“Ölüm vaxtı insan çəkisinin 21 qramını itirir - Deməli,  ruhun çəkisi cəmi 21 qramdır?..”
Araşdırma
Oxunub: 5175
15 Feb 2019 | 22:47
“Ölüm vaxtı insan çəkisinin 21 qramını itirir - Deməli,  ruhun çəkisi cəmi 21 qramdır?..”

 Elmi dildə “suisid” adlanan intihara Azərbaycan alim, sosioloq və hüquqşünaslarının baxışını araşdırarkən diqqətimizi  Beynəlxalq Hüquqşünaslar İttifaqının Vitse-prezidenti, Azərbaycan Respublikasının əmək­dar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun elmi redaktorluğu ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, hüquq elmləri doktoru, professor Bəhram Zahidovun  2012-ci ildə işıq üzü görmüş “İntihar” əsəri cəlb etdi. Kitabda  sözügedən  problem intihar fenomeninin tarixi və müasir vəziyyəti, intihar hallarının kriminoloji və sosioloji təhlili, intihar və ona oxşar əməllərin profilaktikası və s. aspektlərdən geniş təhlil olunur. 

"Əgər bu əsər bircə nəfər şəxsi öz yolundan - intihar etmək yolundan geri qaytara biləcəkdirsə, onda mən özümü xoşbəxt hesab edəcəyəm”. Müəllif- professor Bəhram Zahidov kitabın ilk fəslinə epiqraf olaraq belə yazır...

 

 Moderator.az müəllifin bu xoş niyyəti ilə həmrəy olmaqla mövzunun bəşəriyyət və xalqımız üçün kifayət qədər aktuallığını nəzərə alaraq “İntihar” əsərinin ən diqqətəlayiq və maraqlı məqamlarını oxucuların nəzərinə çatdırır:

 

(Əvvəli bu linkdə//www.moderator.az/news/258639.html)


1.3. İnsanın yaşamaq və ölmək hüququ

 

İnsan həyatı şəxsiyyət üçün mənəvi, ruhi, sosial və hü­qu­qi nemətlərin ən vacibi və zə­­ruri olanıdır. «Həyat» və «ölüm», «yaşamaq» və «ölmək» kimi fenomenlər bütün canlı­lara mən­sub və biri digərinə tamamilə əks olan, bununla belə həm də bir vəhdət təşkil edən ayrılmaz anlayışlar, həyat reallıqla­rı­dır. Bu anlayışlar həyatın və ölümün mənasının dərk edilməsi, onunla bağlı ayrı-ayrı məsələlər üzrə zəruri meyarla­rın dəqiq­ləşdiril­məsi üçün də son dərəcə vacibdir.

 

 Dünyada hazırda insan ömrünün orta hesabla 72 il təşkil etdiyi məlumdur. Dini kitablarda isə insan ömrü, zaman etibarı ilə İlahi dərgahında cəmi bir günə bərabər tutulur. Bu da onu göstərir ki, əslində bizə uzun gələn insan ömrü ani bir müddət təşkil edir. Bəşəri mənada insan ömrü, zaman etibarı ilə olduqca tez başa çatır və haqlı olaraq deyirlər ki, heç kəs yaşamaqdan doymur. Həyata gələn hər bir canlı ölümlə də həyatdan gedir. «Son ucu ölümlü dünya» deyən Dədə Qorqud nə qədər uzaq­görən və haqlı idi...

 

....Ölümün səbəbləri həddindən çox və rəngarəng ola bilər. Təd­qiq edilən intihar və ya evtanaziya nəticəsində baş verən ölümlərin dəqiq müəyyən edilməsi istintaq və kompleks eksper­ti­za­lar yolu ilə müəyyən edilə bilər...

 

Mövqeyimiz kifayət qədər fərqli olsa da, ümumiyyətlə hüquq ədəbiyyatında qeyd olunur ki, «ölmək hüququ – bu, insanın yaşamaq hü­ququ kimi, eyni təbii hüququdur. Evtana­ziya­ya isə insanın ölmək hüququnun re­ali­zəsinin bir növü kimi baxmaq lazımdır»( Bir sıra müəlliflərin fikrincə, suisid və ev­tanaziya bu hüququn fərqli re­ali­zə forma­la­rıdır).

 

Qa­nun­veri­ciliyə görə, şəxsin özünə qarşı törətdiyi suisid dekri­mi­nal­laş­dırılmışdır, evta­na­zi­ya isə qadağan olunmuş və krimi­nal­laşdırılmışdır. Azərbaycan Res­publikası Cinayət Mə­cəl­lə­sinin 135-ci maddəsinə görə evtanaziya, yə­ni xəstənin xahişi ilə onun ölümünü hər hansı va­sitə, yaxud hərəkətlə tez­ləş­dir­mə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma ci­nayət məsu­liyyətinə səbəb olur.

 

 İnsanın yaşamaq hüququ dedikdə, insanın həyat və azad­lıq­larının, to­­xunulmazlığının beynəlxalq və milli hüquq norma­ları ilə təminatlandırılmış tə­bii, ay­rılmaz olaraq müdafiə edil­məsi, onun üzərində sərəncam verilməsi imkanı ba­şa düşülür. Yaşamaq hüququ son dərəcə mürəkkəb quruluşu və məzmunu ilə fərq­lə­nir. İctimai münasibətlərin heç də hamısı bu və ya digər dərəcədə yaşamaq hü­ququnun realizə olunması ilə bağlı deyil­dir. Həmin ictimai münasibətlərin heç də hamısı qanunvericilik səviyyəsində lazımi qaydada tənzim edilməmişdir. Bu da öz növbəsində ictimai münasibətlərin həddən artıq çoxcəhətliliyi ilə əlaqədardır.


Zaman etibarilə yaşamaq hüququnun itirilməsi anının hüquqi cəhətdən müəy­yən­­ləşdirilməsi geniş diskussiyaya səbəb olan problemlərdən biridir. Buna görə də ölüm anının müəyyən edilməsi problemi bütün dövrlərdə kifayət qədər ciddi prob­lem olmuş və vaxtaşırı olaraq tədqiq edilmişdir. Bu, transplantolo­giya erasında xü­su­­si aktuallıq kəsb edir. Məhz ölüm anında həm hüquqi, həm də tibbi-bioloji pro­seslər və nəticələr baş verir. Təbii ölüm özü olduqca mürəkkəb fizioloji bir pro­ses olmaqla tibbi, bioloji, psixoloji, hüquqi, iqtisadi, siyasi və s. nəticələr do­ğurur. Qocaman tarixə ölümün baş verməsinin ən müxtəlif me­yar­ları məlumdur.


Beləliklə, insanın yaşamaq və ölmək anının zaman meya­rı­nın dəqiq müəyyən edil­məsi obyektiv hüququ nəticələr çıxar­maq, qa­nuni və ədalətli qərarlar qəbul edilməsi üçün son dərəcə vacibdir...

 

 1.4. Ölüm növü kimi intihar fenomenin mahiyyəti

 

 

Məlumdur ki, ölüm orqanizmin həyat fəaliyyətinin geri­dönməz şəkildə dayanması, canlı varlığın mövcud­luğunun labüd şəkildə baş verən təbii sonu hesab olunur. Mors omnia solvit – ölüm bütün məsələləri həll edir.


Hind filosofu Svami Vivekananda (1863-1902) görə ölüm zəifliyin ifadə for­ma­sıdır. Zəiflik ölüm hesab olunur. Ölüm va­hid zaman ərzində po­pul­yasiyada ölən fərdlərin sayını göstərir. İncildə ölmüş adam gü­nah­dan azad olunmuş kimi qəbul edilir. Ob­raz­lı desək, insanın vücudunda olan ruhla cismin həyati mü­ba­rizəsi ruhun azadlığa çıxması, cismin gərəksiz bir substansiya kimi torpağa tapşırılması ilə başa çatır. İslam dininə görə, ölüm haqq hesab edilir...

 

 1907-ci ildə ABŞ-da ilk dəfə olaraq ölüm döşəyi hazırlayan həkimlər yaşayan insanla ölmüş insanın çə­kisi arasında müqayisə apararkən ölüm vaxtı insanın öz çəkisinin 21 qramını itirdiyini müəyyən etdilər. Buna görə də ruhun çəki­sinin cəmi 21 qram olduğu müddəası for­malaşmağa başladı...

 

 Bir insan kimi bizim borcumuz taleyi­mizə yazılmış ömrü mənalı və xeyirxah bir ömür kimi başa vurmağa yönəlməlidir. La­kin qəlbimizə qoyulmuş şeytan ruhu - nəfs, tamah, dünya malı, təəssüflə qeyd edilmə­lidir ki, bəzən insanı öz yolundan çıxarır və onu aldadıcı yola, günah yoluna istiqamətlən­dirir. Buna görə də in­san həmişə öz əqlinin, zəka­sının diqtəsi ilə hərəkət etməli, şey­ta­nın felinə uymamalı, mənalı və xeyirxah əməllərlə məşğul olmalıdır...

 

 Bəzi filosoflar fəlsəfənin əsas vəzifəsinin insanı ölümə hazırlamaqda görürlər. Müdriklərin dediyi kimi, həyata gəl­mək nə qədər rəngarəngdirsə, hər bir fərdin ölümü də özünəməxsus sə­ciy­yəvi xüsusiyyətləri ilə fərqlidir. Ölümün bir çox növləri vardır: qəsdən adam öldürmə; intihar; təbii ölüm və s. Ölümün üsulları isə saysız-hesabsızdır. Bunlarla yanaşı, təc­rü­bədə zəhər­li hörümçəyi udmaq, fıstıq ağacı ilə nəfəs borusunutıxamaq, məngənə vasitəsi ilə boyunu qırmaq, da­mara zəhərli maye yerit­mək, başı ağır dəmir parçasının altına qoymaq, başa çəkiclə mismar vurmaq və s. kimi intihar et­mək üsulları da vardır.


Avstriyada intihar etmək istəyən qoca bunu öz ba­şına mismar çal­maqla, Almaniyada özünü iki yerə bölməklə, Polşada uğursuz sevgi macərası ya­şa­yan qızcığazın çoxlu də­mir məmulatlarını, şüşə parçasını, məi­şət əşyalarını udmaqla in­ti­har arzularını ye­rinə yetirməsinə dair məlumatlar vardır. Gö­­­rün­düyü kimi ölü­mün, onun bir növü olan intiharın çox­saylı icra edilmə, həyata ke­çirmə üsulları vardır...

 

 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 mad­dəsində qəsdən adam öldürməyə ilk dəfə olaraq anlayış ve­ril­­mişdir. Orada göstərilmişdir ki, qəsdən adam öldürmə insa­nın həyatdan qəsdən məhrum edilməsində ifadə olunan əməl­dir. Buna çox vaxt sadə ölüm də deyilir. Adam öldürmə anlayışı insanın doğulması və ölməsi ilə bilavasitə bağlı olan tibbi və hüquqi anlayışlardır. İnsan həyatı onun doğulması ilə, uşağın ana bətnindən ayrılması ilə müşayiət olunan fizioloji doğumla başlanır. İnsanın ölümü isə fizioloji və patoloji kliniki və bio­loji formalarda ola bilər. Fizioloji ölüm insan orqaniz­minin son dərəcə qocalması nəticəsində təbii inkişafın sonu, yekunu ola­raq baş verir. Bu zaman mad­dələr müba­dilə­sinin fasi­ləsiz baş verməsi sona çatır, həyat prosesləri tədricən sönür və ölüm baş verir. Bu bir bioloji varlıq olaraq insanın heç bir xarici təsir olmadan, öz təbii inki­şa­fının sonu kimi təzahür edir. Patoloji ölüm isə bioloji varlıq kimi insana kənardan edilən müxtəlif təsirlər – zorakılıq, xəstəlik, dərman vasitələ­ri­nin təsiri, zəhər­lən­mə və s. nəticə­sin­də baş verir. Bu zaman pa­to­loji ölüm – ürəyin döyünməsinin, qan dövranının, nəfəs alıb-vermə prosesinin dayanması, mər­kə­zi sinir sisteminin öz funk­siyasını itir­məsi, uzunsov beyi­nin fəaliyyətini dayan­dırması anında baş verir və bununla da insan ölmüş hesab edilir.

 

 İnsan ölümünün anlaqlı şəxsin öz iradəsi ilə, şüurlu surət­də, qəsdən baş verməsi intihar hesab edilir. Bu söz ərəb mən­şəli «nahr» sözündən yaranmaqla, «qurban» mənasını ve­rir. Sağal­maz və ağır xəstəliyə düşmüş insanların dözülməz ağ­rı­lardan xilas olmaq üçün, öz istəyi ilə ölüm yolunu seçməsi də intihar hesab oluna bilər. Sadəcə olaraq, belə əməllərin başa çat­dırıl­ması başqa şəxslərin köməyi ilə həyata keçirilir. Buna isə elmi-ədə­biyyatda «rahat ölüm» mənasını ifadə edən «evta­na­ziya» deyilir.

 

 İntihar fenomeni - özünüöldürmə adamöldürmədən, qətl­dən onunla fərqlənir ki, qətl özgə şəxsin insanı fəal hərə­kətləri ilə qəsdən, həyatdan məhrum etmədirsə, in­tihar insanın özü-özünü həyatdan məhrum etməsidir. Diferentia specifica - fərq­ləndirici əlamət, xarakterik xüsusiyyət. İntihar etmədə də, qəsdin ob­­yek­ti qismində insan həyatı çıxış edir. Lakin adamöl­dür­mədən fərqli olaraq, in­ti­har etmə zamanı zərərçəkmiş şəxs və cinayəti törədən subyekt eyni şəxslər olurlar. İntihar – bu, insanın özünə qarşı, şüurlu surətdə, ani olaraq qəsdən törə­dilən əməlidir.Zərərçəkmiş şəxsin ehtiyatsızlıqdan özü-özünü öl­­dürməsini intihara aid etmək olmaz. Bu, hər şey­dən əvvəl, «bədbəxt hadisə», səhlən­kar­lıqdan ölüm kimi qiy­mətləndirilə bilər...

 

 Özünə ölüm arzu etməyən subyekt zahirən intihara bən­zər uydurma hərəkətlər edir. Məsələn, uksus sirkəsini içmək, az dozada zəhərli maddə qəbul etmək və s. buna nümunə ola bilər. İnsan əhəmiyyət vermədiyi hallarda da bədbəxt hadisə onun hə­yatının itirilməsinə səbəb ola bilər. Bu cür hərəkətlər, adətən özü­nü həyatdan məhrum etmək məqsədini güdmür, özünə diq­qəti cəlb etmək, yaxud «özünün haqlı olduğunu sübuta yetir­mək», nəyəsə, nail olmaq qabiliyyətinə malik ol­du­ğunu nüma­yiş etdirmək istəyərkən belə hadisələr baş verir. Bu zaman ölü­mün baş verməsi, intihar hesab olunmur və həmin vəziyyətlərdə özünü ehtiyatsızlıqdan öldürmə hadisəsi, bədbəxt hadisə baş verir...


İnsan həyatı o qədər dəyərli nemətdir ki, fikrimizcə, heç bir insan əslində intihara laqeyd qala bilməz. İntihar elə bir addımdır ki, insan belə addımı xüsusi, ekstremal vəziy­yət­lərdə, ölmək istəməsi haqqında nəticəyə gəldiyi vaxtlarda atır və məhz bu məqsədi reallaşdırmaq üçün intihar hərəkətini edir. Əgər hərə­kətlər yalnız həyat üçün, risklə əlaqədar edilirsə və şəxs sağ qalmaq ümidini hələ sona qədər itirmirsə, belə hərəkətləri intihar kimi qiymət­lən­dir­mək ciddi tədqiqatlar tələb edir. İntihar zamanı özünü həyatdan məhrum etməyə yönələn hərəkətlərlə, ha­­belə hərəkətsizliklərlə meydana çıxmış nə­­ti­cə­lər arasında səbəbli əlaqənin ol­ması olduqca vacib­dir.  İstənilən anlaqlı şəxs özünü şüurlu və könül­lü surətdə həyatdan məhrum edə bilər. Ağır psixi xəstəlikdən əziyyət çəkən şəxslərin özlərini həyatdan məhrum etməsi in­ti­ha­rın klassik formasıdır. Xərçəng, QİÇS və ürək xəstə­lə­rində intiharetmə ehtimalı normal insanlara nisbətən ən azı iki dəfə çox olur...

 

(Davamı var)

 

 

Qeyd: İstifadə edilmiş 337 mənbə kitabın sonunda göstərilir.

 

 

Təqdim etdi: Sultan Laçın

Oxşar xəbərlər
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq
28 Mar 2024 | 09:40
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
28 Mar 2024 | 09:54
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq
28 Mar 2024 | 09:40
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
28 Mar 2024 | 09:54
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir