Xəbər lenti
22/10/2019 [17:16]:
“Bizdə vəzifədən sadəcə iki əllə yapışmırlar: Həm də iki ayaqla yapışırlar”
22/10/2019 [17:05]:
Şahin Mustafayev baş nazirin müavini oldu - SƏRƏNCAM
22/10/2019 [16:55]:
Cinsi istismara məruz qalan qıza bu dəfə saz kursunda müəllimi təcavüz etdi - RƏZALƏT...
22/10/2019 [16:17]:
“Türkiyə “Barış Pınarı” əməliyyatıyla Suriyanın ərazi bütövlüyünü pozub” - İkiüzlü Rusiya...
22/10/2019 [16:15]:
Ərdoğanla Putin arasında görüş başladı...
22/10/2019 [16:14]:
Türk ordusu terrorçuların bölgədən çıxışını təqib edir
22/10/2019 [16:13]:
Ölkəyə narkotik keçirilməsinin qarşısı alınıb
22/10/2019 [16:12]:
“Diaspor fəaliyyətində xidmətə görə” medal TƏSİS olunur
22/10/2019 [16:11]:
Azərbaycanda övladlığa götürmə prosesi 3 mərhələdə aparılacaq
22/10/2019 [16:10]:
Bahar Muradovadan AÇIQLAMA: “Azərbaycana məhz belə aksiyalar yaraşır”
22/10/2019 [16:07]:
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
22/10/2019 [16:05]:
"Azərpaşa Nemət Hacıbala Abutalıbovdan nümunə götürsün, “kreslo”nu məşğul etməsin"
22/10/2019 [16:01]:
Bu günə kimi fəxri ad ala bilməyən məşhurlar -SİYAHI...
22/10/2019 [15:51]:
İşdən çıxarılan Əli Həsənov bu vəzifələri icra edəcək
22/10/2019 [15:50]:
İlk türk astronavt 2023-cü ilə qədər kosmosa uça bilər
22/10/2019 [15:49]:
Ukraynadakı səfirimiz məsxərəyə qoyuldu - Xudiyev "qızıl xırdalamaq" istədi, ancaq...
22/10/2019 [15:46]:
Deputat büdcədə şişirdilmiş rəqəmlərə qarşı çıxdı
22/10/2019 [15:31]:
Azərbaycanın yaşı 70-dən çox olan yüksək vəzifəli məmurları - SİYAHI
22/10/2019 [15:23]:
"Qarabağ Azərbaycandır, Qarabağ Türkiyədir...!" -Hulusi KILIÇ...
22/10/2019 [15:16]:
İran səfirinin qızı Moskvada öldü -FOTOLAR
22/10/2019 [15:14]:
Bakı yollarında ilk -FOTOLAR
22/10/2019 [14:57]:
“Putinlə Ərdoğanın danışıqları çətin olacaq” - Rəsmi Moskva
22/10/2019 [14:56]:
177 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22/10/2019 [14:53]:
Azərbaycanda yeni medal təsis edildi
22/10/2019 [14:37]:
"Kim ki, öz üzərində işləyir, gec-tez layiq olduğunu əldə edəcək, əsas can qoymağındır”
22/10/2019 [14:16]:
“Spikerin yanında nüfuzunu artırmaq üçün belə fədakarlıq edib” - QALMAQAL...
22/10/2019 [14:14]:
Bu yollar bağlanacaq - Sürücülərə xəbərdarlıq!
22/10/2019 [14:01]:
Müdafiə nazirinin təklifi bir milyarddan çox insanı gülüşə qərq etdi
22/10/2019 [13:53]:
“Azərbaycanda bir dənə kişi var”, “Alabala...”” - Onlar yaddaşlarda bu cür qaldılar...
22/10/2019 [13:43]:
“Belə bir işin görülməsi böyük təsəllidir...” - Aprel şəhidlərimizin atalarıyla bağlı klip çəkildi
22/10/2019 [13:42]:
Hesablama Palatasına yeni auditor təyin edildi
22/10/2019 [13:39]:
“Milli dəyərlərimizə qəsd edənlərin  dövlətimiz tərəfindən  durdurulması zəruridir...”
22/10/2019 [13:12]:
“Yaşlananda kişiyə qadın lazım olur, gəncliyində dağda-bağda olursan...”
22/10/2019 [13:03]:
Milli Məclis onu müstəqil deputatların MSK-dakı nümayəndəsi TƏYİN ETDİ
22/10/2019 [13:02]:
Bakıda keçiriləcək sammitdə 60 ölkənin dövlət və hökumət başçısı iştirak edəcək
22/10/2019 [12:58]:
Nazir: “Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
22/10/2019 [12:57]:
“Bir də onda ayıldım ki, videolar çəkilir, paylaşılır...” Rəfael İsgəndərov
22/10/2019 [12:47]:
“Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb
22/10/2019 [12:45]:
Baş prokuror bu rayonların sakinlərini qəbul edəcək
22/10/2019 [12:40]:
Siyavuş Novruozv: “Xaricdə oturan insanlara qarşı mübarizə aparaq, yoxsa öz içərimizdəkilərə qarşı?”
22/10/2019 [12:38]:
Hacıbala Abutalıbov nə işlə məşğul olacaq? - İlk dəfə açıqladı
22/10/2019 [12:18]:
“Tarix İnstitutu erməni yalanlarına cavab verməlidir”
22/10/2019 [12:02]:
Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”
22/10/2019 [11:49]:
"Qarşıda digər ali məktəblərdə də “Vikipediya” Metodik Mərkəzlərin yaradılması nəzərdə tutulur"
22/10/2019 [11:45]:
Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçildi –Müavin və məsul katib bilindi
22/10/2019 [11:43]:
120 saatın bitməsinə az qalmış ABŞ-dan qalmaqallı addım -FOTOLAR
22/10/2019 [11:37]:
İmtahanlarda zal nəzarətçisi olmaq istəyən 518 nəfər qeydiyyatdan keçib
22/10/2019 [11:20]:
Nazirliyin keçmiş əməkdaşları məhkəmə zalından azadlığa buraxılıb
22/10/2019 [11:19]:
Azərbaycanda ilk pullu yolun hansı olacağı AÇIQLANDI - RƏSMİ
22/10/2019 [11:18]:
“Azərbaycanda portağal və digər meyvələr monopoliyadadır”
22/10/2019 [11:17]:
“Məndən heç nə soruşmayın”- Baş Nazirin 74 yaşlı 1-ci müavini YAQUB EYYUBOV
22/10/2019 [11:14]:
“Bu gün dövlət telekanallarımız hər kəsin ailəsiylə baxdığı bir televiziyadır...”
22/10/2019 [11:13]:
Baş nazir: “Gürcüstan “Bir kəmər, bir yol” təşəbbüsünün dəstəklənməsi prosesinə sadiqdir”
22/10/2019 [11:12]:
Səfər Mehdiyev Yevlaxa gedir
22/10/2019 [11:12]:
Sumqayıtda şüşə lövhələrin istehsalı zavodunun inşası gələn il başa çatacaq
22/10/2019 [11:09]:
DİM zal nəzarətçisi sertifikatı əldə etmək istəyənlər üçün müsahibələrə başlayır
22/10/2019 [11:07]:
3 azərbaycanlını öldürən rusiyalı ələ keçdi - 17 ildən sonra
22/10/2019 [11:05]:
Erməni baş serjant deputatlara Lələtəpə məğlubiyyətindən danışdı...
22/10/2019 [11:03]:
1874 uşağa reabilitasiya xidmətləri göstərilib
22/10/2019 [10:59]:
Ermənistanda “yarpaq tökümü” davam edir
22/10/2019 [10:56]:
Türkiyənin İğdır şəhərində I Beynəlxalq Türk-Erməni əlaqələri simfoziumu keçirilib
22/10/2019 [10:55]:
Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?..
22/10/2019 [10:52]:
“Qalatasaray” “Real”a, “Yuventus” “Lokomotiv”ə qarşı
22/10/2019 [10:51]:
"Deputatlar feministlərin Bakıdakı aksiyasını qanunsuz hesab edirlərE"
22/10/2019 [10:50]:
İctimai Şuranın növbəti iclası keçirilib
22/10/2019 [10:49]:
Türkiyəli ekspert: "TANAP və STAR layihələri sayəsində həm Azərbaycan, həm də Türkiyə qazanır" - ŞƏRH
22/10/2019 [10:45]:
Bakı metrosunda problem: qatar boşaldıldı
22/10/2019 [10:44]:
Tbilisidə İpək Yolu Forumu keçirilir
22/10/2019 [09:59]:
Azərbaycanda yüksək rütbəli məmur vəfat etdi
22/10/2019 [09:50]:
Tünzalə Ağayeva: " Reytinqli verilişlərdə səviyyəsizliyi, ucuz söhbətləri görəndə utanıram"
22/10/2019 [09:45]:
Qusarda yeni araq zavodu açıldı: - Qarabulaq suyu, qızıl və gümüş filtrlər + FOTOLAR
22/10/2019 [09:22]:
“Təcili yardım gələnə qədər atam canını tapşırdı” - Məhəbbət Kazımovun oğlu
22/10/2019 [09:16]:
Milli Məclis bu gün yeni məmur təyin edəcək
22/10/2019 [08:40]:
“Kamaz” idarəetməni itirib uşaq bağçasına çırpıldı - FOTO/VİDEO
22/10/2019 [08:36]:
Yaponiyada imperatorun taxta çıxması münasibəti ilə mərasim başlayıb
22/10/2019 [08:34]:
Doğum evində işləyən 7 tibb bacısı eyni vaxtda hamilə oldu
22/10/2019 [08:23]:
Çin rəsmiləri və polisi  müsəlmanlardan üzr istədi... - FOTOLAR
22/10/2019 [07:37]:
Əvvəli küfr, axırı iman olan müqəddəs kəlmə hansıdır?..
22/10/2019 [00:17]:
“Bütün Avropa Ziya Bünyadovun necə tarixçi olduğunu bilir”
22/10/2019 [00:16]:
Jirinovski yenə öz ampluasındadır: "Rusiyanı çoxarvadlılıq xilas edəcək..."
Bütün arxiv bir sırada
20/04/2018 [11:03] - Köşə - ( 6665 dəfə baxılıb)

Sən saydığını say, gör ATƏT nə sayır?..

...Biz hələ də yerimizdə möhtərəm atəşkəsin pozulması hallarını sayırıq...
Sultan Laçın

Sizi bilmirəm, bu sətirlərin müəllifində  hələ ötən əsrin sonlarından “atəşkəs”, “ATƏT”,  “münaqişə”, “sülh danışıqları”, “Minsk Qrupu”, “tənzimlənmə”, “monitorinq”,  həmsədr, “Kasprişik” və s. kimi sözlərə, adlara qarşı kəskin allergiya yaranıb... Belə sözləri eşidəndə əsməcə tutur, üzümü-gözümü “prişik” basır...
*** 
Həkimlər deyir ki, bu xəstəliyin müalicəsi yalnız Şuşa, Laçın, Kəlbəcər havasıdır...
*** 
Amma biz  də hələ də yerimizdə möhtərəm atəşkəsin pozulması hallarını sayırıq...
*** 
ATƏT-in Minsk Qrupu da sayır. Sağ olsunlar, həftə səkkiz mən doqquz, İrəvan-Xankəndi-Bakı yollarını gəzməkdən, təmas xəttində monitorinq keçirməkdən üzülüblər. Düz 22 ildir canını “Qarabağ münaqişəsinin tənzimlənməsi” yolunda qoyan  Kasprişik kimi... 
***
Fəqət, ATƏT-in sözdə saydığı başqa, “ürəyində” saydığı başqadır... Axı onu idarə edən dövlətlərə, güclərə hesabat  verməlidir...
*** 
ATƏT-ə atəşkəsin gündə, ayda, ildə neçə dəfə pozulması o qədər də maraqlı deyil... Əslində ATƏT  atəşkəs boyunca ermənilərin Qarabağda möhkəmlənməsinə şərait yaradan neçə ilin keçdiyini, bu müddətdə Azərbaycan tərəfdən neçə döyüşçünün şəhid olduğunu, 1991-1994-cü illərdən bəri çadırlarda, qazmalarda, yataqxanalarda, özgə qapılarında çürüyən qaçqınlardan, yəni işğal altındakı torpaqlarda doğulmuş Azərbaycan vətəndaşlarından(!) neçəsinin dərddən vərəmləyib “torpaq” deyə-deyə dünyadan köçdüyünü sayır... 
*** 
ATƏT işğal altındakı hər kəndimizdə, hər şəhərimizdə doğulmuş neçə Azərbaycan vətəndaşının hələ də sağ qalıb gündə neçə nəfəs aldığını  sayır və onların neçənci ilədək ölüb qurtaracağını hesablayır...
*** 
ATƏT səngərlərdə neçə Mübariz İbrahimov, Raquf Orucov kimi Azərbaycan, müsəlman oğlunun şəhid olduğunu, 1-ci Qarabağ savaşının, Aprel döyüşlərinin neçə veteranının, qazisinin, əlilinin əsəb gərginliyindən, depressiyadan çərləyib yatağa düşdüyünü, ürəyinin partladığını və s. sayır...
*** 
ATƏT Azərbaycanda  xalqın başının qatılıb Qarabağı unutması üçün son 20-25 ildə Aygünlər, Röyalar, Faiqlər, Samiraldolar  yetişdiyini, telekanallarda “Səni axtarıram”, “Bizimləsən” və s. kimi neçə şou-proqramın yaradıldığını  hesablayır...
*** 
Minsk Qrupu Bakıya hər gəlib gedəndə bu müsəlman(!) ölkəsinin kişi və qadınlarının əxlaqının pozulması, onların potensial enerjilərinin Qarabağın azad edilməsi, müstəqilliyimizin qorunması işinə yox, pozğun əyləncələrə, şərabxorluğa, qumarbazlığa və s. sərf etməsini təmin etmək üçün paytaxt və bölgələrimizdə neçə gecə klubunun, barın, gizli kazinonun, masaj salonunun və s. açıldığını hesablayır...
*** 
ATƏT-in həmsədrləri son onilliklərdə Azərbaycanda  gələcəyin potensial əsgəri olan neçə oğulun, əsgər anası olacaq neçə gənc qızın qloballaşmanın, saxta demokratiyanın yaratdığı əqidə, düşüncə çaşqınlığı, imansızlıq, haqsızlıq, yoxsulluq və s. ucbatından intihar etdiyini, neçə ailə başçısının –Azərbaycan atasının banklardan götürdüyü kreditləri, sələmçidən götürdüyü sələmi ödəyə bilməmək ucbatından özünü öldürdüyünü və neçəsinin də buna hazırlaşdığını hesablayır... 
*** 
Və bütün deyilənləri sayıb yekunda Azərbaycan xalqının milli genofonduna nə qədər zərbələr dəydiyini və sonumuza neçə il qaldığını da hesablamağa çalışırlar...
***
Düzdü, ATƏT-in, AŞPA-nın, ABŞ-ın, AŞ-ın nümayəndələri hər dəfə Azərbaycana təşrif buyuranda paytaxt və bölgələrimizin zahiri inkişaf göstəricilərini də hesablayırlar.  Torpağı işğal altında olan bir ölkədə göydələnlərin, villaların, “cip”lərin “qalenvagen”lərin, “mazda”ların, restoran, kafe və şadlıq saraylarının, “palas”ların, otellərin, parkların, bölgələrimizdəki turist məkanlarının sayından, kəllə-çarxa qalxan qiymətlərdən başları gicəllənir...
*** 
Bu əcnəbilər hətta bizim deputat, prezident seçkilərindəki səslərimizi də saymağa cəsarət edirlər... Bizə canları yandıqları üçün yox, öz maraqları üçün... Amma MSK kimi düzgün saymağı bacarmadıqlarından biabır olub çıxıb gedirlər...
***
Ölkəmizdə gördükləri müsbət nəsnələri də gözləri götürmür bu yağıların... Həm gəlib yeyib-içib gəzirlər, həm də ara-sıra düşünürlər ki, məqamı çatanda, neft-qaz daşınıb qurtaranda, yaxud rəhbərlik sözümüzdən çıxanda burada da neqativ hallardan  yararlanaraq Liviyadakı, Suriyadakı kimi bir xaos yaradıb bu yaraşıqlı göydələnləri bombaladıb başlarına uçurdarıq...
*** 
Üzdə gülürlər, ürəklərində bizə qarşı məkrlərini gizlədib işlərini görürlər... Amma gündə biri gəlir, biri gedir. Elə bil, karvansaradır... Dünən də NATO-nun generalı ilə rusun generalı gəlib Bakıda görüşdülər... Paaa... Bir hay-küy düşdü ki, “deyəsən, razılaşıblar- Qarabağı bizə qaytaraqcaqlar...” “Gör, bizi nə təhər sayırlar e...” Ayə, bizi saymırlar e, bizə canları yanmır, öz dərdlərindən danışmaq üçün özlərinə rahat, sakit yer axtarırlar... Üstəlik, bizi eyforiyaya qapdırıb başımızı qatırlar...
*** 
Bir sözlə, ATƏT, AŞ, ABŞ heç biri bizi saymır, öz  maraq nöqtələrini, dairələrini sayırlar... 
***
Odur ki, öncə özümüz-özümüzü saymalıyıq... Kasıbımızı da. varlımızı da, süpürgəçimizi də, fəhləmimizi də, müəllimimizi də, başçımızı da, nazirimizi də... 
***
Gördüyümüz işləri də elə saymalıyıq ki, yalan doğrunun altında gizlənməsin, mənfi müsbəti, neqativ pozitivi üstələməsin ki, Vətənimizdə  biri-birimizi söyməyə, qarışıqlığa, xaosa rəvac verməyək...
*** 
Ən əsası da işğal altındakı  rayon, şəhər, qəsəbə və kəndlərimizin, o yurdlar uğrunda şəhid olan, əsir düşən və yaralananlarımızın, qaçqın düşənlərimizin, atəşkəs dövründə dünyadan köçənlərimizin sayını unutmayaq...

Sultan Laçın  

loading...
loading...
Ərdoğanla Putin arasında görüş başladı...
“Azərbaycanda bir dənə kişi var”, “Alabala...”” - Onlar yaddaşlarda bu cür qaldılar...
Bu uşağın nəyə qarşı allergiyası olduğunu öyrəndikdə çox təəccüblənəcəksiniz - MARAQLI
Gec kəsilməsi həyat xilas edir - MARAQLI ARAŞDIRMA
Mətbuat prospektindəki qəza böyük tıxaca səbəb oldu - VİDEO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Bizdə vəzifədən sadəcə iki əllə yapışmırlar: Həm də iki ayaqla yapışırlar”
Şou-biznes
Bu günə kimi fəxri ad ala bilməyən məşhurlar -SİYAHI...
Şou-biznes
“Yaşlananda kişiyə qadın lazım olur, gəncliyində dağda-bağda olursan...”
Cəmiyyət
Qusarda yeni araq zavodu açıldı: - Qarabulaq suyu, qızıl və gümüş filtrlər + FOTOLAR
Gündəm
“Bütün Avropa Ziya Bünyadovun necə tarixçi olduğunu bilir”
Həftənin ən çox oxunanları
“Ayaz Mütəllibovu, Elçibəyi necə yıxmışdılarsa, İlham Əliyevi də eləcə yıxmaq istəyirlər...”
“Paşinyan İlham Əliyevlə razılığa gəlib ki, Dağlıq Qarabağ...”
“Ərdoğanın siqaretlə bağlı çıxışının qarşısında dəhşətə gəldim...” - VİDEO
Türk F-16-ları Suriyanı bombaladı, Ermənistan təlaşa düşdü...
Rusiyalı ekspert: “Türkiyə real döyüşlərdə Yaxın Şərqin istənilən ordusunu boğar”
Vilayət Eyvazova ağır itki üz verdi
Avtomobili olanlara şad xəbər - Azərbaycanda YENİLİK
ABŞ kəşfiyyatının hesabatında Qarabağ probleminin 5 həll variantı üzə çıxdı…
“Bu, Azərbaycan ordusu üçün sonuncu fürsət ola bilər”
Prezidentdən "Qordi düyünü" ilə bağlı tapşırıq: "Yaxın günlərdə problem çözüləcək..."
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247