Xəbər lenti
05/07/2020 [15:26]:
Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı
05/07/2020 [15:24]:
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
05/07/2020 [15:00]:
Kəlbəcərin Qozlu kəndində küçələr  asfaltlanmağa başlandı...-FOTOLAR
05/07/2020 [14:44]:
"Öz-özümə düşünürdüm ki, Xudu Məmmədov hara, "Bakı" restoranı hara..."
05/07/2020 [14:38]:
BMU-da yaz imtahan sessiyası başa çatıb
05/07/2020 [14:29]:
Pandemiya keçmiş müdafiə nazirini canından artıq sevdiyi Azərbaycana həsrət qoyubmuş...
05/07/2020 [14:27]:
Qusara qanunsuz istirahətə gedənlər cərimələndi
05/07/2020 [14:25]:
Polis Şəkidə sərt karantin rejiminə nəzarət edir
05/07/2020 [14:17]:
Sabah Bakıda 37 dərəcə isti olacaq
05/07/2020 [14:12]:
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan, yataqdan videosu yayılan reper...
05/07/2020 [14:00]:
Elektron icazə portalında problem yaranıb, sahibkarlar qeydiyyatdan keçə bilmir
05/07/2020 [13:33]:
Buffon yeni rekorda imza atdı
05/07/2020 [13:32]:
Daha bir rayon su böhranı ilə üz-üzədir
05/07/2020 [13:32]:
“Sobsan”dakı dəhşətli yanğından sonra nazirlik araşdırmalara başladı - RƏSMİ AÇIQLAMA
05/07/2020 [13:23]:
Çurbanovun “xüsusi” səlahiyyətləri, Andropovla Şelokovun çəkişməsi- külə dönən sənədlər...
05/07/2020 [13:14]:
DİM 2 və 3 iyulda keçirilən imtahanların nəticələrini açıqladı
05/07/2020 [13:13]:
Tənəffüs aparatına qoşulu qalmağın “lüksü” - Məclis həvəskarlarının diqqətinə!
05/07/2020 [13:01]:
Ona görə gənclərimiz Quba ilə Qubadlını səhv salır...
05/07/2020 [12:56]:
3M və ya VƏTƏNDAŞ ANLAYIŞI...
05/07/2020 [12:50]:
"Ümidləri neft-qaz satışından gələn gəlirlərə bağlamaq çox təhlükəlidir, biz yubanırıq..."
05/07/2020 [12:39]:
Vahid Əhmədov səhhətindəki problemlə bağlı Türkiyəyə aparılıb
05/07/2020 [12:30]:
“Qaçmamışam, huşumu itirmişdim"- 3 nəfərin ağır xəsarət almasına səbəb olan sürücü
05/07/2020 [12:24]:
TIR aşdı, içindəki 15 min toyuğun beş mini tələf oldu - VİDEO
05/07/2020 [12:22]:
Marsın ən böyük kraterinin görüntüləri heyran etdi - VİDEO
05/07/2020 [11:58]:
Braziliya millisinin keçmiş baş məşqçisi koronavirusa yoluxub
05/07/2020 [11:55]:
DYP: Xüsusi karantin rejimini pozan 1818 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
05/07/2020 [11:53]:
Bu gündən bütün icazələr ləğv ediləcək - RƏSMİ
05/07/2020 [11:48]:
Ermənistanda daha 706 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər ölüb
05/07/2020 [11:31]:
Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO
05/07/2020 [11:27]:
İldırım 150 illik məbədi külə çevirdi - VİDEO
05/07/2020 [11:25]:
Mayk Tayson görünüşü ilə pərəstişkarlarını təəccübləndirdi – FOTO
05/07/2020 [11:23]:
"Virusu son dövrdə yayan da, yayılmanı sürətləndirən də nevroz, qorxu, vahimədir"
05/07/2020 [11:21]:
Bakıda istirahət mərkəzində karantini pozan qadınlar saxlanıldı
05/07/2020 [11:17]:
"İyulda əhalini və sahibkarları dəstəkləmək üçün vəsait ayrılmasa, bunun bədəlini..."
05/07/2020 [10:40]:
Naftalanda ər arvadını öldürüb, ögey qızını ağır yaraladı - TƏFƏRRÜAT
05/07/2020 [10:32]:
“Diplomatiyadakı nailiyyətlərdə Azərbaycan diasporunun əhəmiyyətli rolu var”
05/07/2020 [10:29]:
Magistral yolda iki yük maşını toqquşub - FOTO/VİDEO
05/07/2020 [10:24]:
Rusiyada rəsmilər anomal istilər barədə xəbərdarlıq edib
05/07/2020 [10:23]:
Gəlir vergisi tutulmayan ölkələr hansılardır?
05/07/2020 [10:00]:
Bu ilin üçüncü Ay tutulması sona çatıb
05/07/2020 [09:58]:
Naftalanda ana və qızını bıçaqlayan şəxs saxlanıldı
05/07/2020 [09:53]:
Türkiyə bizə meydan oxuyur - Afina
05/07/2020 [09:51]:
“Koronavirus ABŞ kəşfiyyatının ən böyük əməliyyatıdır” - SENSASİON İDDİA
05/07/2020 [09:42]:
Ermənistanda cəsədi tapılan rus hərbçinin ölüm səbəbi araşdırılır
05/07/2020 [09:41]:
Yaponiyada daşqınlar nəticəsində azı 18 nəfər həlak olub - FOTO
05/07/2020 [09:37]:
Atəşkəs rejimi 43 dəfə pozulub
05/07/2020 [09:35]:
Yaxın onillikdə ən çox yayılacaq kibertəhlükələr açıqlandı
05/07/2020 [09:08]:
Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını ağır yaralayıb
05/07/2020 [08:43]:
İtaliyalı modeldən ABŞ-ın Müstəqillik Günü ilə bağlı fərqli paylaşım - FOTO
05/07/2020 [08:41]:
Ermənistanda hərbçilər yol qəzasına düşdü, xəsarət alanlar var
05/07/2020 [08:31]:
Bakıda fabrikdə yanğın söndürülüb, xəsarət alanlar var
05/07/2020 [08:28]:
Astarada dənizdə çimərkən batan şəxs xilas edilib
05/07/2020 [08:24]:
Növbəti Ay tutulması başlayıb
05/07/2020 [07:51]:
Ölümdən dünyaya qayıtmaq istəyi: möminlər niyə istəyir, müşriklər niyə?..
05/07/2020 [01:52]:
"Ağıl dəryası" 4 min dollar dəyərində 2.5 kq ağırlığında qızıl qoruyucu maska taxır...
05/07/2020 [01:13]:
"Yaxın günlərdə İrəvan Hökumətinin gerbini və himnini də ictimaiyyətə təqdim edəcəyik..."
05/07/2020 [00:16]:
Azərbaycanda ictimai yer, küçə və bulvarlarda 5 nəfərdən artıq toplaşmaq qadağan edilib
05/07/2020 [00:15]:
Bu gündən 16 şəhər və rayonda vətəndaşlar küçəyə icazə ilə çıxa biləcəklər
05/07/2020 [00:14]:
“Sobsan” boya fabrikindəki yanğın davam edir: Kəmaləddin Heydərov da hadisə yerindədir – YENİLƏNİB+FOTO/VİDEO
05/07/2020 [00:13]:
Səhiyyə Nazirliyindən Binəqədidəki yanğınla bağlı AÇIQLAMA
04/07/2020 [23:54]:
COVID-19-a yoluxmuş alim xəstəxanaya yerləşdirilmir - ŞİKAYƏT
04/07/2020 [23:53]:
Bakıda "Sobsan" boya fabrikinin sexi yanır - YENİLƏNİB-3
04/07/2020 [23:49]:
Sərt karantin rejimi müəllimlərin işə qəbulu imtahanını təxirə sala bilərmi? - Açıqlama
04/07/2020 [23:39]:
Çindən gəlib Bakı Limanından keçən daha bir qatar Ankaraya çatıb
04/07/2020 [23:16]:
FHN “Sobsan” boya fabrikindəki yanğının görüntülərini yayımladı - FOTO/VİDEO
04/07/2020 [22:50]:
"Azərbaycanda koronavirusdan ölənlər 1.2% təşkil edir"
04/07/2020 [22:40]:
"Ermənistan rəhbərliyinin bu kimi addımları işğalın möhkəmləndirilməsinə xidmət edir”
04/07/2020 [22:30]:
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
04/07/2020 [22:00]:
SSRİ-ni və rus çarını unuda bilməyən Putinin hikkəsi Rusiyaya nə vəd edir..?
04/07/2020 [21:57]:
“Sobsan” boya fabrikindəki yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA
04/07/2020 [21:48]:
Boya fabrikindəki yanğın davam edir: Nazir müavini və icra başçısı hadisə yerinə gəldi – YENİLƏNİB+VİDEO
04/07/2020 [21:44]:
Sərt karantinin tətbiq olunduğu ərazilərdə SMS icazə almaq üçün təlimat - VİDEO
04/07/2020 [21:27]:
İclas zamanı çılpaq görüntülənən bələdiyyə üzvü istefa verdi - VİDEO
04/07/2020 [21:00]:
Hamilə qadın sel fəlakəti zamanı uşaq dünyaya gətirdi - VİDEO
04/07/2020 [20:46]:
SON DƏQİQƏ: Bakıda zavodda güclü partlayış - YANĞIN BAŞLAYIB... / VİDEO
04/07/2020 [20:44]:
Karantini pozub icazəsiz hərəkətdə olan sürücü qəza törətdi: Betona və başqa maşına çırpıldı - FOTO
04/07/2020 [20:42]:
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
04/07/2020 [20:42]:
Bakıda güclü yanğın - FOTOLAR + VİDEO
04/07/2020 [20:40]:
Koronavirusla bağlı məhdudiyyətlərə görə daha bir qorxulu xəstəlik yayılır
04/07/2020 [20:34]:
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
Bütün arxiv bir sırada
06/07/2018 [11:34] - Köşə - ( 7201 dəfə baxılıb)

“Mən başsız başçıya niyə baş əyməliyəm?..”

Ailədə, müəssisədə, bölgədə və ölkədə yerində olmayan başçılar haqda belə düşüncələr çoxalanda gec-tez üsyan, xaos yetişə bilər...
Sultan Laçın

...Başlıqdakı sualla həyatımızın bütün mərhələlərində baş-başa qala bilərik. Hətta təbiətən kölə xislətli insanın içində belə, orta məktəbdə təhsil alarkən şagirdi olduğu sinfin ən savadsız, qabiliyyətsiz, mədəniyyətsiz şagirdinin yalnız direktorun, yaxud onun müavininin övladı olmasına görə sinif nümayəndəsi seçilməsinə qeyri-iradi bir etiraz yaranır. “Mən nəyə görə özümdən qat-qat savadsız, mərifətsiz, başsız birinə baş əyməliyəm? Halbuki, o vəzifəyə  ondan daha çox layiqəm...” Sinifdə əksəriyyətin belə düşünməsi gec-tez həmin sinif nümayəndəsinə, sinif rəhbərinə və bütövlükdə məktəb rəhbərliyinə qarşı kütləvi etiraza çevrilə bilər... 
Ailədə əgər ata əyyaşlıqla, qumarbazlıqla, zinakarlıqla məşğuldursa, xanımına xəyanət edir və qazancının əksəriyyətini kənara xərcləyirsə, üstəlik, gəlib evdə arvadını, övladlarını söyüb- döyərək özünə tabe edərək evdə diktatura rejimi qurmağa çalışırsa, onun xanımının da  oğlunun da,  qızının da bu cür düşünməsi təəccüblü deyil:”Əşşi, bu nə atadır, bu nə ailə başçısıdır e? Biz belə başsız bir adama niyə baş əyməliyik?  Bəlkə bunu rədd edib özümüz başımızın çarəsini qılaq?..” Oxşar fikirlərin yerində olmayan şirkət, zavod, fabrik, bölgə və ölkə başçıları haqqında da yarana bilməsi təbiidir...
Son 2-3 onillikdə  Azərbaycanda  “başçı” məfhumu əsasən rayon və şəhərlərin rəhbərləri - icra hakimiyyəti başçıları barəsində işlənir. Sovet dövründə bu “katib” sözü ilə ifadə olunurdu. Bu gün sadə insanlar  rayon rəhbəri haqda danışarkən qıcaca “başçı”, həmin icra hakimiyyətinin əməkdaşları, eləcə də bağça, məktəb, xəstəxana və s. rəhbərləri isə rəsmiyyətdə “cənab başçı” ifadələrini işlədirlər... 
Və artıq neçə illərdir, nələr baş verdiyindən baş açmağın çətin olduğu məmləkətdə başları qatışdıran baş  mövzulardan biri də başçılar mövzusudur. Ölkə başçısı dəfələrlə müşavirələrdə, vətəndaşlarla görüşlərində  insanlarla yaramaz rəftar edən harınlamış məmurlar, xüsusən  icra başçıları barədə sərt çıxışlar edib və hətta bir neçə rayon rəhbərini biabırçı formada, yəni əməllərinə görə rüsvay etdirərək vəzifəsindən kənarlaşdırıb.   Amma danılmaz gerçəklikdir ki,  “həm dövlətə, həm də xalqa sədaqətli işgüzar başçı” problemi hələ də qalır. Görünür, bölgə başçıları ölkə başçısının çıxışlarından müvafiq nəticələr çıxararaq rüşvət və korrupsiya əməliyyatlarına, vətəndaşlara qarşı kobudluğa, haqsızlığa və s. son qoymurlar.  Bəlkə də bunun əsas səbəbi belə əməllərlə məşğul olanların sərt cəzalandırılmaması, yəni vəzifədən azad edilməklə yanaşı, həm də həbs olunmamasıdır...
Savadsız, qabiliyyətsiz, korrupsioner olmaqla bərabər, həm də dini-imanı olmayan, mərifətsiz, ağzı söyüşlü, tabeliyində olan məmurlarla bərabər, polisi, sahibkarları, müəllimləri, həkimləri, hətta adi kəndliləri, fəhlələri mənən(bəzən hətta fiziki və maddi mənalarda) sındıraraq özünə baş əydirməyə çalışan Firon xislətli  başçılar haqqında isə vətəndaşların beynində təbii ki, “mən bassız başçıya niyə baş əyməliyəm” fikirləri yaranacaq.  Doğrudan da, başlı, savadlı, elmli oldu-olmadı, rüşvət aldı-almadı, normal insan nəyə görə əməkdaşı olduğu müəssisənin, yaxud sakini olduğu bölgənin başçısına  yaltaqcasına, müticəsinə baş əyməlidir? Vətəndaş hər hansı rəhbərə, vəzifəli şəxsə, başçıya, sadəcə, hörmət bəsləməlidir. Amma təəssüf ki, elə xan, bəy, çar zəmanələrindən, sovet dövründən bəri əksəriyyətdə çox yanlış, nadan, cahil stereotiplər formalaşıb... 
Bu gün Azərbaycanda “başçı” deyəndə çoxlarının təsəvvüründə belə bir mənzərə yaranır: ”Uzunluğu azı 10 metr olan kabinetində dəbdəbəli masa arxasında, rahat kresloda əyləşmiş, zəhmli, iri başlı, iri gövdəli, iri əlli, əlinin altında 7-8 telefon, çağırış düymələri, qarşısında videomonitor, kompüter olan, səni görəndə heç yerindən də tərpənməyən bahalı kostyumlu, qalstuklu bir varlıq...”. Təbii ki, bunun ardınca göz önünə başçının əshabələri, qoçuları. sürücüləri,  bahalı avtomobilləri, ardınca rayon mərkəzindəki iri obyektləri,  rayonun ən mənzərəli yerlərindəki villaları, fermaları, meşələri, taxıl zəmiləri, qoyun sürüləri və s. gəlir. Bunları təsəvvüründə canlandırandan sonra qeyri-iradi başın aşağı əyilir, bükülürsən, balacalaşırsan... Niyə əyilirsən, niyə balacalaşırsan? Nədən Allahın bütün insanlar  kimi bir qətrə murdar mayedən yaratdığı sonu ölümlü bir varlığı bütləşdirirsən? Məgər dövlət başçını səni başından basıb diz çökdürmək üçün bu vəzifəyə  qoyub? Yaxud kiminsə daha çox var-dövlətə sahib olması onun səndən üstünlüyü deməkdirmi?..
İnsan şəxsiyyətini alçaltmağı sevən, əslində öz xisləti, təhsili, savadı və əməlləri ilə başçılığa layiq olmayan başsız başçıların önünə bəzən “mən başsız başçıya niyə baş əyməliyəm” düşüncəsi içində qaynayan qürurlu, şəxsiyyətli insanlar çıxır və belə rəhbərin təhqirlərinə dözməyərək onun cavabını verir. Həmin vətəndaş ləkələnərək, şərlənərək həbsə atılsa da, elə bir vəziyyət yetişə bilər ki, belə başçının zülmündən bezmiş insanlar da həmin şəxsə dəstək verər və... Bu cür hallardan isə ölkədə böyük iğtişaşlar və son nəticədə xaos yaratmağa çalışan xarici və daxili qüvvələrin istifadə etməsi təbiidir... 
Başçı başqalarının, tabeliyində olan əməkdaşların və sakinlərin, sıravi vətəndaşların hüquqlarını tapdamağı yox, qorumağı bacarmalıdır. Bunun üçün özünün də, tabeliyində olan insanların da hüquq və vəzifələrini mükəmməl bilməlidir. Başçı rəhbərlik etdiyi insanların şəxsiyyətini alçaltmamalı, özünü onlardan üstün tutmamalı, hər bir sahədə onlara nümunə olmaqla xalqın bezikməsinə şərait yaratmamalıdır. Xülasə, dünyanın bütün “demokratik” adlanan dövlətlərində olduğu kimi, Azərbaycanda da dövlət başçısının da dəfələrlə xatırlatdığı  “Dövlət məmurlarının etik davranış qaydaları haqqında” Qanunda göstərilənləri hər bir məmur, o cümlədən  icra başçıları mənimsəməli və həyata keçirməlidir...
Bəs  İslam əqidəsinə, yəni Allah qanunlarına görə dövlətin başçısı və onun bölgələrə təyin etdiyi başçılar necə olmalıdır? Müsəlman hər bir işdə müsəlmanlığa ən layiq şəxsdən nümunə götürməlidir. Hər bir sahədə olduğu kimi, başçılığa da ən mükəmməl nümunə Peyğəmbərimiz Məhəmməd əleyhissəlamdır... Həzrəti Rəsul(s) bu gün də bizə rəhbərlik edir. Dünyanın bütün irqləri arasında Məhəmməd əleyhissəlamı özünə rəhbər seçənlər var. İslam tarixini araşdırsaq, Peyğəmbərimizin(s) nümunəvi dövlət başçısı olmasına saysız-hesabsız misallar taparıq. Rəsulullahda(s) nöqsan axtarsaq da, tapa bilmərik.  Odur ki, hər hansı bir ölkənin və xüsusən müsəlman dövlətinin lideri və onun tabeliyindəki əyalət başçıları və ardıcıllıqla digər  məmurlar mütləq Peyğəmbərimizin(s) yolunu tutmalıdır...
Peyğəmbərimiz(s) buyururdu: ”Mən öz ümmətim üçün yolunu azmış rəhbərlərdən qorxuram...”.  
Allahın Rəsulu gələcək təhlükələri gözəl hiss edirdi. Bilirdi ki, Şeytan Yaradana vəd etdiyi kimi, insanları Haqq yolundan azdırmaqda davam edəcək, nəticədə öz nəfsinə tabe olan, bir qarın çörəkdən, var-dövlətdən, vəzifədən ötrü hər şeyini, vicdanını, mənliyini, imanını belə, satmağa hazır,  zahirdə müsəlman, əslində isə ikiüzlü, riyakar münafiqlərin sayı artacaq. Nə yazıqlar ki, əksər dövlət başçıları riyakarlığa, simasızlığa, ədalətsizliyə “siyasət” adı qoyaraq ölkələrə başçılıq edəcək, bunun da məntiqi nəticəsi kimi bütövlükdə İslam dünyası tənəzzülə uğrayaraq yəhudi, xaçpərəst, bütpərəstlərin, şeytanpərəstlərin işğalına məruz qalacaq...
Bu günkü “müasir”, “demokratik” adlanan, əslində isə əsl diktatura siyasəti yürüdən hegemon dövlətlər və transmilli güclər çox hiyləgər, riyakar və amansız bir taktika seçiblər: əvvəlcə müsəlman ölkələrində əsl-nəsəbi bilinməyən, yolunu azmış, dinsiz-imansız, rüşvətxor, zülmkar şəxslərin hakimiyyətə gəlməsinə şərait yaradır, onun və nəslinin uzun illər ölkəsini zülm altında saxlamasına meydan verir, ölkədə zülmkarlıq, rüşvətxorluq son həddə çatanda isə öz agentlərinin və maliyyə gücünün dəstəyi ilə xalq kütlələrini ayağa qaldırıb həmin başçını devirməyə təhrik edir, nəticədə müsəlman ölkəsində vətəndaş müharibəsi baş qaldırır və müsəlmanlar bir-birini aylarla, bəzən illərlə qırır, ölkədə əsrlərdən bəri qalan mədəni abidələr dağıdılır, on illərlə qurulmuş bütün infrastruktur məhv edilir və sonda müsəlman ölkəsi bütünlüklə kafirlərin mədəni, maliyyə, bəzən də hərbi gücünə tabe olmağa məcbur olur... 
Son 10-15 ildə İslam ölkələrində, xüsusən Əfqanıstan, İraq, Misir, Liviya, Suriyada və s.  yüz minlərlə insanın qətli ilə müşayiət olunan qanlı olayların əsas səbəbi bir yandan şeytanpərəst İslam düşmənlərinin planlarıdırsa, digər yandan nadan və harın başçıların öz xalqına, müsəlmanlara qarşı Allahsız siyasətidir... 

Sultan Laçın

loading...
"Öz-özümə düşünürdüm ki, Xudu Məmmədov hara, "Bakı" restoranı hara..."
İclas zamanı çılpaq görüntülənən bələdiyyə üzvü istefa verdi - VİDEO
Hamilə qadın sel fəlakəti zamanı uşaq dünyaya gətirdi - VİDEO
"MİQ imtahanın keçirilmə tarixlərinə və formatına dair müxtəlif ssenarilər hazırlanır"
"Bu ittihamlar ya sübut edilməli, ya onları irəli sürənlər qanun qarşısında cavab verməlidirlər"
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
"İyulda əhalini və sahibkarları dəstəkləmək üçün vəsait ayrılmasa, bunun bədəlini..."
Siyasət
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
Hadisə
İranda daha bir partlayış baş verdi...
Dünya
"Stalinin adı ilə bağlı hər nə varsa, toxunmaq yasaqdır"
Gündəm
“Bütün səfir və konsulların fəaliyyəti yoxlanılmalıdır”
Yazar
İlham İsmayıl
Ermənilər bizdən niyə razılıq edirlər?!
Həftənin ən çox oxunanları
Aygün Kazımovanın yarıçılpaq videosu yayıldı - VİDEO (18+)
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO
4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
Ərini başqa qadınla tutan, doğuş sancısıyla səhnəyə çıxan, şüşə gözlü Xalq artisti...
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
"Vəfa Quluzadəni Rəsulzadənin portretini çıxarıb yerinə Heydər Əliyevinkini asan yerdə tutdum..."
“Koronavirusa yoluxmuşam, ölüm ayağındayam, Qənirə Paşayeva xəstəxanaya yerləşdirdi”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247