Xəbər lenti
27/10/2020 [14:00]:
Düşmən mindən çox hərbçi itirdiyini etiraf etdi
27/10/2020 [13:57]:
Bağırov ona aşiq oldu, həyatını zindana çevirdi: Güllələnən ilk qadın pianoçumuz
27/10/2020 [13:57]:
Rusiyada COVID-19 əleyhinə növbəti peyvəndin istehsalına başlanılıb
27/10/2020 [13:51]:
Partiya sədrindən BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinə MÜRACİƏT...
27/10/2020 [13:46]:
“Putin eşitdirməyə çalışır ki, Qarabağa sülhməramlılar yeritmək istəyi gündəmdədir”
27/10/2020 [13:41]:
“Sentyabrın 27-dən bəri  bayram günlərimiz başlayıb...” -Qubadlının keçmiş hərbi komendantı
27/10/2020 [13:22]:
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı - Ermənistana XƏBƏRDARLIQ
27/10/2020 [13:16]:
"Uzağı 15 günə düşmən üzərində tam və qəti qələbə xəbərini səbirsizliklə gözləyirəm"
27/10/2020 [13:05]:
İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi...”
27/10/2020 [13:04]:
MN: Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur
27/10/2020 [13:02]:
“Müharibədən sonra hələ çoxlarına sözüm var, ölməsəm, onlara da sözümü deyəcəm, əl çəkən deyiləm...”
27/10/2020 [12:59]:
Fuad Muradov Rumıniyada erməni diasporunun fəaliyyətinə qarşı addımları müzakirə edib - FOTO
27/10/2020 [12:56]:
“Belə cılız hərəkət Türkiyəyə təsir etməz” – Məlahət İbrahimqızı
27/10/2020 [12:54]:
Donald Trampın seçki kampaniyasında Gəncə terroruna etiraz edilib
27/10/2020 [12:51]:
Pakistan səfiri: “Azərbaycanın cəsur Ordusunun torpaqlarını işğaldan necə azad etdiyini yaxından izləyirik”
27/10/2020 [12:49]:
Ermənilərdən ETİRAF: Azərbaycan bu istiqamətdə dövlət sərhədini bərpa edib
27/10/2020 [12:47]:
Ötən gün düşmən Tərtərə 147 top mərmisi, 4 raket atıb
27/10/2020 [12:42]:
Daxili İşlər Nazirliyi növbəti dəfə əhaliyə müraciət etdi
27/10/2020 [12:32]:
“Paşinyan ölümə göndərdiyi minlərlə erməni əsgərin ata-analarına cavab verməli olacaq”
27/10/2020 [12:26]:
Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır - Müdafiə Nazirliyi
27/10/2020 [12:24]:
"Ordunun atacağı addımlar həm savaşın, həm də masadakı danışıqların taleyini həll edəcək"
27/10/2020 [12:21]:
"Mən həyat məktəbinin 50 yaşlı məzunu olaraq saysız-hesabsız dərs aldım..."
27/10/2020 [12:16]:
Çeçenistanda Fransa prezidenti “dünyanın bir nömrəli terrorçusu” adlandırıldı
27/10/2020 [12:15]:
Atamı gözləyirəm...
27/10/2020 [12:08]:
“Biz gecə-gündüz vətənimizə xidmət edirik, hətta bir neçə imamımız cəbhədə vuruşur...”
27/10/2020 [11:55]:
Azərbaycan ordusunun işğaldan azad etdiyi 172 məntəqə interaktiv xəritədə - VİDEO
27/10/2020 [11:50]:
Mənsum İbrahimovun qardaşı oğlu Laçın uğrunda döyüşlərdə şəhid oldu -FOTO
27/10/2020 [11:45]:
Pakistanda partlayış: 7 nəfər ölüb, 70 nəfər yaralanıb
27/10/2020 [11:38]:
Bu hərbçimiz düşmənin atəş nöqtələrini dəqiqliklə məhv edir
27/10/2020 [11:35]:
Əsgərəm, ay ana!..
27/10/2020 [11:21]:
“Düşünürəm ki, Azərbaycan Ordusu qısa zamanda məsələyə son qoymalıdır...”
27/10/2020 [11:05]:
“Mən Gəncəyəm” adlı sənədli film çəkildi -FOTOLAR
27/10/2020 [11:01]:
“Başa düşməliyik ki, həm jurnalistlərin, həm ordunun və həm də dövlətin maraqları üçün bunlara əməl olunmalıdır...”
27/10/2020 [10:51]:
Dövlət başçısı: "Haqlı olmağımızı döyüş meydanında sübut edirik"
27/10/2020 [10:48]:
Dünya zənginləri 1 gündə 17 milyard dollar İTİRDİ
27/10/2020 [10:46]:
Prezident İlham Əliyev Azərbaycanın Qarabağ regionunun gələcəyini necə gördüyünü açıqlayıb
27/10/2020 [10:45]:
İlham Əliyev: "Biz hər bir halda bu torpaqları qaytaracağıq"
27/10/2020 [10:43]:
İlham Əliyev: "Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik"
27/10/2020 [10:37]:
Qubadlının mərkəzindəki erməni xaçı  belə yox edildi...-FOTOLAR
27/10/2020 [10:37]:
Hikmət Hacıyev “Al Jazeera” telekanalına müsahibə verib - VİDEO
27/10/2020 [10:31]:
Prezident: “Bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, əvvəl özlərinə baxsınlar”
27/10/2020 [10:28]:
Dövlət başçısı: "Həmsədrlərin fəaliyyəti münaqişənin həllinə deyil, onun dondurulmasına yönəlmişdi"
27/10/2020 [10:27]:
Prezident: “Konstruktiv yanaşma BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır”
27/10/2020 [10:26]:
Azərbaycan Prezidenti: "Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq"
27/10/2020 [10:24]:
Azərbaycan Prezidenti hərbi əməliyyatların hansı səbəblərdən başlandığını açıqlayıb
27/10/2020 [10:23]:
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
27/10/2020 [10:23]:
TDAV-dan Azərbaycana dəstək məktubu: Qəhrəmanlıq mübarizəsini qardaş Türkiyə qürurla izləyir
27/10/2020 [10:21]:
Vətən müharibəsinin 1 ayı tamamlandı- Azad olunmuş kəndlərin TAM SİYAHISI
27/10/2020 [10:16]:
BMT 1993-cü ildə bizim beynəlxalq hüquqdan irəli gələn haqqlarımızı rəsmləşdirib, qalıb icra edilməsi"
27/10/2020 [10:16]:
"Moskva ermənilərin xəyanətkarlığındansa, Azərbaycan və türk dostluğuna üstünlük verməkdədir"
27/10/2020 [10:10]:
"Bütün ermənilər Qarabağı tərk etməli, bundan sonra isə 30 il bizimlə ora qayıtmaq üçün danışıqlar aparmalıdırlar"
27/10/2020 [10:04]:
Separatçı başıboş "komandan"  “müdafiə naziri”nin yaralandığını etiraf etdi və...-FOTO
27/10/2020 [10:04]:
Tərtərə atılan “Smerç” raketi rayonun Buruc kəndinə düşüb
27/10/2020 [09:52]:
Separatçıların “müdafiə naziri” yaralanıb
27/10/2020 [09:51]:
Ermənilər Tərtərin Düyərli kəndini raket atəşinə tutub - FOTO
27/10/2020 [09:32]:
Milli Məclis bu günə iclas çağırdı - 8 məsələ müzakirə olunacaq
27/10/2020 [09:27]:
Çin ABŞ şirkətlərinə sanksiyalar tətbiq edəcək
27/10/2020 [09:26]:
Koronavirusla bağlı SON STATİSTİKA
27/10/2020 [09:25]:
Ermənistan Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu raket atəşinə tutdu
27/10/2020 [09:02]:
“Azərbaycan artıq Qarabağdakı erməni qüvvələrini məngənəyə sıxışdırır” - POL QOBL
27/10/2020 [08:14]:
Türkiyədə bir terrorçu öldürüldü, digəri özünü partlatdı- İTKİ OLMADI...
27/10/2020 [08:02]:
Erməni diviziyasının qərargah rəisi gəbərdildi!.. - Cəbhədə son vəziyyət...
27/10/2020 [07:56]:
Haqq yolunda mətanətli olmaq üçün oxunan dua hansıdır?..
27/10/2020 [07:45]:
Əsgərə məktub
27/10/2020 [01:23]:
Paşinyan bu dəfə Trampa gileylənir
27/10/2020 [01:04]:
Tanınmış konfliktoloq: "Prezidentə ancaq bircə söz demək istəyirəm, gözlərindən öpürəm!"
27/10/2020 [00:47]:
Xalqın İlhamı...
27/10/2020 [00:40]:
Torpaqları azadetmə əməliyyatlarının başlamasından bir ay ötür
27/10/2020 [00:29]:
Türkiyədə terror aktı törədilib - YENİLƏNİB + FOTO/VİDEO
26/10/2020 [23:59]:
İşğaldan azad olunan Qubadlı şəhəri - VİDEO
26/10/2020 [23:49]:
Niyə 13, Anna?
26/10/2020 [23:22]:
Türkiyədə antiterror əməliyyatı zamanı partlayış baş verib - FOTO
26/10/2020 [23:12]:
Sahiblərinin yanına qayıtmaq üçün 60 kilometr yol qət etdi - MARAQLI
26/10/2020 [22:48]:
Qubadlı rayonunun işğaldan azad olunan Xanlıq kəndi - VİDEO
26/10/2020 [22:45]:
Ananın əlləri qalxacaq göyə, Şəhid ruhlarına dua edəcək...
26/10/2020 [22:41]:
Bütün ABŞ bu uşaqdan danışır - İnsan skleti ilə dostluq etməyə başladı...
26/10/2020 [22:37]:
İranda hər 4 dəqiqədə bir insan koronavirusdan vəfat edir RƏSMİ ETİRAF
26/10/2020 [22:24]:
İbrahim Kalın ABŞ-ın Milli Təhlükəsizlik üzrə məsləhətçisi ilə Qarabağ problemini müzakirə edib
26/10/2020 [22:13]:
Türkiyədə son sutkada koronavirusdan 75 nəfər ölüb
26/10/2020 [22:05]:
Təlxəyin arvadı 13 nəfərlik dəstəsi ilə üstümüzə gəlir...
Bütün arxiv bir sırada
24/09/2018 [15:51] - Ədəbiyyat - ( 1538 dəfə baxılıb)

Sözlərin rəng assosasiyası... Qara rəngli “repressiya”... - VIII məqalə




                                                                               Repressiyanın 80 illiyinə həsr olunur...


VII məqalə burada: http://www.moderator.az/news/240948.html


 1937-ci il tarixini götürsək, repressiyadan 80 il keçir. 1917-ci il oktyabr inqilabından başlanan sovetizm yolundakı qantökmə reallığına əsaslansaq 100 il...  Bəlkə də repressiya faciəsi üçün tarixin və yaşın o qədər də önəmi yoxdur, başlanğıcı lap çarizm zamanına da aparıb çıxarmaq olar... Bizim - Azərbaycan xalqının tarixi taleyində  rus sovet hakimiyyətinin törətdiyi repressiya fəlakətinin isə yaşı 33 illik bir zamana (1920-1953) təsadüf edir... Azərbaycanda XI Qızıl ordunun basqısı ilə qurulan bolşevik hakimiyyəti zorakılıqla müstəqilliyimizi əlimizdən aldı. İlk böyük, tarixi repressiya aktı onda imzalandı... Stalinin ölümü ilə böyük repressiya layihəsi başa çatdı...

B.Vahabzadə yazırdı ki, “Arada-bərədə eşidirik: “Bizim xalq zülmə baş əyən müti xalq olduğundan Sovet imperiyasının zorakılığına 70 il dözüb susdu”. Amma yaxın tariximizi yaxşı bilən, onu Sovet təbliğat kitablarından deyil, həyatdan öyrənənlər belə düşünmür. 1920-ci illərdə Gəncə və Şamaxı, 1930-cu ildə Şəki, Zaqatala üsyanları, 1940-cı illərdə üstü açılan tələbə təşkilatları, 1950-ci illərdən sonra yaranmağa başlayan dissident ədəbiyyatını inkar etmək mümkündürmü?... 1988-ci ildəki Meydan hərəkatında öz başlanğıcını həmin üsyanlardan, tələbə təşkilatlarından, və dissident ədəbiyyatından götürdüyünü unutmamalıyıq”.

Azərbaycan xalqı üçün Stalin repressiyası daha sərt və amansız qaydalarla hərəkətlənirdi.  Bu yolda kimləri, nələri itirdik, saymaqla bitməz...

Mən bu mövzunu seçəndə bir, ya da iki məqalə yazacağımı düşünürdüm. Amma mövzunun saysız-hesabsız tezisləri 8 məqalə yazdırdı. Bu yazını isə son məqalə kimi qələmə alıram. Çünki, 33 illik  repressiya söhbəti 80 ildir bitmirsə, demək, 80 məqalə ilə də çözülüb qurtarılası deyil...

Niyə yazmaq istədim bu mövzuda? İlk növbədə ona görə ki, müəyyən “ölçülüb-biçilmiş” zamanlarda repressiya söhbəti məqsədli şəkildə ictimai-siyasi, sosial və psixoloji problem kimi analiz olunmur.  Çox zaman ədəbi, elmi-mədəni, siyasi fəaliyyət sahələrinin araqarışdıran, fikirçaşdıran “seçilmiş” nümayəndələri tərəfindən repressiya zamanında ölmüş və o zamandan sağ çıxmış adamları qarşılaşdırırlar. Onlardan birini xeyirin, o birini isə şərin nümayəndəsi kimi təqdim etməklə gündəmin mövzusu ola bilirlər...   Tarixi sənədlər, arxiv materialları, bu materiallarla məhz birbaşa təmasda olan tədqiqatçılar isə başqa faktlar qoydu ortaya. Sadəcə, bir problem ondadır ki, bəzi  müəlliflər əldə etdikləri arxiv materiallarını öz emosional münasibətini əlavə etməklə nəşr etdirib.  Bütün hallarda olmasa da, çox hallarda analiz, müqayisəli təhlillər, obyektiv qənaətlər kifayət dərəcədə deyil. Biz nə qədər ki ancaq Stalini lənətləməklə, repressiya qurbanlarının günahsızlığını sübut etməklə məşğul olacayıq, onda hadisədən 200 il keçsə də həmin qurbanların öz zamanları ilə kontrastlı xarakter mövqeyi və həmin zamanın siyasi, ideoloji təmayüllərinin mahiyyəti açılmamış qalacaq...

Repressiya qanunları Azərbaycan bolşeviklərində milli hissi öldürmüşdü. “Danos mütəxəssisləri” yetişdirilirdi. Və danos, yaltaqlıq, hesabat və ittiham məruzələrindəki qeyri-əxlaqi davranışlar təkcə şəxslər tərəfindən deyil, ölkənin rəhbərliyi səviyyəsində özünü göstərməkdə idi. Bağırov azərbaycançılıq yolunda özümü fəda edən R.Axundovu Sumbatovun ayaqları altına atmışdı, azərbaycanlıları ermənilər, ruslar, yəhudilər mühakimə edir, cəzalandırır, işgəncələrlə qətlə yetirirdi. Məsələn, XDİK-in rəhbər şəxslərindən biri Azərbaycan SSR XDİK-nın Xüsusi Müşavirəsinin şöbə rəisi dövlət təhlükəsizliyi kapitanı X.Qriqoryana məktub yazıb bildirirdi ki, “Qaçaq Həmidin yaxınlarından 32 ailə tərəfimizdən həbs edilərək Nuxa həbsxanasında saxlanılır. Bu adamların artıq 8 aydan çoxdur ki, həbsxanada saxlanılmasına baxmayaraq, siyasi quldur Həmid hələ də təslim olmayıb. Əgər əvvəllər belə hallarda siyasi quldurlar təslim olurdularsa, indi artıq bu üsul fayda vermir. Əgər biz bu adamları azad eləsək, camaatda belə bir fikir yarana bilər ki, Sovet hökuməti yerli əhalidən qorxur. Ona görə də Xüsusi Müşavirənin iclasında siyasi quldur Həmidin siyahıda göstərilən bütün qohumlarının respublikadan kənara sürgün olunması işinə baxılmasını məqsədəuyğun sayıram. Üç gündən sonra XDİK-nın üçlüyünün qərarı ilə bu 32 ailə respublikadan kənara sürgün edildi”. (F.Sabiroğlu)

Satqınlıq, böhtan atıb həbs etdirmək naminə yarışlar təşkil olunurdu.  Hansı qurum daha çox “xalq düşməni” təqdim etdi? - deyə...

Repressiya rejiminin amansız qanunları get-gedə sərtləşirdi. Məsələn, 1930-cu il üsyanlarını, anti-sovet hərəkat prosesini tarixi sənədlərdən oxuyarkən, heyrətlənməmək olmur. Kollektivləşmə, kolxozlaşma zamanı xalq daha cəsarətlə, yekdilliklə etiraz edir, bolşeviklərlə, onların partiyaları ilə mücadiləyə qalxırdı. Qaçaq, partizan dəstələrində yalnız fəhlə və kəndlilər olmurdu. Daha ciddi, siyasi təlimatlar əsasında təşkilatlanan cəmiyyətlərin izi görünürdü. 1930-cu ilin aprel ayında Şəkidə baş vermiş üsyan haqqında kitab yazan H.Manaflının Türkiyədə təhsil almış, müsavatçılıq və türkçülük ideyasını amalına, əqidə şüarına çevirərək bolşevizmə qarşı üsyana qalxan Məmmədəli Xələfzadə haqqındakı qeydi maraq doğurdu: “Məmmədəli Xəlfəzadə Müsavat Partiyasının Şəki özəyinin ilk rəhbəri olmuşdur. Türkiyədə təhsil alması onun dünyagörüşünə əhəmiyyətli təsir etmişdir. Məmmədəli Xəlfəzadə Şəkinin Küngüt, Zəyzid, Göynük və digər kəndlərini gəzərək Müsavat ideyalarını təbliğ edir, bu partiyanın guya bəylərin, varlıların partiyası olması haqqında təəssüratların yanlış olduğunu, xalqın bütün zümrələrinin mənafeyini qoruduğunu, milli birliyi təmin etməyə can atdığını təkidlə izah edirdi. “Türk millətindənəm, islam hümmətindənəm, qərb mədəniyyətindənəm” kəlamı onun dilinin əzbəri idi”.

Məlumdur ki, repressiya tək Azərbaycanda baş vermədi. SSRİ-yə daxil olan respublikalar bu sadizmi gözləri ilə gördü. Bizim ölkədə 80 minə qədər insan repressiya hərəkatının qurbanına çevrildi.  Ən böyük zərbə düşüncənin iflic vəziyyətə salınması ilə əlaqədar oldu. İnsan bioloji varlıq kimi həmişə məğlubdur. Yəni, cəzanın şiddəti, bədən, cism ağrısı iradəni, əqidəni, prinsipiallıq maneralarını alt-üst edə bilir. Necə ki etdi... O illərin tarixi gerçəkliyi sübut etdi ki, 1930-cu illər soyqırımında əli dost, həmkar “qanına batmayan” adam tapmaq müşküldən müşkül idi. Hər kəsin bu fəci olayda az, ya çox “payı” vardı. Sonralar  o hadisələrdən sağ çıxan adamların xatirəsini sıxıla-sıxıla, utana-utana danışması da həmin mənanı verirdi. Yaxın qohumlarımdan biri bəy nəslindən olan yaşlı kimyaçı qadın mən tələbə olanda bir xatirəsini əzab çəkə-çəkə danışdı. Deyirdi ki, “Akademik Şəfaət Mehdiyev müdirimiz idi, 1930-cu illərin axırları olardı,  bir gün məni yanına çağırtdırdı. Otağa girəndə dizlərim əsirdi. Böyük qardaşım neft mühəndisi, tanınmış mütəxəssis idi, həbs olunmuşdu. (Yanılmıramsa, söhbət Sultanov Baxış İsmayıl bəy oğlundan gedirdi-İ.M.) Onun adını çəkdi və məndən soruşdu ki, qardaşındı? On uşaqdan ən böyüyü və bizə ata olmuş  həmin qardaşımı hamımız çox istəyirdik. Mən inkar elədim, dedim ki, tanımıram və özümdən asılı olmayaraq hönkürə-hönkürə ağladım. Şəfaət müəllim yaxınlaşdı və yavaşca qulağıma dedi ki, “ayıb olsun, mən heç vaxt elə qardaşdan imtina etməzdim...” Daha da pərt vəziyyətə düşdüm... Amma ürəkləndim və sanki qorxu hissim yox oldu. O: Get... evdə hamıya salam de – dedi”.

Həbsxana kamerası, arxiv şəkli

Gördüyümüz kimi, əsil qiyamət səhnələri yaşanırdı, bacı qardaşdan, övlad atadan imtina etdiyi illər idi... Xatirələr unutdurulur, fotolardan belə başlar, üzlər  silinir,  kitablardan adlar kəsilib götürülürdü. Ədəbi mətbuat emosiya qarışıq hədə-qorxu, təhqir və ittiham meydanına çevrilmişdi.

Yazıçıları inandırmışdılar ki, onlar ölkədəki bütün anti-sovet hərəkatın gedişində məsuliyyətli və  günahkardırlar. Ona görə də Yazıçılar İttifaqı öz iclaslarında özünütənqid yoluna keçmiş,  psixoloji olaraq qorxu və məsuliyyət hissi ilə əsərlər yazmağa, siyasi notlu çıxışlar etməyə başlamışlar. Bitərəf olmaq xəyanətə bərabər tutulurdu. Tez -tez yazıçılar bir-birini “Sən niyə susursan?” –ittihamı ilə tribunaya çəkir, diqqət mərkəzinə gətirirdi.

Mehdi Hüseyn və digər “aktiv” yazıçılar yeni, novator, ədəbi havadan bir udum dadan, sərbəst şeir və modern poeziya həvəsi ilə əlinə qələm alan  Mikayıl Rəfilini və Rəsul Rzanı cinayətkar kimi mühakimə edirdi: “Rza, rəsmən əsərlərində Mayakovski yolu ilə getdiyini iddia edir. Bu, heç də belə deyildir. Rza Mayakovskinin formasını yaxşı anlaya bilməmişdir. Rza və Rəfili kimi şairlər Mayakovskinin təqlidçiliyə, meymunçuluğa nifrət etdiyini bilmirlərmi? Daha doğrusu, onlar Mayakovskidən öyrənmək məsələsini tam mənasilə ciddi və markistcəsinə irəli aparmaq əvəzinə, nə üçün onun yaradıcılığı ilə öz zəifliklərini pərdələyirlər”. 

R.Rza, A.Faruq, S.Vurğun, S.Rüstəm, tənqidçilərdən, xüsusən C.Xəndan və başqa şairlərin, yazıçıların da öz həmkarlarını tənqid edən məqalələri ədəbi mətbuatda yer alırdı...

Sözün, sənətin, ədəbiyyatın üstünə qılıncla gələn stalinizm nəzəriyyəsinin əsas diktəsi bu ittiham altında gizlənmişdi: “Yazıçılar “bolşevik sayıqlığının kütləşməsi” xəstəliyinə mübtəla olmuşdur!”

“Ədəbiyyat qəzeti” daha operativ idi bu prosesdə. Artıq sənət, ədəbiyyat, mədəniyyət, estetika prinsipləri gözə görünmürdü. Hətta ədəbi-mədəni, maarifçilik missiyalı  mətbuat orqanı kimi tanıdığımız “Azərbaycan” jurnalı   1923-1927-ci illərdə “Maarif və mədəniyyət, 1928-1936-cı illərdə “İnqilab və mədəniyyət” adı ilə çıxsa da,  repressiyanın və anti-milli siyasətin məğzinə uyğun olaraq 1936-1941-ci illərdə “Revolyusiya və kultura” kimi nəşr olunmağa başladı. Sırf ideoloji tendensiya silahı olan dərgi müharibə illərində tam başqa istiqamətli bir adla - “Vətən uğrunda”, müharibə bitər-bitməz isə yenidən  “İnqilab və mədəniyyət” (1946-1952-ci illər) adı ilə fəaliyyətə başladı.   1953-cü ildən bu günə kimi isə “Azərbaycan” adlandırıldı... 

 


Bir çox repressiya qurbanları kimi böyük maarifçi alim R.Axundovun da  adını kitablardan oxucular belə kəsib çıxarırdılar.

LUGET


Redaktory R.Axundov


Cild I


A-O


Repressiyanın mənəvi-psixoloji travmaları, insan şüurunu, təfəkkürünü, ali hisslərini iflic vəziyyətə salan zərbələri hələ də sağalmaq bilmir. Ailələr dağıdılırdı. Ər güllələnir, arvad 8-10 il həbsxana həyatı yaşayır, körpələr, yeniyetmə övladlar bir-birindən ayrılaraq müxtəlif müəssisələrə göndərilirdi. Ocaqlar söndürülür, nəsil-kök genefondu tar-mar olunurdu...

İnsanların rəğbət, sevgi, inam hissi məhv edildi. Hələ də qaytarılmayan inamı edam etdilər o illərdə. Sədaqət hissinin davamlılıq dərəcəsi yoxlanıldı və məğlubiyyətlə tamamlandı. H.Cavid, Ə.Cavad, M.Müşfiq, R.Axundov, H.Zeynallı, V.Xuluflu, Y.Çəmənzəminli  kimi sözə, ədəbiyyata, əqidəyə sadiq insanlar belə iradələrinin əksinə çıxdı, diktə edilən ifadələrə imza atdılar. “H.Cavidin özü belə məhkəmə prosesində 1926-cı ilə qədərki yaradıcılığında “xəta” olduğunu etiraf etmişdi. Bildirirdi ki, o sovet ideologiyasından çox uzaq olmuş və “kütlələrin anlamadığı anlaşılmaz bir dillə yazmışdır”. Yazar daha sonra bildirirdi ki, sonralar bu xətaları düzəltmişdir. Onun bioqrafiyasında da 1926-cı il tarixi dönüş nöqtəsi kimi qeyd olunurdu” (“Məhv edilmiş türkoloqlar”) H.Cavidin sovet hökumətinə qarşı fərqli münasibətini ifadə edə biləcək “Azər” poeması 1926-1936-cı illərdə yayımlanmışdı.

“Türk dünyasının Şekspiri” və onun mürşidi” adlı məqaləsində S.Carçı  göstərirdi ki, Sultan Əbdül Həmidə qarşı etdiklərinə görə sonradan peşimançılıq ifadə edən mövqe təkcə Rza Tofiqə yox, həm də tələbəsi Hüseyn Cavidə aid idi. Gənclik illərində sultana qarşı çılğınlıqla çıxış edən Cavid də  sonralar onu tənqid etməkdə səhv etdiyini etiraf edir... Rza Tofiqin həyat və yaradıcılığında diqqəti ən çox çəkən məqam “İttihad və Tərəqqi” üzvü olduğu zaman Sultan Əbdülhəmidi tənqid etməsi, sonra isə ondan üzr diləyən şeirlər yazmasıdır...

S.Carçı H.Cavidin mühakimə qovluğunu oxuyarkən bəzi faktlar diqqətini çəkmişdir: “Ad çəkmək lazım gələndə əsasən dünyadan köçmüş insanların adını çəkən Cavid əfəndi bir adamın da adını çəkir. Müəllimi Rza Tofiqin…”

Və daha sonra müəllif diğər tədqiqatçıların da təsdiq etdiyi fikri bu cür ifadə edir: “Amma ifadələrin də hansı formada, necə işgəncələrlə alındığı hamıya bəllidir. Bir nəfər tutulub yalandan yüz nəfərin üzünə qoyulub. Və sonradan bu yüz nəfəri də amansız işgəncə yolu ilə (saatlarla ayaq üstə saxlayaraq, rezin dəyənəklə ölümcül döyərək) yalandan bir-birinin üzünə qoyublar. Əlehinə olan ifadələrdən birində H.Cavid barədə deyilir:

“… Cavid ona görə təhlükəli düşməndir ki, Müsavat höküməti dövründə partiyada olmayıb, amma Sovet höküməti qurulandan sonra onlara qarşı nəsə bir şey yazmaqdan imtina edib…

… Müsavatçılar onu “Türk dünyasının şekspiri” adlandırırdı”.
Başqa bir ifadə verən isə deyirdi:

“Hüseyn Cavidin Müsavat şipyonkası Mədinə xanım Qiyasbəyli ilə əlaqəsi var idi”.

Repressiyanın “sürgün” adlı məşəqqətli cəza növü də mövcud idi. Yüzlərlə ailə çirkli və ağzına qədər dolu vaqonlarda  Orta Asiyanın çöllərinə göndərilirdi. Sibirdə təkcə isti, günəşli həyatını  deyil, həm də ümidlərini itirən insanlar ən doğma adamlarını ancaq yuxularda görə bildi... “1937-ci il may ayının 10- da 600 ailə yük vaqonlarında əsgərlərin müşayiəti ilə ömürlük yaşamaq üçün Orta Asiya çöllərinə yola salındı. 1937-ci ilin iyunundan başlayaraq isə xüsusi qrafik üzrə Azərbaycandan Orta Asiya və Sibirə belə eşalonların yola salınmasına başlandı. SSRİ Daxili İşlər Nazirliyinin 19 yanvar 1955- ci il tarixli 0026 №-li Əmrinə əsasən repressiya olunmuşların 26 min işin yandırılması bu əməliyyatın dəqiq miqyasını göstərməkdə çətinliklər yaradır. Lakin bəzi sənədlərə əsasən aydınlaşdırmaq olur ki, 1937- ci ildən sonra Naxçıvan MR-dan 957, Biləsuvardan- 290, Astraxanbazardan- 205, Əli Bayramlıdan-145, Karyagindən155, Cəbrayıldan- 205, Ağcabədidən- 195, İmişlidəndən- 348, Masallıdan- 208, Noraşendən- 417, Naxçıvan şəhərindən- 185 və Bakı şəhərindən – 218 ailə sürgün olunub”.

Təkcə 1937-ci ildə Azərbaycanda “xalq düşməni” kimi 29 min nəfər güllələnmiş və ya sibirə sürgün edilmişdi. (F.Sabiroğlu)

            “Böyük təmizləmə” əməliyyatı, əksinə, çoxlu çirkab, bataqlıq mənzərələri yaratdı. İnsanlar ictimai-siyasi, sosial-mədəni həyatlarında oyuncaq kimi istifadə edildi.  Susmağı, nahaqqa boyun əyməyi, yalançılığı, xəbərçiliyi vərdişə çevirdilər... Stalin XX əsrdə dünyanın qlobal hadisələri sırasına öz diktəsi ilə çox təsir göstərdi, amma bu əsrdə onun “şah əsəri”  “sovet insanı” adlı kiçildilmiş insan fiqurları oldu. Sovet insanı qorxulu bir canlı çeşididir. Onun içində şübhə, qorxu, yaltaqlıq, böhtan və səcdə toxumları var. Göyərdikcə göyərir...  Öldürmək olmur bu parazitləşmiş sindiromları. Nədən danışırsa danışsın, necə yaşayırsa yaşasın, hansı adla tribunaya çıxırsa çıxsın  bu Stalinin bic balaları kimi dünyaya səpələnən sovet vətəndaşları hər yana bolşevik siyasətinin qoxusunu, qorxusunu yayır. Hətta müstəqillik illərində bu insana elan etdilər ki, daha sən kölə deyilsən, azadsan, sərbəst və daha ciddi, daha ağıllı şəkildə düşünə bilərsən. Amma o bu imtiyazdan, etimaddan elə hey şübhələndi... Və öz mənfur başlanğıcına - sovet qlafına doğru süründü... Bu insanlar məlum ifadə ilə desək, “inqilabdan doğulmuşlar”, yox, “repressiyadan doğulmuşlar” oldu...

 Repressiya ilə bağlı yazımı yekunlaşdırmaq istəyirəm, çünki mətləb uzandıqca uzanır, və məlum olur ki,  “Kim kimi satdı?”- sualı ilə repressiya faciəsinin məğzini açmaq mümkün deyil.  Çünki, bütün iradələr, dözümlər, etirazlar bu və ya diğər şəkildə susdurulmuş, sındırılmış, məhv edilmişdir... 

Amma böyük bir həqiqət var ortada! Həqiqət... O həqiqət ki, yüz dəfə qılıncdan keçirilsə də yenidən doğula bilir...  Yuxarıda sözügedən kitabdan (“Şəki üsyanı”) bir  nüansı diqqətinizə çatdırmaq istəyirəm.

“Qocaman pedaqoq Nizam müəllim xatırlayırmış: 1930-cu ilin yaz günlərindən birində Məşədi Məcid mənə yaxınlaşıb Qalaya (Şəki həbsxanasına) hücum edəcəklərini, Sovet hökumətini devirəcəklərini bildirdi. Mən çubuqla yerdə, toz üzərində iri bir dairə, onun içərisində isə nisbətən kiçik dairələr çəkdim. Sonra dairələrin içərisinə nöqtələr düzərək izah etməyə başladım. Bax bu iri dairə Sovet hökumətinin ərazisidir, qismən xırda dairələr respublikaların torpaqlarıdır, nöqtələr isə rayonlardır. Həmin nöqtələrin birində, yəni Şəkidə üsyan qaldırmaqla belə nəhəng əraziyə malik olan hökuməti necə devirmək olar? Nizam müəllimin bu izahatından sonra Məşədi Məcidin üzündə ani olaraq bir ümidsizlik ifadəsi dolaşmış və heç nə demədən atın belinə sıçrayaraq oradan uzaqlaşmışdı”.

Nazim müəllimin çubuqla cızdığı “dairə həqiqətləri” Məşədi Məcid üçün də aydın idi. Lakin yolundan dönmədi... Balaca bir qəsəbənin anti-sovet mübarizəli qəhrəmanları imperiyaya güc gələ bilməzdi, amma bu kiçik məkanların insanlarının içərisindəki azadlıq, müstəqillik havası rəsmi məlumatlarda, dövlət sənədlərində tarix kimi həkk olunur, Kremlə yollanırdı. Xalq sovet hökumətinə qarşı üsyana qalxıb müstəqillik istəyirdi...  Arxivlər açılanda biz özümüzü yenidən tanıdıq və bizi tanıdılar...

Sonda çox tez-tez misal çəkdiyim bir tarixi faktı da yada salmaq istəyirəm. Liviyanın əfsanəvi qəhrəmanı Ömər Muxtar bir neçə yüz adamlıq dəstələri ilə imperialistlərə, onlaın azadlığını əlindən alan İtaliya ordusuna qarşı mübarizə aparır və sonda əsir götürülərək edam edilir.

“1932-ci ildə Mədinədə Məhəmməd Əsədə Ömər Muxtarın şəhid olması barədə xəbər çatdıqda belə dedi: “Ömər Muxtar öldü... Bu Sireneyka aslanı, yetmiş yaşlı ağsaqqal olmasına baxmayarq xalqının azadlığı üçün  sonuna qədər savaşan Ömər Muxtar demək öldü... İztirab və əziyyətlərlə davam edən on il boyunca ən müasir silahlarla, təyyarələrlə, artileriya ilə təhciz edilmiş düşmən ordularına, özündən ən azı on qat daha böyük İtaliya qüvvələrinə qarşı xalqın mübarizəsinə bayraqdar olan Ömər Muxtar... Karabinlərdən və bir neçə atdan başqa bir şeyləri olmayan, yarı ac mücahidlərinin başında nəhəng bir əsir düşərgəsinə çevrimiş bir ölkənin son qarışına qədər ölüncə vuruşan qoca Ömər Muxtar...” 

Ömər Muxtar haqqında filmin sonunda heç vaxt yadımdan çıxmayacaq təsirli məqam var. İtalyan general ona sual edib soruşur ki, sən ağıllı adamsan, bilirdin ki, o kiçik dəstələrlə bu qədər böyük gücün qarşısında dayana bilməyəcəksən, nədən mübarizə apardın? Ömər Muxtar cavabında deyir ki, bilirdim ki, məğlub olacayıq. Amma mübarizə apararaq məğlub olmaq, təslim olaraq məğlub olmaqdan daha şərəflidir. Biz azadlığımız üçün döyüşdük. Biz əsla təslim olmarıq. Ya qalib gələrik, ya da ölərik. Hələ siz bizdən sonrakı nəsillərlə də vuruşacaqsınız. Onlardan sonrakılarla da! Mənə gəlincə, mən cəlladlarımdan daha uzun yaşayacam!

Azərbaycan xalqı min dəfələrlə ölüb dirilən, amma külündən od yaradıb yenidən var olmağı bacaran Səməndər quşu kimi ölməzdir... Repressiya ağrıları əslində keçməsə yaxşıdır. Yaşayan ağrılar daha çox var edir milləti... Ağrıları olmayan millət mübarizə apara və yaşaya bilməz...

“Repressiya” kəlməsinin rəng assosasiyası heç dəyişmədi... Yaddaşımızda qara, ağrı çaları, amma həm də qürur hissi doğuran şərəf nişanəsi ilə qaldı. Biz susmadıq, azad, müstəqil və böyük olmaq istədik və bu yolda öldük... Daha doğrusu, ÖLƏ BİLDİK!

Qeyd: Şəkillər gənc tədqiqatçı D.Əhmədin koleksiyasından götürülüb.


VII məqalə burada: http://www.moderator.az/news/240948.html 

 

SON

 

28.01.2018.

 

İradəMusayeva

 

 

 

 

loading...
"Mən həyat məktəbinin 50 yaşlı məzunu olaraq saysız-hesabsız dərs aldım..."
"Bütün ermənilər Qarabağı tərk etməli, bundan sonra isə 30 il bizimlə ora qayıtmaq üçün danışıqlar aparmalıdırlar"
Sahiblərinin yanına qayıtmaq üçün 60 kilometr yol qət etdi - MARAQLI
Bütün ABŞ bu uşaqdan danışır - İnsan skleti ilə dostluq etməyə başladı...
Təlxəyin arvadı 13 nəfərlik dəstəsi ilə üstümüzə gəlir...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“Sentyabrın 27-dən bəri  bayram günlərimiz başlayıb...” -Qubadlının keçmiş hərbi komendantı
Cəmiyyət
“Düşünürəm ki, Azərbaycan Ordusu qısa zamanda məsələyə son qoymalıdır...”
Cəmiyyət
“Başa düşməliyik ki, həm jurnalistlərin, həm ordunun və həm də dövlətin maraqları üçün bunlara əməl olunmalıdır...”
Hadisə
Qubadlının mərkəzindəki erməni xaçı  belə yox edildi...-FOTOLAR
Siyasət
BMT 1993-cü ildə bizim beynəlxalq hüquqdan irəli gələn haqqlarımızı rəsmləşdirib, qalıb icra edilməsi"

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Verdizadə
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
Həftənin ən çox oxunanları
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247