Xəbər lenti
18/11/2019 [00:02]:
Bu gün erməni jurnalistlər, sabah Paşinyanın nəvələri gələcək...
18/11/2019 [00:00]:
Ruhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaq
17/11/2019 [23:55]:
Sərnişin qıza edilən irad kütləvi davaya çevrildi - VİDEO
17/11/2019 [23:51]:
Göyərtəsində rusların olduğu gəmidə yanğın
17/11/2019 [23:48]:
Gəncədə qadın dərmandan zəhərlənib
17/11/2019 [23:46]:
Prezidentə sui-qəsd hazırlamaqda şübhəli bilinən dəstə üzvləri saxlanıldı
17/11/2019 [23:44]:
Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirildi - FOTOLAR
17/11/2019 [23:16]:
“Xanımımın belə gözəl görünəcəyini bilsəydim, çəkilməyinə icazə verməzdim...”
17/11/2019 [23:14]:
Hamam xalatında pozlar verdi - FOTOLAR
17/11/2019 [22:45]:
Tbilisidə etiraz aksiyasında 5500 nəfər iştirak edib- FOTO,YENİLƏNİB
17/11/2019 [22:34]:
Hindistan Rusiyadan 200 helikopter almaqdan imtina edir?
17/11/2019 [22:33]:
Fanatı səhnədə arxasına toxundu, həyatının şokunu yaşadı - FOTOLAR
17/11/2019 [22:17]:
Moskva aeroportlarında 20-yə yaxın reys təxirə salındı
17/11/2019 [22:14]:
Plastik qablaşdırma əvəzinə banan yarpağı
17/11/2019 [22:11]:
Saakaşvilidən azərbaycanlılara çağırış: "Təxribatlara uymayın!"
17/11/2019 [22:07]:
Ağcabədidə polis saxladığı avtomobildən silah-sursat aşkar etdi
17/11/2019 [21:41]:
Ronaldonu dünya rekordundan 10 qol ayırır
17/11/2019 [21:37]:
Xatun Rəqsanəyə söz atdı: “Evim Beyonsunku kimidir”
17/11/2019 [21:28]:
Ukraynanın iqtisadiyyat naziri vaxtilə marixuana istifadəçisi olduğunu etiraf edib
17/11/2019 [21:13]:
Bərdədə 2 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
17/11/2019 [21:10]:
"Təqdim edilmiş sənədlərin 40 faizdən çoxu ASAN mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumlarının payına düşür"
17/11/2019 [21:07]:
"Yolda insanlar mənə “Qoy, səni öpüm gedim” deyə, yaxınlaşanda göyə qaldırırlar" - VİDEO
17/11/2019 [20:36]:
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yanğın olub - YENİLƏNİB - FOTO
17/11/2019 [20:14]:
İranda benzinin bahalaşması əleyhinə keçirilən aksiyalar zamanı bir polis öldürülüb
17/11/2019 [20:04]:
Antonio Banderas teatr açıb
17/11/2019 [20:02]:
Tramp Kim Çen Inla tezliklə görüşəcəklərini bildirib
17/11/2019 [19:59]:
Qazaxda yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəstəxanalıq olub
17/11/2019 [19:45]:
Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi ilin ən yaxşı təşkilatı seçilib
17/11/2019 [19:43]:
“Azərbaycan tarixi”ndə növbəti buraxılış: Milli Dirçəliş Günü (VİDEO)
17/11/2019 [19:36]:
Məşhur serial 2020-ci ildə ekranlara qayıdacaq
17/11/2019 [19:32]:
18 nəfəri öldürən, 30 nəfəri isə yaralayan terrorçu tutuldu
17/11/2019 [19:29]:
Rusiya Ukraynanın 3 gəmisini geri qaytarır - FOTOLAR
17/11/2019 [19:19]:
"Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam" - Lukaşenko
17/11/2019 [19:16]:
AVRO-2020: Azərbaycan qələbə qazanmayan 9 yığmadan biridir
17/11/2019 [19:11]:
"Qarabağ" - "Düdelanj" matçının biletləri sabahdan satışda olacaq
17/11/2019 [19:09]:
Qubada iki avtomobil toqquşdu, xəsarət alanlar var
17/11/2019 [19:03]:
İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR
17/11/2019 [18:57]:
“Kişi kişi ilə sevişib-yatır, kimə ərə gedim?" - FOTOLAR
17/11/2019 [18:50]:
Cem Yılmaz Miri Yusiflə bağlı fikirlərinə aydınlıq gətirdi - FOTO
17/11/2019 [18:45]:
Məşhur "fəst-fud" zəncirində qalmaqal - Narkotikli çay servis edildi...
17/11/2019 [18:44]:
QAT sədri Yenidən Rifah partiyasının qurultayında iştirak etdi
17/11/2019 [18:31]:
Cem Yılmaz Fəxri Xiyabanı ziyarət etdi - FOTO
17/11/2019 [18:28]:
Gürcüstan müxalifəti parlamenti tam bloklayıb - FOTO
17/11/2019 [18:23]:
İmamoğludan xanımının geyimini tənqid edənlərə cavab
17/11/2019 [18:11]:
80 yaşlı ərindən boşanmaq istəyən gənc aktrisa yenə təəccübləndirdi - VİDEO
17/11/2019 [17:35]:
Avtomobil qəzası 350 abonenti qazsız qoydu - FOTO/VİDEO
17/11/2019 [17:26]:
Səudiyyə Ərəbistanı qara təslim oldu - VİDEO
17/11/2019 [17:24]:
Venesiya yenidən su altında qala bilər
17/11/2019 [17:07]:
Futbolçu qadın jurnalisti nokauta saldı - VİDEO
17/11/2019 [17:04]:
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: Rayon əhalisi də şokda, polis-prokurorluq da...
17/11/2019 [16:55]:
"Heç nədən utanmıram"
17/11/2019 [16:49]:
Gürcüstan müxalifəti aksiyalara başladı
17/11/2019 [16:30]:
ABŞ-dan İrana etiraz: "İnterneti söndürməyin"
17/11/2019 [16:24]:
Mübarizə KİŞİ kimi aparılmalıdır… – KAMİL HƏMZƏOĞLU YAZDI
17/11/2019 [16:03]:
Azərbaycan yığma komandasında növbəti itki
17/11/2019 [16:01]:
Lukaşenko növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir
17/11/2019 [15:56]:
Həkimlər Serbiya Prezidentinin həyatını xilas edib
17/11/2019 [15:53]:
Quranı yandırmaq istədi, polis işə qarışanda müqəddəs kitabı zibilliyə atdı - VİDEO
17/11/2019 [15:46]:
Toyda dostları bəy və gəlinə soğan hədiyyə etdilər - FOTO
17/11/2019 [15:42]:
Yüz minlərlə çexiyalı milyarder baş nazirə qarşı küçələrə çıxdı - FOTO
17/11/2019 [15:37]:
“Azərbaycanca danışmaq 10 manat, türkcə isə 700 manatdır” - Cem Yılmaz Erkinin atmacasına cavab verib
17/11/2019 [15:18]:
Almaniya tarixində ilk dəfə türk əsilli siyasətçi bələdiyyə sədri seçilib - FOTO/VİDEO
17/11/2019 [15:14]:
Xamneyidən benzinin bahalaşmasına reaksiya
17/11/2019 [14:56]:
Natavanla Dadodan yeni fotolar
17/11/2019 [14:49]:
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yanğın olub - FOTO
17/11/2019 [14:46]:
20-dən çox futbolçu ilə eşq yaşayan gözəlçə - FOTOLAR
17/11/2019 [14:10]:
"Ölkədə bütün danaları kəssən 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
17/11/2019 [14:04]:
Bakıda ağır qəza olub, 2 ölü, 2 ağır yaralı
17/11/2019 [13:56]:
“Səhiyyənin büdcəsi lap 4 milyard manat olsa da...”
17/11/2019 [13:52]:
Nadir Cem Yılmazı "qıjı" adlandırdı - FOTO
17/11/2019 [13:50]:
Ərdoğan AKP-dəki yerini ona verəcək - İddia
17/11/2019 [13:44]:
"Sevgilim rəqs etsə, ondan ayrılaram"
17/11/2019 [13:32]:
Lukaşenko səs verdi
17/11/2019 [13:30]:
Komanda-qərargah təlimi başa çatdı - VİDEO
17/11/2019 [13:20]:
Gənc müəllim kirayə yaşadığı evdə öldü...
17/11/2019 [13:10]:
Xaçmazda iki avtomobil toqquşdu: ölən var - FOTO
17/11/2019 [13:07]:
İtaliyada baş məşqçi 27:0 hesablı qələbəyə görə qovuldu
17/11/2019 [12:57]:
Sabah bəzi ərazilərdə yağış, sulu qar yağacaq
17/11/2019 [12:54]:
Cırtdan ölkənin kralı arvadları və uşaqlarına 19 “Rolls-Royce” və 20 BMW aldı - FOTO
17/11/2019 [12:48]:
Aeroport yolunda dəhşətli qəza - ölən və yaralılar var - VİDEO
Bütün arxiv bir sırada
21/01/2018 [18:22] - Köşə - ( 1620 dəfə baxılıb)

"Dəmir Ledi"nin "Bakı sonatası" və mükafatı...

Zahid Oruc

Tarix çox qəribə üzvi bağlılıq xüsusiyyətlərinə malikdir və müxtəlif siyasi liderlərin missiyasını çox zaman bir-birinə heyrətamiz şəkildə bağlayır.Uinston Çörçill və Marqaret Tetçerin taleyində olduğu kimi.
Hərçənd hər iki baş nazir Sovetlər Birliyinin dağılmasını ürəkdən istəyirdilər,lakin onların rəhbərik etdikləri dövrün beynəlxalq şəraiti bir-birindən kəskin fərqlənirdi.

Almaniyanın kapitulyasiyası xəbərini bütün dünyaya car çəkəndən sonra Amerikaya yola düşən Çörçill Fultonda,məşhur Vestminstr Universitetinin tələbələri qarşısında çıxış edir və ilk dəfə “dəmir pərdə”,soyuq müharibə” terminlərini dilə gətirir. Artıq başı əzilmiş faşizmin külündən cücərən yeni dünyanın ideoloji tablosunu cızmaq vaxtıdır.Doğrudur,politoloji aləmdə həmin ifadələrin müəllifliyinə çoxlu adam iddia edir.Lakin özünün siyasi hazırcavablığı və nəhəng xarizması ilə dünya ictimai fikrinə təsir göstərməyi bacardığına görə britaniyalı Hökumət başçısının faşizimin süqutundan sonrakı savaşın start siqnalını verdiyini inkar etmək mümkün deyil.

İki ingilis dövlətinin ittifaqını və dünya demokratiyaları qarşısında məsuliyyətini yaxşı başa düşən Çörçill,1946-cı ildə Ruzveltin ölümü ilə təkbaşına liderlik missiyasını üzərinə götürərək,Amerika və Britaniyanın güclərini birləşdirməyə çağırır,lakin onun nitqinin hər kəlməsini Kremldə Tanrı nəzərləri ilə izləyən “Co dayı”nın şərəfəinə xoş sözlər deməyi də unutmur.”Mənim rus xalqına və onun başçısı marşal Stalinə böyük hörmətim var”, deyən natiq,kommunizm ideyalarının yayılmasını təhlükə kimi gördüyündən ideoloji savaşın növbəti hərbi toqquşmalara səbəb olacağını aydın dərk edir.Lakin “nəhəng rus ayısı ilə,amerikan bizonu arasında özünü ingilis eşşəyi” kimi hiss etdiyindən və sovet rəhbərini yenicə təltif etdiyi kral 6-cı Georqun qılıncına tuş gəlmək istəmədiyindən Qızıl Ordu üzərində qələbəni öz xələflərinə saxlayır.

İş elə gətirdi ki,sovet qoşunları Əfqanıstana yeriyəndə ingilils dövləti özünə xanımı rəhbər seçdi.O vaxtlar “Krasnaya Zvezda qəzeti” ideoloji savaşın bütün basmaqəliblərinə əməl edərək, Qərb liderlərinin ünvanına müxtəlif təhqiramiz yarlıqlar yapışdırırdı.”Dəmir ledi” termini də düşmənlərindən ona edilmiş ən yaxşı hədiyyə oldu.Şahmat dili ilə desək,o,rəqibinin daşlarını özününkü etməyi yaxşı bacarırdı.Çox keçməyəcək,sovet jurnalistinin tapıntısı xanım ledinin bütün gələcək karyerasının ən parlaq epitetinə çevriləcəkdi. Yəni,sərt iradəyə və güclü xarakterə malik olduğunu “dəmir pərdə”in o tayında da etiraf edirlərsə,ondan yararlanmamaq mümkündürmü?
Tetçer cəmi üç ildən sonra nifrət etdiyi kommunizmin liderlərini son mənzilə yola salan xarici dövlət rəhbərlərinin fəxri qaravolunda yer almışdı.
Doğrudur,əvvəlcə,1982-ci ildə o,bolşevik ideyalarını yaymaq üçün son doktrinanın müəllifi sayılan Leonid Brejnevin cəsədini görməkdən yan keçsə də,1984-cü ildə Yuri Andropovu özünəxas təbəssüm və gizli xəyallar içərisində dəfn edən liderlərin içərisində ekranların mərkəzi obyektivinə düşür.Bütün xarici təxribatlara baxmayaraq,sovet xalqı əsarətdən çıxamağı deyil,böyük kommunizm ideyalarının hökmranlığı uğrunda mübarizəni əldə əsas tutub keçmiş Baş katiblərin “sink tabut”larını quyuya sallamamış növbəti xəstə rəhbərləri kommunizmin ən yüksək zirvəsinə qaldırırdılar.
Qapalı bir ölkədə birinci şəxslərin səhhətinin dövlət sirri təşkil etdiyini hər kəs bilir.Lakin SSRİ-nin bütün iqtsadi və siyasi həyatını mikroskopla izləyənlər üçün Konstantin Çernenkonun ölümü zərgər dəqiqliyi ilə hesablanmışdı. Bəli,sağlamlıq arayışlarının üzü Kremlin gizli hücrələrindən Oval Kabinetə və Londonun Vestministr ofislərinə sanki birbaşa teletaypla ötürülürdü.
Tetçer ölkəsinə qayıtdığı təyyarənin uçuş zolağı ilə ona 20-ci əsrin və şəxsi karyerasının ən böyük qələbəsini qazandıracaq şəxsin başçılıq etdiyi nümayəndə heyəti də onun ardınca yola düşür.Mixali Qorbaçov hələ Mərkəzi Komitəsinin katibi statusunda,özü də kənd təsərrüfatının sirlərini öyrənmək adı ilə böyük parlament qrupunun başında vəliəhd səfərlərini güclü payxatlardan salmağı qərara alır.
Belə xeyir-duaları indi Mərkəzi Kəşfiyyat İdarəsinin açılmış məxfi arxivləri də təsdiqləyir.Britaniya elitası Qorbaçovu həmin səfər zamanı yaxşı tanıyırdı və ikili agent Oleq Qordievski gələcək sovet rəhbərləri seçimində öz qiymətli məlumatları ilə həlledici seçim etməyə yardım göstərirdi.Bir çoxlarına qəribə gəlir, sosialist düşərgəsi ölkələrinin rəhbərlərini Kremldə təyin etdikləri halda Sovet İttifaqının taleyini Avropa paytaxtlarında həll edilməsi mümkün ola bilməzdi.Lakin faktlar amansız olur.
Gizli ingilis xəfiyyəsinin indi gün üzünə çıxmış sənədlərindən görünür ki,qarşısına qoyulmuş qovluqda üç nəfərin adı içərisində xanım Ledi tərəddüd etmədən sovet partiya nomenklaturasının ən gənc və ram edilmiş üzvü-Qorbinin üzərində dayandığını hökumət üzvlərinə açıq söyləyir.Çünki digər namizədlər,Siyasi Büro üzvü və sərt xarakteri ilə tanınan Heydər Əliyevi,həmçinin qoca Andrey Qromıkonu özününkünə çevirmək,verbovka edərək yenidənqurma adı altında nəhəng proletar diktaturasını məğlubiyyətə uğratmaq mümkün olmayacaqdı.Artıq tarixə çevrilmiş sözlər də o zaman dilə gətirildi:”mən Qorbaçovu bəyənirəm və biz onunla birgə işləyə bilərik”.Bəli,aydın və qəti..
Göründüyü kimi,kommunist rejimini dağıtmağa çalışan Birləşmiş Ştatların və anqlo-saks dünyasının bütün cəbhələrdə apardıqları savaş nəhayətdə,imperiyanın ən zəif nöqtəsini tampağa imkan vermişdi.Birinci şəxsə vurğunluq başqa cür izah oluna bilməzdi.Lakin bizim üçün SSRi-də başlayan inqilabi hərəkata hər cür təsir göstərən Marqaret Tetçerin Azərbaycanda yanvar hadisələrinə verdiyi qiymətlə,Litvada xalqın azadlıq mübarizəsinə münasibəti arasındakı ziddiyəti anlamağa çalışmaqdı.

Hər halda,Londonun siyasi yazarları qeyd edir ki,ABŞ prezidenti Ronald Reyqanın düşüncələrinə güclü təsir göstərməyi yaxşı bildiyindən britaniyalı Baş nazir milli-etnik zəmində baş verən üsyanları körükləməyin çox təhlükəli olduğunu həmkarının diqqətinə davamlı olaraq çatdırırdı.Başa düşülən mövqedir, çünki nüvə siahına malik dövlətin aqibətini düşünməmək olmazdı.Lakin sovet tankları amansızlıqla Bakıya yeridiləndə və bir vaxtlar faşizmə qarşı onlarla çiyin-çiyinə qəhrəmanlıqla vuruşan azərbaycanlıları qətlə yetirəndə qərbli liderlər hər zaman olduğu kimi qırmızı imperiyanın hərbi-siyasi elitasını deyil,xalqı günahlandırmağa daha çox üstünlük verdilər.Ata Buş öz vətəndaşlarını ordu ilə susduran adamla münasibətləri pozmamaq üçün vəziyyətin tənzimlədiyinə görə Baş Katibin “əhəmiyyətli uğuru”nu təqdir edir,Tetçer isə meydanlarda azadlıq hayqıran milyonlarla insanın taleyinə deyil,sovet rəhbərinə “heyranlığını” bildirərək,xalqı qanunun aliliyinə hörmət etməyə çağırırdı.Gerçəkdən də dünyada ədalət və humanizm üçün beynəlxalq münsifliyə iddia edənlərin tərcümeyi-halında qırmızı sətirlə keçən hadisələrdən bəhs edirik.
Kimsə deyə bilər ki,əslində siyasət belə manevrləri və fərqli notlarla istədiyi musiqini ifa etməyi sevir.Düşmənini müdafiə etmək bəzən hücumdan daha çox effektli olur.O üzdən litvalılar parlementdə müstəqillik aktını bəyan edəndə Britaniya taxt-tacı özünü əsil siyasi Həcc təmsilçiləri kimi aparırdı.Səhihliyi şübhə doğurmayan dövlət sənədlərindən görünür ki,Tetçer Qorbaçova telefon edərək,Baltikyanı ölkələrin Hitler-Stalin razılaşması nəticəsində ötən əsrin 40-cı illərində işğala məruz qaldığını arqument kimi irəli sürüb,onlara qarşı hər hansı güc tətbiqinin yolverilməz sayılacağını və müdaxilənin Qərb cəmiyyətlərində qətiyyətlə pisləniləcəyini dilə gətirirdi.Hər halda nəticə çıxarmaq çətin deyil ki,Londondan verilən mesajlar böyük bir imperiyanın başçısının necə əldə saxlandığının açıq sübutudur. Doğrudur,sonralar Qızıl Ordu Vilnüs küçələrində son akkordlarını vuraraq özünün vida marşını oxumağa cəhd etdi,lakin Bakıda yaşanan qırğınların miqyası,dövlət təhlükəsizlik strukturlarının müxtəlif təxribatları ilə silahlı müdaxiləyə ideoloji-siyasi zəmin hazırlaması və sonradan bütün məsuliyyətin “islam fundametalizminə yuvarlanmağa hazır olan,etnik vandalizm həyata keçirən və dövlət çevrilişinə çalışan” bir millətin ayağına yazılması qədər amansız olmadı.

İndi nə demək olar,hər halda latışlar,yaxud litvalılar qafqazlardan daha üstün keyfiyyətdə,Avropa cəmiyyətlərindən zorla qoparılmış toplum kimi müdafiəyə layiq ola bilərdi.Hər halda vahid bir çətirin altında yaşadıqları illərdə onlar da hamı kimi Lenin ideallarına sədaqət göstərir və kommunizm quruculuğuna rəşadətlə töhfə verirdilər.O da həqiqətdir ki,milli azadlıq və demokratiya dalğalarının ilk ləpələri məhz Baltik sahillərindən üzü Moskvaya,Bakıya,Tbilisiyə doğru yayılırdı.

Xanım Tetçer Soyuq müharibədəki qələbəsini neft dənzilərində qeyd etmək üçün 1992-ci illərdə dünyanın transmilli nəhəngi BP-nin kəşfiyyat rəhbəri Con Braunu Bakıya yola salacaq, Aərbaycana ilk səfərindəcə qırmızı imperiyanın nekroloqunu yazan qalib rəhbər 30 milyon dollarlıq çeki bir vaxtlar Qorbaçovun “ekstremist milli ünsürlər” saydığı Xalq Cəbhəsi liderinin masasına atacaqdı.Heç kəs Britaniya liderinə nə onda,nə də sonralar Şekspirin qəhrəmanı kimi söylədiyi alovlu nitqə şübhə ilə yanaşmayacaq,ondan keçmişin hesabını sormayacaq və Şuşanın,Laçının işğalına qarşı çox kəskin mövqeyin səmiyyətinə canı-dildən inanacaqdılar.

Lakin böyük qənimətləri ələ keçirəndən və uğurlu neft müqailələrini qazanandan sonra da Britaniya liderinə dünyada hər şeydən daha qiymətli xalq sevgilərini xatırlatmaqda fayda olduğunu düşünənlər onun gülərüz portreti qarşısında aciz dayanıblar.Qaliblər gerçəkdən də mühakimə olunmur.Hər halda,təskinlik üçün onu düşünmək olar ki,Stalinin xofu qarşısında Fulton məruzəsini diplomatik jarqonlarla bəzəmiş Uinston Çörçilin strateji arzularını həyata keçirəndə xanım Tetçer 20 yanvar Bakısında qana batırılmış Qorbaçov portretlərinin üzərindən keçərək,Balaxanı neftini halal başına çəkməliydi.

Tarix istənilən məhkəmədən daha ədalətli şəkildə siyasi liderlərin qara və ağ üzlərini gün işığına çıxarır və “Dəmir ledi”nin parlaq simasının kölgəsində bütün sifətlər aydın görünür.Həm də sifətsizliklər..

loading...
loading...
Məşhur "fəst-fud" zəncirində qalmaqal - Narkotikli çay servis edildi...
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
Çox yemək ölüm, ac qalmaq şəfadır - Yapon aliminin kəşfi AUTOFAGİYA...
“Sevgisiz həyat mənə mənasız gəlir”
"Ümid edirik ki, dünyadakı yəhudi icmaları Ermənistanı bu abidəni sökməyə məcbur edəcəklər”
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirildi - FOTOLAR
Cəmiyyət
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Dünya
ABŞ-dan İrandakı etirazçılara dəstək: “Həmişə yanınızdayıq…”
Cəmiyyət
Viski gənclik mənbəyi olmasa da onkoloji xəstəlikdən qoruyur - Alimlərdən araşdırma...
Dünya
İdman salonunda əlbəyaxa dava - MARAQLI...+ VİDEO
Həftənin ən çox oxunanları
Aygün Kazımova məhbəsdə ölüm ayağında olan qardaşına baş çəkdi - FOTO
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
"Türkiyə bundan sonra Qarabağda lövbər salmış "PKK"-nın üzərinə getməlidir..."
Yanvardan pensiyalar bu qədər ARTACAQ
“Bu məsələ açılsa, Rusiya üçün görünməmiş biabırçılıq olacaq...”
"Ölkədə bütün danaları kəssən 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO
Suraxanının yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247