Xəbər lenti
25/10/2020 [08:38]:
"Azərbaycan ordusu müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib" - 25 oktyabr-RƏSMİ
25/10/2020 [08:29]:
“Xudafərin məğlubiyyətindən sonra Ermənistan  təslim aktını imzalamalıydı...”
25/10/2020 [07:36]:
Müsəlman oğlu Həbib karyerasını məğlubedilməz kimi bitirdi...-VİDEO
25/10/2020 [07:17]:
Böyük cihadın 6 mərhələsi...
25/10/2020 [01:10]:
"Burda diqqəti çəkən “Mariott Abşeron” otelinin konkret hədəf kimi göstərilməsidir"
25/10/2020 [00:16]:
Hikmət Hacıyev: “15 yaşından kiçik uşaqların əsgər kimi hərbi xidmətə cəlb edilməsi qadağandır” - FOTO
24/10/2020 [23:37]:
Ərdoğan Fransa Prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
24/10/2020 [23:35]:
Ermənilər Bakıda terror aktları hazırlayır - Rəsmi Vaşinqtondan XƏBƏRDARLIQ...
24/10/2020 [23:31]:
Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi
24/10/2020 [23:29]:
Hərbçilərimiz əhalimizə koronavirusla bağlı çağırış etdi - VİDEO
24/10/2020 [23:26]:
“Bayraktar” PUA-sının yaradıcısından Azərbaycana dəstək
24/10/2020 [23:10]:
Düşmənin burnunu ovdu əsgərim, iti qovan kimi qovdu əsgərim, qayıt Şuşamıza, qayıt, Şuşalım!
24/10/2020 [22:52]:
Ermənilər “Qarabağ Azərbaycanındır” deyən niderlandlı deputatı təhdid edir
24/10/2020 [22:50]:
"Əgər bu qiymət artımını durdura bilməsək, şirkət digər məhsullarını da bahalaşdıracaq"
24/10/2020 [22:31]:
"Bu çətin və faciəli zamanda biz Azərbaycan xalqının ağrısını öz dərdimiz kimi qəbul edirik"
24/10/2020 [22:26]:
Düşmənin döyüş texnikaları məhv edilib - VİDEO
24/10/2020 [22:21]:
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
24/10/2020 [22:18]:
"Ermənilərin iç üzünə bələd olan nə Avropa, nə də ABŞ onların göz yaşlarına inanmır"
24/10/2020 [22:01]:
“Şəhidlərin istehlak kreditlərinin silinməsi qərarı dövlətimiz adına qürurverici addımdır”
24/10/2020 [21:46]:
"O qədər xəbis millətdir ki, başqa regiona məxsus başqa birisinin ağalığını yaxına buraxmır"
24/10/2020 [21:20]:
Tozundan, torpağından öpüb rahatlancağıq...
24/10/2020 [21:12]:
Hikmət Hacıyev: “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi”
24/10/2020 [21:08]:
Hikmət Hacıyev Ermənistana xəbərdarlıq etdi: "Azərbaycan cavab zərbələri endirə bilər..."
24/10/2020 [21:07]:
Donald Tramp ABŞ prezidentinin seçkilərində erkən səs verib
24/10/2020 [21:04]:
Qarında köp, qaz və qıcqırmanın 7 səbəbi - Bu qaydalara əməl etmirsiniz...
24/10/2020 [21:02]:
Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi - VİDEO
24/10/2020 [20:04]:
Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb
24/10/2020 [20:02]:
"Borçalı Cəmiyyəti" XII konfransını keçirdi - - Ali Bas Komandana dəstək verildi...
24/10/2020 [19:42]:
Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTOLAR
24/10/2020 [19:39]:
Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb
24/10/2020 [19:35]:
Azərbaycan-Ermənistan münaqişəsində Rusiyanın tarixi mövqeyi...
24/10/2020 [19:33]:
Azərbaycan HHQ-si düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib
24/10/2020 [19:21]:
“Noyabrın 1-nə qədər Azərbaycan işğaldakı ərazilərin dörddə üçünü qaytara biləcək”
24/10/2020 [19:16]:
“Həlak olan hərbçilərlə bağlı bu qərar, dövlətimizin şəhidlərimizə olan münasibətinin göstəricisidir”
24/10/2020 [19:12]:
Mnatsakanyan CNN-ə müsahibəsi zamanı çətin anlar yaşadı...
24/10/2020 [19:08]:
Andranikin qulağını kəsən bəyin nəticəsi döyüşdə – VİDEO
24/10/2020 [18:56]:
Düşmənin hücum cəhdinin qarşısı alınıb - Müdafiə Nazirliyi
24/10/2020 [18:43]:
Rusiya XİN-i Gəncə terrorunun rusiyalı qurbanı barədə paylaşım etdi - FOTO
24/10/2020 [18:28]:
Ordumun gücündən düşmən dardadır, Ağdamın, Şuşanın gözü yoldadır...
24/10/2020 [18:20]:
Azərbaycan ordusu düşmənin xeyli sayda hərbi texnikalarını məhv edib - VİDEO
24/10/2020 [18:10]:
"Türkiyənin öz torpaqlarından sonra ən çox Şəhidi olan ikinci torpaq Can Azərbaycandır"
24/10/2020 [18:05]:
Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı
24/10/2020 [18:02]:
Düşmənin aldadaraq gətirdiyi əsgər və könüllülərə silahı yerə qoymaq təklif edilib
24/10/2020 [17:55]:
Tərtərə düşən raket yarımtikilini dağıtdı – VİDEO
24/10/2020 [17:53]:
“Fikirləşdim ki, prezident icazə versə heç kim mənə bir söz deyə bilməz” -10 yaşlı Ağa hərbi xidmətə getmək istəyir
24/10/2020 [17:51]:
“Azərbaycanın Qarabağdakı qalibiyyəti türk dünyası üçün təsirsiz ötüşməyəcək”
24/10/2020 [17:43]:
“Bakı hərbi qələbənin bir addımlığındadır, bəlkə də sayılı saatlar qalır” – Sergey Markov
24/10/2020 [17:41]:
“Ermənistanın vurduğu  zərərin ödənilməsi üçün  beynəlxalq məhkəmə qarşısında məsələ qaldırılmalıdır...”
24/10/2020 [17:41]:
Ceyhun Bayramovdan Moskvadakı pozanı təkrarlamaq xahişinə diplomatik cavab... - VİDEO
24/10/2020 [17:21]:
Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir
24/10/2020 [17:17]:
Gülnarə Xəlilova Azərbaycan Ordusunun azad etmə missiyasının şərəfinə kolleksiya təqdim edib
24/10/2020 [17:13]:
Heydər Əliyevin vəsiyyəti: “Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir”
24/10/2020 [17:09]:
“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı layihə həyata keçirilib
24/10/2020 [16:25]:
Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - Müdafiə Nazirliyi
24/10/2020 [16:22]:
Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür...
24/10/2020 [16:20]:
“Ermənilərin etdiyi günahlar Allaha xoş getmədiyindən Qarabağa gedən yollarımız açıldı”
24/10/2020 [16:20]:
Hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək
24/10/2020 [16:19]:
"Bu haqlı savaşda işğaldakı torpaqlarınızın geriyə qaytarılması sizin ən təbii haqqınızdır"
24/10/2020 [16:11]:
Düşmən PUA-sı məhv edilib - RƏSMİ
24/10/2020 [16:09]:
"Azərbaycandakı faciələrin arxasında Fransa dayanır" - Ərdoğan
24/10/2020 [16:07]:
Düşmənin döyüş təyyarəsi məhv edilib
24/10/2020 [15:47]:
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib
24/10/2020 [15:46]:
“Hazırda qardaşlarımız əraziləri geri almağa başlayıblar” - Ərdoğan
24/10/2020 [15:44]:
Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! - Azərbaycan əsgəri
24/10/2020 [15:41]:
Tələbəsi ilə cinsi əlaqəyə girdi, bu da azmış kimi baxın nə tələb etdi - RƏZALƏT
24/10/2020 [15:39]:
Azərbaycanda daha 792 yeni yoluxma faktı qeydə alınıb
24/10/2020 [15:22]:
İranda koronavirusdan ölənlərin sayı 32 mini ötüb
24/10/2020 [15:19]:
Üzünə tüpürən qadın sərnişini bu cür cəzalandırdı - VİDEO
24/10/2020 [14:58]:
Arnold Şvartseneger növbəti dəfə əməliyyat olundu
24/10/2020 [14:49]:
"Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla erməni “dəyirman"ına su tökür"
24/10/2020 [14:48]:
"Bir xalqa dəfələrlə öz müqəddaratını təyin etmə imkanı yaratmaq isə o deməkdir ki..."
24/10/2020 [14:44]:
Kəlbəcərdəki faciə Çili mətbuatında...
24/10/2020 [14:25]:
“O gün 1992-ci ildə Laçından dönüb Türkiyəyə getməyimin “sirri”ni tam açıqlayacam...”
24/10/2020 [14:20]:
Bir ay əvvəl Xankəndinə 3 yol gəlirdi, indi biri qalıb
24/10/2020 [14:13]:
“Görünməmiş hadisə-cinayətkar, terrorçu dəstənin başçısı kömək üçün Putinə yalvarıb...”
24/10/2020 [14:11]:
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur
24/10/2020 [14:06]:
"Həmsədrlər hər zaman tatus-kvonun qorunub saxlanmasında maraqlı olublar"
24/10/2020 [14:02]:
Goranboyda evin həyətinə düşüb partlamayan erməni raketi - FOTO
24/10/2020 [13:55]:
Əkrəm İmamoğlu koronavirusa yoluxub
24/10/2020 [13:53]:
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Bütün arxiv bir sırada
03/09/2018 [09:16] - Ədəbiyyat - ( 1401 dəfə baxılıb)

Ədəbiyyatın gücü, siyasət və ədəbiyyat konfliktində tənhalaşan qaliblər... -V məqalə




 (A.Soljenitsının “Birinci çevrə” romanı haqqında)

 

V məqalə

 

IV məqalə burda: http://www.moderator.az/news/226021.html

 

Saraşkada 280 dustaq hər gecə yuxu görürdü...

 

Romanın yekun ideyası  inam və inamsızlıqlar, yanlışlıqlar ilğımında sosializm əqidəsi naminə boşuna yol gedən insanlarla bu insanların tam əksi olaraq düşünən ideoloqlar arasındakı konfliktin ortaya qoyduğu məntiqi nəticədən ibarətdir.  Sovet hökumətinə və Lenin ideallarına həbsdə də sadiq qalan, amma ziyalı və intellektual potensialı ilə hamının diqqətini çəkən Rubin üsyankar Qleb Nerjinin birmənalı etirazlarını qəbul etmir.  Vəziyyət elə olur ki,  get-gedə özü də bu hökumətə və düşüncəsində illərlə qoruyub saxladığı ideallarına asi çıxır. Hətta aclıq elan etməklə nəyəsə nail olmaq niyyətinə düşür.

Soljenitsının “Birinci çevrə” romanında dialoqlar, müxtəlif statuslu insanların ictimai-siyasi, sosial-mədəni sahələrin mənzərəsini təhlil edən polemikaları bəzən yorucu görünür.  Həmin səhnələrdə L.Tolstoy təsvirlərinə bənzər fraqmentlər, oxucunu uzun-uzadı eyni dairədə, eyni mövzu cazibəsində saxlamaq metodu məzmunun mahiyyətini anlamağa yardım edir.  Bəlkə də daha yığcam fraqmentlərlə də ideyanı oxucuya çatdırmaq olardı. Lakin bu lövhələr səbrli oxucu üçün həmin dövrün yığıncaqlarında, iclaslarında, məhkəmələrində iştirak etmək kimi bir “əyləncə” rolu oynayır.  

Rubin Qleb Nerjini  yola gətirməyə çalışır ki,  akustika laboratoriyasında birlikdə işləsinlər və hətta yeni bir elmin – öz metod və nəzəriyyəsi olan fonoskopiyanın əsaslarını yaratsınlar. O, vədlərə inanır və Nerjini də inandırmağa çalışır ki, yaxşı işləsələr, onları tez azad edərlər, təmiz pasport verib vətən xaini ləkəsini üstlərindən götürərlər, ən azından bu elmi kəşflə saraşkada hörmət qazanar, hansısa Anton tərəfindən döyülməzlər. Müəllifin  öz obrazını əks etdirən Qleb Nerjin isə rejimə və Stalinə nifrət etdiyi üçün onun tapşırığından imtina etmişdi. Nerjin haqqında artıq  “yox edilsin” mesaji verilmişdir.

Rubinin sədaqəti də onu xilas etmədi. Paxtina vaxtilə Rubinə belə demişdi: “Yoldaş Rubin, sən partiya qarşısında tərk-silah olmalısan!” Rubini suçlayırdılar k, əmisi oğlunun əvvəllər trotskçi olmasını partiyadan gizlədibdir...

İndi isə saraşkada haqq-ədalətin hər gün bir az öldürülməsi, məhv edilməsi, yerlə-yeksan olması mənzərələri Rubinin səbrini axır ki tükətdi...

Romanda zamanın siyasi portretinə saysız-hesabsız parodiyalar var. Məsələn, “xalqın arasına getmə” tezisinin siyasi mahiyyəti istehzalı şəkildə izah olunur. Nerjinin dalandar Spiridonla dostluq etməsini Rubinlə Soloqdin zarafatla “xalqın arasına getmə” və hələ Nerjindən də əvvəl Qoqolun, Nekrasovun, Gertsenin, slavyanofillərin, xalqçıların, Dostoyevskinin, Lev Tolstoyun, nəhayət, şərlənmiş Vasisuali Loxankinin tapa bilmədikləri kəndli  həqiqətinin axtarışı adlandırırdılar.

Romanda hadisələr diplomat İnnokentinin bomba təhlükəsini xəbər verən zəngi ilə başlanmışdı. İnnokentini izləyir, telefon danışıqlarını dinləyir və ələ keçirirlər. O özünü pəncərədən, üçüncü mərtəbədən atmaq, ya da asmaq haqqında düşünür. Hissləri qarışır, özünü mühakimə edir, axı niyə 30 yaşında həyatla vidalaşmalıdır?  Peşmançılıq ağrısı qəlbini incitsə də, öz böyük həqiqətinə sədaqətini də etiraf edir...

İnnokenti dünyanı atom müharibəsindən xilas etmək üçün zəng etmişdi. O deyirdi ki, atom bombası kommunistlərin əlinə düşsə dünya məhv olacaq.

Burada  yaradıcı insandan sistemin strategiyasına uyğun şəkildə dəyişilib məmura, intriqaçı rəhbərə çevrilmiş Adam Roytman obrazı var ki, o da müharibədən əvvəl və sonranın elmi-mədəni mühitindəki vəziyyətin xarakterini açmaqda bizə köməklik edir. “Bütün bu illər ərzində nə ilə məşğul olmuşdur? İntiriqalarla. İnstitutda birincilik uğrunda mübarizəylə. Bir qrup dostu ilə onlar Yakonovu ləkələmək, onu yıxmaq üçün hər şeyi edir, düşünürdülər ki, bu adam öz nüfuzu, iddialılığı ilə onların üstünə kölgə salır, Stalin mükafatını da tək özü alacaq.  Yakonovun keçmişinin ləkəli olmasından və buna görə də nə qədər özünü dağa-daşa vursa da, partiyaya girə bilməməyindən istifadə edərək, “gənclər” partiya iclasları vasitəsi ilə ona həmlələr edirdilər: onun hesabatlarını gündəliyə salır, sonra isə ondan iclası tərk etməyini xahiş edərək, ya da ki elə gözlərinin qabağındaca (“ancaq partiya üzvləri səs verirlər!”) müzakirələr aparıb qərara çıxarırdılar. Partiya qərarlarına əsasən Yakonov həmişə günahkar olurdu”.

Soljenitsının saraşkası əslində balaca bir SSRİ idi. SSRİ-nin kiçildilmiş maketi, modeli idi. Burada  zaman, məkan, hərəkət qanunauyğunluqları qeyri-real, absurd və tərsinə işləyən qanunlar diktəsi fonunda arxaplanlı olmuşdu.  Məkan içərisində məkanlar, zaman içərisində keçmişlə gələcəyi çarpazlaşdıran absurd zaman strukturu müəyyənləşir. Əsərdə də deyildiyi kimi “Ölkəni bütün perimetri boyu əhatəyə almış Dəmir Pərdənin içərisində – Marfino ətrafında – daha bir keçilməz polad pərdə asılırdı...”

Romanın süjetində dramatik məqamlardan biri də Soloqdinin çertyoju yandırması hadisəsidir.  Klipper və Vokoder əməliyyatları hadisələrin konflikt və süjetin kuliminasiya mərkəzitək diqqətdə saxlanılır. Soloqdinin çertyoju yandırması nüansı bu dramatizmi bir az da artırır. Daha sonra Roytman və Rubinin aparat üzərində çalışması, onların ciddi-cəhdlə fonoskopiya elminə töhvə vermək iddiası ən incə detallarına qədər açılır.  Bu qurğu vasitəsilə istənilən cinəyayətkarın səsi yazıya alınır, diğrləri ilə müqayisə edilə bilir və oğruların əl izi seyflərin üzərində necə qeydə alınırsa, o şəkildə də məhkəmə protokoluna əsaslı fakt kimi daxil ola bilir. İnnokentinin taleyi artıq təhlükə altındadır...

Roytman və Rubin bomba ilə bağlı zəng edən adamın kimliyini ilk olaraq ələ keçirdikləri səslərin arasında tapmalı idilər. İnnokenti zəng etmişdi, amma ehtimallar da nəzərə alınır və şübhələndikləri şəxsləri də nəzarətə götürürlər.

İnnokenti hər an qapının döyüləcəyini və həbs olunacağı anı gözləyir.  Və o an gəlir. Ona SSRİ baş prokurorunun sanksiyasını oxudurlar. Həbs orderi ona aid idi...  “Volodin İnnokenti Artemyeviç, 1919-cu il...” – yalnız bundan sonra bütün bədənini, sanki, böyük bir iynə ilə deşdilər, gözlənilmədən canına od düşdü. İnnokenti ağzını açdı, amma bircə səs də çıxara bilmədi, qırmızı vərəqi tutmuş əli  hələ də dizinə çatmamış “mexanik” onun çiynindən yapışdı və təhdidlə dedi:

-Hə, sakit, sakit, tərpənmə, yoxsa buradaca boğaram! Fənəri ilə Volodinin gözlərini kor edir, papirosunun tüstüsünü onun sifətinə buraxırdı. Vərəqi isə ondan aldı. İnnokenti həbs olunduğunu oxusa da, bunun həyatının sonu, uçurum olduğunu başa düşsə də, bu həyasızlıq, çiyninə batmış barmaqlar, üzünə dəyən işıq və tüstü ona dözülməz gəldi”.

Volodin İnnokenti Artemyeviçi həbs edirlər. Və həbs olunması haqqında ona uzadılan vərəqin üstündə “Əbədi saxlanılsın!” ifadəsi yeni mistik bir aləmə aparır onu. O peşman olur ki, hansısa azad bir Avstraliyada bombardımansız, beşilliklərsiz, rahat bir həyat tərzi seçə bilmədi...  Atom oğrularının dalınca qaçdı...

Roman müəllifin həyəcansız, sakit intonasiyalı təhkiyəsi ilə tamamlanır. 281 nəfər saraşka məhbusundan 20-sini, o cümlədən də Qleb Nerjini yatabla başqa yerə (daha ağır cəzaçəkmə məntəqəsinə) göndərirlər. 261 nəfər 20 nəfəri yola salıır... Həmin 20 nəfər azad iradələri, sərbəst düşüncə tərzi ilə həbsxana rəhbərliyini qəzəbləndirənlər olur.

Finalın maraqlı situasiya ilə yadda qalma səbəbini araşdırsaq, müəllif ironiyasının mahiyyətini də açmış olarıq. Cəzadan cəzaya yol ölçən normal düşüncəli, sağlam əqidəli insanlar dustaq maşınının qaranlıq darısqallığında təsəlli axtarırlar. Daha pis yerə sürgün olunan bu məhbuslar, əksinə, özləri və gələcəkləri barədə daha inamla və daha rahatlıqla danışır. Kədərin və ağrının sevinc doğa bilmə absurdluğu adamı həm də ona görə mütəəssir edir ki, bütün bunların hamısını məhz Soljenitsın özü yaşayıb. Dustaq maşını bu iyirmi adamı soyuq və ümidsiz, xəstəliklər, ölüm düşərgəsinə aparırdı. Onlar gözəl bilirsi ki, getdikləri düşərgədə saraşkanı “qızıl yuxu” kimi xatırlayacaqlar. Çox pis bir gələcəyə yola salınırdılar: mis mədənləri, bel, araba, külüng, ürəkbulandıran yeməklərə doğru yol gedirdilər...

İlya Xorobrov deyir: “Eybi yox, uşaqlar, getməyimə təəssüflənmirəm. Saraşkadakı bəyəm həyatdır? Dəhlizlə gedirsən, ayağın Siromaxaya ilişir. Hər beşinci nəfər çuğuldur, ayaqyolunda cınqırını çıxarmağa imkan tapmırsan, dərhal kirvə xəbər tutur. Artıq iki ildir bazar günlərimiz yoxdur, əclafla! İş günü də ki on iki saat. İyirmi qram yağa görə bütün beynini ver bunlara. Evlə yazışmağı da qadağan etdilər, bunların babalarına lənət. Bundan sonra da işlə? Bu ki lap cəhənnəmdir!

Cavabında Qleb Nerjinin dediyi sözlər isə romanın adını və ideyasını səciyyələndirən tezislər kimi səslənir:

“Yox, İlya Terentiç, bu cəhənnəm deyil. Bu cəhənnəm deyil. Cəhənnəmə biz gedirik. Cəhənnəmə biz qayıdırıq. Saraşka cəhənnəmin ali, birinci çevrəsidir. Bu demək olar,  cənnətdir”.

Soljenitsının bioqrafiyasında isə oxuyuruq: “Bir il Lubyanka həbsxanasında qaldıqdan sonra yazıçını Moskva ətrafın dakı ixtisaslaşmış  Marfino həbsxanasına köçürürlər. Bu həbsxanada riyaziyyatçılar, fiziklər və digər ixtisas sahibləri gizli elmi tədqiqatları ilə məşğul olurdular. Burada yaşadığı məhbus həyatını Soljenitsın özünün “Birinci çevrə” əsərində əks etdirmişdir. Dörd il sonra Soljenitsın Qazaxıstandakı siyasi məhbuslar düşərgəsinə köçürülür. Ağır məhbus həyatı və dalbadal yaşadığı psixoloji sarsıntılardan o, burada xərçəng xəstəliyinə tutulur.  Hamı onu ölümə məhkum olunmuş  xəstə hesab edirdi, lakin Daşkənd hospitalında şüa müalicəsi alan Soljenitsın bu ağır xəstəlikdən sağalır və sonralar bu haqda “Xərçəng korpusu” adlı povesti qələmə alır”.

 

Romandakı soxsaylı xarakterlərin, baş qəhrəmanların taleləri, gələcəkləri barədə müəllif maraqlı bir ümumiləşdirmə aparır. Onların hamısı eyni taleyi bölüşmək məcburiyyətindədir. Dustaq kimi yaşamaq, vətən xaini kimi cəzalandırılma və hörmətsiz ölüm...

Sovet sisteminin qanunları bütün insanları bərabərləşdirmə strategiyası uğrunda mübarizədə ikən, SSRİ adlı bir həbsxana tikib başa çatdırdı. “Düşmənlər”lə dolu bir ölkə! Soljenitsının romanda bütün təhlili insana hesablanırdı. İçindən sökülüb tökülən, tar-mar edilən insanlara elegiya kimi yazmışdı romanını. Bu 1000 səhifəyə yaxın romanın təfərrüatları az qala 100 ilin rejimi kimi bəşəriyyətə əzab verən sosializmə parodiya idi.  “Novıy mir” mərkəzinin 1990-cı ildə çap etdiyi kitaba “son söz”də  yazırdı ki, “marfino saraşkası”nın özü də, sakinləri də,  əsasən,  naturadan  götürülmüşdür.

Bəli, Soljenitsın nəsrinin “naturadan götürülmə” metodologiyası, üslubu, tərzi onu başqalarından tam fərqləndirən bir yol oldu. Tolstoyun bitdiyi nöqtədən başladı və zamanının ictimai-siyasi, sosial-mədəni obrazını romanlaşdırdı. Roman müəllifin 1955-ci ildÿ, Kok-Terekdə (cənubi Qazaxıstan) sürgündə olduğu zamanda yazılmağa başlanmışdı.

Romanın çox sadə “Atom” adlı  süjeti bir müddət “Yeni dərmanın qərbə ötürülməsi” süjeti ilə əvəzləndi. Bir süjetdə “xəyanətkar diplomat”, o birisində isə “satqın həkim”  ideyası vuruğulanmışdı. Mahiyyətcə o qədər də fərqlənməyən bu variantların hər ikisində, əslində, bəşəriyyətin taleyi və SSRİ-də baş verən anti-humanist hərəkatın əsil mahiyyəti açılıb göstərilirdi.  Və bu ağrılar müəllifin canından qopduğu üçün oxucu daha yaxından duya bilir o mənzərəni...

         Bir neçə kəlmə də romanın Azərbaycan dilinə tərcüməsi məsələsinə toxunmaq istərdim.  Çox təəccüblüdür ki, 1000 səhifəyə yaxın kitabın  ( Aleksandr Soljenitsın. Seçilmiş əsərləri. Bakı, Şərq-qərb, 2010. 944 səh.  tərcümə üslubunda vahidlik prinsipi gözlənilməyib. Romanın bəzi hissələri dilimizə məqbul şəkildə çevirildiyi halda, xeyli hissəsi qeyri-peşəkarcasına tərcümə olunub. Romanın tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, redaktoru isə filologiya elmləri doktoru, professor Asif Hacılıdır.  

Hətta uzlaşmayan, məna-məzmun və qrammatik baxımdan qüsurlu cümlələr, bütöv abzaslar var ki, mətnin qavranılmasında böyük problemlər yaradır. Məsələn: “O, israfçılıqla yerə sərilmiş xalçanın üzəri ilə yeriyirdi. Xalça yumşaq, xovlu idi, adam onun üstüylə lap sürüşmək istəyirdi. Zalın sağ tərəfi iri pəncərələrdən ibarət idi, sol tərəfdə isə döşəmədən başlayan güzgü ucalırdı”. (s.144) “Otaq nə çox böyük, nə də çox hündür idi. İki qapısı vardı, pəncərəsi olsa da, pərdəylə tam örtülmüşdü və divardan seçilmirdi. Amma havası təmiz və xoş idi (ayrıca bir nəfər havanın içəri və çölə buraxılmasına, onun kimyəvi zərərsizliyinə görə məsuliyyət daşıyırdı”. (s.152)  “Taxtın üstündə şəkilləri Yer qabığının mövcud olduğu üç milyard il ərzində heç kəsin şəkilləri çəkilməmiş sayda yağlı boya ilə, akvarellə, quaşla, kömürlə, tabaşirlə,üyüdülmüş kərpic tozu ilə çəkilmiş, yolkənarı daşlardan, balıqqulağından, şirli lövhələrdən, buğda dənələrindən, paxladan düzəldilmiş, sümük üzərində oyulmuş, otlardan yetişdiriliş, xalçaların üstünə toxunmuş, təyyarələrdən qurulmuş, kino lentlərinə salınmış insan uzanmışdı”. (s.153) “O yumşaq, sıx toxunmuş coraba bənzəyən Qafqaz çəkmələri geyinmiş ayaqlarını yığaraq, sadəcə uzanmışdı.  Əynində dörd iri- iki döş, iki yan cibi olan  – frenç vardı. Bu köhnə, uzun müddət geydiyi, yaxşı öyrəşdiyi frenç onun hələ vətəndaş müharibəsi illərindən geyməyə başladığı (bir az da Napoleonu təkrarlayaraq), Stalinqraddan sonra isə marşal mundiri ilə əvəzlədiyi həmin o boz, qara, ağ, xaki rəngli frençlərdən biri idi”. (s.153) “Xözeynə görə narahatlıq dolu baxışla onun dəvə yunundan şalı yarıyacan üstünə çəkərək necə uzandığına diqqət etdi, amma birbaşa səhhəti barədə sual vermədi Stalin belə sualları xoşlamırdı) və pıçıltı ilə soruşdu:” (161)  “Əsrin üçdəikisi – başlanğıcında ən cəsarətli xəyal kimi belə təsəvvürə gətirilə bilinməyən, sonunda isə başlanğıcının yaddaşlarda canlandırılması və inanılması mümkün olmayan göyümtül ənginlik”. (s.162) “Burada, “Bioqrafiya”da, bir  şəkil var: həmin şəkildə ruhani məktəbinin məzunu Cuqaşvili sona qədər düymələnmiş dairəvi yaxalıqlı boz keşiş paltarında təsvir edilişdi, onun ibadət etməkdən üzülmüş yeniyetmə sifətinin ovalı donuqlaşmışdı, ruhani fəaliyyəti üçün hazırlanan uzun saçları ciddiliklə iki tərəfə daranmış, itaətlə qəndil yağı ilə yağlanmış və qulaqlarının üstünə kimi sallanmışdı. Bircə gözləri və gərginlik içərisində olan qaşları bu cavanın, bəlkə də, mitropolitliyə qədər gedib çıxacağından xəbər verirdi”. (s.163) “Onun əməlli-başlı öyrəşdiyi polis idarəsindən şəxsi vərəqəsini və ruhunu hərbi rəisə təhvil verdilər, o da ki nə sosial-demokratlardan, nə MK üzvlərindən başı çıxmayan  adam kimi, 1879-cu il təvəllüdlü, əvvəllər hərbi mükəlləfiyyətini yerinə yetirməmiş İosif Cuqaşvilini rus imperator ordusuna çağırdı”. (s.171)  “Rusiyanı tanımayan, hər hansı bir pozitiv və müntəzəm təcrübəsi olmayan, tələffüzü başa düşülməyən bu avantürüst gəlib əl-qol ata-ata, boğula-boğula öz aprel tezisləri ilə aləmi tamamilə qatıb-qarışdırana kimi hər şey aydın idi”. (s.172) “O, insanların torpaqla birləşdikləri yerlərinə, bazislərinə bələd idi, elə yerlərinə bələd idi ki, onsuz ayaq üstə dayana, heç nəyə davam gətirə bilməzlər, bundan yuxarıda olan isə, o şey ki onun köməyi ilə riyakarlıq, ikiüzlülük edirlər, bəzilərini göstərməyə çalışırlar –bu üstqurumdur, heç nəyi həll etmir”. (s.174)

Bu sadəcə istisnalar deyil, bu cür misallar hədsiz dərəcədə çoxdur. İfadələr, cümlələr bədii mətn üslubunu korlamaq dərəcəsində yanlış seçilirsə, oxucunu mütaliədən uzaqlaşdırır... Aşağıdakı misallar da ilk baxışda diqqəti cəlb edən qüsurlardır. Halbuki bütün kitab başdan-başa bu keyfiyyətlə tərcümə edilib.

 “Şərq tipli yeni nəzarətçi”, “Fikirləri duruldu, başı çoxdan olmadığı dərəcədə aydınlaşdı”, “Onun dəlib çıxdığı mübarizə və iztirab yüksəkliyindən böyük materialistin müdrikliyi vəhşi əlinə düşmüş kompas kimi də olmasa, hər halda uşaq qığıltısı kimi görünürdü”, “Qapı guruldadı”, “Kameralarda kimisi alt, kimisi üst çarpayıda ayaqlarını aşağı sallayıb oturmuş dustaqlar isə yerlərindən durmağa tələsmir, sinələrini qaşıyır, əsnəyir, bir-biri ilə həvəssiz zarafatlaşır, bütün məhbusları ən sevimli mövzusu sayılan acı talelərinə istehza edir, yuxularını danışırdılar”,  “Şübhə idrakın vicdanlı olması deməkdir”, “Lakin insanı, doğrudan da, günahkar olduğu əməldə ittiham etmək deÿə zəruri deyildi: əgər sarışındırsa, onu qaraşın olmaqda ittiham etmək,
ona da sarışına çıxarılan hökmü vermək olardı... )”, “Papağını çıxardaraq, lakin sırıqlısını soyunmadan və ayaqlarını geyinmək üçün aşağı sallamadan (indi bunu etməyin mənası yox idi, çünki yuyunma, səhər yeməyi və gəzinti vaxtı çoxdan bitmişdi), ona bir stəkan çay süzmələrini xahiş etdi”, “İnsanlar çay içmələrini, yeyilməmiş yağ-çörəklərini bir kənara qoydular, bir-birinə və gedənlərə tərəf atıldılar. İyirmi beş nəfərdən dördü - bu qeyri adi, çoxsaylı qurban demək idi. Hamı birdən danışmağa başladı, həyəcanlı səslər düşkünləşmiş nifrət dolu ötkəm səslərə qarışmışdı. Bəziləri üst çarpayılarda ayaq üstə durub əl-qol atır, başqaları başlarını tutmuşdu, o biriləri sinələrinə döyərək qızğınlıqla nəyi isə sübut etməyə çalışırdılar, dördüncüləri yastıqları üzlüklərin içərisindən çıxarırdılar: bir sözlə, bütün otaq kədər, itaətkarlıq, hiddət, qətiyyət, şikayət və hesablaşma yığnağına dönmüşdü və bütün bunlar bir neçə mərtəbə şəklində dar bir yerdə toplanmışdı”,  “Nerjinin bütün yır-yığış vaxtı xəstə bir parıltı ilə alışıb -yanan gözləri indi sönükləşmiş və hərəkətsizləşmişdi”,  “...ürək istehsalat üçün ağrıyır, ayaq isə sanitar hissəsinə çəkir”, “Soloqdin sinəsi ilə xırıldadı və əllərini yellədi” və s.

 

09.07.2018.

İradə Musayeva

 

loading...
Hikmət Hacıyev Ermənistana xəbərdarlıq etdi: "Azərbaycan cavab zərbələri endirə bilər..."
“Noyabrın 1-nə qədər Azərbaycan işğaldakı ərazilərin dörddə üçünü qaytara biləcək”
Ceyhun Bayramovdan Moskvadakı pozanı təkrarlamaq xahişinə diplomatik cavab... - VİDEO
Tələbəsi ilə cinsi əlaqəyə girdi, bu da azmış kimi baxın nə tələb etdi - RƏZALƏT
Üzünə tüpürən qadın sərnişini bu cür cəzalandırdı - VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Gündəm
“Şəhidlərin istehlak kreditlərinin silinməsi qərarı dövlətimiz adına qürurverici addımdır”
Cəmiyyət
“Fikirləşdim ki, prezident icazə versə heç kim mənə bir söz deyə bilməz” -10 yaşlı Ağa hərbi xidmətə getmək istəyir
Gündəm
“Azərbaycanın Qarabağdakı qalibiyyəti türk dünyası üçün təsirsiz ötüşməyəcək”
Araşdırma
“Ermənistanın vurduğu  zərərin ödənilməsi üçün  beynəlxalq məhkəmə qarşısında məsələ qaldırılmalıdır...”
Dünya
Peyğəmbərimizi təhqir edən karikaturalar dövlət binalarından asıldı -Makrondan skandal addım...

Yazar
İlham İsmayıl
"Meymun təkamül prosesi keçirib adam ola bilər, amma erməni..."
Seymur Verdizadə
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
Sultan Laçın
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” 
Həftənin ən çox oxunanları
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
“Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana XƏBƏRDARLIQ
ABŞ Dövlət Departamenti Pompeonun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü haqqında məlumat yaydı
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247