Xəbər lenti
23/08/2019 [17:20]:
Həbsxanaya "heroinli tort" keçirmək istədilər
23/08/2019 [17:19]:
Hirkan Milli Parkında yanğın tam söndürülüb: Təngivanda tüstülənmə var
23/08/2019 [17:16]:
Astarada ana uşaqları ilə evdən qaçdı
23/08/2019 [17:12]:
Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış
23/08/2019 [17:10]:
Sezen Aksuya ağır itki üz verib
23/08/2019 [17:10]:
Oğlunu itirən Zöhrə Abdullayevanın yeni görüntüsü yayıldı - VİDEO
23/08/2019 [17:06]:
Suraxanıda 50 şam ağacı yandı
23/08/2019 [17:03]:
“Ana, nə olar ölmə!” - VİDEO
23/08/2019 [16:42]:
"Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı “Nəsimi” filmi çəksin..."
23/08/2019 [16:32]:
Kəlbəcərdə bal festivalı keçiriləcək- Şirinliyini ermənilər dadacaq...
23/08/2019 [16:26]:
Bərdədə balıq tutan şəxs göldə batıb
23/08/2019 [16:25]:
Bakıda iranlı iş adamına qarşı dələduzluq edilib
23/08/2019 [16:23]:
Azərbaycanda şagird sayı 20 nəfərdən az olan 290 məktəb var
23/08/2019 [16:20]:
Azərbaycanda internetin nüfuz səviyyəsi 79% təşkil edib
23/08/2019 [16:13]:
Tarixin ən güclü "Ferrari"sinin qiyməti açıqlandı - FOTOLAR
23/08/2019 [16:11]:
Zakir Fərəcov sakinlərlə görüşdü – FOTOLAR
23/08/2019 [16:09]:
DYP havaların isti keçməsi ilə əlaqədar sürücülərə müraciət edib
23/08/2019 [16:09]:
"Pul qazana bilmək üçün tualet də təmizləmişəm"
23/08/2019 [16:08]:
Amerikada müsəlman polis rəisi təyin edildi- MARAQLI...
23/08/2019 [16:00]:
Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb
23/08/2019 [15:57]:
Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib
23/08/2019 [15:51]:
“Bunu görəndən sonra evdəki kişiyə yemək vermək istəmirsən”
23/08/2019 [15:16]:
Cəbrayıldan olan həkimlər məcburi köçkün qəsəbəsində humanitar aksiya keçirdi - FOTOLAR
23/08/2019 [15:15]:
“Təyyarəni Ağdam avtobusuna çevirən Röya” - VİDEO
23/08/2019 [15:14]:
Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır"
23/08/2019 [15:14]:
Türkiyədə FETÖ terror təşkilatının üzvlərinə qarşı əməliyyat –19 ünvanda axtarış aparılıb
23/08/2019 [15:11]:
Bölgənin xəritəsini Ermənistan yox, Azərbaycan cızacaq!
23/08/2019 [15:10]:
Hindistanda məbədin divarları çökdü - ölənlər var
23/08/2019 [15:09]:
“Bu kateqoriyadan olan tələbələrə "part-time” təhsil modeli tətbiq olunsun” - Təhsil ekspertindən təklif
23/08/2019 [15:07]:
Orta məktəblərdə bir sıra vəzifələrə vakansiya seçimi başa çatır
23/08/2019 [15:06]:
Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib -FOTOLAR
23/08/2019 [15:05]:
Suriya ordusu Türkiyə hərbi bazasını mühasirəyə aldı - FOTO
23/08/2019 [15:05]:
"Ağızları sanki "ACIQ QƏBİR"-ə dönüb bəzi savadsız, təkəbbürlü xəstələrin..."
23/08/2019 [15:02]:
"Tramp bütün dünyanın əziyyət çəkdiyi problemə çevrilib, lakin..." - The Guardian
23/08/2019 [15:01]:
Türkiyəyə ərə gedən aktrisa ana olacaq - FOTOLAR
23/08/2019 [14:58]:
"Heydər Əliyev adına sarayda tamaşaçılarımıza sürpriz etmək istəyirik" - Xalq artistləri
23/08/2019 [14:57]:
“Ciyər axşamı” idi” - Hovuzda oynayanlarla bağlı açıqlama
23/08/2019 [14:55]:
Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI
23/08/2019 [14:48]:
Fransa və Əlcəzair Azərbaycana yeni səfir təyin etdi
23/08/2019 [14:47]:
Rusiyadan gələn maşında bunlar aşkarlandı - Foto
23/08/2019 [14:38]:
Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı
23/08/2019 [14:33]:
Müharibə veteranları DSX-nin sərhəd döyüş məntəqələrində olublar - FOTOLAR
23/08/2019 [14:25]:
Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi
23/08/2019 [14:12]:
Yaqub Zurufçu: "Azərbaycan olmasaydı, məhv olub getmişdim"
23/08/2019 [14:08]:
Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var
23/08/2019 [14:06]:
Taxta bazarındakı yanğından geriyə qalanlar - FOTO/VİDEO
23/08/2019 [14:04]:
Bakıda yanacaq daşıyan avtomobildə texniki nasazlıq yaranıb - FOTO
23/08/2019 [13:50]:
Cocuq Mərcanlının ilk məzunlarından biri BDU-da oxuyacaq
23/08/2019 [13:27]:
"Yanıma yüzlərlə valideyn gəlib deyir ki, uşaqlarımız universitetə qəbul olunsa da..."
23/08/2019 [13:26]:
Yer kürəsi təhlükədə - Məşhurlar bundan yazır
23/08/2019 [13:22]:
Azərbaycanın xarici dövlət borcunun ÜDM-də nisbəti 19% təşkil edib
23/08/2019 [13:19]:
Nazir müavini: "Müəllimlərin işə qəbulu üzrə müsahibələrdə 2 632 namizəd iştirak edib"
23/08/2019 [13:15]:
Futbol komandası qəzaya düşdü - Bir futbolçu öldü
23/08/2019 [13:03]:
Bolsonaro: "Makron Braziliyadan şəxsi siyasi mənfəəti üçün istifadə etməyə çalışır"
23/08/2019 [13:01]:
750-dək məcburi köçkün yeni proqrama cəlb olundu
23/08/2019 [12:57]:
“Rəşad Atakişiyevin əzalarının hər biri yerində idi”
23/08/2019 [12:57]:
Sabah 40 dərəcə isti olacaq - PROQNOZ
23/08/2019 [12:55]:
Rus müxalif lideri həbsdən çıxdı - Açıqlama...
23/08/2019 [12:44]:
"Məscid, karvansaray, hamam, qəlyanxana, çayxana inşa edən bir xalq niyə tarix boyu..."
23/08/2019 [12:42]:
"Range Rover" işıq dirəyinə çırpıldı - VİDEO
23/08/2019 [12:37]:
"Vallah ayıbdır, günahdır, cəfəngiyyatlarınıza, sağlam olmayan mövqeyinizə son qoyun"
23/08/2019 [12:37]:
ATƏT: XİN başçıları həmsədrlərin himayəsi altında yaxın vaxtlarda görüşmək barədə razılığa gəlib
23/08/2019 [12:37]:
Təranə Qumralın qızı dəniz kənarında belə görüntüləndi - VİDEO
23/08/2019 [12:30]:
Mədət Quliyevdən yeni təyinat
23/08/2019 [12:27]:
Rusiya mətbuatı Aygünlə Filippdən danışır - VİDEO
23/08/2019 [11:57]:
İran-Azərbaycan dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb
23/08/2019 [11:52]:
“Murdarlar və millətə pislik edənlər uzun-uzadı yaşayırlar, amma...”
23/08/2019 [11:51]:
Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Çeçenistanda səfərdədir
23/08/2019 [11:50]:
“Axı, Müdafiə Nazirliyinin nə marağı var ki, bunu gizlətsin?”
23/08/2019 [11:46]:
“Qarabağda yeni qızıl, mis yataqlarını açmaq vaxtıdır”-  Erməni geoloqa necə cavab verək ki?..
23/08/2019 [11:45]:
Ali məktəblərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı başladı
23/08/2019 [11:41]:
"Bu “unutqanlığın” nəticəsidir ki, separatçılar BMT-ni özlərinin tribunasına çeviriblər"
23/08/2019 [11:38]:
"Biz balaca ölkələrdən yeganə ölkəyik ki, heç kimə əl açmırıq, heç kimdən heç nə xahiş eləmirik"
23/08/2019 [11:31]:
Amazon meşələrində yanğınların sayı ötən ilə nisbətdə 85 faiz artdı - FOTO
23/08/2019 [11:30]:
“İstəyirəm kəndimiz alınsın və qardaşım Səxavətin məzarını ziyarət edim...”
23/08/2019 [11:30]:
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizə təyin olnmuş nümayəndəsi Vəkillər Kollegiyasında oldu
23/08/2019 [11:27]:
“İşsizin DOSTu” kimdir? - Nazirlikdən açıqlama
23/08/2019 [11:24]:
Mikroavtobus qəzasında yaralananlardan ikisinin vəziyyəti orta-ağırdır - YENİLƏNİB
23/08/2019 [11:21]:
Ermənistanda hərbi yük maşını aşdı - 11 yaralı
23/08/2019 [11:19]:
Kriştianu Ronaldo: “Qətərdəki dünya çempionatında millidə olacağımı istisna etmirəm”
Bütün arxiv bir sırada
12/02/2019 [21:55] - Araşdırma - ( 2378 dəfə baxılıb)

"Bakıda intihar halları neft sənayesinin inkişafından sonra artıb…”

“Yüksək təhsilli və dünyagörüşlü insanlar sırasında intihar riski orta təhsillilərlə müqayisədə dəfələrlə azdır...”


Elmi dildə “suisid” adlanan intihara Azərbaycan alim, sosioloq və hüquqşünaslarının baxışını araşdırarkən diqqətimizi  Beynəlxalq Hüquqşünaslar İttifaqının Vitse-prezidenti, Azərbaycan Respublikasının əmək­dar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun elmi redaktorluğu ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, hüquq elmləri doktoru, professor Bəhram Zahidovun  2012-ci ildə işıq üzü görmüş “İntihar” əsəri cəlb etdi. Kitabda  sözügedən  problem intihar fenomeninin tarixi və müasir vəziyyəti, intihar hallarının kriminoloji və sosioloji təhlili, intihar və ona oxşar əməllərin profilaktikası və s. aspektlərdən geniş təhlil olunur.  

 

"Əgər bu əsər bircə nəfər şəxsi öz yolundan - intihar etmək yolundan geri qaytara biləcəkdirsə, onda mən özümü xoşbəxt hesab edəcəyəm”. Müəllif- professor Bəhram Zahidov kitabın ilk fəslinə epiqraf olaraq belə yazır...

 

 Moderator.az müəllifin bu xoş niyyəti ilə həmrəy olmaqla mövzunun bəşəriyyət və xalqımız üçün kifayət qədər aktuallığını nəzərə alaraq “İntihar” əsərinin ən diqqətəlayiq və maraqlı məqamlarını oxucuların nəzərinə çatdırır:

 

 

 (Əvvəli bu linkdə: http://www.moderator.az/news/258253.html)

 

 

“ABŞ-da intihar edənlər sırasında sağlam şəxslərə nisbətən “mavi”lər 7 dəfə çoxdur...”

 

 

“....Ümumdünya Səhiyyə Təşkilatının təhlilləri nəticəsində intiharların əsasən 80 üsulla icra edildiyi müəyyən olun­muş­dur. Məsələn, Hindistanın Pencab ştatında bütün inti­har edən­lə­rin yarısından çoxunun özünü hərəkətdə olan qatarın altına atması yolu ilə, Şri-Lankada 91 faizin zəhərlənmək yolu ilə intihar etdiyi aydın olmuşdur. Dünyada ən geniş yayılmış intihar üsulu özü­nüas­ma hesab edilir. ABŞ-da suisidentlərin 60 faizi, Kanada­da 30 faizi odlu silahdan istifadə etməklə, silah əldə etmə­yin demək olar ki, mümkünsüz olduğu Avstri­ya­da cəmi 4 faizi odlu silahdan istifadə edərək intihar arzu­larını reallaşdırmışlar. Dünyada narkotik maddələrdən və dər­man vasitələrinin dozasını artırmaq yolu ilə intihar edənlər 18 faiz  təşkil etdiyi halda, Çində intihar edənlərin çoxu bu üsul­dan istifadə edirlər. Müxtəlif nəq­liy­yat vasitələrindən istifadə et­məklə intihar edənlərin sayının son illər yeni üsul kimi sü­rətlə artması müşahidə edilir. İngil­tərədə zəhərli qazdan is­ti­fadə etməklə intihar edənlərin sayı əv­vəllər əksəriy­yət təşkil et­diyi halda, son illər bu yolla intihar edənlərin sayı 3 dəfə azalmışdır.

 

 

Dünyada intiharların 32 faizinin günün birinci yarısında, 44 faizinin günortadan sonra, 24 faizinin isə axşam vaxtlarında hə­ya­ta keçirildiyi müəyyən edilmişdir. Milli mənsu­biy­­yətinə görə uqrofin etnik qrupuna daxil olan Macarıstan, Finlandiya və Ud­mur­tiya əhalisinin hər yüz min nəfərə düşən intiharların sayına görə dünyada ilk yerləri tu­turlar. Eləcə də dünya üzrə apa­rılan təhlillər peşə xüsusiyyətlərinə görə 10 ballıq sistem tətbiq edildikdə, intihar riski musiqiçilər arasında 8,5 bal, tibb işçiləri sırasında 8,2 bal, diş həkimləri sırasında 8,2 bal, maliyyəçilər arasında 7,2 bal, psixiatrlar arasında 7,2 bal, kitabxanaçılar arasında 3,2 bal, satıcılar arasında 2,1 bal təşkil edir. Ailəli şəxslər arasında hər iki cinsdən olan suisidentlərin intiharı ən aşağı göstərici təşkil etdiyi halda, boşananlar və ya həyat yol­daşını itirənlər sırasında özünü öldürənlərin sayı 3 dəfə artıq ol­muş­dur. Eləcə də zabitlər, gənc əsgərlər, cəzaçəkmə müəs­sisə­lərində azadlıqdan məhrum edilmə növündə cəzaçə­kən və təqaüdə yenicə çıxmış şəxslər arasında intiharlar çox­luq təşkil etdiyi halda, ömürlük azadlıqdan məhrum edilmiş şəxslər sıra­sında intihar edənlər, demək olar ki, yox dərəcə­sin­dədir. İntihar edən kişilər və qadınlar arasında intihar zamanı sərxoş olan şəxs­­lərin sayı, cəmi 8 faiz təşkil etdiyi halda, xroniki alko­qoldan və narkomanlıqdan əziyyət çəkən şəxslərin sayı 60 faiz təşkil edir. Suisidentlərin sırasında narkomanların, psixi xəstələ­rin, xroniki alkoqoliklərin, əlillərin, habelə homosek­sualistlərin sayı çoxluq təşkil edir. Məsələn, ABŞ-da intihar edənlər sıra­sında sağlam şəxslərə nisbətən mavilər yeddi dəfə çoxluq təşkil edirlər. İnti­harlar zamanı yalnız 44 faiz suisi­den­tin valideynlərinə, rəislərinə və digər yaxın bildikləri şəxslərə ünvanlanmış mək­tub­ları aşkar edilmişdir. Yüksək təhsil almış və dünyagörüşü geniş olan in­sanlar sırasında intihar riski orta təhsilli şəxslərlə müqa­yi­sədə də­fələrlə azdır. Suisidentlərin 60 faizi öz ətrafı ilə məhdud əla­qədə olan, 16 faizi qapalı və ünsiyyətdən çəkinən şəxslər olduğu halda, öz ətrafı ilə sıx münasibətdə və ünsiyyətdə olan şəxslərin cəmi 24 faizi intihar yolunu tutmuşlar. Cəmiyyətdə baş verən iqtisadi və siyasi böhranlar, kataklizmlər, təbiət hadisələri, qor­xulu yoluxucu xəstəliklər intiharların artmasına mühüm təsir gös­tərən amillər hesab oluna bilər.

 

 

İrsiyyət amilinin təsirinin təd­qiqinə dair araşdırmalar göstərir ki, intihar edənlərin 6 faizinin vali­­deynlərindən biri vaxtı ilə intihar yolu ilə həyatdan köçmüş şəxslər olmuşlar. Eləcə də suisidentlərin 80 faizi intihardan əv­vəl­ki iki il müddə­tində ailəsində, işlədiyi kollek­ti­vdə və ət­rafında olan şəxslərə öz in­ti­har niyyətləri barədə müəyyən işa­rələr vermiş və ya bəzən intihar niyyətləri haqqında açıq eti­raf­lar etmişlər.

 

 

Dünya üzrə  intiharların XIX əsrin əvvəl­lərindən etibarən artaraq bu günə qədər yüksələn xətt üzrə inki­şaf etdiyi müşahidə edilir. Azərbaycanda XIX və XX əsrlərdə intihar halları xarak­terik səciyyə daşımamışdır. Bununla belə, Bakı şəhərində neft sənaye­sinin inkişafı və təhlükəli neftçıxarma proseslərində XIX əsrin sonu və XX əsrin əvvəllərində fəhlələr arasında intihar hal­larının artması müşahidə edilməyə başlanmışdır.  SSRİ-nin tərkibində fəaliyyət göstərdiyi və istərsə də döv­lət müstəqilliyi bərpa edildikdən sonra bütün MDB ölkələrində olduğu kimi, Azər­baycanda da intihar halları tədricən artmışdır. Bu meyil keçən əsrin 90-cı illərindən sonra diqqəti daha çox cəlb etməyə başlamışdır. Eləcə də, XXI əsrin ilk on illiyində öl­kə­də intihar hallarının sayı sürətlə artmış, coğrafi mənada genişlənmiş, «cavanlaşmış» 2011 və 2012-ci illərdə ən yük­sək həddə çatmışdır. Bu barədə ətraflı təhlil işin sonrakı hissə­lərində müstəqil olaraq araş­dırıl­dığından burada ona geniş yer ayrılması məqsədəmüvafiq he­sab edilməmişdir. Ümumiy­yətlə, dünya­nın bir çox ölkələrində olduğu kimi, Azərbaycan­da da intiharların müasir vəziyyəti ciddi narahatçılıq doğurmaq­dadır.

 

 

Beləliklə, bəşəriyyət tarixində intihar və onun prob­lem­ləri ilə bağlı aparılan araşdırmalar bu təzahürün müasir günlə­ri­mizdə yüksək həddə çatdığını təs­diq edir. Bu da qlobal bir prob­lemin müxtəlif istiqamətlərdə, ümumdünya və milli səviy­yə­də araş­dırıl­masını və kompleks profilaktiki tədbirlərin görülməsini aktuallaşdırmışdır...


(Davamı var)

 

 Qeyd: İstifadə edilmiş 337 mənbə kitabın sonunda göstərilir.

 

 Təqdim etdi: Sultan Laçın

 

loading...
loading...
Rus müxalif lideri həbsdən çıxdı - Açıqlama...
Sabiq deputat imkansız tələbələrə dəstək üçün “Savadlı Gələcək Naminə” səhifəsi yaratdı
Turistləri ildırım vurdu: 3 ölü, 22 yaralı...
Bu şəhərin var olmadığını sübut edənə 1 miyon avro veriləcək - MARAQLI
Bitki çaylarının içindən böcək parçaları, qaş və kiprik çıxdı - İNANILMAZ...
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Müsahibə
"Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı “Nəsimi” filmi çəksin..."
Gündəm
Kəlbəcərdə bal festivalı keçiriləcək- Şirinliyini ermənilər dadacaq...
Cəmiyyət
“İstəyirəm kəndimiz alınsın və qardaşım Səxavətin məzarını ziyarət edim...”
Gündəm
“Şəhid qəbiristanlığı” gənclərin gülüş obyektinə çevrilib: Əslində, elə belə də olmalı idi!
Hadisə
"Azərbaycanda saxlandığı şərait və ona gostərilmiş münasibət məni çox məyus etmişdi"
Həftənin ən çox oxunanları
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
İki əmioğlu 24 yaşlı qızı bağ evinə apardılar - Soyundurub 4 saat...
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
Anasına yataq otağından selfi göndərən qız biabır oldu - İntim aləti yaddan çıxarıb - FOTO
Müdafiə Nazirliyində həbslər başladı: Külli miqdarda rüşvət və korrupsiyaya görə...
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
Cazibədar taekvandoçu paylaşımları ilə diqqət mərkəzində - FOTOLAR
Ermənistan “140 hektar torpaq almışıq” dedi, Azərbaycan MN istehzalı cavab verdi - "Gülüş doğurur..."
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)