Xəbər lenti
21/09/2019 [08:40]:
Fransanın 1 milyondan çox əhalisi olan əyaləti erməni işğalındakı Hadrutla dostlaşdı...-FOTO
21/09/2019 [07:29]:
Yazıçı müsəlmanlara qarşı  nifrət aşıladığına görə cəzalandırıldı... 
21/09/2019 [06:43]:
İmam Hüseynə (ə) xəyanət edən  ilk şəxs kim oldu?..
21/09/2019 [01:26]:
Tramp İrana qarşı “ən yüksək səviyyəli sanksiya” tətbiq etdi: "Uşaqlar, başlayın..."
21/09/2019 [00:41]:
Nazirlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ
21/09/2019 [00:40]:
Rusiya Ermənistanla dəmir yolu əlaqəsini kəsir
21/09/2019 [00:01]:
HDP həmsədri Səlahəddin Dəmirtaşın 4 il 8 aylıq həbsinə qərar verildi
21/09/2019 [00:00]:
Azərbaycanlı müğənni “Rihannasayağı” pozlarına görə tənqid edildi - FOTOLAR
20/09/2019 [23:59]:
Günəş sistemində partlayış
20/09/2019 [23:57]:
Ermənistan Qarabağda hərbi təlimlər keçirəcək - danışıqlardan bir gün sonra
20/09/2019 [23:57]:
Aşıqlar Elnarə Abdullayevanı dediyi "Xanımdan aşıq olmaz" sözünə peşman etdi - VİDEO
20/09/2019 [23:14]:
Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir
20/09/2019 [23:07]:
Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası - QANUN DƏYİŞİR
20/09/2019 [23:03]:
Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək- VİDEO
20/09/2019 [22:59]:
Dağıstanda həbsxanada məhkumlar qiyam qaldırdı - VİDEO
20/09/2019 [22:57]:
“Bu, yeni ərimdir” deyib, oğlumun qarşına çıxa bilmərəm” – FOTOLAR
20/09/2019 [22:53]:
Xırdalanda 7 yaşlı uşağı maşın vurdu
20/09/2019 [22:09]:
Mələk Heydərovadan bikinili FOTOLAR -(18+ layihə…)
20/09/2019 [21:41]:
“Sülh göyərçini” aksiyası çərçivəsində 246 nömrəli məktəb-liseydə tədbir keçirilib
20/09/2019 [21:33]:
Şəki şəhərində “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində seminar keçirilib
20/09/2019 [21:24]:
"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
20/09/2019 [21:23]:
Prezident İlham Əliyev: "Bundan sonra da neft gəlirləri sosial məsələlərə yönəldiləcək"
20/09/2019 [21:22]:
Məhkəmə Koçaryanı zaminə buraxmadı
20/09/2019 [21:19]:
Penitensiar Xidmət: İkram Rəhimov aclıq aksiyası keçirmir
20/09/2019 [21:19]:
ABŞ İran Milli Bankına sanksiya tətbiq edib
20/09/2019 [21:16]:
Telefonun bəxş etdiyi xəstəliklər - Alimlər həyəcan təbili çalır...
20/09/2019 [21:14]:
Hansı hallarda böyrəklərin təmizlənməsinə ehtiyac var? - ƏLAMƏTLƏR...
20/09/2019 [21:13]:
Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib
20/09/2019 [21:12]:
Prezident: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"
20/09/2019 [21:10]:
Prezident İlham Əliyev: “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir"
20/09/2019 [21:05]:
Azay Quliyev seçicilərini qəbul edib
20/09/2019 [20:10]:
Ermənistanda dələduz Sorosa abidə qoyuldu-"Bu, Paşinyan hakimiyyətinin rəmzidir"-FOTO+VİDEO
20/09/2019 [19:43]:
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib - FOTOLAR
20/09/2019 [19:38]:
Millət vəkili Əhməd Ağaoğlu ilə bağlı konfransda Türk dünyasına çağırış edib - FOTOLAR
20/09/2019 [19:32]:
AMİP Siyasi Şurasının növbəti iclası keçirilib
20/09/2019 [19:27]:
Qayda pozan piyadalara kim nəzarət edəcək? - Nazirlikdən Açıqlama
20/09/2019 [19:01]:
Gül almaq üçün dayandı, qəzaya səbəb oldu - FOTO
20/09/2019 [18:41]:
Aptekdən rüşvət alan müfəttiş işdən çıxarıldı
20/09/2019 [18:40]:
Kamal Abdulla Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb
20/09/2019 [18:18]:
Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır?
20/09/2019 [18:04]:
İlham Əliyev Elmin İnkişafı Fonduna icraçı direktor təyin etdi
20/09/2019 [18:03]:
İlham Əliyev maltalı həmkarını təbrik etdi
20/09/2019 [18:03]:
Deputat “Şöhrət” ordeni ilə təltif olundu
20/09/2019 [18:00]:
Ermənistanda istefa edəcək növbəti şəxslər kimlər olacaq? - ADLAR
20/09/2019 [17:43]:
BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb - FOTOLAR
20/09/2019 [17:38]:
16 yaşlı gənci qətlə yetirdilər- Şahidlər polisə zəng etmək əvəzinə, bunu telefona çəkdi-FOTOLAR
20/09/2019 [17:35]:
Kuryer məktəblini  intihardan xilas etdi -FOTO
20/09/2019 [17:30]:
Azərbaycanın yeni kamikadze PUA-ları - FOTO/VİDEO
20/09/2019 [17:28]:
Paşinyan atasını həbs etdirdi, Sərkisyan oğlunu general etdi
20/09/2019 [17:26]:
İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi
20/09/2019 [17:08]:
Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi
20/09/2019 [16:45]:
Qocalmağın qarşısını almağın sirri açıqlandı
20/09/2019 [16:45]:
Müdafiə Nazirliyində Kollegiya iclası - Zakir Həsənov Prezidentin tapşırıqlarını diqqətə çatdırdı
20/09/2019 [16:42]:
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
20/09/2019 [16:35]:
Arif Babayev təkrar əməliyyat olunacaq
20/09/2019 [16:32]:
"Qoşunlar irimiqyaslı döyüş əməliyyatları üzrə tapşırıqları uğurla icra ediblər"
20/09/2019 [16:29]:
Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"
20/09/2019 [16:27]:
Cavad Zərif: "İran müharibə istəmir"
20/09/2019 [16:00]:
Bakıda iki azyaşlı qıza təcavüz edən 43 yaşlı kişi məhkəmə qarşısında
20/09/2019 [15:59]:
“Mənimlə evləndiyi üçün onu Azərbaycana deportasiya etdilər...” - Belaruslu qız...
20/09/2019 [15:58]:
Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ
20/09/2019 [15:56]:
Ermənistanda kişi çatışmazlığı - Paşinyan ciddi problemi təlxək açıqlamaları ilə gözdən salır
20/09/2019 [15:55]:
“Qalib olacağıma ümidim yox idi, çünki...” - Müsabiqədə birinci yeri tutan kənd müəllimi...
20/09/2019 [15:46]:
“Böhtan və bu cür yaramaz hallar məsuliyyət yaradır...”
20/09/2019 [15:44]:
Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib
20/09/2019 [15:43]:
"Bir çox xarici güclər və onların yerli əlaltıları bu sazişin baş tutmasını istəmirdilər"
20/09/2019 [15:38]:
Bu da Rəfael Cəbrayılovun girovda olan deputat vəsiqəsi – Foto
20/09/2019 [15:35]:
"Mavi balina” oynayan yeniyetmə intihar edib
20/09/2019 [15:35]:
“Nar”-ın baş sponsorluğu ilə intellektual yarış start götürür
20/09/2019 [15:08]:
Dünya Kubokunda Azərbaycanın iki məşhur şahmatçısı üz-üzə
20/09/2019 [15:06]:
Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO
20/09/2019 [15:05]:
Prezidentin tapşırığına Şəkidə 4 il 4 aydır ki, əməl olunmur
20/09/2019 [15:03]:
Bakıda daha bir sürücü yol polisinə hücum etdi - ANBAAN VİDEO
20/09/2019 [15:00]:
Rusiyada azərbaycanlıların olduğu mikroavtobus qəzaya uğradı: Ölənlər var
20/09/2019 [14:52]:
Aqrar sektorda 200-ə yaxın vergi ödəyicisinin fəaliyyəti aktivləşdirilib
20/09/2019 [14:49]:
Orduda psixoloqların sayı artırılır: Əsgərlərin “dəli olmaq” ehtimalını önləmək üçün..!
20/09/2019 [14:49]:
“Qarabağ” 70-ci pillədə qərarlaşıb –UEFA klub reytinqi
20/09/2019 [14:46]:
Heydər Əliyev prospekti istiqamətində hərəkət tam məhdudlaşdırılacaq
20/09/2019 [14:44]:
Azərbaycanın qadın cüdoçusu Qran-pridə finala yüksəlib
20/09/2019 [14:42]:
Hava kəskin soyuyacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
Bütün arxiv bir sırada
28/04/2018 [23:22] - Köşə - ( 4688 dəfə baxılıb)

“Ləyaqətli oğru” həsrəti...

Yaxud həm alqışa, həm də qarğışa yozulacaq arzu...
Seymur Əliyev
[email protected]

Bu günlərdə sosial şəbəkədə Binəqədidə yaşayan professorun evinə girən oğrunun evdən heç nə tapmadığı, bu səbəbdən də professora qısa məktub yazıb qoyduğu ilə bağlı informasiya yer alıb.

Məlumata görə, “sizə görə çox üzüldüm professor, belə yaşamaq olmaz” məzmununda məktub yazan oğru, kasıb professora yardım məqsədi ilə 10 manat məbləğində pul qoymağı da unutmayıb.

Belə bir hadisənin həqiqətən də olub-olmadığını bilmirəm. Bəlkə də bu barədə deyilənlər oğurlanacaq heç nəyi olmayan, yeganə sərvəti zəkasından ibarət professorlarımızın aınacaqlı həyatına diqqət çəkmək üçün uydurulan bir hadisədir. Amma...

Amma bu olay kiminsə fantaziyası olsa belə, bu hadisə ölkədəki elm adamlarının, sadə, zəhmətkeş insanların ağır maddi-sosial durumuna, onların oğru mərhəmətinə möhtac hala gəldiyinə diqqət çəkmək baxımından həqiqətən də önəmlidir. 

Bəli, nə qədər ağrılı da olsa, bu gün ailəsini dolandırmaqda çətinlik çəkən, hər kəsdən öncə öz ailə üzvləri, övladları qarşısında gözükölgəli qalan, maddi təminatsızlıq səbəbi ilə ləyaqəti, şəxsiyyəti də zərbə altına düşən hər bir namuslu, ləyaqətli adamın belə bir “namuslu oğru”ya, “ləyaqətli soyğunçu”ya ehtiyacı var. Görünən odur ki, özünü doğru kimi qələmə verən kostyumlu-qalstuklu, qovluqlu-papkalı oğruların maddi yoxluğa, səfalət və aclığa, mənəvi-psixoloji sarsıntıya məhkum etdiyi sadə zəhmətkeşlərin üz tutacağı başqa bir istinadgah, başqa bir ümid yeri qalmayıb. 

Əslində bu olay, sadəcə bir professorun deyil, bəzi istisnaları çıxmaq şərtiylə, ümumilikdə bütün Azərbaycan elminin, onun düşünün beyinlərinin düşdüyü vəziyyətin nə dərəcədə qorxunc və ümidsiz olmasının göstəricisidir. 

Baş verən bu olaydan çıxarılacaq digər bir dərs isə soymaq üçün gəldiyi evə pul qoyub gedən oğrunun sözün həqiqi mənasında professoru oğru ümidinə qoyan şəxslərdən qat-qat ucada dayanması ilə bağlıdır. Çünki birincisi oğru olsa da, doğru qılafı altında gizlənmir. Özünü başqa cür təqdim etmir. Və törətdiyi oğurluğu da məhz “oğru bayrağı” altında həyata keçirir. İkincisi isə özünü doğru kimi təqdim etsə də, reallqıda oğru kimi fəaliyyət göstərir. İnsan talelələrini insanlara sevgi və qayğı şüarları altında məhv edir.

Birincisi, professor titullu şəxsin evində bir manat da olsun pul olmadığından məyusdur və bu məyusluq geri əliboş dönməyin deyil, professorun acınacaqlı həyatına qəfil şahidliyin doğurduğu məyusluqdur. İkincisi isə uzun illərdir ki, soyduğu ciblərin, taladığı ömürlərin əvvəlki qədər gəlir qazandırmadığından məyusdur. Axı doğrudan da, uzun illərdir ki, talan edilən, evində çörək pulu tapılmayan professorun artıq nəyini necə talamaq olar ki?

Birincisi, yoxsulluq cəhənnəmində qovrulan professora mərhəmət göstərməyi nəinki lazım, həm də zəruri hesab edir və bunu öz şəxsi vəsaiti hesabına həyata keçirir. İkincisi isə hesab edir ki, daha çox talamaq imkanı olan yerdə kiməsə mərhəmət göstərmək zəiflik və ağılsızlıq əlamətidir və belə bir mərhəmət mənasız pul itkisindən başqa bir şey deyil. 

Və ən nəhayət, birincisinin professora qoyub getdiyi 10 manat pul və məyusluq dolu məktub həmin oğru üçün hələ də müəyyən dəyərlərin qaldığını, daxili senzor mexanizminin bəlli bir səviyyədə işlədiyini göstərir. İkincisinin professoru gətirib çıxartdığı faciəvi nöqtə isə onun heç bir dəyər tanımadığını, yalnız pul və sərvətə etiqad etdiyini isbatlayır. 

Bu olay bir də onu göstərir ki, oğurluq heç zaman ləyaqətli əməl hesab edilməsə də, ləyaqət bəzən oğurluq simasında da zühur edə bilir.

Məlum hadisədən sonra bir çox insanın içində “ləyaqətli oğru həsrətinin” baş qaldırması da mümkündür. Çünki doğrulara ümidin itdiyi yerdə oğrularla bağlı gözləntinin artması, dirilərdən haray gəlmədiyi nöqtədə ölülərə pənah aparılması tamamilə normal və anlaşılandır.

Heç bir şübhə yoxdur ki, Binəqədidəki məlum hadisədən xəbər tutan insanların bir çoxunun ağlından ilk keçən məhz belə bir cümlə olub: kaş ki, xalqın milyonlarına əl uzadan hər bir məmurun bu oğru qədər ləyaqəti, mərhəməti olardı! Bəlkə o zaman ölkənin professoru da professor tituluna layiq maddi rifaha yiyələnər, dolanışıq üçün “ləyaqətli oğru”nun onun kasıb mənzilinə nə zaman təşrif gətirməsini gözləməzdi. 

Sonda içi özüm də daxil dolanışığı daşdan çıxan hər bir vətəndaşa həm alqış, həm də qarğış sayılacaq bir arzu diləyirəm. Arzu edirəm ki, bütün ümidlərin tükəndiyi, bütün müsbət gözləntilərin qəhətə çəkildiyi anda qapınızı məhz belə bir oğru döysün: sizə 10 manat pul və bir dünya mənəvi təsəlli bəxş edən “ləyaqətli oğru”...

Seymur Əliyev

loading...
loading...
Hansı hallarda böyrəklərin təmizlənməsinə ehtiyac var? - ƏLAMƏTLƏR...
Azərbaycan nefti: Lənət, yoxsa nemət..?
81 yaşlı qadın bankomatdan pulunu oğurlamaq istəyənin “dərsini verdi” - FOTO/VİDEO
Bu ölkədə evlilikdən kənar münasibət qadağan ediləcək - MARAQLI
Qütblərarası savaş və ya dialoq niyə alınmır... - BAXIŞ BUCAĞI
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
16 yaşlı gənci qətlə yetirdilər- Şahidlər polisə zəng etmək əvəzinə, bunu telefona çəkdi-FOTOLAR
Cəmiyyət
“Qalib olacağıma ümidim yox idi, çünki...” - Müsabiqədə birinci yeri tutan kənd müəllimi...
Gündəm
Ermənilər Xankəndidəki xəstəxanaya Belarusda istehsal olunmuş qurğu gətirdi-FOTOLAR
Müsahibə
"Konsertimdən sonra xərçəng xəstəsi olan bir insan sağalıb, bundan böyük savab varmı?"
Cəmiyyət
“Məsələyə nə qədər ki, el bizim, sirr bizim prizmasından yanaşacağıq problemlər qaçılmaz olacaq...” -Psixoloq...
Həftənin ən çox oxunanları
Seksoloqa 8 vacib sual: Utanıb soruşmadıqlarınız...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötdü
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
“Ona heç nə olmadı, mənimsə 2 övladım anasız qaldı”: Müəllimin bədbəxt etdiyi xadimə...
"Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi" - Köçəryandan maraqlı etiraf...
25 yaşlı qızı “öldürən” “Maserati” sürücüsü video yaydı
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
28 erməni fahişə saxlanıldı- VİDEO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247