Ərdoğanın doğum gününü XOCALIDA KEÇİRƏCƏYİ GÜNÜ GÖZLƏYİRİK...
Oxunub: 9435
26 Feb 2018 | 10:59
Ərdoğanın doğum gününü  XOCALIDA KEÇİRƏCƏYİ GÜNÜ GÖZLƏYİRİK...
27-28 ildir ki, doğum günümü qeyd etmirəm... Həmin gün kimsə  təbrik üçün zəng edəndə qeyri-iradi əsəbiləşirəm... Birinci səbəb, ümumiyyətlə, Qara Yanvardan üzü bəri Azərbaycanın başına gətirilən faciələr idisə, əsas səbəb 1992-ci ildən əlavə olundu... Doğum günüm 26 fevraldadır...  Kafirlərin qədim türk-müsəlman yurdu Xocalıda minlərlə məsum çocuğu, qadını, gənci, qocanı, olmazın vəhşiliklərlə qətlə yetirdiyi, əsir götürdüyü,  müsəlman- türk qadınının namusunun,  müsəlman-türk kişisinin şərəfinin alçaldıldığı bir gündə... Hər il həmin gün bir müsəlman, bir türk oğlu kimi daha çox utanc hissi keçirir, bədbin, pessimist duyğulardan yaxamı güclə qurtarıram...
Həqiri-bəndənizə təskinlikverən ənböyükamil, əlbəttə ki, Allahaimandır.Ondan sonra  gəlir imanlı insanlara, dostlara inam vətənə, dövlətə, bayrağa inam... Nə yazıqlar ki, Axirət günü yaxınlaşdıqca  gerçək imanlı insanların sayı da azalır.... Amma son nəfəsədək “Allah bizə yetər” deyərək haqsızlığa, Şərə qarşı savaşmaq bir mömin olaraq borcumuzdur.... Və  cəmi mömin yurddaşlarım kimi Qarabağsız, Xocalısız bu illəri  də məhz Allaha və imanlı dostlaragüvənərək  yaşadıq... Və  bir gün biləndə ki, İslam və Türk dünyasının böyük oğlu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da 26 fevralda dünyaya gəlib,qəlbimdəki ümid şölələri daha gur parladı... Yəqin bu da ilahi bir təqdirdir...
Cahandakı hər şeyə  bacardığım yöndə açıq, ayıq nəzərlərlə baxmağa çalışıram. Bilirəm ki, müsəlman əbası, çalması geyib masonluğa, sionizmə xidmət edən din xadimləri, pafosla türkçülükdən, Azərbaycançılıqdan, müstəqillikdən, demokratiyadan danışıb xalqın gözünə kül üfürən siyasətçilərimiz və s. var. Hər şeyin doğrusunu Allah bilir. Və Onun idarə etdiyi zaman çox sirləri açacaq... Tanıyanlar bilir ki, gülləni başıma dayasalar da, ürəyim istəmədiyi adam haqqında saxta tərif demərəm, yazmaram... 
Sayın Ərdoğan hələ baş nazir  olduğu illərdən Türkiyənin  prezidenti kimi çalışdığı bu günlərədək onun siyasəti haqqında da müxtəlif ziddiyyətli fikirlər və fərziyyələr dolaşır...   
Qardaş ölkədə də,  bizdə də bəziləri Ərdoğan başda olmaqla AKP iqtidarının guya masonların, sionistlərin, ABŞ və İsrailin gizli dünya düzəni planlarına uyğun siyasət yürütdüyünü və ABŞ və İsrailə qarşı pafoslu çıxışların guya məhz bunu ört-basdır etməyə hesablandığını söyləyirlər. Bilmirəm, bəlkə Türkiyədə yaşayaraq siyasi  proses və hadisələri  dəqiq izləyənlər daha dürüst nəticəyə gələ bilərlər... Amma kim nə düşünür -düşünsün, nə deyir-desin,  hörmətli Ərdoğana böyük rəğbətim  və inamım var...  Və bir təbii sual da meydana çıxır; əgər AKP-nin Türkiyəni çökdürmək məqsədi olsaydı, niyə hakimiyyətdə olduğu  son 15 ildə bunu etmədi? Əksinə, Türkiyəni  ABŞ-ın, İsrailin, Avropanın, Rusiyanın gizli-açıq basqılarından, neçə çevriliş təşəbbüsündən xilas etdi, iqtisadiyyatını, ordusunu gücləndirdi.... Bu Türk-İslam dövlətinin beynəlxalq nüfuzunu, qüdrətini daha da yüksəltdi...
Bu gün Türkiyənin müzəffər  ordusunun Suriyanın Afrin şəhəri  istiqamətində apardığı irimiqyaslı uğurlu antiterror əməliyyatları 2016-cı ilin Aprel savaşlarında olduğu  kimi İslam, türk dünyasının bir parçası olaraq Azərbaycanı da, bizləri də sevindirir və haqq uğrunda mübarizəyə ruhlandırır... Olan-qalan torpaqlarımızın  20 fazinin  kafir işğalı altında olduğu bir dönəmdə bizə bu  cür ruh yüksəkliyi  hava və su kimi lazımdır. Doğrudur, biz öncə  öz müstəqil(!) dövlətimizə, ordumuza güvənməliyik. Amma  qardaş, dost uğuru bizlərə də  qol-qanad, güc verir...
Düşünürəm ki, görəsən, bu gün fevralın 26-da doğum günü olan, bir neçə gün öncə “Xocalını kim unutsa da, biz unutmayacağıq, unutdurmayacağıq” hayqıran Ərdoğanın heç ağlından keçirmi ki,Osmanlının 1918-ci ildə bir qardaş kimi Azərbaycana etdiyi birbaşa yardımı təkrarlamağa qadir ola və  növbəti doğum günlərindən birini  Azərbaycan əsgəri, torpaqlarına qayıtmış didərginlərlə birgə, ölkəmizin  başçısı ilə çiyin-çiyinə düşməndən azad edilmiş Xocalıda kutlaya... 
Tarixən  müsəlmanlar, türklər bir-birinə çox yardımlarda bulunub, qardaş əli uzadıblar. 1915-ci ilin dünyanı heyran qoyan, Qərbin 13 ölkəsini diz çökdürən məşhur Çanaqqala savaşında minlərlə Azərbaycan türkü şəhid olub... 1918-ci ildə Azərbaycanın, xüsusən Bakının erməni-daşnak-bolşevik birləşmələrindən azad edilməsində də 1000-dən  çox Osmanlı  əsgəri canını fəda edib... 
Yəni Ərdoğanın  işğal altındakı  torpaqlarımızın, o cümlədən Xocalının azad edilməsində, qisasının alınmasında Azərbaycanadəstək verməsi və özünün də bu zəfərdə iştirakı mümkün ola biləcək bir olaydır. Bu, çoxlarına xəyal kimi görünə bilər. Məgər hər bir böyük qələbə beyinlərdəki xəyalların əməllərlə, davamlımübarizə və savaşlarla gerçəkləşdirilməsi deyilmi?.. Böyük müsəlman ümməti, xüsusən də türklər  tarixdə çox namümkünü mümkün edib...   

Soykökü Güney Azərbaycandan olan, bu gün də adı gələndə türk-müsəlman düşmənlərinin dizləri qatlanan dünyanın nəhəng  fatehi SƏLAHƏDDİN ƏYYUBİNİ yada salaq.   Çocuq ikən xəyal etdi ki,  o zaman səlibçi kafirlərin əlində olan  Qüdsdə ən uca bir minarə ucaltsın... Və 50 yaşında ikən xəyalını gerçəkləşdirdi...   Avropanın Xaçlı yürüşçüləri Qüdsdə Xocalıdan da dəhşətli qətliamlar törətmişdilər. Aralarında yəhudilərin də olduğu 40 minə yaxın insan  min bir işgəncələrlə qətlə yetirilmişdi.  Sultan Səlahəddin bütün müsəlman əmirliklərini birləşdirərək 1187-ci ildə Qüdsü fəth etdi və səlibçilərdən qisas aldı. Ancaq müsəlman lideri bütün xristian əhalini ucdantutma qılıncdan keçirmədi, onların müsəlmanlara qarşı soyqırım təşkil etmiş və bilavasitə qətliamlarda iştirak etmiş sərkərdə və hərbçilərini edam etdirdi... 
Müsəlman, türk bax, belə qisas alır. Xocalının da qisasını belə almaq lazımdır.  XXI əsrin Nürnberq məhkəməsi  düşməndən azad edilmiş bu türk-müsəlman yurdunda qurulmalıdır.... Balayan, Köçəryan, Sərkisyan, Ohanyan, Petrosyan, Qukasyan, Saakyan və s. kimi ideoloq, təçkilatçı və icraçıları edam kürsüsündə görmək yetərlidir. Bir də təbii ki, döyüş zamanı müqavimət göstərənlər ya öldürüləcək, ya da əsir götürüləcək... Qanunlara tabe olanlar Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər. Necə ki, sultan Səlahəddin Qüdsdə xristianlara da, yəhudilərə də normal yaşamaq  üçün şərait yaratmışdı. Sonralar isə “Osmanlı millətçiliyi-ümmətçiliyi” deyilən bir sistem nəinki Qüdsdə, türklərin nəzarət etdiyi bütün nəhəng ərazidə dinindən, irqindən, milliyətindən asılı olmayaraq hər bir kəsin hüquqlarını qoruyurdu.  
Yaxın Şərqdə, xüsusən Fələstində, Yəməndə, İraqda, Suriyada tarixin heç bir dönəmində Osmanlı dövrü qədər dinclik olmayıb. Əsrlərdir ki, nə yəhudilər, nə də ingilislər öz saxta ideologiyalarını, “demokratiyanı”  keçmiş Osmanlı ərazilərindəki əhaliyə həzm elətdirib sabitlik yarada bilmirlər...
Tarix bir daha sübut edir ki, nəinki Yaxın Şərqin, bütün bəşəriyyətin xilası bünövrəsi Peyğəmbərimizin (s.ə.s.) dövründən qoyulmuş İslam, Osmanlı idarəçilik sistemindədir. İslamın haqq uğrunda mübarizəsi ayrı-ayrı dinlərə, millətlərə, dövlətlərə qarşı yox, ümumiyyətlə, Şərə qarşıdır, Allahın buyruqlarına uyğun nizami-aləm üçündür...
Bütün dövrlər üçün dəyişməz qanun və prinsiplər yalnız Allahın sonuncu Kitabı Quranda təsbit olunub... Bunu üç qitənin ərazisində 500 il hökm sürmüş ulu Osmanlı dövləti sübut etdi. Təəssüf ki, bu nəhəng dövlət sonda özlərinə Qüdsdə dövlət qurmağa çalışan sionist yəhudilərin, İngiltərənin, Rusiya və Fransanın davamlı təzyiqləri  və ayrı-ayrı Osmanlı liderlərin, paşaların və s. öz nəfsinə uyması nəticəsində  Allah qanunlarından yayınması ucbatından iflasa uğrayıb parçalandı...
Doğrudur,  Ərdoğan iqtidarının daxili və xarici siyasətdə səhvləri də yox deyil... İqtisadiyyatda xeyli tərəqqi olsa da, problemlər də çoxdur.  “Ergenekon”, 2016-cı il dərbəsindən sonra Türkiyə ordusunda yüksək rütbəli zabitlərin, məmurların və s. kütləvi həbsləri də təhlükəlidir... “PKK”, “İŞİD” və s.  terroru illərdir ki, öz işini görməkdə davam edir: dinc insanlar, hərbçilər, polislər, məmurlar qətlə yetirilir,  girov götürülür...
Bütün hallarda son illər AKP-nin və Ərdoğan hökumətinin  xarici siyasəti məhz “Osmanlı ümmətçiliyini” xatırladır... 
Rəhmətlik Alparslan Türkeşə də, onun bu günkü davamçıları olan sayın Dövlət Baxçalının rəhbərlik etdiyi millətçi bozqurdçulara  da rəğbətimiz var. Ancaq  bir daha söyləyirik: Allahsız, İslamsız millətçilik  Türkiyəni də, onunla bərabər bütün müsəlman- türk dünyasını yolundan sapdırıb asanlıqla Şərə təslim edə bilər... Eyni zamanda siyasi manevrlər üçün İslamdan  sui-istifadə etmək  də Allah və xalq qarşısında böyük günahdır...  
Hər şey ifrata varanda gözdən düşür.İslam hər şeydə miyanəçiliyi, orta həddi gözləyir. Eləcə də müharibədə, savaşda, düşməndən qisas almaqda da... “Ey möminlər! Sizə qarşı vuruşanlara qarşı siz də Allah yolunda vuruşun! Lakin həddən kənara çıxmayın...”(Qurani-Kərim, Əl-Bəqərə,190)
Biz Azərbaycan olaraq ötən 26 ildə Xocalının qisası üçün quru bəyanatlardan, mitinq və yığıncaqlardan, məqalə və kitab yazmaqdan,  filmlər çəkdirməkdən, 9 ölkədə bu soyqırımı tanıtdırmaqdan başqa, demək olar ki, heç nə etməmişik... Düzdü,  Allah şəhidlərə rəhmət eləsin,  qazilərə cansağlığı versin, 1992-1994-cü illərdə döyüşən oğul-qızlarımız  neçə-neçə erməni quldurunu məhv edərək, şəhid olaraq fərdi qaydada  qisaslarını alıblar. Son illər də Mübariz İbrahimov kimi, 2016-cı il Aprel savaşlarındakı şəhid və qazilərimiz kimi igidlərimiz olub… Amma bütövlükdə bir xalq, dövlət  olaraq qisasımızı almamışıq, o soyqırımın təşkilatçı və icraçılarını cəzalandırmamışıq… 
Əgər hər bir addımımızda, hər bir əməlimizdə Allahı, Quranımızı, Peyğəmbərimizi rəhbər tutsaq, bütün müqəddəs xəyallarımızı həm bu, həm ötəki dünyada gerçəkləşdirər və Şərə qalib gələrik...  Dünən sultan Səlahəddinlər bunun mümkünlüyünü isbatlayıblar...  Bu gün də Ərdoğanlar  isbatlaya bilərlər... 
...Yəqin ki,  ötən əsrin 50-ci illərinin sonu- 60-cıı illərinin əvvəlində yoxsul bir ailənin çoçuğu olan, təhsil ala-ala işləyib çörək parası qazanan  balaca Tayyibi tanıyanların heç xəyalına da gəlməzdi ki,gün gələcək bu  müsəlman, türk oğlu böyük Türkiyə dövlətinin başında duracaq və dünyaya meydan oxuyan İsrailin cavabını verəcək, ABŞ-ın, Fransanın antimüsəlman, antitürk siyasətinə sərt təpgi göstərəcək,  Fələstindəki, Qarabağdakı müsəlmanların haqlarının müdafiəsinə qalxacaq.  Ərdoğan çox xəyalları gerçəkləşdirə bilər. İnşallah,  o gün də gəlsin ki, sayın cümhur başkanının doğum gününü azad Qarabağda – Xocalıda kutlayaq... Və orada artıq ürəklə, könül açıqlığıyla onu da, digər doğum günü olanları da təbrik edək...Allah o xoşbəxt günü yaşatsın bizlərə, sayın Ərdoğan!..

Sultan Laçın
Oxşar xəbərlər
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar 2024 | 16:08
Əli Əsədov qərar imzaladı
28 Mar 2024 | 15:36
Bu bank AMB-nin tələblərini pozub
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar 2024 | 16:08
Əli Əsədov qərar imzaladı
28 Mar 2024 | 15:36
Bu bank AMB-nin tələblərini pozub