Xəbər lenti
06/06/2020 [08:06]:
Müsəlmanların tələbi ilə “PUBG Mobile”  savaş oyunundan bütlər yığışdırıldı...
06/06/2020 [07:37]:
İnsan Allahı hansı yollarla tanıya bilər?..
06/06/2020 [00:57]:
“Vətən ən böyük namusdur”
06/06/2020 [00:41]:
Bu gecə baş verən Ay tutulması bəşəriyyətə hansı mesajları verir? – ELMİ-LƏDUN
06/06/2020 [00:29]:
"Bu zaman Qurban Məmmədov Naxçıvana zəng edib Heydər Əliyevdən məsləhət istədi..."
06/06/2020 [00:06]:
Tramp ABŞ-da koronavirusa qarşı peyvənd hazırlandığını elan etdi...
05/06/2020 [23:57]:
Britaniyada koronavirus qurbanlarının sayı 40 mini ötdü
05/06/2020 [23:35]:
Türkiyədə zəlzələ olub
05/06/2020 [23:30]:
Dənizdə boğulan oğlunu xilas edən ana canından oldu - DƏHŞƏT...
05/06/2020 [23:20]:
ABŞ-dakı etirazlar təhlükəli hala çevrildi - FOTO+VİDEO
05/06/2020 [23:07]:
“Əsas məsələ odur ki, pandemiyanı az itki və az xəstə sayı ilə geridə qoyaq” - VİDEO
05/06/2020 [22:47]:
Ukraynalı baxıcı ağlayan uşağı boğaraq öldürdü - DƏHŞƏT...
05/06/2020 [22:36]:
Marketlərdə çörək tapılmır - VİDEO
05/06/2020 [22:34]:
Şəbnəm Tovuzlu ana olacaq - VİDEO
05/06/2020 [22:30]:
Market işçisində korona tapıldı: 45 nəfər... - Video
05/06/2020 [22:30]:
Pandemiya gündəliyi...
05/06/2020 [22:30]:
Mayk Tayson arvadını qısqanıb Trampı döyməyə çalışdı - MARAQLI
05/06/2020 [22:17]:
Parlament komissiyası aprel döyüşlərinə görə Rusiyanı günahkar çıxardı...
05/06/2020 [22:13]:
Biseksual olduğunu etiraf etdi - FOTO
05/06/2020 [22:10]:
“Azərsu” və Yasamal İcra Hakimiyyəti Şəhid Bulağını niyə susuz qoyub?..- FOTOLAR
05/06/2020 [22:00]:
Ay tutulması başladı
05/06/2020 [21:53]:
Cahangir Əsgərov Prezidentə müraciət etdi
05/06/2020 [21:27]:
"26 dövlət proqramının dövlət büdcəsində öz əksini tapmamasının səbəbi nədir?" - VİDEO
05/06/2020 [21:22]:
Gecə klubuna gedən 12 yaşlı qızı zorladılar - Bakıda dəhşət
05/06/2020 [21:18]:
Koronavirusa yoluxma bu dövrdə arta bilər - VİDEO
05/06/2020 [21:15]:
Küləkli hava şəraiti koronavirusa yoluxmanı artıra bilər? - AÇIQLAMA
05/06/2020 [20:56]:
Koronavirus banklardakı pulları necə “yeyir”? – “Ağ günlər”dən “qara günə” qalanlar...
05/06/2020 [20:55]:
"Paşinyanın həyat yoldaşının qeyri-səmimi sülh çağırışları etməklə olmur bu işlər..."
05/06/2020 [20:51]:
Azərbaycanda dolu yağıb - FAKTİKİ HAVA + VİDEO
05/06/2020 [20:40]:
İngiltərədə hansı heyvan cinsinə aid olduğu bilinməyən canlı görünüb...
05/06/2020 [20:38]:
ABŞ Corc Floydla vidalaşır...
05/06/2020 [20:20]:
“Avropa Şurasından bu günə qədər “Ermənistan işğalçıdır” sözünü eşitmədik”
05/06/2020 [20:12]:
“Bombardier” 2,5 min işçisini ixtisar edir
05/06/2020 [19:54]:
Ermənistanda bu günədək 100-ə yaxın polis işçisi koronavirusa yoluxub
05/06/2020 [19:48]:
“Heydər Əliyevin Bakıya dəvət edilməsi ilə barışmasaydım, belə çıxacaqdı ki..."
05/06/2020 [19:33]:
İlk dəfə vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib
05/06/2020 [19:16]:
Avropadan dəyərlərə SAYĞISIZLIQ: “Bizə ağıl öyrətməsinlər” – Partiya sədri
05/06/2020 [19:14]:
Karantin qaydalarını pozan futbolçular cərimələndi
05/06/2020 [19:13]:
Bozbaş ola qazan-qazan...
05/06/2020 [19:01]:
Rusiyanın Xalq artisti vəfat etdi
05/06/2020 [18:55]:
Deputatlar Diaspor Komitəsinin pandemiya dövründəki fəaliyyətindən danışdılar
05/06/2020 [18:48]:
Qadın qonşusunu evinə çağırıb, qızının gözü önündə baltaladı - Dəhşətli qətl
05/06/2020 [18:44]:
"Qarabağ" türkiyəli futbolçuya 2-ci dəfə təklif göndərəcək
05/06/2020 [18:42]:
"Hər kəs özünü koronavirusdan qorumaqla ailəsini və bütün ətrafını xilas etmiş olacaq"
05/06/2020 [18:40]:
Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ
05/06/2020 [18:39]:
"Dedi ki, mən sənin yerində olsaydım, burada ayda 200-300 min manat pul qazanardım..."
05/06/2020 [18:33]:
Azərbaycanda koronavirusdan sağalanların sayı 3 871 nəfərə çatdı
05/06/2020 [18:32]:
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
05/06/2020 [18:32]:
“Kəndlərin problemlərinin həllinə əlavə vəsait ayrılsın” 
05/06/2020 [18:09]:
“Çingiz Əhmədov mükafat almadığına görə belə danışır”
05/06/2020 [18:05]:
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək
05/06/2020 [17:55]:
Erməni ağırlıqqaldırandan dopinq tapıldı
05/06/2020 [17:53]:
Azərbaycan dilinin qaydalarına riayət etməyən 6 028 obyekt aşkarlanıb
05/06/2020 [17:49]:
AZAL daha 144 ölkə vətəndaşını vətənə qaytarıb
05/06/2020 [17:47]:
Azərbaycanda turizm şirkətlərinin otellərə olan borcu 1 milyon manatı ötüb
05/06/2020 [17:44]:
Ukraynada istefası tələb edilən  erməni nazir “şeytan” adlandırıldı...-VİDEO
05/06/2020 [17:34]:
“Hazırkı məqamda Qarabağda hərbi əməliyyatların bərpası ehtimalı çox realdır”
05/06/2020 [17:31]:
Rusiyada yeddi kilometr məsafədə hədəfi vura biləcək snayper hazırlanır
05/06/2020 [17:04]:
Akif Təvəkküloğlu Milli Məclisə QAYITDI
05/06/2020 [17:03]:
İki uşaq anasına aşiq olan gənc onu bıçaqlayaraq öldürdü -FOTOLAR
05/06/2020 [16:55]:
Mehman Hüseynov üçün 140 min manat TOPLANDI
05/06/2020 [16:54]:
Qapı açıq olanda...
05/06/2020 [16:54]:
Kürdə burulğana düşənlərin adları bilindi - YENİLƏNİB
05/06/2020 [16:52]:
Türkiyədən daha 143 vətəndaşımız ölkəmizə gətirildi
05/06/2020 [16:48]:
Karantin Vəkillər Kollegiyasının üzvlərinə də şamil olunacaq
05/06/2020 [16:48]:
"Parni iz Baku"nun aktyoru vəfat etdi — FOTO
05/06/2020 [16:46]:
Azərbaycanda futbolçulardan müsahibə götürmək mümkün olmayacaq
05/06/2020 [16:14]:
Braziliya СOVID-19 virusundan ölənlərin sayına görə İtaliyanı keçdi
05/06/2020 [16:10]:
Rusiya “Armata” tanklarının ixracına hazırlaşır
05/06/2020 [16:09]:
Komitə sədri dövlət büdcəsi ilə bağlı maraqlı TƏKLİFLƏR irəli sürdü
05/06/2020 [16:09]:
Bir daha 4 iyun haqqında...
05/06/2020 [15:45]:
Ərdoğan küçəyə çıxma qadağasını LƏĞV ETDİ
05/06/2020 [15:43]:
"İlk dəfə imtahan verən yeniyetmələrdə gərginlik səbəbindən temperaturun dəyişməsi ola bilər"
05/06/2020 [15:41]:
“Google”: “Trampa Çindən, rəqibinə isə İrandan olan hakerlər hücum edib”
05/06/2020 [15:36]:
Deputat Rabitə Nazirliyini “VURDU”
05/06/2020 [15:20]:
Çimərliklərə getməyin! - XƏBƏRDARLIQ
05/06/2020 [15:20]:
“Ümumiyyətlə, istirahət mərkəzlərinə peyğəmbərimiz və onun səhabələrinin adını vermək haramdır...”
05/06/2020 [15:17]:
"Utanmırsınız, səhər məni 10 dəqiqəlik efirə çağırırsınız?" - Rəhim Rəhimli
05/06/2020 [15:09]:
Sabir Rüstəmxanlı Neftçalanın su problemini gündəmə gətirdi
05/06/2020 [15:06]:
Qarabağ münaqişəsinə aid məxfiliyi götürülmüş yeni sənədlər dərc edilib
Bütün arxiv bir sırada
21/01/2019 [16:08] - Köşə - ( 3629 dəfə baxılıb)

“Məhəmməd  rüşvət alır!..”  –Əməllərimiz adlarımıza uyğundurmu?..

Adımızı ağ kağızın soluna, əməllərimizi sağına yazaq və...
“Əli yalan danışır”, “Əli rüşvət alır”, “Hüseyn oğurluq edir”,  “Həsən araq içir”, “Oğuz əsgərlikdən qaçır” və s. xəbərlərinə reaksiyamız dini, milli kimliyimizi müəyyən edir...
Sultan Laçın

Bilirik ki, əksəriyyət başlıqdakı ilk cümləyə ciddi reaksiya verməyəcək. Çünki yarım əsrə yaxındır ki, ölkədə rüşvət alınıb-verilməsi o dərəcədə adiləşib ki, həmin haram, günah əməli edənin hansı adı daşıması da çoxları üçün önəmli deyil... Nə yazıqlar ki, bu, bir gerçəklikdir.  Halbuki, biz dinimizi, törəmizi doğru yaşatsaq, dərk etsək, “Məhəmməd araq içir”,  “Əli rüşvət alır, yalan danışır”, “Həsən donuz əti yeyir”, “Hüseyn oğurluq edir”,  “Cəfər dələduzluqla məşğuldur”  və s. xəbərlərini bir faciə kimi qarşılayardıq.  Ona görə ki, öncə həmin adların kimlərə məxsus olduğunu da aydın dərk edərdik...

 

Bu yaxınlarda dünya mediasında  Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın əxlaqsız qadınlarla  eyş-işrət məclisində  alkoqollu içki qəbul etməsi barədə xəbərlər yayılandan sonra dəhşətə gəldim və əyalətdə müəllimlik etdiyim günlərdən bir epizod da yadıma düşdü. 9-cu sinifdə oxuyan Məhəmməd adlı bir oğlanın pivə içib dərsə gəlməsinin şahidi olduq. Başda direktor olmaqla bütün müəllimlər  onu ciddi tənbeh etdi, valideynləri məktəbə dəvət edildi və həmin şagirdə töhmət verildi.  Məhəmməd adlı bu yeniyetməyə  öyüd-nəsihət verən, bu əməldən əl çəkməyini tövsiyə edənlər çox oldu. Amma bəndənizdən savayı heç kəs ona xatırlatmadı ki, sən Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın adını daşıdığını unutma. Axı haram, günah əməllərinlə öncə o adı ləkələyirsən, gözdən salırsan. Həm də Allah önündə ikiqat günah edirsən... Kollektiv qarşısında deyəndə ki, “Məhəmməd adlı bir adamın araq içməsi, Azərbaycan, bütövlükdə müsəlman, türk dünyası üçün bir faciədir, bu,  “mason”, “anqlosaks”, “sionist” deyilən, Allah, İslam düşmənlərinin qələbəsidir”- demək olar ki, bu fikri heç kəs ürəkdən anlamadı...

 

Az sonra öyrəndim ki, həmin Məhəmməd adlı şadirdin atası da əyyaşlıq edir. Bunu eşidəndə şagirdimizi çox da qınamadım. Əgər ata özü arağın, pivənin, çaxırın küpünə girirsə, oğul-qız ondan hansı nümunəni götürəcək? Valideyn öncə özü əməlləri ilə övladı üçün nümunə olmaqla yanaşı, oğluna-qızına verdiyi adın məsuliyyətini də daşımalı və  övladları böyüyəndə də həmin məsuliyyəti dərk  etməyi onlara aşılamalıdır. Nə yazıqlar ki, bu günkü valideynlərin çoxuna da ata-anaları daşıdıqları adların məsuliyyətini anlamağı öyrətməyiblər. Bəlkə də artıq iki əsrə yaxındır ki, bu ənənə itib...

Halbuki,  həm dini, həm də milli ənənələrimizdə dünyaya gələn uşaqlara  dürüst ad qoyulmasına çox böyük önəm verilib. “Kitabi -Dədə Qorqud”dan da bəlli olduğu kimi, türklərdə, xüsusən oğuzlarda körpəyə öncə müvəqqəti ad qoyularmış. O, yeniyetməlik çağına çatıb oğlan və ya qız olaraq layiqli bir əməl, davranış, əxlaq sahibi olduqdan sonra isə onun həmin adı təsdiqlənr, yaxud deyilənlərə uyğun başqa gerçək ad qoyularmış... 

Bu cür ənənələr bayatılarımıza, atalar sözlərimizə də sirayət edib:

Aşiq deyər: adala,  
A çalgınan a dala,  
Əyri, çətin cahanda,  
Ad qazana, ad ala.   

***
El batır qəm dəryada,  

Kimə gedim mən dada?  
İgid döyüşdə ölsə,  
Adı qalar dünyada. 

***

Adını  çək,  qulağını  bur.  Adın  çıxdı  doqquza,  
geri getməz səkkizə. At min, ad qazan. Atdan düşsən də, addan düşmə. 

Quş qanadı ilə tanınar, insan adı ilə», “İgid ölər, adı qalar”…

Xalqımızın adlara önəm verməsi aşıq yaradıcılığında da özünü biruzə verir. Məsələn, XVIII əsrin məşhur aşığı Xəstə Qasım belə deyir:

Xəstə Qasım kimə qılsın dadını?  
Canı çıxsın, özü çəksin odunu,  
Yaxşı igid yaman etməz adını,  
Çünki yaman addan ölüm yaxşıdı…

 

El arasında uşağın adı ilə əlaqədar alqışlarda «adıynan böyüsün,  
adıyla yaşasın”-deyilməsi də təsadüfi deyil...

Azərbaycan adlarının bir çoxu  dinimiz İslamla, Allahın adları, peyğəmbər, imam adları, onların övladlarının adları və s. ilə bağlıdır: İslam, Məhəmməd, Əli, Hüseyn, Həsən, Yusif, İsa, Musa,  Ramazan, Məhərrəm, Oruc, İmadəddin, Kəmaləddin, Zəhra, Fatimə, Səkinə, Fəxrəddin,  Sədrəddin,    Cəmaləddin,   Allahverdi,  
İmamverdi, Xaliq, Sabir, Adil və s.  

 

Bir çox adlarımız da bilavasitə türksoyluğumuzla əlaqəlidir: Oğuz, Toğrul, Alparslan, Atilla, Çingiz, Beyrək, Tural və s.

 

Yüksək  insani  keyfiyyətlər  əsasında  zəruriləşən  adlarımız da xeylidir. Məsələn,  kişilərə  
verilən Etibar, Mötəbər, Əmin, Ehtiram, Sadiq, Dəyanət, Qorxmaz və s. kimi adlar... 

 Gəlin düşünək: İslam, türk dünyasında, ölkəmizdə neçə adam, neçə alim, müəllim, həkim, məmur, general və s. bbu cür müqəddəs adları daşıyır?..

İmperiya dövrlərində adqoymanın əndrəbadi formaları da üzə çıxıb. Milli, dini adlarımızı sıxışdırmağa, təhrif etməyə, ideoloji adlara üstünlük verməyə çalışıblar. Məsələn, Çar Rusiyası və Sovet dövründə rusdilli məmurlara tələffüzdə, siyahıyaalmada –filanda rahat olsun deyə, bizlər üçün ən müqəddəs ad olan Məhəmməd adını qısaldaraq  təhqiramiz formaya salıblar: “Məmməd”, “Mamed”. Buna uyğun olaraq da “Məhəmmədəmin” əvəzinə, “Məmmədəmin” “Məhəmmədqulu” yerinə, “Məmmədqulu” yazılmağa, tələffüz edilməyə başlanıb.  Və nə yazıqlar ki, müstəqilliyimiz ilk onilliklərində kütlə bu “ənənə”yə uyaraq üzərinə Şərqdə ilk Cümhuriyyətin banisi Məhəmmədəmin Rəsulzadənin əksi vurulmuş əskinaslara biabırçı şəkildə “məmməd” deməyə öyrəşdi. Hələ, yaxşı ki, həmin əskinaslar  vaxtında dövriyyədən çıxarıldı...  

 

Eləcə də kinofilmlərimizdə Məhəmməd adı komik obrazlara verilib. Onu “Məhəmmədov Məhəmməd Məhəmməd oğlu” formasında istehza ilə səsləndirərək gülüş obyektinə çevirməyə çalışıblar...

 

Xülasə, yaxşı olar ki, çağdaşlığımıza xələl gətirmədən həm adqoyma ənənələrini qoruyub saxlayaq, həm də özümüzün də, övladlarımızın da həmin adları doğrultmasına çalışaq. Tarixi, dini, milli qəhrəmanlıqlarımızla bağlı adlarımıza hörmətlə yanaşaq və onları daşıyarkən  məsuliyyətini dərk edək... Unutmayaq ki, adlarımız, atalarımızın adları, soyadlarımız öncə milli və dini kimliyimizdir. Özümüzə diqqət edək. Əgər çoxumuza “Məhəmməd zinakarlıq edir, haram yeyir-içir”, “Əli rüşvət alır, yalan danışır, saxtakarlıq edir, sələmə pul verir, dələduzluq edir”, “Hüseyn “alkaşlıq” edir”, “Zəhra yarıçılpaq geyinir”, “Fatimə konyak içir” “Atilla atasının,dayısının, rüşvətin hesabına hərbi xidmətdən yayınır”,  “Oğuz qardaşını puldan ötrü öldürdü” və s. kimi xəbərlərə, ən azı, öz qəlbimizdə sərt reaksiya vermiriksə, deməli, milli, dini kimliyimiz itmək üzrədir...

 

Gəlin özümüz üçün belə bir test də edək. Öz adımızı ağ vərəqin sol tərəfinə yazaq,  sağda, qarşısında isə ömrümüz boyu hansı əməllər törətdiyimizi, hansı keyfiyyətlərə sahib olduğumuzu, Allah, xalq, Vətən, dövlət, nəsil, ailə, ata-ana, övlad və s. qarşısındakı vəzifələrimizi necə icra etdiyimizi yazaq. Buna səmimi cavab yazsaq, “əməllərimiz adlarımıza uyğundurmu”, sualına cavab tapacaq və deməli, milli, dini kimliyimizi itirib-itirmədiyimizi öyrənəcəyik...

 

Bu testdə özümüz-özümüzü, sonra da ətrafdakıları, xalqı aldatsaq da, Axirət günü Allahı aldada bilməyəcəyik...

 

Sultan Laçın

 

Dənizdə boğulan oğlunu xilas edən ana canından oldu - DƏHŞƏT...
ABŞ-dakı etirazlar təhlükəli hala çevrildi - FOTO+VİDEO
Ukraynalı baxıcı ağlayan uşağı boğaraq öldürdü - DƏHŞƏT...
Mayk Tayson arvadını qısqanıb Trampı döyməyə çalışdı - MARAQLI
"Paşinyanın həyat yoldaşının qeyri-səmimi sülh çağırışları etməklə olmur bu işlər..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Gündəm
“Vətən ən böyük namusdur”
Dünya
Ukraynada istefası tələb edilən  erməni nazir “şeytan” adlandırıldı...-VİDEO
Cəmiyyət
ABŞ-ın baş prokuroru ittiham etdi, Rusiyadan cavab gəldi
Gündəm
“Hərbçilərimizin Qələbə paradında iştirakı xalqımızın bu tarixi zəfərdəki rolundan xəbər verir”
Cəmiyyət
Kürdəxanıda film kimi oğurluq - Qarovulçunu öldürüb 51 min pul apardılar...
Yazar
Oqtay Qorçu
Pandemiya gündəliyi...
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
“Elə bildim, qaçqınlar “Qaçqınkom”un qarşısında  Qarabağın azadlığı tələbilə aksiya keçirir...”
Həftənin ən çox oxunanları
Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR
Elçibəyin Klintona Kəlbəcərlə bağlı yazdığı məxfi məktub: Prezident amerikalı həmkarından nə istəyib?
"Əli Nağıyev istədiyinin 10 faizini hələ həyata keçirə bilməyib, çünki..."
Vilyam Hacıyevin bağlamaları kimə çatacaqmış? - 2 başçını bitirən bir "əməliyyat"...
“Əvvəllər Yaşarla bağlı etiraf məsələsinə gələndə hardasa əsəbiləşirdim, amma indi..”
Niyə Əbülfəs Qarayevin işdən qovulmasına ən çox sevinən Bərdə camaatıdır...?
Rusiyaya səs salan azərbaycanlı müğənni: “Gəncədə dörd manata ofisiant işləyirdim” - VİDEO
“İyunun 2-də Pənah Hüseynə bildirmişəm ki, bunu etmək olmaz, nəticəsi sizin üçün pis olacaq”
Bir daha 4 iyun haqqında...
“Qarabağ probleminin həlli sazişi imzalanmışdı, lakin Gəncə qiyamını eşidən ermənilər dedilər ki...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247