Xəbər lenti
18/11/2019 [00:02]:
Bu gün erməni jurnalistlər, sabah Paşinyanın nəvələri gələcək...
18/11/2019 [00:00]:
Ruhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaq
17/11/2019 [23:55]:
Sərnişin qıza edilən irad kütləvi davaya çevrildi - VİDEO
17/11/2019 [23:51]:
Göyərtəsində rusların olduğu gəmidə yanğın
17/11/2019 [23:48]:
Gəncədə qadın dərmandan zəhərlənib
17/11/2019 [23:46]:
Prezidentə sui-qəsd hazırlamaqda şübhəli bilinən dəstə üzvləri saxlanıldı
17/11/2019 [23:44]:
Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirildi - FOTOLAR
17/11/2019 [23:16]:
“Xanımımın belə gözəl görünəcəyini bilsəydim, çəkilməyinə icazə verməzdim...”
17/11/2019 [23:14]:
Hamam xalatında pozlar verdi - FOTOLAR
17/11/2019 [22:45]:
Tbilisidə etiraz aksiyasında 5500 nəfər iştirak edib- FOTO,YENİLƏNİB
17/11/2019 [22:34]:
Hindistan Rusiyadan 200 helikopter almaqdan imtina edir?
17/11/2019 [22:33]:
Fanatı səhnədə arxasına toxundu, həyatının şokunu yaşadı - FOTOLAR
17/11/2019 [22:17]:
Moskva aeroportlarında 20-yə yaxın reys təxirə salındı
17/11/2019 [22:14]:
Plastik qablaşdırma əvəzinə banan yarpağı
17/11/2019 [22:11]:
Saakaşvilidən azərbaycanlılara çağırış: "Təxribatlara uymayın!"
17/11/2019 [22:07]:
Ağcabədidə polis saxladığı avtomobildən silah-sursat aşkar etdi
17/11/2019 [21:41]:
Ronaldonu dünya rekordundan 10 qol ayırır
17/11/2019 [21:37]:
Xatun Rəqsanəyə söz atdı: “Evim Beyonsunku kimidir”
17/11/2019 [21:28]:
Ukraynanın iqtisadiyyat naziri vaxtilə marixuana istifadəçisi olduğunu etiraf edib
17/11/2019 [21:13]:
Bərdədə 2 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
17/11/2019 [21:10]:
"Təqdim edilmiş sənədlərin 40 faizdən çoxu ASAN mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumlarının payına düşür"
17/11/2019 [21:07]:
"Yolda insanlar mənə “Qoy, səni öpüm gedim” deyə, yaxınlaşanda göyə qaldırırlar" - VİDEO
17/11/2019 [20:36]:
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yanğın olub - YENİLƏNİB - FOTO
17/11/2019 [20:14]:
İranda benzinin bahalaşması əleyhinə keçirilən aksiyalar zamanı bir polis öldürülüb
17/11/2019 [20:04]:
Antonio Banderas teatr açıb
17/11/2019 [20:02]:
Tramp Kim Çen Inla tezliklə görüşəcəklərini bildirib
17/11/2019 [19:59]:
Qazaxda yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəstəxanalıq olub
17/11/2019 [19:45]:
Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi ilin ən yaxşı təşkilatı seçilib
17/11/2019 [19:43]:
“Azərbaycan tarixi”ndə növbəti buraxılış: Milli Dirçəliş Günü (VİDEO)
17/11/2019 [19:36]:
Məşhur serial 2020-ci ildə ekranlara qayıdacaq
17/11/2019 [19:32]:
18 nəfəri öldürən, 30 nəfəri isə yaralayan terrorçu tutuldu
17/11/2019 [19:29]:
Rusiya Ukraynanın 3 gəmisini geri qaytarır - FOTOLAR
17/11/2019 [19:19]:
"Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam" - Lukaşenko
17/11/2019 [19:16]:
AVRO-2020: Azərbaycan qələbə qazanmayan 9 yığmadan biridir
17/11/2019 [19:11]:
"Qarabağ" - "Düdelanj" matçının biletləri sabahdan satışda olacaq
17/11/2019 [19:09]:
Qubada iki avtomobil toqquşdu, xəsarət alanlar var
17/11/2019 [19:03]:
İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR
17/11/2019 [18:57]:
“Kişi kişi ilə sevişib-yatır, kimə ərə gedim?" - FOTOLAR
17/11/2019 [18:50]:
Cem Yılmaz Miri Yusiflə bağlı fikirlərinə aydınlıq gətirdi - FOTO
17/11/2019 [18:45]:
Məşhur "fəst-fud" zəncirində qalmaqal - Narkotikli çay servis edildi...
17/11/2019 [18:44]:
QAT sədri Yenidən Rifah partiyasının qurultayında iştirak etdi
17/11/2019 [18:31]:
Cem Yılmaz Fəxri Xiyabanı ziyarət etdi - FOTO
17/11/2019 [18:28]:
Gürcüstan müxalifəti parlamenti tam bloklayıb - FOTO
17/11/2019 [18:23]:
İmamoğludan xanımının geyimini tənqid edənlərə cavab
17/11/2019 [18:11]:
80 yaşlı ərindən boşanmaq istəyən gənc aktrisa yenə təəccübləndirdi - VİDEO
17/11/2019 [17:35]:
Avtomobil qəzası 350 abonenti qazsız qoydu - FOTO/VİDEO
17/11/2019 [17:26]:
Səudiyyə Ərəbistanı qara təslim oldu - VİDEO
17/11/2019 [17:24]:
Venesiya yenidən su altında qala bilər
17/11/2019 [17:07]:
Futbolçu qadın jurnalisti nokauta saldı - VİDEO
17/11/2019 [17:04]:
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: Rayon əhalisi də şokda, polis-prokurorluq da...
17/11/2019 [16:55]:
"Heç nədən utanmıram"
17/11/2019 [16:49]:
Gürcüstan müxalifəti aksiyalara başladı
17/11/2019 [16:30]:
ABŞ-dan İrana etiraz: "İnterneti söndürməyin"
17/11/2019 [16:24]:
Mübarizə KİŞİ kimi aparılmalıdır… – KAMİL HƏMZƏOĞLU YAZDI
17/11/2019 [16:03]:
Azərbaycan yığma komandasında növbəti itki
17/11/2019 [16:01]:
Lukaşenko növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir
17/11/2019 [15:56]:
Həkimlər Serbiya Prezidentinin həyatını xilas edib
17/11/2019 [15:53]:
Quranı yandırmaq istədi, polis işə qarışanda müqəddəs kitabı zibilliyə atdı - VİDEO
17/11/2019 [15:46]:
Toyda dostları bəy və gəlinə soğan hədiyyə etdilər - FOTO
17/11/2019 [15:42]:
Yüz minlərlə çexiyalı milyarder baş nazirə qarşı küçələrə çıxdı - FOTO
17/11/2019 [15:37]:
“Azərbaycanca danışmaq 10 manat, türkcə isə 700 manatdır” - Cem Yılmaz Erkinin atmacasına cavab verib
17/11/2019 [15:18]:
Almaniya tarixində ilk dəfə türk əsilli siyasətçi bələdiyyə sədri seçilib - FOTO/VİDEO
17/11/2019 [15:14]:
Xamneyidən benzinin bahalaşmasına reaksiya
17/11/2019 [14:56]:
Natavanla Dadodan yeni fotolar
17/11/2019 [14:49]:
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yanğın olub - FOTO
17/11/2019 [14:46]:
20-dən çox futbolçu ilə eşq yaşayan gözəlçə - FOTOLAR
17/11/2019 [14:10]:
"Ölkədə bütün danaları kəssən 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
17/11/2019 [14:04]:
Bakıda ağır qəza olub, 2 ölü, 2 ağır yaralı
17/11/2019 [13:56]:
“Səhiyyənin büdcəsi lap 4 milyard manat olsa da...”
17/11/2019 [13:52]:
Nadir Cem Yılmazı "qıjı" adlandırdı - FOTO
17/11/2019 [13:50]:
Ərdoğan AKP-dəki yerini ona verəcək - İddia
17/11/2019 [13:44]:
"Sevgilim rəqs etsə, ondan ayrılaram"
17/11/2019 [13:32]:
Lukaşenko səs verdi
17/11/2019 [13:30]:
Komanda-qərargah təlimi başa çatdı - VİDEO
17/11/2019 [13:20]:
Gənc müəllim kirayə yaşadığı evdə öldü...
17/11/2019 [13:10]:
Xaçmazda iki avtomobil toqquşdu: ölən var - FOTO
17/11/2019 [13:07]:
İtaliyada baş məşqçi 27:0 hesablı qələbəyə görə qovuldu
17/11/2019 [12:57]:
Sabah bəzi ərazilərdə yağış, sulu qar yağacaq
17/11/2019 [12:54]:
Cırtdan ölkənin kralı arvadları və uşaqlarına 19 “Rolls-Royce” və 20 BMW aldı - FOTO
17/11/2019 [12:48]:
Aeroport yolunda dəhşətli qəza - ölən və yaralılar var - VİDEO
Bütün arxiv bir sırada
29/01/2018 [20:44] - Köşə - ( 2604 dəfə baxılıb)

Ana dilimizdə 37 havası...

Qulu Məhərrəmli

Təbiətdə köklü-köməcli nəhəng ağaclar da olur, kökü üzdə qalmış cılız kol-kos da. Bir az bərk külək qalxan kimi həmin kol-kosu dibindən qoparıb ora-bura çırpa-çırpa sovurub aparır, köklü ağaca isə heç fırtınanın da gücü çatmır.

Neçə vaxtdır ki, Azərbaycan dilinin orfoqrafiya qaydalarının yeni layihəsi ilə bağlı cəmiyyətdə yaşanan həyəcanlar, mediadakı müzakirələr nədənsə, gözümün qabağına bu ağac-kol mənzərəsini gətirir. Və adam düşünür ki, görəsən növbəti qayda dəyişikliyində dilimizə hansı ölçü ilə yanaşırlar? Neçə əsrlik yazı ənənəsi olan bu dilə hər küləkdən qoparağı götürülən kol-kos kimi baxır, yoxsa onu köklü-şaxəli ağac kimi qəbul edirlər? Əlbəttə, adam arzulayardı ki, ikinci məqam olsun, amma yox, deyəsən, bu dəfə külək başqa səmtdən və başqa cür əsir. Bir əsrdə əlifbası üç dəfə dəyişdirilmiş ana dilimiz, indi də süni müdaxilələrlə üz-üzədir, onun kilidli qapılarından keçib atlarını içərilərdə səyirdirlər. Çox aşkarca duyulur ki, “islahat” adı ilə xeyli sayda sözün qəddini əyir, dilimizin canına, onun qan damarlarına, leksik-qrammatik quruluşuna təhlükəli viruslar yeritməyə, salamat sahələrinə minalar basdırmağa çalışırlar.

* * *

Əsas narahatlıq bəzi sözlərin ənənəvi yazılışını dəyişmək təklifi ilə bağlıdır. Dünyanın harasında olursa-olsun, dildə artıq formalaşmış, yazıda oturuşmuş, şüurlara hopmuş, beyinlərdə daşlaşmış sözü dəyişmək yanlış addımdır, çünki həmin söz bir işarə kimi ifadə etdiyi predmet və mahiyyətin sabit daşıyıcısıdır. Həmin sözün şəklinin dəyişməsi yazıda və qavrayışda dolaşıqlıq yaradır, hətta nəsillər arasında bağları belə qıra bilir.

Müzakirələrdən təbii bir sual meydana çıxır: axı nə olub, nə baş verib ki, dil qaydalarında birdən-birə bu qədər dəyişiklik aparılır? Ana dilində bu miqyasda dəyişiklikləri zəruri edən nədir, hansı səbəblərdir? Cavab çox sadədir: dil praktikamızda ciddi söz və qayda dəyişməsinə səbəb olacaq heç nə baş verməyib, buna zərurət yoxdur. Sadəcə, kimlərsə “islahat” adı altında belə qondarma dəyişikliklərin olmasını istəyir. Yəni bu prosesdə bir az avtoritarizm, yanlış yönəltmələr, ana dilini və elmi düşüncəni zorlayan bir inzibatiçılıq duyulur. Görünür, sevgili məmləkətimizin axsayan elminin öz Baron Münhauzenləri var və onlar məsələni yalnız “alğı-satğı” ilə məhdudlaşdırmaq fikrində deyillər.

Bu adamlar “əsgər” sözünün “əskər”(maddə-22) kimi, Vereşagin”in yenidən “Vereşşagin”(m.-15) kimi yazılmasını, “cəmiyyət” tipli sözlərdə qoşa “y”-nın birinin ixtisar edilməsini (m.-37), “Quran” sözünün hecadan-hecaya “Qu-ran” şəklində keçirilməsini (m.-69) istəyirlər. Hətta, dilin qrammatika və morfonologiyasına da müdaxilə edərək, “almalı idi” əvəzinə ədəbi dili ləhcələşməyə aparan “almalıydı”, “gəlməli imiş”in yerinə “gəlməliymiş” (m.-44) yazılmasını məqbul sayırlar.

Təbii ki, dilin yazı qaydalarında hər zaman dəyişikliklərə ehtiyac olur, çünki dil statik və donuq nəsnə deyil, canlı orqanizmdir, cəmiyyət tərəqqi etdikcə onda da təbii inkişaf və zənginləşmə gedir. Xalqımızın tarixi-genetik dəyərlərini, onun ruhunu, həyat duyumunu, yaşantılarını, təfəkkür və düşüncə tərzini əks etdirən Azərbaycan dilində də zaman-zaman belə dəyişmələr, qayda cilalanmaları olub. Məhz bu cilalanmaların sayəsində, məsələn, ötən əsrin əvvəlləri ilə müqayisədə dilimizin qaydaları indi daha sabit, qrammatikası daha mükəmməl, dil qatlarında gedən proseslər daha aydın və durudur. Sovet dövründə formalaşmış böyük mədəniyyət kontekstində ədəbi dilimizin də bir çox konseptual məsələləri, o cümlədən yazı və tələffüz qaydaları ilə bağlı əsas problemlər həll olunmuşdur. Bu işdə V.Xuluflu, B.Çobanzadə, Ə.Dəmirçizadə, H.Mirzəzadə, A.Abdullayev, M.Hüseynzadə, Ə.Orucov, M.Şirəliyev, Ə.Əfəndizadə, A.Axundov və başqa görkəmli dil biliciləri önəmli rol oynamışlar.

* * *

Bu gün də ana dilimizdə, xüsusən leksik layda dinamik proseslər gedir. Dilçilik elminin bu proseslərə reaksiyası adekvat olmasa da, qapıları dəyişikliklər üçün həmişə açıqdır. Amma iki cür dəyişiklik var: biri zamanla təbii olaraq baş verən, dil praktikasından doğan və dilə müəyyən məntiqi məna qazandıran dəyişikliklərdir ki, bunu normal qarşılamaq lazımdır. İkincisi isə məqsədi açıq bilinməyən qeyri-təbii, qondarma dəyişikliklərdir ki, bunlar hər zaman dilin nizamını pozur. Zərurət olmadan, dilin morfonoloji və orfoqrafik qaydalarına vaxtaşırı düzəlişlər dilçilik elminə, dilin ümumi ab-havasına, onun konstitusiyası sayılan orfoqrafiya lüğətinin fəlsəfəsinə sayğısızlığın nəticəsi kimi meydana çıxır. Orfoqrafiya komissiyasının təklif etdiyi dil qaydaları layihəsindəki bəzi maddələrdə, məhz bu hava duyulur.

Ədalət naminə deyək ki, 69 maddədən ibarət layihə heç də bəzən təqdim olunduğu qədər qorxulu deyildir, çünki qaydaların 80-85 faizi əvvəllər (1960, 1975) mövcud olmuş ciddi elmi bazaya əsaslanır. İndi bunların bəzilərinin ağlabatan nüanslarla cilalanması çox təqdirəlayiqdir. Problem və ciddi mübahisə doğuran 22 və 37-ci maddələrin, həmçinin 69-cu maddənin vaxtilə apostroflu sözlərin hecadan-hecaya keçirilməsinə aid olan hissəsidir. Fikrimizcə, bu maddələrin qəbul edilməsi ana dilimizdə gələcəkdəki fəlakətli qayda dolaşıqlıqlarına rəvac verəcəkdir.

Məsələn, 37-ci maddədə göstərilir ki, tərkibində — iyyat,- iyyət və -iyyə şəkilçisi olan sözlər bir [y] ilə tələffüz olunduğu üçün fonetik prinsipə əsaslanaraq, onların bir y ilə yazılması məqsədəuyğun sayılır. Adamdan soruşarlar ki, niyə? Nə olsun ki, “mədəniyyət”sözü bir ”y” ilə tələffüz olunur. Ona qalsa, dilimizdə minlərlə söz var ki, yazılışından fərqli tələffüz olunur. Bu o deməkdirmi ki, biz fonetik prinsipə əsaslanıb deyilişdəki kimi “hopbanmax” (hoppanmaq), “kəşviyat” (kəşfiyyat) və ya “ixdira” (ixtira), yaxud “baxça” (bağça) yazmalıyıq? Bu, nə məntiqdir belə?

Dilimizdə eynicinsli qoşa samitlər olan bəzi sözlərin də tələffüzü zamanı samitlərdən biri düşür. Məsələn, biz “qramatika”, “kamunikasiya” “diskusiya”, “kamisya” deyir, amma qrammatika, kommunikasiya, diskussiya və komissiya yazırıq və heç kim də bundan rəncidə olmur. İndi biz durub deyək ki, gəlin, bu sözləri bir “m”, yaxud bir “s” ilə yazaq?

Əgər söhbət “iyyət” kimi şəkilçilərin tələffüzə uyğunlaşdırılaraq yazılışından, yəni morofonoloji dəyişikliklərdən gedirsə, gəlin onda “elmi prinsipə” sadiq qalıb belə bir qayda da qəbul edək: “-lar cəm şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq –rar (açarrar), -nar (qadınnar), -dar (buluddar) kimi yazılsın” və ya “ilə qoşması və bağlayıcısı –nan2 kimi yazılsın: atamnan, nənəynən” və s. Deməli, bir “y” təklifinin gələcəkdə dilin xeyrinə olmayan əcaib təşəbbüslərə yol açıb zəncirvari reaksiya, yaxud “domino effekti” yaradacağı şübhəsizdir.

Tələffüz məsələsində bir məqamı nəzərə almaq lazımdır: sözlərin yazılışı ilə deyilişi arasında fərqin olması təbiidir və bu, ilk növbədə dilin səs quruluşunun qənaətə meyilli olması ilə bağlıdır. Məhz buna görədir ki, dilçilik elmi şifahi nitqdə düzgün tələffüz (orfoepiya) qaydalarında “qənaət”i əsas prinsiplərdən sayır. Yazıdakı “gəlmisiniz”i bir heca qısaldıb tələffüzdə “gəlmisiz” deməyimiz bu prinsipdən qaynaqlanır. Bu, məsələnin bir tərəfidir, ikinci tərəfdən də anlamalıyıq ki, qanunların geriyə gücü olmadığı kimi, yeni “icad” olunmuş qaydaları da dildə artıq vətəndaşlıq hüququ qazanmış sözlərə tətbiq etmək olmaz. Yəni dilin öz daxili ahəngi, səs axını, intonasiyası ilə formalaşmış sözləri dəyişməyin zərərdən başqa heç bir faydası yoxdur.

Buna görə də Orfoqrafiya qaydalarında yamaq kimi görünən, heç bir məntiqə və elmi prinsipə əsaslanmayan 22 və 37-ci maddələrin layihədən çıxarılması (təbii, kimlərinsə kommersiya niyyəti yoxdursa) dövləti də əlavə xərclərdən xilas edəcək. Digər tərəfdən məncə, buradakı elmi-məntiqi boşluğu ortaq türk dili, ümumi türk və islam inteqrasiyası, azərbaycançılıq və s. kimi mətləbə dəxli olmayan həssas şüarlarla pərdələmək olmaz. Ən yaxşı azərbaycançılıq dilə və yazı qaydalarına ənənənədən gələn ehtiramı saxlamaqdır.

* * *

Hələ iki-üç il əvvəl AMEA-da və Milli Məclisdə sanballı vəzifələr tutan, akademiyanın humanitar yönümlü institutlarına, o cümlədən Dilçilik institutuna ciddi inzibati təsiri olan akademik İsa Həbibbəyli saytların birinə verdiyi müsahibədə deyirdi ki, yanaşı iki ”y” samiti ilə yazılan və -iyyət şəkilçisi ilə düzələn sözlərdə “tələffüzün çıxardığı hökmü nəzərə alaraq tək y-ya keçmək zəruridir”. Mən onda Dilçilik institutunda, dil qaydalarına əməl olunmasının monitorinqini aparan şöbədə çalışırdım və yadıma gəlir ki, bəzi alimlər bu bəyanatı zarafat kimi qiymətləndirib təəccüblənirdilər. Amma indi hörmətli akademikin istəkləri deyəsən, reallaşır və o vaxt bu məsələyə təəccüblənənlər bir “y”-ya keçmək ideyasının qızğın təbliğatçılarına çevriliblər.

Təsadüfdənmi, ya bədbəxtlikdənmi, bir “y” təklifi Orfoqrafiya Komissiyasının təklif etdiyi dəyişikliklər toplusunda 37-ci nömrə ilə qeyd olunub. Azərbaycanlı şüurunda 37 rəqəminin hansı assosiasiya doğurduğunu nəzərə alsaq, ana dilimiz üçün bunu pis əlamət saymaq olar…

loading...
loading...
Məşhur "fəst-fud" zəncirində qalmaqal - Narkotikli çay servis edildi...
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
Çox yemək ölüm, ac qalmaq şəfadır - Yapon aliminin kəşfi AUTOFAGİYA...
“Sevgisiz həyat mənə mənasız gəlir”
"Ümid edirik ki, dünyadakı yəhudi icmaları Ermənistanı bu abidəni sökməyə məcbur edəcəklər”
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirildi - FOTOLAR
Cəmiyyət
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Dünya
ABŞ-dan İrandakı etirazçılara dəstək: “Həmişə yanınızdayıq…”
Cəmiyyət
Viski gənclik mənbəyi olmasa da onkoloji xəstəlikdən qoruyur - Alimlərdən araşdırma...
Dünya
İdman salonunda əlbəyaxa dava - MARAQLI...+ VİDEO
Həftənin ən çox oxunanları
Aygün Kazımova məhbəsdə ölüm ayağında olan qardaşına baş çəkdi - FOTO
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
"Türkiyə bundan sonra Qarabağda lövbər salmış "PKK"-nın üzərinə getməlidir..."
Yanvardan pensiyalar bu qədər ARTACAQ
“Bu məsələ açılsa, Rusiya üçün görünməmiş biabırçılıq olacaq...”
"Ölkədə bütün danaları kəssən 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO
Suraxanının yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247