Xəbər lenti
24/08/2019 [00:57]:
“Nə qədər ki, Azərbaycanda rusbaşlar var, Qarabağ düyünü açılmayacaq”
24/08/2019 [00:55]:
"Onun sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik və mesenantlıq ənənələri canlanıb"
24/08/2019 [00:44]:
"O Mehriban xanım ki, əyninə qara paltar geyib Şəhid anaları ilə birgə ağlayıb, sızlayıb..."
24/08/2019 [00:05]:
Gəncəlilər "Azəriqaz"dan təbii və maye qaz probleminə əncam çəkilməsini istəyirlər...
23/08/2019 [23:46]:
Deputatın həbs olunan oğlunun - VİDEOSU
23/08/2019 [23:44]:
“Türkiyənin Naxçıvanda hərbi baza yaratmasına hazırlıq gedir...” - Ruben Safrastyan
23/08/2019 [23:08]:
"Ərim mənimlə yaxşı davranır" deyib boşanmaq istədi - AĞLASIĞMAZ...
23/08/2019 [23:00]:
Ticarət mərkəzinə balta ilə hücum etdi, daha sonra elə bir şey etdi ki,... - İNANILMAZ...+ VİDEO
23/08/2019 [22:59]:
Putin İlham Əliyevi parada dəvət etdi
23/08/2019 [22:55]:
"Türklər gəlib Bakını xilas etməsəydilər, Azərbaycan adında dövlətin varlığı şübhə altında deyildimi?"
23/08/2019 [22:54]:
194 ölkənin axtardığı İlan İsraildə tapıldı
23/08/2019 [22:52]:
Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət ediblər
23/08/2019 [22:45]:
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir
23/08/2019 [22:41]:
“Rusiyanın cənubunda nüfuzlu bir oyunçu meydana gəlib” - Tofiq Zülfüqarov
23/08/2019 [22:37]:
Uşaqlı qadına qarşı böyük ayıb - Heç kim yer verməyincə yerdə oturub əmizdirdi...
23/08/2019 [22:23]:
AKP Türkiyəyə nə verdi? - 18 ilin hesabatı
23/08/2019 [22:15]:
Dəcəllik edən nəvəsinin ayağına qaynar su tökdü - DƏHŞƏT...
23/08/2019 [22:00]:
“Rəşadın cəsədi bir aya yaxın axtarıldı, mənə hücum edənlər niyə bir dəfə qapımızı açmadılar?” - VİDEO
23/08/2019 [21:49]:
Milyarder Devid Koç 79 yaşında vəfat edib
23/08/2019 [21:46]:
“Azərbaycanın güclənməsini gözü götürməyən dairələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparır”
23/08/2019 [21:43]:
“Ədəbiyyatımız düşmənlə mübarizənin metodlarını öyrənməlidir”
23/08/2019 [21:34]:
Gəncədə mikroavtobus sürücüsü qəza törədib - FOTO
23/08/2019 [21:13]:
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
23/08/2019 [20:50]:
Sevda boşandığı ərinin qadağalarından danışdı
23/08/2019 [20:47]:
Cəlilabadda iki avtomobil toqquşdu
23/08/2019 [20:44]:
Ruslar Ceki Çan və Şvartseneggeri məhkəməyə verir
23/08/2019 [20:41]:
Səfir: "İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
23/08/2019 [20:22]:
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI
23/08/2019 [20:19]:
Qadın voleybolçularımızdan qələbə
23/08/2019 [20:10]:
Qəbələdə yanğının söndürülməsinə daha bir helikopter cəlb olunub - YENİLƏNİB
23/08/2019 [19:41]:
“On dəqiqə keçmədi ki, ermənilər canlarını qurtarmaq üçün qaçmağa başladılar...” 
23/08/2019 [19:37]:
"Rusiya MiQ-29-un "quşa görə" sıradan çıxmasında maraqlı olmaz, ən azı ona görə ki..."
23/08/2019 [19:35]:
Əminənin qatilinə ömürlük həbs cəzası istənildi
23/08/2019 [19:33]:
Ramzan Kadırovdan Avropanın ən möhtəşəm məscidinin onun adına verilməsinə etiraz...
23/08/2019 [19:32]:
Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı - Açıqlama
23/08/2019 [19:30]:
Nazirlikdən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!”
23/08/2019 [19:02]:
Kovaç: "47 yaşım var və cəmi 10 dəfə sərxoş olmuşam"
23/08/2019 [19:00]:
Meyvə-tərəvəz bazarında ilin ən ucuz dövrü: Qiymətlər düşüb, tələbat artıb... - FOTOLAR
23/08/2019 [18:52]:
Şamaxıda maşın vuran 13 yaşlı oğlan xəstəxanada öldü
23/08/2019 [18:50]:
Obama ailəsinin son halı
23/08/2019 [18:48]:
Məhkəmə yol polisi əməkdaşının ölümünə səbəb olan sürücüyə bəraət verdi
23/08/2019 [18:47]:
Qızmar günəş altında həyatı bahasına pul qazananlar... FOTO
23/08/2019 [18:44]:
Həzrəti Süleymanın “qızı” həbs edildi - “Qanım şəfalıdır” deyib insanlara içirdi
23/08/2019 [18:31]:
Tağıyevin milyonlar qazandığı balıq kombinatı qəzalı vəziyyətdədir - FOTO
23/08/2019 [18:28]:
Türkiyə ilə Rusiya prezidentləri arasında telefon danışığı oldu
23/08/2019 [18:28]:
Bakıda 8 yaşlı oğlanı cərəyan vuraraq öldürüb - TƏFƏRRÜAT
23/08/2019 [18:24]:
İlham Əliyev Zelenskini təbrik etdi
23/08/2019 [18:17]:
Böyük Millət Məclisi deputatından erməni həyasızlığı: “Tələt Paşa ilə əməkdaşlıq edən ermənilər...”
23/08/2019 [18:08]:
Raquf Orucovun xanımı: “Deyirlər, şəhidin ordeni yoxdursa, adını əbədiləşdirə bilmərik”
23/08/2019 [17:58]:
Fira məşhur mağazanı fırıldaqçılıqda ittiham edir
23/08/2019 [17:49]:
“Bu dövlət 300 ildir Azərbaycanı şantaj edir” – “Yaltaqlar onun adını çəkməyə cəsarət etmir”
23/08/2019 [17:41]:
Qəbələdə də meşə yanır: helikopter və təyyarə cəlb edildi
23/08/2019 [17:28]:
Sakit okeanda yoxa çıxan qadın pilotun sirli ölümü - FOTOLAR
23/08/2019 [17:20]:
Həbsxanaya "heroinli tort" keçirmək istədilər
23/08/2019 [17:19]:
Hirkan Milli Parkında yanğın tam söndürülüb: Təngivanda tüstülənmə var
23/08/2019 [17:16]:
Astarada ana uşaqları ilə evdən qaçdı
23/08/2019 [17:12]:
Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış
23/08/2019 [17:10]:
Sezen Aksuya ağır itki üz verib
23/08/2019 [17:10]:
Oğlunu itirən Zöhrə Abdullayevanın yeni görüntüsü yayıldı - VİDEO
23/08/2019 [17:06]:
Suraxanıda 50 şam ağacı yandı
23/08/2019 [17:03]:
“Ana, nə olar ölmə!” - VİDEO
23/08/2019 [16:42]:
"Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı “Nəsimi” filmi çəksin..."
23/08/2019 [16:32]:
Kəlbəcərdə bal festivalı keçiriləcək- Şirinliyini ermənilər dadacaq...
23/08/2019 [16:26]:
Bərdədə balıq tutan şəxs göldə batıb
23/08/2019 [16:25]:
Bakıda iranlı iş adamına qarşı dələduzluq edilib
23/08/2019 [16:23]:
Azərbaycanda şagird sayı 20 nəfərdən az olan 290 məktəb var
23/08/2019 [16:20]:
Azərbaycanda internetin nüfuz səviyyəsi 79% təşkil edib
23/08/2019 [16:13]:
Tarixin ən güclü "Ferrari"sinin qiyməti açıqlandı - FOTOLAR
23/08/2019 [16:11]:
Zakir Fərəcov sakinlərlə görüşdü – FOTOLAR
23/08/2019 [16:09]:
DYP havaların isti keçməsi ilə əlaqədar sürücülərə müraciət edib
23/08/2019 [16:09]:
"Pul qazana bilmək üçün tualet də təmizləmişəm"
23/08/2019 [16:08]:
Amerikada müsəlman polis rəisi təyin edildi- MARAQLI...
23/08/2019 [16:00]:
Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb
23/08/2019 [15:57]:
Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib
23/08/2019 [15:51]:
“Bunu görəndən sonra evdəki kişiyə yemək vermək istəmirsən”
23/08/2019 [15:16]:
Cəbrayıldan olan həkimlər məcburi köçkün qəsəbəsində humanitar aksiya keçirdi - FOTOLAR
23/08/2019 [15:15]:
“Təyyarəni Ağdam avtobusuna çevirən Röya” - VİDEO
23/08/2019 [15:14]:
Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır"
23/08/2019 [15:14]:
Türkiyədə FETÖ terror təşkilatının üzvlərinə qarşı əməliyyat –19 ünvanda axtarış aparılıb
23/08/2019 [15:11]:
Bölgənin xəritəsini Ermənistan yox, Azərbaycan cızacaq!
Bütün arxiv bir sırada
24/05/2018 [18:49] - Köşə - ( 2641 dəfə baxılıb)

Rüstəm İbrahimbəyov üçün filmin sonu...

Elşad Paşasoy

Bu film söhbəti ortaya çıxandan 2-3 saat qabaq vaxtilə Rusiyada işləmiş məşhur tibb professoru ilə Rüstəm İbrahimbəyovdan danışmışdıq. Sonda eyni fikri paylaşdıq: Azərbaycanın “vitrin”indəki kinorejissor vaxtını siyasi iddialara xərcləməsəydi, 2-3 azərbaycanlı aktyoru da cəlb etməklə, Azərbaycan tarixi barədə bir kino çəksəydi, daha böyük iş görmüş olardı.

Və az sonra xəbər yayıldı ki, bəs, Rüstəm İbrahimbəyov kino çəkibmiş, özü də 2015-ci ildə, hətta bir il sonra Moskvadakı “Lyuksor” kinoteatrında premyerası da keçirilibmiş. Sadəcə biz xəbərsiz qalmışıq. Lakin ortaya çıxan qənaət budur ki, İbrahimbəyov ssenari müəllifi olduğu filmi çəkməkdə Azərbaycan tarixində əbədi yer almağı qarşısına məqsəd qoymayıb, heç günün birində Fəxri Xiyabanda, Vətən torpağında dəfn olunmağı da niyyət etməyib. Əks təqdirdə, filmdə azərbaycanlıları “qəddar, vəhşi, yaramaz, mədəniyyətsiz, milli kökləri olmayan adamlar”, erməniləri isə “alicənab, sülhsevər, intellektual, vəhşi türklərin qurbanları” kimi göstərmək istəməzdi. Hətta gürcüyə də qənim kəsilən  azərbaycanlı (!) obrazını ortaya çıxarıbmış...

Bir çoxları kimi, mən də bu filmə baxmamışam. Amma yayılan bəzi kadrlardan aydın görünür ki, Rüstəm İbrahimbəyovun Eldar Şengelaya və Fuad İbrahimbəyovla birgə çəkdikləri film azərbaycanlıların aşağılanmasına hesablanıb. Dənizin dadını bilməkdən ötrü bir damcı kifayət etdiyi kimi, “Qafqaz trio”sundakı erməninin “vəhşi” azərbaycanlılar tərəfindən döyülməsi səhnəsini izləmək də filmə münasibət bildirmək üçün kifayətdir. Deməli, bu, “Daş yuxular”ın ruhunda çəkilmiş kinodur, bir zəncirin həlqəsidir. Qarabağ ermənilərinin “biz Azərbaycanın tərkibindən yaşaya bilmərik” iddiasının kino dili ilə təsdiqidir. Xəyanət deyilmi?!

Heyrətamiz olanı bilirsiniz nərdir? Bu film üç ildir ortadadır, amma Rusiyadakı Azərbaycan diasporunun bir nümayəndəsi ona etiraz etməyib, bir nəfər Rüstəm İbrahimbəyova niyə bu işi tutmusan, məzmunlu irad bildirməyib. Yalnız kinorejissor Ayaz Salayevin məqaləsindən sonra bizlər də nə baş verdiyindən xəbər tutduq. Niyə susublar, nədən çəkiniblər?

Rüstəm İbrahimbəyov da susmuşdu, azərbaycanlıların ən böyük diaspora təşkilatı Ümumrusiya Azərbaycanlıları Konqresi müxtəlif bəhanələrlə ləğv ediləndə. Hətta ondan sonra yeni diaspora təşkilatının təsis olunmasına Rusiyadakı erməni mənşəli məmurlar “qulp” qoymaqda davam edir, İbrahimbəyov yenə də susur. Bir dəfə bu barədə onun mövqeyini soruşdum, dedi diaspora mənə müraciət etməyib. Təsəvvür edin, Azərbaycanın ziyalısı, “Şöhrət” ordenli yazıçısı gözləyirdi ki, azərbaycanlıların haqqının tapdanmasına etiraz etməkdən ötrü kimsə ona müraciət eləsin. Özü də  vaxtilə vitse-prezidenti olduğu Konqresin ləğvinə görə.

İndi maraqlıdır, Rüstəm İbrahimbəyov “Qafqaz triosu”nda azərbaycanlıları aşağılamaqdan ötrü kimdənsə sifarişmi alıb, yoxsa öz ürəyinin səsi ilə bu ssenarini ortaya qoyub?

Bəli, biz “Oskar” mükafatçısı olan yeganə azərbaycanlı rejissordan yeni film(lər) gözləyirdik. Demirəm ki, İbrahimbəyov Xocalı soyqırımı haqqında film çəkməliydi. Bu, inandırıcı da deyildi. Çünki o, yaradıcılığında ermənilərin işğalına, azərbaycanlılara qarşı törədilən soyqırımlara yer ayırmağı məqsədəuyğun saymayıb. Hətta illər öncə ermənilərin Bakını tərk etməsi ilə elitaya da son qoyulduğunu iddia edən yazı yazmışdı…

Rüstəm İbrahimbəyov ömrünün 80-ci ili ərəfəsində həm özünə, həm də Azərbaycana böyük bir hədiyyə edə bilərdi, özündən 21 yaş böyük Cümhuriyyətimizə aid bir film çəkməklə. Əminəm ki, onun belə bir istəyi, ssenarisi olsa, dövlət də dəstək verərdi, Rusiyadakı milyarderlərimiz də. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı dünya ölkələrindən təbrik gəlir Azərbaycan prezidentinə. Azərbaycanlıların “bir millət kimi yetişmədiyini” deyən Rüstəm İbrahimbəyov isə potensialını erməniləri ucaltmağa xərcləyir, “təbrik” əvəzi.

Demirəm ki, İbrahimbəyovdan Ağdam xarabalıqları, azansız qoyulmuş Şuşa məscidi, 4 ildir girovluqda olan Dilqəm və Şahbazın taleyi haqda film gözləyirdik. Onun baxışı və çevrəsi buna imkan da verməzdi. Amma heç olmasa Bakıda yaşayan 30 min ermənidən, Bakının mərkəzindəki erməni məscidindən bəhs edən kino çəkə bilərdi axı. Bütün dünya bilir ki, biz erməniləri öldürmək istəməmişik, onlara torpağımızda yer vermişik, sonra paytaxt, sonar əyalət vermişik, sonra onlar ilan kimi boğazımıza dolanıb Qarabağı işğal ediblər, indi də deyirlər Naxçıvanı “geri qaytarmalıyıq”. Ermənilər 30 min azərbaycanlını Qarabağda qətlə yetirdikləri halda, biz 30 min Bakı ermənisindən qisas almaq barədə düşünməmişik heç vaxt. Onlar bizi öldürməyə başlayıb, biz yox. Hətta ara-sıra Bakıya gəlib nostaljiyə qapılan ermənilərə də ürəyimiz ağrıyır, “baisin evi yıxılsın” deyib müharibəni də lənətləyirik. Rüstəm İbrahimbəyov bu mənzərəni canlandırmaq, kino dili ilə Azərbaycan həqiqətlərini dünyaya yaymaq  əvəzinə, öz millətinə elə böyük pislik etdi, öz əli ilə özünə elə bir zərbə vurdu ki...

 Bəlkə də bu, onun sonuncu şansı idi, özü dediyi kimi, “darıxdığı” Bakıya qayıtmaq, burada izdihamlı yubiley mərasimində kürsüdə yer almaq üçün. Amma şansını əldən verdi. Biz unutsaq da, bağışlasaq da, şəhidlərin ruhu onu bağışlamayacaq…Rüstəm İbrahimbəyov bu illərdə çevrəsindəki erməni ziyalıların dünya ermənilərinə, Ermənistana sevgisi və xidmətindən nümunə götürmək, öz xalqını yüksəltmək əvəzinə, onların ermənilərə sevgisini paylaşmağı öyrəndi. Bir erməni rejissor İbrahimbəyov kimi davranmadı, öz millətini aşağılamadı...Daha bundan sonra nə çəkirsə, çəksin, bizimçün fərqi yoxdur, əlindən gələni etdi. Çox təəssüf...

loading...
loading...
"O Mehriban xanım ki, əyninə qara paltar geyib Şəhid anaları ilə birgə ağlayıb, sızlayıb..."
"Ərim mənimlə yaxşı davranır" deyib boşanmaq istədi - AĞLASIĞMAZ...
Uşaqlı qadına qarşı böyük ayıb - Heç kim yer verməyincə yerdə oturub əmizdirdi...
Dəcəllik edən nəvəsinin ayağına qaynar su tökdü - DƏHŞƏT...
"Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı “Nəsimi” filmi çəksin..."
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Türkiyənin Naxçıvanda hərbi baza yaratmasına hazırlıq gedir...” - Ruben Safrastyan
Hadisə
"Rusiya MiQ-29-un "quşa görə" sıradan çıxmasında maraqlı olmaz, ən azı ona görə ki..."
Gündəm
Böyük Millət Məclisi deputatından erməni həyasızlığı: “Tələt Paşa ilə əməkdaşlıq edən ermənilər...”
Gündəm
Kəlbəcərdə bal festivalı keçiriləcək- Şirinliyini ermənilər dadacaq...
Cəmiyyət
“İstəyirəm kəndimiz alınsın və qardaşım Səxavətin məzarını ziyarət edim...”
Həftənin ən çox oxunanları
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
İki əmioğlu 24 yaşlı qızı bağ evinə apardılar - Soyundurub 4 saat...
Anasına yataq otağından selfi göndərən qız biabır oldu - İntim aləti yaddan çıxarıb - FOTO
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
Müdafiə Nazirliyində həbslər başladı: Külli miqdarda rüşvət və korrupsiyaya görə...
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
Bakıda fahişəxanadan gizli çəkiliş: Qiymət 50 manat - VIDEO
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
Cazibədar taekvandoçu paylaşımları ilə diqqət mərkəzində - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)