Xəbər lenti
12/12/2019 [07:24]:
İnsan dünyaya qədəm basarkən niyə ağlayır?..
12/12/2019 [00:19]:
Niyaməddin Musayev ölüm xəbərini yayanlar haqda: "Mən onları tapıb..."
12/12/2019 [00:14]:
İsveçrədə qadın prezident seçildi
12/12/2019 [00:06]:
Heydər Əliyevin vəfatından 16 il ötür
11/12/2019 [23:35]:
Qaxda vəzifəli şəxs vəfat etdi
11/12/2019 [23:33]:
Əli ət maşınında qalan uşaq təcili Xaçmazdan Bakıya göndərildi
11/12/2019 [23:30]:
PSJ və “Qalatasaray” azarkeşləri arasında qarşıdurma
11/12/2019 [23:27]:
"Zəif parlamentlə güclü dövlət qurmaq olmaz" - Əməkdar elm xadimi ilə 2-ci söhbət...
11/12/2019 [23:26]:
“Əgər Qarabağ Ermənistandırsa...”
11/12/2019 [23:23]:
Bakı metrosunda qorxulu anlar - VİDEO
11/12/2019 [23:07]:
"Ərə getsəm və qızım olsa bəlkə qayınanamın adını qoydum" - Aysel axtarışa çıxıb...
11/12/2019 [23:03]:
OPEC Azərbaycan üzrə proqnozu dəyişməyib
11/12/2019 [23:02]:
Pijama ilə poz verən Damlanı ələ saldılar: "Niyə özünü bu günə qoyursan..?”
11/12/2019 [22:56]:
Ramiz Mehdiyev: "Azərbaycanda yeni idarəçilər elitası formalaşır"
11/12/2019 [22:38]:
Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB
11/12/2019 [22:34]:
Vladimir Zelenski AŞ-ni Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa çağırıb
11/12/2019 [21:47]:
“Sürgündə aparıldığımız dəmiryolunu özümüzə düzəltdirmişdilər” - FOTO
11/12/2019 [21:38]:
"İqtidarı tənqid və təhqir etmirsənsə, ya yaltaqsan, ya mədhiyyəçi..."
11/12/2019 [21:24]:
Hər gün bir ovuc qoz ləpəsi yeməyin İNANILMAZ FAYDALARI...
11/12/2019 [21:16]:
Mikayıl Cabbarov: "Ölkə iqtisadiyyatına sərmayə yatırın"
11/12/2019 [21:12]:
Ali Radadakı davaya görə cinayət işi açıldı
11/12/2019 [21:05]:
Fransada minimum pensiya min avroyadək qaldırılacaq - 2022-ci ildən
11/12/2019 [21:04]:
ABŞ Senatı Türkiyə əleyhinə qanun layihəsini təsdiqlədi
11/12/2019 [21:02]:
Qarabağda döyüşən qadınlar haqqında ən gözəl kitabın müəllifi...
11/12/2019 [20:57]:
“Öz qarnından çıxanın vəfası budursa...” - Brilliant Dadaşovanın oğlu anasını "partlatdı" - VİDEO
11/12/2019 [20:56]:
İran Fransa vətəndaşlarını azad etmək niyyətində deyil
11/12/2019 [20:54]:
ABŞ İrana qarşı sanksiyaları genişləndirdi
11/12/2019 [20:53]:
AŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcək
11/12/2019 [20:41]:
Azərbaycanda yaşayan ahıska türkləri: “Sürgündə aparıldığımız dəmiryolunu özümüzə düzəltdirmişdilər”
11/12/2019 [20:37]:
Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb
11/12/2019 [20:36]:
Cem Yılmaz Defne ilə evlənməyə razı oldu – İddia
11/12/2019 [20:35]:
UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb
11/12/2019 [20:31]:
Azay Quliyev: "Bu, nə mənəviyyata, nə də siyasi əxlaqa sığır"
11/12/2019 [20:16]:
Azərbaycanda ilk dəfə Bioplastik zavod tikiləcək - VİDEO
11/12/2019 [20:11]:
Qorxmaz Hüseynov Şirvan və Hacıqabuldan olan sakinləri qəbul edib
11/12/2019 [20:09]:
Diasporla İş üzrə Dövlət Komitəsində qüdrətli dövlət xadimi Heydər Əliyevin anım günü keçirilib
11/12/2019 [20:06]:
22 il öncə oğurlanan portret divardan çıxdı - MARAQLI...+ VİDEO
11/12/2019 [20:05]:
ADNSU-da “Xocalıya Ədalət” Kampaniyasının əməkdaşları ilə tələbələrin görüşu keçirilib
11/12/2019 [19:57]:
Uşağını ölənəcən yedirtdi
11/12/2019 [19:55]:
“Piyadalar işıqqaytarıcı geyimlərdən istifadə etsinlər”
11/12/2019 [19:55]:
Afaq Bəşirqızı əsəbləşdi: "Ona dedim ki, qeyrətin, vicdanın olsun" - VİDEO
11/12/2019 [19:39]:
"Problemlərin həlli üçün iki yeni qatar istifadəyə veriləcək" -Cavid Qurbanov
11/12/2019 [19:33]:
Hovuzda şagirdləri ilə cinsi əlaqəyə girən müəllim həbs edildi - RƏZALƏT...
11/12/2019 [19:33]:
BDU-da Heydər Əliyevin irsinə həsr olunan silsilə mühazirələr dinləniləcək
11/12/2019 [19:32]:
Mandarindən gözlənilməz təhlükə aşkarlandı- Beyinə zərər vuran maddə!..
11/12/2019 [19:28]:
Keçmiş məmur Ermənistanın baş nazirini məhkəməyə verib
11/12/2019 [19:26]:
Azərbaycanlı seksual aktrisa yeni klipini təqdim etdi - VİDEO
11/12/2019 [19:17]:
Meymun və donuzdan yeni bir canlı yaratdılar - MARAQLI
11/12/2019 [19:05]:
Kişi arvadını polis zabiti ilə yataqda tutdu - VİDEO/FOTO
11/12/2019 [19:02]:
"Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb"
11/12/2019 [18:59]:
Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək
11/12/2019 [18:58]:
Yunis Səfərov və digərlərinin cinayət işi icraata verilib
11/12/2019 [18:56]:
İstanbuldan gələn şəxsin baqajında güllə tapıldı
11/12/2019 [18:54]:
İsrail Knesseti özünü buraxmaq barədə qərar qəbul etdi
11/12/2019 [18:32]:
“Nəsimiyə Azərbaycan pasportu verək” - Şeyxulislamdan hamını təəccübləndirən MESAJ
11/12/2019 [18:29]:
“Time” 16 yaşlı qızı “İlin adamı” seçdi - FOTO
11/12/2019 [18:25]:
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
11/12/2019 [18:16]:
Cavid Qurbanov “Rusiya Dəmir Yolları” ASC-nin İdarə Heyətinin yekun iclasında çıxış edib
11/12/2019 [18:15]:
Respublika Veteranlar Təşkilatında Heydər Əliyevin anım mərasimi keçirilib - FOTO
11/12/2019 [18:02]:
“Yaxşı ana deyiləm...” - FOTO
11/12/2019 [17:54]:
Parlament seçkilərində iştirak etmək istəyən 7 nəfərə imza vərəqələri verilib
11/12/2019 [17:52]:
Gürcüstanda qumarxana biznesindən büdcəyə 34 milyon dollar daxil olub
11/12/2019 [17:42]:
Psixoloqların diaqnostik qiymətləndirilməsinin vaxtı açıqlanıb
11/12/2019 [17:30]:
“O, törətdiyi əməllərə görə qanun qarşısında cavab verməli olacaq”
11/12/2019 [17:28]:
Ukraynada deputatlar yumruq davasına çıxdılar - VİDEO
11/12/2019 [17:20]:
“İslahat ruhunun gətirdiyi yeni nəfəs jurnalistikamızda mütərəqqi dəyişiklikləri şərtləndirəcək”
11/12/2019 [17:18]:
Bakıda övladına işgəncə verən valideyn həbs edilib
11/12/2019 [17:17]:
MSK ilk dəfə olaraq bütün seçki məntəqələrini çip oxuyan cihazlarla təmin edəcək
11/12/2019 [17:16]:
Neft Emalı Zavoduna direktor təyin edildi - FOTO
11/12/2019 [17:15]:
Komitə sədri GİZ-in layihəsi çərçivəsində keçirilmiş tədbirdə iştirak edib
11/12/2019 [17:14]:
Prezident Administrasiyasında yeni təyinat
11/12/2019 [17:12]:
Zakir Həsənov komandir-rəis heyəti qarşısında tapşırıqlar qoydu
11/12/2019 [16:49]:
Vasif İsmayıl da namizəd olacaq
11/12/2019 [16:46]:
Azərbaycanda ov edən qətərli şahzadələr Pakistanda tutuldu
11/12/2019 [16:44]:
MSK 3 siyasi partiya ilə bağlı qərar verdi
11/12/2019 [16:42]:
Hacıbala Abutalıbovun AMEA-da işləməsi TƏKZİB OLUNDU
11/12/2019 [16:40]:
İlham Əliyev Neftçalaya beş milyon manat ayırdı
11/12/2019 [16:39]:
Uşaqlarını döyən ata həbs edildi, ögey ana isə... - Rəsmi açıqlama
11/12/2019 [16:36]:
ADP Ali Məclisi partiyanın seçkilərlə bağlı ilkin qərarını təsdiqlədi
11/12/2019 [16:35]:
“Müxalifətdəki partiyalar seçkilərdə iştirakla bağlı fərqli mövqeyə malikdir”
Bütün arxiv bir sırada
27/09/2018 [09:36] - Köşə - ( 9974 dəfə baxılıb)

Keçmiş ofisiant, siqaret alverçisi, öz xalqının namusuna göz dikən general - ARAŞDIRMA...

Seymur Əliyev
[email protected]

“Haaqada reallaşacaq məhşər: Erməni hərbi caniləri” silsiləsindən - I məqalə

Samvel Babayan

Ötən əsrin 90-cı illərində baş verən Qarabağ müharibəsi Azərbaycan üçün torpaqlarımızın 20%-nin itirilməsi, bir milyondan çox soydaşımızın qaçqın düşməsi, minlərlə həmvətənimizin şəhid olması ilə nəticələndi.  Ermənistan üçün isə bu müharibə hərbi uğurlar fonunda bir qrup şəxsin öz qəddarlıqları, insan dərrakəsinə sığmayan vəhşilikləri ilə ad çıxarması ilə əlamətdar oldu.  Ölüm və qan dənizində üzə çıxan, göz yaşı və lənət dalğaları arasında yüksələn bu cür isimlərdən biri də Samvel Babayan idi. 

Gələcək generalın yaşam savaşı: qabyuyan, “təkər qaraldan”, qulluqçu....
S.Babayanın bioqrafiyasının təhlili göstərir ki, erməni generalının uşaqlıq və gənclik həyatı o qədər də ürəkaçan olmayıb. Belə ki, kasıb ailədə anadan olan S.Babayan erkən yaşlarından müxtəlif işlərdə çalışmaqla gündəlik dolanışığını təmin etmək məcburiyyəti qarşısında qalıb. Heç bir xüsusi bacarığı olmayan S.Babayan, ən yaxşı halda sosial zümrənin aşağı təbəqəsinin üz tutduğu ucuz kafelərdə iş tapa bilirdi ki, burada da ya qab yumaq, ya ətrafı yığışdırmaq, ya da ofisiantlıq etmək məcburiyyəti qarşısında qalırdı. Avtomobil yumaq, “təkər qaraltmaq” da Babayanın nəsibinə yazılan, onun həyatının ayrılmaz tərkib hissəsinə çevrilən məşğuliyyət idi. Hansı ki, S.Babayanın öz dolanışığını maşın yumaqdan çıxartması gerçəyi o dövrdə Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili olmuş Ağdamın keçmiş icra başçısı Nizami Sadıqovun 2018-ci ilin 28 iyul tarixində Moderator.az-a verdiyi müsahibəsində də təsdiqlənməkdədir.(1).

O, özünün fiziki baxımdan sağ qalması üçün gərəkli olan pulu məhz bu yolla qazanır, ona-buna qulluq göstərməklə xırda bəxşişlər alır, səfalətlə savaşda qəti məğlubiyyətdən qaçmağa çalışırdı. Lakin açılan hər səhərlə özü ilə yeni bir məşəqqət gətirən bu həyat S.Babayanın ürəyincə deyildi. İllərdir xırda işlərlə məşğul olan, yediyi hər bir tikəyə görə alçalmaq, kiməsə yarınmaq, yaltaqlanmaq, riyakarlıq etmək məcburiyyəti qarşısında qalan Babayanın içərisində bütün insanlara qarşı dəhşətli bir kin, amansız qisas hissi kök salmaqda idi. Yeniyetmə Babayanla birlikdə böyüyən bu hiss gizlicə yetişən vulkan kimi  püskürmək üçün münasib zaman gözləyirdi. Lakin həmin zamana hələ vardı. Tale Babayan üçün daha bir sınaq hazırlamışdı və bu sınaq Bakı həbsxanası idi.

6 aylıq həbs və “böyük qardaş”a edilən biət...

S.Babayan həyatı boyu bir neçə dəfə həbs həyatı yaşayıb ki, bunlardan da biri Bakıda reallaşıb. Belə ki, 1991-ci ildə sovet hərbçiləri tərəfindən həbs edilən Babayan Bakıya gətirilir. 6 ay Bakı həbsxansında qalan Babayanın 6 aydan sonra Xankəndinə getməsinə icazə verilir. Xankəndinə gedəndən dərhal sonra bu şəhərdəki 366-cı alayın mayoru Seyran Ohanyanla təmas quran Babayan, burada erməni terrorçularının daha bir məşhur isimi – Monte Melkonyanla da tanış olmaq, bu tanışlığı dostluğa çevirmək fürsətini yaxalayır. Məhz bu amil – rus-sovet rəhbərliyinin razılığı ilə Bakı həbsxanasından azad ediləndən sonra onun 366-cı alayın hərbi yetkliləri ilə təmas qurması Babayanın Rusiyanın xüsusi xidmət orqanları tərəfindən “verbovka”edilməsi ilə bağlı ehtimallara yol açır. 

Alçaldılmış, iblisə satılmış ruh ölüm püskürür: Qurban Xocalıdır!

Sonralar bir neçə hərbi əməliyyatda iştirak edən S.Babayanın qatıldığı ilk böyük hərbi əməliyyat Xocalı olur. Demək olar ki, tamamilə müdafiəsiz bir şəhərə - mülki insanlara qarşı 366-cı motoatıcı alayın birbaşa iştirakı ilə həyata keçirilən bu əməliyyat bütün dünyada insanlıq tarixinin ən dəhşətli faciəsi kimi yadda qaldı. Faşist Almaniyasının II Dünya müharibəsindəki vəhşiliklərini belə geridə qoyan bu əməliyyat bəşər sivilizasiyası tarixində yaşanan ən qorxunc soyqırım kimi tarixə keçdi. Silahsız mülki insanları işgəncəli ölümə məhkum edən, bələkdəki körpədən tutmuş hamilə qadınlara qədər kimsəyə rəhm etməyən S.Babayan və onun silah yoldaşları bununla da yalnız hərb sənətinin deyil, ümumilikdə insanlığın üz qarası olduqlarını sübut etdilər.
Xocalı öz ruhunu iblisə satan S.Babayanın ətrafa ölüm və qan püskürdüyü ilk meydan oldu. Ətrafını qan gölünə döndərən Babayan gördüyü mənzərədən xeyli məmnun olsa da, bu, onun daim işgəncə və qan həsrətində olan ruhunu sakitləşdirmirdi. Öz hərbi kariyerasını sivil insanların qətli üzərində inşa etməkdə qərarlı olan Babayan yeni qurban həsrətində idi. Bu qurban isə Qarabağın baş tacı, onun qürur mənbəyi olan Şuşa idi.

Samveli “Syoma” kimi tanıdan əməliyyat

S.Babayanın Qarabağa həyata keçirdiyi ən mühüm əməliyyatlaran biri Şuşa ilə bağlı olur. Şuşa əməliyyatı öncəsi Ermənistan hərbi rəhbərliyi S.Babayana yüksək etimad göstərir. Belə ki, o, Şuşaya ediləcək hücum planının hazırlanmasında iştirak edən məhdud sayda hərbçidən biri olur. (2).
1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşaya edilən hücumda iştirak edən Babayan bu döyüşlərdə də törətdiyi vəhşiliklərlə diqqət çəkir. Eyniylə Xocalıda olduğu kimi, Şuşada da mülki şəxsləri amansızlıqla qətlə yetirənBabayan, bu vəhşilikləri ilə erməni silahlıları arasındakı nüfuzunu bir qədər də artırır. Azərbaycanlılara qarşı sərgilədiyi amansızlıqla özünü quldur dəstəsinə daha da sevdirən Samvel, bu əməlyyatdan sonra geniş çevrədə “Syoma” kimi tanınmağa başlayır. 
Şuşa əməliyyatından sonra bir qədər də məşhurlaşan Babayan öz əlaqələrindən istifadə daha bir pillə yüksəlməyə nail olur. Belə ki, 1992-ci ilin avqustunda S.Babayan qondarma Dağlıq Qarabağ respublikasının Özünümüdafi Komitəsinin sədr müavini postuna təyinat alır və 1993-cü ilin aprelinə qədər bu vəzifədə təmsil olunur. Habelə, 1992—ci ildə polkovnik-leytenant rütbəsi alan Babayan cəmi bir ildən sonra – 1993-cü ildə polkovnik rütbəsinə, daha bir il sonra, 1994-cü ildə isə general-mayor hərbi rütbəsinə layiq görülür.

Samvel Babayanın “ölüsoyanlar” dəstəsi

Müharibə S.Babayana sadəcə hərbi kariyera pilləsində sürətlə yüksəlmək imkanı qazandırmırdı. Həm də bu savaş Babayan üçün külli-miqdarda var-dövlət qazanmaq, ölüləri belə gəlir mənbəyinə çevirmək üçün bir fürsət idi. Belə ki, S.Babayana tabe dəstələr hər bir döyüşdən sonra azərbaycanlılara məxsus ələ keçirilən hər bir yaşayış yerində böyük talanlar həyata keçirir, qətlə yetirilən şəxslərin ayaqqabısından tutmuş ağzındakı qızıl dişinə qədər çıxardır, ev və mənzilləri, təsərrüfat obyektlərini, fabrik və zavodları bünövrəsindən damına qədər söküb satırdı. Qarabağda S.Babayanın həyata keçirdiyi qarət və talanın hansı miqyasda olduğunu anlamaq üçün Britaniyalı jurnalist Tomas de Vaalın “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” adlı kitabına bəzi məqamlara diqqət yetirmək kifayətdir. İngilis jurnalist S.Babayanın törətdiyi talanlar haqqında yazır: “Babayan ailəsi ilə birlikdə həm müharibə zamanı, həm də ondan sonra yaxşı pul çıxardırdılar. Müharibə vaxtı var-dövlət işğal olunmuş ərazilərdən” gəlirdi, həmin yerlərdə hər şey sökülüb əsasən İrana satılırdı. Soyğunçular heç nəyi əldən qoymurdular: metal qırıntıları, zavod dəzgahları, mis məftillər, dam örtükləri – hər şey satılırdı”.

Zibilliyi belə xəzinə dəyərində olan Qarabağ və ya xarabalıqda açılan qızılgüllər...

T.de.Vaalın tədqiqatları S.Babayanın sadəcə ev və müəssisələrdən deyil, şəhər və qəsəbələrin xarabalıqlarından, zibilliklərindən belə külli miqdarda pul əldə etdiyini göstərir. Qarabağdakı talançılıqla bağlı fikirlərini davam etdirən ingilis jurnalist daha bir maraqlı fakta toxunur: “Bir yaxın erməni jurnalisti danışırdı ki, bir dəfə iyunda, müharibədən sonra o, viranə qoyulmuş Ağdama getmişdi. Burada o, Fellinin filmlərinə layiq bir səhnənin şahidi oldu: adamlar İrandan gələn yük maşınlarına qızılgül ləçəkləri yükləyirdilər. Bu güllər şəhər xarabalıqlarında bitmiş minlərlə qızılgül kollarından yığılmışdı və iranlılar bu ləçəkləri mürəbbə üçün alırdılar”.
Bu məlumat Babayanın Şuşa və Qarabağın xarabalıqlarından belə böyük vəsaitlər əldə etdiyini göstərməklə yanaşı, Qarabağın əsl dəyərini, yaşanan itkinin hansı miqyasda olduğunu bir daha yada salmış olur. Və insan bu yerdə qeyri-ixtiyari olaraq bu cür düşünür: “Heyf sənə, zibilliyi belə xəzinə dəyərində olan, xarabalığı belə insanı cənnətə qovuşduran Qarabağ!”

Samvel Babayan Qarabağı yenidən işğal edir, həm də təkbaşına!

1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından sonra hərbi əməliyyatların dayandırılması Babayana bütün diqqətini işğaldakı əraziləri daha geniş miqyasda talamağa, habelə bu ərazilərdə  məskunlaşan erməni ailələrini iqtisadi baxımdan özündən asılı vəziyyətə salmağa imkan verdi. 
Ilk növbədə Qarabağa siqaret və yanacaq idxalını öz əlində cəmləşdirən Babayan həyat yoldaşının adına olan “Yupiter” şirkəti vasitəsi ilə hərbi baxımdam işğal edilən əraziləri bu kəs iqtsiadi müstəvidə zəbt etməyə başlayır. Öz hərbi imtiyazından, tutduğu vəzifədən və tabeçiliyindəki çoxsaylı silahlı dəstənin gücündən istifadə edən Babayan, qısa zamanda Dağlıq Qarabağın iqtisadi məkanında özünün inhisarçı ağalığını formalaşdırmağı bacarır. İnhisarçı mövqeyini qorumaq üçün Qarabağa bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının gətirilməsini yasaqlayan Babayan, bəlli bir müddətdən sonra bir qədər də qabağa gedərək xırda ticarət cəhdlərinin belə qarşısını qətiyyətlə almağa başlayır. Belə ki, Dağlıq Qarabağda, xüsusilə də Şuşada xırda ticarətlə məşğul olmaq istəyən hər bir kəs öncə Babayana pul ödəməli, ondan icazə almalı idi. Ona deyilmədən atılan hər bir addımı özünə qarşı hörmətsizlik və iqtisadi maraqlarına vurulan zərbə kimi dəyərləndirən Babayan, həmin şəxslə bağlı sərt addımlar atır, onu həbs etdirir və ya əlaltılarının köməyi ilə qətlə yetirir, bununla da hər kəsə göz dağı verir, qorxu mühiti yaradırdı.  

Erməni qızlarını zorlayan erməni generalı və ya Xankəndindən İrəvana “namus köçü”...
S.Babayanın döyüş yolunun təhlili göstərir ki, adıçəkilən erməni generalı yalnız azərbaycanlılara qarşı vəhşiliklər törətməmiş, hətta öz xalqını qarşı belə ağlasığmaz zorakılıqlara yol vermişdi. S.Babayanın erməni xalqına qarşı yol verdiyi zorakılıqların biri onun gənc erməni qızlarına təcavüz etməsi faktı ilə bağlıdır. 
Babayan bəzi hallarda xoşuna gələn qızları ələ keçirmək üçün onların valideynlərini uydurma ittihamlarla həbs edir, daha sonra onların azadlığını həmin adamın qızının namusunu ləkələmək qarşılığında təmin edirdi. Erməni generalının öz xalqının namusunu ləkələməkdən zövq alması gerçəyi beynəlxalq araşdırmaçılar tərəfindən də vurğulanmışdır.  Dəfələrlə Ermənistana səfərdə olan T.de Vaal bu haqda yazır: “Babayanın yoluna çıxan hər kəs Şuşa həbsxanasına düşməyə risk edirdi və həbxanadan çıxmaq üçün böyük məbləğdə rüşvət verməli idi. Bir nəfərdən hətta tələb etmişdilər ki, yeniyetmə qızlarındna birini Babayanın yanına göndərsin. O, qızlarından evdən çıxmağı qadağan edib, özü isə beş min dollar yığmağa yollanmışdı. 
Babayanın törətdiyi cinayətlər arasında bu, ən iyrənci idi, eyni zamanda bu cinayət sübut etmək üçün dəlil tapmaq çox çətin idi, çünki Stepanakertdə heç bir qadın Babayanın cavan qızları zorlamaq meylindən açıq danışmazdı. Lakin bəzilərindən eşitdiyimə görə, cavan qadınlar və qızlar axşamlar küçəyə çıxmağa qorxurdular, çünki Babayan öz dostları ilə Stalinin sağ əli Lavrenti Beriya sayağı, Mersedesdə “şikar” ovuna çıxırdı. Bir çox valideynlər öz qızlarını Babayanın həris baxılarından gizlətmək üçün Yerevana göndərirdilər, hərdən isə bəzi qadınların dünyaya gətirdiyi uşaqları “balaca Samo” çağırırdılar. 
Babayan, əlbəttə ki, özünə qarşı nifrət oyadan məxluq idi...” (3)

Erməni generalı İrəvanı tank hücumu ilə hədələyir: “Ya mən deyən olacaq, ya da...”

1995-1999-cu ildə qondrma respublikanın müdafiə nazirinin I müavini, daha sonra müdafiə naziri olan, işğalçı Qarabağ qoşunlarının baş komandanı kimi qeyri-məhdud hakimiyyətə yiyələnən, bütün Dağlıq Qarabağda şəriksiz söz sahibi olan Babayan üçün artıq Qarabağ üzərindəki hakimiyyət azlıq təşkil edirdi. İşğaldakı əraziləri talamaq, buradakı erməni ailələrini müflisləşdirmək hesabına böyük sərvət toplayan erməni generalı, bir müddət sonra bütün Ermənistan üzərində hakimiyyəti ələ keçirmək niyyətinə düşür. Qarabağ torpaqlarında axıtdığı qanlar səbəbi ilə özünün erməni xalqı üzərində hakimiyyətə İrəvan rəhbərliyindən daha çox haqqı olduğunu düşünən S.Babayan, öz siyasi iddialarını gizlətmirdi. Bəzi tədqiqatşılar iddia edir ki, Babayan onun siyasi hakimiyyətinə əngəl yaradacaq şəxsləri açıq şəkildə ölümlə təhdid edir, hətta lazım gələrsə bütün İrəvanı hücumla ala biləcəyini dilə gətirirdi. 1999-cu ildə İrəvandakı parlament seçkilərində iştiraka qərar verən Babayan, ona mane olacaqları təqdirdə “tankları birbaşa İrəvana sürəcəyini” vurğulayır, real gücün onun tərəfində olduğunu diqqətə çatdırırdı. 
S.Babayanın İrəvanı tank hücumu ilə hədələməsi, habelə onun Qarabağda məskunlaşan ermənilərə verdiyi işgəncələr onun üçün “xalq”, “millət” məfhumunun olmadığını, onun azərbaycanlılarla yanaşı, həm də ermənilərə nifrət bəslədiyini göstərir. Baş verən olayların təhlili göstərir ki, S.Babayan üçün hər zaman yalnız bir müqəddəs ideya olub ki, bu da nəyin bahasına, hansı yolla olursa-olsun mümkün qədər var-dövlət qazanmaqdır.

Prezident kreslosu arzulayıb türmə həyatı yaşayan “nazir”....
2000-ci ildə öz siyasi iddialarını reallaşdırmağa çalışan, bunun üçün öncə qondarma Dağlıq Qarabağ Respublikasında prezident postunu ələ keçirməyə qərar verən Babayan oyuncaq respublikanın “prezidenti” Qukasyana qarşı sui-qəsd təşkil edir. Lakin hadisələrin gedişi onun düşündüyü məcrada cərəyan etmir. Məhkəmə qarşısına çıxan Babayanın cinayəti sübuta yetirilir və o, nə az-nə çox – düz 14 il müddətinə azadlıqdan məhrum edilir. Lakin 4 ildən sonra, 2004-cü ildə yenidən azadlığa çıxmağı bacaran Babayan təkrar köhnə əlaqələrini işə salmaqla Ermənistanda söz sahibi olan bir neçə şəxsdən birinə çevrilir. O, həbsdə olarkən də özünü unutdurmur, bəzi media orqanlarının onun haqqında “əfsanəvi qəhrəman” kimi bəhs etməsini təmin edir. 
Babayanın azadlığının ömrü uzun sürmür. 2017-ci ilin mart ayında S.Babayan yenidən məhkəmə qarşısında dayanmalı olur. Bu dəfə “İqla” zenit-raket kompleksinin qaçaqmalçılığında ittiham edilən general, 6 il müddətinə azadlıqdan məhrum edilir. Lakin bu dəfə də Babayanın şəxsi əlaqələri erməni türməsinin dəmir barmaqlığından daha güclü çıxır. Hüququn oyuncağa çevrildiyi Ermənistanda Babayan yenidən azadlığa çıxmağa nail olur. 

Qatil general siyasi məhbus rolunda

Maraqlıdır ki, Qarabağ müharibəsi zamanı saysız-hesabsız azərbaycanlını qətlə yetirən, işğal edilmiş ərazilərdə böyük dağıntılar, talanlar həyata keçirən, mənsub olduğu millətin belə çörəyindən tutmuş namusuna qədər hər şeyini əlindən alan Babayan, 2018-ci ilin iyun ayında erməni mediasına verdiyi açıqlamada özünü siyasi məhbus kimi qələmə verir. Babayan israrla vurğulayır ki, Ermənistanda anti-demokratik bir idarəetmə var və hətta heyvan belə ölkənin bir nəfərin iradəsi ilə idarə edildiyini, həbs qərarlarının sadəcə bir nəfərin iradəsi əsasında gerçəkləşdiyini bilir. (4) 
Şübhəsiz, Ermənistanın anti-demokrati ölkə olması hər kəsə bəllidir və Babayan bunu vurğulamaqla hər hansı sirr açmış olmur. Babayanın etiraf etmək istəmədiyini yeganə şey onun hər şeyi ilə Ermənistandakı mövcud rejimə, bu rejimin işğalçı siyasətinə layiqliyidir. Hansı ki, bu layiqliyin onu günlərin bir günü Haaqa məhkəməsinə aparıb çıxaracağı şübhəsizdir. 

Seymur ƏLİYEV
Jurnalist-tarixçi


ƏDƏBİYYAT

1.Samvel Babayana Bakıdan bir ömür boyu unutmayacağı XƏBƏRDARLIQ...
 http://moderator.az/news/234490.html 

2.https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D0%B1%D0%B0%D1%8F%D0%BD,_%D0%A1%D0%B0%D0%BC%D0%B2%D0%B5%D0%BB_%D0%90%D0%BD%D0%B4%D1%80%D0%B0%D0%BD%D0%B8%D0%BA%D0%BE%D0%B2%D0%B8%D1%87 

3. Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında”. Bakı-2008. “İlay MMC” 2008. 344 səh. Səh – 278-279.
 
4. https://ru.armeniasputnik.am/politics/20180615/12673865/ya-stal-politzaklyuchennym-po-zakazu-zhivotnogo-samvel-babayan-rasskazal-o-svoem-dele.html

https://www.aravot-ru.am/2004/03/12/164108/

“Bakıda həbsdə olan generalın hazırladığı qiyam”
http://istipress.com/siyaset/23-03-2017/bakida-hebsde-olan-generalin-hazirladigi-qiyam 
 
https://az.wikipedia.org/wiki/Qondarma_Da%C4%9Fl%C4%B1q_Qaraba%C4%9F_M%C3%BCdafi%C9%99_Ordusu 

https://ordu.az/ru/news/123392/samvel-babayan-6-il-hebs-cezasina-mehkum-edilib 

loading...
loading...
"İqtidarı tənqid və təhqir etmirsənsə, ya yaltaqsan, ya mədhiyyəçi..."
22 il öncə oğurlanan portret divardan çıxdı - MARAQLI...+ VİDEO
Hovuzda şagirdləri ilə cinsi əlaqəyə girən müəllim həbs edildi - RƏZALƏT...
Meymun və donuzdan yeni bir canlı yaratdılar - MARAQLI
"Ziya Bünyadov, Xəlil Rza Ulutürk kimi milli mənafe düşüncəli 100 namizədimiz varmı?"
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Zəif parlamentlə güclü dövlət qurmaq olmaz" - Əməkdar elm xadimi ilə 2-ci söhbət...
Cəmiyyət
Cavid Qurbanov “Rusiya Dəmir Yolları” ASC-nin İdarə Heyətinin yekun iclasında çıxış edib
Dünya
Rus idmançı qadın bədəniylə kişilərə meydan oxuyur- MARAQLI...
İqtisadiyyat
“Bu cür hallarda tərəflər rəsmiləşdirməmənin ortaya çıxara biləcəyi riskləri gözaltına almalıdır...”
Cəmiyyət
“İnsanlar bu cür məsələlərdə məhkəməyə müraciət etmək əvəzinə, televiziya verilişlərinə üz tuturlar...”
Həftənin ən çox oxunanları
"Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" - Bakıda ŞOK OLAY - VİDEO
"Əndamın yansın, Roza" - Aparıcı efirdə özünü saxlaya bilmədi - FOTO
Pərvin Abıyeva: “Mənim üçün sevgidə yataq...” - VİDEO
İnsanların çoxu bu məsələdə seksdən daha çox həzz alır - Alimlərdən inanılmaz tədqiqat
Vaqif Əsədovdan təcili yardıma yol verməyən xanım sürücüyə: "Könüllü gəlsəniz..." - VİDEO
Bacısını efirə çıxartdı, əri zəng edib dalaşdı - Gərgin anlar
"Azərbaycan elə bilməsin ki, Njdenin heykəli ilə erməniləri Rusiyanın gözündən salacaqlar...”
Deputat keçmiş baş nazirin qızını 3 dəfə zorladı - atası susmağı tələb etdi...- RƏZALƏT
"Milli Məclisin Gəncəyə köçürülməsi həm Bakını fəlakətdən qurtarar, həm də..."
Xoşqədəm ATV və ANS-dəki - MƏVACİBİNİ AÇIQLADI
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247