Xəbər lenti
16/12/2019 [00:41]:
Realiti-şounun ulduzuna 20 milyonluq ev hədiyyə edildi - FOTO
16/12/2019 [00:32]:
Türkiyə ABŞ-ın hindilərə qarşı etnik təcavüzünü soyqırım kimi tanıya bilər
16/12/2019 [00:15]:
Mənim içimdədi cənnətim, Allah, tez ol, yetir məni o cənnətə sən...
16/12/2019 [00:01]:
61 yaşlı Madonna 26 yaşlı sevgilisi ilə gündəmdə - FOTOLAR
15/12/2019 [23:58]:
"Türkiyə İncirlik və Kürəcik hərbi bazalarını ABŞ-ın üzünə bağlaya bilər"
15/12/2019 [23:54]:
"9 fevral Azərbaycanın seçki tarixində "Oğullar və kürəkənlər seçkisi" kimi qalacaq"
15/12/2019 [23:23]:
Braziliyadan Qüdslə bağlı müsəlmanları sarsıdan qərar
15/12/2019 [23:19]:
Korrupsionerlərə heç bir əfv olmayacaq - Xəzərin o tayında sərt qanun
15/12/2019 [23:09]:
Zirəddindən proqnoz: “Aygünü problem, Röyanı gizli sevgi, Faiqi vəzifə, Nadiri fəxri ad gözləyir” - VİDEO
15/12/2019 [23:06]:
Köhnə maşını olanlara pis xəbər - dövriyyədən çıxarılacaq
15/12/2019 [22:52]:
Bakıda avtomobil 19 yaşlı gənci vurub
15/12/2019 [22:51]:
Makron Rusiyadan Napoleonun dostunun cəsədinin qalıqlarını istəyib
15/12/2019 [22:29]:
Polkovnik Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb
15/12/2019 [22:04]:
Türkiyəli iş adamı Azərbaycan yol polisindən görün nə yazdı - FOTO
15/12/2019 [21:58]:
Kanada sakini lotoreyada 6,8 milyon dollar udub
15/12/2019 [21:52]:
Fransanın cənubunda həyat iflic oldu - VİDEO
15/12/2019 [21:44]:
Sibir dağları üzərində qeyri-adi buludlar - FOTOLAR
15/12/2019 [21:37]:
Bakıda təcili yardım avtomobili qəzaya uğrayıb - FOTOLAR
15/12/2019 [21:26]:
Bakıda 9 yaşlı uşağın qarnına oxlov batıb
15/12/2019 [21:06]:
Ərdoğan məşhur aşpazın qonağı oldu
15/12/2019 [20:30]:
Kütləvi məzarlıq tapıldı: 3 il əvvəl itkin düşən tayfa üzvləri...
15/12/2019 [20:06]:
Türkiyəyə qanunsuz miqrant axını artıb
15/12/2019 [20:02]:
Lalə küsülü olduğu Brilliant haqqında: "Onu görəndə, qabağına qaçıb salam verirdim" - VİDEO
15/12/2019 [19:55]:
Maşınınız üçün etibarnaməni elə telefonunzdan verəcəksiniz - Dünyada ilk dəfə Azərbaycanda
15/12/2019 [19:45]:
Britaniyalı alim Qarabağdan yazdı: Şizofrenik Ermənistan
15/12/2019 [19:42]:
“Google” öz xidmətlərini Türkiyədən çəkə bilər
15/12/2019 [19:38]:
Türkiyə parlamenti Liviya ilə müdafiə müqaviləsini müzakirə edəcək
15/12/2019 [19:15]:
Boşanma cəhdi ailəvi davaya çevrildi: 12 yaralı var - VİDEO
15/12/2019 [18:59]:
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib
15/12/2019 [18:27]:
8 yaşlı uşaq kodlaşdırma dərsi keçir - MARAQLI
15/12/2019 [18:27]:
"Onda həyat yoldaşım olma potensialını görmədim" - VİDEO
15/12/2019 [18:23]:
“Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları
15/12/2019 [18:14]:
İradə Cavadova namizədliyini irəli sürdü - FOTO
15/12/2019 [18:10]:
Pornoçarxı yayılan azərbaycanlı model danışdı - Düşmənləri yayıbmış
15/12/2019 [18:07]:
Dünya şöhrətli aktrisa vəfat etdi
15/12/2019 [18:05]:
Evinə çağırdığı adamı seks oyuncağı ilə öldürdü - AĞLASIĞMAZ...
15/12/2019 [17:54]:
YANĞIN, TƏXRİBAT, ŞANTAJ! ...və ya məsuliyyətsizliyin “uğurları”...
15/12/2019 [17:52]:
Mahsun Kırmızıgüldən 14 il sonra bir ilk - VİDEO
15/12/2019 [17:43]:
Azərbaycan əsilli müğənni Ərdoğana təşəkkür etdi
15/12/2019 [17:42]:
Azərbaycanlı bəstəkar Ukraynada qəzaya düşdü - FOTOLAR
15/12/2019 [17:37]:
Ələkbər Yasamallı Aqşin Fatehi söhbətə çağırdı - VİDEO
15/12/2019 [17:31]:
"Gec gəlir, evdə yemir" - Könül oğlundan gileyləndi
15/12/2019 [17:27]:
Azərbaycandakı “qanuni oğru” və “avtoritet”lərlə bağlı RƏSMİ AÇIQLAMA
15/12/2019 [17:25]:
Bu portret Meksikada ortalığı bir-birinə vurdu - MARAQLI
15/12/2019 [17:08]:
Türk ordusu meydan sulayacaq: Yeni kamikadzelər...
15/12/2019 [16:58]:
“İŞİD-in hücumları nəticəsində 600-ə yaxın mülki vətəndaş həyatını itirib” - FOTOLAR
15/12/2019 [16:56]:
Qubada dairəni dönə bilməyən TIR qəza törətdi: Yaralı var - FOTO
15/12/2019 [16:50]:
7 yaşlı uşağa verilən işgəncə görüntüləri bir ölkəni ayağa qaldırdı - AĞLASIĞMAZ...+ VİDEO
15/12/2019 [16:44]:
Kürdəmir sakini “Mercedes”i aşırıb gölməçəyə saldı - FOTO
15/12/2019 [16:35]:
Bundesliqanın yeni rekordçusu odur
15/12/2019 [16:18]:
Aziz Sancar istefa verdi
15/12/2019 [16:13]:
General deputatlığa namizədliyini irəli sürdü - FOTO
15/12/2019 [16:09]:
Çinin dövlət telekanalı Özilə görə "Arsenal" - "Mançester Siti" matçını yayımlamayacaq
15/12/2019 [16:03]:
Türkiyədə ölən azərbaycanlı tələbə görün hansı məşhurun nəvəsidir - FOTOLAR
15/12/2019 [15:59]:
Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb
15/12/2019 [15:32]:
Ermənilər “Qarabağın müstəqilliyi”ni “növbəti dayanacaq” elan etdi...  
15/12/2019 [15:29]:
“Şiə hilalı”nın aqibəti necə olacaq? - İranın Yaxın Şərqdən qovulma prosesi ekspertlərin gözüylə
15/12/2019 [15:16]:
İtaliyada 54 min sakin bomba təhlükəsinə görə təxliyyə edilib
15/12/2019 [15:12]:
Dünyanın ən uzun ayaqlı qadını üsyan etdi - FOTOLAR
15/12/2019 [15:06]:
Kürdəmirdə bələdiyyə sədrinin oğulları həmkəndlilərini bıçaqlayıb - VİDEO
15/12/2019 [15:03]:
“Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan
15/12/2019 [15:00]:
Mahsun 14 il sonra bu mahnını oxudu - VİDEO
15/12/2019 [14:59]:
Dünyanın ən gözəli seçildi - FOTO/VİDEO
15/12/2019 [14:48]:
ATP seçki ilə əlaqədar səlahiyyətli nümayəndələr təyin etdi
15/12/2019 [14:40]:
"Əgər keçmiş həyat yoldaşım boşanmağa ərizə verməsəydi, bir yox, iki 8 il də dözərdim"
15/12/2019 [14:38]:
Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR
15/12/2019 [14:37]:
Bakıda iş adamı oğluna dəbdəbəli toy etdi - VİDEO
15/12/2019 [14:14]:
Türk donanması İsrail gəmisini qovdu - Gərginlik
15/12/2019 [14:08]:
DİN-dən həbs edilən polkovniklə bağlı - Açıqlama
15/12/2019 [14:02]:
Metroda sərnişinin relslərin üstünə yıxılması ilə bağlı - RƏSMİ AÇIQLAMA
15/12/2019 [13:59]:
SSRİ-nin sabiq İnformasiya və Mətbuat naziri vəfat edib
15/12/2019 [13:45]:
Sabah Bakıda hava dumanlı olacaq, şimal və qərb rayonlarına yağış yağacaq
15/12/2019 [13:42]:
Masallıda zəlzələ olub
15/12/2019 [13:19]:
"Onun Azərbaycan intellektual mühitini necə zənginləşdirdiyini müşahidə edirəm"
15/12/2019 [13:04]:
MDTF-nin təşkilatçılığı ilə məktəblilər arasında intellektual yarışın final mərhələsi keçirilib
15/12/2019 [12:58]:
Bakı metrosunda qorxulu anlar: Sərnişin relslərin üstünə yıxıldı - FOTO
15/12/2019 [12:56]:
Sutka ərzində 900-dən çox qaçqın Suriyaya qayıdıb
15/12/2019 [12:54]:
Nepalda dəhşətli avtobus qəzası: 14 ölü, 16 yaralı
15/12/2019 [12:42]:
“Ən böyük xoşbəxtlik odur ki, sənin bu qədər sevənlərin var və öz yerində dura bilmisən...”
15/12/2019 [12:25]:
Evli qadına mesaj yazan şəxs pusquya düşdü - FOTOLAR
Bütün arxiv bir sırada
18/01/2019 [21:53] - Köşə - ( 3456 dəfə baxılıb)

“Bəlkə elə ölkədəki bu korrupsionerlər “KQB” agentləridir? -Oturaq, gözləyək ki?..”

“Mərhum Elçibəylə söhbətimizdə dedi ki,  DTK arxivlərinin açılması vətəndaş müharibəsinə səbəb ola bilər..."
Sultan Laçın

Latviyada  müstəqillik dövründə iki dəfə baş nazir olmuş şəxsin ”KQB”  agenti çıxması haqqındakı son xəbər  bu sualın yenidən qoyulmasına şərait yaratdı: “Niyə Pribaltika, Ukrayna, Şərqi Avropa ölkələrində qərbpərəstlərin “kommunizm qalıqlarından təmizlənmə qanunu” adlandırdıqları Lüstrasiya haqqında qanun qəbul edilir, hətta qonşu Gürcüstanda  buna cəhdlər olur, amma bizdə nə parlamentdən, nə digər qurumlardan belə bir təşəbbüs səslənmir? Düzdür, dəfələrlə təhlükəsizlik üzrə ekspertlər agentlərin kütləvi çəkildə açıqlanmasının çətin və təhlükəli bir proses olduğunu, hətta ölkədə ailədaxili münaqişələr, siyasi qarşıdurmalar yarada biləcəyini vurğulayırlar...


Yaxşı yadımdadır, 1994-cü ilin avqustunda Kələki kəndində mərhum eks-prezident Əbülfəz Elçibəylə jurnalist kimi bir saatdan çox davam edən söhbətimizdə suallarımdan biri də  “Siz hakimiyyətə gələndə DTK arxivlərini niyə açmadınız” oldu.


Sabiq dövlət başçısı cavabında bunun Azərbaycanda vətəndaş müharibəsi ilə nəticələnə biləcəyini bildirdi... Amma maraqlıdır ki, AXC hakimiyyəti dövründə Elçibəydən sonra ikinci şəxs olan sabiq parlament sədri və Müsavat başqanı İsa Qəmbər ondan təxminən 8 ay öncə -1994-cü ilin yanvarında bəndənizin oxşar sualına “Mən və dostlarım DTK arxivlərinin açılmasından ehtiyat etmirik” cavabını vermişdi...  

 

Doğrudur,  vətəndaş müharibəsi təhlükəlidir. Amma əvvəla, sual olunur: bəs niyə  “KQB” arxivlərinin açıldığı digər ölkələrdə, o cümlədən Latviyada belə bir müharibə olmadı? Heç xırda bir iğtişaş da, ailə münaqişəsi də yaranmadı. Biz də onların təcrübəsindən yararlanıb, arxivlərin açılması mexanizmini öyrənib eyni işi görə bilərik...

 

İkincisi,  müstəqil hesab edilən  ölkədə nəhəng bir imperiyanın xüsusi xidmət və kəşfiyyat şəbəkəsinin qalıqlarının, inventarlarının  belə, qalması və açıqlanmadan, arın-arxayın Azərbaycan əleyhinə fəaliyyətini davam etdirməsi  vətəndaş müharibəsindən də təhlükəlidir. Üçüncüsü  də, biz demirik ki, agentura şəbəkələri xırdalığına qədər açıqlansın. Ən azı,  önəmli vəzifə postları tutan, siyasət meydanında fəallıq göstərənlərin üzə çıxması önəmlidir... Necə ki, xəbər verildiyi kimi, son dövrlərdə Latviyanın arxivlərinin müəyyən qisminin açılması nəticəsində ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, dövlət rəsmilərinin, jurnalistlərin və idmançıların DTK agenti olması üzə çıxıb. Arxivlər açıqlanarkən Latviyanın müstəqilliyi dövründə iki dəfə baş naziri olan İvars Qodsmanın, Riqa və bütün Latviya mitropolu Aleksandrın, Latviyanın müstəqilliyi uğrunda tanınmış ictimai-siyasi xadim Mavrik Vultsfon, Dauqvapilsin sabiq meri Rixard Eyqim, əfsənavi basketbolçu, SSRİ yığmasının keçmiş kapitanı Valdis Valters, populyar “Lida” iaşə şəbəkəsinin yaradıcısı Qunars Kirsons və digərlərinin DTK agenti olması rəsmi qaydada təsdiqlənib.


Düzdü, SSRİ dağılarkən Moskvanın Bakıdakı kəşfiyyat arxivlərin xeyli hissəsini çıxarması, yandırması mümkündür.   Sovet Latviyası DTK-nın əks-kəşfiyyat idarəsinin sabiq rəisi Bruno Şteynbrik də təsdiq edib ki, Latviya müstəqilliyini əldə edəndə ölkə ilə bağlı əsas informasiyalar və  vacib olan agentlərin kartotekaları ölkədən çıxarılıb. Amma buna rəğmən


Latviya DTK ilə əməkdaşlıq etmiş şəxslərin adlarını açmaqda israrlıdır və bu işi davam etdirmək niyyətindədir... Ona görə ki, öncə dediyimiz kimi, ölkədə imperiyadan qalma xarici kəşfiyyat şəbəkəsinin  varlığı hədsiz dərəcədə təhlükəlidir...


Təxminən, 2001-ci ildə Mirzə Xəzər “Azadlıq” radiosundakı bir şərhində ABŞ MKİ-yə istinadla belə bir faktı səsləndirmişdi: “Azərbaycanda 80 minə yaxın Rusiya agenti var...”  O dövrdə əhalinin 8 milyon nəfərə yaxın olduğunu nəzərə alsaq, bu o demək idi ki, hər 100 nəfərdən biri Rusiya agenti olub. Və belə çıxır ki, hər kiçik kənddə, binada belə, Rusiyanın agenti olub və  hələ də var... “Həmin agentura şəbəkəsi məhz  DTK arxivlərinin açılmaması sayəsində bir ordu sayına bərabər olub” desək, yəqin ki, yanılmarıq...


Dərindən düşünəndə adamı dəhşət bürüyür. Bəlkə elə on illərdir işdən azad edildikcə, tutulduqca bitib tükənməyən, ölkənin sərvətlərini, milyonlarını talayana bu korrupsionerlər, dələduzların başçıları elə “KQB” agentləridir? Yəqin, elə o boyda keçmiş Milli Təhlükəsilik Nazirliyini dələduzxanaya, “gestapo”ya çevirən də, Beynəlxalq Bankı talan edən də və s. elə həmin agentura şəbəkəsi imiş... İndi oturaq gözləyək ki, bu dələduz, “KQB”-korrupsiya şəbəkəsi rüşvətxorluğu yaymaqda davam etsin?.. 

 

Birdən adama elə gəlir ki, 1991-ci ildən bəri Kremldən “KQB”-nin, “QRU”-nun  ölkəmizdəki gizli qalmış agentura şəbəkələrinə tapşırıq verilib ki, daraşın bu müstəqil olmaq istəyən Azərbaycanın bütün mövcud strukturlarına və onları rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya elə bələyin ki,  xalq daim hökumətdən narazı qalsın və sonda  SSRİ nostaljisi ilə desin ki, biz yenidən Moskvanın tabeliyində yaşamaq istəyirik...

 

DTK arxivlərinin açılmasının Qarabağın azad edilməsində də rolu ola bilər. Çünki bəzi mənbələrə görə, 1987-ci ildən bəri Azərbaycan və erməni xalqları arasındakı ziddiyyətləri qızışdırmaq və silahlı qarşıdurmaya çevirmək üçün hər iki tərəfdən məhz SSRİ-ni çökürtmək istəyən ABŞ, Britaniya  və s. kəşfiyyatları ilə əlbir işləyən “KQB”, “QRU” agentləri böyük rol oynayıblar... 

Eyni zamanda 20 Yanvar, 20 Noyabr  faciələri, Xocalı soyqırımı, Şuşa, Laçın və s. bölgələrin işğalındakı əksər müəmmaların cavabını da DTK və s. arxivlərindən tapmaq olar... 

 

Əlbəttə, Azərbaycanın söylədiyimiz təhlükələrə qarşı mübarizə apara bilən müvafiq qurumları var və onlar ölkədəki durumu da, gələcək üçün hansı tədbirlər görülməli olduğunu da bizlərdən yaxşı  bilirlər.  Biz, sadəcə, bir vətəndaş, jurnalist olaraq  bizləri narahat edən məsələri dilə gətirməyi özümüzə boc bilirik. Gerisi təqdiri-ilahidir...  

 

Sultan Laçın     

loading...
loading...
Polkovnik Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb
8 yaşlı uşaq kodlaşdırma dərsi keçir - MARAQLI
Evinə çağırdığı adamı seks oyuncağı ilə öldürdü - AĞLASIĞMAZ...
Bu portret Meksikada ortalığı bir-birinə vurdu - MARAQLI
"Əgər keçmiş həyat yoldaşım boşanmağa ərizə verməsəydi, bir yox, iki 8 il də dözərdim"
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Onun Azərbaycan intellektual mühitini necə zənginləşdirdiyini müşahidə edirəm"
Siyasət
Soyqırım eyforiyasının astar üzü...
Dünya
Yüzlərlə ailənin yaşadığı Bamyan vadisindəki mağaralar- FOTOLAR
Maraqlı
Bu olmasaydı, insan ömrü at ömrü qədər qısa olardı: Alimlərdən maraqlı araşdırma...
Maraqlı
"Təhlükəsizlik Xidməti polisi, polis də  öz növbəsində bu qurumu izləyəcək...”
Həftənin ən çox oxunanları
"Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" - Bakıda ŞOK OLAY - VİDEO
Pərvin Abıyeva: “Mənim üçün sevgidə yataq...” - VİDEO
Tolik Damla ilə bağlı şok video yaydı: “Bəlkə də buna görə mənimlə düşmən olacaqsan” - VİDEO
Deputat keçmiş baş nazirin qızını 3 dəfə zorladı - atası susmağı tələb etdi...- RƏZALƏT
"Zaur məni çağırmışdı oxumağa, çağırmamışdı ki, deyə ki, Elnarə ev tikdirir..." - İRAD
Xoşqədəm ATV və ANS-dəki - MƏVACİBİNİ AÇIQLADI
"Fərhad Əhmədov Azərbaycana dönəndə hiss etmişdim ki, bu, xoşniyyətli dönüş deyil..."
Təcili yardıma yol verməyən xanım sürücüdən daha bir kobudluq - VİDEO
“O, törətdiyi əməllərə görə qanun qarşısında cavab verməli olacaq”
“Erməni və rusların ciddi-cəhdlə qoruduqları  o təpədə nə olduğunu heç kəs bilmirdi...”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247