Xəbər lenti
30/10/2020 [12:16]:
Vətən Müharibəsinin ilk qadın şəhidinin anası: “Dedi, mənə bir şey olsa, uşaqlarım sənə əmanət” - VİDEO
30/10/2020 [12:14]:
Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - RƏSMİ
30/10/2020 [12:12]:
Nazir: "Sonda detallı qiymətləndirmənin keçirilməsi planlaşdırılır"
30/10/2020 [12:09]:
Mərkəzi Elmi Kitabxananın yeni layihəsi: “Qarabağ Azərbaycandır!”
30/10/2020 [12:05]:
“Laçın, Şuşa və Kəlbəcər azad olunmalıdır ki, separatçıların dəstək yolları kəsilsin”
30/10/2020 [12:05]:
Daha bir “dondurulmuş” münaqişə “qaynar” fazaya keçir: 2 ölü, 5 yaralı
30/10/2020 [12:03]:
Döyüşlərdə şücaət göstərən hərbçilərimizi tanıyaq - VİDEO
30/10/2020 [12:02]:
DİM prezident təqaüdünə layiq görülən tələbələrlə bağlı məlumat yaydı
30/10/2020 [11:55]:
Nazir: “Mənim də qızım bu il birinci sinifə gedir, elə bilir ki...”
30/10/2020 [11:54]:
Sosial media nəhənglərinin gəliri artıb
30/10/2020 [11:51]:
Bölgələrdə 100 məktəbə fiber optik internet çəkiləcək
30/10/2020 [11:50]:
Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atıb
30/10/2020 [11:47]:
AMB uçot dərəcəsini sabit saxlayıb
30/10/2020 [11:45]:
Təhsil naziri: "Builki tədris ilinin uzaldılması nəzərdə tutulmur"
30/10/2020 [11:42]:
Nazir: “Repetirorluq sahəsində qadağa nəzərdə tutulmur”
30/10/2020 [11:34]:
Şagirdlər üçün VPN-siz işləyən platformalar tətbiq olunacaq - RƏSMİ
30/10/2020 [11:33]:
Azərbaycanda ATM və POS terminallardan istifadə artıb
30/10/2020 [11:32]:
Qiymət və davamiyyətə görə şagirdlərin sinifdə saxlanılması nəzərdə tutulmur
30/10/2020 [11:28]:
İş adamı Dövlət Sərhəd Xidmətinə "Hummer" hədiyyə etdi - FOTOLAR
30/10/2020 [11:25]:
Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib
30/10/2020 [11:23]:
Müdafiə Nazirliyi: “Azərbaycan tərəfinin hücum cəhdi olmayıb”
30/10/2020 [11:17]:
"Qələbə xəbərini Vaqif müəllimin də məzarı başında ona çatdıracam”
30/10/2020 [11:13]:
Azərbaycan hərbçisi: “Düşmən bizim qarşımızda dayana bilmir” - VİDEO
30/10/2020 [11:13]:
“İndi İlham Əliyev kimi Ali Baş Komandanın yanında mən çox rahatam...”
30/10/2020 [11:12]:
Təhsil naziri: "Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib"
30/10/2020 [11:11]:
Mülki bölgələrə raket zərbələrinin endirilməsi ilə bağlı məsələ AŞPA komitəsinin gündəliyinə salınıb
30/10/2020 [10:53]:
Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb
30/10/2020 [10:46]:
“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırıb
30/10/2020 [10:43]:
Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edildi - RƏSMİ
30/10/2020 [10:29]:
“Xalqımız işğaldakı torpaqları son qarışına qədər azad etməkdə qərarlıdır”
30/10/2020 [10:27]:
1982-ci il 29 iyulda Heydər Əliyev Şuşada olub, 38 il sonra İlham Əliyev prezident kimi gedəcək bu şəhərə...
30/10/2020 [10:24]:
“Azərbaycana Qarabağ məsələsində heç bir təzyiq mümkün deyil, ona görə ki...”
30/10/2020 [10:16]:
“Əgər bunu etməsəydik, təyyarə və PUA-larımız belə rahatlıqla hərəkət edə bilməzdi”
30/10/2020 [10:13]:
Bərdəni atəşə tutan "Smerç" məhv edildi - VİDEO
30/10/2020 [10:11]:
Qırğızıstanda Bərdə və Gəncədəki erməni terrorları pislənilib - FOTOLAR
30/10/2020 [10:09]:
“XII-XV əsrlər Ön Asiya və Qafqazın tarixi-etnoqrafik məsələlərinə baxış” mövzusunda Respublika Elmi Konfransı keçiriləcək
30/10/2020 [09:57]:
Düşmən səhər saatlarından yaşayış məntəqələrimizi atəşə tutur - Müdafiə Nazirliyi
30/10/2020 [09:55]:
Qatarın 25 vaqonu relsdən çıxdı - ANBAAN VİDEO
30/10/2020 [09:52]:
Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir
30/10/2020 [08:23]:
Döyüşlər cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib - RƏSMİ
30/10/2020 [08:15]:
"Azərbaycan ordusu bu cinayətkarın Ermənistana qaçmasına yol verməməlidir..."
30/10/2020 [08:06]:
Astronomlar Yer kürəsi boyda yeni planet aşkarladılar
30/10/2020 [08:00]:
Ağ Ev müharibədə Ermənistanın  daha çox itki verdiyini bəyan etdi...
30/10/2020 [07:44]:
Paşinyan Xankəndinə Azərbaycan bayrağı sancılmamış Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...
30/10/2020 [07:13]:
Fransada Makron hökumətinə qarşı kütləvi etirazlar başladı...
30/10/2020 [06:38]:
Separatçı rejim döyüşlərin Şuşanın cənubunda getdiyi haqda xəbər yaydı...
30/10/2020 [01:02]:
Niderland Parlamentinin deputatına erməni vəhşiliyi barədə məlumat verilib
30/10/2020 [00:39]:
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin, yoxsa...” - VİDEO
29/10/2020 [23:58]:
"Qarabağ" "Vilyarreal"a uduzdu
29/10/2020 [23:37]:
“Qarabağ” – “Vilyareal” matçında ardıcıl qollar - YENİLƏNİR
29/10/2020 [23:16]:
“VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqləyib
29/10/2020 [23:15]:
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - YENİLƏNİB
29/10/2020 [23:12]:
“Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? - İDDİA+FOTO
29/10/2020 [22:54]:
Horizon Education Agency “Dağlıq Qarabağın gələcəyini yaxşı düşünün” adlı forum keçirəcək
29/10/2020 [22:46]:
Ermənistanın 30 hərbçisinin meyiti BQXK vasitəsi ilə təhvil verilib
29/10/2020 [22:39]:
Ədliyyə Nazirliyi 3 dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaratdı - VİDEO
29/10/2020 [22:37]:
Mövlud Çavuşoğlu və Ceyhun Bayramov Qarabağ məsələsini müzakirə etdilər
29/10/2020 [22:10]:
Düşmənin qüvvə və vasitələri məhv edilib - VİDEO
29/10/2020 [22:06]:
Erkan Özoral: “Qarabağ Azərbaycan üçün nədirsə, Türkiyə üçün də odur”
29/10/2020 [22:05]:
Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Türkiyə bayrağına büründü - FOTO
29/10/2020 [21:35]:
"Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib
29/10/2020 [21:29]:
Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR
29/10/2020 [21:20]:
Konstitusiya Məhkəməsindən dünya ölkələrinə müraciət
29/10/2020 [21:18]:
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub
29/10/2020 [21:17]:
Tanınmış aparıcıya ağır itki... - VİDEO
29/10/2020 [20:58]:
"Allah mənə bir az ömür yazsın, Qarabağın qaytarıldığını görüm başımı göyə qaldırıb deyim ki..."
29/10/2020 [20:49]:
Düşmən bölmələri ordumuz tərəfindən darmadağın edilir - VİDEO
29/10/2020 [20:43]:
“Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...”
29/10/2020 [20:41]:
İşğaldan azad olunmuş torpaqların sakinləri Ali Baş Komandana minnətdardırlar
29/10/2020 [20:24]:
Arutunyan: “Azərbaycan Şuşanın maksimum 5 kilometrliyindədir, istəyirəm bunu dərk edək”
29/10/2020 [20:21]:
Düşmən gün ərzində Tərtərə 2 raket, 100 top mərmisi atıb
29/10/2020 [20:16]:
MN: Dağlıq Qarabağın yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır
29/10/2020 [20:00]:
Ermənistan bir günə 100-ə yaxın hərbçisinin ölümünü etiraf etdi
29/10/2020 [19:51]:
Müstəqillik tariximizin ən yeni salnaməsi...
29/10/2020 [19:24]:
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
29/10/2020 [19:23]:
Prezidentin köməkçisi: “Müharibə cinayətlərinə heç bir bəraət ola bilməz” - FOTO
29/10/2020 [19:21]:
Şahmar Mövsümov ABŞ siyasətçilərini Azərbaycan və türk əsilli seçicilərinin səsini eşitməməkdə qınadı - FOTO
29/10/2020 [19:17]:
Qarabağda darmadağın olan erməni ordusu qadınların ümidinə qalıb - VİDEO
29/10/2020 [19:11]:
Ceyhun Bayramov: “Dağlıq Qarabağda Suriyadan gələn xarici muzdlular barədə məlumatlar dezinformasiyadır”
29/10/2020 [19:10]:
DİN-dən hərbi vəziyyət və komendant saatı ilə bağlı ÇAĞIRIŞ
Bütün arxiv bir sırada
12/09/2018 [10:33] - Ədəbiyyat - ( 1710 dəfə baxılıb)

İşgəncə altında imzalanan sənədlər... - III məqalə



Repressiyanın 80 illiyinə ithaf olunur...

 “…və haradasa naməlum yerdə bütün bu işlərə rəhbərlik edən beyin mərkəzi tam məxfi şəkildə fəaliyyət göstərirdi”

(C.Oruell)

 

II məqalə burda: http://www.moderator.az/news/239421.html

           

Əvvəlki məqalədə də vurğulamışdım ki, təkcə insanlar yox, sənət abidələri belə “düşmən mədəniyyətinin nümunəsi” kimi repressiyaya məruz qala bilirdi. “M. Kaşğarlının “Divani-lüğət-it-türk” əsərini “pantürkizm elementi” deyə silmək istədilər. Xalid Səid Xocayev bu əsəri tərcümə etdiyinə görə  cəzalananlar sırasında oldu. “Kitabi-Dədə Qorqud” dastanı sonradan “mürtəce abidə” kimi damğalandı. B.Çobanzadənin “Dədə Qorqudun dili” adlı əsəri məhv edilmişdi. Stalin siyasətində bizim farsdilli klassik ədəbiyyatımıza münasibət daha yumşaq idi. 1941-ci ildə N.Gəncəvinin 800 illik yubileyi münasibəti ilə görülən tədbirlərin mahiyyəti də bunu sübut edir.  Türkçülük emosiyasını və sevgisini öldürmək lazım idi. Böyük rus dilçisi Y.Polivonov Qırğız dastanı olan “Manas”la bağlı  araşdırma aparmışdı. Və 20-yə qədər dil bilən (1963-cü ildə onun əfvi ilə əlaqədar həmkarlarının və dostlarının SSRİ Ali Məhkəməsinə yazdığı  məktublarda çin, fin, hind, bütün türk və bir çox avropa dillərini bildiyi göstərilirdi.) şərqşünas alim “Dilçilik terminləri lüğəti” hazırlamışdı. Bu yönümlü (türksevərlik) elmi xidmət Y.Polivonovun həyat tarixçəsində “cinayət” statuslu oldu. 

            

Repressiya qurbanlarının sorğulanmasında iki qəribə sual vardı. Sorğulamanın ana sualları: 1. “1917-ci ilə qədər nə işlə məşğul idiniz?” 2. “Bəs 1917-ci ildən sonra nə işlə məşğul oldunuz?”

            

Təəccüblü olanı isə o idi ki, mühakimə olunan insanlar həyatlarının hər iki mərhələsi üçün günahkar hesab edilirdi. 1) İnqilabdan əvvəl məlum SSRİ ərazisindən kənarda fəaliyyətin olubsa (təhsil, iş, elmi-siyasi, mədəni əməkdaşlıq və s.) -  şübhəlisən. 2) İnqilab baş verdi və sən bu hadisəyə öz “töhfə”ni vermədin –günahkarsan. 3) Sovet sistemini və rus əsarətini qəbul etmirsən, tarixini, dinini, dilini bərpa edib müstəqil xalq kimi mövcud olmaq istəyin var – artıq cinayətkarsan!...

Repressiyaya məruz qalan adamların tarixçəsini vərəqləsəniz, tam bu ittihamların güdazına getdiyini görəcəksiniz...

            

İşgəncə altında imzalanan sənədlərdəki faktlar nə dərəcədə inandırıcıdır?  1937-ci ildə “Butırskaya” həbsxanasında yazdığı ərizəsində Y.D.Polivanov deyirdi: “Mən 58- 1 a maddəsinə əsasən Yaponiya lehinə casusluq etməkdə günahlandırılıram. Mühakimənin  ağır şərtlərinin (fiziki şiddət) dayandırılmasını istəyirəm, çünki bu şərtlər məni yalan söyləməyə məcbur edir və bu sadəcə məhkəmənin nəticələrinin  ədalətli olmamasına səbəb olacaqdır. Ağlımı itirəcək bir vəziyyətə gəldiyimi də vurğulamaq istəyirəm”. (F.D.Aşnin, V.M.Alpotov, D.M.Nasilov. “Məhv edilmiş türkoloqlar”)

            

Təkcə həmkarlar və dostlar yox, hətta qardaşın qardaş haqqında ifadələri bu gün  birmənalı şəkildə “satqınlıq” kimi qəbul edilməməlidir. Arxiv qovluqlarında şiddət altında imzalanmış sənədlər, əslində daha çox söz deyir.  “Bu həmin Əmin Abiddir ki, qardaşı Müznibin vəfatı xidmətindən (O, SSRİ DİXK yanında Xüsusi Müşavirənin 27 avqust 1937-ci il tarixli cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilir. Cəmi bir il sürgündə “yaşayan”  Ə.Müznib 28 avqust 1938-ci ildə Vladivostokdakı xüsusi məntəqədə vəfat edir.) cəmi bir ay 21 gün sonra Azərbaycan SSRİ DİXK-nin 19 oktyabr 1938-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilir və 21 oktyabrda əmr yerinə yetirilir. (Hər iki qardaş "Əmin" təxəllüsünü M.Ə.Rəsulzadənin şərəfinə götürüblər Məhəmməd Əmin Rəsulzadə ilə bir məhəllədə yaşayıb və ana tərəfdən qohumluq əlaqələri olub . “Gültəkin” təxəllüsü ilə şeirlər yazıb. Ən dəhşətlisi odur ki, Əliabbas Müznib istintaq zamanı “pantürkist təşkilatının üzv” kimi qardaşı Əmin Abidin adını çəkib. Onu satıb, ələ verib”. (E.M.Bədəl)

 

Repressiya şiddətinin çox tragik həbs situasiyaları olurdu. Bir çox adamları istirahətə getdikləri şəhərlərdə, parkda gəzdikləri yerdə yanlayıb aparırdılar. Bəzilərini iş yerlərində, hətta kitabxanalarda tuturdular. Amma, əsasən, gecə “yaxalamaları” daha ağır, daha travmalı olurdu. Səksəkə içərisində, qorxulu yuxular görə-görə açırdılar səhəri. “Bu işi həmişə gecə görürdülər. Həbs eləməyə gecələr gəlirdilər. Qəflətən yuxudan oyadırlar, kobud əl çiynindən yapışıb səni silkələyir, işığı düz gözünə salırlar. Sərt simalı  adamlar yatağını dövrəyə alır.  Əksər  hallarda heç bir məhkəmə keçirilmirdi, həbslər barəsində məlumat verilmirdi. Adamlar bir qayda olaraq gecələr yoxa çıxırdılar. Adın siyahılardan silinirdi, gördüyün işlərlə bağlı xatırlatmalar hər yerdən pozulurdu, mövcudluq faktın inkar  olunurdu, həmişəlik unudulurdun. Artıq sən yox idin. Ləğv edilmişdin, yoxa çıxarılmışdın, öz aralarında dedikləri kimi, buxara çevrilmişdin”. (C.Oruel.“1984”)

Repressiya faciəsi haqqında bədii ədəbiyyatda xeyli sayda əsər var. Lakin, Corc Oruelin “1984” romanı qədər bu rejimin anatomiyasını, mahiyyətini açan, obrazını yaradan ikinci bir nümunə tapmaq çətin olar. Corc Oruell İkinci Dünya müharibəsi  illərində  BBC telekanalında və “Observer” qəzetində işləmişdi. 1943-cü ildə sovet dövlətinin lideri İosif Stalin haqqında “Heyvanıstan”  romanını yazır. Əsər  1945-ci ildə çap olunur və yazıçıya böyük şöhrət qazandırır.  Yazıçı  kimi məşhurluqdan sonra da o yenidən jurnalistlik fəaliyyətini davam etdirir. 1948-ci ildə isə  dünyanın 70-dən çox dilinə tərcümə edilən və müəllifinə əbədi şöhrət qazandıran “1984” romanını yazır.  Totalitar   qaydalarla idarəetmənin insana və insanlıq  tarixinə vurduğu sarsıntılı zərbələri Oruell incə və dəqiq müşahidələr, siyasi uzaqgörənlik, fəlsəfi və analitik təhlillər, ideyaverici və təlqinedici ştrixlər əsasında faş və ifşa edə bilmişdir. 1956 və 1984-cü illərdə  roman  iki dəfə ekranlaşdırılır.  Əlbəttə, totalitarizm, diktator hegomonluğu, milyonları utopiya, xəyal ilğımında bilərəkdən heçliyə, uçuruma sürükləmək, insana həqarət və rəhmsizliklə yanaşma mövzusu Corc Oruelədək  də işlənmişdi. Lakin “1984” romanı qədər cilalanmış fikirlər və başdan-başa “siyasi bədiyyat” ampluasında cərəyan edən səhnələr zənginliyi ikinci bir əsərdə olmamışdır. O.Hakslinin “Heyrətamiz yeni dünya”, K. Boyun “Kallogen”, R. Bredberinin “Farengeyt 451” kimi əsərləri dünya ədəbiyyatında totalitar rejim mənzərələrini əks etdirən maraqlı nümunələrdir. Rus mühacir yazıçısı Y. Zamyatinin 1920-ci ildə çap olunan “Biz” romanı siyasi uzaqgörənliklə yazılmışdı. Y.Zamyatin artıq 1920-ci illərdə bolşevizmin təkcə keçmişə yox, həm də müasir insanın düşüncəsinə, şüuruna edilən zorakı təlqinlərini vaxtında görmüş və qələmə almışdır. Sovet ədəbi düşüncəsi üçün “təhlükəli yazıçı” təqdimatı ilə  tanıdılan Y.Zamyatinin həmin əsəri Rusiyada 1988-ci ildə işıq üzü gördü.  “Zamyatinin romanında “Vahid Dövlət” adlandırılan totalitar cəmiyyətdə yaşayan mühəndis D-503-ün (burada insanların ad və soyadları yoxdur, onlar yalnız nömrələrlə işarələnirlər) həyatı təsvir olunur. Bu dövlət Xeyirxah adlı rəhbər tərəfindən idarə edilir. Onun sakinləri isə robotları xatırladır. Onlar hər gün “Dövlət qəzeti”ni oxuyur, Mühafizlər Bürosunun nəzarəti altında yaşayır, şüşə divarlı mənzillərinin kandarından kənarda baş verən hadisələrlə maraqlanmırlar. Cəmiyyətə müxalif mövqe tutan İ-300 adlı qızla tanış olana qədər bu həyat tərzi mühəndis D-500 üçün tamamilə məqbul görünür. Sonra isə hər şey sürətlə dəyişir. Qeyd etmək lazımdır ki, Corc Oruell rus həmkarının romanı ilə yaxşı tanış idi. Hətta 1946-cı ildə ingilis mətbuatında Zamyatinin əsəri haqqında ayrıca resenziya ilə çıxış etmişdi. 1944-cü il fevralın 17-də B.Struveyə göndərdiyi məktubda isə yazırdı: “Siz diqqətimi haqqında daha əvvəllər eşitdiyim “Biz” romanına cəlb etdiniz. Belə kitablar məni çox maraqlandırır, özüm də əvvəl-axır yazacağım bu tipli oxşar bir kitab üçün qeydlər aparıram”. “1984” romanında da Zamyatinin əsərində olduğu kimi, Sovet İttifaqının və Stalin rejiminin timsalında totalitar təfəkkürün, totalitar üsul-idarənin təsviri əsas yer tuturdu”. (V.Quliyev)

Məlum totalitar rejimdə Stalin repressiyası daha çox düşüncə, əqidə və azad iradəyə və sözə qılınc çəkmək demək idi. Bu repressiyada həm də təhqir və aşağılama jestləri hədsiz dərəcədə çox idi. Məsələn, rus türkoloqlarını edam etdirəndən sonra onların bir çoxunun cəsədini xəndəklərə, kanalizasiyalara atdırırdılar. “Polivonovun edam və dəfn edildiyi yer bilinmir. Çox ehtimal ki, o da Samoyloviç kimi Butovo qəsəbəsi və “Kommunarka” sovxozunun xəndəklərində yatır”. (“Məhv edilmiş türkoloqlar”)

Alimləri “vətənə xəyanət” üstündə həbs edir və güllələyirdilər. Əlbəttə, sovet imperiyası miqyasında aparılan  kütləvi repressiya hərəkatı səbəbsiz deyildi. Həmin illərdə, həqiqətən də sovet hakimiyyəti təhlükədə idi. 1930-cu illərdə türkçülük, turançılıq və s. bu kimi irimiqyaslı hərəkatın daha ciddi ictimai-siyasi proseslərlə əlaqəsi vardı. Və Stalin bu oyanışı, sosializm yalanından imtina meylini açıqca görürdü. Qan üstündə qurulan hakimiyyət qan tökə-tökə yaşamalıydı! Başqa çıxış yolu qalmamışdı. Məsələn, Azərbaycanın müsavat mübarizəsi həm mühacirətdə, həm də ölkə daxilində gizli şəkildə olsa da davam edirdi. Digər respublikalarda da buna bənzər müqavimət hərəkatları vardı. Bizim müsavatçı yazıçılar, şairlər haqqında bioqrafiya yazanda “Sovet dönəmində də öz müsavatçı fəaliyyətini davam etdirirdi”- mesajı verilir. Məsələn, C.Cabbarlının sovetizmi qəbul etdiyi zamana qədərki fəaliyyəti çox kitablarda bu cür səciyyələndirilir. Amma repressiya qurbanları haqqında danışanda bu nüans vurğulanmır. Yəni, Stalin sanki bu qətliamı psixi pozğunluq ucbatından, ya da S.M.Kirovun qətli ilə bağlı qisas andına sadiqlikdən edirmiş kimi yozulur. Bu adamların böyük əksəriyyəti, həqiqətən, əksinqilabçı, sosializmə əks -mövqeli adamlar idi. Hətta, bəraət illərində də yanlışlığa yol verilirdi. Zorla həmin əksinqilabçıları sosializmin dostu, sovet hökumətinin sədaqətli xidmətkarı kimi təqdim edirdilər. Bu isə həmin taleyi bəd gətirmiş adamları öz həqiqi obrazından, əqidəsindən fərqli, təhrif olunmuş şəkildə təqdim etmək demək idi. Məsələn, 1963-cü ildə SSRİ-nin baş prokuroru A.Rudenkoya bir qrup alimin (Y.Yanşansin, K.K.Yudakin, B.M.Yunisəliyev, B.A.Kaverin və b.), yazarın ünvanladığı məktublarda da dövrün siyasətinə uyğun olaraq türkçü professoru “marksist”, “leninçi - bolşevik”, “sosializmi alqışlayan sovet alimi”, “Kommunist partiyasının bütün qərarlarını birmənalı qəbul edən vətəndaş”  və s. bu kimi təqdimatlarla tanıtmağa cəhd edirdilər.

Türkçü alim, qırğız dili və ədəbiyyatı professoru, 1930-1937-ci illərdə Orta Asiyada türk dilləri mütəxəssisi kimi fəaliyyət göstərən  Y.Polivonovu 1938-ci ilin yanvar ayında Moskvada keçirilən qapalı məhkəmədə “Yapon hökumətinin təlimatı əsasında qurulmuş anti- sovet sabotajçı terrorist casusluq təşkilatının fəal üzvü” hesab etdiklərinə  görə edam hökmünə məqbul bildilər və vurğulandı ki, 1916-cı ildən, daha sonra isə Orta Asiyada işlədiyi illərdə Polivonov SSRİ əleyhinə Yaponiyaya casusluq etmişdir.  (Y.Polivonov I Dünya müharibəsi illərində bir müddət xarici işlər nazirliyində çalışmışdı.) 

Birinci məqaləmdə repressiyanın S.M.Kirovun öldürülməsi ilə əlaqəsi məsələsini vurğulamışdım. Və qəribədir ki, repressiya qurbanlarına yazılan ölüm hökmünün sonunda,  “Qərara alındı” başlığı altında yazılırdı: “Qərar qətidir və 1.12.1934- cü il tarixli SSRİ-nin MİK qərarına dərhal uyğunlaşdırılmalıdır!” 01 dekabr 1934-cü ildə Kirovun öldürülməsi ilə əlaqədar toplantı çağırılmış və həmin qərar qəbul edilmişdir.

Bəli, taleyin qəribə yazıları, qərarları olurmuş... Türk xalqlarının dili və ədəbiyyatı üzrə əvəzsiz mütəxəssis olan Y.Polivonov 1930-cu illərdə casus və vətən xaini kimi məhv edilir. Ona aid məhkəmə qovluğunda bir epopeyalıq tarixi sənədlər, bədii mətn materialı ola biləcək ərizələr, şahid ifadələri, dindirilmə mətnləri və s. var. Və bir də bir etiraz ərizəsi... Ölümündən bir az öncə işgəncədən cana doymuş alimin “dözə bilmirəm və yalan ifadələr verməyə məcbur oluram, ağlımı itirə bilərəm, işgəncəni dayandırın!”- məzmunlu ərizəsi... Həmin ərizəyə 25 ildən sonra -1963-cü ildə baxıldı və müraciət “nəzərə alındı”...

“SSRİ Ali Məhkəməsinin yığıncağı Polivonovun həbsini məntiqsiz bilir və onun etiraz ərizəsini qəbul edərək SSRİ Ali Məhkəməsi Qanununun 9. Maddəsinin “a” bölməsini əsas alaraq,

Qərara aldı:

 RSFSR Məhkəməsi Qanunu 2. Maddəsi 5. bölməsini əsas götürərərk Y.D.Polivonovla bağlı verilmiş 25 yanvar 1938-ci il tarixli SSRİ Ali Məhkəməsinin hökmü ləğv edilsin və məhkəmə işi dayandırılsın.

Sədr: V.Terebilov

Katib: A.Kuznetsov” (“Məhv edilmiş türkoloqlar”)

Bu il SSRİ miqyaslı repressiyanın 80, Oktiyabr Sosialist İnqilabının isə 100 ili tamam olur. Repressiya haqqında istər tarixçilər, istər ədəbiyyatşünaslar, jurnalistlər, istərsə də diğər sənət sahibləri mütəmadi olaraq məqalələr, monoqrafiyalar, memuarlar yazır. Ədəbiyyat tarixçiləri içərisində davamlı olaraq bu mövzuya müraciət edən professor B.Əhmədlinin maraqlı və çox məqamlarda mənim məqalələrimdəki yanaşmalarla üst-üstə düşən (təbii ki, B.Əhmədli bu mövzuda sələf hesab edilir) fikirləri var. Məsələn, professorun “Ədəbiyyat və repressiya;  xarakteri, genezisi və yanaşma   meylləri” adlı araşdırma yazısında mövzuya konseptual və daha obyektiv münasibət metodologiyası görürük. “Repressiya-milli hadisə olmadığı üçün onun nədənlərini yalnız milli coğrafiya ilə məhdudlaşdırmaq düzgün olmazdı.  Bu gün mötəbər sənəd kimi istinad etdiyimiz istintaq sənədləri tamamilə yalan və saxta faktlara əsaslandığından oradakı ifadələrin doğrudanmı həmin şəxsə mənsub olub-olmadığı, ona məxsus olsa belə hansı yollarla alındığı nəzərə alınmalıdır. Hər hansı bir hadisəyə qiymət verərkən siyasi-ideoloji deyil,  tarixi, mənəvi  kontekstdən çıxış etmək lazımdır.      Həmin dövrün mətbuatında çap olunan yazıların (repressiya zamanı, eləcə də, əvvəl və sonra!)  hamısına ucdantutma istintaq üçün xammal materialı kimi baxmaq və bu yöndən təhlil etmək  obyektiv nəticəyə gəlməyə imkan vermir”.

Və alim çox doğru olaraq bəyan edir ki, bu gün proses haqqında ciddi, elmi-tarixi faktlara dayanan bir kitab belə oxumayanlar “kimsə kimisə satıb”, “filankəs filankəsin donosu əsasında güllələnməyə məhkum edilib”, “yeni quruluşu qəbul etməyənlər həbs olunub, qəbul edənlər sağ qalıb”, “filankəs filankəsi satdığı üçün sağ qalıb” və s. bu kimi şaiyələrlə oxucuları çaşdırır. B.Əhmədli də göstərir ki, sağ qalanlar yox, həm də həbs olunan, məsləkdaş hesab edilən repressiya qurbanları özləri də bir-birinin barəsində ittiham xarakterli şahidlik səhifələrinə imza atıb.

Onu da qeyd edim ki, mövzunun bu məqamında nədənsə yadımıza daha çox düşən C.Cabbarlı olur. O da 1934-cü ildə Azərbaycan Yazıçılarının I qurultayında H.Cavidi tənqid etmişdi. Və məzmunları tutuşdursaq heç də sağ qalanların tənqidindən  (xüsusən S.Vurğunun) geri qalmayan maddələrlə...

            

1937-ci ildə isə daha genişmiqyaslı təhdidlərə start verildi. Azərbaycan Sovet Yazıçıları İttifaqı yaradıçılıq birliyi funksiyasını mexaniki olaraq itirdi və sırf inzibati, siyasi-ideoloji təlimatlandırma mərkəzinə çevrildi. Qurum az qala hər təhlükəli, şübhəli misraya görə cavabdehlik daşımalı olmuşdu. Növbəyə düzülmüş kimi sıra-sıra hər kəs bu irimiqyaslı repressiyaya öz “töhfəsini” verməkdə idi. Daha doğrusu, məcbur idi. Xalq, millət üçün daha çox iş görənləri xalqın, millətin düşməni kimi qələmə verməli idilər. Maraqlıdır ki, həmin dövrdə “xalq” sözü daha çox işlənirdi, “millət” kəlməsi yaddaşda nəsə yarada bilər-qorxusuyla arxaplanlı olmuşdu. 1937-ci ildə C.Xəndan “Ədəbiyyat qəzeti”ndə “Sıralarımızı təmizləyəlim!”-deyib, sıralarındakı ən ləyaqətli adamları ittiham edirdi. Və təkcə “qurbanların”, məhv ediləcək adamların adını yazmırdılar, həm də özlərinə silahdaş, həmkar səsləyirdilər. C.Xəndan M.Rzaquluzadəyə və H.Mehdiyə “Niyə susursunuz?!”-sualını yazıçı yoldaşı kimi yox, ittihamçı, hakim kimi, Stalin, Bağırov intonasiyası ilə verirdi: “M.Rzaquluzadənin də susmağı və mətbuat səhifələrində öz səhvlərindən danışmamağı da bizi qane etmir...  Biz averbaxçılığın kökünü kəsməklə mübarizə edərkən onun Azərbaycandakı nümayəndəsi H.Mehdinin susmağına dözmək olmaz. O, bir kəlmə də olsun yazmır, danışmır”.

Daha sonra C.Xəndan həmin illərdə Azərbaycan mədəniyyəti və elmi üçün misilsiz xidmətlərdə bulunmuş Ruhulla Axundov haqqında “xalq düşməni” və “ziyankar” kəlmələrini işlədir: “Xalq düşməni Ruhulla Axundov və onun havadarlarının incəsənət və ümumən kultura sahəsində etdiyi ziyankarlıq xalqımıza bəlli olmuşdur. Sovet Yazıçıları İttifaqı sıralarının zibilləşməsini göstərən plenumumuz qarşımızda itifaqın konturrevolysion yazıçılardan təmizlənməsini kəsinliklə qoymuşdu. İttifaq üzvlüyünə layiq olmayan Səlman Mümtaz, Musaxanlı, Çəmənzəminli, S.M.Qənizadə, Seyid Hüseyn tezliklə ittifaqdan çıxarılmalıdır.

Xalq düşməni Cavid, Cavad, Müşfiq, Sanılı və başqalarının ikiüzlü “siyasəti” bizi daha da sayıq olmağa və bu kimi örtülü düşmənlərlə mübarizədə amansız olmağa vadar edir”.

            

İttifaqın digər respublikalarında da “aktual ittiham tezisi” kimi dilləri dolaşan “Trotskiçi”. “Zinovyevçi” anlayışları Azərbaycan ədəbi mühitində də bayraq kimi “dalğalanırdı”... Bu  çıxış isə M.S.Ordubadiyə məxsusdur: “Konturrevolysion Trotski və zinoyevçilərin, son vaxtlar trotskizmin bütün xüsusiyyətlərini əks etdirən averbaxçılığın bütün varlığı ilə rüsvay edilməsi sovet ölkələrində olduğu kimi Azərbaycan Sovet Yazıçıları İttifaqı qarşısında da mühüm məsələlər qoymuşdur... İttifaqın bu sükutu xalq düşmənlərinin ittifaq sırasında qalması və öz xain hərəkətlərinin davam etdirməsinə imkan yaratdı. İttifaq Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi kimi xalq düşmənlərinin ifşa edildiyi zamanda belə Əhməd Cavad, Sanılı, Səlman Mümtaz və başqalarının məsələsini də həll etməli idi...  18 ildən bəri özünü düzəltmək istəməyən, əksinə olaraq bütün əsərlərində öz keçmişindən ayrılmadığını göstərən Çəmənzəminli, Cavid, Sanılı və bir çoxlarını ittifaq sırasından xaric etməklə ittifaq bu kibirlərin təsirindən xilas olunmalıdır”.

Azərbaycan Sovet Yazıçılar İttifaqının 25-dən çox üzvü represiyaya məruz qaldı. Amma bu gün də Ü.Hacıbəyovun, S.Vurğunun və bir çox üzdə olan elm, sənət adamlarının bu tufandan salamat çıxması çoxlu suallar doğurur.  Ü.Hacıbəyov XI Qızıl Ordunun Bakıya gəlişinə qarşı həm də mətbuatda çıxışlar edən adamlardan biri idi. O da nəzərə alınsa ki, Müsavat Hökuməti mühacirlərindən biri, Ceyhun Hacıbəyli də onun qardaşı idi, böyük bəstəkarın, alimin və pedoqoqun sağ qalması möcüzə hesab edilməli idi. Bəziləri bunu N.Nərimanovun xidməti kimi qiymətləndirir. Amma 20-ci illərdə bu qoruma olsa da, 1937-ci ildə mümkünsüz görünürdü. Nəzərə alsaq ki, N.Nərimanov 1925-ci ildə ölmüşdü.

Professor B.Əhmədlinin bir mülahizəsini isə mübahisəli hesab edirəm. Mən bir az yuxarıda da qeyd etmişdim ki, 1930-cu illərdə SSRİ üçün təhlükəli dövr idi. İttifaqa daxil olan millətlər  zorən “birlik” ideyasına qarşı hərəkətlənirdi. Müstəqilliyi əlindən alınmış, tarixi, milli kimliyi rus şovinizmi təlqinində əriyib yoxa çıxmaqda olan xalqlar buxovdan yaxa qurtarmaq, zəncirin həlqəsi olmaq missiyasından imtina etmək istəyirdi. Bunu sırf silahlı etirazlar, terror və üsyanlar vasitəsi ilə deyil, düşüncə, ideya, şüurlu imtina hərəkatına dəstək formasında reallaşdırırdılar. B.Əhmədli isə yazır: “Repressiya ilə bağlı istintaq işləri ilə tanış olarkən məlum olur ki:

      1. İstintaqçıların iddia etdiyi kimi Sovet hakimiyyətini yıxmaq üçün heç bir iş, hərəkət mövcud olmayıb.

      2. Müstəntiqlər onlara verilən siyahı üzrə insanları həbs ediblər və istintaq zamanı çəkilən adları onlar ya özləri yazmış, ya da ağır cəza tədbirlərindən sonra boyunlarına qoymuşlar.

      3. Terroru ayrı-ayrı adamlar deyil, zor və terror aparatı dövlət özü etmişdir.

      4. ”Vahid türk-tatar  dövləti”nin yaradılması, yaxud Azərbaycanın SSRİ-dən ayrılmasına təşəbbüs (halbuki bağlanmış müqavilədə buna formal olaraq icazə verilirdi)  ilə bağlı iddiaları tarixi sənədlər təsdiq etmir.

      5. Ümumiyyətlə, Azərbaycanı SSRİ-dən ayırmaq, silahlı üsyana hazırlaşmaq, təxribat və terror hazırlamaq və s. onlarla ittihamların heç biri başqa mənbələrdə yazılı sənədlərlə təsdiq olunmur və yalnız kiminsə şifahi,  ya yazılı “xəbərçiliyinə” (bu isə təşkil edilirdi) əsaslanırdı”.

Bu barədə növbəti məqalədə fikrimi davam etdirəcəm.

II məqalə burda: http://www.moderator.az/news/239421.html

Ardı var...

24.12.2017

İradəMusayeva

loading...
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin, yoxsa...” - VİDEO
30 erməni hərbçisinin meyiti Ermənistana qaytarılıb...- Erməni tərəfi təsdiqlədi
"Artıq Azərbaycan Ordusunun Xankəndi və Şuşaya daxil olacağına əminliyim artır..."
Rusiya Türk PUA-larını "dişləmək" üçün ermənilərə "Krasnuxa" REM-ləri göndərib..?
“Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir...”
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Siyasət
“Laçın, Şuşa və Kəlbəcər azad olunmalıdır ki, separatçıların dəstək yolları kəsilsin”
Hadisə
Bərdəni atəşə tutan "Smerç" məhv edildi - VİDEO
Cəmiyyət
“Əslində düşmənin hər bir terrorçu addımı bizə qələbəmizin sədalarından xəbər verir...”
Cəmiyyət
“Ermənilər əslində döyüş meydanında olduğu kimi, musiqidə də qorxaqdırlar...”
Gündəm
“Cümhuriyyət bayramı Türkiyə ilə yanaşı, həm də Azərbaycanın bayramıdır”

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Əliyev
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
Seymur Verdizadə
Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım...
Sultan Laçın
“Şəhid balalarımıza “bədbəxt” deməyin!.. -Bədbəxt - qatillər, baiskarlardır...”
Həftənin ən çox oxunanları
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir"
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
Terrorçu ölkə müdafiə naziri Laçının müdafiəsini öz üzərinə götürdü…
“Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana XƏBƏRDARLIQ
ABŞ Dövlət Departamenti Pompeonun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü haqqında məlumat yaydı
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247