Xəbər lenti
11/08/2020 [00:16]:
Buraxılış imtahanlarının nəticələri elan olunub
10/08/2020 [23:38]:
Nə qəribə təsadüfdir ki, Vətən həsrətli sənətkar Milli Ordu Günündə haqqın rəhmətinə qovuşub...
10/08/2020 [23:22]:
"Müxalifət liderinə qarşı sui-qəsd hazırlanmışdı..."
10/08/2020 [23:16]:
Livan prezidenti hökumətin istefasını qəbul edib
10/08/2020 [22:43]:
"Distant təhsilin həyata keçirilməsində xeyli problem var" - Etibar Əliyev
10/08/2020 [22:41]:
Prezident daha bir qanunda dəyişikliyi təsdiqlədi
10/08/2020 [22:38]:
Livan parlamentinin qarşısında yenidən iğtişaşlar başlayıb
10/08/2020 [22:34]:
Qızılın qiyməti bu vaxt aşağı düşəcək - Ekspert
10/08/2020 [22:11]:
Bu ölkələr qulaq asmır, gələcəyini qaraldır - Ərdoğan
10/08/2020 [22:10]:
Rusiya millisinin sabiq futbolçusu hakimi döydü
10/08/2020 [21:55]:
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı -FOTOLAR
10/08/2020 [21:41]:
Slovakiya Rusiya diplomatlarını ölkədən çıxardı
10/08/2020 [21:40]:
Anası ölən danaya it sahib çıxdı - VİDEO
10/08/2020 [21:39]:
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti uzadılıb
10/08/2020 [21:35]:
Xəzərdə itkin düşən neftçinin meyiti tapıldı
10/08/2020 [21:34]:
Türkiyədə xüsusi təyinatlı zabitlər qəzada həlak oldu
10/08/2020 [21:32]:
Tovuzda baş verən qəzada bir nəfər xəsarət alıb
10/08/2020 [21:32]:
"Andaman və Nikobar adaları beynəlxalq dəniz ticarətində əsas liman mərkəzi olacaq"
10/08/2020 [21:30]:
Azərbaycan məhsulları Çində bu il ilk beynəlxalq sərgidə nümayiş olundu
10/08/2020 [21:29]:
Məşhur matador buğanın hücumuna məruz qaldı - VİDEO
10/08/2020 [21:29]:
BƏƏ-nin ən iri neft şirkəti satış qiymətini azaldır
10/08/2020 [21:10]:
Ədliyyə Nazirliyinin Aparatının Probasiya xidmətinin işçilərinin sosial müdafiəsi gücləndirilir
10/08/2020 [21:02]:
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər təsdiq olunub
10/08/2020 [20:38]:
DMX-nın vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edilib
10/08/2020 [20:36]:
İctimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin vəzifələri artırılıb
10/08/2020 [20:28]:
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
10/08/2020 [20:26]:
QHT-lərin təsis sənədlərində edilən dəyişikliklərin qeydiyyatı qaydası müəyyən edilib
10/08/2020 [20:09]:
Pentaqon Ermənistanda və Azərbaycanda yarasa toplayır? - İNANILMAZ İDDİA...
10/08/2020 [19:57]:
Elektron qolbaq daşıyacaq şəxslərin siyahısı artırılıb
10/08/2020 [19:54]:
Britaniyada son sutkada 816 nəfər koronavirusa yoluxub
10/08/2020 [19:30]:
“Serbiyanın daxili işlər nazirinin ölkəmizə səfəri Azərbaycanın diplomatik uğurudur”
10/08/2020 [19:22]:
Bakı-Kiyev çarter reysinin tarixləri açıqlandı
10/08/2020 [19:16]:
Rusiyanın ən böyük rəngli almazı tapıldı - FOTO
10/08/2020 [19:12]:
“Qrant haqqında” qanuna dəyişik edildi
10/08/2020 [18:59]:
Livan hökuməti tam tərkibdə istefa verir
10/08/2020 [18:53]:
Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir
10/08/2020 [18:52]:
Donuzlar yaşlı adamın alt paltarını "oğurladı" - MARAQLI... + FOTOLAR
10/08/2020 [18:51]:
Separatçı rejim Qarabağda “Rusiya” restoranının fəaliyyətini dayandırdı...- FOTOLAR
10/08/2020 [18:48]:
Şabranda nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb- FOTO
10/08/2020 [18:43]:
Bakıda ağacları zədələyən şəxs cəzalandırılıb
10/08/2020 [18:42]:
Özündən iki dəfə yaşlı qadını zorladı
10/08/2020 [18:40]:
Sahil Babayev: "Bu il rekord göstərici qeydə alınıb"
10/08/2020 [18:39]:
Antonio Banderas ad günündə koronavirusa yoluxduğunu açıqladı
10/08/2020 [18:35]:
"Bu təlimlər işğalçı və onun havadarlarına sadəcə xəbərdarlıq deyildi, həm də..."
10/08/2020 [18:33]:
Bu gün Rusiyada Türkiyə kurortlarına uçuşlar bərpa olunub
10/08/2020 [18:29]:
Sərkisyanın xaç oğlu da həbs edildi
10/08/2020 [18:20]:
Azad Rəhimovdan qeyri-olimpiya idmançılarına təklif: “Gəlin, nazirlikdə məşq edin”
10/08/2020 [18:17]:
Damla koronavirusa yoluxubmuş: "İy, qoxu bilmirdim..."
10/08/2020 [17:54]:
Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO
10/08/2020 [17:51]:
Beyrut partlayışının ən kiçik qurbanı üç yaşlı qızcığaz olub - FOTO
10/08/2020 [17:45]:
I və IV qruplar üzrə qəbul imtahanlarının ikinci mərhələsinin vaxtı açıqlandı
10/08/2020 [17:41]:
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 79 yeni yoluxma - FOTO
10/08/2020 [16:55]:
“Dedi ki, nəvələrim mənə siqaret pulu saxlayıb, təqaüdümü aparırlar...”
10/08/2020 [16:53]:
Kadırov Lukaşenkodan yazdı
10/08/2020 [16:44]:
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
10/08/2020 [16:38]:
Ermənilər Rusiya torpağına da göz dikdilər
10/08/2020 [16:37]:
"Toyların keçirilməsinə icazə veriləcək? - Deputatdan AÇIQLAMA
10/08/2020 [16:36]:
İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində - YENİLƏNİB
10/08/2020 [16:33]:
“İşləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manatdır”
10/08/2020 [16:25]:
Azərbaycanda nazirlikdə yüksək vəzifəli şəxslər işdən çıxarıldı
10/08/2020 [16:21]:
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı -SİYAHI
10/08/2020 [16:21]:
Livanda daha bir nazir istefa verdi
10/08/2020 [16:15]:
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
10/08/2020 [16:04]:
Prezident: “Bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq”
10/08/2020 [15:58]:
Məsuliyyətli işin öhdəsindən layiqincə gələnlər -BDU-nu fərqlənmə diplomu ilə bitirən məzunlar danışır
10/08/2020 [15:40]:
"Gedib xəstəliyə yoluxub axırda özümü işə salım?” -Əməkdar artisti çimərlikdən imtina etdi
10/08/2020 [15:22]:
Azərbaycanın məşğulluq xəritəsi hazırlanır
10/08/2020 [15:20]:
Köpəklər koronavirusu saniyələr içində müəyyənləşdirə bilirmiş
10/08/2020 [15:20]:
Qaxa istirahətə gedən 9 nəfər cərimələndi
10/08/2020 [15:18]:
Koronavirusa qarşı peyvənd istehsal olunacaq
10/08/2020 [15:15]:
“Aprel döyüşü”nün müzəffər əsgəri... - Koronavirusla mübarizə aparır
10/08/2020 [15:04]:
İranda virusdan ölənlərin sayı 19 minə çatır
10/08/2020 [14:59]:
Dənizdə neftçi itkin düşüb
10/08/2020 [14:58]:
“Apple”a qarşı “Armudu almadan qoruyun” petisiyası başladıldı
10/08/2020 [14:57]:
Dünya İqtisadiyyat Forumu həyəcan təbili çaldı - Milyonlarla şagirdin təhsil həyatı daha da pisləşə bilər
10/08/2020 [14:56]:
“Rusiya Belarus daxilindəki qarşıdurmaların genişlənməsində maraqlı deyil, çünki...”
10/08/2020 [14:54]:
Bir aydan çoxdur ayrı yaşayırlar - Aynişanla Kənanın ayrılıq səbəbi bilindi
10/08/2020 [14:52]:
“Yerindən duran bizə söz atır” - “Pişik” Elnarənin müdafiəsinə qalxdı
10/08/2020 [14:51]:
Abbas Musəvi: “İranın ABŞ-dakı seçkilərə müdaxiləsi barədə iddia gülüncdür”
10/08/2020 [14:50]:
Ronaldo “Yuventus”dan gedir? - Prezident AÇIQLADI
Bütün arxiv bir sırada
01/08/2017 [15:45] - Köşə - ( 7584 dəfə baxılıb)

Erməni NATO-da mayallaq aşır, biz hələ...

İlham İsmayıl

Ötən bazar -30 iyulda NATO Gürcüstanda hərbi təlimlərə başladı. Təlimlərdə NATO-nun 5 üzvü-ABŞ, Böyük Britaniya, Türkiyə, Almaniya, Sloveniya və Alyansla əməkdaşlıq edən Ukrayna, Gürcüstan və Ermənistan dövlətlərinin hərbiçiləri iştirak ediblər. Azərbaycan bu təlimlərdə iştirakdan rəsmən imtina edib. 

Xəbəri oxuyan istər-istəməz fikirləşir ki, biz niyə təlimlərdən imtina etmişik və ikinci sual da yaranır: Rusiyanın dostu, hərbi müttəfiqi Ermənistan nə əcəb iştirak edir? Birinci sualın cavabını indiyədək rəsmən nə Müdafiə nazirliyi, nə hərbi və təhlükəsizlik məsələlərinə məsul olan rəsmi şəxslər cavablandırmayıb. Ona görə ki, heç kim bu sualı onlara verməyib. Kim verəsidi ki? Adətən cəmiyyəti maraqlandıran, narahat edən sualları mətbuat nümayəndələri verər və ya qeyd olunan qurumların mətbuat xidmətinin marağında olar ki, öz təşəbbüsü ilə informasiya yaysın, hadisəyə konkret münasibət bildirsin. Bu qədər vacib, hətta deyərdik ki, bizim kimi dövlət üçün taleyüklü məsələyə niyə bu qədər biganəlik var? NATO böyrümüzdə hər gün təlim keçirmir axı, Ermənistanın da iştirakı bir həyəcandır, siyasi cəhətdən strateji düşünülmüş bir addımdır və bizim əleyhimizə işləyir. Biz niyə narahat deyilik? Deməli, cəmiyyət dediyimiz kəsimi nə Qarabağ, nə də Azərbaycanın bir dövlət kimi perspektivi maraqlandırmır. İkinci, jurnalistlərin başı hələ ev bölgüsünün çəkişməsindən ayılmayıb ki, məsələnin təhlilinə diqqət yetirsin. Rusiya mətbuatına əsaslanıb, təlimin başlaması barədə yalnız informasiya verməklə kifayətlənmək iş deyil. Amma, bəzi qəzet və saytlar Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin Bakı görüşünü az qala qələbə müjdəsi kimi təqdim edirdi, ekspertlərin biri isə lap qabağa gedib Azərbaycanın Yaxın Şərqə məsul olacağını qətiləşdirmişdi. Cəmiyyət isə.., cəmiyyətin böyük bir hissəsi sosial problemlərin məngənəsindədir, ancaq çörək haqqında fikirləşir, az bir hissəsi keyfində-damağındadır, Sabirin dediyi kimi” mən salim olum, cümlə-cahan batsa da, batsın”düşüncəsindədir. Məsul məmurların bir hissəsi yay istirahətinin dadınıı çıxarır, bəziləri də dadmağa hazırlaşır. Amma, yox, heç qışın oğlan çağı olsaydı belə, elə reaksiyanın indikindən fərqi olası deyildi. Görə-görə gəlirik. 


Narahat olan Rusiya idi. Təlimlər başlamamış Rus ordusu Bakı-Supsa neft kəmərinin Gürcüstandan keçdiyi ərazini tutdu və sonra da elan etdi ki, cənubdan təhlükə gözlənilir, bu coğrafiyada əlavə hərbi güc yaratmağa ehtiyac var və nəzərdə tutduğunu da yaratdı. Rusiya Ermənistanla birlikdə birləşmiş ordu qurdu, ixtiyarı da verdi erməni komandirinə. Məntiqlə Rusiya baş düşməni NATO-ya qarşı hərbi birləşməni Şimali Atlantika bloku ilə təlimlərdən imtina edən Azərbaycanla yaratmalıydı. Amma, Ermənistanla yaratdı. Hər iki tərəflə uğurlu siyasət aparan Ermənistan Rusiyanın əli ilə Qarabağı işğal edib, perspektiv təhlükəsizliyini də NATO-simasında sığortalayıb. Gürcüstandakı təlimlərin kod adı da stratejidir: “Noble Partner”, yəni “ layiqli tərəfdaş”. Ermənistan doğrudan da manevr etməkdə mahirdir və tərəfdaş olacağına ciddi sifariş verir. Həm Rusiyanın komandanlığı ilə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, həm də NATO ilə ciddi əməkdaşlıq edir, təlimlərində iştirak edir. Ermənistan NATO-nun Gürcüstana gəlməsini, regionda olmasını təhlükəsizliklərinin qarantı hesab edir.” NATO-nun Gürcüstanda olması Ermənistanın təhlükəsizliyi üçün əlavə imkanlardır” deyirlər. Sərkisyanın siyasi gedişlərini hətta ona müxalif qüvvələr də alqışlayır. Eyni zamanda Ermənistanın qərarlığını NATO rəhbərliyi də yüksək qiymətləndirir. Erməni mətbuatı yazır:” Ermənistanda belə bir rəy möhkəmlənir ki, Türkiyənin hücumunun qarşısını NATO ala bilər və Türkiyənin Ermənistana müdaxiləsi yalnız Rusiyanın dolayısı, ya birbaşa köməyi sayəsində baş tuta bilər. Bunun tarixi presedenti var və hətta erməni-azərbaycanlı qarşıdurması da Rusiyanın “qarantiyası” ilə baş tutub”. 


 Bizim xeyrimizə olan nədir ki, Azərbaycan bütün dünya güclərinin qapılarını bağlayıb, Qarabağ da işğal altında qalmaqda davam edir? NATO təlimlərinə qoşulsaydıq zərərimiz nə olacaqdı? Bəlkə bilmədiyimizi rəsmilər açıqlasın. Bəlkə heç bizi dəvət etməyiblər? Amma, yox məlumatda deyilir ki, “Azərbaycan iştirakdan rəsmən imtina edib”. Səbəb Rusiyanın qorxusudur, yoxsa İranınn? Bəs onda, qonşularımız niyə qorxmurlar? Rusiyanın, İranın düşməni NATO- ilə dostluq edən, həm də onların müttəfiqi olan Ermənistan niyə qorxmur? Rusiya aldığını alıb verib erməniyə, arxasında da dayanıb. Dayanmasaydı, apreldə - “ bu işləri dayandırın” əmrini verməzdi. Biabırçılıqdır vallah. 

Rusiya soyuq müharibəni uduzandan sonra NATO-ya qarşı qurulan Varşava Müqaviləsi də dağıldı. Keçmiş sosialist düşərgəsi demokratiya yolunu tutdu və təhlükəsizliyinin qarantını NATO- ya üzv olmaqda gördü. Bu təbii işdi, çünki dövlət olaraq hər kəs planetdə təhlükəsizliyini təmin edən gücə arxalanmaq istəyir. Rusiyadan çəkdiyi zülmü bir daha görməmək üçün Baltikyanı respublikalarda NATO-ya qoşuldu. Sizcə Polşadan başlamış sonuncu -29-cu üzv olan Çernoqoriyayadək ölkələr ağılsızdırlar? Startda daha iki postsovet ölkəsi var. Gürcüstan və Ukrayna. Rusiyanın müdaxiləsi ilə bu ölkələr də torpaq itkisinə məruz qalıb, amma perspektiv təhlükəsizliklərini NATO-ya üzv olmaqda görürlər. Ukrayna Radasının vitse-spikeri İrina Geraşenko Çernoqoriyanın NATO-ya üzv olduğu gün tarixi bir çıxış etdi:” Ukrayna və Gürcüstan NATO-nun 30 və 31-ci üzvü olacaq. Bir siyasətçi kimi öz hədəfimi bunda görürəm. Ukrayna Moskvanı qıcıqlandırmağından qorxmamalıdır, çünki onsuz da Rusiya bizi heç vaxt rahat qoymayacaq.Ya biz NATO-ya girəcəyik, ya da balalaykaya olan sevgimizi etiraf etməli olacağıq”. 

NATO-nun 32 ”“ci üzvü Ermənistan olacaq! Qarının məsələsi həll olunub qapı da bağlanandan sonra nəynən göyə çıxsan da gec olacaq. Qarabağın verilməsini rəsmiləşdirəcəklər. Biz okeanda yelkənsiz qayıq kimiyik. “Balalayka sevgimiz” 20 ildi Qarabağı bizə qaytarmadı, çünki ondan da istəyimiz Qarabağ deyil, ayrı məsələdi.



loading...
Anası ölən danaya it sahib çıxdı - VİDEO
Məşhur matador buğanın hücumuna məruz qaldı - VİDEO
“Serbiyanın daxili işlər nazirinin ölkəmizə səfəri Azərbaycanın diplomatik uğurudur”
Rusiyanın ən böyük rəngli almazı tapıldı - FOTO
Donuzlar yaşlı adamın alt paltarını "oğurladı" - MARAQLI... + FOTOLAR
Clean City Company
N.Tusi adına Klinika

Hadisə
Separatçı rejim Qarabağda “Rusiya” restoranının fəaliyyətini dayandırdı...- FOTOLAR
Cəmiyyət
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı -SİYAHI
Şou-biznes
"Gedib xəstəliyə yoluxub axırda özümü işə salım?” -Əməkdar artisti çimərlikdən imtina etdi
Siyasət
Ağ Rusiyanın qara taleyi...
Cəmiyyət
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"

Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
İranda haqqında deyirlər: "Professor İsmayılovu Rusiyadan bizə Allah göndərib..."
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
"Bəzi ölkələr dağılacaq, Azərbaycan isə..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247