Xəbər lenti
28/02/2020 [13:42]:
Türkiyə rus helikopterini vurdu - Şəhidlərin qisası alındı (ANBAAN VİDEO)
28/02/2020 [13:21]:
Koronavirusun vurduğu Çini bir də ABŞ vurdu: Həm də sözün həqiqi mənasında...
28/02/2020 [13:17]:
Avropaya getmək istəyən suriyalılar Türkiyə sərhədinə yığılır - FOTOLAR
28/02/2020 [13:13]:
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verdi
28/02/2020 [13:10]:
Sumqayıt hadisələrindən 32 il keçir...
28/02/2020 [13:07]:
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu - RƏSMİ
28/02/2020 [12:59]:
“Ölkə başçısının bu sərəncamını alqışlayıram, amma...”
28/02/2020 [12:45]:
Zakir Həsənov Türkiyəyə başsağlığı verdi
28/02/2020 [12:43]:
Bakı I Media Forumu keçiriləcək
28/02/2020 [12:41]:
İstanbul Universitetində Xocalı soyqırımı konfransı - FOTOLAR
28/02/2020 [12:36]:
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi
28/02/2020 [12:33]:
“Əsədə cəsarət verən Rusiyadır və bunu Türkiyə də bilir...”
28/02/2020 [12:27]:
Göyərtəsində 100-dən artıq sərnişin olan təyyarənin ön şüşəsi çatladı
28/02/2020 [12:27]:
Koronavirusun insan hüceyrəsinə necə nüfuz etməsi  görüntüləndi...- FOTOLAR
28/02/2020 [12:26]:
Koronavirus azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərib? - QMİ-dən açıqlama
28/02/2020 [12:22]:
“Koronavirus təhlükəsinə görə tədbirlərə məhdudiyyət qoyulmayacaq”
28/02/2020 [12:19]:
Rusiya “Kalibr”lə silahlanmış gəmiləri Suriyaya göndərdi
28/02/2020 [12:17]:
Bərdədə qadının qətlinə görə qonşusu tutuldu
28/02/2020 [12:04]:
Bakı sakinləri: "Amerika koronavirusu qəsdən yayıb" - VİDEO
28/02/2020 [12:01]:
Aygün Kazımovanın canlı efirdə fonoqramı kəsildi - VİDEO
28/02/2020 [11:53]:
İlham Əliyev nazirlərin toplantısında iştirak edir
28/02/2020 [11:51]:
Tarixdə dəfələrlə Rusiya ilə qarşı-qarşıya gəlmiş türk dövlət ağlının Rusiyanı hələ də yaxşı tanıya bilməməsi...
28/02/2020 [11:51]:
Həbs edilən sabiq icra başçısı rayonu belə talayıb - FAKTLAR/FOTO
28/02/2020 [11:48]:
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
28/02/2020 [11:44]:
Ekspertdən sensasion iddia: “İdlibdəki qanlı əməliyyatı İran başladıb”
28/02/2020 [11:42]:
Mehriban Əliyeva bıçaqlanan qadınla bağlı tapşırıqlar verib
28/02/2020 [11:41]:
Monqolustan prezidenti koronavirusa görə karantinə alındı
28/02/2020 [11:32]:
Oğuzdakı qətlin təfərrüatı: Yonca toxumu üstündə qan töküldü
28/02/2020 [11:30]:
Azərbaycan XİN: Başın sağ olsun, Kardeş Türkiye!
28/02/2020 [11:28]:
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak etdi - FOTOLAR
28/02/2020 [11:26]:
“Koronavirusa qarşı peyvənd bir neçə həftə sonra  hazır ola bilər”- YƏHUDİ ALİMLƏR...
28/02/2020 [11:22]:
Azərbaycanda iki vəzifəyə TƏYİNAT
28/02/2020 [11:20]:
Rusiya kruiz raketləri ilə yüklənmiş iki freqatını Suriya sahillərinə göndərdi...
28/02/2020 [11:16]:
MN rəsmisi: “Türkiyənin müasir silah-sursat və hərbi texnikası Azərbaycana tədarük olunacaq”
28/02/2020 [11:11]:
Vilayət Eyvazov mayoru rəis təyin etdi
28/02/2020 [11:01]:
Parisdə Dağlıq Qarabağla bağlı beynəlxalq konfrans keçirilib - FOTOLAR
28/02/2020 [10:59]:
“Bizim təyyarələr hava hücumunda iştirak etməyib...” - 33 türk əsgərinin şəhid olmasına Rusiyadan açıqlama....
28/02/2020 [10:57]:
Azərbaycanlı jurnalist Macarıstan mediasında Xocalıdan yazdı
28/02/2020 [10:53]:
İsmayıl Vəliyev eşşək südünün litrini 80 manata satırmış - Həm icra başçısı, həm "iş" adamı...
28/02/2020 [10:52]:
“Burda səhlənkarlıq, başısoyuqluq etmək olmaz...”
28/02/2020 [10:48]:
Dövlət Sərhəd Xidmətindən koronavirusla bağlı VACİB AÇIQLAMA
28/02/2020 [10:41]:
ABŞ Türkiyəni S-400 raketlərindən imtina etməyə çağırdı - FOTO
28/02/2020 [10:33]:
Türk generallar sərhəddə: Əsədə endirilən zərbələrin - Videosu
28/02/2020 [10:31]:
Azərbaycanda daha bir dəhşətli cinayət: Qonşusunu güllələyib öldürdü
28/02/2020 [10:29]:
"Belə bir vaxtda yalnız düşmən ermənilər Azərbaycanda mitinq keçirilməsini arzulaya bilər"
28/02/2020 [10:27]:
"Ha dedik Rusiyaya güvənilməz, sözümüzə baxmadılar..."
28/02/2020 [10:23]:
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
28/02/2020 [10:21]:
Hülusi Akar Hatayda yaralı əsgərləri ziyarət edib
28/02/2020 [10:18]:
Azərbaycanda koronavirusla bağlı "qaynar xətt" fəaliyyətə başladı
28/02/2020 [10:05]:
Suriyanın itkiləri: 17 gündə 1709 əsgər, 55 tank
28/02/2020 [10:04]:
Bərdədə qadının amansız qətli: “Övladları olmayıb, əsas problemləri...”
28/02/2020 [09:58]:
Əsəd hücumun əvəzini çox ağır verəcək - Vitse-prezident
28/02/2020 [09:55]:
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
28/02/2020 [09:50]:
Ermənilər snayperləri işə saldılar - Cəbhədə təxribat
28/02/2020 [09:49]:
Gevorkyan: “Xocalı əməliyyatına Koçaryan və Sarkisyan rəhbərlik edib”
28/02/2020 [09:47]:
Fəlsəfə doktorundan qəribə AÇIQLAMA: “Haram qidalar insanın qeyrətində də problemər yaradır”
28/02/2020 [09:47]:
Gürcüstanla Ermənistan arasında beynəlxalq qalmaqal yetişir?
28/02/2020 [09:46]:
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
28/02/2020 [09:44]:
Bakıda yüksək sürət qəzaya səbəb oldu - ANBAAN VİDEO
28/02/2020 [09:41]:
Türk əsgərlərinin şəhid olduğu hücum – VİDEO
28/02/2020 [09:23]:
Suriyada Əsəd rejiminin əsgərləri bombardman edildi
28/02/2020 [09:22]:
Həkimlər ilanın mədəsindən dəsmal çıxardılar – VİDEO
28/02/2020 [09:18]:
Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub
28/02/2020 [09:15]:
Daha bir ölkədə koronavirus qeydə alındı
28/02/2020 [09:12]:
Bərdədə qadın balta ilə qətlə yetirildi
28/02/2020 [09:07]:
Roma Papası xəstəlik səbəbindən messa keçirtməkdən imtina etdi
28/02/2020 [09:04]:
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub - YENİLƏNİB
28/02/2020 [09:01]:
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
28/02/2020 [08:58]:
Çin Pakistana on minlərlə “bioloji silah” göndərmək niyyətindədir
28/02/2020 [08:57]:
Çində koronavirusa yoluxanların yarısı sağaldı
28/02/2020 [08:35]:
Putinin Moldovada şəxsi şərab anbarı üzə çıxdı...-FOTOLAR
28/02/2020 [07:40]:
Polislər mollalarla birgə sürücülər üçün maarifləndirici aksiya keçirdi...-İBRƏTAMİZ-FOTO
28/02/2020 [07:11]:
Bir tacirin 4 arvadından hansı onunla bərabər ölməyi qəbul etdi?..-İBRƏTAMİZ RƏVAYƏT
28/02/2020 [01:06]:
"Xəstə, sağlam halıma baxmadan tökdüyüm təri şərəfsiz, alçağa halal etməyəcəm..."
28/02/2020 [01:00]:
"Natavan uğur qazanıbsa, “ruzisi ilə oynayım, cadu etdirim” deyə düşünürsüz, utanın, ayıbdır"
28/02/2020 [00:46]:
DTK-nın ermənilərlə birlikdə törətdiyi Sumqayıt hadisələrinin ildönümüdür
28/02/2020 [00:43]:
"İndi şərəfsiz ermənilər və onların arxasında duranlar bu şəklə baxsın və qiymət versinlər"
28/02/2020 [00:01]:
"Düşmənin dilini öyrənmək lazımdır, amma bunu lazımi səviyyədə edə biləcəyikmi..?"
27/02/2020 [23:07]:
Azərbaycanda ilk: “Ermənicə-Azərbaycanca lüğət” çap edildi - FOTOLAR
27/02/2020 [22:59]:
Azərbaycan Gürcüstanda yeni layihələrdə iştiraka dəvət olundu
Bütün arxiv bir sırada
21/09/2018 [09:49] - Reportaj - ( 4460 dəfə baxılıb)

Tatar çölü Rusiya: Kazandan tarixi-infantil foto-reportaj





İyirmi ilin söhbəti olar, telefonuma “Mayak” radiosunun çağrı siqnalını yazdırmışdım. Bəlkə xatırlayarsınız, “Moskva gecələri” melodiyasının ilk taktı idi. Hər zəng gələndə telefonum bir vaxtlar sovet xalqını yuxudan oyadan o məşhur musiqini çalırdı.

Bir dəfə varşavalı polyak tanışım zəngi eşidib qəribə nəzərlərlə üzümə baxmışdı: “Sənin də sovetə nostaljin varmış?” Məni kommunistlərdən zəhləsi gedən kimi tanıdığından təəccüblənmişdi.

“O mənə soveti yox, uşaqlığımı xatırladır”, demişdim. Başa düşməyəndə izah eləmişdim ki, bu musiqi müxtəlif adamlarda fərqli duyğular doğurur: birində uşaqlıq dövrə xiffət, birində tarixə nifrət, bir başqasında da sovetə nostalji. Mənim uşalığım sonralar öyrənib dəhşətə gəldiyim sovetdən uzaq, atalı-analı, qayğısız idi.

Brejnevle

SSRİ lideri Brejnevin portreti. Kazan Milli muzeyi

İndiki gəncliyin mən yaşda keçmiş sovet adamını sonacan anlaması bir qədər qəliz məsələdi. Bizim nostalji duyğularımız onları da polyak tanışım kimi yanılda bilər. Amma neyləyəsən, bu da bizim ömrümüzdü – dünyanın ikrah qarışıq qorxuyla andığı bir ölkədə keçən uşaqlıq ömrü.

***

Avropa ölkələrinə bir-iki tranzit keçidi hesaba almasam, axırıncı dəfə Rusiyada uzaq 1993-cü ilin yayında olmuşdum. Cəlbedici gəlməyib, əksinə, elə bil, hansısa daxili qüvvə məni uzaq tutub bu ölkədən.

Rusiya (SSRİ qarışıq) xalqımızın Avropanı, onun kültürünü, ümumbəşər dəyərlərini tanımasında, bu dəyərləri mənimsəyib müsəlman Şərqinin ilk sekulyar mədəniyyətini formalaşdırmasında əsas körpü, həlqə olub. Bunu mən də bilirəm.

Eyni zamanda onu da bilirəm ki, o, bizim tarixi bəlalarımızın baiskarıdı. Çox uzaqlara getmirəm heç, şahidi olduğum 20 yanvar qırğını, Qarabağın işğalında erməni yandaşlığını deyirəm. Bu bəlaları yaşamış, acısını ömründən keçirmiş biri kimi yazıram.

Mədəni təsir dairəsindən bir qədər uzaqlaşsaq da, bu gün Rusiyanın siyasi, hərbi basqısını qorxulu hənirti kimi hələ də duyuruq.

Dediyim odu ki, içi biz qarışıq metropoliya xalqları müstəmləkəsi olduğu dövlətə ikili duyğu bəsləyir, sıx əlaqə telləri müstəqillik qazanandan sonra da qalır. Bu əlaqələrin başında dil, mədəni, iqtisadi bağlar durur. Məsələn, Fransanın Əlcazir xalqının başına açmadığı oyun qalmamışdı, bu gün Əlcazirdə əhalinin 40 faizi ərəb diliylə yanaşı fransızca da danışır.

Yəqin sizdə də belə gizli duyğu var – özümdən deyim ki, rus xalqına məhrəm duyğuların baş qaldıran anları az olmayıb məndə, qəlb tellərinə toxunan, uşaqlıq yaddaşını oyadan filmlər, kitablar, musiqilərlərlə baş-başa qalanda.

kazan geceleri

Kazan gecələri

Misal üçün ikisini deyim. İsveçə qastrola gələn Sankt-Peterburq Marinsk teatırının ifasında “Qu gölü” baletinə baxmaq üçün məni 600 kilometrlik yol qət etməyə də, Rostov musiqi teatrının qala-konsertinə aparan da o duyğular olub. Bu konsertlərin təsiri mənə “Sonalar gölü”nün sahilində”,  bir də “Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı” esselərini yazdırdı. Bloqumda var, oxusanız demək istədiklərimi daha aydın biləcəksiniz.

Amma bu yazdıqlarım o fikrə gəlməsin ha, mən də nənnisində “bayu bayuşki” ilə yuxuya getmişlərdənəm. Əsla! Mən nənəmin laylaları ilə yatar, evlərinin məhəccərindəki radiodan gələn aşıq musiqiləriylə oyanardım.

Qəlb duyğuları öz yerində, beynin yadda saxladığı acılar “qapı köpəkləri” təki oyaqdı, sərvaxtdı. Bu “qapı köpəkləri” çox qorxuncdular. Qorxuda isə sevgiyə yer olmur. “1813”, “28 aprel”, “20 yanvar” çoxsaylı “qapı köpək”lərindən yalnız üçcə dənəsidi.

sosialist muzeyi

Sosializm muzeylərdə yaşayır

Rusiyaya bu təzadlı duyğularımın təbii ki, izahı var. Bu yazıda qəsdim o deyil. Qəsdim heç Tütçevin razılaşmadığım məşhur “Rusiya ağılla dərk edilməz” misrasına şərh yazmaq da deyil.

Bir də ki, Rusiya ruslar üçün dərkedilməz ola bilər, onun əsarətində yaşamış xalqlar onu yaxşı tanıyır, yaxşı dərk edirlər.

***

Kazana onun “beliy noç” saatlarında çatdıq – səhər saat 3 idi, amma elə bilirdin günün günorta çağıdı. Bu 10 günlük səfərdə uşaqlıq dostlarım Müşfiq, Rauf, Moskvadan görüşümüzə gələn İlqar mənə illərin sevincini bəxş etdilər.

Otuz ildi Kazanda yaşayan uşaqlıq dostum Müşfiq Qənizadəyə qonaq gələcəyimi neçə il idi söz verirdim. Bu yay alındı. Bəribaşdan onu deyim ki, səfərin bu yay baş tutmasının orada keçirilən futbol üzrə dünya çempionatına qəti dəxli yox idi. Dünya çempionatının oyunlarına həvəslə baxsam da, biletə ən azı 200 avro verməyə əlim gəlməzdi. Dostumun yanında xəsis görünməmək üçün bəhanə də fikirləşmişdim: “Bir “avropalı” kimi mən də bu çempionatı boykot edirəm!”

Müşfiq də məni tək qoymadı, aldığı bileti səfərdə mənə yoldaşlıq edən oğlum Uğura bağışladı. “Onların yaşında biz dünya çempionatına Ağdamda televizorda baxardıq, nə vaxtsa stadionda tamaşa eləmək heç ağlımızın ucundan belə keçməzdi. Qoy gedib baxsınlar”.

Polşa – Kolombuya oyununa baxmağa oğullar getdi.

kazan arena

Polşa – Kolombiya oyunu. Kazan arenası

…Səfər öncəsi görüb gəzmək istədiyimiz yerlərin siyahısını tutmuşdum. İlk günlər bizi qonaq çağıran tatar dostların məsləhət bildikləri yerləri də siyahıya əlavə etdim.

Bu səfərdə oğluma həm uşaqlıq dostlarımı, həm də neçə əsr taleyimizlə oynamış bir ölkəni tanıtmaq istəyirdim. Araya salıb Avrasiya qitəsinin az qala yarısını tutan türklərdən də danışır, Kazan tatarlarının timsalında qədim etnosumuzdan da söz salırdım.

Rus dərisi geymiş türk

Yalan-gerçək deyir, Napoleon bir dəfə belə söz işlədib: “Rusu siyirsən altından türk çıxar”.

Bəlkə də məğlubiyyətinə bəraət axtarırmış böyük sərkərdə, yəni demək istəyirmiş ki, ruslara yox, Avropanı fəth etmiş Atillanın törəmələrinə, neçə-neçə imperiyalar qurmuş türklərə uduzub.

Sizi bilmirəm, mənim beynimə batır Napoleonun sözü – rus xalqının xəmiri türklə, özü də qıpçaq türkləri ilə yoğrulub. Bunu bilmək üçün akademik biliyə gərək yoxdu. Bir az tarixdən, bir az etimologiyadan, bir çimdik də etnoqrafiyadan başın çıxırsa, buyur düş Rusiyanın çöllərinə. Rastladığın hər yer adı özü tarixi səhifə-səhifə açacaq sənə.

Tatar çölünü görəcəksən!

…Kazan Kremli Moskva Kremlindən qədimdi. Kazanın, eləcə də Tatarıstanın ən çox turist cəlb eləyən tarixi yeridi. Tatarlar onunla qürur duyurlar.

İç-içə yığılmış “Matroşka” suvenir-oyuncağı Uğura göstərib deyirəm ki, ən böyük fiquru indiki rus təsəvvür elə, ondan sonrakını rusla türkün qarışığı və beləcə, ən xırdası xalis – cır türkdü, Tenqriyə sitayiş edən türk.

matroshka

Matryoşka

Rusiya suvenir bazarının məşhur fiqurunu zarafatla oğluma belə izah elədim ki, Napoleonun dediyini daha aydın anlada bilim.

 

Hələ Qızıl Orda imperiyası çöküb, yerində Kazan xanlığı yaranmazdan əvvəl bu yerlərdə İtil bolqarları yaşayıb, Volqaboyu böyük mədəniyyət yaradıbmışlar. Bilməyənlər üçün balaca haşiyəyə çıxıb deyim ki, İtil Volqa çayının əvvəlki adıdı. Üzdə sakit göründüyünə baxmayın, iti axır. Elə ilkin adı da buradan yaranıb.

Əvvəl çar Rusiyasının, sonra bolşeviklərin tarixçiləri nə qədər əlləşsələr də, bu yerlərdən türkün izini silib qurtara bilməyiblər. Onlarla işim yoxdu, mənim hörmətim Lev Qumilyov kimi tarixçi-etnoqraf alimədi. Odur ki, Kazanda heykəlini görən kimi yaxınlaşıb, türkiyəlilər demiş, önündə sayğı duruşu yapdım.

Lev Qumilyovun heykeli

Lev Qumilyovun heykəli önündə

Gənc oxucu dostlarıma onun kitablarını, xüsusən də “Qədim türklər”, “Yerin etnogenezi və biosferi” kimi əsərlərini oxumağı tövsiyyə edirəm.

Nə isə, uzun söhbətdi, tarixi-Rusiya açsam səfər söhbətlərimə yer qalmaz. Bircə onu deyim ki, “Rusiya tarixinin ata”sı Karamzinin (tatarca Kara Murza) özü türkün rusa “çevrilmə”sinə ən bariz nümunədi.

Nə qədər qəribə görünsə də, qoyun deyim, bu türk-rus qovuşma-çevrilmə prosesini izah edəsi olsam, “assimilyasiya” sözüylə bərabər “təkamül” kəlməsindən də istifadə edərdim. Xristianlığı qəbul etmiş Kreşin tatarlarını misal çəkərdim. Əriyib qarışmışların sayı isə ölçüyə gəlməz.

İvan Qroznının erməni cəsusları

Kazanka çayının sağ sahilindən baxanda Kremlin əzəmətini daha çılpaq görürsən. Dəfələrlə rus knyazları bu şəhərə hücum çəkiblər, mühasirədə saxlayıblar.

Tatar dostumuz danışırdı ki, Kazanı İvan Qroznıya ermənilr satıb. Acığı, əvvəl-əvvəl onun sözlərinə şübhə elədim, mənim azərbaycanlı olduğumu bildiyindən ermənilər haqda belə deyir, deyə düşündüm. Sonra dedikləri xeyli ağlabatan göründü.

volqa

Kremlin Kazanka çayının sağ sahilindən görünüşü

Sən demə, dəfələrlə mühasirəyə alınan Kazanı sonunda İvan Qroznıya erməni sənətkarlar satıb. Şəhərin kanalizasiya sistemini quran ermənilər gizli yeraltı yolların yerini ruslara bildiriblər. Tatarlar yeraltı tunellərlə rus ordusunun arxasına keçib onlara ciddi zərbələr vururmuşlar.

Deyilənə görə, tatar tarixçiləri məhz bu faktı inandırıcı dəlillərlə sübut edib, Tatarıstan prezidenti Şaymiyevi inandırdıqlarına görə erməni kilsəsinin tikintisi yarıda dayandırılıb.

Kremlə gəlsəniz, gözəlliyi ilə artıq Kazanın simvoluna çevrilmiş Gül Şərif məscidini, onun nəzdindəki islam muzeyini ziyarətlə kifayətlənməyin. Burada çoxsaylı muzeylərə də vaxt ayırın. Ermitajın Kazan filialı, Təbiət Tarixi muzeyi, Tatarıstan Respublikasının Milli muzeyinə baş çəkin. Bu muzeylərdə sərgilənən tatar xalqının etnoqrafiya nümunələri sizdə tanış hisslər, doğma duyğular doğuracaq.

kremli kazan

Kremlin cənub girişi

***

Kazandan 60 kilometr qərbdə Sviyajsk çayının Volqaya tökülən yerində Ostrovqrad deyilən ada-kənd var. Bu kəndi İvan Qroznı Kazan yürüşlərinin birində salıb. Ordu burada dincini alarmış, yaralılar yerbəyer edilər, müalicə olunarmış, rahatlanıb, toparlanıb yenə hücuma keçərmişlər.

Ostrovqraddan Volqaya, üfüqədək uzanan çöllərə baxıb xəyala dalırsan. Xəyal da tatar çölündə əsən külək kimidi, adamı elədən-beləyə, belədən-eləyə aparır.

ostrov grad

Ostrovqrad

Bizə görə Kür nədisə, Volqa da bu yerlərin adamları üçün elə odu. Volqa təkcə çay deyil, özündə bütöv bir tarixi, etno-kültürəl yaddaşı saxlayan simvol daşıyıcısıdı.

Deyilənə görə, İslamla tanış olan İvan Qroznı, az qala, bu dini qəbul edəcəkmiş. Tək maneə İslamın içkini haram buyurması olub. Kazan yürüşləri zamanı özünə qala tikdirdiyi Ostrovqradın hündür təpəsindın Svyajsk çayının Volqayla qovuşuğuna baxa-baxa onun İslamı qəbul edəcəyi halda bizim bölgə də daxil Avrasiyanın sonrakı taleyini – müsəlman Rusiyanı təsəvvür etməyə çalışdım. Qəribə mənzərə alındı…

kassey

“Ölməz Kaşşey” filmindən kadr

Bax o Volqaboyu tatar çölündə gözüm önünə böyük bir ordu gəldi. Ordunun başında da qorxunc biri. Uşaq vaxtı baxdığım “Ölməz Koşşey” adlı köhnə sovet filminin qorxulu qəhrəmanı Koşşeyə oxşayırdı. O vaxt hamı kimi mən də şərqi slavyanların bu mifik obrazından qorxurdum. Sonralar, xüsusən də qumuk kökənli rusiyalı türkoloq Murad Acının kitablarından öyrəndim ki, bu obraz rusların folklorunda monqol-tatar istilasından qalıb. Koşşey rusların gözündə qədim türklərin qorxunc obrazıymış.

Rusiyanı “ağılla dərk etmək istəsəniz” Tütçevə yox, mənə qulaq asın – zarafatımı ciddi qəbul edib Murad Acının kitablarını oxuyun. Ən azından “Qıpçaq çölünün yovşanı” əsərini. Mən oxuyanda indiki Rusiya torpaqlarında neçə min illik türk tarixinin gizləndiyini öyrənmiş, sanki o Böyük Çöldə bitən yovşan qoxusunu duymuşdum.

Geri dönən uşaqlıq

Gəlin sizə bu səfərin ən məhrəmani anlarından danışım. Əvvəl onu deyim ki, qonağı olduğum Müşfiq Qənizadə ilə əvvəl uşaq baxçasına bir getmişik, sonra da on il eyni sinifə. Mən jurnalistlik oxumağa Bakıya gedəndə o, hərbçi olmaq üçün Vladiqafqaza üz tutdu. Elə o qalan qaldı Rusiyada. Kazanda polis rəisi oldu, rütbəsi podpolkovnikəcən qalxdı, böyük nüfuz qazandı.

dostlarla

“Toz adamlar”

Rauf Ələsgərov da Kazanda yaşayan canlaradəyən dostumdu. İşdən başını qaşımağa macalı olmayan İlqar Məmmədovsa Moskvadan iki günlüyə çaparaq özünü yetirdi. İndi illər uzunu üzünü görmədiyim uşaqlıq dostlarımla görüşəndə yaşadıqlarımı özünüz təsəvvür eləyin.

“Ruhlar şəhəri” kitabının sinfimizə həsr etdiyim “Toz adamlar” bölümündə belə yazmışdım: “Fələk (Ağdamsızlıq) divara dəyən tabaşirli yastıqcadan qopan toz dənələri kimi hərəmizi bir yana uçurtdu, bir diyara saldı. Elbrus haqq dünyasına, Bəhruz tutulub Vladivostoka (Allah qapısını açsın!), Rauf, Müşfiq Kazana, İlqar Moskvaya üz tutdu. Burda qalanların isә biri Şəkiyə, digəri Bakıya – hər yerə, hər yana səpələndilər. Harda desən varıq, Ağdamdan savayı…”

Səhər obaşdan Moskva qatarında İlqarı qarşılayıb Müşfiqin bağına gətirəndə, gecədən yarımçıq qalan məclisi davam edəndə, dostların şaqqanaqlı gülüşlərini dinləyəndə oyuncaq mağazasındakı uşaq kimi sevindiriyə düşmüşdüm. Səhər alatoranlığının o ucunda günəşin titrək şüalarını görəndə içimdən qopan körpə sevinciylə ayağa qalxdım, bu “toz adamlar”a sarıldım, bağrıma basdım, “sizə şükür” dedim.

sovet herb formasi

“Xoşbəxt uşaqlıq” muzeyində

Həmin gün görən olsaydı, bizə saqqallı uşaqlar deyərdi. Söhbətimiz də, davranışımız da eynən 35 il əvvəlki kimiydi. Kazanın sovet illərini xatırladan “Sosialist məişəti”, “Xoşbəxt uşaqlıq” muzeylərində elə bildik ki, zaman maşını bizi uşaqlığımıza qaytarıb.

Bu muzeylərdə rastladığımız hər eksponat bizə qayğısız uşaqlıq illərindən bir xatirat oldu. Elə bildik, 70-80-ci illərin Ağdamındayıq. Burada pioner qalstukumuz da vardı, partamız da. Stolüstü futbol meydançamız da öz yerində. Vısotskinin səsi də gəlirdi qonşu Vahid əminin ötüb keçən “Jiquli”sindən.

Müşfiqlə İlqar televizora baxırmış kimi yerə oturanda elə bildim uşaqlar Ağdamdakı evimizə gəliblər, indi ağ-qara “Qorizont” televizorumuzda “Elektronikin macəraları” filminə baxacayıq…

Bir sözlə, qınayan olmasa, axşamacan burada qalar, uşaq kimi əylənərdik. Sovet içki butulkaları arasında “Ağdam” çaxırının boş şüşəsini görəndə isə səsimiz muzeyi başına götürdü, sevincdən elə təsirləndik ki, az qala, muzey bələdçisi kövrələcəkdi…

***

İlqarı yola saldığımız günün səhəri Müşfiqin təkidiylə Kazanın mərkəzinə velosipedlə getdik. Çoxdan sürmürdüm, amma dala qalmamaq üçün bütün gücümü dizlərimə verirdim. Usaq vaxtı nə qədər yalvarıb-yaxarsaq da atalarımız bizə velosiped almadılar. Ağdamda onu sürmək təhlükəliydi deyə. Uşaqlıq arzusunu 35 il sonra gerçəkləşdirdik. Sürüb gəldik şəhərin mərkəzinə.

kazanda velosipedle

Hələ qocalığa çox var.

Bauman Kazanın yalnız piyada gəzintiyə icazə verilən tarixi mərkəzi küçəsidi. Seyrəngah kimi bir yer. Parisin Yelisey çölü, İstanbulun İstiqlal caddəsi, bizim Torqovı kimi. Kazan xanlığı zamanında bu küçəyə Noqay yolu deyərmişlər.

Bauman Kazanda doğulmuş bolşevik inqilabçıdı. Açığı, belə bir gözəl küçənin hələ də bolşevik adıyla adlanması heç ürəkaçan deyil. Küçəyə başqa bir Kazan doğumlu məşhur rus müğənnisi Fyodor Şalyapin adının verilməsi təklifi neçə vaxtdı gündəlikdədi. Yəqin dəyişərlər. “Şalyapin palas” otelinin yanından keçəndə önündəki heykəlinə yaxınlaşdım, bu təklifə dəstək əlaməti olaraq bir zamanların dünya şöhrətli opera müğənnisiylə selfi çəkdirdim.

Yeridi, Şalyapinin Bakı səfərlərindən bir neçə kəlmə deyim, sonra gəzintiyə davam edək.

Dünya opera sənətinin korifeyi “Həyatımın səhifələrindən” adlı avtobioqrafik kitabında 1891-ci ildə, hələ 18 yaşındaykən, Bakıya ilk qastrol səfərindən, burada başına gələn müsibətlərdən, aclıq, şəhəri bürüyən vəba epidemiyasından yazır. Hansısa səbəbdən teatrın sahibi qastrola gələnlərin pasportunu alıb vermirmiş.

shalyapin

Şalyapinlə selfim yaxşı çıxmadı deyə bu fotonu seçdim internetdən

“Paltomu satmalı oldum. Qənaətlə yeməliydim, yalnız çörək və çay. Qış gəlmişdi. Soyuq küləklər əsirdi. Bir yandan da yağış kəsmək bilmirdi. Daha park skamyalarında yatmaq mümkün deyildi… Kilsə xorunda oxumağa cəhdim uğursuz oldu. Əzilmiş, pərişan, kirli görkəmimlə məni əyyaşa, oğruya oxşadırdılar. “Qafqaz və Merkuri” limanında günü 30 qəpiyə yük daşıdım… Dəhşətli vəba sürətlə yayılıb qorxunc hal aldı. Şəhərdə ölüm dolaşırdı, qubernator kimi…”

Sonralar o, yenidən Bakıya qastrol səfərləri edəcəkdi. 1900-1915-ci illər arası hər səfəri şəhərin həyatında böyük hadisəyə çevriləcəkdi. “Kaspi” qəzeti 1900-cu ilin mart, aprel saylarında konsertdən böyük məqalələr dərc edəcəkdi.

Böyük sənətkar dünya şöhrətini 1922-ci ildə mühacirətə gedəndən sonra qazandı.

Elə “Şalyapin palas” otelindən təzəcə aralanmışdıq ki, Kolombiya azərkeşlərinin böyük bir izdihamına düşdük. Onlar mahnı oxuyur, rəqs edir, əylənir, küçədən keçənlərdə xoş təəssürat oyatmağa çalışırdılar.

Sabantoy – tatar Novruzu

Kazan səfərimiz Sabantoy bayramına təsadüf elədi. Bu, Volqaboyu türk xalqlarının yaz bayramıdı. Balkan, noqay kimi Qafqaz türkləri də Sabantoy bayramını keçirirlər. “Saban” İdel-Ural türklərində kotan deməkdi, “toy” sözü də elə bizim anladığımız toy-bayramdı. Yaz əkini başa çatan kimi elliklə yığışıb şənlik edirlər. Kişilər atları cıdırda sınayır, güləş yarışı keçirirlər. Qadınlar biş-düş edir, ən ləziz yeməklərini, şirniyyatlarını bişirirlər.

sabantoy

Əsl el bayramıdı Sabantoy

Əvvəllər Sabantoy yarışmalarının qalibinə qoç verərdilər. İndi dövlət səviyyəsində keçirilir,  qalibə maşın bağışlayırlar.

Axşam bizi evində ağırlayan tatar dostumuz İlham Şarafuddinovla xüsusi olaraq belə şənliklər üçün tikilmiş arenada görüşdük. Builki qalib pəhləvan onun yetirmələrindən imiş.

Kommunist şinelli Rusiya

Həqiqət iri reklam ekranlarında yox, bəzən kitabxana güncündə gizlənir. Rusiya mətbuatı futbol çempionatını təbliğat vasitəsinə çevirdi. Tam boğaz gücüylə, gur səslə. Rəsmilər ölkənin azad, təhlükəsiz olduğunu dünyaya nümayiş etdirməyə çalışdılar. Amma boykota qoşulmayıb gələnləri bilmirəm, məni buna inandıra bilmədilər.

ulyanovsk

Ulyanovskdan çəkdiklərim də ürəyimcə olmadı. Bu da internetdəndi.

Bu günlərdə gəzdiyim Ulyanovsk, Çeboksarı, Kazan kimi şəhərlərdə əvvəllər hər yerdə rastlanan sərxoş “bomjlar”, içkili gənclər, kriminal dazlar, kobud milislər yox idi. Bəlkə də bu, dünya əhəmiyyətli bir çempionatın keçirildiyi günlərdə beləydi, müvəqqəti halıydı, bilmirəm.

Amma bütün bunlar ilk görüntülərdi, bilirəm. Rusiya hələ də dünya üçün təhlükə mənbəyi sayılır. Bunun da əsas səbəbi bu ölkənin azadlıqları boğması, demokratik fikirləri təqib, dünyanı sovetdən qalma köhnə hərbi gücüylə təhdid etməsi, qonşu ölkələri ərazi iddiaları, hərbi təxribat və başqa təzyiqlərlə qorxu altında saxlamasıdı.

Kazanın ən böyük kitab mağazasında keçirdiyim iki saatda minlərlə siyasi, hərbi, tarixi kitab içində Rusiya həqiqətlərinə işıq salan kitablara rastlamadım. Məsələn, Nobelçi yazar Svetlana Aleksiyeviçin bir kitabını belə tapmadım. Soruşdum, dedilər, yoxdu.

Satışı qadağan olunub!

kazan bauman

Kazan “Arbat”ı Bauman küçəsi

…Bauman küçəsindən burulub gəzə-gəzə məşhur Kazan universitetinə gəlirsən. Dünya proletarlarının rəhbəri Vladimir Lenin burada oxuyurmuş. Universitetin qarşısında onun tələbə vaxtının heykəli ucaldılıb. Sovet tarix kitabları onun inqilabi fəaliyyətinə görə buradan qovulduğunu yazır. Daha o vaxtkı avam deyilik ki, hər yazılana inanaq.

Totalitar rejimlər elə istedadla saxta tarix uydururlar ki, adamları inandıra bilsinlər. Lenin Kazan universitetində cəmi 4 ay, 1887-ci ilin 13 avqustundan 5 dekabrınacan oxuyub. Özü də onu hansısa inqilabi fəaliyyətinə-zada görə yox, tələbə adına yaraşmayan oğru “razborka”sında iştiraka görə universitetdən qovublar.

Tatarıstan Milli muzeyinin bütöv bir divarını tutan nəhəng tabloda isə gənc Ulyanov tələbə dostları qarşısında inqilabi təbliğat çıxışı edir. Bütün saxta qəhrəman obrazları tarixin həqiqət küləkləri ilə sovrulur. Lenin də, onunla bağlı hər şey də beləcə.

Ulyanovska gedəndə tarixin bu acı ironiyasına şahid oldum. Bu vilayətin Tatarıstanla sərhədində. Varlı Tatarıstanın sərhədi şüşə kimi hamar asfalt yol çala-çuxurla, yaraşıqlı evlərin tikildiyi abad tatar kəndləri nimdaş, yarı uçuq, tərk edilmiş rus kəndləriylə əvəz olunanda.

Lenin burada doğulub deyə bir vaxtlar Ulyanovsk şəhərinin dövlət səviyyəsində xüsusi imtiyazı vardı. Ətraf yerlərdən camaat tapa bilmədiyi ərzağı, başqa malları burada tapardılar. Ac Volqaboyu ellər içində bura cənnət köşəsiydi. Lenin və onun ideyaları ölən kimi şəhər köhnə Simbirsk halına qayıtdı.

***

Səfəri başa vurub geri dönürdük. Aeroportda Müşfiqlə vidalaşıb ayrıldıq. Yoxlama keçidini ötəndə çevrilib geriyə baxdım. Neçə üz içində dostumun üzünü tapdım. Getməmişdi, gözləyirdi. Qəribə baxışlı gözlərində uşaqlıq həsrətini duydum.

…elə bil Kazana yox, uşalığımın Ağdamına gəlmişdim, qayıdıb uzağa – bu günə gedirdim…

Vahid Qazi

Kazan, Rusiya – Helsinborq, İsveç

Yay, 2018

P.S. Yazıdakı fotoların əksəriyyətini özüm çəkmişəm, bəzi fotolar internetdən götürülüb.

agdam caxiri 1

Müşfiq “Ağdam” çaxırının boş şüşəsini göstərir

dostlar ve usaqlar

Kazanka sahilində. Uğur dostlarımla da, onların balalarıyla dostlaşdı.

muzeyde usaqliq ani

Uşaqlığı təkrar yaşamaq

gul serif mesdici

Gül Şərif məscidi. Kazan Kremli

uzaqlar tv baxir

“Xoşbəxt uşaqlıq” muzeyində

visotski

Papa Fransisk koronavirusa yoluxub? - MARAQLI...+ FOTOLAR
Balıq tutmaq istəyərkən toruna baxın nə düşdü - MARAQLI... + VİDEO
Çinli həkim ölümə meydan oxudu - İBRƏTAMİZ... + VİDEO
Pakistanda çəyirtkə hücumunun qarşısını almaq üçün Çin 100 min ördək göndərir - MARAQLI...
Ali Baş Komandan 3 generalı "Rəşadət" ordeni ilə təltif etdi və istefaya göndərdi...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Gündəm
Koronavirusun insan hüceyrəsinə necə nüfuz etməsi  görüntüləndi...- FOTOLAR
Siyasət
Rusiya kruiz raketləri ilə yüklənmiş iki freqatını Suriya sahillərinə göndərdi...
Siyasət
Gevorkyan: “Xocalı əməliyyatına Koçaryan və Sarkisyan rəhbərlik edib”
Cəmiyyət
Polislər mollalarla birgə sürücülər üçün maarifləndirici aksiya keçirdi...-İBRƏTAMİZ-FOTO
Dünya
Məşhur aparıcı keçmiş millət vəkilini studiyadan qovdu - MARAQLI... + VİDEO
Yazar
İlham İsmayıl
“Yaxın onilliklərə nə Azərbaycanın Qarabağı almaq fikri var, nə də bizim Qarabağı vermək”
Seymur Əliyev
DSX-nın bu torpaqdan pay umanlara verəcəyi yeganə hədiyyə budur: Ölüm!
Seymur Verdizadə
Sən hər gün əliəyrilik edirsən, o, beş ildə bir dəfə...
Sultan Laçın
Azərbaycanda ədalət naminə vəzifədən imtina edə bilən neçə məmur var?..
Leyla Namazova
“28 il öncə Xocalıda təkcə Xocalı sakinləri qətlə yetirilmədi...”
Həftənin ən çox oxunanları
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general...
ABŞ-ın növbəti prezidenti Qarabağı qaytaracaq
Ərdoğanın Qarabağla bağlı bəyanatı Ermənistanı qorxuya salıb
“Azərbaycan Qarabağı unutsa, yaxşıdır”- “Meşə tülküsü” belə dedi...
"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"
“Lazım gəlsə, Paşinyanı güllələyərəm!..”- Erməni general
Ermənilər Yerusəlimə iddialarını rəsmən bildirdilər: Yəhudi-erməni davası ola bilərmi?
"Əlimdə çox ciddi və təkzibolunmaz faktlar var, onlar bundan qorxmalı, mən deyil..."
Azərbaycanlı İrəvanda meydan oxudu: "Erməni xüsusi xidmət orqanları..." - VİDEO
Sünnət zamanı uşağın cinsiyyət üzvünü dibindən kəsdilər: Səhiyyəmizin günü + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247