Xəbər lenti
05/08/2020 [15:13]:
"Səhvim bir də o olub ki, qəbul etdiyimiz bəzi qərarlar yerlərdə həyata keçirilməyib..."
05/08/2020 [15:08]:
Ailə qurmağa hazırlaşırdılar, yan yana dəfn olundular - DƏHŞƏT...
05/08/2020 [15:05]:
Xalq artistindən etiraf: “Rus qadından övladım olub”
05/08/2020 [15:05]:
Gəncədə karantin rejimi qaydalarını pozan çayxanalar aşkarlanıb - FOTO
05/08/2020 [15:03]:
Türkiyədə bayram günləri yol qəzalarında 60 nəfər ölüb
05/08/2020 [14:54]:
Aşıq Ədalətin həkim gəlininə töhmət verildi - RƏSMİ
05/08/2020 [14:53]:
27 prokurorluq işçisi ilk dəfə prokuror vəzifəsinə təyin olunub
05/08/2020 [14:51]:
Mərhum generalın oğluna yüksək vəzifə verilib? - Rəsmi
05/08/2020 [14:50]:
Dəhşətli partlayış yeni evlənən cütlükdən də yan keçmədi - VİDEO
05/08/2020 [14:50]:
Kamran Əliyev: “Son üç ayda 703 əmr imzalanıb, 114 nəfər rəhbər vəzifələrə təyin olunub”
05/08/2020 [14:46]:
Bakıda dayə xidməti təklif edən şirkət müştərini aldadıb 300 manatını aldı...
05/08/2020 [14:35]:
Nuran Abdullayevin 4 ay əvvəl koronavirusla bağlı dediyi elmi tədqiqatlar təsdiqlənir...
05/08/2020 [14:24]:
Sahil Babayev: “Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub”
05/08/2020 [14:21]:
"Firuzə İbadova kimi korifey hətta ac da qalsa, bunu abırına, ismətinə sığışdırıb etməz"
05/08/2020 [14:20]:
Ayin oxuyan keşiş qorxaraq belə qaçdı QORXUNC... + VİDEO
05/08/2020 [14:15]:
SMS icazənin ləğvindən sonra Bakı - VİDEOREPORTAJ
05/08/2020 [14:12]:
Ədalət Vəliyev generalla görüşüb, ordudakı vəziyyət müzakirə edilib
05/08/2020 [14:10]:
Digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyan şəxslər məsuliyyətə cəlb ediliblər
05/08/2020 [14:10]:
Baş Prokurorluqda yeni dəyişikliklər oldu - Bəzi idarə və şöbələr ləğv edildi
05/08/2020 [14:08]:
Qoşunlarda yay tədris dövrü başlayıb - FOTO
05/08/2020 [13:58]:
Beyrutdakı partlayış yüzlərlə metr uzaqlıqdakı avtomobili bu hala saldı - VİDEO
05/08/2020 [13:43]:
Kompüter siçanının yaradıcısı öldü
05/08/2020 [13:36]:
"TƏBİB ancaq yerdəyişmə etməklə məşğuldur, başqa heç nə bacarmır, evimizi yıxan da..."
05/08/2020 [13:34]:
Beyrutda 10 yanğınsöndürən itkin düşüb
05/08/2020 [13:28]:
“Onların hər birinə mahnı qoşulmalı, film çəkilməlidir, çünki...”
05/08/2020 [12:42]:
Parlament büdcə layihəsinin tərtibinin dayandırılmasını ilk oxunuşda təsdiqlədi
05/08/2020 [12:40]:
Milli Məclis büdcəyə dəyişiklikləri I oxunuşda qəbul edib - YENİLƏNİB
05/08/2020 [12:38]:
Azərbaycanda bəzi sahələrə güzəştli kreditlərin verilməsi təklif olunur
05/08/2020 [12:36]:
Partlayışın Beyruta vurduğu ziyan məlum oldu
05/08/2020 [12:27]:
Deputatdan 190 manatla bağlı TƏKLİF
05/08/2020 [12:25]:
Təhsil haqları yarıbayarı azaldılsın - TƏKLİF
05/08/2020 [12:12]:
“Kənd təsərrüfatı məhsullarının qiyməti fantastik dərəcədə artıb” – “Görün qışda nə olacaq”
05/08/2020 [11:51]:
“ÜDM-nin düşməsinin 5%-dən az olmayacağını proqnozlaşdırırıq” - Samir Şərifov
05/08/2020 [11:49]:
Tbilisidə “Era Teatrı”nın yeni ofisinin açılışı olub
05/08/2020 [11:47]:
Prezident Dövlət Agentliyinə vəsait ayırdı
05/08/2020 [11:45]:
“Bundan sonra telekanallar da onların üzərində nəzarət olduğunu hiss edəcəklər...”
05/08/2020 [11:43]:
Sahibkarlara 250 manat ödəniləcək - Rəsmi açıqlama
05/08/2020 [11:36]:
“Yaşadığım ömür yolumda çalışmışam ki, xalqıma sədaqətli olum...”
05/08/2020 [11:33]:
"Ermənistan BMT Təhlükəsizlik Şurasının nüfuzuna xələl gətirir" - Cenevrədəki ekspert
05/08/2020 [11:28]:
“Neftin qiymətinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib”
05/08/2020 [11:25]:
BƏƏ-də yaşayan soydaşlarımız Ermənistanın işğalçı siyasətinə etiraz edirlər
05/08/2020 [11:21]:
"İl ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq"
05/08/2020 [11:18]:
Milli Məclisdə iyul şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
05/08/2020 [11:16]:
Fəttah Heydərovun xatirəsi parlamentdə yad edilib
05/08/2020 [11:15]:
Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
05/08/2020 [11:14]:
Hannover şəhərində Azərbaycan ordusuna dəstək mitinqi keçirilib
05/08/2020 [11:09]:
ADU-nun Konfutsi İnstitutu "Koronavirus pandemiyasının psixoloji çağırışları" müsabiqəsi keçirir
05/08/2020 [11:06]:
"Akademiyada ”islahat”a başlayanlar Cümhuriyyət banilərinə qarşı kif basmış konsepsiyanı dirçəltməyə çalışır..."
05/08/2020 [11:05]:
Göyçayda narkotacir tutuldu - FOTO
05/08/2020 [11:03]:
Beyrutdakı partlayışda 3 erməni ölüb, 100-ə yaxın erməni isə xəsarət alıb
05/08/2020 [10:58]:
Çimərliklərdən ilk görüntülər - VİDEO
05/08/2020 [10:54]:
Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək
05/08/2020 [10:53]:
Zaqatalada qadına məxsus çantadan qızıl və pul oğurlayan şəxs saxlanılıb
05/08/2020 [10:52]:
Azərbaycan nefti bir qədər də bahalaşıb
05/08/2020 [10:50]:
İcaze.e-gov.az portalından icazələr bu formada alınacaq
05/08/2020 [10:45]:
“Generalla görüşdüm, Beyrutdakı partlayış hücumdur”
05/08/2020 [10:43]:
Gürcüstanda koronavirusa yoluxanların sayı 1 197 nəfərə çatıb
05/08/2020 [10:41]:
Azərbaycan Beyrutdakı partlayışa görə Livana başsağlığı verdi
05/08/2020 [10:19]:
Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
05/08/2020 [10:18]:
Kamran Əliyev mərhum generalın oğluna yüksək vəzifə verdi
05/08/2020 [10:11]:
Beyrutda BMT-nin 48 əməkdaşı yaralanıb - RƏSMİ
05/08/2020 [10:07]:
Dövlət qulluğu ilə bağlı müsahibələrin keçirilmə qrafikində dəyişikliklər edilib
05/08/2020 [10:05]:
Dünyada koronavirusdan ölənlərin sayı 700 mini ötüb - STATİSTİKA
05/08/2020 [10:01]:
“TƏBİB həkimlərə ayrılan pulları vermir” - Deputat
05/08/2020 [09:59]:
Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü ötüb - FOTO/VİDEO
05/08/2020 [09:56]:
Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur - XİN
05/08/2020 [09:54]:
Ermənilər atəşkəsi pozmaqda davam edir
05/08/2020 [09:44]:
"Koronavirusla mübarizədə Qafqaz ölkələrində müşahidə edilən kəskin fərqlərin başlıca səbəbi..."
05/08/2020 [09:41]:
Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO
05/08/2020 [09:26]:
Turançı – islamçı Ənvər Paşanın son mücadiləsi şəhadətlə bitdi... - ARAŞDIRMA
05/08/2020 [09:22]:
Livandakı partlayışda yaralananlar arasında azərbaycanlı var? - Açıqlama
05/08/2020 [09:19]:
Hava limanında erməni qadının çantasından 12 il əvvəl ölən ərinin sümükləri tapıldı
05/08/2020 [09:17]:
Azərbaycanda çimərliklər açılıb
05/08/2020 [09:17]:
"Dağlıq Qarabağın BMT protektoratına verilməsi onun müstəqil dövlət kimi tanınmasına gətirib çıxaracaq"
05/08/2020 [09:15]:
Eldar Mahmudovun “U dönüşü” arzusu və bankirinin ayaqda qalmasının sirri
05/08/2020 [09:08]:
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir
05/08/2020 [09:08]:
Bu gün Yerə maksimal məsafədə asteroid yaxınlaşacaq
05/08/2020 [09:07]:
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
05/08/2020 [09:03]:
Sərt karantin rejimi tətbiq olunan 13 şəhər və rayonda bir sıra məhdudiyyətlər qüvvədə qalır - SİYAHI
05/08/2020 [09:00]:
Milli Məclis bu gün toplanır, gündəlikdə 6 məsələ var
Bütün arxiv bir sırada
28/12/2017 [19:16] - Köşə - ( 3840 dəfə baxılıb)

ABŞ üçün hansı ölkə təhlükəlidir?

Qulu Məhərrəmli

Odla oynayan Rusiya, yoxsa iqtisadi möcüzələr göstərən Çin?

Deyəsən, Amerika prezidenti D.Tramp yavaş-yavaş ipə-sapa yatmağa başlayıb. Qüdslə bağlı araqarışdıran bəyanatından sonra ağzından çıxan kəlmələrin də fərqinə varır. Onun ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası ilə bağlı verdiyi ciddi bəyanatlar çoxlarında belə bir təəssürat yaradır ki, başında hələ də biznes havası qalmış Tramp əməlli-başlı siyasətçi qiyafəsinə girir.

Dünyanın ən güclü dövlətinin prezidenti indi öz ölkəsinin təhlükəsizliyi barədə həyəcanla danışır. O, hərbi büdcəni artırır, əlavə döyüş gəmiləri, çevik hərbi qüvvələr və raket daşıyıcıları yaratmaq zərurətini vurğulayır, strateji hədəflərini, maraq zonalarını və rəqiblərini açıq şəkildə elan edir. Trampın güc siyasəti və hərbi ritorikası ABŞ-ın ondan əvvəlki respublikaçı prezidentləri ”“ R.Reyqan və C.Buşu mənim yadıma salır. Bunlardan birincisi SSRİ kimi “şər imperiyası”nı çökdürüb, ikincisi isə “Amerikanın həyati maraqları” naminə Yaxın və Orta Şərqi döyüş poliqonuna çevirib. Məsələ burasındadır ki, prezident kimi bütün qeyri-adekvat davranışlarına baxmayaraq, D.Tramp strateji məqsədlərə nail olmaq üçün iqtisadi mexanizmlərə söykənməkdə Reyqanın, hərbi gücdən yararlanmaq taktikasında isə Buşun yolunu təkrarlayır. Yəni dünyaya dəlisov kimi görünən ABŞ prezidentinin yeni təhlükəsizlik doktrinası ciddi ağıla söykənir.

Təbii ki, Amerikanın təhlükəsizlikdən danışması, son illərdə dünyanın müxtəlif nöqtələrində cərəyan edən hərbi-siyasi və iqtisadi proseslərlə bağlıdır. Bu proseslərdə gəlir-çıxarlarını yaxşı hesablayan ABŞ-ın dünyanın başqa iki güclü dövlətini ”“ Çini və Rusiyanı özünün rəqibi elan etməsi təsadüfi deyildir. Əslində bu kontekstdə “rəqib” sözü bir az yumşaq səslənir, çünki geosiyasi və iqtisadi maraqlar uğrunda mübarizədə rəqiblik bəlkə də mümkündür, amma hərbi və milli təhlükəsizlik məsələsində yalnız “düşmən” var. Ona görə də bu ölkələrdən hansının ABŞ-a rəqib, hansının isə düşmən olmasını aydınlaşdırmaq o qədər də çətin deyildir.

* * *

Bəli, beş minillik mədəniyyəti olan, iqtisadi və texnoloji cəhətdən inkişaf etmiş Çin dünya bazarında Amerikanın rəqibidir, dünya iqtisadiyyatının ən güclü oyunçusudur. Dünyada ən çox (2 trilyon 249 milyard dollar) məhsul idxal edən ölkə ABŞ-dır, əksinə ən çox (2 trilyon 97 milyard dollar) məhsul ixrac edən ölkə Çindir. Amerika 796 milyard dollarla dünyada ən böyük ticarət kəsiri olan ölkə sayılırsa, əksinə Çin 510 milyard dollar müsbət saldo ilə dünyanın ən böyük ticarət artığı olan ölkəsidir.

Marksizm və maoizm bayraqlarının dalğalandığı Çin ideoloji ölkə kimi qalsa da, iqtisadiyyat və sosial rifah baxımından inkişaf yolundadır. 56 etnik qrupun yaşadığı 1 milyard 300 mln. əhalisi olan bu böyük sosialist ölkəsində iqtisadi mexanizmlərin çevik işləməsi sizə zarafat gəlməsin. Çoxları bu sistemin çevikliyini düzgün idarəçilik, əxlaq və korrupsiyaya qarşı effektli mübarizə ilə izah edirlər. Çin demokratik ölkə olmasa da, avtoritar da deyildir, prinsipial siyasi qərarların kollegial şəkildə qəbul edildiyi şəksizdir.

Çin həm də hərbi ölkədir, güclü nizami ordusu, nüvə silahı, müasir elektron bazası vardır. Hər il Rusiyadan təxminən 4-7 milyard dollarlıq yeni silahlar alır. İqtisadi və hərbi gücü sayəsində Çin regional liderə çevrilmişdir, tam müstəqil siyasət yeridir, bölgədə gedən proseslərə təsir edə bilir. Bir çox hallarda Rusiya ilə birləşərək ABŞ-ın maraqlarına qarşı çıxır. Ona görə Vaşinqton bu “rəqib”lə ehtiyatlı davranır.
* * *

Rusiyaya gəldikdə isə vəziyyət bir qədər qəlizdir. O, Çin kimi güclü, ABŞ qədər qüdrətli deyildir, amma birqütblü dünya ilə də barışmaq istəmir. Ukraynaya silahlı müdaxilədən və Suriyadakı hərbi uğurdan sonra Moskvada belə bir illüziya yaranıb ki, guya SSRİ-nin geosiyasətdəki zəfər yürüşünü davam etdirə bilər. Qərbin susqunluğu siyasətçidən daha çox hərbçi kimi davranan V.Putini xeyli ürəkləndirsə də, yeni iddiaları gerçəkləşdirmək üçün Rusiyanın nə iqtisadi, nə hərbi, nə də texnoloji gücü kifayət qədərdir. Rusiya iqtisadiyyatı neft-qaz və hərbi məhsul ixracına əsaslanır, dünya bazarında bu ölkənin xüsusi çəkisi yoxdur. Buna baxmayaraq, Putin Qərbə Rusiyanın varlığını anlatmaqda israrlıdır və buna görə də tez-tez Amerikanın əl-ayağına dolaşmaqdan çəkinmir.

ABŞ prezidenti “sərhədlərimizi qorumasaq, ölkəmizi qoruya bilmərik” deyəndə təbii ki, iki okean arasındakı ərazi ilə məhdudlaşmır. Vaşinqtonun təhlükəsizlik sərhədləri Avropadan, Asiyadan, Afrikadan keçir. Amerika həmin sərhədlərin pozulmasını az qala dünya nizamının pozulması kimi qiymətləndirir. Bu sərhədləri ən çox pozan isə Rusiya olduğundan, “Ağ ev” Moskvaya qarşı davranışını sərtləşdirib. Əvvəllər Rusiya və Putinlə, sanki dialoq yolunu axtaran kimi görünən D.Tramp yeni “Amerikanın Milli təhlükəsizlik strategiyası” sənədində Moskvaya açıq savaş elan edir, onu ölkəsinin maraqlarını təhdid etməkdə günahlandırır. Yaxın Şərq və Asiya regionunda məsələlər dumanlı kimi görünsə də, Rusiyanın Avropa üçün təhlükə doğurması şübhəsizdir.

Vaşinqton yeni təhlükəsizlik strategiyası ilə sözdən işə keçir, güman ki, birinci mərhələdə Reyqan taktikası işə düşür, yəni Rusiya iqtisadi cəhətdən sıxışdırılacaq, təsirsiz sanksiyalar yenisi ilə əvəz ediləcək. Tezliklə “ABŞ düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə” qanunu qüvvəyə minəcək, Putinin yaxın çevrəsinə və bütövlükdə ölkə iqtisadiyyatına ciddi zərbə dəyəcək. Sanksiyaların yalnız Rusiyada prezident seçkiləri ilə bağlı olduğunu düşünmək yanlış olardı, bu kampaniya Moskvanı öz yerində oturtmaq üçün uzunmüddətli təzyiqlər şəklini alacaq. Təbii ki, ABŞ-ın Rusiyanı düşmən olaraq seçib-qaralaması, Moskvanın təhlükə yaratdığı regionlar üçün, xüsusən Ukrayna, Baltikyanı respublikalar, Moldova və hətta, Cənubi Qafqaz üçün müəyyən mənada düşərli ola bilər.

Vaxtilə Şirvanşah İbrahim xan “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə xarici siyasət yürüdürdü. Əlbəttə, indi orta əsrlər dövrü deyil, çox şeylər dəyişib, amma ərazi də qalır, geosiyasi maraqlar da, təxminən oyunçular da eynidir. Deməli, “düşmənimin düşməni” ilə bağlı prinsiplər də aktuallığını saxlayır.

loading...
Ailə qurmağa hazırlaşırdılar, yan yana dəfn olundular - DƏHŞƏT...
Dəhşətli partlayış yeni evlənən cütlükdən də yan keçmədi - VİDEO
Ayin oxuyan keşiş qorxaraq belə qaçdı QORXUNC... + VİDEO
Beyrutdakı partlayış yüzlərlə metr uzaqlıqdakı avtomobili bu hala saldı - VİDEO
"Koronavirusla mübarizədə Qafqaz ölkələrində müşahidə edilən kəskin fərqlərin başlıca səbəbi..."
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
"Səhvim bir də o olub ki, qəbul etdiyimiz bəzi qərarlar yerlərdə həyata keçirilməyib..."
Araşdırma
Nuran Abdullayevin 4 ay əvvəl koronavirusla bağlı dediyi elmi tədqiqatlar təsdiqlənir...
İqtisadiyyat
“Kənd təsərrüfatı məhsullarının qiyməti fantastik dərəcədə artıb” – “Görün qışda nə olacaq”
Cəmiyyət
“Yaşadığım ömür yolumda çalışmışam ki, xalqıma sədaqətli olum...”
Dünya
Beyrut partlayışında erməni baş katib öldü
Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Seymur Verdizadə
"Bir kiloqram ətə görə insanları kamera qarşısında utandırmaq əxlaqsızlıqdır..."
Sultan Laçın
“Dildə Ana Dilimizi, Ana Vətənimizi sevib – əməldə anamızı ağladanlar...”
Həftənin ən çox oxunanları
Avqust ayında bu bürclər üçün göydən pul yağacaq - Vanqadan proqnoz
Moskva Paşinyanın yerinə adamını tapdı...
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Hədəfimiz türk ordusunu mühasirəyə almaqdır - General
Erməni generaldan hiyləgər etiraf: “Deyəsən, indi Ermənistan tək qalıb...”
"Biz həmişə Ermənistanın yanındayıq..."
Ermənilər Lavrova babalarının qəbrini göstərdi - VİDEO
"Görünür, ermənilər son hadisələrdə Rusiyanın bir qədər neytral qalmasından narahat olublar"
“Ermənilərin Rusiyadan  kütləvi deportasiyası gözlənilir...”  -Erməni nəşri...
“Onlar burunlarını hər yerə soxurlar – Qafqaza da, Orta Asiyaya da, Ukraynaya da...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247