Xəbər lenti
15/11/2019 [16:32]:
Şimali Kipr Türk Respublikası 36 yaşını qeyd edir- FOTOLAR
15/11/2019 [16:31]:
İlham Əliyev Şlomo Amarı qəbul etdi - FOTO
15/11/2019 [16:22]:
Abdullah Mətuq əl-Mətuq Tarix İnstitutunun fəxri doktoru oldu - FOTOLAR
15/11/2019 [16:11]:
Xidməti müqavilə üzrə işləyənlərin də icbari sığortaya cəlb edilməsi imkanları nəzərdən keçirilib
15/11/2019 [16:05]:
“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib - FOTO
15/11/2019 [15:56]:
Prezident Bilal Əliyevə mənzil bağışladı
15/11/2019 [15:54]:
İlham Əliyev bir qrup din xadimini qəbul edib - FOTO
15/11/2019 [15:51]:
Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub - FOTO
15/11/2019 [15:48]:
"Bu bizneslə Əli Kərimli və Arif Hacılı məşğul olublar”
15/11/2019 [15:41]:
"Azərbaycan millisinin son oyunlarında inkişafını görmək olar"
15/11/2019 [15:38]:
Pivə oğurlayan kişiyə ölüm cəzası verdilər - FOTO
15/11/2019 [15:37]:
“Həyat yoldaşımın harda olduğunu bilirəm, hər dəfə zəng vurub soruşum ki, hardasan?”
15/11/2019 [15:33]:
"Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm"
15/11/2019 [15:30]:
İranda benzin bahalaşıb
15/11/2019 [15:28]:
Azərbaycanda avtomobillərə pərdə qadağası götürülür - Sürücülərə ŞAD XƏBƏR
15/11/2019 [15:25]:
Ermənistan hakimiyyət nümayəndələri  homoseksualların forumuna qatıldı...
15/11/2019 [15:23]:
Uğur devizi “Xəbər bizim işimizdir” olan agentlik - APA 15 yaşında
15/11/2019 [15:13]:
"Azərbaycan unikal qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib"
15/11/2019 [15:06]:
Bakıda Pakistan vətəndaşı həmyerlisinə qarşı dələduzluq edib
15/11/2019 [15:01]:
“Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
15/11/2019 [14:57]:
"Suriya neft oğurluğuna görə ABŞ-dan kompensasiya tələb edəcək"
15/11/2019 [14:55]:
Paşinyan xüsusi xidmət orqanına şeytanla bağlı göstəriş verdi
15/11/2019 [14:51]:
Məşhur aktyorun oriental şousu təəccübləndirdi - VİDEO
15/11/2019 [14:44]:
Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi - FOTO
15/11/2019 [14:37]:
“Dünyanın türkə, onun ədalət və əxlaqına ehtiyacı var”
15/11/2019 [14:37]:
Azərbaycan və Gürcüstan dəmir yolları rəhbərləri arasında görüş keçirildi - FOTOLAR
15/11/2019 [14:34]:
BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək
15/11/2019 [14:30]:
Bərdədə yaşayış binasında yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib
15/11/2019 [14:27]:
“Vergiyə görə müğənniləri güdməsinlər, o qədər güdməli adamlar var ki...”
15/11/2019 [14:26]:
“Smart-kart” tipli sayğaclar barədə “Azəriqaz” İB-dən açıqlama
15/11/2019 [14:14]:
Hamilə qadın huşunu itirənə qədər döyüldü - VİDEO
15/11/2019 [14:03]:
Ekoloqdan hava dəyişkənliyi barədə: “Yeni buzlaq dövrünə qədəm qoymuşuq”
15/11/2019 [13:53]:
UNEC-də növbəti Tələbə-rektor seçkiləri keçirilib - FOTOLAR
15/11/2019 [13:51]:
Almaniya 61 nəfər Azərbaycan vətəndaşını deportasiya etdi
15/11/2019 [13:47]:
Dünya dini liderlərinin II Bakı Sammiti başa çatıb
15/11/2019 [13:45]:
DİN Balakəndəki qətl hadisəsi ilə bağlı məlumat yayıb
15/11/2019 [13:42]:
Bakıda qulaqları boynunda, ağzı olmayan uşaq necə doğulub? -VİDEO
15/11/2019 [13:36]:
Tahir Kərimli Milli Məclisdə özündən getməsindən danışdı - VİDEO
15/11/2019 [13:35]:
Arzuxan Əlizadə Avropadakı mühacir skandalı barədə: “Bunun bir adı var..."
15/11/2019 [13:33]:
“Bunlar 1-ci qrup mənəviyyat, vicdan əlilləridir...”
15/11/2019 [13:33]:
Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək
15/11/2019 [13:29]:
FHN Xətaidə baş verən yanğınla bağlı məlumat yayıb
15/11/2019 [13:26]:
“Fədayəyə oxumağı mən öyrətmişəm, bacısı İlahə Fəda nə danışdığını bilmir” - VİDEO
15/11/2019 [13:23]:
Bakıya yağış, rayonlara qar yağacaq
15/11/2019 [13:23]:
Qənirə Paşayeva kitaba, çap məhsullarına ƏDV-nin ləğv edilməsi və ya ciddi azaldılmasını təklif edib - VİDEO
15/11/2019 [13:20]:
"Nataşalar baş köşəyə keçdi, minnətdarlıqları üstümüzdən keçən tankları oldu..."
15/11/2019 [13:17]:
Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq (XƏRİTƏ)
15/11/2019 [13:15]:
Kran minik maşınını yolda belə sürüdü - ANBAAN VİDEO
15/11/2019 [13:14]:
"Gecələr içib deyirdi ki, dur oynayaq" - 40 yaşında evləndi, başına iş gəldi - TƏFƏRRÜAT
15/11/2019 [13:10]:
Gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılmışdır
15/11/2019 [13:02]:
Rus hərbçiləri ABŞ bazasını nəzarətə götürdü - Video
15/11/2019 [12:56]:
Dəyərlər: sosial şəbəkələr, söz azadlığı və etika kontekstində
15/11/2019 [12:55]:
Dini liderlər dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə çağırıblar
15/11/2019 [12:55]:
Ərli qadın müəllim şagirdini evə çağırıb, onunla cinsi əlaqədə oldu - FOTO
15/11/2019 [12:54]:
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
15/11/2019 [12:53]:
“Məhkəməyə müraciət etməliyik ki, həkimlər öz işlərində diqqətli olsunlar, əks halda...”
15/11/2019 [12:52]:
Bu gündən Bakıya istilik verilir
15/11/2019 [12:49]:
Onlayn ticarət, yoxsa alıcılara qarşı saxtakarlıq? - VİDEO
15/11/2019 [12:48]:
Azərbaycan iqtisadiyyatı 2%-dən çox böyüyüb
15/11/2019 [12:47]:
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib - FOTO
15/11/2019 [12:43]:
Bakı Dövlət Universitetinin ilk müəllimləri...
15/11/2019 [12:36]:
Bakı məktəblisi erməni idmançıya qalib gələrək qızıl medal qazanıb
15/11/2019 [12:21]:
Bakı metrosu 25 yüksəksürətli eskalator alıb
15/11/2019 [12:20]:
Erməni lobbisinin tədbirə mane olmaq cəhdləri uğursuz oldu - FOTOLAR
15/11/2019 [12:00]:
Aqrar Xidmətlər Agentliyində rayon baytarlıq idarələrinin rəhbərləri ilə görüş keçirilib
15/11/2019 [11:53]:
DSX meşələrdə gizlədilən silahlar aşkarladı - FOTOLAR
15/11/2019 [11:48]:
Korrupsiyaya qarşı mübarizədə medianın rolu: Belə bir rol varmı?
15/11/2019 [11:48]:
Əlilliyi olan şəxsə reabilitasiya vasitələ təqdim edildi - FOTO
15/11/2019 [11:41]:
Nazirlik bələdiyyə sədrini cəzalanıb - FOTO
15/11/2019 [11:31]:
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib - FOTO
15/11/2019 [11:23]:
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
15/11/2019 [11:21]:
Polislər yanan binada körpələri belə xilas etdilər - FOTOLAR
15/11/2019 [11:19]:
Maaşlarını ala bilməyən pambıq zavodunun işçiləri Bərdə-Ağdam yolunu bağladılar - FOTOLAR
15/11/2019 [11:16]:
Buzova Rusiyanı “Avroviziya-2020”də təmsil edəcək?
15/11/2019 [11:15]:
Bütün gecəni mobil telefonla oynayan qız kor oldu
15/11/2019 [11:14]:
“Bütün ölkələr təhlükədədir...”- Putindən terror xəbərdarlığı...
15/11/2019 [11:12]:
“Son illər otlaqların pambıq sahələrinə çevrilməsi heyvanların azalmasına gətirib çıxarıb...”
15/11/2019 [11:10]:
Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu
15/11/2019 [10:53]:
Saakaşvili Gürcüstanda başlayan etirazları dəstəklədi
15/11/2019 [10:52]:
Futbol üzrə dünya çempionları Bakı Olimpiya Stadionunda oynaya bilər
Bütün arxiv bir sırada
13/09/2018 [09:15] - Köşə - ( 1234 dəfə baxılıb)

30 il əvvəl-dəli sevdama qovuşduğum gün!

Kamil Həmidov

Düz 30 il öncə...

Dəli sevdalısı olduğum jurnalistikaya (mediaya) gəldiyim il-ay...

Hələ uşaqlıqdan, 10-11 yaşlarımdan humanitar elmlərə (tarixə, coğrafiyaya...) böyük həvəsim vardı, yaranmışdı...Gah deyirdim hüquqşünas (prokuror) olacam, gah deyirdim, yox, tarixçi olacam, gah da deyirdim ki, coğrafiya müəllimi...

Amma sonradan idmana və siyasi verilişlərə olan dəhşətli marağım,azarkeşliyim məni jurnalistikaya həvəsləndirdi, artıq 12-14 yaşlarımdan öz-özümə dedim ki, jurnalist olacam-özü də televiziya jurnalisti, ya idman verilişlərinin, ya da siyasi verilişlərin (siyasi icmalçı) aparıcısı olacam...

Və beləliklə, bu dəli sevda məni bir an belə rahat buraxmadı-buraxmırdı...Hər gün həyət darvazımızın yanında poçtalyonumuzun nə vaxt qəzetləri gətirib çıxaracağını gözləyirdim, bir qədər gec gələndə də az qala "mazgi"sini çürüdürdüm...

Azərbaycan və rus dillərində çıxan qəzetləri (rus dilini çox zəif bilməyimə rəğmən)-"Kommunist"i, "Sovet kəndi"ni, "Azərbaycan gəncləri"ni, "Pravda"nı, "İzvestiya"nı, "İdman"ı, "Sovetskiy sprort"u (sonralan "Arqumenti i faktı"nı, "Gənclik" jurnalını...) birnəfəsə, acgözlüklə oxuyurdum...

AzTV-ni və Mərkəzi televiziyanı acgözlüklə izləyirdim, bir idman xəbərini, bir idman verilişini ( idman yarışlarını), bir siyasi xəbəri, siyasi verilişləri- "Seqodnya v mire"ni, "Planetmizin mənzərəsi"ni, "Qitələr, hadisələr, şərhlər"i, xəbərləri...dinləməkdən, izləməkdən yorulmurdum, usanmırdım...

Nəhayət, 10-cu sinifə gəlib çatmışdım, cəmi bir il qalmışdı orta  məktəbi bitirməyimə...Rəhmətlik atam mənim jurnalist olmağıma o qədər də sıcaq baxmırdı, inadkarlıq edirdi, deyirdi ki, yaxşı olar başqa sənəti, başqa peşəni seçəsən...

Amma üzdə ona etiraz etməsəm də, daxilən inadkarlıq göstərirdim...Və bir gün, 1988-ci ilin avqust ayının son günlərində rəhmətlik atam dedi ki, bir yazı yaz, aparıb verim "Mübariz" qəzetinə ( keçmiş raykomun orqanı idi, indi də çıxır və o dövrü bilənlər bilir ki, raykomun orqanı olan qəzetdə yazı dərc etdirmək o qədər asan məsələ deyildi)...

Mənə bir qədər təəccüblü gəlidi, həm də atam söz danışan deyildi, sözü "xəsisliklə" xərcləyərdi...Mənim təəccübümü görüb dedi ki, bəs "Mübariz"də bir dostum var (rəhmətlik Asif müəllim), o gün onunla söhbət edirdim, söhbət gəlib sənin üzərində dayandı, sənin jurnalistliyə olan həvəsini və inadını ona bildirdim, o da dedi ki, "uşağı sıxma-boğmaya salma, həvəsi haradırsa, ora da getsin, bir yazı yazsın, gətir görüm necə yazır, xoşuma gəlsə, verəcəm"...

Mən də bu sözlərdən ürəklənib, sevinib  bir yazı yazdım, bir gün atam səhər tezdən işə gedərkən, həmin yazının götürüb apardı...Fikirləşdim ki. yəqin bir neçə günə çıxar, amma səhərisi gün qəzetdə ilk yazımı görəndə sözün əsl mənasında şok oldum, sevincimin həddi-hüdudu yoxuydu və beləliklə, dəli sevdama qovuşdum...Jurnalistikaya ilk qədəmlərimi basdım və ardıcıl olaraq yazılarım "Mübariz"də dərc olunmağa başladı, hətta, tənbəllik edib, yazmayanda atam deyirdi ki, yazı istəyirlər...

Ancaq elə oldu ki, orta məktəbi qurtaranda, BDU-ya, jurnalistikaya yox, başqa bir instituta iş-sənəd verməli oldum çox həvəzsiz şəkildə və kəsildim, ikinci il də kəsildim, amma 3-cü il, 1991-ci ildə illərlə arzusunda olduğum elm məbədgahına-BDU-ya, jurnalistika fakültəsinə sənədlərimi verdim və qəbul olundum...Və BDU-ya daxil olduğum günlərdə, hələ tələbə biletini almamışdım, SSRİ-də mövcuduydu, kənddən poçt vasitəsi ilə böyük yazarımız- Azərbaycan ədəbiyyatı, jurnalistikası və siyasətində böyük xidmətləri olmuş Sabir Rüstəmxanlının "Azərbaycan" qəzetinə müstəqilliklə bağlı bir yazı göndərdim...Bir gün əmimin gəlini-xətrini dünyalar qədər çox istədiyim Sədaqət bibim (həm də müəllimim) mənə dedi ki, Kamil, bizə gəl, Səməd (əmimoğlu) "Azərbaycan" qəzetinin növbəti sayını alıb və sənin orada yazın çıxıb...Sadəcə, uçmağa qanadım yoxuydu...Özümü dünyanın ən xoşbəxt insanı sayırdım...

Sonra-1991-ci ilin sonlarından (birinci kursda oxuyarkən) Azərbaycan mediasında, qəzetçilik tarixində öz sözü və öz yeri olan "Aydınlıq" qəzetində yazılarım getməyə başladı... Bu qəzeti hədsiz dərəcədə çox sevirdim (Allah Babək Hüseynoğluna, Məmməd Nazimoğluna, Mahal İsmayıloğluna rəhmət etsin, sağ qalan "Aydınlıq"çılara, o cümlədən, Əsli xanıma, Zeynal Vəfaya can sağlığı versin...)...Həmin illərdə həmçinin, rəhmətlik Eldar Baxışın redaktor olduğu "Səs" qəzetində, "Vətən səsi" qəzetində, "Zaman qəzetində paralel olaraq yazılarım gedirdi...

1995-ci ildə iki-üç aylıq (Allah Adil İrşadoğluna, Şahbaz Şamıoğluna can sağlığı versin) "De-fakto" qəzetində işlədikdən sonra böyük və peşəkar jurnalist Emin Eminbəylinin "7Gün" qəzetində işləməyə başladım, orada da 8 işlədikdən sonra 1996-cı ildən-avqust ayından (düz 22 ildir bu qəzetin əməkdaşı, siyasiət -parlament müxbiriyəm) Azərbaycan mediasında, Azərbaycan mətbuat tarixində qəzetçilik məktəbi sayılacaq 5-3 qəzetdən biri "525"-lə (kimlər, hansı imzalar yoxuydu burda...Allah dəyərli insan, peşəkar qələm sahibi Rəşad müəllim başda olmaqla, sağ qalanlarımıza can sağlığı versin, dünyasını erkən, vaxtsız dəyişənlərimizə də rəhmət etsin!) əməkdaşlığa başladım...

Həmçinin, 1nyus-un ilk işçisi və 3-4 yaradıcılarından biri oldum... 5 il- ilk gündən-son günədək sevimli Gün.Az saytında, 10 ay (əslində 14 ay) Gununsesi.info-da çalışdım...Bu ilin yanvarından isə Oxu.Az-da çalışıram, həm də paralel olaraq, parlament müxbiri kimi sevimli "525"-lə əməkdaşlığımı (ştatdankənar müxbir kimi) davam etdirirəm...

Yekə çıxmasın, bu illərdə qazandıqlarım da çox oldu, itirdiklərim də...Bəzən bu-dəli sevdalısı olduğum sənətdən, peşədən uzaqlaşmaq istədim, bəzən bezdim, bezdirildim, bəzən iyrəndim, iyrəndirildim...Amma sonda yenə də ayrıla bilmədim dəli sevdamdan...

Zəif yazılarım da oldu, orta səviyyəli yazılarım da, yaxşı-əla sayılacaq yazılarım da... Elə zamanlar oldu ki, yazım üstümə qaytarıldı...Amma bundan utanmadım, xəcalətlənmədim, özümü heç nə olmamış kimi də aparmadım, yəni, yaxşlarıma necə ürəklə sahib çıxdımsa," pislərimə" də o cür sahib çıxdım...

30 ildə heç zaman-heç yerdə sinəmə döymədim, "mən-mən" demədim, "məndən yoxdur" demədim, özümü peşəkar adlandırmadım, kiminsə haqqına girmədim, kiminsə ufacıq belə haqqını yemədim, tapdalamadım, siyasi oyunlara, ucuz media intriqalarına qəti baş qoşmadım...İndi, maşallah olsun ...baxıb görürəm ki, dünən "yumurtadan cıqq edənlər", jurnalistikanın-qəzetçiliyin j-sindən və q-sindən xəbəri olmayanlar və ya 90-ci illərdə, Rövşən Əhədoğlu demişkən, "cümlə qurmaq sahəsində problemləri olanlar" hamısı özlərini peşəkarların ən peşəkarı, dahilərin ən dahisi hesab edirlər... Etsinlər, öz işləridir, bununla özlərini xoşbəxt hesab edirlərsə, qoy etsinlər...

Bu sənətdə, bu peşədə Allahımdan savayı heç bir yiyəm, dayım-daydayım, əmim...filankəsim olmadı...Heç gərək də, ehtiyac da duymadım buna...Belə şeylər mənlik deyil...Hər şeyə Allahımın köməyi, alın tərim, zəhmətim sayəsində nail oldum (medal, mənzil məsələsinə toxunmaq istəmirəm, bu haqda çox demişəm, çox yazmışam,  minnətdarlıq ünvanım da, minnətdarlığım da əbədidir)...

Qabağa çəkənim də olmadı, amma bəzən üzümə gülüb, ayağımdan geri dartanlarım da, məni özlərinə-səbəbini də anlamaqda zorluq çəkirəm- rəqib görənlər oldu...(Quyu qazanlar da qazdıqları quyulara özləri düşdülər...Çünki həyatda, o cümlədən, bu sənətdə kiminləsə işim, şəxsi-qərəzliyəm, ədavətim olmayıb, kimisə nə özümə rəqib gördüm, nə də özümü kiməsə rəqib...Başımı aşağı sallayıb, öz işimlə, öz sənətimlə, öz peşəmlə məşul oldum...Dövlətimə, millətimə, vətənimə qulluq etməyə çalışdım, yolumu azmadım)...Olsun, mən xırda hisslərlə yaşayan birisi deyiləm, qeyri-təvazökarlıq kimi çıxmasın, özümə son dərəcədə yaxın hesab etdiyim, ağlına, səviyyəsinə, təfəkkürünə inandığım bir şəxsin-böyün insanın dediyi kimi, ürəyim özümdən də böyükdür, hər kəsə yer var burda...Dostlara da, dost cildindəki düşmənlərə də, məni qəbul və həzm etməyənlərə də...

Mən də beləyəm, düzələn deyiləm...

Və nə az-nə çox, düz 30 il... Bir igidin ömrü...Savablarımla, günahlarımla...birgə 30 il...

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Oxu.Az saytının və "525-ci qəzet"in parlament müxbiri

loading...
loading...
“Fədayəyə oxumağı mən öyrətmişəm, bacısı İlahə Fəda nə danışdığını bilmir” - VİDEO
Mobil telefonu cibinizdə gəzdirməyin - KİŞİLƏRİN DİQQƏTİNƏ!...
Yatanda ayaqların arasına yastıq qoyun - 5 inanılmaz FAYDASI...
Gül kələminin 10 faydası - Bu xəstələr üçün çarədir...
Pulsuz benzin üçün bunu da etdilər - MARAQLI + FOTOLAR
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Həyat yoldaşımın harda olduğunu bilirəm, hər dəfə zəng vurub soruşum ki, hardasan?”
Cəmiyyət
“Məhkəməyə müraciət etməliyik ki, həkimlər öz işlərində diqqətli olsunlar, əks halda...”
Cəmiyyət
“Son illər otlaqların pambıq sahələrinə çevrilməsi heyvanların azalmasına gətirib çıxarıb...”
Gündəm
Bu gün Şuşa erməni teatrı Laçında “Tülkü və durna” kukla tamaşasını göstərəcək...
Dünya
Nazarbayevin qızı İrəvanda Mirzoyanla dostluq ağacı əkdi - FOTO
Həftənin ən çox oxunanları
"Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək..."
"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
Yanvardan pensiyalar bu qədər ARTACAQ
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
PKK-çı kürdlərdən Rusiya-Türkiyə hərbi patrullarına VƏHŞİ HÜCUMUN VİDEOSU...
Talış kəndinə 42 erməni ailəsi qaytarıldı- Düşmən yeni savaşdan ehtiyatlanmır?..
“Onlar rus ordusunun hücumunu önləməyə qadir deyil”
Rusiyanın zəmanəti ilə Talışa köçürülən ermənilər...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247