Xəbər lenti
24/08/2019 [00:57]:
“Nə qədər ki, Azərbaycanda rusbaşlar var, Qarabağ düyünü açılmayacaq”
24/08/2019 [00:55]:
"Onun sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik və mesenantlıq ənənələri canlanıb"
24/08/2019 [00:44]:
"O Mehriban xanım ki, əyninə qara paltar geyib Şəhid anaları ilə birgə ağlayıb, sızlayıb..."
24/08/2019 [00:05]:
Gəncəlilər "Azəriqaz"dan təbii və maye qaz probleminə əncam çəkilməsini istəyirlər...
23/08/2019 [23:46]:
Deputatın həbs olunan oğlunun - VİDEOSU
23/08/2019 [23:44]:
“Türkiyənin Naxçıvanda hərbi baza yaratmasına hazırlıq gedir...” - Ruben Safrastyan
23/08/2019 [23:08]:
"Ərim mənimlə yaxşı davranır" deyib boşanmaq istədi - AĞLASIĞMAZ...
23/08/2019 [23:00]:
Ticarət mərkəzinə balta ilə hücum etdi, daha sonra elə bir şey etdi ki,... - İNANILMAZ...+ VİDEO
23/08/2019 [22:59]:
Putin İlham Əliyevi parada dəvət etdi
23/08/2019 [22:55]:
"Türklər gəlib Bakını xilas etməsəydilər, Azərbaycan adında dövlətin varlığı şübhə altında deyildimi?"
23/08/2019 [22:54]:
194 ölkənin axtardığı İlan İsraildə tapıldı
23/08/2019 [22:52]:
Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət ediblər
23/08/2019 [22:45]:
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir
23/08/2019 [22:41]:
“Rusiyanın cənubunda nüfuzlu bir oyunçu meydana gəlib” - Tofiq Zülfüqarov
23/08/2019 [22:37]:
Uşaqlı qadına qarşı böyük ayıb - Heç kim yer verməyincə yerdə oturub əmizdirdi...
23/08/2019 [22:23]:
AKP Türkiyəyə nə verdi? - 18 ilin hesabatı
23/08/2019 [22:15]:
Dəcəllik edən nəvəsinin ayağına qaynar su tökdü - DƏHŞƏT...
23/08/2019 [22:00]:
“Rəşadın cəsədi bir aya yaxın axtarıldı, mənə hücum edənlər niyə bir dəfə qapımızı açmadılar?” - VİDEO
23/08/2019 [21:49]:
Milyarder Devid Koç 79 yaşında vəfat edib
23/08/2019 [21:46]:
“Azərbaycanın güclənməsini gözü götürməyən dairələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparır”
23/08/2019 [21:43]:
“Ədəbiyyatımız düşmənlə mübarizənin metodlarını öyrənməlidir”
23/08/2019 [21:34]:
Gəncədə mikroavtobus sürücüsü qəza törədib - FOTO
23/08/2019 [21:13]:
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
23/08/2019 [20:50]:
Sevda boşandığı ərinin qadağalarından danışdı
23/08/2019 [20:47]:
Cəlilabadda iki avtomobil toqquşdu
23/08/2019 [20:44]:
Ruslar Ceki Çan və Şvartseneggeri məhkəməyə verir
23/08/2019 [20:41]:
Səfir: "İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
23/08/2019 [20:22]:
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI
23/08/2019 [20:19]:
Qadın voleybolçularımızdan qələbə
23/08/2019 [20:10]:
Qəbələdə yanğının söndürülməsinə daha bir helikopter cəlb olunub - YENİLƏNİB
23/08/2019 [19:41]:
“On dəqiqə keçmədi ki, ermənilər canlarını qurtarmaq üçün qaçmağa başladılar...” 
23/08/2019 [19:37]:
"Rusiya MiQ-29-un "quşa görə" sıradan çıxmasında maraqlı olmaz, ən azı ona görə ki..."
23/08/2019 [19:35]:
Əminənin qatilinə ömürlük həbs cəzası istənildi
23/08/2019 [19:33]:
Ramzan Kadırovdan Avropanın ən möhtəşəm məscidinin onun adına verilməsinə etiraz...
23/08/2019 [19:32]:
Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı - Açıqlama
23/08/2019 [19:30]:
Nazirlikdən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!”
23/08/2019 [19:02]:
Kovaç: "47 yaşım var və cəmi 10 dəfə sərxoş olmuşam"
23/08/2019 [19:00]:
Meyvə-tərəvəz bazarında ilin ən ucuz dövrü: Qiymətlər düşüb, tələbat artıb... - FOTOLAR
23/08/2019 [18:52]:
Şamaxıda maşın vuran 13 yaşlı oğlan xəstəxanada öldü
23/08/2019 [18:50]:
Obama ailəsinin son halı
23/08/2019 [18:48]:
Məhkəmə yol polisi əməkdaşının ölümünə səbəb olan sürücüyə bəraət verdi
23/08/2019 [18:47]:
Qızmar günəş altında həyatı bahasına pul qazananlar... FOTO
23/08/2019 [18:44]:
Həzrəti Süleymanın “qızı” həbs edildi - “Qanım şəfalıdır” deyib insanlara içirdi
23/08/2019 [18:31]:
Tağıyevin milyonlar qazandığı balıq kombinatı qəzalı vəziyyətdədir - FOTO
23/08/2019 [18:28]:
Türkiyə ilə Rusiya prezidentləri arasında telefon danışığı oldu
23/08/2019 [18:28]:
Bakıda 8 yaşlı oğlanı cərəyan vuraraq öldürüb - TƏFƏRRÜAT
23/08/2019 [18:24]:
İlham Əliyev Zelenskini təbrik etdi
23/08/2019 [18:17]:
Böyük Millət Məclisi deputatından erməni həyasızlığı: “Tələt Paşa ilə əməkdaşlıq edən ermənilər...”
23/08/2019 [18:08]:
Raquf Orucovun xanımı: “Deyirlər, şəhidin ordeni yoxdursa, adını əbədiləşdirə bilmərik”
23/08/2019 [17:58]:
Fira məşhur mağazanı fırıldaqçılıqda ittiham edir
23/08/2019 [17:49]:
“Bu dövlət 300 ildir Azərbaycanı şantaj edir” – “Yaltaqlar onun adını çəkməyə cəsarət etmir”
23/08/2019 [17:41]:
Qəbələdə də meşə yanır: helikopter və təyyarə cəlb edildi
23/08/2019 [17:28]:
Sakit okeanda yoxa çıxan qadın pilotun sirli ölümü - FOTOLAR
23/08/2019 [17:20]:
Həbsxanaya "heroinli tort" keçirmək istədilər
23/08/2019 [17:19]:
Hirkan Milli Parkında yanğın tam söndürülüb: Təngivanda tüstülənmə var
23/08/2019 [17:16]:
Astarada ana uşaqları ilə evdən qaçdı
23/08/2019 [17:12]:
Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış
23/08/2019 [17:10]:
Sezen Aksuya ağır itki üz verib
23/08/2019 [17:10]:
Oğlunu itirən Zöhrə Abdullayevanın yeni görüntüsü yayıldı - VİDEO
23/08/2019 [17:06]:
Suraxanıda 50 şam ağacı yandı
23/08/2019 [17:03]:
“Ana, nə olar ölmə!” - VİDEO
23/08/2019 [16:42]:
"Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı “Nəsimi” filmi çəksin..."
23/08/2019 [16:32]:
Kəlbəcərdə bal festivalı keçiriləcək- Şirinliyini ermənilər dadacaq...
23/08/2019 [16:26]:
Bərdədə balıq tutan şəxs göldə batıb
23/08/2019 [16:25]:
Bakıda iranlı iş adamına qarşı dələduzluq edilib
23/08/2019 [16:23]:
Azərbaycanda şagird sayı 20 nəfərdən az olan 290 məktəb var
23/08/2019 [16:20]:
Azərbaycanda internetin nüfuz səviyyəsi 79% təşkil edib
23/08/2019 [16:13]:
Tarixin ən güclü "Ferrari"sinin qiyməti açıqlandı - FOTOLAR
23/08/2019 [16:11]:
Zakir Fərəcov sakinlərlə görüşdü – FOTOLAR
23/08/2019 [16:09]:
DYP havaların isti keçməsi ilə əlaqədar sürücülərə müraciət edib
23/08/2019 [16:09]:
"Pul qazana bilmək üçün tualet də təmizləmişəm"
23/08/2019 [16:08]:
Amerikada müsəlman polis rəisi təyin edildi- MARAQLI...
23/08/2019 [16:00]:
Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb
23/08/2019 [15:57]:
Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib
23/08/2019 [15:51]:
“Bunu görəndən sonra evdəki kişiyə yemək vermək istəmirsən”
23/08/2019 [15:16]:
Cəbrayıldan olan həkimlər məcburi köçkün qəsəbəsində humanitar aksiya keçirdi - FOTOLAR
23/08/2019 [15:15]:
“Təyyarəni Ağdam avtobusuna çevirən Röya” - VİDEO
23/08/2019 [15:14]:
Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır"
23/08/2019 [15:14]:
Türkiyədə FETÖ terror təşkilatının üzvlərinə qarşı əməliyyat –19 ünvanda axtarış aparılıb
23/08/2019 [15:11]:
Bölgənin xəritəsini Ermənistan yox, Azərbaycan cızacaq!
Bütün arxiv bir sırada
31/03/2018 [20:05] - Köşə - ( 4538 dəfə baxılıb)

Rüşvətxor və korrupsionerlər də 31 MART SOYQIRIMÇILARININ DAVAMÇILARIDIR...

Sultan Laçın

2004-2015-ci illərdə MTN-də qurulmuş korrupsiya, talan və işgəncə şəbəkəsinin bu xalqa qarşı etdiklərinin 1918-də şaumyanların, 1937-də markaryanların, 1992-də Sarkisyanların Azərbaycana qarşı törətdikləri ilə ciddi fərqi yoxdur…

31 Mart soyqırımı ilə bağlı tədbirlər dünya çapında  böyük effekt verməsə də, alqışlanandır… Heç olmasa, özümüz unutmayaq…. Amma yalnız tarixi faktları araşdırıb ortalığa qoymaqla iş bitmir… Əvvəla, cahan gücləri öz kefindədir, ən tutarlı faktlar nümayiş etdirsək də, bizləri eşitmir.  Türkcə, ingiliscə, rusca pafoslu çıxışlar da işə yaramır.  Nəinki  bir əsr əvvəl törədilmiş 31 Mart soyqırımı,  bir qərinə öncə icra edilmiş 26 fevral soyqırımına görə  “Xocalıya ədalət!” hayqırmağımızın da faydası olmur… Çünki əvvəla, qloballaşdırmanı aparan super güclər özləri ədalət yox,  ədalətsizlik prinsipi ilə və yalnız öz maraqlarına işləyir…Özləri bütün planet üzrə müxtəlif vasitələrlə bütün bəşər əhlinə, xüsusə də müsəlmanlara, türklərə qarşı genosidi davam etdirirlər… İkincisi də düşmənlərimiz əsasən son yüz il ərzində ədalətsizliyi, zülmü öz içimizdə yetişdirməyə də nail olublar… Özü də kütləvi şəkildə… Odur ki, Azərbaycanda  Tarix İnstitutu ilə yanaşı, təcili şəkildə bir MİLLİ GENEFOND İNSTİTUTU da yaradılmalıdır… Bu qurum soykökümüzü, genefondumuzun əsrlərdən bəri müxtəlif formasiyalarda, müxtəlif imperiyaların tərkibində  keçdiyi yolu araşdırmalıdır…

Bəli, ermənilər bolşeviklər və sümürgəçi güclər tərəfindən yönləndirilən digər qüvvələrlə əlbir olub Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Naxçıvanda, Zəngəzurda, hətta Güney Azərbaycanda da yüz minlərlə soydaşımızı qətlə yetirdilər.  Bu, xalqımızın, müsəlmanların, türklərin genefonduna dəhşətli, sağalmaz bir zərbə vurdu. Amma həmin soyqırım bununla bitmədi… 1920-ci ildə bolşevik Rusiyası Xalq Cümhuriyyətini devirib Azərbaycanı işğal etdikdən sonra  daha vüsətlə və daha hiyləgər, alçaq, rəzil yollarla davam etdirildi. Bizi nəinki respublika rəhbərliyinə yeridilmiş erməni millətçiləri, eləcə də öz içimizdəki xainlər, satqınlar vasitəsi ilə repressiyalara, güllələnmələrə, sürgünlərə uğratdılar. Xalqın qaymağını- ən qeyrətli bəy, xan nəsillərini, ən mötəbər din adamlarını, ziyalıları, şairləri, yazıçıları, alimləri məhv etdilər…Və bu minvalla cəsurların, haqqı hayqıranların sayı kəskin şəkildə azaldı, əvəzində kölə xislətli əmr qullarının, yaltaqların, xainlərin, vəzifədən, var-dövlətdən ötrü qardaşının belə ayağından dartanların, xainlərin, dələduzların sayı çoxaldıqca çoxaldı…. Bundan əlavə, yüz minlərlə igid kişimiz İkinci Cahan savaşında kommunistlərlə faşistlərin davasına qurban getdi, Daha sonra Qərbi Azərbaycandakı qədim yurdlarımızdan yüz minlər uca dağlardan Milin, Muğanın ilan mələyən çöllüklərinə sürgün edilməklə əvvəlki xarakterini, mərdliyini, qürurunu itirdi… 1960-cı illərdən isə içimizə kütləvi şəkildə rüşvətxorluq mərəzini yaymağa başladılar… 10 manatdan ötrü anasının əmcəyini kəsə bilən manqurt məmurlar ordusu yetişməyə başladı… Və nəhayət, 1988-1994-cü illər Qərbi Azərbaycandan da, Qarabağdan, Şuşa, Laçın, Kəlbəcərdən də kökümüzü qazıyıb, qırıb-töküb yandırıb qovdular… 25-30 ildir ki, İrəvansız, Göyçəsiz, Zəngəzursuz, Şuşasız, Kəlbəcərsiz, Laçınsız, Ağdamsız, Qubadlısız…. nəsillər yetişdiririk… Və təəssüf ki, yeni nəsilləri də sovet dövründən yetişmiş repressiya, bürokratiya, rüşvətxorluq  çetelərindən uzaqlaşdıra bilmirik… İndiki nəsillərimizin də içinə rüşvətxorluq, korrupsiya, bürokratiya, inhisarçılıq və s.  toxumları səpilir…

Milli Genefond İnstitutu bir çox  suallara cavab tapmalı və onlara uyğun MİLLİ GENEFONDU-SOYKÖKÜ QORUMA proqramı hazırlamalıdır. Məsələn, necə oldu ki, XIX əsrin əvvəlində Fransa dahisi Aleksandr Dümanın  barəsində “Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı” dediyi bir xalqın içində bu gün kasıbından tutmuş ən varlısınadək dələduz, insafsız, vicdansız, qaniçən rüşvətxor, korrupsioner,  inhisarçı kütlələr formalaşıb…

Bildiyimə görə, Azərbaycanda 1863-cü ilədək qapılara qıfıl vurulmayıb. Çünki nadir istisnalarla oğurluq olmayıb. 1863-cü ildə  qıfılı Çar Rusiyası gətirdib ölkəmizə. Elə həmin illərdən də ruhumuza da “qıfıl vurmağa” başlayaraq istədiklərini mənəviyyatımıza yeritməyə baş vurub  işğalçılar…Bununla belə, 1992-1993-cü illərədək Kəlbəcərin, Laçının, Qubadlının bir çox kəndlərində, ümumiyyətlə, evlərə kilid vurulmayıb. Amma işğaldan sonra dağ ruhumuz düzənlərdə, şəhərlərdəki  hasarlara, binalardakı panellər arasına kilidlənib…Bu gün qardaş bacının, bacı oğlu xalanın, dayının, hətta oğul atanın evini yarır…Nədən bu günlərə qaldıq biz?...

Hörmətli Prezident İlham Əliyev 2011-ci ili “Korrupsiyaya qarşı mübarizə ili elan etdi”. Həbslər başladı. Az-çox qorxu-hürkü yarandı. Və 2015-ci ildə bəlli oldu ki,  o illərdə ölkənin ən strateji qurumlarından olan Milli Təhlükəsizlik Nazirliyinin özü başında duran nazirin rəhbərliyi ilə 11 il ərzində korrupsiya, quldurluq, talan, repressiya və işgəncə şəbəkəsi yaradıb. Neçə rayonun icra başçısının özbaşınalıq, korrupsiya, əxlaqsızlıq və s. kimi murdar əməlləri üzə çıxdı. Keçmiş MTN-in yüksək rütbəli general və zabitlərinin, eləcə də bəzi icra başçılarının  törətdikləri əməllərin 1918-ci ildə Şaumyanların, Andraniklərin, Njdelərin, 1937-ci illərdəki erməni müstəntiqlərin, 1992-ci ildə Xocalıda Sarkisyanların, Balayanların bu xalqa qarşı törətdiklərindən çox da fərqi yoxdu. Həmişə deyirik, manqurt, korrupsioner Azərbaycan(?!) general, zabit və məmurları bu vətən, bu xalq üçün hazırda Şuşada, Kəlbəcərdə yaşayan adi bir erməni dığasından qat-qat təhlükəlidir. Çünki müharibə olsa, o erməni döyüşçü kimi uzaqbaşı, 10-15 azərbaycanlını qətlə yetirə bilər. Amma əgər icra başçısı başsız, savadsız və mənəviyyatsız, milli heysiyyatsız bir rüşvətxordursa,  50 minlik-100 minlik bütöv bir rayon əhalisinin bu gününü və gələcəyini məhv edir, minlərlə gənci oğurluğa, narkomanlığa, əxlaqsızlığa, intihara  və s. vadar edir. Əgər təhlükəsizlik naziri qaniçən quldur, korrupsionerdisə, bütövlükdə ölkənin, dövlətin, milyonlarla vətəndaşın həyatı təhdid altında qalır. Əgər bir ölkənin təhsil naziri  manqurt bir korrupsioner olarsa, bütövlükdə o ölkənin təhsilini, yüz minlərlə şagird, tələbə və müəllimini şikəst edir. Bu da öz növbəsində ictimai həyatın bütün sahələrinə siraət edir. Məgər bu sadalanan və sadalanmayan oxşar əməllər elə dolayı yolla soyqırımın davamı deyilmi?..
Düşünək, düşünək ki, düşüncəsiz, manqurt və acgözlərin ucbatından düşmənlərin tələlələrinə düşüb növbəti soyqırımlara düçar olmayaq… 

Bu gün biz bu xalqın rüşvətvermə və rüşvətalma vərdişini təcili şəkildə tərgitməsək, başımız hələ çox bəlalar çəkəcək. Gəlin kasıbdan varlıya özümüzdə təpər tapaq, nə rüşvət alaq, nə rüşvət verək. Cənab Prezident özü neçə illərdir haray çəkir ki, korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizədə  mənə dəstək olun. Tərif üçün yox, nümunə üçün deyirəm, həqiri-bəndəniz nə bir kəsdən rüşvət alır, nə də bir kəsə rüşvət verir. 2012-ci ildə cənab Prezidentin korrupsiyaya qarşı mübarizəsinə dəstək olaraq məktəb direktorluğundan imtina etdim və yataqxanada ömür sürməyi rüşvət alaraq villada yaşamaqdan üstün tutdum…Və gördüyünüz kimi, hələki sağam və şükür Allaha ki, nəfəs alıram… 

İnanın ki, heç olmasa 1 milyonumuz bircə aylıq rüşvət verib almasaq, bu korrupsiya şəbəkəsi öz-özünə çökər və çox problemlərimiz həll olunar, inhisarçılıq aradan qalxar, yanacağın, ərzağın qiyməti enər, işsizlərə iş tapılar, hətta Qarabağın azadlıq yolu da asanlaşar və 31 Martın da, Xocalının da qisasını alarıq…

Sultan Laçın 

loading...
loading...
"O Mehriban xanım ki, əyninə qara paltar geyib Şəhid anaları ilə birgə ağlayıb, sızlayıb..."
"Ərim mənimlə yaxşı davranır" deyib boşanmaq istədi - AĞLASIĞMAZ...
Uşaqlı qadına qarşı böyük ayıb - Heç kim yer verməyincə yerdə oturub əmizdirdi...
Dəcəllik edən nəvəsinin ayağına qaynar su tökdü - DƏHŞƏT...
"Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı “Nəsimi” filmi çəksin..."
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Türkiyənin Naxçıvanda hərbi baza yaratmasına hazırlıq gedir...” - Ruben Safrastyan
Hadisə
"Rusiya MiQ-29-un "quşa görə" sıradan çıxmasında maraqlı olmaz, ən azı ona görə ki..."
Gündəm
Böyük Millət Məclisi deputatından erməni həyasızlığı: “Tələt Paşa ilə əməkdaşlıq edən ermənilər...”
Gündəm
Kəlbəcərdə bal festivalı keçiriləcək- Şirinliyini ermənilər dadacaq...
Cəmiyyət
“İstəyirəm kəndimiz alınsın və qardaşım Səxavətin məzarını ziyarət edim...”
Həftənin ən çox oxunanları
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
İki əmioğlu 24 yaşlı qızı bağ evinə apardılar - Soyundurub 4 saat...
Anasına yataq otağından selfi göndərən qız biabır oldu - İntim aləti yaddan çıxarıb - FOTO
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
Müdafiə Nazirliyində həbslər başladı: Külli miqdarda rüşvət və korrupsiyaya görə...
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
Bakıda fahişəxanadan gizli çəkiliş: Qiymət 50 manat - VIDEO
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
Cazibədar taekvandoçu paylaşımları ilə diqqət mərkəzində - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)