Xəbər lenti
27/10/2020 [12:32]:
“Paşinyan ölümə göndərdiyi minlərlə erməni əsgərin ata-analarına cavab verməli olacaq”
27/10/2020 [12:26]:
Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır - Müdafiə Nazirliyi
27/10/2020 [12:24]:
"Ordunun atacağı addımlar həm savaşın, həm də masadakı danışıqların taleyini həll edəcək"
27/10/2020 [12:21]:
"Mən həyat məktəbinin 50 yaşlı məzunu olaraq saysız-hesabsız dərs aldım..."
27/10/2020 [12:16]:
Çeçenistanda Fransa prezidenti “dünyanın bir nömrəli terrorçusu” adlandırıldı
27/10/2020 [12:15]:
Atamı gözləyirəm...
27/10/2020 [12:08]:
“Biz gecə-gündüz vətənizimə xidmət edirik, hətta bir neçə imamımız cəbhədə vuruşur...”
27/10/2020 [11:55]:
Azərbaycan ordusunun işğaldan azad etdiyi 172 məntəqə interaktiv xəritədə - VİDEO
27/10/2020 [11:50]:
Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu - FOTO
27/10/2020 [11:45]:
Pakistanda partlayış: 7 nəfər ölüb, 70 nəfər yaralanıb
27/10/2020 [11:38]:
Bu hərbçimiz düşmənin atəş nöqtələrini dəqiqliklə məhv edir
27/10/2020 [11:35]:
Əsgərəm, ay ana!..
27/10/2020 [11:21]:
“Düşünürəm ki, Azərbaycan Ordusu qısa zamanda məsələyə son qoymalıdır...”
27/10/2020 [11:05]:
“Mən Gəncəyəm” adlı sənədli film çəkildi -FOTOLAR
27/10/2020 [11:01]:
“Başa düşməliyik ki, həm jurnalistlərin, həm ordunun və həm də dövlətin maraqları üçün bunlara əməl olunmalıdır...”
27/10/2020 [10:51]:
Dövlət başçısı: "Haqlı olmağımızı döyüş meydanında sübut edirik"
27/10/2020 [10:48]:
Dünya zənginləri 1 gündə 17 milyard dollar İTİRDİ
27/10/2020 [10:46]:
Prezident İlham Əliyev Azərbaycanın Qarabağ regionunun gələcəyini necə gördüyünü açıqlayıb
27/10/2020 [10:45]:
İlham Əliyev: "Biz hər bir halda bu torpaqları qaytaracağıq"
27/10/2020 [10:43]:
İlham Əliyev: "Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik"
27/10/2020 [10:37]:
Qubadlının mərkəzindəki erməni xaçı  belə yox edildi...-FOTOLAR
27/10/2020 [10:37]:
Hikmət Hacıyev “Al Jazeera” telekanalına müsahibə verib - VİDEO
27/10/2020 [10:31]:
Prezident: “Bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, əvvəl özlərinə baxsınlar”
27/10/2020 [10:28]:
Dövlət başçısı: "Həmsədrlərin fəaliyyəti münaqişənin həllinə deyil, onun dondurulmasına yönəlmişdi"
27/10/2020 [10:27]:
Prezident: “Konstruktiv yanaşma BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır”
27/10/2020 [10:26]:
Azərbaycan Prezidenti: "Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq"
27/10/2020 [10:24]:
Azərbaycan Prezidenti hərbi əməliyyatların hansı səbəblərdən başlandığını açıqlayıb
27/10/2020 [10:23]:
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
27/10/2020 [10:23]:
TDAV-dan Azərbaycana dəstək məktubu: Qəhrəmanlıq mübarizəsini qardaş Türkiyə qürurla izləyir
27/10/2020 [10:21]:
Vətən müharibəsinin 1 ayı tamamlandı- Azad olunmuş kəndlərin TAM SİYAHISI
27/10/2020 [10:16]:
BMT 1993-cü ildə bizim beynəlxalq hüquqdan irəli gələn haqqlarımızı rəsmləşdirib, qalıb icra edilməsi"
27/10/2020 [10:16]:
"Moskva ermənilərin xəyanətkarlığındansa, Azərbaycan və türk dostluğuna üstünlük verməkdədir"
27/10/2020 [10:10]:
"Bütün ermənilər Qarabağı tərk etməli, bundan sonra isə 30 il bizimlə ora qayıtmaq üçün danışıqlar aparmalıdırlar"
27/10/2020 [10:04]:
Separatçı başıboş "komandan"  “müdafiə naziri”nin yaralandığını etiraf etdi və...-FOTO
27/10/2020 [10:04]:
Tərtərə atılan “Smerç” raketi rayonun Buruc kəndinə düşüb
27/10/2020 [09:52]:
Separatçıların “müdafiə naziri” yaralanıb
27/10/2020 [09:51]:
Ermənilər Tərtərin Düyərli kəndini raket atəşinə tutub - FOTO
27/10/2020 [09:32]:
Milli Məclis bu günə iclas çağırdı - 8 məsələ müzakirə olunacaq
27/10/2020 [09:27]:
Çin ABŞ şirkətlərinə sanksiyalar tətbiq edəcək
27/10/2020 [09:26]:
Koronavirusla bağlı SON STATİSTİKA
27/10/2020 [09:25]:
Ermənistan Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu raket atəşinə tutdu
27/10/2020 [09:02]:
“Azərbaycan artıq Qarabağdakı erməni qüvvələrini məngənəyə sıxışdırır” - POL QOBL
27/10/2020 [08:14]:
Türkiyədə bir terrorçu öldürüldü, digəri özünü partlatdı- İTKİ OLMADI...
27/10/2020 [08:02]:
Erməni diviziyasının qərargah rəisi gəbərdildi!.. - Cəbhədə son vəziyyət...
27/10/2020 [07:56]:
Haqq yolunda mətanətli olmaq üçün oxunan dua hansıdır?..
27/10/2020 [07:45]:
Əsgərə məktub
27/10/2020 [01:23]:
Paşinyan bu dəfə Trampa gileylənir
27/10/2020 [01:04]:
Tanınmış konfliktoloq: "Prezidentə ancaq bircə söz demək istəyirəm, gözlərindən öpürəm!"
27/10/2020 [00:47]:
Xalqın İlhamı...
27/10/2020 [00:40]:
Torpaqları azadetmə əməliyyatlarının başlamasından bir ay ötür
27/10/2020 [00:29]:
Türkiyədə terror aktı törədilib - YENİLƏNİB + FOTO/VİDEO
26/10/2020 [23:59]:
İşğaldan azad olunan Qubadlı şəhəri - VİDEO
26/10/2020 [23:49]:
Niyə 13, Anna?
26/10/2020 [23:22]:
Türkiyədə antiterror əməliyyatı zamanı partlayış baş verib - FOTO
26/10/2020 [23:12]:
Sahiblərinin yanına qayıtmaq üçün 60 kilometr yol qət etdi - MARAQLI
26/10/2020 [22:48]:
Qubadlı rayonunun işğaldan azad olunan Xanlıq kəndi - VİDEO
26/10/2020 [22:45]:
Ananın əlləri qalxacaq göyə, Şəhid ruhlarına dua edəcək...
26/10/2020 [22:41]:
Bütün ABŞ bu uşaqdan danışır - İnsan skleti ilə dostluq etməyə başladı...
26/10/2020 [22:37]:
İranda hər 4 dəqiqədə bir insan koronavirusdan vəfat edir RƏSMİ ETİRAF
26/10/2020 [22:24]:
İbrahim Kalın ABŞ-ın Milli Təhlükəsizlik üzrə məsləhətçisi ilə Qarabağ problemini müzakirə edib
26/10/2020 [22:13]:
Türkiyədə son sutkada koronavirusdan 75 nəfər ölüb
26/10/2020 [22:05]:
Təlxəyin arvadı 13 nəfərlik dəstəsi ilə üstümüzə gəlir...
26/10/2020 [21:46]:
“Qarabağa muzdlu döyüşçülər göndərirlər” - "Təlxək" yenə Türkiyə ilə Pakistana iftira atdı...
26/10/2020 [21:28]:
Prezidentin köməkçisi: “Ermənistan real hərbi itkilərini erməni xalqından gizlətməyə çalışır” - FOTO
26/10/2020 [21:26]:
Erməni əsgərlər arasında mübahisə - Mövqeləri tərk etdilər - VİDEO
26/10/2020 [21:05]:
Erməni əsgərlər aclıq içərisində - VİDEO
26/10/2020 [20:56]:
Sabiq deputatdan İlham Əliyevlə bağlı maraqlı təklif...
26/10/2020 [20:39]:
"Zəli kimi torpaqlarımızı işğalda saxlayanlar layiq olduqları cəzanı alırlar..."
26/10/2020 [20:15]:
Hərb tariximizin humanitar aspektləri
26/10/2020 [20:10]:
20 yaşında həyatına son qoyan modelin intihar səbəbi ortaya çıxdı...+ FOTOLAR
26/10/2020 [19:59]:
Paşinyan erməni əsgərlərin döyüş meydanından qaçdığını etiraf etdi
26/10/2020 [19:53]:
Müdafiə Nazirliyi qəhrəman hərbçilərimizi tanıdır - VİDEO
26/10/2020 [19:51]:
Qubadlının işğaldan azad olunan Padar kəndinin görüntüsü - VİDEO
26/10/2020 [19:49]:
Şamaxıda zəlzələ olub
26/10/2020 [19:41]:
Tarixi əsəri yerindən çıxararaq fransızları oğurluqda günahlandırdı - VİDEO
26/10/2020 [19:15]:
Canlı yayımdakı uğursuzluğundan bütün dünya danışdı -Yanağına qonan milçəyi bu cür uddu... + VİDEO
26/10/2020 [19:09]:
Ermənistanın atdığı mərmilər nəticəsində Daşkəsəndə meşəlik ərazidə baş vermiş yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
26/10/2020 [19:06]:
Hikmət Hacıyev: "Bu gün Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılıb"
26/10/2020 [19:04]:
MN: Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub
26/10/2020 [19:02]:
“Ermənistana göstərilən hərbi yardımlar müharibənin taleyinə təsir etməyəcək”
Bütün arxiv bir sırada
14/02/2019 [10:29] - Ədəbiyyat - ( 1273 dəfə baxılıb)

Aydın Canıyev “Əraf”dan yazır...



“Saray” (hakimiyyət) – “Çöl” (xalq) – “Hasar” (vicdan) üçbucağı. Günümüzün bəlkə də ən sərrast yazarı Aydın Canıyev mənim “Əraf” adlı hekayəmə məhz bu həndəsi fiqur çərçivəsindən baxıb – maraqlı bir yazı yazıb. Aydın bu dəfə də sərrast baxıb, aydın görüb. Azadlığın olmadığı ölkələrdə insanların coğrafi arenası bu üçbucaqla məhdudlaşır. İnsanlar “Saray”la (hakimiyyət) “Çöl” (xalq) arasına çəkilən “Hasar” (vicdan) sərhəddində girinc qalır – imtahan olunur. Azadlıqların boğulmadığı açıq cəmiyyətlərdə isə belə sərhəd yoxdur. Orada hakimiyyətlə xalq iç-içə, qovuşuqda yaşadığından vətəndaş seçim sınağına çəkilmir – Ərafa gətirilmir.

Bəşəriyyət üçün AVTOPORTRET

Əslində, ayrı yazı yazacaqdım – evə o niyyətlə qayıtmışdım. İş yerimdə – “fb-də köşə yazarı” sütunumda “Vinetka” rubrikasında Zakir Məmməddən, İlqar Türkoğludan, Nazir Əhmədlidən və… Məmməd Əmin Rəsulzadədən bəhs edəcəkdim. Amma Vahid Qazinin hekayəsindən yazmalı oldum. Yazı MƏTN yazdırdı, daha doğrusu.

Bu hekayəni təəssüf ki, yalnız və yalnız 50 faiz “bütün insanlığın avtobioqrafik portreti” adlandırmaq olur. Amma bütövlükdə bu hekayə bəşəriyyətin demokratik olmayan, krallı-monarxlı diktatura rejimli qalan hissəsinin portretidir! Sovet ədəbi tənqidinin diliylə desək, yazıçı “Mən”i qənirsizdir. Ədəbiyyatın bəşəriyyətə verdiyi Obrazdır.

Bu hekayəyə “Quran” surəsini ad seçən Vahid Qazini alqışlayıram. Ona görə ki, çox qəşəng dönərgə verib: Siz könüllü səcdəyə gəlmədiniz, “Çöl”dən “Hasar”ı xəlvəti, gecəylə adladınız, “Bağ”, “Saray” eşqiylə yaşadınız və sifətinizi, insanlığınızı itirdiniz, MÜQƏDDƏS OLANdan imtina etməklə! Odur ki, Qiyamət günü heç biriniz ayaq üstə olmayacaqsınız! Heç biriniz öz surətinizdə olmayacaqsınız, çünki siz Mənim verdiyim surəti itirdiniz “Bağ”, “Saray” nəfsinizdən yana! Siz bunu xəlvəti etdiyinizi düşündünüz, amma mən hamıya bunu bəyan edəcəm.

Vahid Qazi o “hasar”a günün günorta çağı qalxmış, amma o “Bağ”dan, o “Saray”dan imtina mədəniyyəti olan TƏK VƏ YEGANƏ dostumdur!

Həm də Azərbaycan Ədəbiyyatının bu günə qədər TƏK VƏ YEGANƏ yazıçısıdır! – ola bilər, sabah bunu Şəmşad Ağa da sərgiləyər, Emil Rasimoğlu da. Amma bu gün hələ ki… öz yaşımdan bu yana olanlardan bu İMZA Vahid Qazidir (ayrı tanıdığınız varsa, deyin, əlavə edim).

İstəmədim sitatlarla, abzaslarla təqdim edim “Əraf”ı. İstədim özünüz oxuyasınız: dünya-insanlıq-səltənət üçbucağında özünüzün iştirakınızla yaratdığınız həndəsi fiquru kəndi kəndinizə etiraf üçün!

Vahid Qazinin bu hekayəsi hər kəsin VİCDAN barometrində görüntüsüdür – mən oxuyub sıxılmadım, qırılmadım, utanmadım, əksinə, alqışladım: nə yaxşı ki, mən də Vahid Qazi kimi, “Hasar”ın o üzünə – “Bağ”a, “Saray”a adlamış adamları tanıyıram, adlarını bilirəm, amma onların ilbiz izləri kimi sıralanan siyahısında mən yoxam!

Oxuyun, görün siz “Hasar”ın hansı tərəfindəsiniz, adınız varmı?

Varsa, yoxsa, qərara gəlin!

Hələ meydanlara çıxmağa şans var!

Yaradanın qabağında dik durmaq şansını qaçırmayın! Qiyamət qopsa belə, inanın ki, siz özünüz Ondan verilən sifəti-surəti qorumusunuzsa, yıxılmayacaqsınız!

Təşəkkür edirəm, Vahid Qazi – “yatsalar yuxularına, dursalar ağıllarına gəlməyən” həqiqəti İlahi mərhəmətlə çatdırmısan!

Bu hekayənin – bəşəriyyətin və müəllifin avtobioqrafik portretinin ən gözəl obrazı elə Sənsən!

Öpürəm!

Aydın Canıyev
Fevral, 2019


ƏRAF
Fantasmaqorik hekayə
“Qəfil gün doğsa bir gecə…” 
(R. Rövşən)

Hasarın üstündə yerini rahatlayanda artıq gün günorta olmuşdu.

Ətraf ovuc içi kimiydi. Ucu-bucağı görünməyən yamyaşıl Bağda dünyanın dörd bir tərəfindən heyvan, ağac, gül, çiçək vardı.

Uzaq küncdə Arktika ayısını, ortada qaçışan Savanna antilopunu, tənha baobab ağacını, sağdakı “cəngəllik”də hind filini, sol yanda Amazon tutuquşusunu gözü dərhal almışdı. Fəvvarələr artezian kimi gur suluydu.

Bağın o biri başındakı nəhəng, yaraşıqlı Saray Tac Mahalı xatırladırdı, ondan da böyük idi. Ayrı-ayrı səmtdən baş alan üç yol Saraya uzanırdı. Hər yolun üstündə çoxlu Qapı sıralanmışdı. Əslində bunlara qapı demək də olmurdu, təkcə çərçivəsi vardı. Aeroportlarda, rəsmi binalarda təhlükəsizlik girişləri olur, onun kimiydi. Amma burda adamları yoxlamırdılar.

Yolların biri Hasarın o durduğu yerindən – sərhəd buraxılış məntəqəsinə oxşayan köşədən başlayırdı.

O biri yol üzübəri gəldikcə Qapılar böyüyürdü, bu yolda isə get-gedə balacalaşırdı.

Hasara yaxın birinci Qapı adama boy versə də, sonrakılardan keçəndə əyilmək lazım gəlirdi. Saraya çatan sonuncu Qapı isə çox balacaydı, uzaqdan çətin görünürdü.

Bağın giriş-çıxışı yoxuydu, içəri keçməkdən ötrü gərək Hasara çıxaydın. Burdan Bağa düşməyə pilləkən olsa da, Çöl tərəfə heç nərdivan da qoyulmamışdı, Böyük Çin Səddi kimi hündür və enli olan Hasar qədim qalaları xatırladırdı. Bağ xidmətçiləri yuxarı dırmaşmaları üçün dəvət edilənlərə kəndir nərdivan atırdılar.

Hasarın Çöl dibində həmişə basırıq olur. İndi də qalstuklu kişilər, rəsmi libaslı qadınlar yuxarı dırmanmağa girəvə gəzirlər. Tək-tək adam dəvət olunmuşdu, yerdə qalanlar uzun illər boyu divarı kəsdirib talenin bir gün üzlərinə güləcəyinə ümid edirdilər. Onlar Hasarın o tayı haqda sadəcə eşitmişdilər. Bağ təsəvvürləri kasadıydı. Saray barəsində isə, demək olar, heç nə bilmirdilər. Bildikləri tək oydu ki, xoşbəxtlik Hasarın o üzündədi. Bütün dünyanın xoşbəxtliklərini daşıyıb Hasarın o üzünə yığıblar, Çöldə heç nə qalmayıb.

Yaraşıqlı xidmətçilər kəndir nərdivanla yuxarı çıxardıqları adamları Hasarda təbəssümlə qarşılayıb xüsusi ayrılmış gözləmə zalına dəvət edirdilər. Qonaqlar burada növbəylə bağa düşmək üçün buraxılış vərəqini gözləyirdilər.

O da qonaqlar arasındaydı. Dəvət məktubu qəfil gəlmişdi, yatsa yuxusuna girməz, dursa ağlına gəlməzdi. Əvvəl rədd eləmək istəsə də, günlər keçdikcə maraq güc gəlmişdi. Onu bura gətirən də elə marağıydı. O üzdəkiləri görmək dini kitabların “o biri dünya” adlandırdığı cənnətə getmək qədər cəzbediciydi.

Hasarın üstündəkilər dibini kəsdirən Çöl əhli arasından seçilsələr də, onlardan xeyli fərqliydilər. Burda çirkin adama rast gəlməzsən, kişilər boy-buxunlu, yaraşıqlı, qadınlar bir-birindən gözəl. Çöldə hörmət-izzət sahibi olan bu adamlar ağıllı gözləriylə adamı sanki sehrləyirdilər. Elə bil üzlərində şeytan tükü vardı.

O, çoxunu Çöldə görmüşdü. Şəxsən tanıdığı da vardı. Bəzilərini lap cavanlıqdan, hələ Böyük Təlatüm İllərindən tanıyırdı, bir yerdə çox olmuşdular.

Salamlaşa bilməzdilər, burda görüşmək olmazdı. Sanki heç kəs heç kəsi tanımır, üz-üzə gələndə də ya baxışlarını qaçırır, ya da üzlərini çevirirdilər.

Hasarda elə bir qeyri-adi hadisə baş vermirdi. Hamı düşürüləcəyi saatı gözləyirdi, biri Çölə, o biri Bağa gedəcəkdi. Əsas Bağa düşməkdi. Düşən kimi axına qarışacaqsan.

Bağa hazırlaşanların cazibədar görünüşü belə Saray xidmətçilərini qane eləmirdi, qonaqları xüsusi qrimçilərin əliylə cənnət mələklərinə çevirəndən sonra birinci Qapıya ötürürdülər.

Bundan sonrakı gedişat bütün cazibəsiylə onun marağına hakim kəsilmişdi. Dəvətlilər birinci qapıdan üzdə xoşbəxt təbəssümlə keçirdilər. Bəs necə? Hər kəsə qismət olmayan, bütün Çöl əhlinin arzuladığı bir gün yaşayırdılar.

Növbəti Qapı bir baş aşağı olduğundan başı əyməli olurdular. Üçüncüdə beli bükür, dördüncüdə iki qatlanırdılar.

Sonrakı Qapıları ayaq üstə keçmək mümkün olmadığından hamı dizini yerə qoyurdu. Bir-iki Qapını dördayaqlı keçəndən sonra sıradakını yalnız sürünərək keçmək lazım gəlirdi. Gün işığı düz gözünə şığıdığından sonuncu Qapıda baş verənləri aydın görmürdü. Günəşin şüaları gözünü tutmuşdu.

Bərk-bərk ovuşdurub, yumub-açınca gözünün nuru özünə qayıtdı. Qapılardan keçənlərə bir də baxdı. Bu Qapılardan keçdikcə Ay parçası oğlanların, mələk çöhrəli qızların, nurlu kişilərin, qadınların bədəni dəyişirdi. Hər keçiddə fərqli-fərqli canlılara çevrilirdilər. Bu orqanizmləri ayırd eləmək olmurdu. Dik gəzən meymunu xatırladan varlıq növbəti Qapıdan dördayaqlı canlı kimi keçirdi. Əllərini yerə qoyub ikiqat əyiləndə dallarından çıxan quyruq uzun və qalınlığından tülkü, dik durub əsməyindən isə it quyruğuna oxşayırdı.

Daha balaca Qapıya çatanda kərtənkələ kimi sürünürdülər. Bu dördayaqlılar, sürünənlər onun tanıdığı canlılara oxşasalar da, ondan deyildilər. Əcaib mutant varlığıydılar. Bağın o üzündəki Çöldə belə orqanizmlərə rast gəlməmişdi. Hasarda gördüyü yaraşıqlı xidmətçilər də Bağda əcaib, Yerdənkənar canlılara çevrilirdilər.

Günəş Sarayın arxasından çəkiləndə sonuncu Qapıdan çıxanları gördü. Ürəyi ağzına gəldi – qorxunc varlıqlar ən sonuncu Qapıdan buynuzlu ilbiz kimi sürünüb çıxırdı.

Selikli ilbizlər ətrafa ürkək-ürkək baxa-baxa Saray pilləkənləri boyu sürünür, keçdikləri yerdə parlaq iz qoyurdular. Onların cızdığı izlər reklam sözləri kimi aydın oxunurdu.

İlbiz izləri pillələrdə sahibinin adını yazırdı! Hasarın başından aydın görünən bu yazılar – adlar onu şoka salmışdı. O, iz sahiblərinin çoxunu tanıyırdı. Burda kimlərin adı yoxuydu!

İlbiz sürüsü Saraya aşağı qapıdan girib o biri başdan, hündür alaqapıdan çıxırdı. Geri dönən ilbiz hər iki buynuzu kəsik qayıdırdı.

Saraya gedən axın kimi Saraydan qayıdan axın da eyni qaydada hərəkət edirdi. İlbizlər sürünüb həmin Qapılardan keçir, vücudlarını dəyişir, quyruq alıb-salır və bu dəfə hər keçiddə bir baş dikəlirdilər. Adama boy verən Hasara yaxın sonuncu qapıdan çıxanda əvvəlkindən də əzəmətli görkəm alırdılar. Eybəcər mutant orqanizmdən mələk üzlü varlığa çevrilmə zamanını hesablamaq mümkün deyildi. Bəlkə də bəşəriyyətin meymundan müasir insana qədərki təkamül zamanı bundan qısaydı – ona belə gəlirdi.

Hündürboy Bağ xidmətçiləri qonaqları Hasarın pillələri ilə yuxarı qaldırıb, Çölə düşmələri üçün günün batmasını gözləyirdilər. Hasarın o üzü ilə təmas yalnız gecələr olurdu, yeni qonaqları qarşılama, köhnələri yolasalma günün yalnız qaranlıq saatlarında baş verirdi. Bu qayda uzun illərdi dəyişməz qalmışdı. O, Hasarın üstündə Çölə qayıtma saatlarını gözləyənləri diqqətlə süzürdü. Daha qadınlar üzünü çiyinlərinə saldıqları ipək yaylıqla, kişilər pencəyin yaxalığı ilə gizlətməyə çalışmırdılar. Bəxtəvər gülüşlə işıq saçırdılar.

Nəhayət, gecə növbətçiləri gəldi. Gedənləri Çölə düşürdülər, gələnləri Bağa yola saldılar, sonra çəkilib getdilər. O, Bağa düşmədi, Saray xidmətçisinin onun arxasınca gələcəyini deyib sabahacan gözlədi.

Bütün gecəni yuxuya gedə bilmədi. Bağı tərk edənlərin fikri onu rahat qoymurdu. İlbiz izləri ilə yazılan adlar sanki beyninə mismarla sancılırdı. Neçə illər öncə bu Bağa kimlər gəlibmiş, Qapılardan keçib Saraya kimlər giribmiş!!! Çöldə hamının qəhrəman bildiyi nə qədər adam Bağda Qapılardan dördayaqlı keçib Saraya ilbiz kimi sürünübmüş…

Çaş-baş qalmışdı. Gördükləri yuxu kimiydi. Necə davranmalı, nə etməli olduğunu bilmirdi. O, qaydaları pozmuşdu. Hasara gecə yox, günün günorta çağı çıxmışdı. Şərtinin birincisi elə bu idi: “Hasara günorta vaxtı, hamının gözü qabağında çıxacam!” Onu hamı görmüşdü. Bu onu narahat eləmirdi. Hasara çıxmaq, haqqında əfsanələr dolaşan Bağa baxmaq marağı hər şeyə güc gəlmişdi. Hamının diqqəti ordaykən Hasara gündüz çıxması səhv idi, ya düz, bilmirdi…

Ora elə məhz gün işığında, hamının gözü qabağında çıxmasının düz hərəkət olduğunu sonra biləcəkdi.

Onu Hasara çıxmaqda, hətta Bağa düşməkdə, Saraya girməkdə ittiham edəcəkdilər. Saray pillələrində adını oxuduğu neçə-neçə qələm əhli bunu qəzetdə yazacaq, siyasət, elm-sənət adamı, ictimai xadim söz atacaq, ağız büzəcəkdi. Bircə onu tanıyan dostları Bağa düşmədiyinə, Saraya girmədiyinə, elə Hasardanca geri döndüyünə inanacaqdılar.

Günlərin birində hörmət elədiyi İnsanla küçədə rastlaşacaqdı. Həmişəki kimi hal-əhval tutacaq, söhbətləşəcəkdilər. Ayrılanda İnsan indicə xatırlayırmış kimi qəfil soruşacaqdı: “Deyirlər Hasara çıxmısan, düzdümü?” Bu qəfil sual damarında qanı donduracaq, boğazında nitqini tutacaqdı. Sual verə bilmədiyi cavabla birlikdə ürəyindən bir cüt daş olub asılacaqdı. Ağırlığa ürəyi dözməyəcəkdi, parça-parça olacaqdı. Paralanmış ürəyindən qapqara qanı damacaq, süzülüb bir yerdə laxtalanacaqdı. Sonra qan laxtasını təmizləmək istəyəndə yeri göynəyəcəkdi. Ağrıyan yerin Vicdan olduğunu onda biləcəkdi.

Sual Saray pillələrində adlarını oxuduğu Çöl qəhrəmanlarının tənəsi deyildi ki, ironik gülüşlə vec verməsin. Dostların inamı da deyildi təsəlli tapsın. Bu, hələ Bağa düşmək, Saraya girmək yox, Hasara çıxmağın belə günah olmasını anladan İnsanın təəccübüydü.

Belədi, insan başqası dəyər verəndə özünü tapır!

Bunlar sonra olacaqdı. İndi isə o, Hasardaydı. Səhəri dirigözlü açmışdı. Yollarda hərəkət, Qapılarda keçid prosesi dayanmamışdı. İndi gəlib onu da bağa düşürəcəkdilər. O da mələkdən ilbizə, ilbizdən mələyə gedən yolu keçməli, Saraya girib-çıxmalı, Çölə başıdik, vüqarlı görkəmiylə qayıtmalıydı.

Həyəcan sancısı qarnını doğrayırdı. Cavabını bilmədiyi suallar mancanaq qarmağı kimi ruhunu didirdi. Onu Hasara çıxmağa sövq edən səbəblərə bəraət axtarırdı. Amma tapmırdı.

Hasarın o gələn üzündəki həyat tamam boşalmışdı, orda heç kimə lazım deyildi, özünü anladacaq adamı qalmamışdı. Ümidləri ölmüşdü. Yaşaya biləsi dünya daralıb, daralıb… yox olmuşdu. Xilas yolunun Hasarda olmadığını da bilirdi. Amma lənətə gəlmiş marağı ona güc eləmişdi. Burda, Bağda gördükləri isə onu dəhşətə gətirmişdi.

Səhəri üzü-gözü tər içində açdı, nəfəsi kəsik-kəsik gəlirdi. Saray səmtdən əsən meh özüylə kəsif qoxu gətirmişdi. Bu, uşaq vaxtı yaşadığı şəhərin aşağı başındakı ət kombinatında yandırılan sümük qoxusunun eyniydi.

Sarayda kəsilmiş ilbiz buynuzlarını yandırırdılar!

Onu Bağa düşürməyə Saray xidmətçisinin özü gəlirdi. Qorxunc varlığıydı. İnsan kimi yerisə də, insan deyildi, cürbəcür canlıların qarışığına oxşayırdı. Sifəti yüz ilin mamır basmış ağac qabığı tək qartımışdı. Qıpqırmızı gözlərinə baxmaq olmurdu, elə bilirdin səni batıracaq qan gölüdü. Hasar pillələrini qalxdıqca bədheybət xidmətçinin bədəni dəyişirdi, yavaş-yavaş adama çevrilirdi. Çatanda gələnin üzündən nur tökülən yaraşıqlı, nəzakətli, alicənab biri olmasına heyrət elədi.

“Deyirlər sən də Hasara çıxmısan, düzdümü” Sualı sabahın məşhər sorğusu kimi boğazından yapışıb onu üzüaşağı çəkməyə başladı. Saray xidmətçisi əl atıb nəzakətlə onu tutdu, qoluna girib yıxılmağa qoymadı. Ehtiramla Bağa sarı yol göstərdi. Amma o, addım ata bilmədi. Hər cəhdində boynundakı Sual zənciri dartılırdı. Boğazı zəncirdə, əli Saray xidmətçisindəydi. Köməyə başqa xidmətçilər də gəldi. Zəncir qırılmırdı. Sualın titrək əllərindəki gücə məəttəl qalmışdı. Yorulsa da, titrəsə də, qopmurdu, bərk-bərk tutub onu aşağı dartırdı.

Nəhayət, yayından çıxan ox kimi sıçradı. İlk anda kimin əlindən qopduğunu kəsdirə bilmədi. Yerə dəyib huşunu itirdi.

Ayılanda özünü Hasar dibində gördü. Çölə düşmüşdü!

…Qalxıb üstünün tozunu çırpdı. Çöldə həyat əvvəlki axarıyla davam edirdi. Şəhərin küçələriylə addımladıqca, tinlər, döngələr arxada qalırdı.

Küçələr adamla doluydu. Üz-üzə gəldiyi, ötüb kecdiyi heç kəs ona əhəmiyyət vermir, görmürdü. Məşhur əsərin qəhrəmanı “gözəgörünməz adam”a bənzəyirdi. Özünü lüt hiss edirdi, ayıb yeri görünürmüş kimi qısılırdı. Amma ona baxan yoxuydu. O isə hamını görürdü. Adamların üzünə sərhədçi pasporta baxan kimi baxırdı, elə bil Saray pillələrində gördüyü adları indi onların üzündə oxuyacaqdı.

Şəhərin baş küçəsində qol-qola qadınlar, kişilər gəzirdi. Saraydan qayıdan neçə adama rastladı burda. Onların üzündə xoşbəxt təbəssüm vardı, amma adamlara baxmırdılar, baxışları bir yerdə qərar tutmurdu. Qəribəydi, onlar da onu görmürdülər.

Gözü reklam şitində bir afişaya sataşdı. Şəhərin baş teatrında yeni tamaşanın premyerası olacaqdı. Gəncliyindən tamaşalarına sevə-sevə baxdığı dramaturqun yeni pyesi səhnələşdirilibmiş. Afişada adları oxuduqca gözü qaraldı. Ölkənin ən məşhur rejissoru, korifey aktyor, gözəl aktrisa, sevgi mahnılarıyla könülləri fəth edən bəstəkar. Elə bil, bu adları afişada yox, Saray pillələrində oxuyurdu.

…Yanından ötdüyü meydanda böyük bir izdiham vardı. Camaat etiraza yığılmışdı. Tribuna Çölün məşhur adamlarıyla doluydu. Kütlə Çıxışçının “Rədd olsun xalqa divan tutan Saray əhli!” sözlərini hayqırtıyla alqışlayırdı. Çıxışçı adını Saray pillələrində oxuduğu adam idi. Kütlə onu tanıyırdımı? Bəs, tribunadakı silahdaşları necə?

İnsanlar ehtiraslı gözlərində parlayan ümidlə ətrafa şölə saçırdılar. Hamı tribunaya baxırdı, üzlər yalnız bir səmtə – qabağaydı. Onlar daha gələcəkdən qorxmurdular. Daha onların Çıxışçı kimi yolgöstərənləri vardı.

“Dərdli adamlar geriyə baxmazlar. Onlar qara talelərin dallarınca gəldiyini çox gözəl bilirlər… “Ümid” Dantenin cəhənnəm qapılarından sildiyi, Tanrının isə hər bir insanın alnına yazdığı sözdü” – böyük Hüqo, sən bu həqiqəti necə dərk etdin!

İzdihamın axırında bir topa adam hansısa qəzet yazısını müzakirə edirdi. Yaxınlaşdı. Məşhur Yazarın yazı başlığını gözü aldı: “Saray başçısı Çölün qanını sümürür!” Saray pillələrində parlaq ilbiz iziylə yazılan müəllif adını indi qəzetdə qara, iri hərflərlə oxuyurdu.

Başqa bir dəstədə isə Çölün tanınmış xadimləri bir yerdə dairə qurub durmuşdular. Mitinqçilərə qarışmayan bu adamlar gah çıxışçıları dinləyir, gah kütləyə baxıb öz aralarında xısınlaşırdılar.

O, son kərə izdihamın sonunacan insan selinə tamaşa elədi.

Bütün ömrünü Sarayla mübarizəyə həsr edən zavallı insanları xəyalən bir-bir bağrına basdı.

Sonra Meydanı tərk elədi!

Başında cürbəcür fikir bir-birinə qarışmışdı, heç bir yana gedib çıxa bilməyən bu fikir sürüsü eləcə havadan asılı qalmışdı – şüşə qabda suya kök buraxmış pöhrə kimiydi. Yapışmağa dayaq tapmayan köklər bir-birinə sarılıb düyün düşmüşdü.

Sonuncu küçəni də keçib şəhərdən çıxdı.

Qürub çağıydı, səmada günəşin son işartıları üfüqü al-qırmızı qızartmışdı.

Ürək sabahdan arxayın olanda rahatladığı kimi göz də uzağa baxanda dincəlir. İndi baxdığı uzaqlıqda bir azdan o qədər ulduz parlayacaqdı ki… Tanrı ayaqları altında xırçıldayıb sönən ulduzların izinə düşəcəkdi.

Sonra mütləq Günəş doğacaqdı.

…Çölün axırında yoxuşa dikələn yolla qalxdı, qalxdı, qalxdı… üfüqün o üzündə yox oldu.

Vahid Qazi
Oktyabr 2012

loading...
"Mən həyat məktəbinin 50 yaşlı məzunu olaraq saysız-hesabsız dərs aldım..."
"Bütün ermənilər Qarabağı tərk etməli, bundan sonra isə 30 il bizimlə ora qayıtmaq üçün danışıqlar aparmalıdırlar"
Sahiblərinin yanına qayıtmaq üçün 60 kilometr yol qət etdi - MARAQLI
Bütün ABŞ bu uşaqdan danışır - İnsan skleti ilə dostluq etməyə başladı...
Təlxəyin arvadı 13 nəfərlik dəstəsi ilə üstümüzə gəlir...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“Başa düşməliyik ki, həm jurnalistlərin, həm ordunun və həm də dövlətin maraqları üçün bunlara əməl olunmalıdır...”
Hadisə
Qubadlının mərkəzindəki erməni xaçı  belə yox edildi...-FOTOLAR
Siyasət
BMT 1993-cü ildə bizim beynəlxalq hüquqdan irəli gələn haqqlarımızı rəsmləşdirib, qalıb icra edilməsi"
Gündəm
“Ermənistana göstərilən hərbi yardımlar müharibənin taleyinə təsir etməyəcək”
Gündəm
“Epidemiyanın yayılmasını əngəlləmək üçün müəyyən məhdudlaşdırıcı tədbirlər görülə bilər”

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Verdizadə
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
Həftənin ən çox oxunanları
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247