlar
29/10/2020 [20:24]:
Arutunyan: “Azərbaycan Şuşanın maksimum 5 kilometrliyindədir, istəyirəm bunu dərk edək”
29/10/2020 [20:21]:
Düşmən gün ərzində Tərtərə 2 raket, 100 top mərmisi atıb
29/10/2020 [20:16]:
MN: Dağlıq Qarabağın yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır
29/10/2020 [20:00]:
Ermənistan bir günə 100-ə yaxın hərbçisinin ölümünü etiraf etdi
29/10/2020 [19:51]:
Müstəqillik tariximizin ən yeni salnaməsi...
29/10/2020 [19:24]:
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
29/10/2020 [19:23]:
Prezidentin köməkçisi: “Müharibə cinayətlərinə heç bir bəraət ola bilməz” - FOTO
29/10/2020 [19:21]:
Şahmar Mövsümov ABŞ siyasətçilərini Azərbaycan və türk əsilli seçicilərinin səsini eşitməməkdə qınadı - FOTO
29/10/2020 [19:17]:
Qarabağda darmadağın olan erməni ordusu qadınların ümidinə qalıb - VİDEO
29/10/2020 [19:11]:
Ceyhun Bayramov: “Dağlıq Qarabağda Suriyadan gələn xarici muzdlular barədə məlumatlar dezinformasiyadır”
29/10/2020 [19:10]:
DİN-dən hərbi vəziyyət və komendant saatı ilə bağlı ÇAĞIRIŞ
29/10/2020 [19:07]:
Atatürkün balıqçı meyxanəsindəki şəkilləri...
29/10/2020 [19:06]:
Kəndimizin 18 yaşlı şəhidi...
29/10/2020 [18:59]:
"Başda Xankəndi olmaqla bütün işğal əraziləri dinc əhali yeri yox, müharibə meydanıdır..."
29/10/2020 [18:32]:
“Avropada erməni terroruna diqqət çəkən aksiyaların keçirilməsinə ehtiyac var”
29/10/2020 [18:23]:
Ceyhun Bayramov: “Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında maraqlı deyil”
29/10/2020 [18:19]:
Putin: “Türkiyə Qarabağla bağlı danışıqlarda olmalıdır”
29/10/2020 [18:13]:
Ceyhun Bayramov: “Bizim reaksiyamız işğal olunmuş ərazilərimizin azad edilməsi olacaq”
29/10/2020 [18:11]:
Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN
29/10/2020 [18:10]:
Prezident təqaüdü alacaq tələbələrin - SİYAHISI
29/10/2020 [18:04]:
Kubada Azərbaycan səfirliyi təsis edilir - SƏRƏNCAM
29/10/2020 [18:01]:
Ermənilərin terror silahı kimi istifadə etdiyi “Smerç”in texniki göstəriciləri - VİDEO
29/10/2020 [17:59]:
İşğalçılar Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
29/10/2020 [17:56]:
Ciddədəki Fransa konsulluğuna hücum olub
Bütün arxiv bir sırada
18/02/2019 [21:39] - Ədəbiyyat - ( 693 dəfə baxılıb)

Məxfi tapşırıq



 (Hekayə)

 

Dan yeri yenicə ağarmağa başlamışdı. Səhərə yaxın yağan yaz  yağışından sonra torpaqdan ətrafa xoş bir ətir yayılırdı. Gənc baş leytenant bu yaz səhərində hər kəsdən erkən oynamışdı. Əslində o, gecəni demək olar ki heç yatmamışdı. Beynində dolaşan qarışıq suallar ona rahatlıq vermirdi. Dərin düşüncələr içində günlərlə yorğun olan gözləri azacıq mürgüləyir sonra yenə oyanırdı. O niyə bu qədər narahat idi? Bunu heç özü də bilmirdi. İndi zabitlər otağından kənarda dayanıb qaranlıq gecənin öz növbəsini nurlu sabaha təhvil verməsinə tamaşa edə-edə başında dolaşan bu qarmaqarışıq, narahat suallardan və nigarançılıqdan qurtulmaq istəyirdi.
Gecə bölük növbətçisi olan çavuşun əsgərlər üçün ,,Qalx" komandasını eşidən baş leytenant özünü toparladı. O istəmirdi ki, şəxsi heyyət onu dalğın, fikirli, qayğılı görsün. Çünki o hər zaman ən çətin anlarda belə hər bir əsgərə ruh yüksəkliyi aşılayan, gözündə qorxu olmayan cəsur bir komandir,hər kəsin dərdinə  həmdəm, hər kəsə dost bir insan idi.  
-Sabahınız xeyir, cənab baş leytenant! 
-Sabahın xeyir,  Mərdanov! Gecə növbəsi necə keçdi?
-Hər şey öz qaydasındadır, cənab baş leytenant. 
-Səni kim əvəzləyəcək, Mərdanov?
-Çavuş Sultanzadə.
-Aydındır ,səhər yeməyindən sonra get dincəl!  Hər kəsə də ayıq olmağı tapşır!
-Oldu!
Baş leytenant  Cahid Nemətzadə ,,N" saylı hərbi hissənin ən peşəkar zabitlərindən idi. O, ucaboy, enlikürək, qayış kimi əzələlərə malik, qartal burun, kəskin baxışları, həlim qəlbi olan bir insan idi. İdmanın iki növü üzrə Avropa çempionu idi. O həm kikboksng ,həm də aykido ilə məşğul olurdu. İdmana olan hədsiz sevgisi onu Ali Hərbi Məktəbin kəşiyyat bölməsinə gətirib çıxarmışdı. Hərbi məktəbi bitirib ilk işinə başlayandan 1 il sonra həm rütbəsi, həm də hərbi vəzifəsi artırılmışdı. Xüsusi hazırlanmış bir əməliyyatı cəmi üç nəfərlə gerçəkləşdirib düşmənə həm canlı itki verdirmiş ,həmçinin düşmən tərəfin məxfi şöbəsinin yüksək rütbəli bir zabitini məxfi planla birlikdə əsir almışdı. Bu əməliyyatdan sonra adı bütün hərbi hissədə əzbər olmuş, hər kəsin yanında böyük hörmət qazanmışdı. 

O, səhər saat 10:00 -da məxfi qərargahda olmalı idi. Onu şəxsən general Cabbarlı çağırmışdı. Relyefi,ərazini, qarşıya çıxacaq hər bir maneəni nəzərə alaraq 20 dəqiqə daha tez yola çıxdı. 9:35 də artıq qərargahın qarşısında idi. Burada o xidmətdə olduğu hərbi korpusun digər bölmələrindən olan müxtəlif rütbəli və vəzifəli zabitlərlə rastlaşdı. Hamını generalın dəvət etdiyi aydınlaşdı.  5 dəqiqə qalmış hər kəs generalın kabinetinin qarşısında idi. Generalın əmri ilə yavəri hamını içəri dəvət etdi.
Müşavirə 2 saatdan artıq idi ki davam edirdi. Bu məxfi müşavirənin ən əsas mövzusu Dağlıq Qarabağa gəlmiş qəddar bir erməni terrorçusu idi. Kəşfiyyat müəyyən məlumatlar əldə etmişdi. Lakin ermənilər bu terrorçunun dəqiq kimliyini ciddi-cəhdlə gizlətməyə çalışırdılar. Bu arzuolunmaz insanın nə dəqiq adı, nə şəkli bəlli idi. Ancaq bəlli olan o idi ki gələn adam Amerikanın Kaliforniya ştatından , xüsusən ermənilərin qeyri-rəsmi mərkəzi sayılan Qlendeyl şəhərindəndir.  Bu şəxs 8 yaşından Qlendeyldəki erməni icmalarında yetişdirilən, terror təşkilatlarında xüsusi təlimlər keçən, bütün türklərə, xüsusən də azərbaycanlılara qarşı sonsuz bir kinə, nifrətə malik insan idi. Xüsusi amansızlığı, qəddarlığı, işgəncə metodları ilə ermənilər tərəfindən rəğbətlə sevilən bu şəxs  Şuşanın ermənilər tərəfindən ələ keçirilməsini bayram etdiklıri bir gündə həmin tədbirdə iştirak etməyə, əsir azərbaycanlıları işgəncələrə məruz qoymağa, cəbhəboyu erməni əsgərlərinə ,,ruh yüksəkliyi " bəxş etməyə, sərrast snayperçi olduğu üçün Azərbaycan əsgərini cəbhənin müxtəlif rayonlarında bir-bir,, dənləməyə" dəvət olunmuşdu. Və bu iblis artıq öz işinin icrasına başlamışdı. Son 2 gün ərzində cəbhənin bu ərazisində snayperlə 2 əsgər, 3 mülki vətəndaş  öldürülmüş , 2 nəfər isə yaralanmışdı. Bu zombi-insanı durdurmaq-məhv etmək lazım idi. Alınan son məlumatlara görə, o, iki gün sonra Xankəndindəki tədbirdə ,,alovlu nitq" söyləyib, erməni xalqı qarşısında and içməlidir. Təcili olaraq bu müəmmalı, mənfur insanın siması aydınlaşdırılmalı və məhv edilməli idi.  Vaxt az, düşmən isə məkrli və hiyləgərdir . Bu qaniçən qatili yalnız o tədbirdə görüb tanımaq olacaqdı. O tədbirə isə mütləq və mütləq qatılmaq gərəkdi. Fotorobotunu hazırlamaq da mümkün olmamışdı. Çünki adamı heç kim görməmişdi.

Artıq 2 saatı keçən müşavirədə fərqli fikirlər irəli sürülsə də ,keçmiş Sovet Ordusunun  polkovnik-leytenantı ,Əfqanıstan müharibəsinin veteranı, Azərbaycan Ordusunun generalı, Qarabağ qazisi,  Tofiq Cabbarlı heç nə demirdi və bu susqunluğun razılıq əlaməti olmadığını hamı bilirdi. Birdən təcrübəli general ,, Cahid Nemətzadə sənin nə təklifin var?! deyə soruşdu. Nəzərlər Cahidə yönəldi. Gənc baş leytenant təmkinini pozmadan:
-Üzr istəyirəm. Cənab general,mən məlumatları fərdi şəkildə bir daha nəzərdən keçirə bilərəmmi? 
General bir-neçə saniyə onu süzərək lakonik şəkildə ,,olar!" dedi.
Cahid qovluqda yazılanları diqqətlə oxuyur, özü üçün kiçik qeydlər aparırdı. Təcrübəli general onu kənardan müşahidə edirdi. Ona baxdıqca öz gəncliyini xatırlayırdı. Cabbarlı Sovet ordusunda xüsusi təyinatlı qoşun növündə xidmət edirdi. Ucaboyu qala bürcünü xatırladırdı. Yaraşıqlı çöhrəsi, enli çiyinləri, əzələli qolları, hər kəsi özünə cəlb edirdi. Hətta indiki yaşında belə bu peşəkar hərbçi öz yaşıdlarından çoc-çox fərqlənirdi. Mütəmadi idmanla məşğul olması onu çox gümrah və çevik saxlayırdl. Ömrünün otuz beş ilini hərbiyə həsr etmiş bu insan dəfələrlə ölümlə üz-üzə qalmış,həyatın amansız sınaqlarından keçmişdi. Əfqanıstanda ömrünün ən ağır illərini keçirmişdi. Bir dəfə xüsusi bir əməliyyatı uğurla başa çatdırıb geri dönərkən satqınlıq nəticəsində pusquya düşmüşdülər. Hamı yaraqlılar tərəfindən qətlə yetirilmişdi. Huşsuz,yaralı mayor Cabbarlının isə əsir almışdılar.O əsir düşərgəsində cəmi iki gün qalmışdı. Qollarındakı  dəmir qandalı  hərbi formasının yaxalığına bənd etdiyi sancaqla açmış, yaraqlaıların keşikçilərini sakitcə məhv etmiş, sonra isə onların Sovet ordusundan qənimət götürdükləri tankın içindəki Əfqan komandiri əsir alaraq təhlükəsizliyi təmin etmiş və tankla birlikdə əsir komandiri də öz qərargahlarına təslim etmişdi. 
Ondan məxvi əməliyyat xəritəsini soruşduqda isə döyüş əsnasında ölmək ehtimalını nəzərə aldığından həmin xəritəni yandırdığını söyləmiş,lakin əvvəlcədən hər şeyi ölçüb biçdiyini də vurğulamışdı. 
Necə ?deyə soruşulduqda isə o hərbi formasını əynindən çıxarıb ülgüclə yaxalığından boynuna qədər sökmüş, oradan əvvəlcədən xəritəni  və döyüş planını köçürdüyü vərəqi çıxarmışdı. Əsir aldığı komandir vasitəsilə içəridəki satqını da aşkarlaya bildilər. Dəfələrlə göstərdiyi bu kimi fədakarlıqları SSRİ Müdafiə Nazirliyi tərəfindən yüksək qiymətləndirilmiş,ordenlə təltif olunmuş və rütbəsi artırılmışdı.
İndi ahıl general gənc baş leytenanta baxdıqca öz gəncliyini bir daha xatırlatmış oldu. Ani olaraq nə isə düşünüb yavərini çağıraraq ona sakitcə nəsə dedi və o da ,,baş üstə!" deyib getdi. 3-4
 dəqiqə sonra əlindəki qovluğu generalın masasının üzərinə qoydu.
General qovluqda yazılanları bir daha nəzərdən keçirib öz ürəyində ,,əhsən Nemətzadə! dedi.
Sən mənim gəncliyimsən!
Son qeydlərini aparan Cahidin baxışları ani olaraq generalla toqquşdu. Bu baxışlarda gənc baş leytenant özünə qarşı dəruni bir inam və etimad gördü.
Nə qərara gəldin?! deyə general soruşdu.
Cənab general, sizə də məlumdur ki mən erməni,ərəb və fransız dillərini mükəmməl bilirəm. Bu qovluqda mənim diqqətimi cəlb edən bir məqam oldu. Sənəddə qeyd olunur ki bu insan ovçusu ermənilərin ərəb ölkələri içərisində əsas üstünlük təşkil etdikləri ölkə olan Livanda da qonaq olubmuş və burada ermənilər tərəfindən  xüsusi rəğbətlə qarşılanıbmış. Xocalı soyqırımını törədən və burada yaşayan bir qrup keçmiş erməni döyüşçüləri və eyni zamanda erməni təşkilatları ilə də məxfi görüşlər keçirib. 
-Bunu nə ilə əlaqələndirmək istəyirsiniz ? deyə cüssəli mayor soruşdu. Baş leytenant tələskən mayora ani nəzər salıb üzünü yenidən generala tutdu
-İzninizlə cənab general!
-Buyur! Davam et! Sənsə ,mayor Həsənli, tələsmə!
-Cənab general ,bildiyiniz kimi ermənilər Şuşanın işğal gününü erməni ordusunun zəfər günü kimi xüsusi təmtəraqla qeyd edirlər. Adətən belə ,,tədbirlərdə" onlar öz havadarlarını,  erməni təşkilatlarının rəhbərlərini , satın aldıqları bir çox nüfuzlu təşkilatların söz sahiblərini, eyni zamanda müxtəlif ermənipərəst xarici media nümayəndələrini dəvət edirlər. Mənim də bu tədbirə saxta müxbir sənədi ilə daxil olmağım mümkündür. Bir zamanlar Fransız müstəmləkəsi olan Livanı ona görə vurğuladım ki, mənim ərəb və fransız dilini mükəmməl bilməyim Livan mediyası nümayəndəsi kimi rahatca tədbirə qatılmağımın təminatıdır. 
-Əhsən!  deyə ayağa qalxan general əlini onun çiyninə qoyub əlavə etdi ,,nədən başlayırıq?!"
Təbii ki, ilkin olaraq sənədlərin hazırlanmasından. Mənə təcili olaraq ,,L'Orient-le Jour" qəzetinin müxbiri vəsiqəsi lazımdır. Bizim  yalnız iki günümüz var, tələsməliyik! 
-Doğru deyirsən! Mən indi cənab nazirə məruzə edib köməkliklərini istəyəcəyəm. Sənin şəxsi işini iki dəfə oxudum. Sənə ümidim çoxdur!
Əvvəlki tapşırıqları da layiqincə yerinə yetirmisən. Sən bu Vətənin şərəfli əsgərlərindənsən!
-Cənab general,  qeyd etdiyiniz kimi mən bu Vətənin əsgəriyəm. Bizlər Vətən üçün hər şeyi gözə alan, heç nədən qorxmayan, yorulmayan əsgərlərik! Mənfur düşməni yurdumuzdan dəf etmək ,işğal altındakı torpaqlarımızı azad etmək bizim müqəddəs  Vətən borcumuzdur!
-Biz mütləq zəfər qazanacağıq! Toplantı bitmişdir!  Hər kəs öz bölüyünə qayıdıb şəxsi heyətin təhlükəsizliyi ilə məşğul olsun. Ayıq -sayıq olun, gözünüzü dörd açın! Sən isə ,Nemətzadə qərargahda ol! deyərək general telefonun dəstəyini qaldırdı.
İki saat sonra Nemətzadə yenidən generalla görüşdü. General aldığı bütün məlumatlarla baş leytenantı tanış edib bu gecə qərargahda qalmasını tapşırdı.
 Sabahı  ,,L'Orient-le Jour" qəzetinin,,müxbiri" vəsiqəsi baş leytenanta təqdim olundu. 
Walid Tankian-special correspondent of the ,,L'Orient-le Jour 's.
Onun cəmi 10 saat vaxtı vardı. İndi o Livana uçmalı orada sabah həqiqətən də Xankəndindəki tədbirə qatılacaq livanlı jurnalisti həyatı təhlükəsi olmadan zərərsizləşdirməli və onun yerinə özü o tədbirə qatılmalı idi. Hər şey dəqiqləşdirilmişdi.  Hətta iz itirmək üçün oteldə də qalmayacaqdı. Onunla birlikdə bu yolçuluğa ,,kameraman" kimi dostu mahir qrim ustası olan Kamal Verdiyev də qatılmışdı. Hər ikisi  peşəkar idi. Kamal əslində MTN-nin çox bacarıqlı və peşəkar əməkdaşı idi . Hər ikisi eyni orta  məktəbdə oxumuşdular. Birlikdə fransız dili kurslarını bitirmişdilər və möhkəm dost idilər. Sadəcə peşə sevdası və məsuliyyəti onlara ildə bir-iki dəfə görüşmək imkanı yaradırdı.
Təyyarə Rafic Hariri Beynəlxalq hava limanına eniş edirdi. Dostlar baxışları ilə nə edəcəklərini aydınlaşdırdılar. Az sonra ünvana yetən dostlar Walid Tankianı  tapdılar. O kiçik ,amma çox səliqəli bir kafedə əyləşmişdi. İndi onunla ünsiyyətə keçmək və onu lazımi yerə çəkmək gərəkdi.  Kamal özünü fransız turist kimi qələmə verib tanışlıq üçün əl uzatdı. Daha sonra o qədər şirin bir söhbət başladı ki onlar qədim tarixi abidələr və şəhərin görməli yerlərini ziyarət etmək üçün Tankiana  əməlli-başlı,,minnətçi" düşdülər və nəhayət onu bu işə razı sala bildilər. Beləcə üçlükdə iki dostun Livana gəlməzdən  əvvəl razılaşıb haqqını ödədikləri evin yanından keçəndə Tankianı səhhətinə zərər vermədən huşsuz hala gətirdilər.  Daha sonra isə qrimçi Kamal zahirən Tankiana bənzəyən dostunu elə qrimlədi ki əsl Tankian görsə yəqin çaşardı. 
Təyyarə Xankəndi hava limanına enəndə onları gül-çiçəklə qarşıladılar. Bir saat sonra tədbir başlayacaqdı. Dostlar bu bir saatdan yararlanaraq mühüm strateji obyektləri lentə köçürməyə başladılar. Hər yer erməni dilində yazılmış şüarlarla dolu idi. Bütün adlar dəyişdirilmişdir. Bir saatdan sonra qondarma qurumun sözçülərindən biri tədbiri açıq elan etdi. Azərbaycanlıların qarasına asıb-kəsdi və sonra Xocalı qətliamını ermənilərin qisas günü kimi qələmə alan, azərbaycanlılara qarşı vəhşiliklər edən, hər bir pis əməllərini həvəslə qələmə alan, ermənilərin sevimlisi olan jurnalist,,
Во имя Креста" kitabının müəllifi Daud Xeyriyanı kürsüyə dəvət etdi. Xeyriyan alçaq əməllərindən danışdıqca hər iki dost gərildikcə gərilir, alınlarında damarları düyünlənirdi. Kaş ki səni indi öldürərdim, alçaq! deyə düşünürdülər.  Lakin bura başqa məqsədlə gəldiklərindən səbrlərini basırdılar. Xeyriyandan sonra bir-iki erməni də çıxış etdi. Sonra bu ,,mötəbər" tədbirə qatılacaq əsas şəxsi xüsusi hörmət-izzətlə kürsüyə dəvət etdilər. Yer-yerdən alqış və fit səsləri yüksəlməyə başladı. Uşaqlı-böyüklü hər kəs ayaq üstündə bu qaniçəni alqışlayırdı. Bu adam əsl peşəkar idi. Orta boylu, tökmə bədənli, daz başlı ,sivri burunlu, səliqəli saqqallı enlikürəkli, əzələləri paltarın altından belə açıq -aşkar seçilən, boyun-boğazı döymələrlə dolu olan(xüsusən xaç işarəli döymələr) bu insan-zombi nitqinə başladı.
,,Mən  Aram Xaçaturyan əcdadlarımızın ruhu və sizlərin qarşısında and içirəm ki o azərbaycanlılara amansız divan tutacağam. Bütün türklərdən qisas alacağam. Elə bir plan hazırlamışam ki o baş tutandan sonra Xeyriyanın Xocalıda etdikləri və gördükləri sadəcə bir hekayə olacaq! Biz böyük ermənistan quracağıq!!
Mənim hazırladığım bu plana görə dostlarımızın da dəstəyi ilə ilkin həmlədə Gəncə və  Yevlax da daxil olan əraziləri ələ keçirəcəyik! Sonrakı ikinci planla da Bakını tutub o mənfur türkləri-azərbaycanlıları diz çökdürəcəyik! İkinci planı gerçəkləşdirmək üçün Mingəçeviri mütləq ələ keçirməliyik.  Dostlar,biz həm də xaç uğrunda döyüşürük. Bu döyüşlərdə erməni xalqı və böyük ermənistan üçün can verən erməni qardaşlarımız cənnətə daxil olacaqlar. Bizi böyük zəfər gözləyir!
Türklərə-azərbaycanlılara ölüm! Ani olaraq Cahid bu şərəfsiz erməni itini elə indi cəhənnəmə göndərmək istədi. Ancaq Kamalın sezdirmədən onun biləyindən tutması hər şeyi dəyişdi. Artıq heç nəyi dinləmirdilər. Adını öyrəndikləri bu alçaq ermənini gömməyi planlaşdırırdılar. Demək adın Aram Xaçaturyan imiş!!!! Yox səni torpağa basdırmaq düzgün deyil, səni elə xaçdan asıb diri-diri soyacağam! Öz xaçında gəbərəcəksən! O zaman cənnətə deyil ,cəhənnəmə vasil olacaqsan!!
Murad daha təmkinli idi.
Boğazdan yuxarı özlərini tərifləyib köpüncəyə qədər içib məst olan ermənilərin bu günkü tədbiri xüsusi atəşfəşanlıqla başa çatdı.
Gecəyarı idi. Dostlar səhərki tədbirdən sonra Xaçaturyanın  saqqızını çətinliklə də olsa ,,oğurlaya" bilmişdilər. Aram onları da bu gecə təşkil etdiyi hücum planına daxil etmişdi. Ağdam ərazisinə keçib orada təxribat törətməli idilər. Aram isə planlaşdırdığı kimi bu qarışıqlıqdan istifadə edib ərazidəki hərbi hissədə  gecələyən korpus komandirini və bir-neçə yüksək rütbəli zabiti qətl etməli idi. Onun planına görə komandirsiz qalmış azərbaycan əsgərləri bütün postları onlara,,təhvil" verib qaçacaqlardı. Sən ,Tankian, bu türklərin dovşan kimi qaçmaqlarını xüsusən çox çək! deyərək qəhqəhə çəkdi. Sonra bunları aparıb ölkəndə və həmçinin də dünyada göstərərsən.  Qoy hamı erməni əsgərlərini şücaətini bir daha görsün! Dostlarımız da bizə lazımi köməklik göstərəklər. Biz bu gecə növbəti yazacağımız zəfər salnaməsinin ilk cümlələri olacağıq. Bu gecədən sonra açılacaq hər sabah Azərbaycan ordusu üçün 92-93-cü illərdən daha ağır məğlubiyyət sabahları olacaq. Onların daha heç bir şansı olmayacaq!
Aramın bu yana keçməsi dostların işini əslində bir az da rahat etmişdi. Verdiyev xüsusi ünsiyyət qurmaq bacarığına malik idi deyə yenə Aramı aramsız sualları ilə söhbətə tutmuşdu. Cahid bunun nəyə işarət olduğunu bilirdi. Sakitcə bayıra çıxdı. Bir-iki erməni əsgəri ilə söhbət edib onları yaxşı ,,mükafat" gözlədiyini söylədi.  Qarşıdakı tək səngərdə bir zabit və iki əsgər vardı . 45-50 metr irəlidə isə Azərbaycan postu idi. Cahid sakitcə ora yaxınlaşdı. Zabitlə söhbət edə-edə onu əsgərlərdən ayırdı. Guya ,,düşmən " tərəfi tam aydın çəkmək üçün ondan məsləhət istəyirdi. Zabit onu azacıq hündür olan bir yerə gətirib kameranı burada quraşdıra biləcəyini və bir-iki saat sonra başlayacaq qəfil hücumu lentə almaq üçün buradan daha  yaxşı çəkiliş apara biləcəyini söylədi. Cahid ona yardım etməsini xahiş etdi. 
Çantadan kameranı mənə ver! 
erməni zabiti aşağı əyilən kimi Cahid öz işini ustalıqla səs çıxmadan  tamamladı. Mükəmməl boyun qırma fəndi. O iki əsgəri də zərərsizləşdirib əsgərlərimizlə əlaqə qurdu,komandirləri ilə danışmalı olduğunu bildirdi. Komandirlər təfsialtı ilə məlumatlandırıldı. Onlar da şəxsi heyəti və texnikanı səssizcə tam döyüşə hazır vəziyyətə gətirdilər.
Səhərə yaxın hücum başladı. Amma  Aramın planı kimi olmadı .Əsassız vədlərlə şirnikləndirilib hücuma göndərilən dığalar aslan kimi dayanmış Azərbaycan əsgərinin mərmilərini və süngülərini murdar bədənlərində hiss etdikcə, sağ qalmaq üçün ərəbdovşanı kimi ora bura tullandıqca aldandıqlarını dərk edir ,amma xilas ola bilmirdilər.
Sevincək silahını əlinə götürüb çıxmaq istəyən Aram hövlank içəri soxulan erməni zabiti ilə burun-buruna gəldi. Gözləri hədəqəsindən çıxan erməni zabiti tam fiaskoya uğradıqlarını kəkələyə-kəkələyə Arama izah etməyə çalışırdı. Qəzəbindən  tir-tir titrəyənbu vəhşi xislətli insan geriyə dönüb Cahidə,,Sən harda idin?!" deyə sual verdi.
Mən sənin kabusunam və kabus hər yerdə sənin gözünə görünəcək! 
Murad çaşqın baxışlarla onlara baxan erməni zabitini cəhənnəmlik etdi. Aram tətiyi çəkə bilmədi.  Cahidin dəqiq zərbəsi silahı əlindən salmışdı. Yaralı qabana dönmüş erməni Cahidin üstünə şığıdı. Aram həqiqətən də peşəkar döyüşçü idi. Lakin cəsur Azərbaycan övladı, döyüşün sirlərinə vaqif olan Cahid təmkinlə döyüşürdü. Ard-arda böyrək ,mədə və ürək nahiyyəsinə vurulan güclü zərbələr Aramı durdurdu. O ağır nəfəs alırdı. Cahidin  beton kimi ayaqları ilə Aramın hər iki bud nahiyyəsinə və sonda da fırlanaraq sifətinə vurduğu gözəl zərbə onu leş kimi yerə sərdi. Onu öldürmək istəyirdi, amma o canlı lazım idi.
Bir-neçə saat sonra əl -qolu bağlı Aram artıq generalın qarşısında diz üstə oturmuşdu. 
Elə bil öz gəncliyi generalla üzbəüz durmuşdu. 
General Cabbarlı fəxrlə Cahid Nemətzadəyə baxırdı.... 



Fərid Muradzadə

 

loading...
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin, yoxsa...” - VİDEO
30 erməni hərbçisinin meyiti Ermənistana qaytarılıb...- Erməni tərəfi təsdiqlədi
"Artıq Azərbaycan Ordusunun Xankəndi və Şuşaya daxil olacağına əminliyim artır..."
Rusiya Türk PUA-larını "dişləmək" üçün ermənilərə "Krasnuxa" REM-ləri göndərib..?
“Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir...”
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Hadisə
Bərdəni atəşə tutan "Smerç" məhv edildi - VİDEO
Cəmiyyət
“Əslində düşmənin hər bir terrorçu addımı bizə qələbəmizin sədalarından xəbər verir...”
Cəmiyyət
“Ermənilər əslində döyüş meydanında olduğu kimi, musiqidə də qorxaqdırlar...”
Gündəm
“Cümhuriyyət bayramı Türkiyə ilə yanaşı, həm də Azərbaycanın bayramıdır”
Cəmiyyət
İsrail Azərbaycana raket hücumlarına qarşı “Dəmir Qübbə”dən istifadə etməyi təklif etdi

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Əliyev
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
Seymur Verdizadə
Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım...
Sultan Laçın
“Şəhid balalarımıza “bədbəxt” deməyin!.. -Bədbəxt - qatillər, baiskarlardır...”
Həftənin ən çox oxunanları
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir"
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
Terrorçu ölkə müdafiə naziri Laçının müdafiəsini öz üzərinə götürdü…
“Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana XƏBƏRDARLIQ
ABŞ Dövlət Departamenti Pompeonun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü haqqında məlumat yaydı
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247