Dünyaya gəlmək istəməyənlərin intihar seçimi...
Oxunub: 1545
04 Jun 2018 | 20:17
Dünyaya gəlmək istəməyənlərin intihar seçimi...
“Kassandra damğası” povesti haqqında 

Bu yaxınlarda müasir romanlardan birində (Sabir Rüstəmxanlının "Akademikin son əsəri” romanında) qaldırılan, bəlkə də, bəşəriyyəti narahat edən ən böyük problemlərdən biri haqqında bədii qəhrəman (və müəllif) müstəvisində təqdim olunmuş fikirlərlə qarşılaşdım. Və bu məni qlobal problemlərin ədəbiyyatda ifadəsi barədə düşünməyə vadar etdi. Bir çox suallar meydana çıxdı: Bu, hansı şəkildə baş verməlidir?  Hansı vasitə ilə reallaşdırılmalıdır ki, təsiri təkzibedilməz olsun, insanların (oxucuların) diqqətini o istiqamətə yönləndirə bilsin? Problemin müəllif yozumunda çözümünün təqdiminə ehtiyac varmı? Yoxsa, sadəcə, tərəqqinin, elmi inkişafın və s. hansı nəticələrlə sonuclandığı canlı, professional yazıçı qələmi ilə təsvir edilsə, yetərlidir? Müəllif münasibəti (həm də açıq münasibət), mövqeyi mütləqdirmi? 
Adıçəkilən əsərdə qaldırılan məsələ roman içində roman şəklində təqdim edilmişdi. Yəni ikinci bir xətt kimi keçirdi və əsər bütünlüklə bu problem üzərində qurulmamışdı... Hətta bir qədər də dəqiqləşdirə bilərəm. Akademikin süni mayalanma ilə dünyaya gələn uşaqlar və nəsil məchulluğu, genetik bağlılığın aradan qalxması kimi problemlər haqqında düşüncələri təhlilə çəkilirdi. Çox böyük bir nəslin davamçısı olan Vəzir oğlu ata olmağı bacarmır. Vəzir isə həkimlə birlikdə oğulun xəbəri olmadan süni mayalanma ilə problemi həll etməyə qərar verir... Və bir çox ailələrdə dünyaya gələn övladların, əslində, məhz bu cür "soydan xəbərsiz” uşaqlarla sevindiyi vurğulanır... Elə bu məqamda da insanlarda soy, kök, nəsil, doğmalıq, ailə bağlılığının qırılması məsələsi meydana atılır. Romanın bu hissəsini oxuduqda eyni problemi, lakin daha qlobal şəkildə, qaldırmış qırğız yazıçısı Çingiz Aytmatovu xatırladım. Daha dəqiqi, onun "Kassandra damğası” əsərini.
Çingiz Aytmatov bütün yaradıcılığı boyu türk düşüncə tərzini, türk  ruhunu, psixologiyasını, düynaduyumunu və dünyaya yanaşma modelini təqdim edən bir yazıçı kimi fərqlənmişdir. Amma bununla bərabər, hətta bundan daha artıq dərəcədə onun əsərlərində bəşəriyyətə və onun qlobal problemlərinə maksimalist yanaşma mövcuddur. Dilindən, dinindən, yaşadığı məkandan, zamandan, dövlət quruluşundan və s. asılı olmadan İnsanın və Dünyanın problemi haqqında düşünmə, o problemi qaldırma bacarığı var bu yazıçının. Həm də birbaşa təqdimatla deyil, canlı situasiya yaratmaqla... Məsələn, onun türk ruhunun, təfəkkürünün, mənəviyyatının təqdimatçısı kimi təəssürat oyadan bir çox əsərlərini xatırlasaq, bütün bəşəriyyəti narahat edən, bütün insan övladlarının ruhuna, gələcəyinə və yaşamına toxunacaq böyük problemlər qaldırıldığını xatırlayarıq. Elə bircə manqurtlaşma məsələsi yetər ki (haqqında söhbət açacağım "Kassandra damğası” haradasa eyni problemin davamı da adlandırıla bilər) bu yazıçının cəmiyyətə, dünyaya, insana, təbiətə necə kənar bir rakursdan baxa bildiyi, necə böyük düşüncə arealına sahib olduğu meydana çıxsın.   
Son əsərlərindən olan "Kassandra damğası”nı Azərbaycan dilinə tərcüməsini bitirdikdən sonra bu böyük yazıçının bu istiqamətdə yürütdüyü düşüncə yolunda, demək olar ki, son kəşfi, qaldırdığı son əhəmiyyətli qlobal problemlər toplusuna həsr edilmiş romanı haqqında təəssüratımı, heyrətimi, düşüncələrimi bölüşmək istəyirəm.
Roman bir təbiət hadisəsinin təsviri ilə başlayır  və elə ilk andaca bu hadisə – balinaların okeanda sürü ilə üzməsi və birlikdə intihara getməsi konfransa yola düşən bir futuroloq alimin – Robert Borkun yarıyuxulu, yarıreallıq vəziyyətində təyyarədən onları müşahidə etməsi fonunda təsvir edilir. Əvvəlcədən bu qeyri-adi hadisənin, normadan kənar sıçrayışın təsviri hansısa bir faciənin baş verdiyindən xəbər verir. Əlbəttə ki, intuitiv qatda. Bu hər nədirsə, simvolik olaraq oxucuya onun təbiətin adi axınından, stixiyasında çıxdığını xatırladır. Çünki təqdim ediləcək hər nə olacaqdısa, ilk növbədə, elə təbiətin özü ona qarşı gedirdi. Öz intiharı ilə etirazını bildirirdi. 
Müəllif bununla oxucusunu vuracağı böyük – qlobal bir zərbəyə hazırlayır... 
Sonra bəlli olur ki, etiraz yalnız heyvanların etirazı deyil. Təbiətin bu etirazının altında dünyaya hələ doğulmamış embrionların ana bətnində ikən həyata gəlməkdən imtinası dayanır. Bu da intihardır və bu intihar hələ canlı olsa da, işıqlı dünyanı görməmiş, amma onu da, onda gedən dəyişiklikləri də, gələcək talelərini də əvvəlcədən hiss edən varlıqların səsini valideynlərinə – insanlara eşitdirmək istəyindən qaynaqlanır.
Kosmosda yaşayan bir ruhaninin – kosmik rahib Filofeyin yer üzünə göndərdiyi bir məktubu Amerikada – dünyanın ən qlobal ölkəsi və ən böyük gücü olan bir ölkədə "Tribyun” qəzetində dərc edilir. Açılan səhər bütün dünyanı bu xəbərlə çalxalayır. Nəinki həmin ölkənin vətəndaşlarını, az qala, bütün dünyanı ayağa qaldırır. Təbiətin bir parçası olan, amma təbiət qanunlarına zidd gedən insan övladının dünyanı nə dərəcədə məhvərindən oynatdığı, təbiət qanunlarını nə dərəcədə tərsinə çevirərək işlətdiyi, dünyaya və özünə nə dərəcədə böyük ziyan vurduğu romanın əsas mövzusu kimi meydana çıxır. Bütün bu ziyanların nəticəsi olaraq İnsan özü-özünə qarşı – Həyata qarşı durur. Elmi tərəqqi vasitəsilə hakimiyyət iddiasına düşür. Süni insan yaratmaq istəyir. 
Filofey kosmosdan göndərilən şüalar altında müşahidə ilə etdiyi kəşfi açıqlayır: hamilə qadınların bətnində olan embrionların ananın alnında qırmızı ləkə şəklində yanan damğa vasitəsilə dünyaya gəlmək istəmədiklərini deyir. Onun bu kəşfi bütün baş verənlərin arxasında siyasətin dayandığı nəticəsi ilə yekunlaşır (başqa cür desək, İnsanı Təbiətə qarşı qoyan da, elmi öz əlində təhlükəli gücə çevirən də Siyasətdir!). Sən demə, dünyanın super güclərindən biri olan Amerikaya (onun qəzetlərindən birinə) məktub ünvanlayan Filofey rus tədqiqatçısıdır və KQB istəyi ilə hələ yerdə ikən süni insan yetişdirməklə məşğul imiş. Məqsəd kommunizm ideyasını heç bir maneəsiz bütün dünyada yaya biləcək, ailə, nəsil, milli-genetik bağlılıq duymayan "canlı maşınların” istehsalı imiş. Bu istəyini hər vasitə ilə reallaşdırmaq arzusunda olan kommunist hakimiyyət sonda bir elmi tədqiqatçısının bu bacarığını siyasi maraqlarla dəyərləndirərək laboratoriya yaradır və böyük cəza müddəti almış qadın məhbuslardan inkub şəklində istifadə etməyə başlayır. Bütün bunlar Filofeyin kosmosda qələmə aldığı gündəliklər yerə çatdıqda bəlli olur. Lakin  hadisələrin bu səbəbləri – başlama mənşəyi təqdim edilməmişdən əvvəl  insan ovladı dilemma qarşısında qoyulur: Nə etməli? 
Əgər nəzərə alsaq ki, məktub, əslində, Roma papasına – dünyanın iki aparıcı dinindən birinin "rəhbəri”nə ünvanlamışdı, o zaman dilemmanın necə böyük dərinlikdə təqdim edildiyini anlamaq çətin olmaz. Müəllif bu  dünyaya insan gəlişini, onsuz da, əngəlləyə bilən Adəm övladına qarşı çıxan dinin (əslində, dini qurumların) öz gələcəyini bilən və buna etiraz edən embrionların dünyaya gəlməmək istəyini (intiharını) necə qarşılayacağını sual olaraq meydana atmaqla situasiyanı daha da gərginləşdirir, eyni zamanda da qloballaşdırır. 
 Bu xəbər bütün dünyanı silkələyir. İnsanlar küçələrə axışırlar. Cəmiyyəti çaşqınlıq bürüyür. Bu xəbəri duyanlardan və öz düşüncəsi etibarilə Filofeyin fikirlərini də, kəşfini də dəstəkləyənlərdən biri (həm də çox azsaylılardan biri) futuroloq alim Robert Borkdur.
Kataklizmin, fəlakətlərin insan övladının hər an başı üzərində olduğu, dünyanın hər an dağılmaqla qarşı-qarşıya dayandığı Robert Borkun düşüncələrində öz təsdiqini tapır. Balinaların kütləvi şəkildə – sürü ilə intihara getdiyi bir mənzərəni seyr edərkən yuxu ilə gerçəklik arasında keçiddə müşahidə olunan bu mənzərənin təəssüratından uzun zaman çıxa bilməyən alimin müşahidələri ilə Filofeyin kəşfi arasında maraqlı bir paralellik var. Bəşəriyyətin gedişatını, sonluğunu, sürükləndiyi qlobal ekoloji problemlərin hansı fəlakətlərə yol aça biləcəyini hiss etdikləri üçün balinalar kütləvi şəkildə intihara yol aldıqları kimi hələ ana bətnində ikən dünyadakı talelərini, sonluqlarını hiss edən, qlobal və fərdi problemlərin varlığını dərk edən embrionlar da eyni şəkildə yaşama etiraz edir, dünyaya gəlməkdən boyun qaçırırlar. Bu embrion pessimizminin səbəbi onların öz aqibətlərini görmələri, dünyada nələrlə üzləşəcəklərini intuitiv olaraq hiss etmələridir. Bu məqamda bu hiss etmə ilə bərabər başqa bir incə məqam – valideynlərin, ata-ananın dünyaya və insanlara münasibətdə törətdikləri əməllərin hələ dünyaya gəlməmiş övladların taleyinə müəyyən təsirinin olacağı fərziyyəsidir. "Həyatda heç bir əməl cavabsız qalmır” düşüncəsi meydana atılır. Əsərin təqdim etdiyi əsas ideyalardan biri, bəlkə də, birincisi elə budur: "Nəhayət ki, başa düşmək lazımdır: subyektin törətdiyi heç bir şər əməl fiziki olaraq onunla birlikdə bu dünyadan köçüb getmir. Onun bitən dövrü ilə yoxa çıxmır. Əksinə, genetika torpağında fatal toxum kimi öz yetişməsinin iks saatını gözləməyə başlayır”.
Bu isə o deməkdir ki, insan övladı nəsil-nəsil öz əməllərinə görə cavab verməlidir. Onun günahı övladının, nəvəsinin, nəticəsinin... boynunda yük olaraq qalacaq. Məncə, elə bircə bu ideyanın varlığı, əsər boyu təsdiqini tapam inandırıcılığı belə, əsərin əhəmiyyəti və aktuallığı haqqında çox şey deyə bilər.
Filofey kosmosda bu kəşfin və gerçəkliyin ifadəçisi, cəmiyyətə çatdırıcısıdırsa, Robert Bork da yer üzündə eyni problemi dərk edən və yol göstərərkən sağlam düşüncəni müdafiə edən alimdir. Bunu onun düşüncələrini müdafiə edən Entoni Yunger haqqında da söyləmək olar.
Roman yalnız bu problemi deyil, eyni zamanda da keçmiş SSRİ-də yenidənqurma dövrünü, kütləvi silahlandırmaya qarşı hərəkatı, bu işə böyük insan qüvvələrinin cəlb edildiyini və əgər silahsızlaşdırma prosesi başlayarsa, necə sosial bir partlayışın baş verə biləcəyini, nə qədər adamın işsiz qalacağını və s. də problem olaraq qaldırır. Amerikada meydana çıxan kütləvi iğtişaşlar (təbiətdə balinaların intiharı ilə eyni zamanda) SSRİ-də də və  bir çox başqa ölkələrdə də (amma xüsusilə SSRİ-də, çünki müəllifin bu iki supergücü qarşı-qarşıya qoymaq, eyni zamanda da paralellər aparmaq istəyi çox üzdədir) meydana çıxmaqla dünyanın necə qlobal bir axın içərisində olduğunu xatırladır. Hadisələrin bir-biri ilə əlaqəsini təqdim edir.  
Romanın başqa bir qatında torpağa dəfn edilmədiyi üçün (eyni zamanda da sağ ikən törətdikləri əməllər üzündən) Qırmızı meydanda ruhları dolaşan sovet liderlərinin – Stalinin və Leninin xəyalatları arasında gedən söhbətlər və gecələr səyahətə çıxan bayquşun bütün bu hadisələrin şahidinə çevrilməsi, hətta müəyyən məqamda buna dözməyərək hönkürüb quruldaya-quruldaya ağlaması və s. təsvir edilir. Kütləvi iğtişaşların, mitinqlərin (söhbət 90-cı illər hadisələrindən gedir) təsviri, silahsızlaşdırmaya qarşı çıxan insanlarla məhz bu sənayedə çalışdıqları üçün ailələrini dolandıran adamların üz-üzə gəlməsi, çıxışçılardan – əlindəki plakata "Əgər Kreml silahlandırma yarışını bərpa etsə, mən özümü yandıracağam!” – yazan bir qızın yandırılması (özünü yandırması deyil, yandırılması!) və s. oxucunu dövrün tanış hadisələrinə doğru aparır. Zaman, mühit, professionalcasına və dəqiq təsvir edilir. Eyni zamanda çox fərqli dünya prosesləri və liderləri xatırladılır: "Fidel – biz səninləyik!”, "Ya sosializm – ya ölüm!”, "Səddam – sən bizim qardaşımızsan!”, "Qədda – Qəddafi!”, "Qədda-qədda-Qəddafi!”, "Eşq olsun Stalinə!” kimi şüarlar bunun üçün vasitəçi olur. Müəllif əlavə heç bir vasitəyə əl atmadan, sadəcə, plakatlarla fərqli problem qaynaqlarını – dövlətləri, liderləri bir müstəviyə gətirir.
Əsərin maraqlı və orijinal cəhəti bu hadisələrin şahidi olanların təkcə canlı insanlar deyil, həm də hər gecə ruhları bu meydanı dolaşan liderlər olmasıdır... İki qütb arasında paralellik Moskvada – Qızıl meydanda yandırılan qızla eyni vaxtda Amerikada öldürülən futuroloq vasitəsilə də meydana atılır. Siyasətçi dostu, prezidentliyə namizədliyini vermiş və məqamdan (bütün siyasətçilər kimi) siyasi divident kimi yararlanmağa çalışan Oliver Ordok onu zərbə altına qoyur və azğınlaşmış kütləyə, çaşmış insanlara futuroloqu yem kimi, qurban kimi atır. Borku Filofeyin yer üzündə davamçısı kimi təqdim etməsi bunun üçün yetərli olur. Öz aralarında söhbət əsnasında məsləhət aldığı qrup yoldaşının düşüncələrini özünə sərf etdiyi kimi verən siyasətçini təsvir edən yazıçı siyasi oyunların nələri, kimləri və hansı şəkildə qurban verə biləcəyini də xatırladır. 
Romanın ən maraqlı cəhətlərindən biri dünyanın iki super gücü – SSRİ ilə Amerika arasında hadisə paylaşımıdır. Bundan başqa, embrionların dünyaya gəlməkdən imtina etməsi kəşfinin keçmiş bioloq alim olan bir rusa aid olmasıdır. Amma diqqət edək: həmin rus məktubu SSRİ məkanında deyil – Amerikada dərc olunan bir qəzetdə çap olunmaq üçün əvvəlcə Roma papasına, dolayısı iləsə Amerika vətəndaşlarına ünvanlayır (bunun özü də məsələnin qloballığını oxucuya çatdırmaq üçün istifadə edilmiş bir priyomdur). Bununla da bu iki dünya – dövlət qarşı-qarşıya gətirilir.
Aytmatovun embrionların doğulmaq istəməməsi faktına cavab kimi, çıxış yolu kimi ilk baxışdan ortaya qoyulan abortlara da "yox "deyir. Onun irəli sürdüyü variant təfəkkürün, düşüncə tərzinin, həyata və təbiətə münasibətin dəyişdirilməsidir. İnsan hara getdiyini, nə etdiyini düşünmək üçün özünə "Dur!” deməli, dayanmalıdır!
Romanda insanın öz əməllərinə, öz hərəkətlərinə görə bir gün mütləq cavab verməli olduğu ideyası səslənir. Bu ideyanın nəticəsidir ki, bir zamanlar, az qala, dünyanın yarısına hökmranlıq edən, insanları öz ideoloji istiqamətlərində sürükləyən rəhbərlərin  də ruhları sakitləşmək, öz dünyalarına çəkilmək iqtidarında deyil. Onlar cəza kimi iki dünya arasındakı zülmətdə dolaşmaqda və əzab çəkməkdədirlər.
Problemin daha bir maraqlı yönü var: Kassandra damğasını kəşf edən Filofeyin - Andrey Krıltsovun özünün atasız, anasız, atılmış bir uşaq olması da təsadüfi deyil. Kökünün olmamasına baxmayaraq dünyaya hökmranlıq istəyində olan bu bioloq alim sonradan həqiqəti dərk etdiyi üçün kosmik rahibə çevrilir. Çünki romanın əvvəlində o elə bir gücə malikdir ki, "hansı uşağın hansı valideyndən, necə dünyaya gələcəyini belə qərar vermək iqtidarındadır”. Qadın-inkublara münasibəti, ona: "Sənin yerinə inkub olmağı arzu edən onlarla qadın tapa bilərik”, – deməsi ilə özünü göstərir. Soyuqqanlılığı, etdiyi hərəkəti normal qəbul etməsi onun dünyaya insan gətirilməsi prosesinə necə mexaniki bir münasibətdə olduğunu göstərir. Runanın isə: "dəhşət də bundadır” cavabı faciənin böyüklüyünü və həll olunması üçün kütləvi şüur dəyişiminə ehtiyac olduğunu meydana çıxarır. 
Sonradan məhv etdiyi qadının qarşısında günahını yumaq üçün və öz yanlışlığını başa düşdüyündən Krıltsov kosmik rahibə çevrilir.
Onu da deyək ki, Krıltsovun apardığı təcrübələr manqurtların – süni insanların dəstələrlə, ordularla yaranması məsələsini aktuallaşdırmış olur ki, bu problem, Çingiz Aytmatov yaradıcılığının ən aktual problemlərindən biridir. 
Krıltsovun romanda şəxsi faciəsi də var. Onun özünün də, sevdiyi, amma ondan uşaq istəmədiyi üçün abort etdiyi qadının da, sonradan bircə dəfə görüşsə də, aşiq olduğu və ona həqiqəti söylədiyi üçün vurulduğu Runanın da taleyi faciəli sonluqla bitir. Rahib Filofeyin başına gələnləri əks etdirməklə Aytmatov bəşəriyyətə xəbərdarlıq edir: "Təbiətin qanunlarını pozmayın, o qanunlardan kənara çıxmayın, onu məhv etməyin. Özünüz məhv olacaqsınız”. 
Roman Filofeyin xatirələri (əslində, bitmə nöqtəsi onun hər kəsin gözləri qarşısında – canlı yayımda açıq kosmosa çıxaraq intihar etməsi idi) ilə tamamlanır. Mətn içində mətn... Bu xatirələr isə etdiyi hərəkətin Tanrıya (Təbiətə) qarşı getmək olduğunu onun üzünə deyən məhkum bir qadının – sevdiyi qadının ölümü və Filofeyin bir günlük sevginin ağrısı ilə qovurularaq hönkürməsi ilə bitir: "Mən öz kabinetimdə oturub hönkürürdüm. Özü də cəmi bircə dəfə gördüyüm qadına görə hönkürürdüm... Mən başa düşürdüm ki, onsuz bütün geridə qalan həyatımda bədbəxt olacağam”...
Bu silkələnmə (sevgi hər zaman insanı oyadır – sözün bütün anlamlarında) onu həqiqət görməyə, dərk etməyə vadar edir (məhz bundan sonra  o tədqiqatlarını kosmosda davam etdirir. Digər tərəfdən də, yerdə aparılan eksperimentlər yarımçıq qalır, çünki SSRİ dağılır, KQB bir sistem kimi çökür). Filofeyin xatirələri (elə romanın son akkordları da) faktla üz-üzə dayanmış qəhrəmanın düşüncələri ilə sonlanır: "İndi Yer üzündə olub bizim laboratoriyanın təcrübələri əsasında dünyaya gətirilmiş o uşaqların gözlərinə baxmaq istərdim. Mən niyə bu barədə yazıram? Çünki bizim etdiyimiz hər nə idisə, düzəldilməsi mümkün olmayacaq bir şeydir. Bu insanların aqibəti necə olacaqdı? Axı bir gün onlar kim olduqlarını başa düşəcəkdilər?! Olar cəmiyyətə hansı hərəkətləri ilə cavab verəcəkdilər?”
Romanda daha bir məntiqi sonluq meydana çıxır: müharibə övladı olan, faşist bir atanın (almanlar Stalinqrada qədər gəlib çıxdıqları zaman) rus qızı ilə münasibətindən dünyaya gələn, lakin təzyiqlərə məruz qalmasın deyə ananın uşaq evinin qapısı ağzına qoyduğu atılmış övlad (elə Filofeyin özü də "iks nəsil” idi) öz "soysuzluğu” üçün dünyadan bu şəkildə qisas almışdı – süni insan yetişdirməklə ... Buradan da bir nəticə hasil olur ki, gələcək "iks nəsil”lər də hansı şəkildəsə qisaslarını reallaşdıracaqlar. Amma necə? Bax bu, hələ qarşıda duran çox böyük bir sualdır? 
Böyük qırğız yazıçısı Çingiz Aytmatovun bu romanı həm də o səbəbdən dəyərlidir ki, bütün bu həqiqətləri əsl yazıçı təqdimatında, əsl mütəfəkkir modelində canlandırmaqla oxucuya yalnız gözəl bir ədəbi nümunə təqdim etmir, eyni zamanda da qarşıda onu gözləyən fəlakətlərin – Şərə qarşı Şər, Xeyrə qarşı Xeyir! – proqnozunu verir.  

Nərgiz Cabbarlı

Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO