Xəbər lenti
15/12/2019 [00:43]:
“Qalatasaray” qələbəni son dəqiqədə əldən verdi - VİDEO
15/12/2019 [00:34]:
Rusiyada ərzaq anbarında güclü yanğın olub
14/12/2019 [23:57]:
"Bu qərar Ermənistanın Türkiyə ilə münasibətlərini daha da pisləşdirəcək..."
14/12/2019 [23:53]:
İranda məktəblər tətilə buraxıldı - SƏBƏB
14/12/2019 [23:47]:
Göyçayda 300 baş cücə yanaraq tələf olub
14/12/2019 [23:45]:
MSK BAXCP-nin səlahiyyətli nümayəndələrini qeydə alıb - Adlar
14/12/2019 [23:36]:
Azərbaycanlı tələbə Türkiyədə binadan yıxılaraq ölüb
14/12/2019 [23:18]:
Hindistanda etirazlar zamanı azı 5 qatar və 15 avtobus yandırılıb
14/12/2019 [23:14]:
Şəmkirdə 75 yaşlı piyadanı avtomobil vurub
14/12/2019 [23:09]:
Azərbaycanlı futbolçu üçün erməni baş məşqçi
14/12/2019 [22:32]:
Deputatlar "Lider" televiziyasında Parlamentin buraxılmasının səbəbini açıqladılar - VİDEO
14/12/2019 [22:30]:
Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçildi
14/12/2019 [22:27]:
“Azərbaycan Milli hərəkatı: dünən və bu gün” mövzusunda geniş dəyirmi masa keçirdi- FOTOLAR
14/12/2019 [22:12]:
Rusiyadan gələn kosmetika Azərbaycana buraxılmadı - FOTO
14/12/2019 [22:07]:
“Əsl kişi ailəsinin yanında olar” - Narkotikə görə həbs olunan musiqiçi - VİDEO
14/12/2019 [22:05]:
Bu ölkənin sabiq prezidenti korrupsiya ittihamı ilə 2 illik həbs olundu
14/12/2019 [21:57]:
Nigeriyada "Boko Haram" silahlıları şəhərə hücüm edərək 15 nəfəri qətlə yetirib
14/12/2019 [21:16]:
Safuradan səhnəyə qayıtması ilə bağlı açıqlama
14/12/2019 [21:12]:
Çində mədəndə su sızması nəticəsində 3 nəfər ölüb, 15 nəfər itkin düşüb
14/12/2019 [21:12]:
İnan dünyagörmüş bu yalquzağa, canın qurtaracaq zülümdən, quzu...
14/12/2019 [20:43]:
FHN-in Mətbuat Xidməti yanğınla bağlı məlumat yayıb
14/12/2019 [20:37]:
Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub
14/12/2019 [20:32]:
Antarktidada planetin quru hissəsində ən dərin çökəklik aşkarlanıb
14/12/2019 [20:26]:
“Nəsimi ili” ilə bağlı “Nəsimi və aşıq” sənəti mövzusunda tədbir keçirildi -FOTOLAR
14/12/2019 [19:57]:
Səxavət Məmmədovun Amerikadakı yadigarı - FOTOLAR
14/12/2019 [19:47]:
"Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib"
14/12/2019 [19:44]:
Nəsimi rayonunda baş verən yanğında iki avtomobil yanıb
14/12/2019 [19:42]:
"Yanğın olan əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub, xəsarət alan yoxdur"
14/12/2019 [19:01]:
“Lazarev klubu”nun bu dəfəki iclası birbaşa Putin tərəfindən maliyyələşdirilib...
14/12/2019 [19:00]:
"Valideynlərə üzümü tutub deyirəm ki, qızlara imkan verin voleybol oynasınlar, inkişaf etsinlər"
14/12/2019 [18:59]:
"3-cü mikrorayon bazarı"nda baş verən yanğın söndürülüb
14/12/2019 [18:57]:
Nəsimi rayonunda baş verən yanğında xəsarət alan olmayıb
14/12/2019 [18:56]:
Etibar Mirzəyev yanğın yerində
14/12/2019 [18:45]:
Bakıda "3-cü mikrorayon bazarı" yanır - YENİLƏNİB + VİDEO
14/12/2019 [18:20]:
"Mehriban Əliyevanın Moskvaya səfəri Azərbaycanla Rusiya arasındakı dostluğun əyani sübutudur"
14/12/2019 [18:18]:
Yanğınla əlaqədar 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət tam məhdudlaşdırılıb
14/12/2019 [18:10]:
Məsut Özil Həzrəti Əlidən sitat gətirdi
14/12/2019 [18:01]:
"ABŞ-dan “Patriot” sistemini almağa hazırıq, buna cavab gözləyirik"
14/12/2019 [17:58]:
Bakıda "3-cü mikrorayon bazarı" yanır
14/12/2019 [17:56]:
Boşandıqdan sonra ilk dəfə Bred Pitt Milad bayramını uşaqları ilə qeyd edəcək - FOTO
14/12/2019 [17:32]:
Polis Cəlilabadda xüsusi əməliyyat keçirdi - FOTOLAR
14/12/2019 [17:21]:
"Qarabağ" ölkəmizə qarşı olan təxribatlara qarşı yaxşı bir silahdır"
14/12/2019 [17:21]:
“Ürəyim ağrıyır, Xudu müəllim haqqında danışa bilmirəm, heyf...”
14/12/2019 [16:47]:
Amerikalı qız “öpüş xəstəliyi”ndən dünyasını dəyişdi
14/12/2019 [16:47]:
AMİP Siyasi Şurasının növbəti iclası keçirilib
14/12/2019 [16:44]:
Həbib amerikalı idmançı ilə bu tarixdə görüşəcək
14/12/2019 [16:42]:
71 nəfərin namizədliyi təsdiq olundu
14/12/2019 [16:40]:
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib
14/12/2019 [16:36]:
İlham Əliyev icra başçısını təltif etdi
14/12/2019 [16:24]:
Yüzlərlə ailənin yaşadığı Bamyan vadisindəki mağaralar- FOTOLAR
14/12/2019 [15:49]:
Bakıda dünyanın ən görkəmli tibb mütəxəssisləri bir araya gəldi
14/12/2019 [15:38]:
Bu olmasaydı, insan ömrü at ömrü qədər qısa olardı: Alimlərdən maraqlı araşdırma...
14/12/2019 [15:33]:
Vahid Mustafayevin mağazasından 36 min manatlıq oğurluq: Qol saatlarını taladılar...
14/12/2019 [15:32]:
"Təhlükəsizlik Xidməti polisi, polis də  öz növbəsində bu qurumu izləyəcək...”
14/12/2019 [15:28]:
Azərbaycan Azad Respublikaçılar Partiyası Ali Məclisinin toplantısı keçirilib
14/12/2019 [14:44]:
Məşhur aparıcının evinə polis basqını-Əlləri qanlar içində saxlanıldı- FOTOLAR
14/12/2019 [14:39]:
İran ABŞ hərbi bazasını hədəf aldı, dövlət katibi qətiyyətli cavabla hədələdi
14/12/2019 [14:33]:
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb
14/12/2019 [14:30]:
ABŞ yeni raketlərin istehsalını artırır
14/12/2019 [14:27]:
Yol qəzalarına görə bu rayonlarda qaz təminatı dayandırıldı
14/12/2019 [14:25]:
Tayvanda yanğın zamanı 7 nəfər ölüb
14/12/2019 [14:25]:
Fahriyə Evcən-Burak Özçivit cütlüyü oğullarının üzünü göstərdi - FOTO
14/12/2019 [14:15]:
MTRŞ tezliklərin dəyişdirilməsinin səbəblərinə aydınlıq gətirib
14/12/2019 [14:13]:
Ərdoğan Qənirə Paşayevanın şeirini oxudu - VİDEO
14/12/2019 [14:10]:
“Hay-küylə danışıb gerçəkləri malalamaqdansa, lal-dinməz oturmaq yaxşıdır...”
14/12/2019 [14:07]:
Qənirə Ataşovadan maraqlı -FOTOLAR
14/12/2019 [14:03]:
“Qarabağ münaqişəsinin qurbanları haqqında beynəlxalq təşkilatlar ətraflı məlumatlandırılmalıdır”
14/12/2019 [14:03]:
Bakıda avtoxuliqan xanım qəza törətdi: İnsanlara hücum çəkdi - VİDEO
14/12/2019 [14:00]:
Avropalı deputat AzTV-dən yazdı...
14/12/2019 [13:33]:
FHN-də “Eurohome”dakı yanğınla bağlı müşavirə – Nazir müavini tapşırıqlar verdi
14/12/2019 [13:32]:
"Türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək"
14/12/2019 [13:27]:
Azərbaycanlı olimpiya ÇEMPİONLARI –Onlar indi nə işlə məşğuldurlar?
14/12/2019 [13:25]:
Bazar gününün HAVA PROQNOZU
14/12/2019 [13:05]:
“Tekfen” şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb
14/12/2019 [13:02]:
LG şirkətinin 94 yaşlı rəhbəri vəfat edib
14/12/2019 [12:51]:
Dörd rayonda 760 fərdi evə qaz verildi
14/12/2019 [12:50]:
Eldar Həsənov ilin ən fəal səfiri seçildi
14/12/2019 [12:46]:
Kürdəxanı qəsəbəsində evlər su altında qaldı - Fotolar
14/12/2019 [12:44]:
Parkda öldürülən tələbənin qatili 13 yaşlı uşaq çıxdı - FOTO
14/12/2019 [12:40]:
“Bəlkə, başqa London var, xəbərimiz yoxdur?”
Bütün arxiv bir sırada
24/01/2018 [01:52] - Köşə - ( 5950 dəfə baxılıb)

Fransızların qəlbini fəth etməyin kreativ yolu: Fransalı səfirə "Meyxana Şoku" yaşadanlar...

Zülfüqar Hüseynzadə

AŞPA-nın növbəti qış sessiyası çərçivəsində Azərbaycandan olan nümayəndə heyəti ənənəvi çıxışlarını etməkdə və qoca qitənin ən nüfuzlu siyasət məkanlarından birinin yüksək tribunasından dünyanı idarə edən bəlli qüvvələrin ikili standartlarını eninə-boyuna qılınclamaqdadırlar. Nümayəndə heyətimizin üzvlərinin cəfakeşliklərini görməzdən gəlmək haqsızlıq olardı və Azərbaycanın haqq səsini ədaləti və nizamı pozulmuş dünyanın batmış qulaqlarına çatdırmadıqlarını iddia etməkdən uzağam. Niyyətim və dəyərli oxucularıma çatdırmaq istədiklərim fərqli məsələdir.

Dünyanın ikili və ya beşli-onlu standartlar məngənəsində əzildiyini nə amerikanlara sübut edə bilmərik, nə ingilislərə, nə fransızlara, nə ruslara. Çünki onlar deyir ki, sizlərin ikili standart kimi gördükləriniz əslində bizim dövlət marağımızdır, sadəcə siz tərəfdən baxanda o cür ikibaşlı görsənir. Haqlıdırlar əslində. Amerikalıdan, yaxud fransızdan öz dövlət və milli maraqlarının bircə elementindən bizim xeyrimizə imtina etmələrini gözləmək sadəlöhvlük olardı. Amma o yerdə ki, onların da bilməli olduqları bəzi həqiqətlər var, o zaman hər birimiz bu gün Strasburqda hayqıraraq dünyadan ədalət tələb edən deputatlarımız kimi davranmalıyıq.

Bir halda ki, söhbət AŞPA-nın yerləşdiyi məkandan – Strasburqdan düşdü, oxucularıma ərz edim ki, mən də dünən gözləmədiyim halda fransızdillilərin əhatəsinə düşdüm və o qədər maraqlı informasiyalar eşitdim ki, özümü Strasburq Universitetinin auditoriyalarından birindəki kimi hiss etdim. 

Sizləri yormayım, bəzi tanınmış dostlarla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetində (UFAZ) imtahan sessiyasının gedişini izləmək fürsətim oldu. Təqdimat və tələbələrlə qısaca ünsiyyətdən bəlli oldu ki, sən demə, hətta media əhli olaraq çox mətləblərdən bixəbərmişik. Azərbaycanda, Bakının göbəyində fransızdilli universitet fəaliyyət göstərirmiş, tələbələr həm də Strasburq Universitetinin tələbələri statusunda eyni tədris və təlim prosesinə yiyələnərək sonucda bir deyil, iki nüfuzlu universitetin diplomunu əldə edəcəklər. Unikallıq ondadır ki, bu universitetə daxil olmaq üçün sadəcə qəbul imtahanında 500-dən yuxarı bal toplamaq kifayət etmirmiş. Strasburqdan gələn professor-müəllim heyəti tələbədən təkrar imtahan götürərək onların həmin təhsil ocağında oxumasına “dobro” verirlər. 

Universitetdə yaradılmış şəraitlə tanışlıqdan sonra bəndəniz rektorun yanındakı toplantıda çıxış üçün ona yaradılmış imkandan istifadə edərək bir neçə vacib məqamı qeyd etməyi lazım bildi. İlk öncə bu gün gözləri parlayan həmin övladlarımızın uğurlarını görərək ani olaraq dünən gecədən xeyli keçmiş Strasburqdan Qənirə xanım Paşayeva ilə fyesbukdakı uzun-uzadı yazışmalarımı xatırladım, cəfakeş millət vəkilimizin Dilqəmlə Şahbaz üçün AŞ PA tribunasından necə həyəcanla hayqırdığını yana-yana vurğulamasından xeyli duyğulandığıma görə o tələbələrimizin hər birini sabahın ədalət hayqıran deputatı-diplomatı ola biləcəklərini vurğuladım. Bəli, oxucularıma da bunu bildirməyi vacib hesab edirəm, bu gün Azərbaycan özü boyda səngərdir və yeddidən yetmişədək hamımız o səngərə doluşmasaq bu Vətəni işağldan və xarici təhdidlərdən xilas edə bilməyəcyik. Ona görə də hamımız sərhədlərimizin o tayına can ataraq dünyaya onların başa düşdükləri dillə həqiqətlərimizi çatdırmalıyıq. Qoy dünya bizim kim olduğumuzu eşitsin, görsün, doğru – yalan qərar verməyin babalı onların boynuna. Ona görə də keçmiş “AZİ”də məhz fransızdilli belə bir sanballı təhsil ocağının yaradılması alqışa layiqdir və onun təşəbbüskarı olan dövlət başçısı İlham Əliyevə də alqış düşür, bu işi yarıdan universitet rəhbərliyinə də. Biz qəbul etsək də, etməsək də ümummilli bəlamızı həll etməyi ingilisdillilərin, fransızdillilərin və mindillilərin öhdəsinə buraxmışıq. Ona görə də onları öz dilləri ilə inandırmaq üçün 5-10 millət vəkilimizin,  3-5 diplomatımızın çabaları yetərli olmayacaq, hamımız bacarmasaq da heç olmasa dili qısa zamanda mənimsəyib bülbül kimi ötməyi bacaran gənc istedadlılarımız  hansı peşənin sirlərinə yiyələnmələrindən asılı olmayaraq dönüb diplomat olmalıdırlar. Biz çox vaxt üzərimizə düşəni etməyi bacarmırıq, amma qarşı tərəfi asanlıqla qınayırıq. Halbuki bizi sevindirən və hətta heyrətləndirən nümunələr də az deyil və bəndəniz dünən tədbirdə iştirak edən Strasburq Universitetinin prorektorunun və Fransa XİN-in məsul əməkdaşının dilindən, eləcə də rektor Mustafa Babanlının təqdimatından maraqlı şeylər öyrəndi. Sən demə, Fransanın Azərbaycandakı səfiri az qala hər gün həmin universitetdə olur və orda tələbələr üçün yaradılmış şəraitdən, tələbələrinsə göstərdikləri fədakarlıqdan, kreativlikdən heyrətini gizlətmir. Hətta tələbələrimiz bir dəfə xanım səfirə həyatının xoş sürprizini yaşadıblar, bilirsiniz nə ilə? Fransız dilində ona meyxana deməklə və onun özünə şeir qoşub mahnı ilə ifa etməklə. Hətta meyxana səfirin o qədər xoşuna gəlibmiş ki, özü də meyxananı əzbərləyib sonradan həvəslə söyləyib. 

Bəli, biz fransızların erməni sevgisini və bu ölkədə yaşayan erməni toplumun sayını, gücünü bilriik. Amma gəlin razılaşaq ki, Fransa və fransız xalqı ilə bağlı bilmədiyimiz bildiklərimizdən dəfələrlə çoxdur. Bu boşluğu doldurmaq üçün çiyinlərini bu taleyüklü işin altına verənlərə eşq olsun deməliyik və günlərin bir günü Fransanın nəinki Strasburq, Sorbonna  və ya digər universitetlərində, Senatda və Yelisey sarayında fransız dilində meyxana deyildiyini eşitsəniz, duysanız, təəccüblənməyin, bu, bizim sıradan bir millət olmadığımızı dünyanın mədəniyyət beşiyinin bilicilərinə anlatmış olacaq. Silahımızla Avropanı fəth edə bilmədiksə, bənzərsiz mədəniyyətimizlə, incəsənətimizlə silahlanaraq fransızların incə qəlblərini fəth etməyin qayğısına qalaq bəlkə...?

loading...
loading...
Ərdoğan Qənirə Paşayevanın şeirini oxudu - VİDEO
200 il yaşamağın sirrini kəşf edən 11 dəfə Həccdə olan 83 yaşlı kişinin möcüzəsi + VİDEO
Polisdən qaçan oğrular bu cür yaxalandı - MARAQLI...+ VİDEO
“İlham Əliyev Cavid Qurbanovu buna görə təriflədi…”
"Mən özüm münaqişədən sonra Yerevanda 3 dəfə mətbuat konfransı keçirmişəm və..."
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Yüzlərlə ailənin yaşadığı Bamyan vadisindəki mağaralar- FOTOLAR
Maraqlı
Bu olmasaydı, insan ömrü at ömrü qədər qısa olardı: Alimlərdən maraqlı araşdırma...
Maraqlı
"Təhlükəsizlik Xidməti polisi, polis də  öz növbəsində bu qurumu izləyəcək...”
Gündəm
“Qarabağ münaqişəsinin qurbanları haqqında beynəlxalq təşkilatlar ətraflı məlumatlandırılmalıdır”
Cəmiyyət
“Zorlanma faktı yaxın adamlar tərəfindən törədildiyi üçün qadınlar bu haqda düşünmür...”
Həftənin ən çox oxunanları
"Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" - Bakıda ŞOK OLAY - VİDEO
Pərvin Abıyeva: “Mənim üçün sevgidə yataq...” - VİDEO
İnsanların çoxu bu məsələdə seksdən daha çox həzz alır - Alimlərdən inanılmaz tədqiqat
Bacısını efirə çıxartdı, əri zəng edib dalaşdı - Gərgin anlar
Tolik Damla ilə bağlı şok video yaydı: “Bəlkə də buna görə mənimlə düşmən olacaqsan” - VİDEO
Deputat keçmiş baş nazirin qızını 3 dəfə zorladı - atası susmağı tələb etdi...- RƏZALƏT
"Zaur məni çağırmışdı oxumağa, çağırmamışdı ki, deyə ki, Elnarə ev tikdirir..." - İRAD
Xoşqədəm ATV və ANS-dəki - MƏVACİBİNİ AÇIQLADI
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər ola bilər
"Fərhad Əhmədov Azərbaycana dönəndə hiss etmişdim ki, bu, xoşniyyətli dönüş deyil..."
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247