Bu gün Azərbaycan ordusunun qalibiyyəti ilə nəticələnən Aprel müharibəsinin başlanmasından iki il ötür. Maraqlıdır, insanlarımızda döyüş ruhunun yüksəldilməsi, onlarda böyük qələbəyə inam hissinin aşılanması baxımıdan Aprel müharibəsi və onun nəticələrinin bəii ədəbiyyatımızda əks olunması nə dərəcədə faydalıdır?
Moderator.az-a açıqlama verən yazıçı-publisist Mehriban Vəzir tarixi hadisələrin ədəbiyyata gətirilməsinin vacib olduğunu vurğuladı:
“Hesab edirəm ki, yalnı Aprel döyüşləri nindeyil, 31 Mart soyqırımının, rus imperializminin başımıza gətirdiyi bəlaların, Gəncə qırğınının, Xocalı soyqırımının, 20 Yanvar faciəsinin və s. kimi tarixi hadisələrin ədəbiyyatımızda işıqlandırılmasına ehtiyac var. Tarixi hadisələr ədəbiyyata gəlməlidir. Çox təəssüflər olsun ki, ədəbiyyat işləri ilə məşğul olan orqanlar bu məsələni situmullaşdırmırlar. Onlar yazıçıları buna yönləndirmir, bununla bağlı müsabiqələr və s. elan etmirlər. Bunda həm dövlət, həm əlaqədar qurumlar, həm də yazıçıların özləri maraqlı olmalıdır. Yazçılar özləri öz tarixlərini bilməli, tarixin qaranlıq məqamları ilə bağlı ictimai məlumatlandırmaya önəm verməlidirlər. Təəssüf ki, yazıçılarımızda belə bir təşəbbüskarlıq yoxdur. Halbuki, Türkiyəyə, Avropa dövlətlərinə nəzər saldıqda görürük ki, onlarda tarixi hadisələrin ədəbiyyatda əks olunmasına böyük önəm verilir. Ümid edirəm ki, ölkəmizdə də bunun əhəmiyyəti dərk olunacaq və nəhayət ki, bu istiqamətdə konkret addımlar atılacaqdır”.
Seymur Əliyev