SSRİ Ali Sovetinin qurultayında xatirəsi sükutla yad olunan baş çobanın kəndindən -Reportaj
Reportaj
Oxunub: 3544
16 Oct 2017 | 12:19
SSRİ Ali Sovetinin qurultayında xatirəsi sükutla yad olunan baş çobanın kəndindən  -Reportaj
Qurultaya nümayəndə seçilən baş çoban avtoqəzada dünyasını dəyişəndən sonra ferma itləri onun məzarını əhatəyə alıb sübhə kimi ulayırmışlar; yarım əsr əvvəl baş verən ilginc hadisənin şahidi danışır; Şeyx Şamilin keçdiyi, Aleksandr Dümanın, Jerar Departyenin gəzdiyi yerlərə sahib çıxan olacaqmı?

Sarıbaş kəndinə getmək istədiyimizi deyib istiqaməti soruşanda bələdçimiz “o kəndə bu maşınla qalxa bilməzsiniz” deyib bizə alternativ avtomobil təklif edir. Qax rayonunun mərkəzindən 15 km-likdə yerləşən kəndə aparıb-gətirmək üçün 50 manata razılaşırıq.

İlusu kəndini ötəndən sonrakı 7 km-lik əzablı yollar başlanır. Bəzi ərazilərdə yol o qədər darısqaldır ki, aşağı, Kürmük çayının yatağına qədər uzanan sıldırıma baxanda az qalır adamın ürəyi qopsun. Yaxşı ki, Kürmüyün coşan vaxtı gəlməmişik. Sürücü deyir yoxsa bu dəli çayı yarıb keçmək müşkül olardı. Çaydan yuxarı, üzü kəndə doğru daha vahiməli yol başlanır. Yenə də ilan kimi dolanıb gedən çayın yatağını seyr edə-edə davam edirik. Yoxuşu qalxdığımız bu anda arxadan bir atlı yeniyetmə çaparaq bizi müşayiət etməyə başlayır. Demə, kəndə “tanış olmayan” maşınlar gələndə bu atlının da qazanc imkanları yaranırmış, bunu az sonra, dəqiqə hesabı ilə ata minəndə biləcəkdik.

Bu kəndin hər bir sakininin atı var. Çünki bu sakinlər üçün atın varlığı önəmlidir. Qarlı, yağışlı aylarda bu keçilməz yolları ancaq atla yaxın etmək mümkündür.

Bu da barəsində əfsanələr dolaşan, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Sarıbaş kəndi... Bulağın yaxınlığında söhbətləşən bir neçə nəfər sakin çağrılmamış qonaqları” görən kimi yaxınlaşır, səmimi görüşüb, evə dəvət edirlər. Kənddə köhnədən qalma evlərin sayı çox olsa da, onların əksəriyyəti boş qalıb. Kənd köçüb...

Yaşlılardan kəndin adının mənası haqda soruşuram. Biri sarı çiçəkləri göstərib deyir ki, kəndin başında sarı çiçəklər çox bitdiyindən belə deyilib. Başqa ehtimala görə, ərəb istilası dövründə başlarına sarı çalma bağlayanlar kəndi işğal edəndən adı “Sarıbaş” qalıb. Üçüncü ehtimal da var: deyilənə görə, “sarı” sözü istiqamət mənasını verir.

Həmsöhbətim Zahid kişi kəndin “qaynayan” vədələrini kədərlə xatırlayır. Qonşuluqdakı iri evi göstərib deyir ki, bax, o boyda mülk yiyəsiz qalıb, köçüb gediblər şəhərə. Quru ətin əsas məskəni sayılır bura. Quru ətlə sürhüllü isə adla deyilir.

Yuxarıdakı bir yeni tikili də diqqəti çəkir. Deyirlər ki, bu, kənddən çıxmış alimlərdən biri Amin müəllimə məxsus evdir. Bakıda yaşasa da, sonradan gəlib burada öz yurdunu abadlaşdırmağa qərar verib.

Yaxınlıqdakı tarixi ev də göz oxşayır. Sarıbaş bəyi Hacı Xəlil bəyin evi olub. Evin gəlini ilə həmsöhbət oluruq: “Bu evin sahibi yoldaşımın babasıdır”. Mənzilin ağbirçəyi, baş gəlini isə bizi görən kimi gülərüzlə “xoş giribsiniz”-deyə qarşılayır və evə dəvət edir. Bizim evin hardasa 300 il yaşı var. Bu ev çox nəhəng olub. Ətrafında da tikililər var idi. Mən gəlin gələndə - 1960-cı illərdə bütün o tikililər dururdu, sonra dağıldı”. Zarafata deyirik ki, bəy mülkündə qızıl olmamış olmaz, yəqin sizə də çatıb. Gülərək deyir ki, “məni aldatdılar, dedilər bəylərin qır-qızılı olur. Vallah mən heç nə görmədim”.

Evin yuxarı qatına, ikinci mərtəbəyə qalxırıq. Ev sahibəsi bəyin buxarısı, mətbəxi olan yeri göstərir, haqqında xatirələrini danışır. Deyir ki, hərdən bura turistlər gəlib çıxır, maraqla kəndi gəzir, bu evə gəlib tamaşa edirlər: “Bir dəfə də Türkiyədən gəlmişdilər, evin şəkillərini çəkib apardılar”.

Bu arada danışığında Osmanlı türklərinə bənzərliyini xatırladıram. Gülərək “türklərin çox sözləri bizə uyğun gəlir” deyir: “Məsələn, mətbəxə “xitva” deyirik, onlar da elə deyir. Atanın bacısına bibi deyirlər. Amma biz sarıbaşlılar “əmə” deyirik. Anadoluda da elə deyir”.

Sarıbaşın tarixi haqda da danışır: “Deyirlər vaxtilə buradan hunlar keçib. Yuxarıdakı dağların hərəsinin bir adı var. Orada oğuz qəbirlərinin olduğu deyilir”. 

Sarıbaşın keçmiş sakinlərindən biri, Məhəmməd Əliyevlə söhbətləşirik. Deyir bura ziyarət məqsədilə gəlib: “Bu kənddən 1977-ci ildə Cəlairə köçmüşəm. Arada 50 km-lik məsafə olsa da, eyni “sovetlik” sayılır, bu kəndlər eyni icra hakimiyyətinə tabedirlər. Atam başqa yerdə işlədiyi üçün biz də ailəvi getdik. Amma köçən tək biz olmamışıq ki. Hardasa 120 ailə var idi. İndi 25 ailə qalıb”. O da məlum olur ki, sarıbaşlılar heç də öz xoşuna kəndlərini, bu gözəl məkanı tərk etməyib: “Təsərrüfatla əlaqədar dövlət səviyyəsində kütləvi köçürülmə olub. Yəni kənd sakinlərinin əsas işləri aşağılarda, rayonun digər ərazilərində olduğu, təsərrüfat başqa yerdə yerləşdiyi üçün əhalini kənddən köçürüblər. Əkinçilik, maldarlığın 70 faizi aşağıda olub”.

“Kəndimizdə çox ev var idi, o qədər sıxlıq idi ki, evlər bir-birinin üstündəydi. İndi hardasa 25 ailə qalıb. Qalan evlər dağılıb getdi, əhali köçdüyü üçün. Biz qalmışıq ki, heç olmasa yurdumuz dağılmasın. Mən burada kitabxana müdiri işləmişəm. 1500-ə yaxın oxucu var idi. İndi isə kənd məktəbi bağlanıb”-bunları da digər həmsöhbətim deyir. Keçən il 6 uşaq oxuyurmuş. Onların ailəsi kənddən köçəndən sonra 7 müəllim, 6 xidmətçinin işlədiyi ikimərtəbəli məktəbin qapıları bağlanıb. Bu hadisə sakinlərə çox pis təsir edib.

Kəndin əksər hissələri sıldırımlardır, hətta bir sakin qarlı havada qoyun-quzunu otararkən sıldırımlı qayadan “uçaraq” dərənin dibinə düşüb, həlak olub. İki il əvvəl baş verən bu dəhşətli hadisənin şahidi olmuş həmsöhbətim deyir belə hallar keçmişdə çox olub. Heyvanların qayalardan düşməsi isə adi haldır.

Qarabağ müharibəsində Sarıbaş da şəhidlər verib, kənd qəbristanlığında dəfn olunublar. Şəhid məzarlarını ziyarət edib ruhlarına dua oxuyuruq.

Sakinlər deyir ki, bu kəndin əsas problemi yol, körpü və işsizlikdir.

Məhəmməd kişi övladlarının kəndə qayıdıb-qayıtmayacağını dəqiq bilmir: “Hələ ki, uşaqlar təhsilini davam etdirir. Sağlıq olsun, imkan olsa, qayıdarıq”.

Kəndin aşağı tərəfində əhalinin qoyunçuluq təsərrüfatı ilə məşğul olmasını əks etdirən simvol ”“ çoban heykəli qoyulub.  

Sarıbaşlılar şəxsi təşəbbüslə kənddəki tarixi məscidin təmirinə başlayıblar. Sonuncu dəfə məscidin 19-cu əsrdə təmir olunduğu deyilir. “Bu məscid 1581-ci ildə tikilib, 1891-ci ildə təmir olunub”. Kənd sakini İsmət Heydərov deyir. O da kənddə təsərrüfatla məşğuldur. “Bizdə əsas problemimiz yoldur. Odunun maşınını 250 manata alırıq” - söyləyir.

Son zamanlar kəndə birdəfəlik köçənlər yoxdur. Amma ata yurdunu abadlaşdıranlar var. Sakinlər deyir ki, vaxtilə burdakı bəzi evlərin sadəcə xarabalığı qalmışdı, son bir neçə il ərzində onlar abadlaşdırılıb.

52 yaşlı Cəmaləddin Məmmədovun sözlərinə görə, təhlükəli yollarla gəliş-gedişdə ağır qəzalar çox  olub: “Bizim əsas dərdimiz yoldur. Bir də çayın üstünə körpü atmaq lazımdır”.

Bəhram Şabanov  deyir övladları rayon mərkəzində yaşayır, özü isə həyat yoldaşı ilə kənddə qalıb. O da şəraitsizlikdən şikayətlənir, xüsusilə də yoldan.  İlusudan kəndə qədər 7 km-lik məsafə var Sarıbaş sakinlərinin gözündə 70 km-ə bərabərdir. Çünki noyabrda qar yar yağır, aprelə kimi gediş-gəliş çox çətinləşir.

Təndirdə çörək, ocaqda böyürtkən mürəbbəsi bişirən xanımlarla da həmsöhbət oluruq. Deyirlər yayda qonağımız əskik olmur. Evə dəvət edirlər, təşəkkür edib getmək istəyəndə təndirdən çıxardığı isti çörəyi gətirib “onda təndir çörəyini götürün, yeyərsiniz” deyib israr edirlər. Təndir çörəyinin ətri adamı bihuş edir, “çörəyiniz bol olsun” deyib ayrılırıq.

IMG_5980.JPG

Kəndin əsas yeməkləri əvəlikli aş, sürhüllü, qarğıdalı unundan bişirilən xəngəldir. İtburnu mürəbbəsinin isə əvəzi yoxdur. “Sifariş olanda bişirib satırıq. Böyrəklərin, soyuqdəymənin dərmanıdır”-xanımlardan biri deyir. 

Zahid kişi danışır ki, qədim dövrlərdə məsciddə 200-dən çox adam namaz qılırmış. Qəfildən qoşun kəndə girib, savaş başlayıb, milləti qırıblar. Deyirlər elə kəndin qəbristanlığında dəfn ediliblər, adına indiyədək “Şəhidlik” deyirlər.

Kəndin yuxarı başında, dağların qoynunda eni 60, uzunu 120 metrliyində göl var, Murana adında. Zahid kişi deyir elə şəffaf suyu var ki, göz yaşı kimi, özü də bumbuz. Bir dəfə getmişdik, qonaqlardan biri girib çimdi, bir ay xəstə yatdı.  Çanaxur adlı başqa göl də var. Sarıbaşı əhatə edən dağların adı da qəribədir: Alagöz, Murdarqaya, Novurdağ, Qızılbulağ, Həbiddi.

“Şeyx Şamil Ara meşə dediyimiz ərazidən gəlib. Şamil qala da onun adını yaşadır. Çitəbulaq adlı bulaq da var, buz kimi. İndi də gəlib orda yeyib-içirlər. Oğuzların nişanələri olan məzarlar indiyədək qorunub-saxlanır” - deyir.

70-ci illərdə Sarıbaş məktəbində müəllim işləyən dosent Seyidəli Məmmədli də kəndin köhnə vaxtlarını xatırlayır: “1974-cü ildə bir neçə müəllimlə birgə işləməyə getdik. Bir il işlədik, onda məktəbin zirvədə olduğu dövr oldu. Sarıbaş kolxozu vaxtilə “26 Bakı Komissarı” adlanırdı. O zaman kənddə şəraitin pisliyinə görə Sarıbaşa aranda da torpaq sahəsi verilməsi qərara alındı. Cəlair kəndinə əhalinin köçməsinə şərait yaratdılar ki, kim istəsə gəlib orda əkinçilik, qoyunçuluqla məşğul ola bilər. Beləcə, Sarıbaş sakinlərinin Cəlairə köçünə şərait yarandı”. 

IMG_5823.JPG

Məktəbin bağlanmasından çox təsirlənən Seyidəli müəllim vaxtilə dərs keçdiyi sinfə də baş çəkir: “70-ci illərdə hər sinifdə 18-20 şagird olurdu. Məktəbin çox yaxşı kollektiv var idi”. Kənd klubunu da xatırlayır: “Vaxtaşırı konsertlər verirdik. Həsən müəllimin gözəl səsi var idi, oxuyurdu, mən də qarmonda ifa edirdim. Voleybol yarışları keçirirdik, futbol oynayırdıq. Kənddə canlanma yaratmışdıq. Hətta müəllim yoldaşım Həsən müəllim Sarıbaşdan evləndi. Sonra əhalinin sürətli köçü vəziyyəti dəyişdi”.

1982-ci ilin aprelindən 1988-ci ilin sonlarınadək Qax rayonuna rəhbərlik etmiş Maksim Musayev “Yeni Müsavat”a dedi ki, vaxtilə Sarıbaşda 300-dən artıq ev olub: “Özü də SSRİ-də ən məşhur heyvandarlıq kolxozu idi. Ən məşhur kolxoz olduğu üçün Sarıbaş kolxozunun baş çobanını SSRİ Ali Sovetinin qurultayına nümayəndə seçibmişlər. Həmin çoban da köhnə maşınla kənddən rayon mərkəzinə enəndə qəzaya düşüb, ölüb. Hətta qurultayın açılışında hamı ayağa qalxıb, bir dəqiqəlik sükutla çobanın xatirəsini yad edib. SSRİ tarixində yeganə belə bir hadisə olub”.

1982-ci ilin aprelindən 1988-ci ilin sonlarınadək Qax rayonuna rəhbərlik etmiş Maksim Musayev “Yeni Müsavat”a Sarıbaşla bağlı maraqlı açıqlamalar verdi: “1954-ci ildə Moskvada qərar qəbul olunmuşdu ki, 15-20 ilə İlusu və Ləkit Kötüklü kəndləri köçürülməlidir. Bu qərar digər rayonların kəndlərinə də aid idi. Xruşşovun “perspektivsiz kəndlərin böyüdülməsi” barədə qərarı olmuşdu. 1963-cü ildə də belə bir qərar qəbul olundu. Mən Qaxa rəhbərlik edəndə bu köçürülmə qərarının əleyhinə getdim. Çünki cənnət kimi kəndlər idi. Bir neçə yerə yazdılar ki, bu, qərarın əleyhinə çıxır. İlisunu Kirovkəndə köçürürdülər, bir dənə böyük qəsəbə salmışdılar, Ləkit Kötüklünü də Ləkitə. Ləkit Kötüklüdə hər evin həyətində bir bulaq var idi. Sarıbaş kəndinə gəldikdə, bir dəmir körpü salmaq ideyası var idi, Moskvadan mütəxəssislər çağırdım, baxdılar, layihəni çəkdilər, sonra vaxt çatdırıb o işləri görə bilmədim”.

M.Musayev danışır ki, o vaxt bu kəndləri köçürmədiyinə görə başı ağrıyıb, ona təzyiq göstəriblər: “Mənim atam 15 il birinci katib işləmişdi. Dedim kişi, vəziyyət belədir, gəl, mənə yol göstər! Dedi səni çıxarırlar, çıxartsınlar, nə görmüsən cənnət kimi yerdə? Kimlərsə bu yerləri dağıtmaq istəyir. Ortada qərar var. Məsələn, İlusu məktəbini bağlamaq haqqında qərar vermişdilər, sinifləri ləğv eləmişdilər. Gəldim, sinifləri bərpa elədim. Kitabxananı bağlamışdılar. Partizanlıq elədim, hamısını bərpa elədim. İlusu-Qax yolunu o vaxt plana salıb yol çəkdirdim. Yolboyu da qoz ağacları əkdirdim, milislərin hesabına. Hər milisə 20 dənə qoz ağacı əkdirirdim. Bilirdim ki, onlar əkdiyi ağacı heç kəs cəsarət eləyib çıxara bilməz”.
IMG_5747.JPG
Keçmiş birinci katib ardınca digər maraqlı əhvalatı danışdı: “İsa Məmmədov var idi, kənd təsərrüfatına baxırdı, o dəfələrlə məni danladı ki, özündən hoqqa çıxarırsan, camaat deyir kənd köçürülsün, sən deyirsən bərpa edək. Şəkidə iclas çağırdı. Onda Şəkinin birinci katibi Hadı Rəcəbov idi. Hadı Rəcəbov da onun kadrı idi. Mənə zəng elədilər ki, İsa Məmmədov burdadır, deyir gəlsin Şəkiyə. Yolda ikən xəbər gəldi ki, İsa müəllim deyir aeroporta gəlsin. Gəlib çatdım, görüşdük, dedi gedək Sarıbaşa. Dedim İsa müəllim, Sarıbaşa vertolyotla getmək bir az çətin məsələdir. Dedi gedərsən. Vaxt eləyib tez maşınlar göndərdim Sarıbaşa, satış-zad təşkil elədik orda. Nə isə...Vertolyotla qalxdıq, kəndə gəzdi, baxdı, camaatla görüşdü. İsa Məmmədovla 16 nazir gəlmişdi. Fransız ətirləri onda Bakıda da tapılmırdı, amma biz qoz-fındıq, şabalıq verib gətizdirirdik. Bakıdan gedənlər hamısını aldılar. Həmin gün nazirlər ordakı dükanın bir illik planını yerinə yetirdilər”.

M.Musayev deyir ki, amazonkaların mənşəyi Sarıbaşdan gəlir: “Amazonkalar bir neçə min il əvvəl Sarıbaşdan başlayıb, sonra başqa yerlərə yayılıb. Almaniyada amazonkalarla bağlı dissertasiya müdafiə edən bir qadın var idi, gəlib mənimlə də söhbət elədi, indi də Almaniyada yaşayır. Sarıbaş öyrənilməmiş bir diyardır”.

Əslən Sarıbaş kəndindən olan Texniki Universitetin dosenti Abdullah Əhmədin dediyinə görə, Sarıbaş məktəbində 4 il 1 ay 7 gün müəllimlik edib: “Mən işləyəndə - 1974-cü ildə dərsdən çölə zəng çalınanda siniflərdən 355 uşaq çıxırdı. Həmin il mənim bir sinfimdə 16 şagird var idi, bitirəndən sonra hamısı instituta qəbul olundu.  Onda əhali köçməmişdi. Məktəb, kənd soveti, xəstəxana var idi. Məktəbin başlanması xəbəri mənə çox pis təsir elədi, stress yaşadım. 18 otaqlı, iki mərtəbəli gül kimi məktəbin qapısı bağlı qaldı. Müəllimlərin özləri də can yandırmadı, hamısı gedib rayonda özünə ev tikmişdi. Keçən il mənim bacımın nəvələri Qaxın başqa kəndində oxuyurdu, onu məcbur elədim, kəndə gətirdim, Saribaşda oxudular. Yoxsa məktəb keçən il bağlanacaqdı. Keçən tədris ilində 6 şagird var idi. 11-12 nəfərsə müəllim və xidmətçi işləyirdi”.
IMG_5763.JPG

Abdullah Əhməd deyir ki, Sarıbaşa ən böyük zərbəni kolxozların ləğvi qərarı vurdu: “Sarıbaş kolxozu çox gəlirli kolxoz idi. Balını, pendirini, ətini, taxılını camaata bölürdü. Ona görə də ailələr təmin olunurdu. Kolxozun ləğvindən sonra hər şey kəsildi, adamlar məcbur oldu ki, gedib kənarda iş yeri axtarsın. Beləcə kənd boşaldı. Bu gün Sarıbaşda 20-dək ailə qalıb. Ən böyük zülm orda qalan 3-5 məktəb yaşlı uşağa oldu. Müəllimlər hərəsi bir nəvəsini yanına gətirsəydi, məktəb bağlanmayacaqdı. Eləmədilər”. Deyir İlusu artıq mədəniləşib, çünki təbiətə xeyli müdaxilə olub: “Sarıbaşsa hələ insan əli dəyməmiş, yabanı turizm üçün mənbə, çox gözəl məkandır. Xarici turistləri cəlb etmək üçün unikal yerdir. Ancaq bir yola, bir körpüyə bağlı məsələdir. Çox şey eləmək olar, yiyəsi olsa...”

Abduallah müəllimin təşəbbüsü ilə sarıbaşlıların ianəsi hesabına məscidin dağılan iki divarı təmir olunub: “Özümü o qədər rahat hiss edirdim ki, heç olmasa Sarıbaşda bir iş gördük. 15 gün sonra zəng etdilər ki, evin tikilsin, məktəb bağlanır. Sarıbaş məscidi 1591-ci ildə tikilib. Sarıbaş məscidi İlisunun Ulu məscidindən 16 il əvvəl tikilib. Çox qəribədir, Sultan məscidi əvvəl Sarıbaşda tikib, sonra İlusunun mərkəzində.  Onu da deyim ki, məscidi axırıncı təmir edənlərdən biri Hacı Süleyman olub. Bir neçə il bundan əvvəl məşhur fransız aktyoru Jerar Departye İlisuya, ordan da Sarıbaşa gəlmişdi. Fransızlar Aleksandr Düma haqqında film çəkirdi. Depardye də Düma rolunu oynadığı üçün onun vaxtilə qonaq olduğu bu kəndə gəlib çıxmışdı. Düma 1850-ci illərdə Sarıbaşda mənim ulu babamın qonağı olub...”

Abdullah müəllim qəzaya düşərək dünyasını dəyişən çobanın əhvalatını da xatırladı: “1961, ya 62-ci il idi. Elə payız aylarında olmuş hadisədir. Deyəsən, orta məktəbin 4-cü sinfində oxuyurdum. Həmin çoban Nəsbəddin Hacıməhəmməd oğlu Sofiyev 7 qardaşdan biri idi. Özü də o, Aynur Sofiyevanın (tanınmış şahmat ustası - E.P.) əmisidir. Elə məktəbin indiki direktoru o rəhmətliyin oğlu idi. Kənddən qurultaya getmək üçün maşınla aşağı düşəndə qarşıya atlı çıxmışdı. Sürücü əyləci basıb, ancaq saxlaya bilməyib. Maşının “kuzov”unda adam çox imiş. Adamlar özlərini atıb, çobansa maşının altında qalmışdı. O vaxt iki nəfər rəhmətə getmişdi. Qurultaya nümayəndə həlak olduğu üçün Moskvada onun xatirəsini sükutla qeyd etmişdilər”.
IMG_5931.JPG

Abdullah Əhməd baş çoban olan N.Sofiyevlə bağlı qəribə bir əhvalatı da danışdı: “Kişi dəfn edilən günün gecəsi itlərin canavar kimi ulartısına oyandıq. Bu kişinin də ferması kənddən xeyli aralı idi. Camaat hamısı vahimə ilə həyətə töküldü. Baxdıq ki, dağdakı ferma itləri hamısı gəlib qəbri dövrəyə alıb ulayırlar. O itlər həmin gündən fermaya qayıtmadılar, pərən-pərən düşdülər. Mənə elə pis təsir eləmişdi ki...”

Kəndin üstündə Qarşıdağ dediyimiz dağ, dağın yuxarısında isə sarıbaşlıların Oğuz qəbiristanlığı dediyi məzarlıq var. Abdullah müəllim ora ilə bağlı da bir əhvalat danışdı: “Biz pioner olan vaxtı oraya gedib bir qəbir açmışdıq. Dəfn edilən adamlar çox nəhəngdilər. Azı 2 metr boyu olanlar dəfn edilmişdi. Birinin bud sümüyünü çıxarıb kəndə gətirmişdik. Qəfildən güclü yağışlar başladı. Qocalar dedilər ki, siz qəbri açıbsınız, ona görə yağışlar başlayıb. Təzədən o sümüyü kəfənlədilər, bizi məcbur elədilər ki, həmin sümüyü aparıb təzədən o qəbirə basdırdıq. Məscidli deyilən yer də var orda. Görünür orda məscid olub nə vaxtsa. Dəniz səviyyəsindən təqribən 2 min metr yüksəklikdə olan yerdir”.(musavat.com)
Oxşar xəbərlər
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
GÜNLÜK
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...