Xəbər lenti
28/02/2020 [12:19]:
Rusiya “Kalibr”lə silahlanmış gəmiləri Suriyaya göndərdi
28/02/2020 [12:17]:
Bərdədə qadının qətlinə görə qonşusu tutuldu
28/02/2020 [12:04]:
Bakı sakinləri: "Amerika koronavirusu qəsdən yayıb" - VİDEO
28/02/2020 [12:01]:
Aygün Kazımovanın canlı efirdə fonoqramı kəsildi - VİDEO
28/02/2020 [11:53]:
İlham Əliyev nazirlərin toplantısında iştirak edir
28/02/2020 [11:51]:
Tarixdə dəfələrlə Rusiya ilə qarşı-qarşıya gəlmiş türk dövlət ağlının Rusiyanı hələ də yaxşı tanıya bilməməsi...
28/02/2020 [11:51]:
Həbs edilən sabiq icra başçısı rayonu belə talayıb - FAKTLAR/FOTO
28/02/2020 [11:48]:
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
28/02/2020 [11:44]:
Ekspertdən sensasion iddia: “İdlibdəki qanlı əməliyyatı İran başladıb”
28/02/2020 [11:42]:
Mehriban Əliyeva bıçaqlanan qadınla bağlı tapşırıqlar verib
28/02/2020 [11:41]:
Monqolustan prezidenti koronavirusa görə karantinə alındı
28/02/2020 [11:32]:
Oğuzdakı qətlin təfərrüatı: Yonca toxumu üstündə qan töküldü
28/02/2020 [11:30]:
Azərbaycan XİN: Başın sağ olsun, Kardeş Türkiye!
28/02/2020 [11:28]:
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak etdi - FOTOLAR
28/02/2020 [11:26]:
“Koronavirusa qarşı peyvənd bir neçə həftə sonra  hazır ola bilər”- YƏHUDİ ALİMLƏR...
28/02/2020 [11:22]:
Azərbaycanda iki vəzifəyə TƏYİNAT
28/02/2020 [11:20]:
Rusiya kruiz raketləri ilə yüklənmiş iki freqatını Suriya sahillərinə göndərdi...
28/02/2020 [11:16]:
MN rəsmisi: “Türkiyənin müasir silah-sursat və hərbi texnikası Azərbaycana tədarük olunacaq”
28/02/2020 [11:11]:
Vilayət Eyvazov mayoru rəis təyin etdi
28/02/2020 [11:01]:
Parisdə Dağlıq Qarabağla bağlı beynəlxalq konfrans keçirilib - FOTOLAR
28/02/2020 [10:59]:
“Bizim təyyarələr hava hücumunda iştirak etməyib...” - 33 türk əsgərinin şəhid olmasına Rusiyadan açıqlama....
28/02/2020 [10:57]:
Azərbaycanlı jurnalist Macarıstan mediasında Xocalıdan yazdı
28/02/2020 [10:53]:
İsmayıl Vəliyev eşşək südünün litrini 80 manata satırmış - Həm icra başçısı, həm "iş" adamı...
28/02/2020 [10:52]:
“Burda səhlənkarlıq, başısoyuqluq etmək olmaz...”
28/02/2020 [10:48]:
Dövlət Sərhəd Xidmətindən koronavirusla bağlı VACİB AÇIQLAMA
28/02/2020 [10:41]:
ABŞ Türkiyəni S-400 raketlərindən imtina etməyə çağırdı - FOTO
28/02/2020 [10:33]:
Türk generallar sərhəddə: Əsədə endirilən zərbələrin - Videosu
28/02/2020 [10:31]:
Azərbaycanda daha bir dəhşətli cinayət: Qonşusunu güllələyib öldürdü
28/02/2020 [10:29]:
"Belə bir vaxtda yalnız düşmən ermənilər Azərbaycanda mitinq keçirilməsini arzulaya bilər"
28/02/2020 [10:27]:
"Ha dedik Rusiyaya güvənilməz, sözümüzə baxmadılar..."
28/02/2020 [10:23]:
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
28/02/2020 [10:21]:
Hülusi Akar Hatayda yaralı əsgərləri ziyarət edib
28/02/2020 [10:18]:
Azərbaycanda koronavirusla bağlı "qaynar xətt" fəaliyyətə başladı
28/02/2020 [10:05]:
Suriyanın itkiləri: 17 gündə 1709 əsgər, 55 tank
28/02/2020 [10:04]:
Bərdədə qadının amansız qətli: “Övladları olmayıb, əsas problemləri...”
28/02/2020 [09:58]:
Əsəd hücumun əvəzini çox ağır verəcək - Vitse-prezident
28/02/2020 [09:55]:
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
28/02/2020 [09:50]:
Ermənilər snayperləri işə saldılar - Cəbhədə təxribat
28/02/2020 [09:49]:
Gevorkyan: “Xocalı əməliyyatına Koçaryan və Sarkisyan rəhbərlik edib”
28/02/2020 [09:47]:
Fəlsəfə doktorundan qəribə AÇIQLAMA: “Haram qidalar insanın qeyrətində də problemər yaradır”
28/02/2020 [09:47]:
Gürcüstanla Ermənistan arasında beynəlxalq qalmaqal yetişir?
28/02/2020 [09:46]:
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
28/02/2020 [09:44]:
Bakıda yüksək sürət qəzaya səbəb oldu - ANBAAN VİDEO
28/02/2020 [09:41]:
Türk əsgərlərinin şəhid olduğu hücum – VİDEO
28/02/2020 [09:23]:
Suriyada Əsəd rejiminin əsgərləri bombardman edildi
28/02/2020 [09:22]:
Həkimlər ilanın mədəsindən dəsmal çıxardılar – VİDEO
28/02/2020 [09:18]:
Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub
28/02/2020 [09:15]:
Daha bir ölkədə koronavirus qeydə alındı
28/02/2020 [09:12]:
Bərdədə qadın balta ilə qətlə yetirildi
28/02/2020 [09:07]:
Roma Papası xəstəlik səbəbindən messa keçirtməkdən imtina etdi
28/02/2020 [09:04]:
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub - YENİLƏNİB
28/02/2020 [09:01]:
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
28/02/2020 [08:58]:
Çin Pakistana on minlərlə “bioloji silah” göndərmək niyyətindədir
28/02/2020 [08:57]:
Çində koronavirusa yoluxanların yarısı sağaldı
28/02/2020 [08:35]:
Putinin Moldovada şəxsi şərab anbarı üzə çıxdı...-FOTOLAR
28/02/2020 [07:40]:
Polislər mollalarla birgə sürücülər üçün maarifləndirici aksiya keçirdi...-İBRƏTAMİZ-FOTO
28/02/2020 [07:11]:
Bir tacirin 4 arvadından hansı onunla bərabər ölməyi qəbul etdi?..-İBRƏTAMİZ RƏVAYƏT
28/02/2020 [01:06]:
"Xəstə, sağlam halıma baxmadan tökdüyüm təri şərəfsiz, alçağa halal etməyəcəm..."
28/02/2020 [01:00]:
"Natavan uğur qazanıbsa, “ruzisi ilə oynayım, cadu etdirim” deyə düşünürsüz, utanın, ayıbdır"
28/02/2020 [00:46]:
DTK-nın ermənilərlə birlikdə törətdiyi Sumqayıt hadisələrinin ildönümüdür
28/02/2020 [00:43]:
"İndi şərəfsiz ermənilər və onların arxasında duranlar bu şəklə baxsın və qiymət versinlər"
28/02/2020 [00:01]:
"Düşmənin dilini öyrənmək lazımdır, amma bunu lazımi səviyyədə edə biləcəyikmi..?"
27/02/2020 [23:07]:
Azərbaycanda ilk: “Ermənicə-Azərbaycanca lüğət” çap edildi - FOTOLAR
27/02/2020 [22:59]:
Azərbaycan Gürcüstanda yeni layihələrdə iştiraka dəvət olundu
27/02/2020 [22:54]:
Jurnalistika fakültəsində dəyirmi masa keçirilib - FOTOLAR
27/02/2020 [22:50]:
"Əminəm ki, bu parlamentin ömrü uzun olmayacaq, ona görə yox ki..." - ŞOK VİDEO...
27/02/2020 [22:38]:
Məşhur aparıcı keçmiş millət vəkilini studiyadan qovdu - MARAQLI... + VİDEO
27/02/2020 [22:33]:
"Formula 1": İkinci günün qalibi Sebastyan Vettel oldu
27/02/2020 [22:31]:
Araqdan koronavirusa qarşı istifadə etmək olar - Rusiyalı virusoloq alimdən məsləhət...
27/02/2020 [22:29]:
Diabet xəstəliyindən əməliyyatla xilas olmaq mümkündür - Şəkər xəstələrinə fürsət...
27/02/2020 [22:09]:
İtaliyada koronavirusdan ölənlərin sayı 17-yə çatdı
27/02/2020 [22:03]:
Gürcü nazir Ermənistanda: Hərbi sənəd imzalandı...
27/02/2020 [22:01]:
“Hamının maskadan istifadə etməsinə ehtiyac yoxdur” - TƏBİB rəsmisi
27/02/2020 [21:29]:
Rusiya İrana uçuşları məhdudlaşdırdı
27/02/2020 [21:26]:
Xocalı soyqırımı Tokatda möhtəşəm bir konfransla anıldı - FOTOLAR
27/02/2020 [21:25]:
Koronavirusa görə məktəblərin bağlanacağı xəbərinə - Rəsmi cavab
27/02/2020 [21:22]:
İrandan gələn şəxslərin müayinəsi üçün FHN-in çadırlardan ibarət səyyar hospitalları yaradılır
27/02/2020 [21:15]:
Prinsipsiz Paşinyanın prinsipləri...
27/02/2020 [21:08]:
Azərbaycanda koronavirusa görə qərargah yaradıldı
27/02/2020 [21:07]:
İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim etdi
Bütün arxiv bir sırada
23/10/2018 [16:58] - Reportaj - ( 2451 dəfə baxılıb)

Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzindən -REPORTAJ...



“X Paraqraf” layihəsində növbəti reportajımız Dövlət Gömrük Komitəsindəndir. 2018-ci il Dövlət Gömrük Komitəsində islahatlar ili kimi yadda qalıb. Bununla bağlı həm struktur islahatlarını, həm də biznes prosesdə böyük dəyişiklikləri qeyd edə bilərik. Prezident İlham Əliyevin müvafiq sərəncam və fərmanları ilə gömrük sisteminin daha da təkmilləşdirilməsi, sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sərhəd-keçid məntəqələrində daha rahat prosedurların tətbiqi ilə bağlı son zamanlar sistemli tədbirlər həyata keçirilir.

Bu dəfə Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzindən geniş reportaj hazırlamışıq. Hədəf Mərkəzindən reportaj hazırlamağımıza şərait yaratdığına görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə və Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsin rəisi Natiq Axundova təşəkkür edirik.

Hədəf Mərkəzi gömrük nəzarəti və rəsmiləşdirilməsilə bağlı əməliyyatları vahid mərkəzdən operativ qaydada idarə etməyə imkan verir. Mərkəz 2010-cu ildən fəaliyyət göstərir və Azərbaycandakı layihənin özəlliyi odur ki, bu, Azərbaycanın daxili məhsuludur. Bu texniki proqram təminatı səviyyəsində qanunvericilikdə və ya biznes prosesdə baş verən yeniliklərə uyğun dəyişiklikləri rahatlıqla tətbiq etməyə və üçüncü tərəfdən asılılığı aradan qaldırmağa imkan verir.


Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov deyir ki, Hədəf Mərkəzi əslində Gömrük Komitəsi tərəfindən həyata keçirilən ümumi modernizasiya proqramının tərkib hissəsidir:

“Hazırda Hədəf Mərkəzi Əməliyyat-İstintaq Baş İdarəsinin tərkibindədir. Lakin Hədəf Mərkəzinin fəaliyyəti sadəcə olaraq hüquqpozmalarla əlaqəli deyil. Eyni zamanda, daxili təhlükəsizlik məsələləri, gömrük əməkdaşlarının fəaliyyətinə nəzarət, sərhəd-buraxılış məntəqələrində onların vətəndaşlarla rəftarı və digər məsələləri də əhatə edir. Amma ümumilikdə Hədəf Mərkəzinin əsas funksiyası Gömrük Xidmətində tətbiq olunan vahid risk idarəçiliyi prinsipləri əsasında hədəflərin müəyyən edilməsi, mallara və nəqliyyat vasitələrinə effektiv gömrük nəzarətini təmin etməkdir”.


Anar Süleymanov deyir ki, 2008-ci ildə Azərbaycan prezidentinin sərhəd-buraxılış məntəqələrində bir pəncərə sisteminin tətbiqilə bağlı imzaladığı fərman 2009-cu ilin yanvar ayından başlayaraq tətbiq olunmağa başlayıb. Bu fərman faktiki olaraq sərhəd-buraxılış məntəqələrində 6-7 dövlət qurumunu yalnız 2 qurumla əvəz etdi. Yəni, əgər sahibkarlar gömrük-buraxılış məntəqələrində müxtəlif məsələlər üzrə 6-7 quruma müraciət etməli olurdularsa, bir pəncərə sisteminin tətbiqilə yalnız 2 qurum – Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin fəaliyyəti təsbit edildi”:

“Ümumiyyətlə idxal-ixrac əməliyyatları ilə bağlı bütün əməliyyatların, bütün tədbirlərin Dövlət Gömrük Komitəsində cəmləşdirilməsi sərhəd-buraxılış məntəqələrində faktiki olaraq inqilabi yenilik idi. Hədəf Mərkəzi layihəsi birbaşa bununla bağlıdır. Belə ki, həmin dövrdən etibarən Gömrük Komitəsi tərəfindən bütün sərhəd-buraxılış məntəqələrində vahid texnoloji sistem üzrə infrastrukturun yenidən təşkili təmin edildi, eyni zamanda biznes prosesin harmonizasiyası həyata keçirildi. Məqsəd həm vətəndaşlar, həm sahibkarlar tərəfindən bütün sərhəd keçid məntəqələrində eyni prosedurlarla üzləşmək və hər məntəqədə sürprizlərlə qarşılaşmamağı təmin etmək idi. Layihə çərçivəsində bütün sərhəd-buraxılış məntəqələri video-müşahidə sistemilə təmin edilib. Gömrük ərazisi xüsusi rejimli zona hesab olunduğu üçün gömrük nəzarət zonasına daxil olan mal və nəqliyyat vasitələri birbaşa gömrük nəzarəti altında olur və video müşahidə sistemi bununla bağlı daha effektiv nəzarəti təmin etməyə imkan verir. Eyni zamanda bütün məntəqələrdə təchiz olunmuş İP telefoniya vasitəsilə dərhal istənilən əməkdaşla əlaqə yaratmaq olur”.


Gömrük rəsmisi deyir ki, gömrük sistemində bir pəncərə konsepsiyası Ümumdünya Gömrük Təşkilatının inteqrə edilmiş sərhəd-idarəçilik prinsipləri və BMT-nin Avropa İqtisadi Komissiyasının 33-cü Tövsiyə Sənədində təsbit olunmuş prinsiplər əsasında fəaliyyət göstərir. Bu prinsiplər həm ölkə daxilində dövlət qurumları arasında fəaliyyətin uzlaşdırılması, eyni zamanda dövlət-dövlət müstəvisində sərhəd proseslərinin idarə olunmasının uzlaşdırılmasını nəzərdə tutur:

“Baxın, bunlar bütün gömrük məntəqələrində yaradılmış bir pəncərə məntəqələridir. Ümumiyyətlə, BMT-ninAvropa İqtisadi Komissiyasının 33-cü tövsiyə sənədi var. Həmin sənəddə bir pəncərənin 3 modeli ayırd edilir. Hər 3 modelin tətbiqinin əsas mahiyyəti və üstünlüyü odur ki, idxal-ixrac əməliyyatları ilə bağlı sənədlər vətəndaşlar, sahibkarlar, sürücülər tərəfindən gömrük xidmətinə yalnız bir məntəqədən təqdim edilir və yalnız bir məntəqədə bir əməkdaşla ünsiyyət qurulur. Daha sonra həmin sənədlər üzrə müxtəlif dövlət nəzarəti tədbirləri bir pəncərə sistemi çərçivəsində həyata keçirilir və avtomatlaşdırılmış mühitdə qərar qəbul edilir. Gömrük xidmətinin qərarı sahibkara həmin pəncərədən bildirilir”.

Anar Süleymanov deyir ki, bunun faydası odur ki, vətəndaş fərmanın tətbiqindən əvvəl 6-7 məntəqəyə fiziki olaraq hərəkət etməli idi. Bu isə sərhəddə böyük ləngimələrə səbəb olurdu. Bəzən vətəndaş bilmirdi hansı quruma hansı ardıcıllıqla getsin. Eyni məsələ üzrə eyni qərarın bir neçə qurum tərəfindən verilməsi də əslində bürokratik əngəllər və digər səbəblərlə bağlı daima vətəndaşlar üçün çətinlik yaradırdı.


Maraqlıdır bəs, video müşahidə sistemləri və bir pəncərə sisteminin tətbiqindən sonra vətəndaşların, sahibkarların məmnunluğu ölçülürmü? Bu, hansı meyarlarla qiymətləndirilir və ümumiyyətlə monitorinq aparılırmı?

Anar Süleymanovun sözlərinə görə, Dövlət Gömrük Komitəsi son 4 il ərzində sərhəd buraxılış vaxtının ölçülməsi layihəsini tətbiq edir: “Kütləvi İnformasiya Vasitələri, ümumiyyətlə geniş ictimaiyyət bu layihə ilə Komitənin rəsmi internet saytının “Sahibkarlar üçün” adlı bölməsində tanış ola bilərlər. Həmin bölmədə sərhəd-buraxılış məntəqələrində, o cümlədən gömrük rəsmiləşdirilməsi həyata keçirilən gömrük orqanlarında gömrük əməliyyatlarına sərf olunan vaxtlar mütəmadi qaydada nəşr olunur. Orada ümumilikdə sərhəd əməliyyatlarına 20 dəqiqəyə qədər vaxt sərf edənlər, 20-60 dəqiqə arası vaxt sərf edənlər və 1 saatdan yuxarı vaxt sərf edənlərin faiz nisbətini təqdim edirik. Bunun sayəsində sahibkarlar qabaqcadan hansı sərhəd-buraxılış məntəqəsindən mal və nəqliyyat vasitələrini ölkəyə gətirməli və aparmalı olduqlarını proqnozlaşdıra bilir və daha optimal qərar qəbul edə bilirlər”.

Gömrük rəsmisi deyir ki, sərhəd buraxılış məntəqələrində Almaniya istehsalı olan böyük stasionar rentgen-müayinə qurğuları var. Bu, nəqliyyat vasitələrinin hərəkətini ləngitməməklə çox qısa zaman ərzində nəqliyyat vasitəsinin tam təsvirini əldə etməyə imkan verir və müvafiq texnologiyalar əsasında nəqliyyat vasitəsində daşınan yüklərin təhlükəli və ya hansısa qanunvericiliklə qadağan edilmiş malların olub-olmamasını təyin etməyə imkan verir.


Gömrük Komitəsinin daha bir layihəsi Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemidir ki, bu da gömrük xidmətinin daxili məhsuludur. Onun fəlsəfəsi, ideyası, proqram kodlaşdırma hissəsi tam daxili resurslarla yaradılıb, inkişaf etdirilib. Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin üstünlüyü odur ki, o çox çevikdir, asanlıqla dəyişilə bilir, yəni, kod səviyyəsində asanlıqla biznes ehtiyaclarına uyğunlaşdırıla bilir:

“Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi yalnız sərhəd əməliyyatlarını əhatə etmir. Bu, kompleks sistemdir, malların nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olduğu andan və hətta daxil olana qədər əldə edilən informasiyaların emalından başlamış malların sahibkarların sərəncamına verilməsinə qədər, yəni, gömrük rəsmiləşdirilməsi prosesinin başa çatdığı ana qədər bütün əməliyyatları özündə ehtiva edir. Amma bununla kifayətlənmir. Kadrların idarə olunması, müəssisənin resurslarının idarə olunması, risk idarəçiliyi, gömrük rəsmiləşdirilməsi, beynəlxalq əməkdaşlıq, hüquqpozmalarla mübarizə, maliyyənin idarə olunması, məsələn, dövlət büdcəsinə gəlirlərin təmin edilməsi və s. kimi elementləri özündə əks etdirir”.


Bütün proses qeydiyyat blokundan başlayır. Gömrük ərazisinə idxal edilən və ya gətirilən mallar və nəqliyyat vasitələri mütləq qaydada gömrük qanunvericiliyinin tələbinə əsasən, sərhəd-buraxılış məntəqələrində qeydiyyata alınır. Qeydiyyat prosesi mallar, nəqliyyat vasitələrinin ayrı-ayrı növləri üzrə ayrı-ayrılıqda həyata keçirilir və sərhəd-buraxılış məntəqələrində həmin mal və nəqliyyat vasitələrinə barkodlar verilir. Barkodlar vasitəsilə hər bir nəqliyyat vasitəsi qeydiyyata alınır. Bu isə real zaman rejimində işləyir. Qeydiyyat prosesi başa çatdıqdan sonra mallar ayrı-ayrı qeydiyyata alınır. İkinci blok prosedur tədbirlərdən ibarətdir. Prosedur tədbirlər sırf gömrük nəzarətinin tətbiqilə bağlı tələb olunan tədbirlərin məcmusudur:

“Çox önəmli layihələrimizdən biri operativ yoxlama qruplarının sərhəddə tədbiqidir. Bəzən olurdu Kütləvi İnformasiya Vasitələrində və ya adi vətəndaşlar sosial şəbəkələrdə hansısa nəqliyyat vasitəsinin sərhəddə həddindən artıq çox vaxt sərf etdiyini, müəyyən problemlərlə üzləşdiyini tez-tez bildirirdilər. Qeyd etdiyimiz kimi, daimi olaraq biznes proses monitorinq olunur və o proses çərçivəsində Gömrük Komitəsinin təşəbbüslərindən biri operativ yoxlama qruplarının tətbiqi idi. Yoxlama qruplarının məqsədi həm Hədəf Mərkəzində, həm Komitədə, ümumiyyətlə, müxtəlif mənbələrdən əldə olunmuş məlumatlar əsasında və ya bilavasitə gömrük nəzarətinin həyata keçirilməsi zamanı müəyyən edilmiş faktlar üzrə və yaxud ehtimallar üzrə, şübhələr üzrə nəqliyyat vasitəsinin yoxlanılmasını təmin edən bir qrupdur və daha çevik nəzarəti tətbiq etmək üçün yaradılıb”.

Bundan əlavə, Gömrük Komitəsinin rəhbərliyi, aidiyyəti üzrə struktur bölmələrinin əməkdaşları hər an gömrük əməliyyatları üzrə dövlət büdcəsinə köçürmələri izləyə bilir. Bu, maliyyə, müəyyən edilmiş proqnozun icrası, eyni zamanda proqnozlaşdırma üzrə çox effektiv hadisədir:

“Sahibkarlar üçün mallar onun adı ilə müəyyən olunur. Tutaq ki, Gürcüstanın “Likaniya suları”. Sahibkar onu ticarət markası ilə adlandırır və elə qavrayır. Gömrükçülər üçün hər bir mal konkret kodlarla müəyyən edilir. Hər bir mal beynəlxalq təsnifat sisteminə uyğun olaraq Harmonik Sistem üzrə Beynəlxalq Konvensiya, həmçinin Avropa İttifaqı, MDB ölkələri çərçivəsində və daxili məqsədlərlə tətbiq olunan 10 rəqəmli koddan ibarətdir. Yəni, bütün gömrük əməliyyatları sadəcə “Likaniya suyu” deyil, o “Likaniya suyu”nu müəyyən edən 10 rəqəmli kod əsasında aparılır”.

Layihələrdən biri tarif nomenklaturasının sahibkarların asan əldə edə bilməsi üçün Komitənin saytında elektron xidməti olaraq yerləşdirilməsidir. Bu, tam informativ xidmətdir, interaktiv deyil və pulsuz xidmətdir. Yəni, sahibkarlar idxal edəcəkləri malların təsnifat kodunu asanlıqla müəyyən edə bilərlər.

Digər bir məsələ hüquqpozmalardır. Daxili İşlər Nazirliyinin operatoru olduğu İAMAS sistemi, yəni, vahid mərkəzləşmiş məlumat bazası fəaliyyət göstərir. Risk qrupları, pasport nəzarəti, xüsusi diqqət siyahısı kimi elementlər VAİS-də öz əksini tapıb:

“Bir misal göstərmək istəyirəm, tutaq ki, adətən qeyri-rezidentlər tərəfindən hansısa nəqliyyat vasitələri müvəqqəti ölkə ərazisinə gətirilir. Sonra həmin nəqliyyat vasitələrini ölkə ərazisində kiməsə satırdılar və yaxud onun ehtiyat hissələrinə ayırıb satırdılar və ölkəni tərk edirdilər. Bizim apardığımız araşdırmalar mətbuatda da geniş işıqlandırıldı. Müəyyən edildi ki, həddən artıq çoxlu sayda nəqliyyat vasitələri bu qaydada gömrük rəsmiləşməsindən, gömrük ödənişlərindən yayınırlar. Bununla bağlı DGK tərəfindən xüsusi diqqət siyahısı layihəsi tətbiq edilməyə başladı. Nəqliyyat vasitəsi əgər ölkəni tərk etmək istəyirsə və statusu müvəqqətidirsə, yəni, sərbəst dövriyyədə deyilsə, sadəcə gömrük nəzarətinə təhvil verilməklə və yaxud gömrük təminatı üsullarından birini seçməklə ölkə ərazisini tərk edə bilər”.

Risk idarəçiliyi barədə məlumat verən Anar Süleymanov deyir ki, risk idarəçiliyi gömrük nəzarətinin fəlsəfəsini dəyişən bir sistemdir:

“Risklərin idarə edilməsi sistemi malların gömrük ərazisinə daxil olmasından əvvəl gömrük orqanına təqdim edilmiş informasiya əsasında və yaxud gömrük orqanının əldə etdiyi informasiya əsasında qərarın qəbulunu ehtiva edir. Yəni, ayrı-ayrı mənbələrdən əldə etdiyimiz məlumatlar əsasında gömrük ərazisinə gətiriləcək mallar və nəqliyyat vasitələri barədə məlumat gömrük orqanında olur və bu, məlumatları emal etməyə və müvafiq dəhlizləri, risk dəhlizlərini təyin etməyə imkan verir. Yəni, qanunvericiliyə riayət edən sahibkarlar, hüquqpozma elementləri olmayan nəqliyyat vasitələri, mallar barədə daha çevik qərarların qəbulunu və yuxarı riskli tranzaksiyalarla bağlı əlavə tədbirlərin görülməsinə imkan verir”.

Gömrük rəsmiləşdirilməsi məsələsinə gəldikdə isə qeyd edək ki, gömrük bəyənnamələri 2016-cı ilin may ayından etibarən Azərbaycanda tam elektron əsasda həyata keçirilir. Yəni, 7 gün, 24 saat rejimində sahibkarlar evində, ofisində elektron hökumət portalı və yaxud Gömrük Komitəsinin rəsmi internet saytı vasitəsilə “ASAN imza” və ya digər elektron imza vasitələrilə idxal və ixrac etdiyi mallarına dair məlumatları elektron qaydada gömrük orqanına təqdim edirlər:


“Gömrük əməkdaşı və vətəndaş, sahibkar təmasını minimuma endirmək, gömrük orqanlarında süründürməçilik, bürokratik əngəllər və yaxud hansısa neqativ halların qarşısını almaq üçün çox mühüm layihələrdən biridir. Hazırda sadəcə olaraq gömrük bəyənnamələri deyil, digər mal müşaiət sənədlərinin elektron qaydada gömrük orqanına təqdim edilməsi imkanları yaradılıb. Komitənin saytında mallara dair sənədlərin tam elektron nüsxə sayılmasa da, skan edilmiş versiyalarını qəbul edirik. Yəni, sahibkar skan edib təqdim edirsə, o, gömrük nəzarəti üçün qəbul edilir”.


Düzəlişlər sistemi digər maraqlı layihələrdən biridir: “Bəzən olur sərhəd-buraxılış məntəqəsində gömrük əməkdaşı səhv edə bilir. Nəqliyyat vasitəsi daxil olur. Tutaq ki, dövlət qeydiyyat nişanında 960 əvəzinə, 961 yazılır. Bu sistem tətbiq edilməmişdən əvvəl o səhvi düzəltmək üçün mal hərəkətə başlayırdı, sonradan məsələ qalxırdı, rəsmiləşmə prosesi çətinləşirdi. Çox kiçik texniki bir səhvə görə, sahibkar saatlarla vaxt itirməli olurdu. Hazırda dərhal səhvi etmiş gömrük orqanı elektron qaydada Vahid Avtomatlaşdırmış İdarəetmə Sistemi üzərindən düzəliş üçün sifarişlər verir. Öz səhvinin mahiyyətini, məzmununu, səbəblərini göstərməklə operativ qaydada təyinat gömrük orqanında və yaxud müəyyən məsələlər üzrə Komitədə qərar qəbul edilir və həmin səhv dərhal aradan qaldırılır”.

Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin əməkdaşlıq blokuna ümumilikdə 3 müstəvidə yanaşılır - gömrük-gömrük, gömrük-digər dövlət orqanları və gömrük-biznes müstəvisi. Hesabat və təhlillər blokundan isə gömrük əməkdaşları maliyyə, hüquqpozma və digər sahələr üzrə hesabatlar ala bilirlər.

Maraqlı layihələrdən biri də GPS izləmə layihəsidir. Anar Süleymanov deyir ki, gömrük ərazisində nəqliyyat vasitələrinin hərəkətinə nəzarəti təmin etmək gömrük orqanlarının səlahiyyətindədir. Nəqliyyat vasitələri gömrük ərazisinə daxili olduğu andan təyinat gömrük orqanına gələnə qədər gömrük nəzarəti altında olur:

“Böyük dövlətlərdə daha çox belə problemlər olur. Məsələn, yollarda bilirsiniz nəqliyyat vasitələrindəki mallar dəyişdirilə bilir, sənədlər dəyişdirilir və yaxud satıla bilir. Yaxud bəzi dövlətlərdə hətta vergidən yayınmaq məqsədilə nəqliyyat vasitəsi sadəcə olaraq yandırılır. Azərbaycan nisbətən kiçik ölkə olsa da, bu layihənin tətbiqinə qədər müəyyən problemlərlə üzləşirdik. Məsələn, xüsusilə müəyyən dövlətlərdən gələn sürücülərin qanunvericiliklə müəyyən edilmiş vaxtlarda təyinat gömrük orqanına çatmaması və yaxud 2 gün, 3 gün yollarda haradasa gecələməsi gömrük nəzarətinin rəsmiləşməsini ləngidən hallar idi. Bu məsələləri aradan qaldırmaq üçün GPS izləmə layihəsini tətbiq etdik. Proqram hissəsi Gömrük Komitəsinə məxsusdur, texniki vasitələr isə digər dövlətlərdən alınmış texnologiyalardır. Real zamanda, yəni, hazırda nəqliyyat vasitəsi müəyyən edilmiş koridor, marşrut üzrə hansı məntəqədədir, onu biz Hədəf Mərkəzindən izləyə bilirik. Nəqliyyat vasitəsi müəyyən edilmiş intervaldan artıq haradasa dayanırsa, vaxt sərf edirsə və yaxud hansısa bir zərbə alırsa, həmin qurğularımız, dərhal SMS bildirişlər şəklində gömrük əməkdaşlarına çatdırılır”.


Gömrük əməkdaşları həmin nəqliyyat vasitəsinə yaxınlaşırlar, problemi müəyyən edirlər, qanunvericiliklə müəyyən edilmiş tədbirləri həyata keçirirlər: “Mahiyyət nədir, bilirsiz koridor verilir, 100 m, 50 m sağa-sola hərəkət edə bilər və qanunvericiliklə vaxtlar müəyyən edilir. Tutaq ki, Sınıq Körpü məntəqəsindən məsələn, İpək Yoluna çatmaq üçün yol şəraiti, hava şəraiti və s. nəzərə alınmaqla malların təyinat gömrük oqranlarına çatdırılması üçün müəyyən vaxt verilir. Həmin vaxtlar çərçivəsində nəqliyyat vasitəsi çatmadıqda qanunvericiliklə müəyyən olunmuş qaydada müəyyən cərimələr ödənilir. Ona görə bizim mobil bölmələrin yerləşmə məntəqəsi var. Onlar regional prinsiplə fəaliyyət göstərirlər. sahibkar yolda hansısa hadisə baş versə, ərazi üzrə ən yaxın məntəqəyə qanunvericiliklə müraciət etməlidir və müraciət etmədikdə mobil gömrük bölmələri həmin əraziyə yaxınlaşırlar və müvafiq qərarlar qəbul edirlər”.

Gözlənilən yeniliklər barədə məlumat verən Anar Süleymanov bildirib ki, Gömrük Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri rəqəmsal gömrük inzibatçılığının inkişaf etdirilməsidir: “Gömrük Komitəsi hazırda daha çox mobil gömrük həlləri üzərində öz fəaliyyətini inkişaf etdirmək niyyətindədir. Xüsusilə sosial əhəmiyyəti böyük olan, kütləvi xidmətlərin mobil həllər üzərindən təqdim edilməsi üzərindən işlər aparılır”.

Bundan əlavə, sərhəd buraxılış məntəqələrində beynəlxalq hava limanı, sərhəd keçid məntəqələrində köşklər yerləşdirilib. Bu köşkün texniki proqram hissəsi və avadanlıq hissəsi Azərbaycana məxsusdur. Proqram təminatı da daxildə hazırlanır və 3 dildə xidmət təqdim olunur:

“Yuxarı bölmədə beynəlxalq hava limanlarında elanlar, müəyyən xəbərdarlıq bildirişləri, müxtəlif məlumatlar və yaxud gömrük qanunvericiliyində dəyişikliklər və turistləri maraqlandıran, ölkədə baş verən proseslər barədə məlumatlar verilir. Əsas hissədə müxtəlif elektron xidmətlər təqdim edilir. Məsələn, səyahətçilər tərəfindən sadələşmiş gömrük bəyənnaməsinin elektron təqdim edilməsi xidməti təqdim edilir. Tutaq ki, hansısa ölkəyə gedirsinizsə, pasportunuzu skan etməklə, oxutmaqla avadanlıq məlumat bazasından ad-soyadınızı və s. fərdi identifikasiya nömrəsini və s. daxil edib getmək istədiyiniz ölkəni seçirsiniz. Bəyan etmək istədiyiniz malları bəyan edirsiniz, məsələn, valyuta sərvəti ola bilər, hansısa digər zinət əşyaları, nəqliyyat vasitəsi və s. ola bilər. Özünüz bu terminaldan istifadə etməklə gömrük orqanına zəruri məlumatları təqdim edə bilərsiniz. Biz bu layihələrimizi təşviq edirik, bəzən sərhəd-buraxılış məntəqələrində texniki vasitələrdən istifadə bacarıqları, bilikləri az olan əhali ilə üzləşirik. Onlara yardım məqsədilə gömrük əməkdaşları daimi olaraq məlumat verir, kömək edirlər, yardım göstərirlər”.


Gömrük rəsmisi bildirib ki, təqdim edilən xidmətləri mobil həllər üzərində də təqdim etməyi planlaşdırırlar.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sosial şəbəkələrdəki hesabları da operativ şəkildə fəaliyyət göstərir və vətəndaşları maraqlandıran suallara operativ cavablar verilir.(Metbuat.az)

Papa Fransisk koronavirusa yoluxub? - MARAQLI...+ FOTOLAR
Balıq tutmaq istəyərkən toruna baxın nə düşdü - MARAQLI... + VİDEO
Çinli həkim ölümə meydan oxudu - İBRƏTAMİZ... + VİDEO
Pakistanda çəyirtkə hücumunun qarşısını almaq üçün Çin 100 min ördək göndərir - MARAQLI...
Ali Baş Komandan 3 generalı "Rəşadət" ordeni ilə təltif etdi və istefaya göndərdi...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Siyasət
Rusiya kruiz raketləri ilə yüklənmiş iki freqatını Suriya sahillərinə göndərdi...
Siyasət
Gevorkyan: “Xocalı əməliyyatına Koçaryan və Sarkisyan rəhbərlik edib”
Cəmiyyət
Polislər mollalarla birgə sürücülər üçün maarifləndirici aksiya keçirdi...-İBRƏTAMİZ-FOTO
Dünya
Məşhur aparıcı keçmiş millət vəkilini studiyadan qovdu - MARAQLI... + VİDEO
Hadisə
Prezidentin köməkçisi də koronavirusa yoluxdu...
Yazar
İlham İsmayıl
“Yaxın onilliklərə nə Azərbaycanın Qarabağı almaq fikri var, nə də bizim Qarabağı vermək”
Seymur Əliyev
DSX-nın bu torpaqdan pay umanlara verəcəyi yeganə hədiyyə budur: Ölüm!
Seymur Verdizadə
Sən hər gün əliəyrilik edirsən, o, beş ildə bir dəfə...
Sultan Laçın
Azərbaycanda ədalət naminə vəzifədən imtina edə bilən neçə məmur var?..
Leyla Namazova
“28 il öncə Xocalıda təkcə Xocalı sakinləri qətlə yetirilmədi...”
Həftənin ən çox oxunanları
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general...
ABŞ-ın növbəti prezidenti Qarabağı qaytaracaq
Ərdoğanın Qarabağla bağlı bəyanatı Ermənistanı qorxuya salıb
“Azərbaycan Qarabağı unutsa, yaxşıdır”- “Meşə tülküsü” belə dedi...
"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"
“Lazım gəlsə, Paşinyanı güllələyərəm!..”- Erməni general
Azərbaycanda kişi arvadını xəyanət üstündə yaxaladı - VİDEO
Ermənilər Yerusəlimə iddialarını rəsmən bildirdilər: Yəhudi-erməni davası ola bilərmi?
"Əlimdə çox ciddi və təkzibolunmaz faktlar var, onlar bundan qorxmalı, mən deyil..."
Azərbaycanlı İrəvanda meydan oxudu: "Erməni xüsusi xidmət orqanları..." - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247