“Belarus, Ordusunun demək olar ki, üçdə birini Ukrayna ilə sərhədə yerləşdirmək məcburiyyətində qalıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində danışıb.
O qeyd edib ki, Ukrayna Belarusla sərhədləri yaxınlığında 120 mindən çox hərbi qulluqçu saxlayır:
Prezident xatırladıb ki, Rusiyadan iyunun sonu - iyulun əvvəlində Belarusun Müstəqillik Günü paradında iştirak etmək üçün aviasiya və quru qoşun hissələrinin bir çoxu gətirilmişdi:
“Ukraynalılar o zaman Rusiyanın Belarus ərazisindən hücuma keçəcəyini düşünürdülər. Və onlar (Ukrayna - red.) 120 minə hərbi personalı sərhədə köçürməyə başladılar. Cavab olaraq ordunun üçdə birini Ukrayna ilə sərhədə yerləşdirməyə məcbur oldum”.
Bizim.Media