Xəbər lenti
01/06/2020 [19:05]:
ABŞ-lı polis məmuru heç kimin qaça bilmədiyi həbsxanaya göndərildi - FOTOLAR
01/06/2020 [19:04]:
Düşmən Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Cıdır düzü və Xankəndində belə qeyd edir – FOTOLAR!
01/06/2020 [18:55]:
İqor Nikulin: “COVID-19 laboratoriyada yaradılıb” - ŞƏRH
01/06/2020 [18:49]:
Bu gün Azərbaycanda daha 80 nəfər koronavirusdan sağaldı
01/06/2020 [18:47]:
Azərbaycanda koronavirusdan rekord ölüm qeydə alındı: 168 yeni yoluxma - RƏSMİ
01/06/2020 [18:36]:
Prezident İlham Əliyev italiyalı həmkarına məktub göndərib
01/06/2020 [18:35]:
Şəkidə tutulan ayı vəhşi təbiətə nə vaxt buraxılacaq?
01/06/2020 [18:32]:
Rusiyadan Bakıya yeni metro vaqonları yola salındı
01/06/2020 [18:31]:
Kazanda çətin vəziyyətdə qalan azərbaycanlı tələbə qardaşlar Vətənə gətirilib
01/06/2020 [18:16]:
Prokurorluğun bir əməkdaşı koronavirusa yoluxub
01/06/2020 [18:14]:
"Prezidentin hədəfi Xalq Cümhuriyyətimizə qarşı ideoloji dava aparmaq deyil"
01/06/2020 [18:11]:
Qənirə Paşayeva Beynəlxalq Müdafiəsi Günündə 500 Tovuz məktəblisinə kitab hədiyyə etdi
01/06/2020 [18:06]:
Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən VİDEOREPORTAJ
01/06/2020 [18:06]:
Daha iki bankla bağlı rəsmi AÇIQLAMA: Onlara da möhlət verilib
01/06/2020 [18:00]:
Nazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHI
01/06/2020 [17:56]:
Azərbaycanda pul bazası yenidən artmağa başlayıb
01/06/2020 [17:54]:
Prokuror koronavirusdan ölməyib - Rəsmi açıqlama
01/06/2020 [17:52]:
“Bir də görürsən ki, biri tanıdı-tanımadı hər kəsə həqarət etməyə başlayır”
01/06/2020 [17:46]:
Təhsil Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı
01/06/2020 [17:44]:
“Reanimasiya şöbəsi tam dolub, 1 dənə də yer yoxdur” - Video
01/06/2020 [17:34]:
Əli Əsədova yeni köməkçi təyin edildi
01/06/2020 [17:25]:
İş adamının maşını gülləbaran edildi, sürücü öldü – ANBAAN VİDEO
01/06/2020 [17:11]:
Vüqar Rəhimzadə: "COVID-19-la mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir"
01/06/2020 [17:08]:
"Qanunla qadağan olunsa da bu gün əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır..." - VİDEO
01/06/2020 [17:06]:
BDU-da “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib
01/06/2020 [16:53]:
Pandemiya ilə mübarizədə Azərbaycan modeli: İspan mediasında azərbaycanlı jurnalistin məqaləsi çap olunub
01/06/2020 [16:50]:
Netanyahu və ailəsini ölümlə hədələdilər
01/06/2020 [16:47]:
Qənirə Paşayeva uşaqlarla birgə “Xalça Muzeyi”ni ziyarət edib - FOTOLAR
01/06/2020 [16:22]:
Azərbaycan Mərkəzi Bankı bəzi banklarla iş aparmağa başlayıb
01/06/2020 [16:17]:
Tikinti ilə bağlı tələblərdən biri ləğv edildi
01/06/2020 [16:15]:
Azərbaycanda saxta pul nişanlarının aşkarlanması halları azalıb
01/06/2020 [16:15]:
6-7 tələbə və 20 media mənsubu Təhsil Nazirliyinin inzibati binasına yaxınlaşdı...
01/06/2020 [16:14]:
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir
01/06/2020 [16:11]:
Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma ola bilər - RƏSMİ
01/06/2020 [16:09]:
Gürcüstan BTQ-nin tam istismara verilməsinin vaxtını açıqladı
01/06/2020 [16:07]:
Uşaqlar günü münasibətilə beş yaşlı uşağı olan yüz ailəyə süd paylanıldı- İBRƏTAMİZ...
01/06/2020 [15:58]:
“Mənə deyirlər ki, Əli Həsənovu sənin qədər müdafiə edən yoxdur, amma isinmədik istisinə...”
01/06/2020 [15:53]:
“Mənim öz evimdə xəstəliyə nə qədər yoluxan oldu”
01/06/2020 [15:48]:
Avstriyaya aparılan 281 kq heroin Azərbaycanda tutuldu - FOTO/VİDEO
01/06/2020 [15:46]:
Kamran Əliyev onlara yeni vəzifə verdi
01/06/2020 [15:45]:
Məhərrəm ayı avqustun 21-də başlayacaq
01/06/2020 [15:41]:
“Mənim öz evimdə xəstəliyə nə qədər yoluxan oldu”
01/06/2020 [15:38]:
Prezident Milli Məclisin iclaslarına gələndə Dövlət himni ifa ediləcək
01/06/2020 [15:25]:
“Maska cəriməsi 25 manata endirilsin”
01/06/2020 [15:21]:
“Əvvəllər Yaşarla bağlı etiraf məsələsinə gələndə hardasa əsəbiləşirdim, amma indi..”
01/06/2020 [15:16]:
“Prezident “işdən çıxarmaq olmaz” deyir, əmr gəlib ki, ixtisar edin”
01/06/2020 [15:13]:
“Biz heç vaxt ABŞ-ın daxili işlərinə qarışmamışıq” - Peskov
01/06/2020 [15:11]:
“Bu cür fikirlərlə əhalinin evini yıxırıq” - Deputat
01/06/2020 [15:09]:
Azərbaycan Hərbi Hava Qüvvələri döyüş atışlı taktiki-uçuş təlimləri keçirib - VİDEO
01/06/2020 [15:06]:
İyunda temperatur 37 dərəcəyə qədər qalxacaq
01/06/2020 [15:06]:
Bakı Nəqliyyat Agentliyi sərnişinlərə xəbərdarlıq etdi
01/06/2020 [14:59]:
Baş prokurordan YENİ TƏYİNATLAR
01/06/2020 [14:43]:
Azərbaycanda koronavirusla bağlı WhatsApp botu istifadəyə verildi
01/06/2020 [14:40]:
“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin detalları açıqlandı
01/06/2020 [14:39]:
“Kimin qalib, ya məğlub olması önəmli deyil” - Elnarə söz atdı
01/06/2020 [14:33]:
Brejnev etiraz etsə də, Xruşov yetkinlik yaşına çatmayan canini edam etdirib
01/06/2020 [14:27]:
“Söyüş və təhqirlərə məruz qalanlardan biri mənəm”
01/06/2020 [14:27]:
Rusiyada inqilab havası...
01/06/2020 [14:26]:
“Qarabağ məsələsi nə iqtidarın, nə də müxalifətin inhisarındadır”
01/06/2020 [14:26]:
“Keçən dəfə də sizə dedim, 30 ildə təkliflərinizi niyə vermirdiniz?!”
01/06/2020 [14:09]:
“Bu şəxslərin sərvət aclığı bitmək bilmir” – “Onlar əsl yırtıcıdırlar!”
01/06/2020 [13:59]:
Gürcüstanda 100-dən çox uşaq və yeniyetmə koronavirusa yoluxub
01/06/2020 [13:56]:
Azərbaycanda olma müddəti bitən əcnəbilərin NƏZƏRİNƏ
01/06/2020 [13:54]:
Fransalı nazir “Twitter”i ABŞ-ı tərk etməyə səslədi
01/06/2020 [13:54]:
Azərbaycanda koronavirusla bağlı WhatsApp botu istifadəyə verildi
01/06/2020 [13:48]:
Xalq artisti səhhətindən danışdı: “20 gün əvvəl əməliyyat olunmuşam” - AÇIQLAMA
01/06/2020 [13:46]:
“Ermənilər Şuşada yeyib-içib ehtiyaclarını dədə-babamızın məzarları üzərinə ödəyirlər”
01/06/2020 [13:37]:
Britaniya kraliçası karantin dövründən bəri ilk dəfə görüntüləndi - FOTO
01/06/2020 [13:30]:
Deputat cərimə məbləğinin azaldılmasını təklif etdi
01/06/2020 [13:30]:
ABŞ "Antifa"nı terrorçu təşkilat kimi tanıyacaq
01/06/2020 [13:27]:
“Kişi fikirləşir ki, xanımın iqtisadi müstəqilliyi olarsa, o, bunun müqabilində hüquqlarını da müdafiə edəcək...”
01/06/2020 [13:25]:
Deputat söz atdı: “Vaqif Hüseynovun və Vəzirovun qapısı ağzında “yatanlar” üzə çıxarılacaq”
01/06/2020 [13:18]:
Prokurorluq Sabunçudakı qətllə bağlı məlumat yaydı
01/06/2020 [13:16]:
Adil Əliyevdən deputat həmkarlarına: “Yadınızda saxlayın, burada bir nəfər təhqir olunursa...”
01/06/2020 [13:14]:
Manaf Buzovnadakı dəbdəbəli villasını və lüks avtomobillərini nümayiş etdirdi - FOTO
01/06/2020 [13:12]:
"Əgər belə bir resurs yaradılarsa..."
01/06/2020 [13:09]:
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı
01/06/2020 [13:06]:
Əli Hüseynli: “Məqsəd vətəndaşları cərimələmək deyil, onları qorumaqdır”
01/06/2020 [13:05]:
Azərbaycanda 15 ağır koronavirus xəstəsinə plazma köçürüldü - RƏSMİ
01/06/2020 [12:55]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Əhməd bəy Ağaoğlu
Bütün arxiv bir sırada
24/01/2019 [23:22] - Köşə - ( 3468 dəfə baxılıb)

Deyəsən, Sovet imperiyasını çökdürən rayon Ağcabədi olub...

Zabil Həsənov

Bəli, bəli, düz oxudunuz, SSRİ-ni məhv edən Ağcabədi rayonudur. Təccüblənməyin, Qərbin bütün cəhdlərinə baxmayaraq, SSRİ adlı imperiyanın dağılmasına gətirib çıxaran əməllərin  təməli məhz Ağcabədi adlı bir cənub rayonunda qoyulmuşdur.

   Hələ tələbə olarkən Qərbin sosializmi tarixin səhvi adlandırması fikirini qəzəblə qarşılamışdım.  Aldığımız sovet  təhsili məni və mənim kimi başqa gəncləri sosializmin yeğanəliyinə və əbədiliyinə inandırmağı bacarmışdı. Təhsilimi başa vurduqdan sonra məlum oldu ki, fərqlənmə diplomu almamağımın səbəbi “Elmi kommunizm” nəzəriyyəsindən aldığım yeganə 3 qiymətidir. Sonralar ictimai mühitə bələdçiliyim artdıqdan sonra bunun səbəbini nəzəriyyənin  bitkin olmamasında gördüm.

 Sovet idelogiyasının cəmiyyətə gətirdiyi çoxlu bəlalardan biri şəxsiyyətin məhv edilməsi olmuşdur. Bu cəmiyyətdə şəxsiyyətin özünü tapması məsələsi qəliz məsələ idi.  Vısotski, Qədir Rüstəmov, Rəmiş, Çingiz Mustafayev və s. kimi azad fikirlilər bu cəmiyyətə yad adamlar hesab edilirdi. Hətta ideologiyanın göylərə qaldırdığı şəxslərin belə sonluğu çox vaxt faciələrlə nəticələnməsinə aid kifayət qədər faktlar var.  Nəyin bahasına olursa olsun, sovet sistemini daim qalib kimi göstərmək, saxta “sovet adamı” obrazı yaratmaq və sonda onu lazımsız əşya kimi kənara atmaq sistemin yaşam tərzi idi. Hər şey ideologiyaya qurban verilirdi və bu ideologiya da nəticəsiz bir iş idi. Ən əsası partiya tapşırığını “canla-başla” yerinə yetirmək sistemin başlıca şüarına çevrilmişdi. Bu zaman hansısa “dəvriş” və ya “dəvrişlərin” ( bu termin kənd təsərrüfatı nazirliyinin o zamankı yüksək rütbəli vəzifəlililərindən birinin bir kolxoz sədrinə verdiyi məsləhətdən götürülüb) qanı bahasına olsa belə, nailiyyət əldə etmək sistemin yazılmamış qanunlarından idi. Beləcə yuxarıdan gələn və ildən-ilə keçdikcə böyüyən tapşırıqların yerinə yetirilməsi məsələsi zaman keçdikcə çətinləşir və yerlərdə yuxarıları razı salmaq yolları axtarılırdı. Və tapıldı da.

   1965-1968 illərdə Az.SSR-nın Ağcabədi rayonun birinci katibi işləmiş Məmməd Əsgərov partiya tapşırığının “canla-başla” yerinə yetirilməsinin bir yolunu “kəşf”etdi; planda nəzərdə tutulan sahələrdən əlavə uçota alınmayan pambıq sahələri salındı. Beləliklə, sahələrin məhsuldarlığı “artdı” və nəzərdə tutulan plan artıqlaması ilə yerinə yetirildi, Ağcabədi rayonu pambıqçılıq rayonu kimi ad çıxardı. Böyük rəqəmlərlə tanınan rayonda rəhbərçilik estafeti Vahid İsmayılova verildi. Rəqəmlər böyüdükcə, yeni “zirvələr” fəth edildikcə uçotsuz əkin sahələri də artırdı. Əkilən artıq sahələr kolxozçular arasında bölünür, becərmə haqqı isə verilmirdi. Yəqin gənclərimiz deyəcəklər ki, heç belə haqsızlığa qarşı çıxan olmurdu? Gördüyü işin  haqqını tələb edən bir traktorçunun qaçağa çevrilməsi və milis işçiləri  tərəfindən güllələnməsi faktı da rayon əhalisinin yaşlı hissəsinin yadında qalmış olar. Amma nə faydası. Müxtəlif idarələr öz işlərini qoyub məcburən ümumi səfərbərliyə cəlb edilirdi. Xidmət sahələri ancaq axşamlar fəaliyyət göstərə bilərdi, xəstələr həkimə ancaq axşamlar gedə bilərdi və s.

Ziyanvericilərə qarşı mübarizədə zəhər səpən təyarələrdən istifadə edilirdi. Bu isə əhali arasında xəstəliklərin artmasına gətirib çıxarırdı. O qədər də böyük olmayan (42-43 ev) kəndimizdə bir ildə ölən uşaqların sayı 14 olmuşdu. Həmin uşaqlar haqqında dəqiq məlumat almaq istəsəm də, kənd həkimi onların çoxunun qeydiyata alınmadığını söylədi. Yəni kənd sovetində ölən uşaqların çoxunun rəsmi qeydiyatı aparılmırdı.

   Planlar, öhdəliklər isə durmadan yüksəlirdi. Əlavə meliorasiya işləri aparılaraq dövriyyəyə yeni əkin sahələri buraxılırdı. Bu da tükəndikdən sonra, növbə meşələrə çatdı; ağaclar  qırılır, yerində əkin sahələri yaradılırdı.Yaxınlığımızda, rayonun Qaradolaq adlanan kəndi ərazisində yerləşən, nəhəng ağacları ilə fərqlənən, zəngin fauna və floraya malik meşə massivinin pambıqçılığa qurban verildiyi yaxşı yadımdadır. Zaman keçdikcə belə sahələr də tükənməyə başlamışdı. Yenə vəziyyətdən çıxış yolu axtarılmağa başlanıldı və bu çıxış yolunu hansı kolxoz sədrinin ilk tətbiq etdiyini bilmirəm. Beləliklə, kolxozlardan məntəqələrə pambıq əvəzinə pullar daşınmağa başlandı. Sadəcə kolxozlar qəbul məntəqələrindən, verilən pulun miqdarı müqabilində, pambıq təhvil verdiyi haqqında sənədlər əldə edirdilər. Qalan işlərin məsuliyyəti isə pambıq qəbulu məntəqələrinin üzərinə qoyulurdu.

Məsələyə belə yanaşma istehsalda da yeniliyə səbəb oldu. Belə ki, əvvəllər artıq sahələr əkən pambıq briqadirləri indi bunun əksini etməyə başladılar; onlar üçün ayrılmış sahələrin 60-70 faizində əkin aparıb, qalan sahələrdə taxıl, yonca, bostan bitkiləri və s. əkərək satışa çıxarırdılar. Həm də bu sahələr  kağız üzərində şumlanır, arat edilir, malalanır, toxum səpilir, seyrətmə aparılır, 3-4 dəfə ketmanlanır, 3-4 dəfə suvarılır, ziyanvericilərə qarşı kimyəvi və bioloji mübarizə aparılır, dəfələrlə pambıq cərgələrinin arası  çəkilir, məhsulu yığılır, çöpü çalınır və s. Saxta cədvəllər yazılır, pullar götürülüb pambıq qəbulu məntəqələri üçün saxlanılırdı.

Rayonun “XX partiya qurultayı” adına kolxozunun o zamankı sədri Şahin Əliyevin dediyi bu sözlər hələ də yaşlılar arasında populyarlığını saxlayır; “Yoldaşlar, təcürbə göstərir ki, pambıq əkmədən də planı doldurmaq olar”. Yaxınlarda, vaxtilə Ağcabədi rayon “Aqraprom”-nun sədri olmuş,  Aqil Muradovun; “Darıxmayın, gələcəyik, yenə qayıdacağıq” sözlərinə Yeni Qaradolaq icra nümayəndəsi Arif İsmayılovun cavabı tutarlı oldu: “Sizi də gördük, axşam dirənib kolxozun pulunu məntəqələrə verdirirdiniz, sabah da prokuroru kolxoza yoxlamağa göndərirdiniz”-dedi.

   “İş metodu” tədricən kənd təsərrüfatından sənayeyə də sirayət edirdi. Yığılan pullar pambıq qəbulu məntəqəsindən pambıq emalı zavodlarına, oradan əyrici, əyricidən sonra toxucu fabriklərinə, oradan isə tikiş fabriklərinə gedib çıxırdı. O dövrlərdə ferma müdiri işləmiş qohumlarımdan biri danışırdı ki, ferma malı üçün Yevlaxdan gətirdiyim yemi satıb pulunu süd yazdırmaq məqsədi ilə rayon süd kombinatına aparsam da, pula yiyə duran olmadı və məni  Mingəçevir şəhərinin istehlak cəmiyyətinə göndərdilər. Oradakılar isə şəhərdə bir mağazaya gedib pulu ora verməyi və həmin mağazadan yağ qəbul etdiyini təsdiqləyən sənəd alıb gətirməyi tapşırdılar. Beləcə satdığım yemin pulu Mingəçevirdə bir mağazaya gedib çıxdı.

Gənclərimiz yəqin bu tapmacanın mahiyyətini anlamadılar. Bu işin mahiyyəti odur ki, guya yem verməklə inəklərdən alınan süd kombinatda yağa çevrilmiş, alınan yağ isə Mingəçevirə satılmağa yollanmışdır və bu işi ordakı mağazalardan biri yerinə yetirmişdi. Artıq bu cür idarəetmə qonşu rayonlara da yayılmağa başlamışdı. Zərdab, Bərdə, Beyləqan, İmişli və s. Tədricən respublikanın bütün rayonları yeni iş metodunu mənimsəməyə başlamışdı.

Nəhayət 1977-ci ildə (1985-ci ilə qədər) Məmməd Əsgərovun kənd təsərrüfatı naziri təyin olunması bu metodun ölkədə tam qələbə çaldığının göstəricisi oldu. Paralel olaraq  özbək qardaşlarımız da bizdəki iş təcürbələrindən yararlanmağa başladılar və metod Özbəkstanda da geniş vüsət aldı. Bu o demək idi ki, metod həm də qəti qələbə çalmışdı. İstehsal əyalətlərdə olduğu halda emal müəssələri Rusiya daxilində idi və metod tədricən bütün ölkənin müəssələrinə sirayət etdi. Əgər yazılanlara inansaq, Bakıdan qapıları blomlu boş vaqonlar mahlıc aparmaq adı ilə uzaq San Peterburqa yola salınırmış. Hətta Kremldə oturanların özlərinin etrafına görə, istehsala qoyulan hər manatın, ən yaxşı halda, 50-60 qəpiyi geri qayıdırdı. Belə bir dönəmdə hakimiyyətə gələn Qarbaçov nəsə etmək qərarına gəldi və nəticə SSRİ adlı imeriyanın süqutu oldu.

Yenidənqurmaya münasibətlər indinin özündə də müxtəlifdir. Kimisi Qarbaçovu Amerika kəşfiyyatının agenti, kimisi isə bilrəkdən SSRİ-ni dağıtmaq istəyən adam kimi təqdim edir. Amma mənim fikirimcə, həmişə islahatlar adı ilə SSRİ adlı binada kosmetik düzəlişlər etmək yolu ilə gedilmiş, necə deyərlər, binanın ancaq rənglərini təzələməklə məşğul olmuşlar. Qarbaçov isə onun suvağını təzələmək fikirinə düşmüşdür. Sən demə, bu binanı da saxlayan elə suvaqmış və uçqun qaçılmaz oldu. SSRİ dağıldı. Əvvəllər yalnız bir dəfə Sov.İKP-yə baş katib seçilmiş Nikita Xurruşov ölkədə əsaslı islahatlar aparmaq fikirinə düşmüş (deyəsən sosializmdə mülkiyyət məsələsində solluğa meyillilik) amma ideologiya tərəfdarları onu “vaxtında zərərləşdirmişlər”. Beləcə SSSR-i adlı böyük bir imperiya tarixin arxivinə verilmiş oldu. Bəs bizim qəhramanların aqibəti necə oldu?

   Məmməd Əsgərov dövlətə xidmət sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş,1968-ci ildə Azərbaycan SSR əməkdar aqronomu fəxri adına layiq görülmüşdür. Daha sonra 4 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni ,"Oktyabr İnqilabı" ordeni, ən əsası, 1973-cü ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.” Deyilənə görə damarını kəsərək intihar (???...) etmişdi (1988).

    Vahid İsmayılov, iki Lenin, iki Oktyabr İnqilabı, bir Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmiş, bir neçə şagırış Ali Sovetin deputatı, Ali Sovetin Rəyasət Heyətinin üzvü oilmuşdur.”  Deyilənə görə özünü asaraq intihar (???...) etmişdi (1983).

    Ağcabədililər təkcə imperiyanın çökdürülməsi ilə işlərini bitmiş hesab etməmiş və həmçini sovet sisteminin dayaqlarının dağıdılmasında ilkinlər sırasında olmuşlar ki, bu da ayrıca bir yazının mövzusu ola bilər.

P.S. Deyəsən Ağcabədidə yenə küləklər əsir... 

ABŞ-lı polis məmuru heç kimin qaça bilmədiyi həbsxanaya göndərildi - FOTOLAR
“Mənə deyirlər ki, Əli Həsənovu sənin qədər müdafiə edən yoxdur, amma isinmədik istisinə...”
Rusiyada inqilab havası...
“Səhərə kimi Neftçalada qız toyunda çıxış edirdim” - VİDEO
Mübariz Mənsimovun şirkəti müflis olub? - “Palmali Holding”dən yeni açıqlama gəldi...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
ABŞ "Antifa"nı terrorçu təşkilat kimi tanıyacaq
Cəmiyyət
“Kişi fikirləşir ki, xanımın iqtisadi müstəqilliyi olarsa, o, bunun müqabilində hüquqlarını da müdafiə edəcək...”
Dünya
“Tramp mənə danışmağa imkan vermədi, sözümü kəsdi...” - Öldürülən qaradərilinin qardaşı...
Gündəm
ABŞ-dakı etirazçılardan türk dünyasına töhfə: Fərqində olmadan elə bir şey etdilər ki...
Dünya
İran İsrailin içməli su sistemində xlorun miqdarını artırmağa çalışdı…-KİBER-HÜCUM
Yazar
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
"Bəlkə fiziki məsafə və sosial yaxınlıq?...  -Hə, cənab oliqarx vətəndaşlar?.."
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
Rusiyanın yalanı üzə çıxdı...
ABŞ hər iki ölkəni “bombalayacaq”: Pentaqon sülhə “razı deyil”!
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247