Xəbər lenti
08/12/2019 [17:27]:
Əlcəzairdə sabiq Baş nazirlərin 20 il azadlıqdan məhrum edilməsi tələb olunur
08/12/2019 [17:23]:
NATO və ABŞ üçün real təhlükə 2020-ci ildə aktivləşəcək - Gizli kəşfiyyat məlumatları yayıldı -VİDEO
08/12/2019 [17:20]:
Qusarda 15 yaşlı qız dəm qazının qurbanı oldu
08/12/2019 [16:50]:
Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq - Saakaşvili
08/12/2019 [16:48]:
Vüqar Bayramov kirayə yolla mənzil sahibi olmağın şərtlərindən danışdı - VİDEO
08/12/2019 [16:45]:
Ukraynada kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı artmaqdadır
08/12/2019 [16:43]:
"Qızın oğlana, oğlanın qıza qarşı çirkinliyi əvvəl yox idi..." - VİDEO
08/12/2019 [16:38]:
İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb
08/12/2019 [16:14]:
İsmayıllıda oğlunun yol qəzasında öldüyünü zənn edən ata infarkt keçirərək ölüb
08/12/2019 [16:13]:
Böyük Britaniyanın baş naziri özünün ən pis hərəkətindən danışıb - FOTO
08/12/2019 [16:05]:
Məşhur aktyor vəfat etdi - FOTO
08/12/2019 [15:44]:
İsmayıllıda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
08/12/2019 [15:19]:
Kral Floridada ölən hərbçilərin ailələrinə yardım edəcək
08/12/2019 [15:16]:
Eldar Qasımovun yeni görkəmi görənləri şoka saldı - FOTO
08/12/2019 [14:30]:
Elçibəyin nəvəsinin yeni fotosu yayılıb - FOTO
08/12/2019 [14:27]:
Azərbaycan XİN Ukraynaya başsağlığı verib
08/12/2019 [14:03]:
Qazaxda mikroavtobus minik avtomobili ilə toqquşub
08/12/2019 [14:02]:
Bakı Metropoliteni: ""Həzi Aslanov" stansiyasının bağlanacağı barədə məlumatlar əsassızdır"
08/12/2019 [13:55]:
Mərhum deputat Yevda Abramov dəfn edilib - FOTO/VİDEO
08/12/2019 [13:29]:
"Onda Melkumyan, Gevorkov və Poqosyan tipli daşnaklar belə əclaflıqlar törətməzdilər"
08/12/2019 [13:16]:
İnsanların çoxu bu məsələdə seksdən daha çox həzz alır - Alimlərdən inanılmaz tədqiqat
08/12/2019 [13:14]:
Kim Çen İndən Trampa sərt cavab: “Ağlını itirmiş qoca...”
08/12/2019 [13:08]:
"Müdafiə naziri general-polkovnik Zakir Həsənovla eyni masa arxasında nahar etmək..." - FOTO/VİDEO
08/12/2019 [13:03]:
Sabah ölkə ərazisində hava yağıntılı olacaq, dağətəyi rayonlarda qar yağacaq
08/12/2019 [12:48]:
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər ola bilər
08/12/2019 [12:42]:
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
08/12/2019 [12:34]:
Yevda Abramovla vida mərasimi keçirilir - FOTOLAR
08/12/2019 [12:20]:
Kişidə zöhrəvi xəstəlik varsa, arvadı, məşuqəsi, sevgililəri də müalicə almalıdır - Cəmiyyətin gizli bəlası
08/12/2019 [12:14]:
Hindistanda fabrikdə baş verən yanğında 43 nəfər ölüb - YENİLƏNİB
08/12/2019 [12:11]:
Cəlilabadda icra nümayəndəsi yol qəzası törədib, ölən və yaralanan var
08/12/2019 [11:54]:
İnəyinin hərəkətinə görə cərimə ödədi
08/12/2019 [11:51]:
“Rusiyanın “nəzərə alınmayan və yoxlanılmayan” silahlarından narahatıq” - Pentaqon
08/12/2019 [11:48]:
Qubada Yevda Abramovla vida mərasimi keçiriləcək
08/12/2019 [11:41]:
Alimlərdən şoka salan açıqlama: Bitkilər qışqıra bilir
08/12/2019 [11:35]:
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi
08/12/2019 [11:25]:
İsmayıllıda dəhşətli qəzada ölən və yaralananların kimliyi məlum oldu
08/12/2019 [11:22]:
Bu gün SAT imtahanı keçirilir
08/12/2019 [11:20]:
Ticarət mərkəzində şübhəli əşya aşkarlanıb - İnsanlar təxliyə edilib
08/12/2019 [11:19]:
Biz Bakıda ağac, ermənilər Qarabağda uşaq əkir...
08/12/2019 [11:13]:
“Şimali Koreya ABŞ-la nüvə silahı məsələsini müzakirə etməyəcək” – Səfir
08/12/2019 [11:11]:
Əl sıxıb salamlaşmayın - İranlı nazirdən çağırış
08/12/2019 [11:08]:
Yunanıstanda 4,3 maqnitudalı zəlzələ olub
08/12/2019 [10:53]:
İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"
08/12/2019 [10:48]:
Hindistanda zavod yandı: 32 can aldı
08/12/2019 [10:46]:
Balacaların “Nəsimi ili”nə töhfəsi... - FOTOLAR
08/12/2019 [10:09]:
Avropa əhalisi bir ildə narkotik almağa azı 30 milyard avro xərcləyir
08/12/2019 [10:07]:
Cazibədar müğənni də deputat olmaq istəyir: Milli Məclisin önündən FOTO
08/12/2019 [10:06]:
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 23 dəfə pozub
08/12/2019 [10:02]:
Prezident 92 məhkumu əfv edib
08/12/2019 [10:01]:
ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir
08/12/2019 [09:57]:
Azərbaycan Nəşriyyatı: nasaz lift, çirkli dəhliz, üfunət - Jurnalistlər çıxış yolu axtarır
08/12/2019 [09:52]:
"Qarınqululuğa və israfçılığa son qoymağın başqa yolu yoxdur!..."
08/12/2019 [09:23]:
Cərrahlarımızın unikal əməliyyatı dünya mediasında da yer aldı...
08/12/2019 [08:45]:
Düşməndən amanda qalmağa yardım edən Quran surəsi...
07/12/2019 [23:15]:
Bakıda minik avtomobili yanıb
07/12/2019 [23:13]:
Azərbaycanlı aktrisa seksual rəqsi ilə mat qoydu - VİDEO
07/12/2019 [23:07]:
Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı
07/12/2019 [22:57]:
Suriyadakı hava hücumları zamanı iyirmi nəfər həlak oldu, yaralılar var...
07/12/2019 [22:42]:
Rusiyadan Ərdoğana dəvət
07/12/2019 [22:33]:
Ziya Bünyadovun oğlu vəfat edib
07/12/2019 [22:03]:
"Ericsson" ABŞ hökumətinə 1 milyard dollardan artıq vəsait ödəyəcək
07/12/2019 [22:00]:
Məşhurların əsl adı - Onları siz də bilin
07/12/2019 [22:00]:
Yunanıstanda iğtişaşlarda iştirak etdiyi üçün 77 nəfər saxlanılıb
07/12/2019 [21:27]:
Bərdədə yük maşını minik avtomobili ilə toqquşdu, bir nəfər öldü - FOTO
07/12/2019 [21:24]:
Nazilə Xoşqədəmə görə Prezidentə müraciət etdi - FOTO
07/12/2019 [21:00]:
"Təbriklərini umduğum dostlar mənə zəng vurmadılar"
07/12/2019 [20:43]:
Bakıda mənzildən qadın meyiti tapıldı
07/12/2019 [20:42]:
Azərbaycanın iki taekvondoçusu ilin son yarışında medal qazandı
07/12/2019 [20:36]:
Fransada mer sakinlərə həftəsonu və tətillərdə evdə ölməyi qadağan edib
07/12/2019 [20:23]:
ABŞ Liviya səmasında yoxa çıxan PUA-nın izini tapdı: "Rusiya tərəfindən vurulub"
07/12/2019 [20:19]:
Gürcüstandan Azərbaycana partlayıcı vasitələr gətirən şəxs saxlanıldı - FOTO
07/12/2019 [20:18]:
Bir rəqəmi yanlış qeyd edən varis 253000 dollar mirasını itirdi - FOTO
07/12/2019 [20:07]:
İranda hərbçi üç polisi güllələyib
07/12/2019 [20:03]:
"Milli Məclisin Gəncəyə köçürülməsi həm Bakını fəlakətdən qurtarar, həm də..."
07/12/2019 [19:25]:
Tbilisidə YDM-də baş verən yanğın zamanı beş nəfər xəsarət alıb - YENİLƏNİB
07/12/2019 [19:23]:
ABŞ və İran girov mübadiləsi həyata keçirib
07/12/2019 [19:20]:
Mingəçevir Dövlət Universitetində respublika elmi konfransı keçirilib - Fotolar
07/12/2019 [19:17]:
Ermənistan təhsil nazirinin müavini rüşvət aldığına görə həbs edilib
07/12/2019 [19:03]:
Video kasetlərindən paltar hazırladı - MARAQLI...+ FOTOLAR
07/12/2019 [18:51]:
Hazırki deputatların 27-si mandatdan əlini üzsün - ASTROLOQDAN BƏDBİN PROQNOZ
Bütün arxiv bir sırada
04/12/2017 [11:29] - Köşə - ( 6227 dəfə baxılıb)

Elan olunmuş ölümün xronikası...

İlham İsmayıl

Hacı Məmmədovun intihar etməsi xəbəri yayılanda yadıma məşhur yazıçı Markes düşdü. Fikirləşməyin ki, Azərbaycanın bir çox yaradıcı adamlarını Qarabulaq restoranında qonaq edən, ümumiyyətlə yaradıcı insanlara hörmətlə yanaşan, özü də yaradıcı şəxs olan (dediyi kimi Kabbala üslubunda rəsm çəkirmiş) Hacı Məmmədov Nobel mükafatçısı, Kolumbiya yazıçısını da nə vaxtsa Qarabulağa dəvət edib. Yox, sadəcə yazıçının “Gözlənilən bir qətlin tarixçəsi” romanını xatırladım və açığı deyim ki, kiməsə sensasiya təsiri bağışlayacaq “Hacı Məmmədov özünü asdı”informasiyası məndə çoxdan gözlənilən bir intiharın xəbəri təəssüratını yaratdı. Lap çoxdan olmasa da, ən azı iki ilə yaxın olar. Günümüzün intiharları adiləşdiyi kimi həbsxana intiharları da son iki ildə adiləşib.

Hacı Məmmədov cinayətkardır, bəzi dostlarımızın dediyi kimi qanqsterdir. Amma, Hacı Məmmədov adi cinayətkar olmayıb. Onun törətdiyi qətllərin hər biri kino ssenarisinə bənzəyir. Məhkəmə prosesini izləyən hər bir şəxs Hacının necə peşəkar qatil və qətlin təşkilatçısı, həm də cəsarətli olduğunu görməyə bilməz. Hacı Məmmədovda bizim millətə xas olmayan xarakterlər vardı- serial cinayətlər törətmək, sıradan olmayan şəxsləri oğurluyub pul tələb etmək, qurbanını uf demədən öldürmək, bir neçə saatın içində dalbadal qətllər törədib sonra da ustalıqla gizlətmək... Belə şəxsləri Hollivud kinolarında görmüşük. Azərbaycan kriminal tarixində Hacıya bərabər peşəkar qatil haqqında eşitməmişəm. Onun cəsarəti, peşəkarlığı şərə, ölümə, öldürməyə fokuslanmışdı. Bütün dəhşətilə fenominallığını da inkar etmək mümkün deyil. Dünyada belə bir təcrübə olduğu məlumdur ki, bu tip cinayətkarlar adətən həbs olunanda xüsusi xidmət orqanları belələrindən maksimum yararlanmaq planları fikirləşirlər. Dövlətin əlinin çatmadığı, xaricdə yaşayan düşmənin məhv edilməsi kimi mühüm tapşırığı yerinə yetirmək bəzən belələrinə həvalə edilir. Məşhur terror təşkilatlarının rəhbərlərinin məhv edilməsinin bu tip qatillərə tapşırıldığı haqqında bir neçə real nümunələr mövcuddur. Bunları qeyd etməklə Hacı Məmmədovun sıradan bir qatil olmadığını bir daha vurğulamaq istədim. 

Hacı Məmmədov həbsindən 12 il sonra niyə intihar etdi? Adətən həbsin ilk günləri daha gərgin, daha depressiv xarakter daşıyır. Həyəcanın, gərginliyin boğazda olduğu bir vaxtda deyil, 12 il sonra intihar edilməsi istər-istəməz xeyli suallar yaradır.12 il xeyli müddət sayıla bilər ki, düşdüyün şəraitə adaptasiya edəsən. Hacının cinayətləri sıradan biri olmadığı kimi onun həbsi, məhkəməsi və həbs olunduğu 2005-ci ilin martından 11 il müddətində keçmiş MTN, indiki DTX-nin istintaq təcridxanasında saxlanılması və...ölümü də, gözlənilən olsa da, sıradan olmadı. Daxili İşlər Nazirliyinin keçmiş obexeysi, keçmiş MTN-in şefi Eldar Mahmudovun Hacı Məmmədovdan maksimum istifadə etdiyi və qanunsuz olaraq onu təcridxanada saxlaması məlum məsələ idi və mətbuat bu qanunsuz saxlamanı dəfələrlə gündəmə gətirib. Eldar Mahmudov vəzifəsindən azad olandan sonra Hacı Məmmədovda həyat eşqi yaranmışdı və artıq hüquqları uğrunda mübarizəyə başlamışdı. Hacı azad olunmasını tələb etmirdi, o bilirdi ki, etdiklərinə görə azadlığa çıxası deyil, amma o bəzi həqiqətləri də söyləyib, ən azı rahatlamaq istəyirdi. Hacıdan gələcəkdə maraqlı əsərlər yazmaq olar.

Eldar Mahmudovun vəzifədən azad edilməsi və MTN-də başlanan yoxlamalar Hacı Məmmədovun da köçürülməsinə imkan yaratdı. Hacı Məmmədov bəyan etdi ki, 11 il ərzində Eldar Mahmudovun təzyiqi altında saxlanılıb, bir sıra şəxslərin, konkret olaraq Zakir Nəsirovun əleyhinə yalan ifadələr verməyə məcbur edilib. O, Ali Məhkəməyə müraciət edərək işi üzrə yeni araşdırmaların aparılmasını tələb edirdi. Ali Məhkəmə onun bu istəyini qəbul etmədi. 

Hacının keçən il nəhayət DTX təcridxanasından 3 saylı cəza müəssisəsinə köçürülməsinə qərar verildi. Daha çox vəkillərin mətbuata dediklərindən məlumdur ki, 3 saylı müəssisə bu tip obyektlər arasında ən pis imicə malikdir. İlk baxışda hesab oluna bilər ki, ömürlük həbs almış adamdan daha nə istəyəsidilər ki, ona əlavə təzyiq, hətta işgəncə versinlər. Nə tələb oluna bilərdi? Yuxarıda qeyd olundu ki, 2015-ci ilin oktyabrından sonra uzun müddət susan Hacı Məmmədov danışmağa başlamışdı. Məntiqlə belə çıxır ki, ondan susmaq tələb olunub. Ələyi ələnib, xəlbiri göydə oynayan Hacı üçün danışmaq onu ən çox rahat edə biləcək iş idi. Onun “rahatlığının” kimlərinsə narahatlığına səbəb olmasına şübhəniz olmasın. 
Hacı bir sirr dağarcığı idi, özü ilə də xeyli sirrləri o dünyaya apardı, amma hamısını yox. Onlardan xəbəri olanlar da var və “ İsgəndərin buynuzu var” tütəyinin nə vaxtsa ötəcəyinə də şübhəniz qalmasın. Markesin adını çəkdiyim əsərində də Santyaqo Nasarın qətlindən 27 il sonra hadisələri araşdıran dostu çox həqiqətləri üzə çıxarmağa müvəffəq olur, hətta cinayətin motivi olan Anxelanın bakirəliyinin pozulmasının əsil səbəbkarının kim olmasına qədər.

 İntihar edənlərin bir son məktubu da olur, adətən. Hacı adət etdiyimiz cinayətkar olmadığından, onun məktubu da olası deyil. Yadınızdadırsa Hacı Kabbala üslubunda rəsm çəkdiyinə işarə etmişdi və yaddaşım aldatmırsa jurnalistlər üçün də bir tablo yaratmışdı. Kabbala iudaizmdən gələn dini-mistik bir cərəyandır və özünü bir çox sahələrdə, o cümlədən incəsənətdə özünü göstərib. Əsas prinsipi də rəmzlər, sətiraltılar, işarələr vasitəsilə əsil mənanı çatdırmaqdır. Hacının rəsmlərini araşdırın.., nəsə tapmaq olar. Hacı Məmmədov Kabbala üslubundan istifadə etdiyini məhkəmədə havayı yerə deməmişdi. Hacı həm də demişdi ki, mən osminoqun bir qoluyam, osminoqun digər qolları bayırda, azadlıqdadır. 

loading...
loading...
Video kasetlərindən paltar hazırladı - MARAQLI...+ FOTOLAR
Eyni gündə həbs olunmuşdular- Əri ölümə, özü sürgünə göndərilmişdi
Lotoreyadan 842 min dollar uduş qazanan adam indi də dəfinə tapdı - MARAQLI
Eskalatorun tutacağından tutmadığı üçün cəzalandırıldı - MARAQLI
Gənc oğlan onunla ingilis dilində danışan qadını öldürüb beynini yedi - DƏHŞƏT...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Onda Melkumyan, Gevorkov və Poqosyan tipli daşnaklar belə əclaflıqlar törətməzdilər"
Maraqlı
Sonunda bu da oldu - İngiltərəli qadın xalça ilə evləndi...+VİDEO
Dünya
Hamilə qadınına heç kim yer verməyincə görün nə etdi - FOTOLAR
Ədəbiyyat
“Sözlə otarırlar milləti yaman...”-  Keçmiş nazirdən yeni şeir...  
Cəmiyyət
Kürdəxanı məktəbində şagirdlər soyuqdan donur -ŞİKAYƏT...
Həftənin ən çox oxunanları
"Əndamın yansın, Roza" - Aparıcı efirdə özünü saxlaya bilmədi - FOTO
Vaqif Əsədovdan təcili yardıma yol verməyən xanım sürücüyə: "Könüllü gəlsəniz..." - VİDEO
Putin az qala təyyarə qəzasında həlak olacaqdı...
Prezident daha bir məmuru işdən çıxardı
Viaqra yerinə sadəcə aspirin için - Türkiyəli həkimlərdən maraqlı araşdırma...
"Azərbaycan elə bilməsin ki, Njdenin heykəli ilə erməniləri Rusiyanın gözündən salacaqlar...”
“A.Akopyanın Mehriban Əliyevanı Qarabağa dəvət etməsi hesablanmamış bir addımdır...”-Erməni ekspert
“Qarabağ mitinqini Ramiz Mehdiyev açıb onu aparmağı Nüsrət Kəsəmənliyə həvalə etdi...”
"Milli Məclisin Gəncəyə köçürülməsi həm Bakını fəlakətdən qurtarar, həm də..."
Separatçıdan Paşinyanın arvadına dəstək:  “Mehriban Əliyeva gəlsin, amma...” 
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247