"Qoy dəlik-deşik edilən cəsədlərdən, uşaqların iniltisindən həzz alanlar rədd olsunlar...”
Oxunub: 4812
11 May 2018 | 16:29
Bu məqalə Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunur.

Bu məqaləni Osmanlı Hərbiyyə naziri Ənvər Paşanın, Qafqaz İslam Ordusu komutanı Nuru Paşanın və Azərbaycanın İstiqlalı uğrunda şəhid olmuş Qafqaz İslam Ordusunun Mehmetçiklərinin əziz xatirəsinə həsr edirəm.


Ə.B.Topçubaşov və M.Ə.Rəsulzadə liderliyində  Rusiya türklərinin Azadlıq mübarizəsinin iki mərhələsi: Rusiya Müsəlmanları İttifaqından Azərbaycan Cümhuriyyətinə  keçid...


“Zaqafqaziya bir əsr bundan əvvəl ruslar tərəfindən işgal edilmişdir. Bu əsr ərzində biz müsəlmanlar əsir kimi həyat sürmüşük, təqiblərə məruz qalmışıq, bizə heç bir haqq və hüquq verilməmiş, kölə halına salınmışıq… Yüz il ərzində biz hökumətin şiddətli hücumlarına məruz qalmışıq… Ölkəmiz istila edilən kimi dərhal milli varlıgımıza təcavüz edildi… Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərə keçirildiklərini görmüşük, biz hamilə qadınların qarnına saplanan xəncərlərin açdıgı yaralardan uşaq əllərinin bayıra sallandıgının şahidi olmuşuq. Qoy… dəlik-deşik edilən cəsədlərdən, anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd olsunlar”.

1905-ci il iyunun 12-də Rusiya Dövlət Dumasında Azərbaycan millət vəkili İsmayıl xan Ziyadxanovun çıxışından.

“...Biz bir əsildən, bir nəsildən gələn, bir dinə iman gətirən türklərik. Məgribdən məşriqə qədər bizim babalarımızın yurdu olub. Babalarımızın qəhrəman xalq olmasına baxmayaraq, bu gün Qafqaz daglarında, Krım baglarında, Kazan çöllərində, babalarımızın yurdunda, öz vətənimizdə, öz torpağımızda ehtiyac və tələbatımızı azad şəkildə müzkirə etməyə ixtiyarımız qalmadı...” 
Ə.B.Topçubaşovun Rusiya Müsəlmanlarının I  Qurultayında etdiyi çıxışından.

“Azərbaycan bir məşalədir. Bu məşalənin  sönməməsi üçün əl birliyi edib mütəmadiyən çalışalım əfəndilər!  Mən sizi böylə bir ittihada dəvət edirəm”. 

M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentinin açılış toplantısındakı çıxışından. 

Giriş

Sadəcə Qafqaz tarixi baxımından deyil, Türk və İslam xalqları tarixi baxımından da Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Türk və Şərq xalqlarının tarixi prosesində millət kimliyinə və cümhuriyyət rejiminə əsaslanaraq qurulmuş ilk siyasi və sosial quruluşdur. Azərbaycan Xalq Cümhuriyyəti 1870-ci illərdən etibrən Qafqaz  türklərinin keçdikləri millətləşmə prosesinin çatdığı zirvə idi [22.s.586-587]. Bu millətləşmə prosesi milli bir dövlətin ortaya çıxması ilə nəticələnmişdir. XIX  yüzillikdə Rusiya tərəfindən işğal edilən xanlıqlar  formasında yaşayan Qafqaz  Azərbaycanı, əgər 1918-1920-ci illərdə müstəqil dövlət kimliyinə qovuşmasaydı, 27 aprel 1920-ci ildən sonra yaranmış Azərbaycan sovet sosialist cümhuriyyəti və 1991-ci ildə müstəqilliyinə qovuşmuş Azərbaycan Cümhuriyyəti olmayacaqdı. Yəni Azərbaycanın Rusiyaya  necə bir kimlik altında qatılacağı müəyyənləşməmiş qalsaydı və qurulmuş dövlət kimliyi olmsaydı 1991-ci ildə Azərbaycanın müstəqilliyi bir problemə çevriləcəkdi [22.s.587]. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi ömrü sadəcə 23 ay (18 may 1918- 27/ 28 aprel 1920) sürməsinə baxmayaraq, Qafqaz türklərinin bütün milli, dini, mədəni, sosial və siyasi dəyərlərini dövlət yaratmaqla bütünləşdirilməsinə imza atmış, Rəsulzadənin 29 noyabr 1918-ci il tarixində “Bütün Azərbaycan əhalisinə” ünvanladığı mürciətində  bildirdiyi kimi, Azərbaycanın müsəlman-türkləri millətləşmə prosesini tamamlamaqla, milli bir varlıqdan dövlət sisteminə yüksəlmişdir. 
Altı maddəlik Azərbaycanın müstəqilliyini elan edən deklarasiyada dövlət və ölkənin adı “Azərbaycan Xalq Cümhuriyyəti” olaraq elan edilmişdir. Yeni dövlət və qəbul edilən siyasi rejim modernizmin təməl prinsiplərindən biri olan milliyyət varlığı üzərində formalaşmışdır.  Bu 1870-ci illərdən etibarən böyük və əzablı bir millətləşmə prosesi keçirən Azərbaycan türklərinin bir millət kimi formalaşmasının və kültürəl millətçilikdən siyasi millətçiliyə keçidinin ifadəsi idi.  Milli Şura Sədri M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 1-ci ildönümü ilə bağlı Azərbaycan qəzetinin 28 may 1919-cu il xüsusi buraxılışında yaydığı bəyanatda “Cümhuriyyətin milli mədəniyyət təməlinə dayanması və milli demokratik türk dövlətçiliyi əsasları üzərində qurulması səbəbiylə, Azərbaycan ilk Türk millət dövləti və müsəlman cümhuriyyətidir” fikrini açıq bir şəkildə dilə gətirmişdir. Məşhur bəstəkar Üzeyir Hacıbəyli isə Azərbaycan qəzetinin 28 may 1919-cu il 190-cı sayında yazdığı  məqalədə “rejimin sağlam bir millət düşüncəsi, Türklük idealı üzərində qurulduğunu” vurğulamışdır.  Müsavat partiyasının ideoloqlarından biri olan Mirzə Bala Məmmədzadə “Cümhuriyyət” anlayışını yeni bir prosesin başlanğıcı sayaraq, bu anlayışı “xanlıq və dərəbəylik dövründən sonra demokratik bir hərəkat kimi doğulub inkişaf edən Azərbaycan türk millətçiliyinin məntiqli bir nəticəsi” kimi qiymətləndirmişdir. [22.s.587-588] Türk kimliyini özünü sadəcə müsəlman kimi tanıyan bir cəmiyyətə mənimsətməklə ümmət dövründən millət dövrünə keçid  1870-ci illərdən etibarən Türk Qafqazında başlayan maarifçilik hərəkatının əsas uğuru idi və Azərbaycan Xalq Cümhuriyyəti bu təməl ideya üzərində yüksəlmiş,   modernizmin millət-dövlət konsepsiyasına əsaslanmışdır. 1925-ci ildə M.Ə.Rəsulzadə yazırdı. “Rusiya idarəsindəki müsəlmanlara “Türk” dedirtmək bu gün qazanılmış bir davadır. Yalnız türk kəlməsi deyil, Azərbaycan  adı da qazanılmışdır”[22.s.590]. Avropa modernizm ideyaları ilə (rasionalizm, pozitivizm, empirizm, seintizm, praqmatizm, humanizm, liberalizm, demokratiya, kapitalizm, sosializm, sekulyarizm, milli dövlət) Şərqin humanizm, kollektivizm, irfan və tövhid inanclarının sintezindən doğulmuş  Azərbaycan Cümhuriyyəti 1870-ci illərdən etibarən Türk Qafqazlarında başlanan maarifçilik ideyalarının Türk-Osmanlı, Türk-Qacar və Qızıl Orda (Rusiya) torpaqlarındakı (İdil-Ural Türkləri) Cədidizm, Tənzimat, Məşrutə hərəkatlarında yoğrulması nəticəsində  Türklük, İslam, Çağdaşlıq ideyaları  ilə tarixə qədəm qoymuşdur. Azərbaycan Cümhuriyyət düşüncəsi iki parlaq liderlə−Rusiya müsəlmanları İttifaqının sədri və Rusiya Dövlət Dumasında Müsəlman Fraksiyasının lideri  Ə.B.Topçubaşovun və Müsavat partiyası lideri M.Ə.Rəsulzadənin siyasi fəaliyyətləri nəticəsində iki tarixi mərhələ və siyasi,  hüquqi   təkamül prosesindən keçərək  qurulmuşdur.   Ə. M.Topçubaşov  Rusiya Dövlət Dumasının “Müsəlman fraksiyası”na və Rusiya müsəlmanları İttifaqına sədrliyi dövründə Azərbaycan Cümhuriyyətinin qurulmasına siyasi-hüquqi zəmin hazırlamış, M.Ə.Rəsulzadə bu zəmin üzərində Azərbaycan Cümhuriyyətini yüksəltmişdir.  


1.Çar despotizminin böhranı
XVI əsrdən etibarən Avropada yüksəlməkdə olan  Renessans və Maarifçilik ideyaları əsasında formalaşmış yeni bir inkişaf mərhələsi olan Modernizm çağı feodalizmə, aqrar iqtisadiyyata, sxolastik təfəkkürə, despotizmə, imperatorluq dövlət modelinə son vermək məqsədilə yeni- rasyonalizm, sekulyarizm, empirizm, sientizm, pozitivizm, humanizm, liberalism, demokratiya, kapitalizm, sosializm, Millət dövləti  kimi universal paradiqmalarını yaratdı. Bu ideyalar universal ideyalar kimi yayılaraq Rusiyada, Uzaq Şərqdə, Orta Şərq Türk-Müsəlman coğrafiyasında yeni bir sosyo-kültürəl, sosyal-siyasi reform və inqilab hərəkatlarının başlanmasına zəmin yaratdı. Yeni modernizm çağının bu  tələbləri əsasında  XIX əsrin sonu - XX əsrin əvvəli dünya tarixində dərin dəyişikliklər prosesi başlandı. 
Sosial-iqtisadi həyatdakı dəyişikliklər, sənaye çevrilişinin başa çatması və dünya iqtisadiyyatının inkişafında sənaye mərhələsinə keçid burjuaziya cəmiyyətinin formalaşması, siyasi partiyaların yaranması, proletariatın - fəhlələrin adından çıxış edən  ictimai qüvvə və qruplar tərəfındən siyasi partiya təşkilatların yaranması - bu dövrün başlıca xüsusiyyətlərini təşkil edir.  [11.s.337]  XX əsrin ilk illəri Rusiya tarixində xüsusi yer tutur. Rusiyanı idarə edən çar hökümətinin Panslavyanist ideyası əsasında həyata keçirdiyi müstəmləkəçilik və ekspansiya siyasəti nəticəsində XIX əsrin sonlarında  Rusiya güclü imperiyaya çevrildi. Qafqaz və Mərkəzi Asiya Türk-İslam ölkələrini işğal edərək hakimiyyəti altına alan Rusiya uzaq şərq ölkələrinə qarşı da işğal siyasəti həyata keçirməyə başladı. Rusiya Avropa imperialist güclərin Çində əldə etdiyi böyük qazancların yaratdığı üstünlüyü   Yaponiyanı işğal edərək dəngələmək siyasəti yürütməyə başladı [9. s. 227].  Lakin bu dövrdə dünya iqtisadiyyatında baş vermiş böyük böhran öz təsirini Rusiyada da hiss etdirdi. 1900-1903-cü illər böhranı Rusiya iqtisadiyyatının dünya kapitalist təsərrüfatı ilə qırılmaz əlaqələrinin mövcudluğunu göstərdi. Böhran  müvəqqəti olaraq Rusiya sənayesinə xarici kapital axınını dayandırdı. 1904-cü ildə Yaponiya Rusiyaya müharibə elan etdi. Çar hökuməti bu müharibənin Rusiyanın siyasi mövqeyini möhkəmləndirməkdə və inqilabın qarşısını almaqda ona kömək edəcəyini düşünürdü. Lakin uzaq Şərqin yeni gücü olan Yaponiya avropalaşma prosesinə başlamaqla iqtisadiyyatını, texnologiyasını və ordusunu modernləşdirməklə Rusiyanın  Uzaq şərqdəki işğal siyasətini iflasa uğratmış, Rusiyanı məğlub etmişdi [9. s.227].   Müharibədəki məğlubiyyətdən sonra Rus cəmiyyətindəki böhran daha da dərinləşdi. Bu məğlubiyyət Rusiya içində mütləqiyyətin doğurduğu bir çox problemlərin Rusiyanı geri atdığı düşüncəsini doğurmuşdur və Rus ziyalıları Rusiyanı modernləşdirmək məqsədilə mütləqiyyətin devrilməsi, daha ədalətli və demokratik siyasi idarəetmənin yaradılması  məqsədilə siyasi inqilabi mübarizəyə başlamışlar. Bu dövrdə Rusiya siyasi elitası  Rusiyada konstitusiyalı monarxiya, parlamentarizm, demokratik idarəetmə istəyən burjaziya və ziyalılar təbəqəsi (Kadetçilik) və  kollektivizm,   ateizm, fəhlə sinfinin diktatorluğuna əsaslanan bolşevik Kommunistlər olaraq iki hissəyə parçalanmışdı. Hər iki siyasi cinahın yeni   Rusiya qurmaq ideyaları və  fəaliyyətləri sürətlə Rusiyanın bütün bölgələrinə yayılmağa  başlamışdı. 1905-ci il sentyabrın 19-da (2 oktyabr) Moskvada başlayaraq 1.700.000 nəfərin iştirakı ilə bütün Rusiyanı bürüyən tətil hərəkatı artıq 1907–ci ilə qədər inqilaba çevrildi.  [11.s.338] 

2. Azadlıq Manifesti

Rusiyanı bürüyən bu inqilabi hərəkat və bu iki sosial-siyasi təzyiqlər nəticəsində Çar  II Nikolay nazirlərindən qraf Vittenin tövsiyəsilə 1905-ci ildə “17 oktyabr manifesti” imzaladı. [9. s.227-228]. II Nikolayın elan etdiyi  “Azadlıq manifesti”ndə  Çar,  şəxsiyyətin toxunulmazlığı, fikir, söz azadlığı,  sərbəst toplaşmaq haqqı, azad cəmiyyətlər və  təşkilatlar  yaratmaq haqqı prinsiplərinin qorunmasına əsaslanaraq vətəndaşlıq azadlığının ayrılmaz hissələrini xalqa bağışlamağı;  indiyə qədər seçki hüququ olmayan xalqa, qanunun təyin etdiyi çərçivədə, ümumi seçki hüququnun verilməsi, “1905-ci il 6 avqust qanunu” ilə Dövlət Duması və Dövlət Şurası seçkilərinin aparılmasını;  heç bir qanunun Dövlət Dumasının razılığı olmadan qüvvəyə minməməsi üsulunun pozulmaz bir əsas olaraq qəbul edilməsi və Çar tərəfindən təyin olunan hökumətlərin fəaliyyətinə nəzarət edilməsinə seçki yolu ilə xalqın da iştirak etməsinin mümkün olması... kimi  hüquqların verilməsini bəyan etdi [12. s, 1-2]. Manifest məhkum xalqlara (130 milyonluq əhaliyə) o cümlədən, türklərə, ukraynalılara, beloruslara, gürcülərə, yəhudilərə və başqa xalqlara heç bir yenilik vəd etmirdi. 1899-cu il qanununa əsasən Türklərin dövlət idarələrində çalışmasının qadağan edilməsi, manifestdə yenə də olduğu kimi qalırdı. 1899-cu il qanununa əsasən başqa millətlərin (Sibirdə yaşayan bir neçə xalq;  Arxangelsk vilayətindəki eskimoslar; Stavropol vilayətindəki köçərilər; Kalmıklar; Qırğızlar;  Kazan və Türkistan xalqları; Azərbaycan Türkləri və Qafqazda yaşayan müsəlmanlar; yəhudilər)  dövlət idarələrində çalışması və əsgəri xidmətə çagrılması qadağan olunmuşdu [7.s.104]. 1905-ci ilə qədər Rus çarının məhkum Türk xalqlarına qarşı apardığı siyasət bu qanunla tənzimlənirdi [10.s.132]. 17 oktyabr manifesti Rusiyada siyasi partiyaların yaranmasının və bir sıra azadlıqların alınmasının rəsmi şəkildə təsbiti olduğu üçün Rusiya müsəlmanları bu manifestin imkan verdiyi bütün siyasi hüquqlardan yararlanmaq fürsəti əldə etdilər. Bununla bərabər çar II Nikolay 1905-ci ilin dekabr ayının 11-də Dövlət Dumasının çağrılması haqqında fərman elan etdi. Bu fərmanla Qafqaz müsəlmanları da Dumada iştirak etmək haqqı qazandı. Bundan istifadə edən Rusiya  türkləri milli haqlarını müdafiə etmək, müstəmləkəçiliyin gətirdiyi əsarətin, köləliyin vurduğu zərbələrin qarşısını almaq məqsədilə təşkilatlanmaga başladılar. Bu zaman Azərbaycan  mətbuatında xalqı oyanışa, birləşməyə çağıran yazılar dərc olunur, bu inqilabdan  haqq və hüquq  mübarizəsində mümkün qədər çox şey əldə etmək lazım olduğu fikri irəli sürülürdü. Əli Bəy Hüseynzadənin nəşr etdiyi “Həyat” qəzeti yazırdı: “Əgər biz irəliləmək və həyati varlığa sahib bir millət olmaq istəyiriksə, hər şeydən öncə müsəlman olaraq qalmalıyıq. Bizim mütərəqqi idealımız, həyatımızın yaxşılaşması istiqamətində olan arzumuz İslam qanunlarına bağlı olaraq əldə edilə bilər”[5]. “Kaspi” qəzetində isə Əhməd Bəy Ağayev yazırdı: “Bütün bu cəmiyyət yalnız dini cəmiyyət olmayıb, eyni zamanda etnik bir varlıqdır. Çünki bizim Rusiya müsəlmanları çox az istisna ilə böyük türk-tatar irqinə mənsubdurlar, tək dildə danışırlar və eyni dini inancı daşıyırlar” [8]. 

3. Ə.B.Topçubaşov liderliyində Azərbaycan  Milli  Hərəkatının birinci mərhələsi

1905-ci ilin yazı və yayında, ölkədə inqilabi mübarizənin gücləndiyi bir dövrdə milli burjuaziya və ziyalılar burjua-liberal hərəkatının sülhpərvər, leqal üsullarından - kollektiv müraciətlərin verilməsi, çar üsul-idarəsi nümayəndələrilə görüşlərdən istifadə edirdilər. Azərbaycan aydınlanma hərəkatının ən böyük liderlərindən biri, Peterburq universitetinin Şərqşünaslıq bölümü professoru Mirzə Cəfər Topçubaşovun  nəvəsi və H.Z.Tağıyevin sahibi olduğu “Kaspi” qəzetinin  redaktoru Ə.Topçubaşovun  rəhbərliyi ilə Azərbaycan  burjaziyasının və ziyalılarının  bütün  təmsilçiləri Rus inqilabından bəhrələnmək məqsədilə geniş təbliğat, təşviqat işi başlatdılar  və H.Z.Tağıyevin sarayına toplaşaraq , Qafqazın Rusiya tərəfindən işğalından sonra ilk dəfə Türk-müsəlman əhali adından  Rusiya rəhbərliyindən siyasi, sosial və mədəni haqların verilməsini tələb etdilər.  Şəmsi Əsədullayevin, A.Topçubaşovun, Ə.Ağaoğlunun, A.Ziyadxanovun, Q.Zülqədirovun, R.Şirvanskinin imzası ilə “İmperatorluq daxilində yaşayan  müsəlmanların  icraedici, qanunverici orqanlarda təmsil olunması, özünü idarəetmə qurumlarının yaradılması, söz və mətbuat azadlığı, ictimai və şəxsi toxunulmazlığın qorunması, ana dilində təhsil və s. kimi  sosial, mədəni, siyasi haqların verilməsi  tələb edildi. 
Bu təşəbbüslərdən  sonra  H.Z.Tağıyevin  maliyyə dəstəyi ilə çıxan “Həyat” qəzetinin ilk sayında Topçubaşov və Ə.Ağaoğlu  Türk-müsəlman aləminə müraciət edərək yazırdılar. “ ...Biz müsəlmanıq və bu üzdən bütün din qardaşlarımızın tərəqqi etməsini istəyirik. Biz Türkük və buna görə də hər yerdə və hər sahədə  bütün Türklərdən tərəqqi və yüksəliş gözləyirik”.   [22.s.527]. Beləcə Türk burjaziyası ilə ziyalıların birgə fəaliyyyətləri nəticəsində sadəcə dini kimliyi ilə müsəlman kimi  tanınan Qafqaz Türkləri etnik-millət kimliyi olaraq “Türk dili, kimliyi, mədəniyyəti, ədəbiyyatı və haqlarını” dilə gətirməyə başladılar. Bu ideyalar  qısa zamanda geniş bir ziyalı kütləsinin fəaliyyətinə çevrilərək cəmiyyətdə təbliğ olunmağa başladı. H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir, Abbas Səhhət, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, A.M.Topçubaşov, M.S.Ordubadi, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Ə.Haqverdiyev, Firudun Bəy Köçərli, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə, və bir çox ziyalılar Rus imperiyasından  milli haqlarını tələb etməyə başladılar. Çar hökümətinin imzaladığı 17 oktyabr 1905 tarixli manifesti Söz, mətbuat və vicdan azadlığı kimi bir sıra haqlar vəd edirdi və Rusiyada və Qafqazda yaşayan türk-müsəlman xalqlarının millətləşməsi prosesinə əngəl olan maneələri aradan qaldırırdı. [22.s.528]. 

4.Ümum Milli haqq istəyi

Rusiya müsəlmanlarının  hüquqlarının  müdafiəsi, təşkilatlanması  iki istiqamətdə - Rusiya Dövlət Dumasının  Müsəlman Fraksiyasının fəaliyyəti əsasında və Rusiya müsəlmanları İttifaqının rəhbərliyi altında getmişdir. 1905-ci ilin yazı və yayında, ölkədə inqilabi mübarizənin gücləndiyi bir dövrdə milli burjuaziya və ziyalılar burjua-liberal hərəkatının sülhpərvər, leqal üsullarından - kollektiv müraciətlərin verilməsi, çar üsul-idarəsi nümayəndələrilə görüşlərdən istifadə edirdilər. 
Martın 15-də H.Z.Tağıyevin sarayında burjuaziya və ziyalıların nümayəndələrinin iştirakı ilə keçirilən  Müşavirədə Qafqazda islahatların keçirilməsi zərurəti  müzakirə edildi. Müsəlmanlara qoyulan qadağaların göstərildiyi kollektiv müraciət tərtib edildi. Bu müraciət çar hökumətinə Azərbaycan tərəfındən verilən ilk proqram sənəd idi.  Bu müraciət sadəcə tələblərdən ibarət olmayıb “Ümumi milli haqq istəyi” şəklində əsaslandırılmış memorandum mahiyyətində yazılmışdır. [11.s.340]. Layihənin hazırlanmasında Fərrux bəy Vəzirov, Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayevin çox böyük rolu olmuşdur. Müraciətdə əksini tapmış tələblər: Müsəlmanlara da ruslarla eyni siyasi, mədəni, dini hüquq verilməli, müsəlmanlar üçün qanunla və fərmanlarla təsdiq olunan bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Rusiyada seçkilər əsasında təsis olunacaq qanunverici məclislərin, idarə müəssisələrinin hamısında azad şəkildə seçilmiş müsəlman nümayəndələri ruslarla eyni hüquqa malik olmalıdırlar; müsəlmanlara öz problemlərini həll etmək ixtiyarı verilməlidir; dövlət və ya ictimai idarələrdə öz istəklərinə uyğun olaraq çalışmaq və ölkənin müxtəlif yerlərində istədikləri sənətlərə yiyələnmək hüququ əldə etməlidirlər. Onlara ölkənin hər yerində azad yaşamaq hüququ verilməli; mülkə hər yerdə malik ola bilmək; hər yerdə ticarətin bütün növü ilə məşğul olmaq; nigah və miras kimi ailə məsələlərində İslam şəriətinin qanunlarına hər zaman əməl etmək hüququ müsəlmanların ixtiyarına verilməlidir. Azad din hüququ ilə bərabər, hər yerdə, hər zaman bütün dini vergiləri azad ala bilmək hüququ; bütün ruhanilərin, müftilərin, şeyxülislamların, məhəllə ruhanilərinin xalq tərəfindən təyin edilməsi, seçilməsi hüququ müsəlmanlara verilməlidir; ruhani idarələrinə daxili işlər nazirliyi deyil, xalq özü nəzarət etməlidir; xarici ölkələrdə ilahiyyat təhsili almış şəxslərə də ruhani idarələrində işləmək hüququ verilməlidir; ruhaniçilik üçün rus dilini bilmək məcburiyyəti aradan qaldırılmalıdır; Qafqazın bütün vilayətlərində, nahiyələrində dini məclislər təşkil edilməli və bu məclislər Tiflis ruhani idarəsinə tabe olmalıdır. Məscidlərin və müqəddəs yerlərin qəsb edilmiş vəqfləri (keçmişdə məscidlərə və dini idarələrə bağışlanan, verilən yer və ya əmlak) geri qaytarılmalı, onların idarəsi, bütün təsərrüfatı müsəlmanlardan seçilmiş müdirlərin ixtiyarına verilməlidir. İbtidai tərbiyə ümumi, məcburi, pulsuz olmalıdır. Qafqaz müsəlmanlarına bütün məktəblərdə, mədrəsələrdə xalqın təlim-tərbiyəsinə nəzarət etmək hüququ verilməlidir; məktəblərdə, mədrəsələrdə ilahiyyat, ana dili, milli ədəbiyyat, milli tarix dərsinin tədris edilməsinə icazə verilməlidir; bütün dərsləri milli dildə olmaq şərti ilə hər növ məktəbi təsis etmək işində müsəlmanlar tam azadlığa yanaşı böyük hüquqlar əldə etməlidirlər; mədrəsələr, dini və ya ali məktəblər təsis edib öz istəklərinə əsasən müəllimlərini dəvət edə bilmə hüququ, mətbuat azadlığı əsasında bütün dillərdə kitab, qəzet, jurnal nəşr etmək, bunların hər biri ilə ticarət etmək hüququ, kitabxanalar açmaq, xalq auditoriyaları təsis etmək hüququ, ümumiyyətlə, həm xeyriyyəçilik, həm maarif müəssisələri təsis etmək hüququ hər yerdə, hər zaman müsəlmanlara həvalə olunmalıdır. Təhkimçilik rejiminin bugünkü qalıqlarını ləğv edib, torpaqların kəndlilərə satılması hökumətin qərarları ilə həyata keçirilməlidir, kənd təsərrüfatı bankları təsis edilməli, istifadəsiz qalan dövlət torpaqları torpaqsız və ya az torpaqlı əkinçilərə verilməli, Qafqaza Rus kəndlilərinin köçürülməsinin qarşısı tamamilə alınmalı, Qafqaz müsəlmanlarının qışlaq, yaylaq yerləri, meşə və su kimi ehtiyacları təmin edilməlidir. Dağıstan və Şimali Qafqaz dağlı xalqları üçün 1900-cü il iyulun 12-də çıxarılan və bu xalqların bütün torpaqlarının xəzinə malı sayılmasına dair qanun ləğv olunmalıdır. Bugünkü ağır vergiləri mümkün qədər yüngülləşdirmək; hər növ vergiləri yerin xüsusiyyətlərinə, xalqın imkanına görə almaq; vergilərin miqdarını, məsrəflərini təyin edərkən müsəlman vəkilləri də hər zaman dəvət olunmalıdır. Fabriklərdə, zavodlarda, emalatxanalarda işləyən işçilərin güzəranlarını, həyat şəraitlərini yaxşılaşdırmaq üçün həyata keçirilən tədbirlər və bütün qanunlar müsəlman işçilərinə də şamil edilməlidir. Bütün işçilərin hüquqlarını himayə edə biləcək qanunları yerinə yetirmək, həyatlarını qorumaq üçün dövlət sığortası təşkilatı yaradılmalıdır. Qafqazda andlı hakimlər məhkəməsi, seçilmiş sülh hakimləri təsis edilib, sülh məhkəmələrinin prosesini xalqın dili ilə (türkcə) icra etmək ixtiyarı verilməlidir. Dövlətin daxili vilayətlərində “zemstva” (məhəlli idarə) idarələri hansı üsulda təsis ediləcəksə, Qafqaz müsəlmanlarına da o üsulda tam səlahiyyətli “zemstva” idarələri təsis edilməlidir. Şəhər idarələrində islahat aparılaraq bu idarələr dövlət inzibati idarəsinin müdaxiləsindən azad edilməlidir. Din, söz, mətbuat, yığıncaq, şirkət azadlığı, ərazi, şəxsiyyət toxunulmazlığını himayə məqsədilə həyata keçirilmiş və ya keçiriləcək bütün tədbirlər və qanunlar müsəlmanlara da şamil edilməlidir. Qafqaz müsəlmanlarının ərazi ehtiyaclarına dair həyata keçiriləcək bütün qanunlar və bütün tədbirlər Tiflisdə müsəlman vəkillərinin iştirakı ilə müzakirə edilib, həll olunmalıdır. Bu il 18 fevral fərmanı ilə keçiriləcək müzakirə məclisinə Qafqaz müsəlmanlarından da vəkillər dəvət edilməlidir [2.s.159-166].  Beləliklə  Layihədə göstərilirdi ki, müsəlmanların həyatı cəmiyyətdə olduğu kimi iqtisadiyyatda da sıxışdırılmışdır. Şəhər məclisinə nümayəndələr seçkisinə məhdudiyyətlər qoyulmuşdur. Mülki və hərbi idarələrdə yüksək vəzifələrdə çaşılmalarına, orta və ya ali təhsilli müsəlmanların arzu etdikləri sənəti seçmələrinə, pedaqoji sahədə çalışmalarına, müsəlman olan tələbələrin dövlət təqaüdündən istifadə edə bilmələrinə icazə verilmir. Rus tacirlərinə verilən hüquqlar türk tacirlərinə verilməmişdir. Uşaqların ana dilində təhsil almalarına izn verilmir. Ana dilində qəzet, jurnal, kitab nəşr etdirmək hüququndan məhrum olmaq və başqa bu kimi istəklər öz əksini tapmışdır. Müraciətdə 1864-cü ildə Qafqaz üçün hazırlanan məhkəmə quruluşu nizamnaməsinin artıq zamanın tələblərinə cavab vermədiyi göstərilirdi. Qeyd olunurdu ki, müsəlmanların adət və ənənələrini yaxşı bilən hakimlər, o cümlədən mülki işlər üzrə hakimlər yerli adamlardan seçki yolu ilə seçilsin. Müraciətdə Qafqazda yerli idarələrin yaradılması və bu idarələrin tam mənasında inzibati idarənin müdaxiləsi olmadan müstəqil olması, müsəlman xalqı üçün yerli idarədə heç bir məhdudiyyət qoyulmaması, Qafqaz müsəlmanlarına şəxsiyyət və ərazi toxunulmazlığı, fikir, söz, mətbuat azadlığı verilməsi və bunlara qarşı duran bütün qanunların ləğv edilməsi tələb olunurdu. Layihədə kəndli məsələsinə də toxunulurdu. Torpaqsız və az torpaqları kəndlilərə torpaq verilməsi və vergilərin yerli şəraitə görə ədalətli olaraq təyin edilməsini istəyən azərbaycan ziyalılar hansı torpaqların paylanması və nə miqdarda verilməsini də göstərirdilər. Kəndlilərin həyat şəraitinin yaxşılaşdırılması və yüksəldilməsi məsələsi üzərində israrla dururdular.  Müraciətdə Qafqazda zemstvoların (tərkibində çox hissəsi zadəganlardan ibarət olan seçkili yerli idarə) tətbiqinin, andlı iclasçılar məhkəməsinin yaradılmasının, müsəlmanların hüquqlarının rus zadəgan və tacirləri ilə eyniləşdirilməsinin, aztorpaqlı və torpaqsız kəndlilərə torpaq verilməsinin vacibliyi və s. məsələlər mühüm yer tuturdu. Müraciətdə çarizmin müstəmləkə siyasətinə qarşı qəti etiraz ifadə olunurdu. “Ümumi milli haqq istəyi”ni Peterburqa Çar hökümətinə təqdim etmək məqsədilə Fərrux Bəy Vəzirov, Əlimərdan Bəy Topçubaşov, Əhməd Bəy Ağaoğlu, Şəmsi Əsədullayev,  Ağakişi Əliyev və Nəcəf Qulu Sadıqovdan ibarət  bir heyət seçildi və müraciət  2 apreldə 1905-ci ildə Rusiya Daxili  işlər nazirliyinə təqdim edildi. [9. s.229]. 

5. Rusiya Müsəlmanları ittifaqı 

Azərbaycan ziyalılarının Qafqaz  müsəlmanları adı ilə tərtib etdikləri bu tələblər tezliklə Əlimərdan Bəy Topçubaşovun liderliyi ilə Rusiya müsəlmanlarının Rusiya müstəmləkəçilik hərəkatına qarşı mübarizəsinin ideyalarına və Rusiya Müsəlmanları İttifaqının  əsas proqram müddəalarına çevrilmişdir.   Bu məqsədlə Rusiya imperiyasında yaşayan əsir türk ellərinin, müsəlman xalqlarının sosial-iqtisadi və mədəni tərəqqisi problemlərinin birlikdə həll edilməsi və onların siyasi cəhətdən təşkilatlanması ideyası da Bakı müşavirəsində müzakirə olunmuş,Çar höküməti qarşısında qüvvətli bir cəbhə almaq və bu məqsədlə Kazan, Kırım,Türküstan, Dağıstan və Şimali Qafqaz xalqları ilə birlikdə azadlıq mübarizəsi aparmaq qərara alınmışdır.  [9.s.231] Bu məqsədlə  həmin ilin aprel ayında Peterburqda Rəşid Əfəndi İbrahimovun evində toplanan Azərbaycan və Tatar  ziyalılarından Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Alim Əfəndi Maksud, Binyəmin Əfəndi Ədhəm, İsmayıl bəy Qaspralı "İttifaqi-Müslimin" (Ümumrusiya Müsəlmanlar İttifaqı) adlı bir təşkilatın yaradılmasına qərar vermişlər. 

 
6. Rusiya Müsəlmanlarının I qurultayı

Ardı var...

Yasmən Qaraqoyunlu 
AMEA Fəlsəfə İnstitutu
Oxşar xəbərlər
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
GÜNLÜK
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB