Xəbər lenti
30/10/2020 [10:53]:
Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb
30/10/2020 [10:46]:
“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırıb
30/10/2020 [10:43]:
Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edildi - RƏSMİ
30/10/2020 [10:29]:
“Xalqımız işğaldakı torpaqları son qarışına qədər azad etməkdə qərarlıdır”
30/10/2020 [10:27]:
1982-ci il 29 iyulda Heydər Əliyev Şuşada olub, 38 il sonra İlham Əliyev prezident kimi gedəcək bu şəhərə...
30/10/2020 [10:24]:
“Azərbaycana Qarabağ məsələsində heç bir təzyiq mümkün deyil, ona görə ki...”
30/10/2020 [10:16]:
“Əgər bunu etməsəydik, təyyarə və PUA-larımız belə rahatlıqla hərəkət edə bilməzdi”
30/10/2020 [10:13]:
Bərdəni atəşə tutan "Smerç" məhv edildi - VİDEO
30/10/2020 [10:11]:
Qırğızıstanda Bərdə və Gəncədəki erməni terrorları pislənilib - FOTOLAR
30/10/2020 [10:09]:
“XII-XV əsrlər Ön Asiya və Qafqazın tarixi-etnoqrafik məsələlərinə baxış” mövzusunda Respublika Elmi Konfransı keçiriləcək
30/10/2020 [09:57]:
Düşmən səhər saatlarından yaşayış məntəqələrimizi atəşə tutur - Müdafiə Nazirliyi
30/10/2020 [09:55]:
Qatarın 25 vaqonu relsdən çıxdı - ANBAAN VİDEO
30/10/2020 [09:52]:
Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir
30/10/2020 [08:23]:
Döyüşlər cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib - RƏSMİ
30/10/2020 [08:15]:
"Azərbaycan ordusu bu cinayətkarın Ermənistana qaçmasına yol verməməlidir..."
30/10/2020 [08:06]:
Astronomlar Yer kürəsi boyda yeni planet aşkarladılar
30/10/2020 [08:00]:
Ağ Ev müharibədə Ermənistanın  daha çox itki verdiyini bəyan etdi...
30/10/2020 [07:44]:
Paşinyan Xankəndinə Azərbaycan bayrağı sancılmamış Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...
30/10/2020 [07:13]:
Fransada Makron hökumətinə qarşı kütləvi etirazlar başladı...
30/10/2020 [06:38]:
Separatçı rejim döyüşlərin Şuşanın cənubunda getdiyi haqda xəbər yaydı...
30/10/2020 [01:02]:
Niderland Parlamentinin deputatına erməni vəhşiliyi barədə məlumat verilib
30/10/2020 [00:39]:
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin, yoxsa...” - VİDEO
29/10/2020 [23:58]:
"Qarabağ" "Vilyarreal"a uduzdu
29/10/2020 [23:37]:
“Qarabağ” – “Vilyareal” matçında ardıcıl qollar - YENİLƏNİR
29/10/2020 [23:16]:
“VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqləyib
29/10/2020 [23:15]:
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - YENİLƏNİB
29/10/2020 [23:12]:
“Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? - İDDİA+FOTO
29/10/2020 [22:54]:
Horizon Education Agency “Dağlıq Qarabağın gələcəyini yaxşı düşünün” adlı forum keçirəcək
29/10/2020 [22:46]:
Ermənistanın 30 hərbçisinin meyiti BQXK vasitəsi ilə təhvil verilib
29/10/2020 [22:39]:
Ədliyyə Nazirliyi 3 dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaratdı - VİDEO
29/10/2020 [22:37]:
Mövlud Çavuşoğlu və Ceyhun Bayramov Qarabağ məsələsini müzakirə etdilər
29/10/2020 [22:10]:
Düşmənin qüvvə və vasitələri məhv edilib - VİDEO
29/10/2020 [22:06]:
Erkan Özoral: “Qarabağ Azərbaycan üçün nədirsə, Türkiyə üçün də odur”
29/10/2020 [22:05]:
Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Türkiyə bayrağına büründü - FOTO
29/10/2020 [21:35]:
"Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib
29/10/2020 [21:29]:
Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR
29/10/2020 [21:20]:
Konstitusiya Məhkəməsindən dünya ölkələrinə müraciət
29/10/2020 [21:18]:
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub
29/10/2020 [21:17]:
Tanınmış aparıcıya ağır itki... - VİDEO
29/10/2020 [20:58]:
"Allah mənə bir az ömür yazsın, Qarabağın qaytarıldığını görüm başımı göyə qaldırıb deyim ki..."
29/10/2020 [20:49]:
Düşmən bölmələri ordumuz tərəfindən darmadağın edilir - VİDEO
29/10/2020 [20:43]:
“Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...”
29/10/2020 [20:41]:
İşğaldan azad olunmuş torpaqların sakinləri Ali Baş Komandana minnətdardırlar
29/10/2020 [20:24]:
Arutunyan: “Azərbaycan Şuşanın maksimum 5 kilometrliyindədir, istəyirəm bunu dərk edək”
29/10/2020 [20:21]:
Düşmən gün ərzində Tərtərə 2 raket, 100 top mərmisi atıb
29/10/2020 [20:16]:
MN: Dağlıq Qarabağın yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır
29/10/2020 [20:00]:
Ermənistan bir günə 100-ə yaxın hərbçisinin ölümünü etiraf etdi
29/10/2020 [19:51]:
Müstəqillik tariximizin ən yeni salnaməsi...
29/10/2020 [19:24]:
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
29/10/2020 [19:23]:
Prezidentin köməkçisi: “Müharibə cinayətlərinə heç bir bəraət ola bilməz” - FOTO
29/10/2020 [19:21]:
Şahmar Mövsümov ABŞ siyasətçilərini Azərbaycan və türk əsilli seçicilərinin səsini eşitməməkdə qınadı - FOTO
29/10/2020 [19:17]:
Qarabağda darmadağın olan erməni ordusu qadınların ümidinə qalıb - VİDEO
29/10/2020 [19:11]:
Ceyhun Bayramov: “Dağlıq Qarabağda Suriyadan gələn xarici muzdlular barədə məlumatlar dezinformasiyadır”
29/10/2020 [19:10]:
DİN-dən hərbi vəziyyət və komendant saatı ilə bağlı ÇAĞIRIŞ
29/10/2020 [19:07]:
Atatürkün balıqçı meyxanəsindəki şəkilləri...
29/10/2020 [19:06]:
Kəndimizin 18 yaşlı şəhidi...
29/10/2020 [18:59]:
"Başda Xankəndi olmaqla bütün işğal əraziləri dinc əhali yeri yox, müharibə meydanıdır..."
29/10/2020 [18:32]:
“Avropada erməni terroruna diqqət çəkən aksiyaların keçirilməsinə ehtiyac var”
29/10/2020 [18:23]:
Ceyhun Bayramov: “Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında maraqlı deyil”
29/10/2020 [18:19]:
Putin: “Türkiyə Qarabağla bağlı danışıqlarda olmalıdır”
29/10/2020 [18:13]:
Ceyhun Bayramov: “Bizim reaksiyamız işğal olunmuş ərazilərimizin azad edilməsi olacaq”
29/10/2020 [18:11]:
Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN
29/10/2020 [18:10]:
Prezident təqaüdü alacaq tələbələrin - SİYAHISI
29/10/2020 [18:04]:
Kubada Azərbaycan səfirliyi təsis edilir - SƏRƏNCAM
29/10/2020 [18:01]:
Ermənilərin terror silahı kimi istifadə etdiyi “Smerç”in texniki göstəriciləri - VİDEO
29/10/2020 [17:59]:
İşğalçılar Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
29/10/2020 [17:56]:
Ciddədəki Fransa konsulluğuna hücum olub
29/10/2020 [17:53]:
"Qızımızın “atam haradadır?” sualına şərəflə “Vətənə xidmətdədir” cavabını verirəm”
29/10/2020 [17:38]:
İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir...
29/10/2020 [17:34]:
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölən könüllüsünün kimliyi bilindi
29/10/2020 [17:31]:
Ermənistan strateji enerji infrasturkturunu ələ keçirmək istəyirdi
29/10/2020 [17:30]:
Bərdə terrorunda ölən FHN işçisinin adı bilindi
29/10/2020 [17:17]:
Düşmən Goranboya raket atdı: Ölən var - RƏSMİ
29/10/2020 [17:15]:
Düşmən qüvvələri arasında silahlı qarşıdurma: Ölənlər var - RƏSMİ
29/10/2020 [17:14]:
Ermənistanla sərhəddə Rusiya zastavasının atəşə tutulması məlumatı yalandır - RƏSMİ
29/10/2020 [17:04]:
MN: Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür
29/10/2020 [17:02]:
"İlham Əliyevi mat vəziyyətinə salmaq istəyənlərin özləri bu gün mat vəziyyətindədirlər"
29/10/2020 [17:02]:
Qorxuya düşən düşmən döyüşdən imtina etdi: Həbs edilənlər var - RƏSMİ
29/10/2020 [16:59]:
Dünyanın ən varlı adamı bir günə 6,8 milyard dollar itirib
29/10/2020 [16:33]:
Fəlsəfə və Sosiologiya institutunun əməkdaşları şəhid ailələrini ziyarət etdi
Bütün arxiv bir sırada
26/11/2018 [10:48] - Ədəbiyyat - ( 1835 dəfə baxılıb)

Mən duyan dünya... - Görmə əngəlli şairin ömür yolu



Məşhur şairlərdən biri Aşıq Veysəlin yanına gedir, əhvalını soruşur. Ustad cavab verir ki, necə olacam, dünyanı görəsi gözüm qalmayıb! Şair o yandan qayıdır ki, narahat olma, dünyanın görüləsi üzü də qalmayıb! 
Bu əhvalatı şair dostum Haqverdi Şərəfoğluna danışıram. Gülür. Deyir, əla cavab verib, amma yenə də gözün görməməsi ağır gəlir adama.
Çünki özü də Aşıq Veysəl kimi dünya işığına həsrət qalıb.     
Deyir, bir az da özümdə oldu günah, qorumadım, həkimlər deyəni eləmədim. Enerjili vaxtlarım idi, ağır şeyə əl atdım, isti-soyuğu qarışdırdım. Gözümün tutulacağına inanmırdım. 
Bəlkə də gözlərinin nurundan tam mərhum olmayacaqdı, əgər Laçın dağılmasaydı. Baş alıb gəldiyi aranın dözülməz istisi onun gözlərini qurutdu. Ən son işartısı da üzüldü. Üstəlik bu ağır günlərdə doğma anasını itirdi.
“Allahın birliyinə and olsun, nənəmi itirmək, gözlərimi itirməkdən ağır gəldi mənə. Çünki o qadın həm mənim anam, həm atam, həm də qardaşım idi! Onun yanında gözlərimin yoxluğunu hiss eləmirdim”.
Düz deyir. Qaçqınlığın ən çətin günlərində dəfələrlə əlindən tutub gəzdirdiyini görmüşdüm. Qadın öləndə Haqverdinin əlləri havada qaldı. Hara gedəcəyini bilmədi. Əl atıb yapışmağa bir daş, bir qaya, bir ağac da yox idi bu boz səhralarda. Ağlamaq istədi. Baxdı, gözləri ilə bir yerdə göz yaşı da quruyub. Onda şeir çatdı harayına:

Düzəndə ləliyəm təngənəfəsəm
Dincliyim dağların yoxuşundadı
Mən duyan dünyanın bəzək-düzəyi
Mamırlı daşların naxışındadı.   

“Şair, bir az mübaliğə eləmisən. Daşın naxışı adamın yadında dəqiqliklə qalmaz...” – soruşuram, əsəbləşir:
“Boş-boş danışma! Göz olmayanda adam barmağının ucuyla görür. Sənin barmağınla mənimki bir deyil. Bu dəqiqə apar məni Laçında istənilən bir daşın yanına, əlimi vurub deyəcəm ki, hardayam. Əllərimlə tanıyıram oraları...”
Güzəranından gileylənməyi sevmir. Məcburi köçkün kimi pənah gətirdiyi Taxtakörpü düzənliyində ilk daş evlərdən birini o tikdirib. İki otağı, bir koridoru, həyətində heyvan üçün tövləsi...  Diribaş adamdır. Yanında yaşayan bacısı qızının köməyi ilə südünü-qatığını yemək üçün inək də saxlayır, üstəlik, xəstə bacısına baxır. Birinci qrup əlil kimi aldığı təqaüdlə keçinir. Deyir, elə ağır günlər görmüşəm ki, buna min şükür.
Qonaqpərvərdir. Bir bayram gecəsi bizi evinə çağırdı, düzün ortasındakı işıqların arasında evini tapa bilmədik, zəng elədik. Dedi, diqqətlə baxın, evin işığını yandırıb-söndürəcəm. Uzaqdan bizə göz eləyən tanış evi görəndə xeyli qüssələndim.
Atasını lap körpə yaşlarında itirib. Xatırlamır. Ancaq haqqında eşitdiyi bütün əhvalatları yadında saxlayıb. Ondan söz düşəndə səsində qəribə həzinlik peyda olur. Atasından sonra Haqverdi tez böyüdü, anasından sonra tez qocaldı. Üstəgəl vətən nisgili! 
60-ı haqlasa da canında hələ də tutar var. Deyir, mayamızı təmiz yerdə tutmuşuq, qocalsaq da, dizimiz bükülmür. 
Zarafata salıb adama əl atmağı da olur. Mənə deyir, baxma cavansan, bu dəqiqə güləşsək, kürəyini yerə verərəm. 
Deyirəm, bizim güləşməyimiz düz olmaz, onda gərək gözlərimi bağlayam, çünki əgər yıxılsan, deyəcəksən, gözüm görmədi, ona görə.
Deyir, elədirsə, gərək mən də sənin kimi ödümü çıxartdıram!
Söz çatdırmaq olmur özünə. 
Doğma Qarakeçdi ləhcəsində elə şirin danışır ki, deyirsən saatlarla qulaq asım.  
Yaddaşı unikaldır. Öz yazdıqları bir yana çoxlu şeirləri, dastanları, hətta saz havacatlarını əzbər bilir. Deyir, yaddaşımda çoxlu söz, xatirə olmasa darıxaram. Sevdiyim yerləri də bir-bir beynimə köçürmüşəm. Xəyalən istədiyim dağın başına, istədiyim bulağın üstünə, istədiyim meşənin dərinliyinə gedirəm. 
Ən çox zamanla maraqlanır. Zaman varmı, yoxsa insanların uydurmasımı? Məndən də soruşur hərdən. Deyirəm, şair, qocalırıqsa, yaşlanırıqsa, demək var. 
Məndən çox professor Hamlet İsaxanlıya inanır. Onun televiziya çıxışlarını daimi izləyir və yadında saxlayır. Aristotelin adını tələffüz etməkdə çətinlik çəksə də, burdan iki min il əvvələ sevgi və salamlarını yetirir. Nə illah edirəm, Ərəstun de, demir. Deyir, Aristotel daha savadlı səslənir. 
Dədə Şəmşirin ustadnamələrinin vurğunudur. Özünün də yaxşı ustadnamələri, təcnisləri var. “Əzablı ömür yolu” adlı bir şeirlər kitabı çıxıb.
Dinlə arası yoxdur. Aşıq Ələsgərdən bir balaca inciyib. Deyir, gərək Aşıq Nəsiblə deyişməsində onun gözlərinin görməməsini başına qaxmayaydı. Deyirəm, əşşi, dastandır, bəlkə heç bu deyişmə olmayıb, kimsə özündən düz-qoş edib, razılaşmır. 
Həyat dolu, zarafatcıl, olsa da höcətliyi var. Bildiyini atasına da verməz. Bəzən tutaşsaq da bu xasiyyətindən xoşum gəlir. Yaradıcı adam birinci içinin səsinə inansın gərək. Qalanı əfsanədir.
Gözlərinin görməməsinə görə kompleks yaşamır. Deyirəm, Mətin Şəntürk də sənin kimidir. Bir dəfə verilişdə, aparıcı ona  “Gözünü sevim” dedi, o da qayıtdı ki, lütfən, sevmə gözümü, onun özümə belə faydası yoxdu! Gülür. Deyir, halal olsun. Çətinliyə güc gələn adamı sevirəm. 
Müdrik adamdır. Fiziki qüsuru qüsur saymır. Çünki sahibindən başqa heç kimə ziyanı dəyməz. Qüsurun dəhşətlisi mənəviyyatda olanıdır. Belə adamlar cəmiyyət üçün təhlükəlidir.      
El şeirinin bütün sirlərini bilir. Hamısına da uyğun yazıb-yaradıb. Sözləri dildə-ağızda dolaşır, aşıqlar oxuyur, mətbuatda çap olunur. Bəzən elə məntiqli mühakimələr yürüdür, onun şəxsində unikal bir riyaziyyatçı itirdiyinə təəssüflənirsən. Vaxtında hər şey başqa cür ola bilərdi! Amma özünün sözü olmasın, buna da şükür. Bircə Laçın qayıda. Gedib o tanış daşlara bir də sığal çəkə.

Deyir, vətənə toxunmaq səadətdir. Əlinlə, ayağınla, nəfəsinlə. Allah bunu mənə çox görməsin. Sonra köks ötürüb şeir oxuyur. Səni də şeirin qanadlarına alıb xəyallar dünyasına aparır. 

Məni zinhar etdi ömrün ocağı,
Tüstüsü bolhabol, közü yarımçıq.
Duyduğum hədəfi seçə bilmədim
Zehni dolu verdi, gözü yarımçıq.

Yamanlıq etmədim çün bilə-bilə,
Yaxşılıq köhlənim yetə mənzilə.
Qəlbin hər kəlməsin gətirdim dilə,
Danışa bilmədim sözü yarımçıq.

Sidq ilə çağırsa eşidilər səs,
Düz yolu azanda təngiyər nəfəs.
Arzum-amalımdı - olmasın heç kəs,
Haqqın hüzurunda üzü yarımçıq.

Qeyrətsiz olana nə namus, nə ar?
Əslin tərlan bilər leş üstündə sar.
Ellər arasında bir misal da var:
Dürüstü bəyənməz özü yarımçıq

Haqverdi, yaşamaq ha kəsək, ha daş...
Təpədən-dırnağa savaşmış, savaş
Əyrilər dünyadan yox olaydı kaş
İlahi etməsin düzü yarımçıq.

Şərif Ağayar

loading...
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin, yoxsa...” - VİDEO
30 erməni hərbçisinin meyiti Ermənistana qaytarılıb...- Erməni tərəfi təsdiqlədi
"Artıq Azərbaycan Ordusunun Xankəndi və Şuşaya daxil olacağına əminliyim artır..."
Rusiya Türk PUA-larını "dişləmək" üçün ermənilərə "Krasnuxa" REM-ləri göndərib..?
“Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir...”
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Hadisə
Bərdəni atəşə tutan "Smerç" məhv edildi - VİDEO
Cəmiyyət
“Əslində düşmənin hər bir terrorçu addımı bizə qələbəmizin sədalarından xəbər verir...”
Cəmiyyət
“Ermənilər əslində döyüş meydanında olduğu kimi, musiqidə də qorxaqdırlar...”
Gündəm
“Cümhuriyyət bayramı Türkiyə ilə yanaşı, həm də Azərbaycanın bayramıdır”
Cəmiyyət
İsrail Azərbaycana raket hücumlarına qarşı “Dəmir Qübbə”dən istifadə etməyi təklif etdi

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Əliyev
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
Seymur Verdizadə
Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım...
Sultan Laçın
“Şəhid balalarımıza “bədbəxt” deməyin!.. -Bədbəxt - qatillər, baiskarlardır...”
Həftənin ən çox oxunanları
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - VİDEO
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir"
Terrorçu ölkə müdafiə naziri Laçının müdafiəsini öz üzərinə götürdü…
“Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana XƏBƏRDARLIQ
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247