“Heç bilmirəm anası çox dərd çəkir, yoxsa mən?!” -Aprel şəhidinin xanımı
Oxunub: 7728
24 Jan 2018 | 10:28
“Heç bilmirəm anası çox dərd çəkir, yoxsa mən?!”  -Aprel şəhidinin xanımı

Şəhidlər qürurumuz, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...

Moderator.az xəbər verir ki, Modern.az saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahib “Aprel döyüşləri”ndə şəhid olmuş polkovniki Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyevadır.


Qısa arayış:
 Vüqar Yusifov 1976-cı ilin 2 noyabrında Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1983-cü ildə Şiştəpə kənd orta məktəbinin birinci sinfinə gedən Vüqar Yusifov 1993-cü ildə həmin məktəbi bitirib. Elə həmin il Türkiyə  Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olan Vüqar Yusifov 1997-ci ildə leytenant rütbəsi alıb və bir il sonra həmin hərbi ali məktəbi bitirib.
Daha sonra Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayan V.Yusifov polkovnik rütbəsinədək yüksəlib. O, 2016-cı ilin “Aprel döyüşləri” zamanı həlak olub.
Ailəli idi. 3 övladı yadigar qalıb.

Vüqar Yusifov göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilib.

Şəhidin gizli sevgisi...

Şəhidimizin xanımı Lalə Əliyeva üçün ilk tanışlıqlarından danışmaq çətindir. Lalə xanım deyir ki, arzularının gerçək olmasını görmək Vüqara qismət olmadı.

“Vüqarla dayım qızının həyat yoldaşı dost olublar. Elə bizim tanışlığımız da bu dostluq sayəsində baş tutub. O vaxtlar mən məktəbli idim. Ali məktəbə hazırlaşırdım. Vüqarın mənə qarşı sevgisi olsa da, bunu gizli saxlayıb. Çünki hələ orta məktəbi bitirməmişdim. Yalnız orta məktəbi bitirməyimə bir neçə ay qalmış Vüqarın mənə olan sevgisindən xəbər tutdum. Onu ailə dostu kimi qəbul etmişdim. Onun dayımgilə gedib-gəlməsi mənə adi gəlirdi. Çünki Vüqar o qədər tərbiyəli insan idi ki, məni dərslərimdən yayındırmağa cəhd etməyib. Mənim təhsil almağıma şərait yaratmışdı. Evlilik məsələsi gündəmə gələndə ailələr bu izdivaca tərəddüdlə yanaşmışdı və bu da normal idi. Çünki hər ikimiz fərqli rayonlardan idik. Ailələrimiz tanış deyildi. Ona görə də fərqli fikirlər söylənildi. Amma Vüqarda insanı ələ almaq bacarığı vardı. Hətta mənim valideynlərim də onu çox istəməyə başladılar. Həmin vaxtlarda Azərbaycan Texniki Universitetinin mühəndislik fakultəsinə  daxil oldum. Sadəcə, ixtisasım qadın ixtisası olmadığına görə Vüqar narazı idi. Həmişə deyirdi ki, qadın üçün müəllimlik peşəsi daha məqsədəuyğundur. Universiteti bitirdikdən sonra Vüqarın istəyi və razılığı ilə ikinci ali təhsil almaq üçün sənədlərimi Azərbaycan Dövlət Pedaqoji Universitetinə verdim. Adıçəkilən universitetin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil almağa başladım. Nə yazıq ki, hər insana arzularını görmək həmişə nəsib olmur. 2015-ci ildə Vüqarın istəyini yerinə yetirsəm də, 2016-cı ilin aprel hadisələri onun arzusunu gözündə qoydu”. 


““Qardaşımı itirmişəm” deyirlər”

Şəhidin xanımı deyir ki, Vüqara olan sevgisi hər şeydən üstün olub.

“2004-cü ildə həm universitetə qəbul olundum, həm də Vüqarla nişanımız oldu. 2 il nişanlı qaldıqdan sonra 2006-cı ildə Şəmkirdə toyumuz oldu. Düzü, ilk vaxtlarda hərb işinin çətinliyini anlayırdım. Amma Vüqarda elə bir xarakter vardı ki, içimdə yaranan qorxu hissini dəf etməyi bacarmışdı. Mən şəhər mühitində böyüsəm də Vüqarla kənd mühitində çox rahat yaşamağa alışdım. Onun xidmət etdiyi hərbi hissə dağlıq ərazidə yerləşirdi. Dağlıq ərazilərdə isə müxtəlif həşəratları görmək olurdu. Amma mən heç nədən qorxmurdum. Hətta bir neçə dəfə kirayə ev tutub hər gün gedib-gəlməyi təklif etmişdi. Buna razı olmayaraq, “sən harda, mən də orda” deyirdim.

Əgər ailədaxili məsələlərdə kimsə bizi incitmiş olsaydı, Vüqarın xətrinə hər şeyə dözərdim. Çünki Vüqardan heç vaxt artıq-əskik nəsə eşitməmişəm. Valideynlərimə qarşı o dərəcədə hörmət saxlayırdı ki, ailə üzvlərimdən kimsə  onun şəhidliyindən danışarkən bir kəlmə deyirlər. “Qardaşımı itirmişəm””.


“Heç vaxt yoxluğunu dilə gətirmədi”

Şəhidimizin həyat yoldaşı üçün hər şey yerindədir. Bircə Vüqardan başqa.


“2 qızımız və oğlumuz var. Vüqar şəhid olanda böyük qızımızın 8 yaşı vardı. Onun ağlı kəsdiyi hadisələri analiz edə bildiyi üçün mənə atası barədə təsirli suallar vermir. Balaca uşağımız arada soruşur ki, “atam niyə gəlmir?!. Məndən küsüb?!”.

Vüqara aid nə varsa bir guşə düzəltmişik. Onun əşyaları, paltarları bir şkafda bağlı qalır. Əslində, Vüqara aid hər şey yerindədir. Bircə, yerində olmayan Vüqardır.

Vüqarın məzarı Şəmkirdədir. Bəzi  adamlar elə düşünür ki, məsafənin uzaqlığı bizə çətindir. Əsla elə deyil. Niyə axı, şəhid atamızın, həyat yoldaşımızın məzarını ziyarət etmək çətin olmalıdır?! Vüqarın məzarını hər bayramda çalışırıq ki, gedib ziyarət edək.

Vüqar heç vaxt məni çətinliklərə alışdırmadı. 2014-cü ilin avqust döyüşlərinə gedərkən də təlimə getdiyini söyləmişdi. Həmişə təlimə gedəndə deyirdi ki, “biz təlimdə heç nə etmirik. Eləcə, yoxlamağa gedirik”. Heç demə, həmin vaxt çox qızğın döyüşlər gedibmiş. Avqust döyüşlərindən sonra Vüqar evə elə bir vəziyyətdə gəldi ki, görkəmi çox qorxulu idi. Qapıdan içəri girəndə rəngi pis vəziyyətdə idi. Təsəvvür edin, qanlı döyüşlərin içində 3 gün ac-susuz qalıb. Amma evin qapısından içəri gülə-gülə girir. Bu vəziyyətinin səbəbini soruşanda mənə dedi ki, “yıxılmışam”. Sonradan hərbçi dostları danışanda bəlli oldu ki, Vüqar və döyüş dostları cəbhədə ağır döyüşlərin içində olublar. Vüqar heç vaxt yoxluğu barədə danışmayıb. Amma bir dəfə televizora baxanda qəfildən  “şəhid olsam, nə edərsən?!”,-soruşdu.  Düzü, bu sual mənə qəribə gəldi. Sonra ardınca, “şəhid olan insanların ailəsinə həmişə hörmətlə yanaşırlar. Şəhidlik elə-belə zirvə deyil” dedi. Mən də onun sözlərinə zarafatla cavab verdim ki, “düz deyirsən, hamı məni göstərib deyəcək ki, baxın, bu, şəhid yoldaşıdır. Səni də Fəxri Xiyabanda dəfn edəcəklər”. 
Nəsə zarafat edib qurtarandan sonra belə zarafat etməyin doğru olmadığını söylədim. Həmin anda Vüqar kövrəldi. Dərhal sözünü dəyişdi. Bir yerdə yaşadığımız müddətdə yalnız bir dəfə həyatda olmaması ilə bağlı fikirlərini dilinə gətirmişdi. Heç vaxt “mən olmasam, bunu edin” deməyib. Həmişə hərbi sirri qoruyub saxladı”. 


Sonuncu görüş, sonuncu zəng

2016-cı ilin “Aprel hadisələri”ndən danışarkən Lalə xanım Vüqarsız keçirdikləri sonuncu günləri yada saldı:

“2016-cı ilin yanvar ayından Vüqarı evdə çox az görməyə başladıq. Yanvarda və fevralda  evə 4 dəfə gəlmişdi. Hətta, həmin ərəfədə 20 günlük məzuniyyət götürsə də, evdə olmadı. Buna görə çox narahat idim. Etirazımı bildirirdim. 2 ay ərzində çox aqressiv olmuşdum. Vüqarın evdə olmamasına görə uşaqlar da çox narahat idi. Atalarını istəyirdilər. 2016-cı ilin martında  Novruz çərşənbələrini Vüqarsız keçirdik. Heç birində evə gəlmədi. Təsəvvür edirsiz, uşaqların gözü yolda qalmışdı. Onlara baxanda ürəyim ağrıyırdı. Novruz bayramı günü qızım atasına zəng etdi ki, evə tez gəlsin. “9-dan sonra gəlsən, sənə qapı açmayacam. Sən həmişə hamının atasından evə gec gəlirsən” dedi. Vüqar da cavabında “qızım, burda əsgərlər var. Onların ata-anaları yanında yoxdu. Amma sənin anan yanındadı. Onlar da üzülürlər axı. Onlarla keçirim, gələcəm” söylədi. Əslində yalan da olsa,  sözün düzünü deyirdi. 
Axşam saat 11-in yarısı Vüqar gəldi. Amma qızım qapını açmırdı. Elə Vüqarla keçirdiyimiz sonuncu bayram gecəsi oldu. Guya uşaqları martın 21-i gəzməyə aparacaqdıq. Alınmadı. Martın 26-sı evə yorğun vəziyyətdə gəldi. Paltarlarını toplamağımı xahiş etdi. Bir həftəlik təlimə gedəcəyini söylədi. 
27-si axşama yemək hazırladım. Vüqar gəlməli idi. Həmin anda bacım zəng edib nə işlə məşğul olduğumu soruşanda, axşam qonağım gələcəyini və yemək hazırladığımı dedim. Heç vaxt Vüqarın evə gəlməsini qonaq kimi qəbul etməmişəm. Elə bil Allaha mənə əyan elədi ki, Vüqar bir günlük gəlir. Sonuncu gəlişi zamanı o qədər fikirli idi ki!.. Özündə deyildi. Onun getməməsi üçün ağladım. Gedib generalına işdən çıxması ilə bağlı ərizə yazmağını istədim.


Martın 28-də və 30-da mənə mesaj yazdı ki, vəziyyət yaxşıdır, narahat olmayın. “Mənə nə zəng elə, nə də mesaj yaz. Vaxt tapan kimi yazacam”. 
O qədər dəqiq insan idi ki, vaxt tapan kimi uşaqları da məni də soruşurdu. Vüqar şəhid olan günə kimi heç nə anlamamışam. Uşaqlar azyaşlı olduqlarından başım onlara elə qarışmışdı ki, mətbuatdan-televiziyadan xəbərim yox idi. 
Aprelin 1-də bibim oğlu mənə yazdı ki, bəs deyirlər bizimkilər Cəbrayılı azad ediblər. Mən də gülüş işarəsi göndərərərək, Vüqarın bu gün təlimdən gələcəyini yazdım. “Elə bir şey olsa, hamıdan qabaq bilərəm” dedim. 
Aprelin 1-i axşama yaxın zəng edəndə uşaqlarla danışdı, amma mənimlə danışmağa başlayanda “hər şey yaxşıdır, mən getməliyəm” deyib tələsik telefonu söndürdü. Düzü, bu mənə qəribə gəldi. Həmin gecə yuxuda Vüqarın tabutunun gəldiyini gördüm. 
Aprelin 3-ü ev telefonuna zəng gəldi. Telefonu götürəndə xırıltılı səs eşitdim. Amma adını telefonda deyə bilmirdi. Mən - Vüqar sənsən - deyə soruşanda cavab verdi ki, “mənəm, narahat olma, yaxşıyam. 2-3 günə gələcəm”.

Aprelin 4-də televizoru açdım. Dünyadan da xəbərim yox. Televizorda şəhid xəbərləri eşitdim. Dərhal interneti açdım və xeyli şəhid verməyimiz haqda xəbərlər oxudum. Artıq ağlamağa başladım. Heç demə Vüqar aprelin 4-də səhərə yaxın şəhid olubmuş. Halbuki, hərbi şəhərcikdə nəsə soruşanda kimsə mənə bir söz demirdi. Sonra bir polkovnikin xanımı mənə Murad Mirzəyevin şəhid olduğunu yazanda “yazığın 2 uşağı vardı” deyib ağladım. Heç demə, Vüqarın döyüş yoldaşlarının şəhid olduğunu yazmaqla məni qara xəbərə hazırlayırmışlar. Vüqarı aprelin 6-da dəfn etdik”. 


“Gözlərim hər yerdə onu axtarır”

Müharibənin insanlara vurduğu mənəvi yaralar heç vaxt sağalmayacaq. “Aprel şəhidi”miz Vüqar Yusifovun həyat yoldaşı Lalə xanım müharibənin gətirdiyi acıları ürəkağrısı ilə danışır:

“Ailə birgəlik deməkdir. Hər bir qadın istəyər ki, həyat yoldaşı səhər çıxıb, axşam isti yuvasına dönsün. Vüqar  3 gündən sonra evə gələndə “ay Allah çox şükür, bu günümüzə də. Vüqar sağ-salamat evə gəldi” deyirdim. İndi çox qəribə olmuşuq. Səhər duranda da Vüqarı axtarırıq, axşam yatanda da. Həmişə deyirlər ki, ananın bala dərdi çox ağırdı. Mən deyərdim ki, ailənin başçısını, həyat yoldaşını itirmək ondan da ağır dərddir. Allah heç kəsin başına belə dərd gətirməsin. Hələ də anlaya bilmirəm ki, Vüqarın anası çox dərd çəkir, yoxsa mən?! 

Atam, ya da anam dünyasını dəyişsəydi, deyərdim ki, Vüqar var... Məni ovunduracaq... Bəs Vüqarın  yoxluğunu kim ovunduracaq?!... Heç kim... Düzdü, 3 övladımız var. Bəzən övladlarım belə Vüqarsızlığıma kömək ola bilmir. Anam halımı görüb deyir ki, 3 övladın var. Hərəsi bir dünyadır. Bəzən onlar da təsəllim ola bilmir. Vüqardan danışdıqca, danışmaq istəyirəm. Vüqarın yoxluğunu izah etmək çətindir. Hələ də elə bilirəm ki, yuxudayam. Gün gələcək mütləq bu yuxudan oyanacam və mən oyananda Vüqarı yanımda görəcəm. Vüqar şəhid olandan sonra elə bir gün yoxdur ki, onun xəyalı ilə danışmayım. Gözlərim hər yerdə onu axtarır. Hər gün dua edirəm ki, Vüqar yuxuma gəlsin, onunla söhbət edim. Ona o qədər deyiləcək sözlərim var ki! 
Vüqarı həmişə təbəssümlə xatırlayıram. 2003-cü ildən bəri onun mənə yazdığı sözləri ayrıca bir dəftərdə sistemləşdirmişəm. Sanki o vaxtdan Vüqarı ölümsüzləşdirməyə başlamışdım. Texnologiyanın inkişaf etməsinə baxmayaraq,  2016-cı ilə qədər ondan məktub almışam.

Bir də müharibə olmasın. Heç bir qadın başsız, heç bir uşaq atasın qalmasın. Vüqar şəhid olandan sonra hərbi paltarlı insan görəndə baxmamağa çalışıram. Axı, neçə illər idi ki, Vüqar da o paltarda vətəninə xidmət edirdi. Onun məzarı başında  nə doyunca ağlaya, nə də gözlərinin içinə baxa bilirəm. Qəhər boğur məni. Elə bilirəm ki, qarşısında məni aciz görsə, üzüləcək. Çünki sağlığında qarşısında ağlamağı sevmirdi. Ancaq şəkillərinə baxıb gizli-gizli ağlayıram”. 


Oxşar xəbərlər
N.Tusi adına Klinika
16:32, Bu gün
İlham Əliyev Laçında 1 Dekabr küçəsində lövhənin açılışını edib, bərpa olunmuş evlə tanış olub
16:25, Bu gün
"Qaçqınkom" Laçın şəhərinə qayıdışın başlaması ilə bağlı məlumat yayıb
16:23, Bu gün
Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində lövhələrin açılışı olub
16:16, Bu gün
Lənkəranda avtomobil turist avtobusuna çırpılıb, xəsarət alanlar var
16:05, Bu gün
KİV: Lionel Messi PSJ-dən ayrılacaq
16:00, Bu gün
Türkiyəli nazir: “Mayın 14-də yarımçıq qalan işi bu gün tamamlayacağıq”
15:55, Bu gün
Prezident İlham Əliyev Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində lövhələrin açılışını edib
15:51, Bu gün
Şimali Kipr Azərbaycanı təbrik edib
15:45, Bu gün
Mustafa Şəntop: “Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirəm”
15:40, Bu gün
Mehmet Muş: “Prezident seçkilərinin nəticəsi gün ərzində açıqlanacaq”
15:25, Bu gün
Yevlaxda avtomobil kanala düşüb, 1 nəfər batıb
15:24, Bu gün
“Prezidentimiz Moskva görüşündə Paşinyanı yenə mat vəziyyətinə saldı”
15:20, Bu gün
Ukrayna səmasında bir gecədə 52 İran PUA-sı vuruldu
15:15, Bu gün
Türkiyəli nazir: “Millətimiz hər zaman doğru qərar verir”
15:12, Bu gün
"Alp-Arslan Qafanı tutdu və Zəngəzur 150 il Səlcuqluların hakimiyyəti altında qaldı..."
15:00, Bu gün
Şirvanda ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkum saxlanıldı
14:55, Bu gün
Prezident: On bir il əvvəlki görüşdə demişdim ki, Laçına qayıdacağıq və belə də oldu
14:50, Bu gün
Azərbaycan lideri: Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında olmalıdır
14:45, Bu gün
"Lukaşenko Putinlə görüşdən sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib" - Belarus müxalifətçisi
14:41, Bu gün
Kreml Rusiyanın müharibədəki hədəflərinin dəyişmədəyini açıqlayıb
14:40, Bu gün
Prezident bir müddət əvvəl yolu azaraq Ermənistan ərazisinə keçən hərbçilərimizdən danışıb
14:23, Bu gün
Prezident: Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar
14:15, Bu gün
XİN: "Latviya Azərbaycanla dostluq münasibətlərini inkişaf etdirməyi səbirsizliklə gözləyir"
14:14, Bu gün
Azərbaycan Prezidenti Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini açıqlayıb
14:13, Bu gün
Türkiyə MN 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib
14:08, Bu gün
Prezident İlham Əliyev Laçından ermənilərə səsləndi: “Miatsum” kitabı bağlandı!
14:07, Bu gün
Niderland səfiri Azərbaycanı təbrik edib
14:04, Bu gün
Türkiyənin vitse-prezidenti: "Bu gün yeni tarixin başlanğıc günüdür”
14:00, Bu gün
Köln şəhərində azərbaycanlı tələbələrlə görüş olub
13:55, Bu gün
Kılıçdaroğlu səs verib
13:50, Bu gün
Dövlət Bağçalı: “Türkiyə seçki prosesinin ilk mərhələsini müdrik formada başa vurdu”
13:43, Bu gün
İlham Əliyev: İki il yarım ərzində baş vermiş hadisələr Qarabağdakı erməniləri xülyadan ayıltmalıdır
13:42, Bu gün
Prezidentdən laçınlılara: Sizinlə Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz
13:37, Bu gün
Binəli Yıldırım Azərbaycanı təbrik edib
13:36, Bu gün
Şimali Makedoniya XİN: "Azərbaycanla ikitərəfli münasibətlərin inkişafını səbrsizliklə gözləyirik"
13:35, Bu gün
Mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb
13:33, Bu gün
“Təhsil salnaməmizi tarixi dövrlərə görə səciyyələndirmək yanlış yanaşmadır...”
13:31, Bu gün
Türkiyə Prezidenti: "Seçicilərin fəallığı kifayət qədər yüksəkdir"
13:27, Bu gün
Ərdoğan səs verib
13:14, Bu gün
Prezident: Sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi Qarabağdakı ermənilər üçün bir dərs olmalıdır
13:13, Bu gün
Prezident: Laçın şəhərinin bugünkü siması göstərir ki, biz qurub-yaradan xalqıq
13:12, Bu gün
Litva XİN Azərbaycanı təbrik edib
13:00, Bu gün
Sinan Oğan: “Bu seçkilərin nəticəsinin ölkəmiz və millətimiz üçün xeyirli olacağına ümid edirəm"
12:57, Bu gün
Zelenski Radadan İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqi qərarını dəstəkləməyi istəyib
12:53, Bu gün
"Müasir diplomatiyanın atası", yoxsa "hərbi cinayətkar?.." - Henri Kissincerin 100 yaşı tamam olub
12:50, Bu gün
MHP: "1918-ci ildə ucaldılmış Azərbaycan bayrağı hər zaman göylərdə dalğalanacaq"
12:48, Bu gün
Gürcüstan Rusiya ilə uçuşların bərpası ilə bağlı danışıqlar aparmadığını bildirib
12:46, Bu gün
Özbəkistan XİN başçısı Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
12:45, Bu gün
Prezident: Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə hərəkət tam nəzarət altındadır
12:43, Bu gün
İlham Əliyev Laçın şəhərində bir sıra tədbirlərdə iştirak edib
12:43, Bu gün
Azərbaycan XİN: “Ermənistan təxribatlara son qoymalı və azərbaycanlı əsgərləri geri qaytarmalıdır”
12:34, Bu gün
Dövlət başçısı: Əgər yenə də Ermənistan saxtakarlıq etməsə,yaxın gələcəkdə sülh müqaviləsi imzalana bilər
12:30, Bu gün
Dövlət Komitəsinin sədri Koreyada yaşayan, təhsil alan azərbaycanlılarla görüşüb
12:29, Bu gün
“Barselona” portuqaliyalı futbolçunu transfer edəcək
12:28, Bu gün
İsrail səfiri Azərbaycanı təbrik edib: “Bayrağınız yüksəklərdə dalğalansın"
12:27, Bu gün
Prezident: Bugünkü reallıq İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə əldə edilmiş nəticələr əsasında formalaşıb
12:25, Bu gün
Türkiyə MSK sədri: "Səsvermə prosesi problemsiz davam edir"
12:21, Bu gün
Prezident laçınlılarla görüşdə torpaqlarımızı azad edən gənclərin qəhrəmanlığından danışıb
12:20, Bu gün
Dövlət başçısı: Bu gün Azərbaycanla hesablaşırlar
12:15, Bu gün
Rəsmi Kiyev: “Ukrayna və Azərbaycanın ərazi bütövlüyünə dəstək prioritetimizdir”
12:00, Bu gün
Səlcuq Bayraktar Azərbaycanı təbrik edib: “Həmrəyliyimizin əbədi olmasını arzu edirik”
11:59, Bu gün
İlham Əliyev: Laçın və Kəlbəcərin Ermənistanın əlində həmişəlik qalması ilə heç vaxt razılaşa bilməzdik
11:59, Bu gün
Britaniya səfiri: "70 illik əsarətdən sonra müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi əbədi olsun"
11:57, Bu gün
Prezident: Azərbaycan dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib
11:51, Bu gün
Ukrayna səfiri Cümhuriyyətin qurulması barədə: “Azərbaycan xalqının ən parlaq səhifələrindən biridir”
11:42, Bu gün
Səfir: “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”
11:35, Bu gün
Prezident İlham Əliyev: Laçının azad olunmasının və bu gün keçirdiyimiz görüşün tarixlərinin rəmzi mənası var
11:30, Bu gün
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib – VİDEO
11:25, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
11:23, Bu gün
AK Parti: “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın da gücü Türkiyənin gücüdür”
11:20, Bu gün
Bu ilin sentyabrına qədər Zabux kəndi zabuxluların sərəncamına veriləcək
11:12, Bu gün
Xarkov vilayətinin atəşə tutulması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb
11:11, Bu gün
Azərbaycan Prezidenti: Laçın şəhərində hər şey çox böyük zövqlə yaradılır
11:10, Bu gün
Türkiyə XİN başçısı: "Can Azərbaycanı təbrik edir, salamlarımı çatdırıram"
11:07, Bu gün
Azərbaycan Ordusunun hərbçisinə xəsarət yetirilib
11:06, Bu gün
Mövlud Çavuşoğlu: “Türklər demokratiyaya həssas yanaşır”
11:05, Bu gün
Prezident ilk 20 ailənin dünəndən Laçında yerləşdiyini açıqlayıb
11:00, Bu gün
Qərbi Azərbaycan İcmasının BMT-yə ünvanlandığı məktub təşkilatın rəsmi sənədi kimi yayılıb
10:55, Bu gün
Türkiyə XİN Müstəqillik Günü ilə bağlı Azərbaycanı təbrik edib
10:53, Bu gün
Prezident: Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir
10:50, Bu gün
Prezident İlham Əliyev: Bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir
10:45, Bu gün
"Bundan sonra Türkiyə yeni mərhələyə başlayacaq”
10:40, Bu gün
Neftçalada yol-nəqliyyat hadisəsində yaralanan sürücü ölüb
10:35, Bu gün
"Gələcək illərdə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsini səbirsizliklə gözləyirəm"
10:32, Bu gün
Şəkidə 17 yaşlı qız öz doğum günündə itkin düşüb
10:30, Bu gün
Aİ Azərbaycanı təbrik edib: "Biz güclü tərəfdaşlığa davam edəcəyik"
10:20, Bu gün
Fransa səfiri Azərbaycan xalqını təbrik edib
10:16, Bu gün
"İnşallah tezliklə 50 milyonluq azərbaycanlının arzuları çin olacaq..."
10:10, Bu gün
Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
10:00, Bu gün
Lionel Messi kubok sayında dünya rekordunu təkrarlayıb
09:50, Bu gün
Ukrayna Ordusu ötən gecə İran istehsalı olan 52 “Şahid” məhv edib
09:40, Bu gün
Yəməndə mina partlayışı nəticəsində azyaşlılar ölüb, xəsarət alanlar var
09:25, Bu gün
Azərbaycan XİN Müstəqillik Günü münasibətilə paylaşım edib
09:10, Bu gün
Türkiyədə prezident seçkilərinin ikinci turu başlayıb
09:00, Bu gün
Gədəbəydə kütləvi dava zamanı 1 nəfər qətlə yetirilib, daha 2 nəfər yaralanıb
07:46, Bu gün
"...Varlılıq alçaq və nadan adamı natiqləşdirir...”-Həzrət Əlinin dəyərli kəlamlarından...
00:36, Bu gün
Moskva-Vladiqafqaz reysinin sərnişin qadını Ukrayna dilində kitab oxuduğuna görə saxlanılıb
00:20, Bu gün
"Bütün bayramlarımız bu gündən sonra gəlir, bütün bayramlarımız bu günün övladı sayılır"
00:15, Bu gün
Türkiyə Səfirliyi: "Müstəqil Azərbaycanın bayrağı ölkənin səmasında əbədiyyən dalğalanacaq"
00:00, Bu gün
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
GÜNLÜK
27 May 2023 | 18:40
“Sabah seçkilərin taleyini o 8 milyon seçicinin bir hissəsinin iştirakı da həll edə bilər...”
27 May 2023 | 21:02
Alimlər otaq bitkiləri ilə onkologiya arasında əlaqəni aşkar edib... - MARAQLI
27 May 2023 | 16:45
"Ukrayna Silahlı Qüvvələri əks-hücuma hazırdır" - Danilov
27 May 2023 | 18:45
"Beşilliyi-üç günə!" : Putin yeniliyi ilə heyrət doğuracaq təşəbbüslə çıxış edib
27 May 2023 | 17:37
Sərhəddəki uğursuzluqdan sonra ermənilər “Artsrunu işə salıblar” - FOTO
27 May 2023 | 17:45
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazarda yanğın baş verib - FOTO/VİDEO
27 May 2023 | 17:43
Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb - YENİLƏNİB
27 May 2023 | 16:49
Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub - FOTO
27 May 2023 | 16:40
Bu il bir sıra fauna növlərinin azad edilmiş ərazilərə qaytarılması planlaşdırılır
27 May 2023 | 16:57
Tərlan Əhmədovun klubdakı durumuna aydınlıq gəldi
HƏFTƏLİK
25 May 2023 | 14:50
Xruşovun üzünə qabaran general – Solovyov onun aqibətinin yaxşı olmayacağını deyib
21 May 2023 | 20:10
Əhməd Obalını və oğlu Dənizi ABŞ-da ölümcül döydülər - VİDEO
22 May 2023 | 17:53
“Yas mərasimində mənə baş sağlığı verəndə bəziləri bilmişdi ki, Sara xanım mənim anamdır”
25 May 2023 | 00:25
“Yolda görəndə məndən soruşurlar ki, sən o açarı niyə oradan götürmədin..?”
24 May 2023 | 06:50
Qanunsuz məskunlaşdığı Laçından köçmüş bu hayk indi də Kərkidən çıxmaq istəmir..-VİDEO
23 May 2023 | 12:18
“Türkiyədə seçkilərin II turundakı nəticələr, demək olar, həll olunub: təxminən 60-ın 40-a...”
25 May 2023 | 13:21
Kapitulyasiya aktını imzalayan Armeniya rəhbərləri və separatçı qalıqları yenidən ağa axtarışında...
22 May 2023 | 13:20
Mənim Alma-Materimin ağ günləri...
21 May 2023 | 23:40
"Azərbaycanda öz niyyətinə nail ola bilməyən İran kəşfiyyatı ABŞ-da bu çirkin niyyətini həyata keçirdi"
22 May 2023 | 01:27
"Bilmək olmaz, bəlkə elə gələcəkdə Azərbaycan incəsənətinə yeni sima gələcək..."
AYLIQ
27 May 2023 | 18:40
“Sabah seçkilərin taleyini o 8 milyon seçicinin bir hissəsinin iştirakı da həll edə bilər...”
27 May 2023 | 21:02
Alimlər otaq bitkiləri ilə onkologiya arasında əlaqəni aşkar edib... - MARAQLI
27 May 2023 | 16:45
"Ukrayna Silahlı Qüvvələri əks-hücuma hazırdır" - Danilov
27 May 2023 | 18:45
"Beşilliyi-üç günə!" : Putin yeniliyi ilə heyrət doğuracaq təşəbbüslə çıxış edib
27 May 2023 | 17:37
Sərhəddəki uğursuzluqdan sonra ermənilər “Artsrunu işə salıblar” - FOTO
27 May 2023 | 17:45
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazarda yanğın baş verib - FOTO/VİDEO
27 May 2023 | 17:43
Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb - YENİLƏNİB
27 May 2023 | 16:49
Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub - FOTO
27 May 2023 | 16:40
Bu il bir sıra fauna növlərinin azad edilmiş ərazilərə qaytarılması planlaşdırılır
27 May 2023 | 16:57
Tərlan Əhmədovun klubdakı durumuna aydınlıq gəldi