Xəbər lenti
02/07/2020 [09:04]:
Qarabağ savaşı “su uğrunda” ola bilər – Politoloqdan şok
02/07/2020 [09:03]:
"Xüsusi karantin rejiminin pozulması halları təəssüf ki, hələ də qeydə alınır"
02/07/2020 [08:47]:
Ərdoğanla Merkel telefonla danışdı
02/07/2020 [08:46]:
Səsverməyə ayı balası ilə gəldi – FOTO/VİDEO
02/07/2020 [08:42]:
Bu gün növbəti buraxılış imtahanı keçiriləcək
02/07/2020 [08:40]:
Tərcümeyi-halı yanlış olan təhsil naziri beş gündən sonra istefa verdi
02/07/2020 [08:36]:
"Cərimələr əslində insanları qaydaları pozmaqdan çəkindirən səmərəli vasitədir"
02/07/2020 [08:33]:
Azərbaycanda zəlzələ oldu
02/07/2020 [08:05]:
Düşmən Laçın-Şuşa-Xankəndi yolunun növbəti təmirinə başladı…- FOTO
02/07/2020 [07:09]:
"Həyat yoldaşı Quranda niyə libasa bənzədilir?.."
02/07/2020 [01:27]:
Tramp koronavirusa qarşı peyvəndin tezliklə hazır olacağına SÖZ VERDİ...
02/07/2020 [01:13]:
"ABŞ erməni qüvvələrinə verdiyi müşahidə qurğuları ilə təkcə İranı müşahidə etmir..."
02/07/2020 [01:11]:
"Hamımız vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların şahidi olduq"
02/07/2020 [01:09]:
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Zaminbank” sədrini həbs etdi...
02/07/2020 [00:06]:
Bir erməni gecikmir, bir də Putin...
01/07/2020 [23:52]:
"İnsanlar qız övladına ona görə sahib olmaq istəmirlər ki, gələcəkdə hansısa şərəfsizin qurbanı olmasın"
01/07/2020 [23:48]:
Keçmiş xanımı yeni eşqə düşən İbrahim Tatlısəsi qınadı: "Allah ağıl versin..."
01/07/2020 [23:44]:
"Bu gün olmasa da, sabah oğullarımın bir yerdə oturub-duracaqları günlərin arzusu ilə yaşayıram"
01/07/2020 [23:37]:
"Tesla" bazar kapitalizasiyasına görə avtomobil şirkətləri arasında ilk sıraya yüksəldi...
01/07/2020 [23:31]:
“Ər çörəyi yemək istəyirəm“ - Əməkdar artist
01/07/2020 [23:31]:
"1 milyon şəxsə koronavirusla mübarizəylə bağlı məlumat çatdırmağa başlamışıq"
01/07/2020 [23:15]:
Rusiyada Konstitusiyaya düzəlişlər üzrə səsvermə qurtardı - YENİLƏNİB
01/07/2020 [23:10]:
Çempionlar Liqası: 2020/2021 mövsümünün tam təqvimi açıqlandı
01/07/2020 [22:06]:
Azərbaycanda süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı açıqlandı
01/07/2020 [22:04]:
Putin Rusiya imperiyasının rekordunu təzələyir
01/07/2020 [21:45]:
AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək - FOTO
01/07/2020 [21:39]:
Bakıda test nəticəsi pozitiv çıxan şəxs marketdə belə saxlanıldı - VİDEO
01/07/2020 [21:38]:
Türkiyə "Stinger" və "İqla"nın analoqu olan "Sunqur" raketini nümayiş etdirdi - VİDEO
01/07/2020 [21:21]:
Şəhərin ortasında koronavirusa vida ziyafəti təşkil etdilər - MARAQLI
01/07/2020 [21:12]:
Elçibəyin 32 il öncəki çıxışı – "Qulaq asın, mən də bir kəlmə deyim"
01/07/2020 [21:00]:
Baş Nazirdən sərt karantin tətbiq edilməyən rayonların başçılarının qarşısında yeni tələb
01/07/2020 [20:55]:
64 milyon dollarlıq saray yanaraq kül oldu - FOTO
01/07/2020 [20:29]:
İdmanla məşğul olmadan 150 kiloqram arıqladı - MARAQLI...+ FOTOLAR
01/07/2020 [20:25]:
“Azərsu” sədri su qıtlığı barədə: “Bir sıra mənbələr tikililərin altında qalıb”
01/07/2020 [20:23]:
Azərbaycanda 5G ajiotajı: Təhlükə nə qədərdir?
01/07/2020 [20:17]:
“Koronavirus testləri imkansız vətəndaşlar üçün pulsuz olmalıdır”
01/07/2020 [20:14]:
Gerye rəsmən “Qarabağ”da - FOTO
01/07/2020 [20:09]:
İradə Gülməmmədova növbəti video-görüntülü müşavirə keçirib - FOTOLAR
01/07/2020 [20:06]:
"Maska tax" deyən iş yoldaşını saçından sürüklədi - VİDEO
01/07/2020 [19:38]:
Bu tarixlərdə iş olmayacaq – DİQQƏT
01/07/2020 [19:35]:
Azərbaycanda koronavirusa daha 588 yoluxma qeydə alınıb, 7 nəfər vəfat edib
01/07/2020 [19:25]:
“Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir” - DİN-dən AÇIQLAMA
01/07/2020 [19:17]:
Dünyadakı milyarderlərin sayı rekord həddə çatıb
01/07/2020 [19:16]:
İdxal olunan benzinin qiymətinin artması ölkənin yanacaq balansına təsir etməyəcək - TƏHLİL
01/07/2020 [19:05]:
"Mnasakanyan Azərbaycanın təslim olmasını tələb etdi, ancaq rəsmi Bakı hələ də..."
01/07/2020 [18:58]:
Azərbaycanda karantin vaxtı toy edildiyinə görə vəzifəli şəxs işdən çıxarıldı
01/07/2020 [18:56]:
Tramp üçün Rusiya və “Taliban” əlaqələri ilə bağlı brifinq keçirildi
01/07/2020 [18:55]:
Prezident Administrasiyasının şöbə müdiri partiya sədrləri ilə görüşüb
01/07/2020 [18:54]:
Polis günü ərəfəsində yeni inşa edilən binaların açılışı olub
01/07/2020 [18:49]:
QHT Şurası və Real TV yeni ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlayır
01/07/2020 [18:43]:
Vladimir Putin: "Suriyada sülh naminə birgə çalışacağıq"
01/07/2020 [18:42]:
Bakının küçə və prospektlərdə quraşdırılmış polis postları sabahdan ləğv edilir - RƏSMİ
01/07/2020 [18:41]:
“Tesla”nın səhmləri ilkin tədavüldən bəri 60 dəfə bahalaşıb
01/07/2020 [18:35]:
Rektorun hərbi xidmətə çağırılmış məzunlarla onlayn görüşü keçirilib -FOTOLAR
01/07/2020 [18:33]:
37 yaşlı həkim koronavirusdan vəfat etdi
01/07/2020 [18:25]:
Dövlət qulluğuna qəbul üzrə onlayn müsahibələrin keçirilməsinə başlanılıb - FOTOLAR
01/07/2020 [17:49]:
Təhsil Nazirliyi jurnalistlər üçün seminarlar keçirəcək
01/07/2020 [17:47]:
Qəbələdə qardaş qardaşı güllələyib
01/07/2020 [17:40]:
ABŞ-da F-16 təyyarəsi qəzaya uğradı
01/07/2020 [17:38]:
“Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ
01/07/2020 [17:36]:
Çingiz Qənizadə: “Vətəndaşın məsuliyyətli olması əsas şərtdir”
01/07/2020 [17:26]:
"Həyatım boyu belə axmaq il olmayıb"
01/07/2020 [17:16]:
Dünyanın ən zəngin azərbaycanlısı 1 həftədə 500 milyon dollar İTİRDİ
01/07/2020 [17:14]:
"Rövşən Cavadov AXC-nin baş qərargahına gəlib çıxanda zorakılığa son qoyuldu..."
01/07/2020 [17:11]:
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı məlum oldu
01/07/2020 [16:57]:
“Sərhədlər bağlıdırsa, necə Londona gedə bilərəm?”
01/07/2020 [16:52]:
"Bu günkü AXCP-nin Azərbayvan Xalq Cəbhəsi hərəkatına heç bir aidiyyatı yoxdur"
01/07/2020 [16:50]:
Xaricdə təhsil alan tələbələrə təqaüdlər bu halda veriləcək - AÇIQLAMA
01/07/2020 [16:47]:
ABŞ geopolitikasının nəhəglərindən olan Zbiqnev Bjezinskini mat qoyan Ağsaqqal...
01/07/2020 [16:38]:
“O tullantılar koronavirus xəstələrinə aid deyil” - Nazirlik
01/07/2020 [16:36]:
AMEA-nın İnstitut direktoru Kürün quruması səbəblərindən danışdı...
01/07/2020 [16:36]:
“Milli Məclisdə oturub qadağaları sadalamaqla iş bitmir” – Xalq artisti
01/07/2020 [16:33]:
Siqaretlərin yeni QİYMƏTLƏRİ - SİYAHI
01/07/2020 [16:30]:
İlham Əliyev onları təltif etdi - SİYAHI
01/07/2020 [16:26]:
Bakıda karantin keçid postları ləğv olundu
01/07/2020 [16:13]:
“Ölkə başçısı daha neyləməlidir ki, qanun istədik qəbul etdi, biz ona kömək etməliyik...”
01/07/2020 [16:12]:
Rusiyada ümumxalq səsverməsinin ilkin nəticələri açıqlanıb
01/07/2020 [16:11]:
Rusiya, İran və Türkiyə prezidentləri videokonfrans formatında görüş keçirir
01/07/2020 [16:11]:
“Sosial şəbəkələrdə yanlış informasiyalar yaymaqla insanların ürəklərinə şübhə toxumu səpirlər...”
01/07/2020 [15:55]:
Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız – Maraqlı faktlar
Bütün arxiv bir sırada
14/12/2017 [15:28] - Köşə - ( 2268 dəfə baxılıb)

Avropa Məhkəməsinin Laçın ədalətsizliyi...

Elşad Paşasoy

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatasının “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzə çıxardığı qərar bir ilk olmasına görə əhəmiyyətli sayıla bilər. Hər halda söhbət Azərbaycan vətəndaşlarının lehinə qəbul olunan qərardan gedir.

Amma məsələ burasındadır ki, illərlə davam edən araşdırmaların nəticəsində Avropa Məhkəməsi belə qərara gəlib ki, Ermənistan 6 şikayətçi-laçınlının hər birinə 5 min avro və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir. İddiaçılar 1992-ci ilin 17 mayında evlərindən zorla qovulan Elxan və Adışirin Çıraqovlar, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qara Cəbrayılovdur. Sonuncu iddiaçı artıq vəfat edib...

Təsəvvür edin, Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş altı Azərbaycan vətəndaşı işğalçı Ermənistana qarşı Avropa Məhkəməsinə 6 aprel 2005-ci il tarixlində iddia qaldırıb. Üstündən 12 il yarım keçəndən sonra Məhkəmə onların hüquqlarının pozulduğu qənaətinə gəlib və Ermənistan hökumətinə vaxt verib ki, 3 ay ərzində laçınlı məcburi köçkünlərin kompensasiyasını ödəsin. Ədalət budurmu?

Avropa Məhkəməsi indiyədək Azərbaycan hökumətinə qarşı çoxsaylı iddiaları təmin edib-seçki hüququ, mülkiyyət hüququ, həbs qərarları və s. bağlı. Hələ məhkəmədə nə qədər icraata götürülmüş işlər var. Təbii ki, bu, ayrı söhbətin mövzusudur. Lakin necə olur ki, Azərbaycana qarşı azərbaycanlıların iddialarını məmnunluqla qəbul edib qərar çıxaran, üstəlik Azərbaycan hökumətini daha yüksək məbləğdə cərimələyən Avropa Məhkəməsi yüz minlərlə insanı yerindən-yurdundan edən, saysız cinayətlər törədən, bir ölkənin ərazisini illərdir işğalda saxlayan, sərvətləri talamaqda davam edən Ermənistana cüzi cərimə kəsir?

Hər halda digər məsələlər Ermənistanın təcavüzü nəticəsində həyatı alt-üst olan insanların durumu ilə müqayisədə dəhşətli deyil. Elə isə necə olur ki, Azərbaycandan şikayət edən azərbaycanlılara 10-15 min avro, Ermənistandan şikayət edən azərbaycanlılara isə 5 min avro kompensasiya ödənilməsi qərarı çıxarılır? Doğrudanmı Avropa Məhkəməsinin “ədalət carçıları” o fikirdədir ki, Laçında bir evin qiyməti 5 min avrodur? Əslində bu qərar 25 ildir Laçın nisgili ilə yaşayanlara qarşı həqarətdir.

İddiaçılardan biri, Laçin rayonundan məcburi köçkün düşmüş Fəxrəddin Paşayev deyib ki, hər iddiaçı 2 milyonluq maddi ziyan hesablayıbmış, məhkəmə 5 min avro verib.

Tamamilə haqlıdır. Əslində Söhbət puldan getmir. Bu gün laçınlı, şuşalı, kəlbəcərli...hər bir qarabağlı üçün doğma ocağı milyonlardan üstündür. İnsanlar hətta doğma yurdlarında dəfn olunmaq arzusu ilə yaşayır. Təəssüf ki, iddiaçılardan biri, Qara kişi yurd həsrətilə artıq dünyadan köçüb. Amma Avropa hakimlərinə çətin ki, belə duyğular təsir eləsin...

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov da deyib ki, hər bir şikayətçiyə 5 min avro həm maddi, həm mənəvi ziyana görə kompensasiya müəyyən etməsi gülüncdür. Avropalı hakim desin, görək 5 min avroya ev qurmaq mümkündürmü? Hələ başqa itkilər bir yana...Amma məsələ burasındadır ki, artıq qərardan şikayət də verilə bilməz.

Ermənistanın işğalı nəticəsində ölkəmizə dəymiş ziyanın məbləği 819,15 milyard (!) dollardır. Bunu Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı deyib. İşğalın zərəri hər gün artır. Qarabağdakı sərvətlər daşınır, əkin yerlərindən düşmən istifadə edir...Avropa Məhkəməsinin qərarı isə yüz milyardların yanında heç nədir.

Başqa bir məqama diqqət çəkək. Avropa Məhkəməsi erməniləri küsdürməmək üçün bilirsinizmi nə edib? Artıq erməni mediası bu xəbəri tirajlayıb. Belə ki, məhkəmə “Sarkisyan Azərbaycana qarşı” iddiası əsasında da tezbazar qərar çıxarıb. Təsəvvür edin, 6 aprel 2005-ci il tarixdə “Çıraqov və başqaları Ermənistana qarşı iddia irəli sürür, 2006-cı ildə isə Minas Sarqsyan adlı Ermənistan vətəndaşı eyni tipli şikayətlə məhkəmə iddiası qaldırır. Ancaq hər iki iddia barədə qərar eyni vaxta elan olunur. Özü də Azərbaycanın Goranboy rayonunun Gülüstan kəndinə qayıtmaq və öz mülkiyyətindən istifadə etmək barədə iddia qaldıran Sarkisyan və digərlərinə Azərbaycanın 5 min avro kompensasiya və 30 min avro məhkəmə xərclərini ödəmək tövsiyəsini edib. Hər halda erməni mətbuatı barədə yazıb.

Avropa Məhkəməsi əslində həmin azərbaycanlıların tarixi torpaqlarına qayıtması, Ermənistanın onlara kompensasiya ödəməsi barədə qərar verməlidir. Təkcə Bakıda 30 min erməni rahat yaşayır, Ermənistandan isə 250 min azərbaycanlının deportasiya edilməsi unudulub. Ancaq Dağlıq Qarabağ və ətraf 7 rayondan qovulan 750 min azərbaycanlıdan cəmi 6 nəfəri iddiasına baxıb, qərar da ki, belə...

Avropa Məhkəməsinin ədalətsiz münasibətini aprel döyüşləri ilə bağlı da gördük. Belə ki, 2016-cı ilin aprel döyüşləri vaxtı ermənilərin vurduğu ziyanla bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib. Həmin işlər icraata götürülsə də, ortada qərar yoxdur. Amma Məhkəmə dörd günlük aprel müharibəsinə görə Ermənistanın Azərbaycana qarşı qaldırdığı 23 iddianı da qəbul edib. İddia ərizəsində həyasızcasına bildirilib ki, 2016-cı ilin 2-5 aprel döyüşləri zamanı Azərbaycan Qarabağdakı hərbçilərin və mülki vətəndaşların insan hüquqlarını pozub. Təsəvvür edin, Avropanın ali qurumu işğalçının qaldırdığı iddianı qəbul edib, Azərbaycana qarşı dava açıb. Sabah paralel qətnamələrin çıxarılması da istisna deyil. Bu, nonsensdir. Eyni məntiqlə AİHM İŞİD, PKK və ya PYD-çilərin də iddiasını icraata götürməlidir. Ermənistanın işğalı və erməni terroru ilə İŞİD-in əməlləri arasında nə fərq var ki?..

Heyf, güvəndiyimiz Avropa Məhkəməsi 2 yaşlı Zəhranın qatillərinə bəraət qazandırmaqla özünü gözdən saldı...

loading...
Şəhərin ortasında koronavirusa vida ziyafəti təşkil etdilər - MARAQLI
64 milyon dollarlıq saray yanaraq kül oldu - FOTO
İdmanla məşğul olmadan 150 kiloqram arıqladı - MARAQLI...+ FOTOLAR
"Maska tax" deyən iş yoldaşını saçından sürüklədi - VİDEO
"Adamdan soruşarlar ki, məqsədin gerçəyi çatdırmaqdırsa, tarixi faktlarla niyə belə davranırsan?"
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
“Koronavirus testləri imkansız vətəndaşlar üçün pulsuz olmalıdır”
Gündəm
“Çətin zamanlarda edilən yardımlar hər zaman ikiqat bumeranq effekti verir”
Cəmiyyət
“Qusara evimə getmək istədim, postdan geri qaytardılar...”
Gündəm
“Əgər bircə ay da sərt karantin tətbiq edilsə,  dövlət qurumlarını maliyyələşdirmək üçün vəsait olmayacaq...” - Nazir  
Cəmiyyət
"“Evdə qal!”, “Özünü qoru!” çağırışları çox gözəldir, amma elə insan var ki, balkonsuz birotaqlı evdə yaşayır"
Yazar
İlham İsmayıl
Bir erməni gecikmir, bir də Putin...
Sultan Laçın
“Ordumuzun Mütəllibov və Elçibəy dövründəki uğurları  nədən ekranlaşdırılmır?..”
Həftənin ən çox oxunanları
"Mərc gəlirəm: bu gecə çevriliş olacaq..."- ABŞ səfirliyinin 1-ci katibindən şok iddia...
Aygün Kazımovanın yarıçılpaq videosu yayıldı - VİDEO (18+)
Arvadı ruhi xəstə, oğlu qumarbaz, dostu xəyanətkar...
Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO
Ərini başqa qadınla tutan, doğuş sancısıyla səhnəyə çıxan, şüşə gözlü Xalq artisti...
"Xüsusi sesiyanın çağırılması Azərbaycanın beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi nüfuzunu göstərir"
4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti
DÜNYAYA ŞAD XƏBƏR - Koronavirusu 25 saniyədə məhv edən üsul
Zirəddin koronavirusun yox olacağı dəqiq tarixi AÇIQLADI
"Rəhim Qazıyev Heydər Əliyevin mandatına dair sualı verməklə özünə qəbir qazımış oldu..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247