Xəbər lenti
18/11/2019 [17:38]:
Bir ailənin dörd üzvü TIR-ın altında əzilib öldü - FOTO
18/11/2019 [17:37]:
Dünyada 15 milyon uşaq vaxtından əvvəl doğulur
18/11/2019 [17:36]:
Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ
18/11/2019 [17:35]:
Küveyt baş naziri əmiri rədd etdi
18/11/2019 [17:31]:
“Hər şeydən öncə Xameneyi...”
18/11/2019 [17:30]:
“Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır” – Prezident
18/11/2019 [17:24]:
ATƏT Belarusdakı parlament seçkilərini tanımadı
18/11/2019 [17:21]:
“Oliqarxiya asanlıqla getməyəcək…” – “Azərbaycanda yeni mərhələ başlayıb”
18/11/2019 [17:16]:
İkinci Daşkənd Beynəlxalq Biennalesində Azərbaycan da iştirak edib - FOTO
18/11/2019 [17:09]:
"Cəlil Məmmədquluzadənin heykəli Anarın təklif etdiyi yerdə qoyula bilər”
18/11/2019 [17:05]:
“Azərbaycan və “Bakı” sözləri Cənubi Koreyanın axtarış platformalarında ilk pillələrdə yer alıb - VİDEO
18/11/2019 [16:58]:
Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı...
18/11/2019 [16:55]:
“Beynimi 100 milyona sığortaladacam”
18/11/2019 [16:52]:
“Vəsiyyət edərdim ki, başdaşımın üzərinə bu kitablarımın şəkli vurulsun”
18/11/2019 [16:49]:
Xankəndidə bina yandı – Bir erməni öldü...-FOTO
18/11/2019 [16:44]:
“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”
18/11/2019 [16:36]:
Bakı Slavyan Universitetinin professoru “İlin Ən Yaxşı PR Mütəxəssisi” seçilib - FOTO
18/11/2019 [16:26]:
"Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib"
18/11/2019 [16:23]:
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim etdi
18/11/2019 [16:18]:
İlham Əliyev Vasif Talıbovu qəbul etdi - FOTO
18/11/2019 [16:12]:
İngilis ailəsi qızlarına “cizgi filmi evi” tikmək üçün 5 min fund sterlinq xərclədi - FOTOLAR
18/11/2019 [16:04]:
Metropolitençilərin Qax istirahəti - FOTOLAR
18/11/2019 [16:02]:
Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR
18/11/2019 [15:58]:
Son iki günün dəhşətli yol qəzaları: 12 nəfər ölüb, 5 nəfər yaralanıb
18/11/2019 [15:57]:
7 rayon üzrə 400 nəfər əlilliyi olan şəxsin təlimlərə cəlb edilməsi nəzərdə tutulub - FOTO
18/11/2019 [15:50]:
ADAU-nun prorektoru Varşava Təbiət Elmləri Universitetində mühazirə söyləyib - FOTOLAR
18/11/2019 [15:47]:
Pakistan “Şahin-1” ballistik raketinin sınağını keçirib - VİDEO
18/11/2019 [15:40]:
“Deyim ki, bir könüldən min könülə aşiq oldum”
18/11/2019 [15:35]:
Sosial Tədqiqatlar Mərkəzi ali məktəblərə qəbulla bağlı araşdırma aparıb
18/11/2019 [15:18]:
“Heç uşaq vaxtı məni elə öpməmişdi” - VİDEO
18/11/2019 [15:15]:
“Azərxalça” boyaq bitkilərinin tədarükü ilə bağlı maarifləndirmə işlərini davam etdirir - FOTO
18/11/2019 [15:10]:
“Xalqın heysiyyatı da Qarabağ kimi tapdaq altındadır...”
18/11/2019 [15:06]:
Bazar günü Lənkərana gəlmək üçün səbəb var… - FOTO
18/11/2019 [15:05]:
“Elektriklə çalışan avtobusların Bakıda və ya Sumqayıtda fəaliyyət göstərməsi mümkündür”
18/11/2019 [14:59]:
Deputatdan istilik qalmaqalına ETİRAZ: “Bunun əziyyətini vətəndaşlar çəkməməlidir”
18/11/2019 [14:52]:
“Anam onu zorla mənim əynimdən çıxarıb satmaq istəyirdi ki, evə ərzaq alsın”
18/11/2019 [14:44]:
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
18/11/2019 [14:42]:
Lukaşenko zarafatla vəzifə təklif etmişdi, deputat oldu - FOTOLAR
18/11/2019 [14:36]:
Tofiq Yaqublu azadlığa buraxılıb
18/11/2019 [14:32]:
“Atam Xankəndinə qayıdacağı günün ümidilə dünyadan köçdü” - Xankəndi sakininin acı XATİRƏLƏRİ
18/11/2019 [14:32]:
"Şahənşah" restoranında zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA
18/11/2019 [14:28]:
“Türkiyə İŞİD-ə qarşı mübarizə aparan yeganə NATO dövlətidir”
18/11/2019 [14:27]:
YAP-çı deputat toy və yas mərasimlərinin “siyasiləşdirilməsini” mənəviyyatsızlıq adlandırdı
18/11/2019 [14:26]:
Həftəsonu yol qəzalarında 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb
18/11/2019 [14:21]:
Paşinyan Baş qərargah rəisini istefaya göndərdi - SƏRƏNCAM
18/11/2019 [14:20]:
2022-ci ildə baş verəcək bu hadisə milyonlarla insanın ölümünə səbəb olacaq - ARAŞDIRMA
18/11/2019 [14:04]:
““Azəriqaz”a olan borc dövlət tərəfindən tənzimlənəcək”
18/11/2019 [14:04]:
Bakıda beş avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - ANBAAN VİDEO
18/11/2019 [14:00]:
Aprel döyüşləri “baş aparmaqda” davam edir: Bu dəfə "baş kəşfiyyatçı" məhşər ayağında...
18/11/2019 [13:58]:
Türkiyə prezidenti: "Hədəfimiz neft deyil"
18/11/2019 [13:55]:
DANİB bullinqlə bağlı təlimlərə başlayıb - FOTO
18/11/2019 [13:52]:
Azərbaycanın nar ixracatçıları Rusiyadan vergi güzəşti istəyir
18/11/2019 [13:49]:
Ermənistanın baş hərbi müfəttişi və müavinləri işdən çıxarılıblar
18/11/2019 [13:46]:
Vahid Əhmədov növbəti dəfə Quba şəhərində seçiciləri ilə görüşüb - FOTO
18/11/2019 [13:43]:
“Bu layihənin ölkəmiz üçün iqtisadi önəmi qədər də siyasi önəmi mövcuddur”
18/11/2019 [13:38]:
"Baldızım üstümə hücum çəkdi ki, qardaşımdan əl çək, imkan ver, başqası ilə ailə qursun"
18/11/2019 [13:26]:
Bəzi rayonlara yağış, dağlıq ərazilərdə sulu qar yağacağ
18/11/2019 [13:25]:
Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq - AÇIQLAMA
18/11/2019 [13:21]:
Bakıda məşhur restoranda hadisə - Bəylə gəlin də zəhərləndi
18/11/2019 [13:07]:
"İl ərzində 100 nəfərin xaricdə doktorantura təhsili almağa göndərilməsi planlaşdırılır"
18/11/2019 [13:06]:
Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi titrədir: Səbəb zəlzələ deyil...
18/11/2019 [13:03]:
İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTO
18/11/2019 [13:02]:
"Proseslər onu göstərir ki, İrandakı hadisələrdən ABŞ-ın doğrudan da xəbəri yoxdur, çünki..."
18/11/2019 [13:00]:
"TANAP-ın çəkilişi heç də asan başa gəlməyib”
18/11/2019 [12:56]:
Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ABŞ-a səfər edib
18/11/2019 [12:53]:
"Ailələrin təminatının yaxşılaşdırılmasında qadın sahibkarlığının inkişafının rolu böyükdür"
18/11/2019 [12:50]:
Şəbnəm Tovuzlu: "Həci məni heç vaxt aldada bilməz" - VİDEO
18/11/2019 [12:48]:
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri bir qisminə evlərinə aparılaraq verilib - FOTO
18/11/2019 [12:45]:
Britaniyalı ekspert: "SOCAR-ın LNG sahəsindəki fəaliyyəti neft-qaz biznesinin şaxələndirilməsi strategiyasının təbii davamıdır"
18/11/2019 [12:44]:
Gürcüstanın hakim partiyası müxalifətlə danışıqlardan imtina edib
18/11/2019 [12:42]:
Enerji Məsələlərini Tənzimləmə Agentliyi: "Qaz limiti ilə bağlı şikayətlər çox idi"
18/11/2019 [12:41]:
Cəlilabadda evdən meyiti tapılan müəllimin ölüm səbəbi məlum olub - TƏFƏRRÜAT
18/11/2019 [12:40]:
BSU-nun müəllimləri Mingəçevir şəhərində elmi-metodiki seminar keçiriblər - FOTO
18/11/2019 [12:37]:
“Artur Rasi-Zadə baş nazir olduğu dövrdə bir dəfə qazi, Milli Qəhrəman kimi sözləri dilinə gətirmədi”
18/11/2019 [12:36]:
Doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsinin şərtləri açıqlanıb
18/11/2019 [12:34]:
Məhkəmə ETSN-nin "Çıraq - Qala"nı bağlatmaq iddiasını geri qaytardı - İNANILMAZ...
18/11/2019 [12:33]:
Cəlil Məmmədquluzadənin nəticəsi: "Babamın Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim"
18/11/2019 [12:30]:
Düşmən Qarabağda akademiya yaratdı: Şeytan “kiçik mələklər”i ora toplayacaq....
18/11/2019 [12:27]:
Nəticəsi Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışında iştirak etdi...
18/11/2019 [12:23]:
Qarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEO
Bütün arxiv bir sırada
20/06/2018 [10:50] - Köşə - ( 5820 dəfə baxılıb)

Mollaxana təhlükəlidir, yoxsa fahişəxana?..

Sultan Laçın

Müsəlmanlara “gerizəkalı” deməklə onları irəli apara bilməyəcəyik, Fazil bəy!...

Xeyli vaxtdır ki, hörmətli deputat Fazil Mustafanın ölkədə şəhidlər ağası İmam Hüseyn(ə) başda olmaqla Kərbəla şəhidlərinə, imamlara və  s. mərsiyə deyib ağlaşan kişilərə, qadınlara qarşı mübarizəsi davam edir. Bu günlərdə Fazil bəy sosial şəbəkədə daha bir çağırışla çıxış edib:”Bu ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik...”

Əvvəla, onu deyim ki, bəndəniz də İmam Hüseyn(s), Kərbəla şəhidləri başda olmaqla  şəhidlərimizə, imamlarımıza həddindən artıq yas tutmağın, ağlaşmanın əleyhinədir. Doğrusu, şəhidlərimizə ürəkdən yansam da, onların yolunda baş qoymağa hazır olsam da, o mərasimlərdəki bəzi mərsiyyələrin tonu, ləhcəsi qəlbimə yatmır. Bəlkə də səhv edirəm, ancaq hesab edirəm ki,  belə mərasimlər  müsəlmanlara mübarizlik yerinə mütilik, köləlik aşılayır... Zənnimcə, Aşura günlərində, digər dini mərasimlərdə 10-15 dəqiqəlik ağlaşmadan sonra insanlara daha çox bu günkü gerçəkliklərdən bəhs etmək, müasir dövrdə bu dünyadakı haqsızlığa, zülmə qarşı mübarizə aparmağın yollarından, İslamın sütunlarından olan əmr be-məruf və nəhy əz-münkərdən, imandan, təqvadan, ixlasdan,  bəhs etmək, Quran ayələrini doğma dilimizdə doğru şəkildə izah etmək gərəkdir... Amma qəlbimizə yatmır deyə, əsrlərlə formalaşmış ənənələri bolşevikcəsinə qamçılamaq, onu icra edənləri “cahil”, “gerizəkalı” adlandırmaq da yanlışdır... Müsəlmana “gerizəkalı” deməklə onu irəli apara bilməyəcəyik, Fazil bəy!..

İkincisi, mollaxana məsələsinə gəldikdə, dövri-qədimdən ta ki 1920-ci illərədək Lənkərandan Naxçıvana, İrəvandan Qarabağa, Şirvanadək dədə-babalarımız ilk təhsilini mollaxanada alıb. Bir misal da çəkim. Bəndənizin babaları ilə eyni nəsildən, eyni kənddən olan Hacı Molla Şükür Axundzadə mollaxanada ibtidai təhsil aldıqdan sonra XX əsrin əvvəllərinədək Bakının bir sıra məscidlərinin məşhur axundu olmuş əmircanlı Mirzə Əbu Turabla (görkəmli xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyev Əbu Turabın ayağı altında dəfn edilməsini vəsiyyət edib) birgə Nəcəf və Bağdadda yüksək ruhani və dünyəvi təhsil alıb. Hacı Molla Şükür sovet hakimiyyəti qurulanadək Şuşada Qarabağın axundu olub və övliya timsallı məşhur bir din xadimi kimi tanınıb. O, tibb, astronomiya, ruyaziyyat, coğrafiya və s. elmlərini o dövr üçün kifayət qədər mənimsəyib. Qarabağdakı yoxsul insanların pulsuz müalicəsi ilə məşğul olub. 1905-1906-cı, 1918-1920-ci illərdəki erməni-müsəlman davalarında Şuşanın müdafiəsini təşkil edib. Belə babalarımızın  cahil olmasını isbatlaya bilərsinizmi?..

Sovet dövründə Azərbaycanın dini məktəblərdə təhsil almış kifayət qədər imanlı, savadlı on minlərlə din xadimi sürgünlərə, güllələnmələrə, başqa formada repressiyyalara məruz qalıb... Ümumiyyətlə, din xadimlərini mollaxanaları ifrat aşağılamaq İslama düşmən olan sionist, mason sisteminin və onların eksperiment üçün qurduğu allahsız Sovet hakimiyyətinin prinsiplərindən olub... 

Doğrudur, dindən sui-məqsədləri üçün yararlanan, imperiya hakimiyyətlərinin təşviqi ilə insanların müti, cahil vəziyyətdə saxlanmasına xidmət edən üzdəniraq din xadimləri olduğundan “mollaxana” adlanan mədrəsələrdə də neqativ hallara, xurafata, mövhumata, şagirdlərə qarşı zorakılığa yol verilirdi. Ancaq bütövlükdə mollaxanalara həqarət etmək yaramaz. Çünki bu məkanlarda, ən azı, məzhəbindən, təriqətindən asılı olmayaraq hər bir müsəlmanın dərin sayğıyla yanaşdığı, ibadət etməyənlərin belə üzərinə and içdiyi Qurani-Kərimin –sonuncu Allah Kitabının hərfləri, tilavət qaydaları öyrədilib...
Üçüncüsü, belə anlayıram ki, siz hansısa ölkə, təriqət tərəfindən Azərbaycanda xurafatın, mövhumatın, cahilliyin, nadanlığın yayılmasından ehtiyat edirsiz. Sizinlə razıyam, Fazil bəy. Hazırda bir neçə müsəlman ölkəsi və xaricdən yaradılan, idarə olunan qondarma qeyri-ənənəvi, radikal, təkfirçi cərəyanlar ciddi-cəhdlə öz dini modellərini Azərbaycana sırımaq istəyir. Lakin nəinki Azərbaycan, bütövlükdə İslam üçünbunlardan ən  təhlükəlisi hansıdır? Söhbət ondan gedir. Bu mənada İmam Hüseyn(ə) sevdalıları heç cür Azərbaycan üçün təhlükə ola bilməzlər.  Əksinə, nəinki İmam Hüseyn(ə), Həzrət Əliyə(ə), Peyğəmbərimizə(s) belə düşmən kəsilən, Onun məzarını dağıtmağa çağıran, “mənim əsam Peyğəmbərin məzarından dəyərlidir” deyənlərin ardıcılları İslam, türk dünyası üçün böyük təhlükədir. Azərbaycanda, eləcə də digər müsəlman ölkələrində terror törətməyə cəhd edənlər, saxta “xilafət” qurmağa çalışanlar  Aşura sevdalıları yox, “İŞİD”, vəhhabi qruplaşmalarıdır.  “Müsəlmanlara televizora baxmaq, musiqi dinləmək və s. qadağandır” deyənlər də məhz bu cahillərdir. Əgər mübarizə aparmaq gərəkdirsə, ilk növbədə onlara qarşı mübarizəyə səsləmək lazımdır cəmiyyəti... 

Dördüncüsü və ən əsası, gəlin görək  bu gün Azərbaycanda Məhəmməd peyğəmbərimizdən(s) öncəki cahiliyyə dövrünə, Quranda da təsvir edilən Lut, Sədom və Homorra dövrlərinə aid kütləviləşmiş və ya kütləviləşməkdə olan hansı xüsusiyyətlər var - cəmiyyətin düşünən beyinlərini, ziyalıları, gəncləri onlarla mübarizəyə səsləyək...

Kütləvi şərabxorluq – varmı? Vardır... Alkoqoliklərin, əyyaşların sayına görə Sovet dövründə istehza etdiyimiz Rusiyanı bəlkə də  ötmüşük...

Kütləvi qumarbazlıq varmı? Vardır... “Topaz”dan, lotereyadan tutmuş gizli qumarxana və kazinolaradək – bəlkə minlərlə məkanda Azərbaycan vətəndaşının, müsəlmanının, gəncinin, kişisinin(!) əqidəsi, əxlaqı pozulur...

Yarıçılpaq, hətta lüt  qız və qadınların, “qaluboy”ların iştirakıyla striptiz, əxlaqsız musiqi, göbək rəqsi, alkoqollu içkilər, narkotik  və s. istifadəsi ilə müşayiət olunan kütləvi eyş-işrət məclisləri varmı? Vardır... Gecə klubları, barları, bəzi restoranlar və s. nədən ötrüdür?

Bir qrup insanın varlanması, böyük əksəriyyətin yoxsullaşması hesabına kütləvi kredit, sələmçilik varmı? Vardır... 

Türk, İslam əxlaqına uyğun olmayan hədsiz açıq-saçıq, bayağı, bambılı qız –qadın geyimləri kütləviləşibmi? Bəli... Bu günlərdə yarıçılpaq qızın metroda özünə haqq qazandırmasının şahidi oldunuz...

Lut qövmünə uyğun olaraq kişilər arasında ləvata meyl edən üçüncü cins nümayəndələri tədricən artmaqdadırmı? Bəli, hətta eynicinsli evlilik hallarına da rast gəlinir...
Zinakarlıq, fahişəlik kütləviləşməyə doğru gedirmi? Gedir... Müsəlman ölkələrini, o cümlədən
Azərbaycanı bütövlükdə fahişəxanaya çevirməyə çalışan güclər kifayət qədər güclüdür. Düzdür, müsəlman adlananlar arasında nəfsini saxlaya bilməyib siğə, mutə adı altında fahişəliyə, zinakarlığa şərait yaradanlar da var. Amma bu,telekanalların, gecə barlarının, striptiz klublarının təbliğatından, təsirindən güclü ola bilməz...

Onu da nəzərə alaq ki, lap mollaxanada, mərsiyəxanada cahillik, möhvumat  məqamları olsa belə, Azərbaycanda bir neçə məscidi, məkanı, Aşura günlərini, Ramazan ayını çıxmaq şərti ilə uşaqların, gənclərin, ümumiyytlə, məmləkət əhlinin belə tədbirləri kütləvi şəkildə izləmək imkanı yoxdur. Amma sadaladığımız əxlaqsızlıq, həyasılzlıq məqamları telekanallar, bir sıra media vasitələri başda olmaqla kafelər, barlar, klublar, restoranlar, otellər, massaj salonları vasitəsilə hər gün, hər saat, hətta hər an uşaqlı-böyüklü, oğlanlı-qızlı, qadınlı-kişili hər kəsi hədəfdə saxlayır. İndi Fazil bəy, deyin görək İslam, türk dünyası, o cümlədən Azərbaycan üçün, fahişəxana, qumarxana, nəşəxana, şərabxana təhlükəlidir, yoxsa mollaxana?.. 

Kütləviləşən əxlaqi mənfiliklərin siyahısını çoxaltmaq olar... Unutduğum oxşar hallar varsa, özünüzün və oxucuların yadına düşər, yəqin...

Telekanallarımız isə bütün bu sadalanan əxlaqsızlıqların ruporuna, təbliğatçısına çevrilib...
Və bütün deyilənlər orta əsrlərdən bəri səlibçi, mason, sionist, nə bilim, anqlosaks adlanan bəşər, İslam, türk düşmənlərinin yüz illərlə həyata keçirdiyi və hələ də davam edən proqram və planlarının tərkib hissəsidir. Dünyaya əsl ədalət nümunəsi göstərən nəhəng Osmanlı dövləti başda olmaqla müsəlman dünyasını çökürtmək, İslam dinini məhv etməyi hədəfləyən  Böyük Britaniya Krallığının müstəmləkələr üzrə nazirliyinin tərtib etdiyi min səhifəlik proqramın maddələrini bəzəyir bu deyilənlər. Həmin maddələr arasında ötən yazılarımdan birində xatırlatdığım şiə müsəlmanların əzadarlıq məclislərinin və ümumiyyətlə, İslam abidələrinin, peyğəmbər məzarlarının dağıdılmasına, eləcə Türkiyə-Osmanlı dövləti ilə İran arasında süni ziddiyyətlər yaratmağa çağıran  çağıranlar da var... Xatırladım ki, Osmanlı dövləti əsasən əhli-sünnə qaydasıyla  yaşayan bir dövlət olub. Yəqin ki, həmin ölkənin dini modelini də təftiş etməyə qalxmazsınız... 

Üstümüzə qloballaşma, saxta “demokratiya” adı altında nəhəng bir şər, əxlaqsızlıq, simasızlıq seli gəlir və xeylimizi artıq boğub. Böyük əksəriyyət həmin axının əksinə üzməyə cəsarət etmədiyindən Azərbaycanın, bütövlükdə müsəlman-türk dünyasının həm fiziki, fizioloji, həm də ruhi-mənəvi tənəzzülü təhlükəsi var. Bəlkə xalqı buna qarşı səfərbər edək?..

Yazıda yol verə biləcəyim səhv və xətalara görə Allah özü bağışlasın...

loading...
loading...
"Baldızım üstümə hücum çəkdi ki, qardaşımdan əl çək, imkan ver, başqası ilə ailə qursun"
Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi titrədir: Səbəb zəlzələ deyil...
“Artur Rasi-Zadə baş nazir olduğu dövrdə bir dəfə qazi, Milli Qəhrəman kimi sözləri dilinə gətirmədi”
"Paşinyana sualımın davamı olacaqdı, ancaq moderator sualımı dayandırmağı xahiş etdi..."
“İndoneziya Ermənistana işğalçı mövqeyindən çəkilməsi üçün müraciət edib...”
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Elektriklə çalışan avtobusların Bakıda və ya Sumqayıtda fəaliyyət göstərməsi mümkündür”
Gündəm
“Bu layihənin ölkəmiz üçün iqtisadi önəmi qədər də siyasi önəmi mövcuddur”
Siyasət
"Proseslər onu göstərir ki, İrandakı hadisələrdən ABŞ-ın doğrudan da xəbəri yoxdur, çünki..."
Siyasət
Tramp onun rəqibini quduz itə bənzətmiş Kim Çen In-ı danışıqlara dəvət etdi...
Cəmiyyət
Dini liderlərin Bakı Sammitinin nəticələri - Azərbaycan bu tribunadan necə istifadə etdi?
Həftənin ən çox oxunanları
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
Aygün Kazımova məhbəsdə ölüm ayağında olan qardaşına baş çəkdi - FOTO
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
"Türkiyə bundan sonra Qarabağda lövbər salmış "PKK"-nın üzərinə getməlidir..."
"Ölkədə bütün danaları kəssən, 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
Yanvardan pensiyalar bu qədər ARTACAQ
"Sən dediyin kimi "mama roza" olsaydım, ən birinci xalan qızı Könül Əzizi çıxardardım..."
Suraxanının yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı...
“Bu məsələ açılsa, Rusiya üçün görünməmiş biabırçılıq olacaq...”
Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247