Xəbər lenti
13/11/2019 [18:41]:
Azərbaycanın Yunanıstanda tanıdılması davam edir - FOTO
13/11/2019 [18:36]:
Beş milyon insan quraqlıq səbəbiylə qida böhranıyla üzləşəcək - BMT
13/11/2019 [18:32]:
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” - VİDEO
13/11/2019 [18:29]:
Büdcə zərfinə daxil olan sənədlərin MM-də II oxunuşda müzakirə ediləcəyi tarix məlum olub
13/11/2019 [18:09]:
Gənc qadın oynayarkən uşaq dünyaya gətirdi - FOTO
13/11/2019 [18:05]:
“Çox şadam ki, Prezidentin təyin etdiyi cavan kadrlar işin içinə belə giriblər”
13/11/2019 [18:03]:
Bu müəllimlərin maaşları artırıldı - RƏSMİ
13/11/2019 [17:43]:
“Azəriqaz” İB-də istehsalat müşavirəsi keçirilib
13/11/2019 [17:37]:
Gələn ilin ehtiyac meyarı və yaşayış minimumu təsdiqlənib
13/11/2019 [17:35]:
Nazir “uşaq pulu” verilməsi ilə bağlı təkliflərə münasibət bildirib
13/11/2019 [17:31]:
Gömrük Akademiyasında gömrük rəsmiləşdirilməsi üzrə təlimlər təşkil olunur
13/11/2019 [17:30]:
“Məmməd” adlı bələdçi robot  Azərbaycanın qədim qalasında işə başladı-FOTO+VİDEO
13/11/2019 [17:26]:
Azərbaycan Dillər Universitetində yeni laboratoriya fəaliyyətə başlayıb - FOTO
13/11/2019 [17:22]:
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
13/11/2019 [17:21]:
Sahil Babayev işsizlikdən sığorta haqqı almağın şərtlərini açıqlayıb
13/11/2019 [17:19]:
Azərbaycanda orta aylıq əmək haqqı 600 manatı keçib
13/11/2019 [17:18]:
"Keçid dövründə bəziləri İslam pərdəsi arxasında gizlənərək, qarşıdurmaya çağırış edir"
13/11/2019 [17:08]:
Minimum pensiya artırılacaq - Nazir açıqladı
13/11/2019 [16:53]:
Azərbaycanlı ekspertə Hindistanda böyük etimad
13/11/2019 [16:51]:
Mətanət Əsədova: "Məndən əxlaqlısı yoxdur" - VİDEO
13/11/2019 [16:49]:
Yeni doğulan uşaqlara 500 manat verilsin! - Milli Məclisdə TƏKLİF
13/11/2019 [16:49]:
Tanınmış polkovnikdən gənclərə çağırış
13/11/2019 [16:48]:
Misir Mərdanov: “Test üsulunun Azərbaycana gətirməsində mən də iştirak etmişəm”
13/11/2019 [16:46]:
Texniki Universitetə yeni mətbuat katibi TƏYİN OLUNDU
13/11/2019 [16:44]:
Aktyor yenidən doğma səhnəyə qayıtdı... - FOTO
13/11/2019 [16:44]:
İrəvandan Məmmədyarovun çıxışına qəribə reaksiya
13/11/2019 [16:39]:
İlham Əliyev “Azərsu”ya beş milyon manat ayırdı
13/11/2019 [16:39]:
Rusiyanın "Qarabağ tamaşası" və ya Lavrovun son oyunu...
13/11/2019 [16:34]:
Ruhani təyyarədə sürprizlə qarşılaşdı - Foto
13/11/2019 [16:33]:
Vilayət Eyvazov Fransa səfirini qəbul etdi - FOTO
13/11/2019 [16:26]:
“Tariximizin qorunması, yaşadılması, təbliği ilə bağlı atılan hər bir addım faydalıdır”
13/11/2019 [16:24]:
Hadı Rəcəbli: “Gələn il pensiyaların və əmək haqqlarının artım tempi yerində saymayacaq və...”
13/11/2019 [16:22]:
Prezident “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul etdi
13/11/2019 [16:17]:
350 manat rüşvətə görə həbs edilən polkovnik azadlığa çıxdı
13/11/2019 [16:16]:
"Qarabağ münaqişəsinin "mifləri" haqqında həqiqətlər" kitabı Özbək dilində Daşkənddə çapdan çıxıb - FOTO
13/11/2019 [16:05]:
Ərdoğan-Tramp görüşü öncəsi Vaşinqton küçələrindəki qeyri-adi mikroavtobus şousu...
13/11/2019 [16:05]:
İrəvanı silkələyən olay - VİDEO
13/11/2019 [15:59]:
“İŞİD-in çox vacib adamlarından birini ələ keçirdik”
13/11/2019 [15:58]:
Azərbaycanlı bloqerin evliliyi dörd ay çəkdi
13/11/2019 [15:56]:
Arvadını narahat edən ailənin dörd üzvünü öldürdü - VİDEO
13/11/2019 [15:56]:
"Azərbaycanın tolerantlığı bütün dünya üçün yaxşı nümunə ola bilər"
13/11/2019 [15:48]:
“Nənəm xəsisdir, o qədər danışır ki, beynim gedir” - Nəvəsi əməkdar artisti biabır etdi -VİDEO
13/11/2019 [15:47]:
Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə
13/11/2019 [15:44]:
Gəncədə narkobaron saxlanılıb - FOTO
13/11/2019 [15:41]:
“Rəmiş mənim üçün həmin o meymun obrazıdır, yəni ipə-sapa yatmayan adamdı...”
13/11/2019 [15:41]:
“Səsləri olmadığ üçün canlı oxumurlar” - VİDEO
13/11/2019 [15:33]:
“Cəmiyyətimizdə xeyirxahlığın təbliğinə ciddi ehtiyac var, çünki...”
13/11/2019 [15:33]:
Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: Onun haqqında nə deyilirdi?
13/11/2019 [15:30]:
Azərbaycan Hərbi Hava Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - FOTO
13/11/2019 [15:27]:
"Məcburi köçkünlər üçün mənzil tikintisinə 200 milyon manat vəsait ayrılıb"
13/11/2019 [15:24]:
İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini qəbul edib
13/11/2019 [15:22]:
Deputatlardan hökumətə uşaqpulu ilə bağlı çağırışlar
13/11/2019 [15:20]:
"Müdafiə sahəsinə daha çox vəsait ayırmaq lazımdır"
13/11/2019 [15:16]:
Məişətdə maye qazdan istifadə edənlər üçün qiymət dəyişməyəcək
13/11/2019 [15:14]:
Prezidenti İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrini qəbul edib
13/11/2019 [15:11]:
Moskva-Yerevan münasibətləri - Rusiya relsindən çıxmayan Ermənistan - ŞƏRH
13/11/2019 [15:09]:
Vaqif Əsədov xəstəxanaya yerləşdirildi
13/11/2019 [14:56]:
Avtomobillər üçün kredit şərtləri asanlaşdırılsın - TƏKLİF
13/11/2019 [14:55]:
Ağcabədidə toyda oynamaq üstündə dava düşdü
13/11/2019 [14:50]:
Qadın pişiklərə görə yüksək maaşdan imtina etdi
13/11/2019 [14:39]:
Sərnişin qatarları toqquşdu - ANBAAN VİDEO
13/11/2019 [14:37]:
Əfsanəvi gitaraçı
13/11/2019 [14:33]:
“Tariximizin azyaşlılara cizgi filmləri vasitəsi ilə təbliğinə ehtiyac var”
13/11/2019 [14:31]:
Rusiyada deputat erməni-faşist Qaregin Njdenin xatirə lövhəsinin üzərinə boya töküb
13/11/2019 [14:28]:
“Bir and yerim var, o da Rəmişdi, onun canına and içəndə elə bil ki, Qurana and içirəm...”
13/11/2019 [14:23]:
Azərbaycanda gələn il ünvanlı sosial yardım alacaq insanların sayı açıqlanıb
13/11/2019 [14:09]:
Laqeydlik sindromu...
13/11/2019 [14:06]:
Bir veriliş haqqında təəssüratım
13/11/2019 [14:00]:
Vitse-spikerdən tələbə yataqxanaları ilə bağlı təşəbbüs
13/11/2019 [13:58]:
“Şişkan”ın sağ əli saxta pasportla yaxalandı
13/11/2019 [13:54]:
"Etdiklərimə görə oğlumdan üzr istədim"
13/11/2019 [13:50]:
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı
13/11/2019 [13:41]:
“Hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır”
13/11/2019 [13:35]:
Axtarışda olan 30 nəfər eyni gündə tutuldu
13/11/2019 [13:32]:
“Rusiya təxribatları və intriqaları davam etdirir...”
13/11/2019 [13:28]:
Rafael Cəbrayılov barəsində qaldırılan iddia üzrə məhkəmə başlayıb
13/11/2019 [13:26]:
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gələcəklər
13/11/2019 [13:24]:
Gələn ilin büdcə layihəsi birinci oxunuşdan keçdi
13/11/2019 [13:21]:
ATƏT cəbhənin Tərtər istiqamətində monitorinq keçirib
13/11/2019 [13:17]:
Mədəniyyət Mərkəzində ölkəmizin turizm potensialı təqdim olunub - FOTO
Bütün arxiv bir sırada
01/10/2018 [15:58] - Köşə - ( 6640 dəfə baxılıb)

"Dağlıq Qarabağ ətrafındakı rayonların ən azı yarısını öz gücümüzlə azad etməsək..."

İlham İsmayıl

Putin gəlib getdi. Paşinyan BMT-də bizi hədələyib Düşənbəyə yol aldı, orada çox şad olub sevincini “Feysbuk”da paylaşdı. Düşmən Qarabağ cəbhəsindəki durumdan razıdırsa və şad olduğunu deyirsə, deməli, bizim işimiz yaxşı deyil.

Paşinyan niyə də sevinməsin: Qarabağı işğal ediblər, indi də tutduqları torpaqlarda rahat qurub-yaratmaqla məşğuldurlar. Hərdən Azərbaycan tərəfdən atılan bir-iki güllə müəyyən narahatlıqlar yaradırdı. Yalnız narahatlıq. İşğal zonasında həyat davam edir, obyektlər, yaşayış yerləri tikilir, məskunlaşma şıdırğı sürətindən qalmır. Paşinyan sevincini onunla izah etdi ki, daha o narahatlığa da əsas yoxdur.

Yaponiyanın “İomiuri” qəzeti əhali arasında yeni sorğu keçirib. Sorğuda iştirak edənlərin 75%-i Rusiya ilə sülh müqaviləsi bağlamağın əleyhinə çıxıb. İkinci Dünya müharibəsi bitəndə SSRİ və Yaponiya arasında sülh müqaviləsi imzalanmayıb və bu günədək məsələ açıq qalır.

Deyə bilərsiniz ki, Paşinyanın sevincinin, bizim bədbəxtliyimizin Yaponiyaya nə dəxli var, Yaponiyada gün çıxanda biz yatmağa hazırlaşırıq, qonşu da deyilik.

Yeri gəlmişkən, qonşuluq məsələsi barədə. Məşhur Norveç səyyah-etnoqrafı, alim Tur Heyerdal Bakıda olanda demişdi biz faktiki olaraq qonşu dövlətlərik, aramızda cəmi bir ölkə var, amma nə edək ki, bu ölkə çox böyükdür. Heyerdalın sözü olmasın, Yaponiya ilə aramızda cəmi bir dövlət var…

Qayıdaq Yaponiyaya və izah etməyə çalışaq ki, Rusiya prezidentinin Bakıya ayaqüstü dəyməsinin, Paşinyanın şad olmasının Yaponiya ilə nə əlaqəsi?

Yaponiya 1855-ci ildə Rusiya ilə bağladığı ticarət və sərhədlər haqqında traktata əsaslanaraq Kunaşir, Şikotan, İturup və Habomai adalarına iddialıdır və onları geri tələb edir.

1956-cı ildə SSRİ və Yaponiya bəyannamə imzalayaraq Moskvanın Habomai və Şikotan adalarının Yaponiyaya verilməsinə baxa biləcəyinə razılaşıblar. Vladimir Putin deyir ki, əvvəl sülh müqaviləsi imzalansın, sonra adaların məsələsinə baxaq. Yaponiya isə əvvəl adaları tələb edir.

Əvvəl adaları ver! 63 ildir Yaponiya adaları tələb edir və Rusiya ilə sülh müqaviləsi imzalamır. Biz Yaponiya kimi güclü dövlət deyilik, amma bizə atom bombası da atılmayıb, müharibədən sonra kapitulyasiya etməmişik. Yaponiya tarixinin ən fəlakətli dövründə də tarixi adalarının geri qaytarılmasını tələb edib, işğalçı ilə sülh müqaviləsi bağlamayıb. Biz tariximizə Bişkek protokolu kimi düşən təslimçi atəşkəs rejimini aprel döyüşlərindən sonra yenidən imzalayıb uzatdıq. Bu günlərdə isə Düşənbədə şifahi də olsa atəşkəsin daha da möhkəmləndirilməsi baş verdi. Əvəzində biz nəyə nail oluruq? Siyasi təhlillərin birində yazıblar ki, bu bizim sülhpərvər olduğumuzu göstərir, dünya qarşısında bizi müharibə istəyən dövlət kimi təqdim edən düşmənə cavabdır. Sual olunur: torpağı işğal olunan dövlət 24 ildir müharibə etmirsə, bu, Azərbaycanın sülhpərvər obrazının yaranması üçün yetərli olmadı?

Biabırçılıqdır! Atəşkəs yalnız və yalnız düşmənə xeyirdir, status-kvonun qalması Ermənistanın qələbəsidir. Düşmən bizə hər gün meydan oxuyur. Hərbçiləri təlim keçir, qırıcıları səmamızda dolaşır, biz heç bir cavab verə bilmirik. Xalq bu vəziyyətə alışdırılıb, onun qürur hissi zədələnib.

Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonların ən azı yarısını öz gücü ilə azad etməsə, bizə daim Qarabağı güzəştə getməyi təklif edəcəklər. Əvvəl ətraf rayonları hərb yolu ilə almaq, sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusunu müzakirə edib sülh müqaviləsi imzalamaq. Budur yolumuz.

Moskva yeddi rayonun mərhələ-mərhələ (?!) qaytarılması müqabilində Dağlıq Qarabağa müstəqillik verilməsi ideyasını yavaş-yavaş burdakı beşinci kolon vasitəsilə xalqın beyninə yeridir. Məqsəd də sülhməramlı qoşun adı altında hərbi hissələrini aran Qarabağla dağ Qarabağ arasında yerləşdirib Cənubi Qafqazda möhkəmlənməkdir. Rusiya prezidentinin Azərbaycana səfərindən əsas gözlənti Qarabağ məsələsi idi, amma Qarabağı heç yada salan olmadı. Ən azı rəsmi məlumatlara görə. Halbuki yalan təbliğat “Rusiya prezidenti sülh missiyası ilə” gəlir deyirdi, iddia edirdi ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya İttifaqına, hətta Şanxay Əməkdaşlıq Təşkilatına yolu açılır.

Qarabağı güzəşt predmeti etməmək üçün ilkin mərhələdə hərbi gücümüzü göstərməsək, Qərb də, Rusiya da daim bizə güzəştdən danışacaqlar, necə ki, hər gün danışırlar. İndi təklif edirlər, sabah tələb edəcəklər. Təəssüf ki, indiyədək aparılan dişsiz diplomatiyanın ağır nəticələri artıq bütün ağırlığı ilə millətin üzərinə çöküb. Nəticəsi də zaman keçdikcə erməniləri Dağlıq Qarabağ ətrafında məskunlaşdırıb bizi reallıqla barışmağa vadar eləmək ola bilər. O zaman gec olacaq və günahkar axtarmaq fayda verməyəcək.

Xof-qorxu altında yaşayan millətin torpaqları hər zaman düşmən üçün yeni hədəf olacaq. Necə ki, Paşinyan BMT sessiyasında Naxçıvandan, Gəncə ətrafından danışır. Qarabağda güzəşt olsa, başqa bölgələrimizdə separatçılar baş qaldıracaqlar. Qorxduqca, “başını aşağı sal” prinsipini həyat tərzi etdikcə Azərbaycanın qalan torpaqlarını da əlindən almağa hazırlaşan qüvvələr güdükdə durublar. Separatçılar, onları dəstəkləyənlər diş qıcayıblar. Qarabağı azad etməsək, başqa torpaqlarımız da əldən gedə bilər.

Başımızın üstündə yeni qara yellər əsir və qara yellərin Qarabağı birdəfəlik aparmaması üçün dövlət və millət bütün iradəsini dünyaya göstərməlidir. Hərbi müstəviyə keçməzdən öncə sərt diplomatik addımlar atılmalı və səmərəli beynəlxalq təbliğat başlanmalıdır. Daxildə vətəndaş həmrəyliyinə nail olmaq üçün imitasiya xarakteri daşımayan ciddi islahatlara start vermək məqsədəuyğundur. Bu istiqamətdə çox iş görülməlidir, ən zəruri olanlar önə çəkilib növbəti fəlakətlərin qarşısı alınmalıdır. 

İlham İsmayıl

loading...
loading...
Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə
"Belə anlaşılır ki, Əli İnsanovun pullarını sadəcə bir müddət xərcləyəcəklər, amma..."
"Qarabağ siyasətimizə yenidən baxmalıyıq"
DİQQƏT! Bakıda erməni ayranı satılır - FOTO
Cərimə olunan sürücüdən maraqlı addım - VİDEO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Beş milyon insan quraqlıq səbəbiylə qida böhranıyla üzləşəcək - BMT
Maraqlı
Ərdoğan-Tramp görüşü öncəsi Vaşinqton küçələrindəki qeyri-adi mikroavtobus şousu...
Gündəm
“Tariximizin azyaşlılara cizgi filmləri vasitəsi ilə təbliğinə ehtiyac var”
Şou-biznes
“Konsertdən sonra təbrik zəngləri gəlir, telefonumuz susmur...”
Cəmiyyət
"Tıxacın yaranmasında təhsil sisteminin də payı var" - Professorlar arasında polemika...
Həftənin ən çox oxunanları
"Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək..."
Telli Borçalıdan üzücü XƏBƏR - "Toyda yıxılıb, həkim çatana kimi keçinib"
"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
İnsanları “təsvir edilə bilməyən əzab” gözləyir: iqlim fəlakəti baş verdi
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
Xaşdan vaz keçə bilməyənlərə 15 faydalı məsləhət: Düzgün yeyilmə qaydası...
"Yalnız bu halda Türkiyə  Qarabağ savaşında Azərbaycana hərbi dəstək verə bilər...”
PKK-çı kürdlərdən Rusiya-Türkiyə hərbi patrullarına VƏHŞİ HÜCUMUN VİDEOSU...
Qalmaqallı biznesmenin maşınına bomba atıldı, cangüdənin başı qopdu - DƏHŞƏT + VİDEO
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247