Xəbər lenti
25/10/2020 [08:38]:
"Azərbaycan ordusu müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib" - 25 oktyabr-RƏSMİ
25/10/2020 [08:29]:
“Xudafərin məğlubiyyətindən sonra Ermənistan  təslim aktını imzalamalıydı...”
25/10/2020 [07:36]:
Müsəlman oğlu Həbib karyerasını məğlubedilməz kimi bitirdi...-VİDEO
25/10/2020 [07:17]:
Böyük cihadın 6 mərhələsi...
25/10/2020 [01:10]:
"Burda diqqəti çəkən “Mariott Abşeron” otelinin konkret hədəf kimi göstərilməsidir"
25/10/2020 [00:16]:
Hikmət Hacıyev: “15 yaşından kiçik uşaqların əsgər kimi hərbi xidmətə cəlb edilməsi qadağandır” - FOTO
24/10/2020 [23:37]:
Ərdoğan Fransa Prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
24/10/2020 [23:35]:
Ermənilər Bakıda terror aktları hazırlayır - Rəsmi Vaşinqtondan XƏBƏRDARLIQ...
24/10/2020 [23:31]:
Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi
24/10/2020 [23:29]:
Hərbçilərimiz əhalimizə koronavirusla bağlı çağırış etdi - VİDEO
24/10/2020 [23:26]:
“Bayraktar” PUA-sının yaradıcısından Azərbaycana dəstək
24/10/2020 [23:10]:
Düşmənin burnunu ovdu əsgərim, iti qovan kimi qovdu əsgərim, qayıt Şuşamıza, qayıt, Şuşalım!
24/10/2020 [22:52]:
Ermənilər “Qarabağ Azərbaycanındır” deyən niderlandlı deputatı təhdid edir
24/10/2020 [22:50]:
"Əgər bu qiymət artımını durdura bilməsək, şirkət digər məhsullarını da bahalaşdıracaq"
24/10/2020 [22:31]:
"Bu çətin və faciəli zamanda biz Azərbaycan xalqının ağrısını öz dərdimiz kimi qəbul edirik"
24/10/2020 [22:26]:
Düşmənin döyüş texnikaları məhv edilib - VİDEO
24/10/2020 [22:21]:
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
24/10/2020 [22:18]:
"Ermənilərin iç üzünə bələd olan nə Avropa, nə də ABŞ onların göz yaşlarına inanmır"
24/10/2020 [22:01]:
“Şəhidlərin istehlak kreditlərinin silinməsi qərarı dövlətimiz adına qürurverici addımdır”
24/10/2020 [21:46]:
"O qədər xəbis millətdir ki, başqa regiona məxsus başqa birisinin ağalığını yaxına buraxmır"
24/10/2020 [21:20]:
Tozundan, torpağından öpüb rahatlancağıq...
24/10/2020 [21:12]:
Hikmət Hacıyev: “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi”
24/10/2020 [21:08]:
Hikmət Hacıyev Ermənistana xəbərdarlıq etdi: "Azərbaycan cavab zərbələri endirə bilər..."
24/10/2020 [21:07]:
Donald Tramp ABŞ prezidentinin seçkilərində erkən səs verib
24/10/2020 [21:04]:
Qarında köp, qaz və qıcqırmanın 7 səbəbi - Bu qaydalara əməl etmirsiniz...
24/10/2020 [21:02]:
Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi - VİDEO
24/10/2020 [20:04]:
Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb
24/10/2020 [20:02]:
"Borçalı Cəmiyyəti" XII konfransını keçirdi - - Ali Bas Komandana dəstək verildi...
24/10/2020 [19:42]:
Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTOLAR
24/10/2020 [19:39]:
Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb
24/10/2020 [19:35]:
Azərbaycan-Ermənistan münaqişəsində Rusiyanın tarixi mövqeyi...
24/10/2020 [19:33]:
Azərbaycan HHQ-si düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib
24/10/2020 [19:21]:
“Noyabrın 1-nə qədər Azərbaycan işğaldakı ərazilərin dörddə üçünü qaytara biləcək”
24/10/2020 [19:16]:
“Həlak olan hərbçilərlə bağlı bu qərar, dövlətimizin şəhidlərimizə olan münasibətinin göstəricisidir”
24/10/2020 [19:12]:
Mnatsakanyan CNN-ə müsahibəsi zamanı çətin anlar yaşadı...
24/10/2020 [19:08]:
Andranikin qulağını kəsən bəyin nəticəsi döyüşdə – VİDEO
24/10/2020 [18:56]:
Düşmənin hücum cəhdinin qarşısı alınıb - Müdafiə Nazirliyi
24/10/2020 [18:43]:
Rusiya XİN-i Gəncə terrorunun rusiyalı qurbanı barədə paylaşım etdi - FOTO
24/10/2020 [18:28]:
Ordumun gücündən düşmən dardadır, Ağdamın, Şuşanın gözü yoldadır...
24/10/2020 [18:20]:
Azərbaycan ordusu düşmənin xeyli sayda hərbi texnikalarını məhv edib - VİDEO
24/10/2020 [18:10]:
"Türkiyənin öz torpaqlarından sonra ən çox Şəhidi olan ikinci torpaq Can Azərbaycandır"
24/10/2020 [18:05]:
Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı
24/10/2020 [18:02]:
Düşmənin aldadaraq gətirdiyi əsgər və könüllülərə silahı yerə qoymaq təklif edilib
24/10/2020 [17:55]:
Tərtərə düşən raket yarımtikilini dağıtdı – VİDEO
24/10/2020 [17:53]:
“Fikirləşdim ki, prezident icazə versə heç kim mənə bir söz deyə bilməz” -10 yaşlı Ağa hərbi xidmətə getmək istəyir
24/10/2020 [17:51]:
“Azərbaycanın Qarabağdakı qalibiyyəti türk dünyası üçün təsirsiz ötüşməyəcək”
24/10/2020 [17:43]:
“Bakı hərbi qələbənin bir addımlığındadır, bəlkə də sayılı saatlar qalır” – Sergey Markov
24/10/2020 [17:41]:
“Ermənistanın vurduğu  zərərin ödənilməsi üçün  beynəlxalq məhkəmə qarşısında məsələ qaldırılmalıdır...”
24/10/2020 [17:41]:
Ceyhun Bayramovdan Moskvadakı pozanı təkrarlamaq xahişinə diplomatik cavab... - VİDEO
24/10/2020 [17:21]:
Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir
24/10/2020 [17:17]:
Gülnarə Xəlilova Azərbaycan Ordusunun azad etmə missiyasının şərəfinə kolleksiya təqdim edib
24/10/2020 [17:13]:
Heydər Əliyevin vəsiyyəti: “Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir”
24/10/2020 [17:09]:
“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı layihə həyata keçirilib
24/10/2020 [16:25]:
Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - Müdafiə Nazirliyi
24/10/2020 [16:22]:
Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür...
24/10/2020 [16:20]:
“Ermənilərin etdiyi günahlar Allaha xoş getmədiyindən Qarabağa gedən yollarımız açıldı”
24/10/2020 [16:20]:
Hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək
24/10/2020 [16:19]:
"Bu haqlı savaşda işğaldakı torpaqlarınızın geriyə qaytarılması sizin ən təbii haqqınızdır"
24/10/2020 [16:11]:
Düşmən PUA-sı məhv edilib - RƏSMİ
24/10/2020 [16:09]:
"Azərbaycandakı faciələrin arxasında Fransa dayanır" - Ərdoğan
24/10/2020 [16:07]:
Düşmənin döyüş təyyarəsi məhv edilib
24/10/2020 [15:47]:
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib
24/10/2020 [15:46]:
“Hazırda qardaşlarımız əraziləri geri almağa başlayıblar” - Ərdoğan
24/10/2020 [15:44]:
Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! - Azərbaycan əsgəri
24/10/2020 [15:41]:
Tələbəsi ilə cinsi əlaqəyə girdi, bu da azmış kimi baxın nə tələb etdi - RƏZALƏT
24/10/2020 [15:39]:
Azərbaycanda daha 792 yeni yoluxma faktı qeydə alınıb
24/10/2020 [15:22]:
İranda koronavirusdan ölənlərin sayı 32 mini ötüb
24/10/2020 [15:19]:
Üzünə tüpürən qadın sərnişini bu cür cəzalandırdı - VİDEO
24/10/2020 [14:58]:
Arnold Şvartseneger növbəti dəfə əməliyyat olundu
24/10/2020 [14:49]:
"Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla erməni “dəyirman"ına su tökür"
24/10/2020 [14:48]:
"Bir xalqa dəfələrlə öz müqəddaratını təyin etmə imkanı yaratmaq isə o deməkdir ki..."
24/10/2020 [14:44]:
Kəlbəcərdəki faciə Çili mətbuatında...
24/10/2020 [14:25]:
“O gün 1992-ci ildə Laçından dönüb Türkiyəyə getməyimin “sirri”ni tam açıqlayacam...”
24/10/2020 [14:20]:
Bir ay əvvəl Xankəndinə 3 yol gəlirdi, indi biri qalıb
24/10/2020 [14:13]:
“Görünməmiş hadisə-cinayətkar, terrorçu dəstənin başçısı kömək üçün Putinə yalvarıb...”
24/10/2020 [14:11]:
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur
24/10/2020 [14:06]:
"Həmsədrlər hər zaman tatus-kvonun qorunub saxlanmasında maraqlı olublar"
24/10/2020 [14:02]:
Goranboyda evin həyətinə düşüb partlamayan erməni raketi - FOTO
24/10/2020 [13:55]:
Əkrəm İmamoğlu koronavirusa yoluxub
24/10/2020 [13:53]:
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Bütün arxiv bir sırada
27/12/2018 [21:12] - Ədəbiyyat - ( 3604 dəfə baxılıb)

"Tarix tələbkar imtahançıdır, hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər"



Azərbaycan ideologiyasının rəsmi tarixi son iki əsrlə xarakterizə edilsə də, tarixi zəmini daha dərin, ideya qaynaqları daha qədimdir. 

Xalqımız dünyaya Zərdüştü və "Avesta" kitabını, "Kitabi-Dədə Qorqud" və qorqudçuluq məfkurəsini, "Koroğlu"nun azadlıq və birlik ideologiyasını bəxş etmişdir ki, bunlar da bir tərəfdən ümumazərbaycançılıq məfkurəsinin, birgə dəyərlərin, ümumi düşüncə, ictimai davranış tərzinin formalaşması, adət-ənənə sisteminin bərqərar olmasına təkan vermiş, digər tərəfdən isə Şərqin oxşar mənəvi dünyasının əsaslarının qoyulmasında həlledici rol oynamışdır.   

Azərbaycançılıq ruhu klassik şərq ədəbiyyatı kontekstində də varlığını qoruyub saxlaya bilmiş, dahi sənətkarlarımız tərəfindən təbliğ və tərənnüm edilmişdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: "Tarixin bir-birinə qovuşduğu əsrlər bir çox xalqların oğul və qızlarını qızğın məhəbbətlə tərənnüm edən Nizami dühasının ölməz əsərlərini, Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu misralarını, Nəsiminin fəlsəfi fikirlə zəngin lirikasını, Xaqaninin məhəbbət və iztirab tərənnüm edən poemalarını, Vidadi və Vaqifin xalq yaradıcılığı çeşməsindən qidalanan ölməz şeirlərini bizə gətirib çatdırmışdır. Tarix tələbkar imtahançıdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairləri təravətdən düşməyən misraları ilə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur. Onlar xalqın azadlığı və səadəti haqqında öz dərin fikirlərini və sönməz arzularını əsrlərdən, nadanlıq, dini fanatizm, milli əsarət və ictimai ədalətsizlik zülmətindən keçirərək, nəsillərə bəxş etmişlər".

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti rəsmən elan edilməsi ilə azərbaycançılıq ideologiyası öz inkişafının keyfiyyətcə yeni bir mərhələsinə qədəm qoyur. Professor Yaşar Qarayevin qeyd etdiyi kimi, "Azərbaycan xalqı öz müdrik təlimi, klassik Şərq və dünya fəlsəfi ənənəsi üzərində yüksələn ədəbi-ideoloji irsi ilə bir daha sübut etdi: AXC ona görə qalib gəldi ki, o, belə təməl üzərində milli dövlətin bünövrəsini ideyaca hazırlayan kamil ədəbi-bədii-fəlsəfi proqram zəminində bayraq qaldırdı".

Cümhuriyyət dövrünün ədəbiyyatı, cəmiyyətin siyasi-ideoloji əsaslarının yeni zəmində formalaşmasında, onun mədəni-mənəvi inkişafında həyatın digər sahələrində görülmüş işlərin məcmusundan daha artıq nüfuzedici qüvvəyə malik idi. Müsavatın lideri Məhəmməd Əmin Rəsulzadə istiqlal ideyasının kütlələr arasında daha geniş yayılması baxımından ədəbiyyatın xüsusi yeri olduğunu vurğulayaraq yazmışdır: "Mətbuatın, ədəbiyyatın millətin qəlbinə milliyyət və istiqlal toxumu saçan bir əməl olduğu məlumdur. Ey millətin lisanül-qeybi olan şairlər, ədiblər. Millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, xalqa millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz".

Tarix bizə sübut edir ki, xalq başqa imperiyaların işğalı altında qaldıqda, başqa əqidələrin rəsmi təsir dairəsinə düşdükdə  milli ruhu öz şəxsi həyatı bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da olsa yaşayan və bir əmanət kimi yeni nəsillərə ötürən həqiqi böyük ziyalılar estafeti öz əllərinə almalı olurlar.

Maraqlı bir faktdır ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin demək olar ki, hamısı - başda Məhəmməd Əmin Rəsulzadə, parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədr müavini Həsən bəy Ağayev, Fətəli Xan Xoyski, Mirzəbala Məmmədzadə, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Ceyhun Hacıbəyli və b. AXC ədəbiyatını və mədəniyyətini yaradanların özləri idilər.

Məhəmməd Hadi, Hüseyn Cavid, Hacı Kərim Sanılı, Əhməd Cavad,  Abdulla Şaiq, Əmin Abid, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli bilavasitə Azərbaycan istiqlalına, milli dövlətə, bayrağa, gerbə, türklük idealına və ümumbəşəri islami dəyərlərə həsr etdikləri ən yaxşı ədəbi-bədii, elmi-publisistik, fəlsəfi-tarixi əsərlərini məhz bu illərdə qələmə almışlar.

Məhəmməd Hadi bir tərəfdən "Şühədayi-hürriyyətimizin əhvalinə-ithaf" şeirlərində ürək yanğısı ilə

"Sizin məzarınız iştə qülubi-millətdir,
Bu sözlərim ürəyimdən gələn həqiqətdir"

deyərək 1918-ci ildə erməni daşnaklarının törətdikləri qanlı cinayətlərdən, erməni-müsəlman faciəsindən ürək yanğısı ilə bəhs edirdisə, digər bir tərəfdən  "Əsgərlərimizə, könüllülərimizə" şeirində müstəqillik uğrunda mübarizədə igid vətən oğullarına üz tutur, onları vətənpərvər olmağa, torpağı, milləti, dövləti qorumağa çağırırdı.

Vətənpərvərlik ideyaları ilə köklənmiş Abdulla Şaiqin yaradıcılığında "Yeni Ay doğarkən", "Marş", "Vətənin yanıq səsi", "Arazdan Turana" şeirlərində vətəndaş şairin Xalq Cümhuriyyətinə bəslədiyi hörmət və ehtiramın nəfəsi duyulur.

"Müsavata ithaf" şeirində (əslində, marş da adlandırılır) yazırdı: 

İldırımlar gurlasın,
Bulutlarım hazırlansın tufana!
Dağım, daşım boyansın həp al qana,
Şimşəklərim parlasın...
"Ölüm" deyə, "Vətən" deyə qoşarız.
Bu torpaqlar qanımızla boyansa,
Nəfəsimiz qalınca öc alarız. 

Milli ədəbiyyat tarixində "istiqlal şairi" kimi tanınan Əhməd Cavadın "Can, can Azərbaycan", "Azərbaycan ordusuna", "Azərbaycan, Azərbaycan" himnində yüksək vətənpərvərlik hissi, vətəndaş qayəsi, vətəndaş amalı ifadə olunmuşdu. Bunlarla yanaşı, "Türk ordusuna", "Şəhidlərə", "Azərbaycan bayrağına", "Elin bayrağı", "Bakı deyir ki" və s. şeirlərində ölkədə milli azadlıq uğrunda gedən mübarizələr tərənnüm olunur, bu yolda canını qurban verənlərə hörmət və ehtiram göstərilir. Bu şeirlərdə "Bir kərə yüksələn" və bir daha enməyən, onu endirməyə çalışanlara qarşı xalqın apardığı mübarizə, bu mübarizədə "müvəqqəti məğlubiyyət", beşiyində boğulmuş müstəqil Azərbaycan dövlətinin bayrağının uzun illərdən sonra yenə başımız üstündə dalğalanması həqiqəti yaşayır, xalqın mübarizə dolu həyatı, qanı-canı bahasına əldə etdiyi müstəqilliyə yenidən qovuşması, milli duyğular yaşayır. Bu gün də şairin "Azərbaycan bayrağına" şeiri, buradakı milli qürur, milli dövlətçiliyimiz atributlarından biri kimi öyülən bayraq, şeirdəki hər vaxt, hər zaman özünü qoruyub saxlayan müasirlik hissi - qan bahasına əldə edilmiş dövlətə, onun bayrağına hörmət və ehtiramdan yoğrulmuş misralar hafizələrdən silinmir. 

Türküstan yelləri öpüb alnını,
Söylüyor dərdini sana, bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən,
Ərmağan yollasın yara, bayrağım!

Cəfər Cabbarlının "Azərbaycan bayrağına", "Sevdiyim", "Sevimli ölkəm", "Salam" və s. şeirlərində Xalq Cümhuriyyətinin şirin dadını duya bilirik.

"Azərbaycan bayrağına" şeirində o, üç rəngi - Azərbaycan bayrağının rəmzlərini bədii şəkildə verir:  

Bu göy boya Göy Moğoldan qalmış
bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya İslamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı!
Səkkiz uclu şu yıldız da səkkiz hərfi od yurdu,
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi
Səhərlərə uçmuşdur. 

Repressiya qurbanı olmuş, həbsxanalara salınmış Umgülsüm Sadıqzadənin (Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı) "Əsgər anasına", "Çəkil, dəf ol", "Bir mayıs günündə", "Yolunu bəklərdim" şeirlərində azadlığını, müstəqilliyini əldə etmiş Azərbaycan xalqına, onun yenicə qurduğu azad, müstəqil, suveren dövlətinə məhəbbət, qanı bir türk-Azərbaycan xalqının hiss və duyğuları, bu tarixi həqiqətlərin xalqın ruhunda, yaddaşında buraxdığı dərin izlər yaşayır.

... Turan balasıyam, türkün özündən,
Soyuq su içdim mən pınar gözündən.
Yeni nur aldım o günəş üzündən,
Şərəfli bir dilək yaşadır məni. 

Xalq Cümhuriyyətinin yaşadığı dövrün ümumi mənzərəsi poeziyada olduğu kimi, bu illərdə bədii nəsr yaradıcılığı ilə məşğul olan Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Seyid Hüseyn, Tağı Şahbazi kimi tanınmış ədiblərin yaradıcılıqlarında da əks olunmuşdur.

Azərbaycanlılığın təkcə millət olaraq deyil, həm də milli ideya, konseptual ideologiya və bir ictimai hərəkat proqramı olaraq müəyyənləşməsi görkəmli ədib Cəlil Məmmədquluzadənin adı ilə bağlıdır. Bildiyimiz kimi, XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanın bədii-estetik və ictimai fikrində milli oyanış, özünüdərk, istiqlal düşüncələrinin cücərməsi proseslərinin renessans dövrü hesab olunur və  Mirzə Cəlilin həmin dövrdə ədəbi-ictimai mühitə gəlişi ilə bu proses daha da sürətlənmiş və milli ideya getdikcə kütləviləşərək minlərlə insanın fikir dünyasına hakim kəsilmişdir. Görkəmli ədib Cəlil Məmmədquluzadənin bütün yaradıcılığı Azərbaycançılıq ideologiyasının ideya mənbəyi olduğu kimi, istiqlal düşüncəsi və Cümhuriyyət ideyasının da ən etibarlı, mükəmməl və bitkin proqramıdır. Bütün bunlara görədir ki, bu görkəmli Azərbaycan ədibi və ictimai xadimi milli oyanış dövrü ədəbiyyatının "məfkurə və ideya atası, sərkərdəsi" kimi təqdir olunur. Ümumiyyətlə, bu böyük ideoloq və ədibin adı ilə bağlı olan "Mollanəsrəddinçilik" təliminin də əsas məğzi, məqsədi, məramı və ideya-məfkurəsini məhz azərbaycançılıq, milli istiqlal və cümhuriyyət təşkil edirdi.

Cümhuriyyət dövründə Seyid Hüseyn "Yaşıl qələm" ədəbi-elmi cəmiyyət yaradır. Bu cəmiyyət Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Əli Yusif və digər ziyalıları, sənətkarları özündə birləşdirirdi. Seyid Hüseynin Cümhuriyyət illərində qələmə aldığı "İsmailliyyə" hekayəsində xalqın istiqlal və azadlıq hərəkatı ilə bağlı duyğularını yüksək sənətkarlıq hissi ilə ifadə edə bilmişdi. Mütəxəssislərin də qeyd etdiyi kimi, bu əsərdə, əslində, İsmailliyyənin simasında yazıçının bütün ruhu ilə bağlı olduğu doğma Azərbaycan obrazı yaradılmışdır. "Bilirmisiniz İsmailliyyənin yandırıla bilmədiyini aləmə isbat edən bir həqiqət hankısıdır? Azərbaycan parlamanı üzərindəki üç rəngli və səkkiz guşə yıldızlı təmuc üçün Azərbaycan Bayrağı". İsmailliyyənin qorunub saxlanılması ilə nəticələnən həmin əsər bədii sözün düşmən üzərindəki qələbəsi idi. Bu qələbə milli özünüdərkdən, milli istiqlaliyyət, milli azadlıq duyğusundan qüvvət alan vətənpərvər yazıçıların, bədii söz sənətimizin təntənəsi idi.

Cümhuriyyətin Azərbaycan tarixində oynadığı böyük rola ən yüksək qiyməti Ümummilli lider Heydər Əliyev bu sözlərlə ifadə etmişdir: "Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai şəraitdə 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz izlər buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynamışdır. Ən əsası da odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini gücləndirmiş oldu".

Qəribədir ki, qədim tarixə və zəngin mədəniyyətə malik xalqımızın keşməkeşli taleyində XX əsr fərqli məziyyətləri ilə yadda qalmışdır. Milli şüurumuzda, canımızda, qanımızda qaynayan hürriyyətimizi məhz bu əsrdə iki dəfə dada bilmişik. Biz qürurla deyə bilərik ki, Şərqin ilk Cümhuriyyəti - Müstəqil Azərbaycan bugünkü Azərbaycanın təməl daşıdırsa, müasir Azərbaycan da ulu öndər Heydər Əliyevin şah əsəridir.

Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir. Bu  gün Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməz və əbədidir. 

Aynur SABİTOVA
ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, AMEA-nın professoru

loading...
Hikmət Hacıyev Ermənistana xəbərdarlıq etdi: "Azərbaycan cavab zərbələri endirə bilər..."
“Noyabrın 1-nə qədər Azərbaycan işğaldakı ərazilərin dörddə üçünü qaytara biləcək”
Ceyhun Bayramovdan Moskvadakı pozanı təkrarlamaq xahişinə diplomatik cavab... - VİDEO
Tələbəsi ilə cinsi əlaqəyə girdi, bu da azmış kimi baxın nə tələb etdi - RƏZALƏT
Üzünə tüpürən qadın sərnişini bu cür cəzalandırdı - VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Gündəm
“Şəhidlərin istehlak kreditlərinin silinməsi qərarı dövlətimiz adına qürurverici addımdır”
Cəmiyyət
“Fikirləşdim ki, prezident icazə versə heç kim mənə bir söz deyə bilməz” -10 yaşlı Ağa hərbi xidmətə getmək istəyir
Gündəm
“Azərbaycanın Qarabağdakı qalibiyyəti türk dünyası üçün təsirsiz ötüşməyəcək”
Araşdırma
“Ermənistanın vurduğu  zərərin ödənilməsi üçün  beynəlxalq məhkəmə qarşısında məsələ qaldırılmalıdır...”
Dünya
Peyğəmbərimizi təhqir edən karikaturalar dövlət binalarından asıldı -Makrondan skandal addım...

Yazar
İlham İsmayıl
"Meymun təkamül prosesi keçirib adam ola bilər, amma erməni..."
Seymur Verdizadə
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
Sultan Laçın
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” 
Həftənin ən çox oxunanları
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
“Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana XƏBƏRDARLIQ
ABŞ Dövlət Departamenti Pompeonun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü haqqında məlumat yaydı
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247