Xəbər lenti
11/08/2020 [00:16]:
Buraxılış imtahanlarının nəticələri elan olunub
10/08/2020 [23:38]:
Nə qəribə təsadüfdir ki, Vətən həsrətli sənətkar Milli Ordu Günündə haqqın rəhmətinə qovuşub...
10/08/2020 [23:22]:
"Müxalifət liderinə qarşı sui-qəsd hazırlanmışdı..."
10/08/2020 [23:16]:
Livan prezidenti hökumətin istefasını qəbul edib
10/08/2020 [22:43]:
"Distant təhsilin həyata keçirilməsində xeyli problem var" - Etibar Əliyev
10/08/2020 [22:41]:
Prezident daha bir qanunda dəyişikliyi təsdiqlədi
10/08/2020 [22:38]:
Livan parlamentinin qarşısında yenidən iğtişaşlar başlayıb
10/08/2020 [22:34]:
Qızılın qiyməti bu vaxt aşağı düşəcək - Ekspert
10/08/2020 [22:11]:
Bu ölkələr qulaq asmır, gələcəyini qaraldır - Ərdoğan
10/08/2020 [22:10]:
Rusiya millisinin sabiq futbolçusu hakimi döydü
10/08/2020 [21:55]:
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı -FOTOLAR
10/08/2020 [21:41]:
Slovakiya Rusiya diplomatlarını ölkədən çıxardı
10/08/2020 [21:40]:
Anası ölən danaya it sahib çıxdı - VİDEO
10/08/2020 [21:39]:
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti uzadılıb
10/08/2020 [21:35]:
Xəzərdə itkin düşən neftçinin meyiti tapıldı
10/08/2020 [21:34]:
Türkiyədə xüsusi təyinatlı zabitlər qəzada həlak oldu
10/08/2020 [21:32]:
Tovuzda baş verən qəzada bir nəfər xəsarət alıb
10/08/2020 [21:32]:
"Andaman və Nikobar adaları beynəlxalq dəniz ticarətində əsas liman mərkəzi olacaq"
10/08/2020 [21:30]:
Azərbaycan məhsulları Çində bu il ilk beynəlxalq sərgidə nümayiş olundu
10/08/2020 [21:29]:
Məşhur matador buğanın hücumuna məruz qaldı - VİDEO
10/08/2020 [21:29]:
BƏƏ-nin ən iri neft şirkəti satış qiymətini azaldır
10/08/2020 [21:10]:
Ədliyyə Nazirliyinin Aparatının Probasiya xidmətinin işçilərinin sosial müdafiəsi gücləndirilir
10/08/2020 [21:02]:
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər təsdiq olunub
10/08/2020 [20:38]:
DMX-nın vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edilib
10/08/2020 [20:36]:
İctimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin vəzifələri artırılıb
10/08/2020 [20:28]:
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
10/08/2020 [20:26]:
QHT-lərin təsis sənədlərində edilən dəyişikliklərin qeydiyyatı qaydası müəyyən edilib
10/08/2020 [20:09]:
Pentaqon Ermənistanda və Azərbaycanda yarasa toplayır? - İNANILMAZ İDDİA...
10/08/2020 [19:57]:
Elektron qolbaq daşıyacaq şəxslərin siyahısı artırılıb
10/08/2020 [19:54]:
Britaniyada son sutkada 816 nəfər koronavirusa yoluxub
10/08/2020 [19:30]:
“Serbiyanın daxili işlər nazirinin ölkəmizə səfəri Azərbaycanın diplomatik uğurudur”
10/08/2020 [19:22]:
Bakı-Kiyev çarter reysinin tarixləri açıqlandı
10/08/2020 [19:16]:
Rusiyanın ən böyük rəngli almazı tapıldı - FOTO
10/08/2020 [19:12]:
“Qrant haqqında” qanuna dəyişik edildi
10/08/2020 [18:59]:
Livan hökuməti tam tərkibdə istefa verir
10/08/2020 [18:53]:
Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir
10/08/2020 [18:52]:
Donuzlar yaşlı adamın alt paltarını "oğurladı" - MARAQLI... + FOTOLAR
10/08/2020 [18:51]:
Separatçı rejim Qarabağda “Rusiya” restoranının fəaliyyətini dayandırdı...- FOTOLAR
10/08/2020 [18:48]:
Şabranda nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb- FOTO
10/08/2020 [18:43]:
Bakıda ağacları zədələyən şəxs cəzalandırılıb
10/08/2020 [18:42]:
Özündən iki dəfə yaşlı qadını zorladı
10/08/2020 [18:40]:
Sahil Babayev: "Bu il rekord göstərici qeydə alınıb"
10/08/2020 [18:39]:
Antonio Banderas ad günündə koronavirusa yoluxduğunu açıqladı
10/08/2020 [18:35]:
"Bu təlimlər işğalçı və onun havadarlarına sadəcə xəbərdarlıq deyildi, həm də..."
10/08/2020 [18:33]:
Bu gün Rusiyada Türkiyə kurortlarına uçuşlar bərpa olunub
10/08/2020 [18:29]:
Sərkisyanın xaç oğlu da həbs edildi
10/08/2020 [18:20]:
Azad Rəhimovdan qeyri-olimpiya idmançılarına təklif: “Gəlin, nazirlikdə məşq edin”
10/08/2020 [18:17]:
Damla koronavirusa yoluxubmuş: "İy, qoxu bilmirdim..."
10/08/2020 [17:54]:
Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO
10/08/2020 [17:51]:
Beyrut partlayışının ən kiçik qurbanı üç yaşlı qızcığaz olub - FOTO
10/08/2020 [17:45]:
I və IV qruplar üzrə qəbul imtahanlarının ikinci mərhələsinin vaxtı açıqlandı
10/08/2020 [17:41]:
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 79 yeni yoluxma - FOTO
10/08/2020 [16:55]:
“Dedi ki, nəvələrim mənə siqaret pulu saxlayıb, təqaüdümü aparırlar...”
10/08/2020 [16:53]:
Kadırov Lukaşenkodan yazdı
10/08/2020 [16:44]:
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
10/08/2020 [16:38]:
Ermənilər Rusiya torpağına da göz dikdilər
10/08/2020 [16:37]:
"Toyların keçirilməsinə icazə veriləcək? - Deputatdan AÇIQLAMA
10/08/2020 [16:36]:
İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində - YENİLƏNİB
10/08/2020 [16:33]:
“İşləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manatdır”
10/08/2020 [16:25]:
Azərbaycanda nazirlikdə yüksək vəzifəli şəxslər işdən çıxarıldı
10/08/2020 [16:21]:
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı -SİYAHI
10/08/2020 [16:21]:
Livanda daha bir nazir istefa verdi
10/08/2020 [16:15]:
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
10/08/2020 [16:04]:
Prezident: “Bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq”
10/08/2020 [15:58]:
Məsuliyyətli işin öhdəsindən layiqincə gələnlər -BDU-nu fərqlənmə diplomu ilə bitirən məzunlar danışır
10/08/2020 [15:40]:
"Gedib xəstəliyə yoluxub axırda özümü işə salım?” -Əməkdar artisti çimərlikdən imtina etdi
10/08/2020 [15:22]:
Azərbaycanın məşğulluq xəritəsi hazırlanır
10/08/2020 [15:20]:
Köpəklər koronavirusu saniyələr içində müəyyənləşdirə bilirmiş
10/08/2020 [15:20]:
Qaxa istirahətə gedən 9 nəfər cərimələndi
10/08/2020 [15:18]:
Koronavirusa qarşı peyvənd istehsal olunacaq
10/08/2020 [15:15]:
“Aprel döyüşü”nün müzəffər əsgəri... - Koronavirusla mübarizə aparır
10/08/2020 [15:04]:
İranda virusdan ölənlərin sayı 19 minə çatır
10/08/2020 [14:59]:
Dənizdə neftçi itkin düşüb
10/08/2020 [14:58]:
“Apple”a qarşı “Armudu almadan qoruyun” petisiyası başladıldı
10/08/2020 [14:57]:
Dünya İqtisadiyyat Forumu həyəcan təbili çaldı - Milyonlarla şagirdin təhsil həyatı daha da pisləşə bilər
10/08/2020 [14:56]:
“Rusiya Belarus daxilindəki qarşıdurmaların genişlənməsində maraqlı deyil, çünki...”
10/08/2020 [14:54]:
Bir aydan çoxdur ayrı yaşayırlar - Aynişanla Kənanın ayrılıq səbəbi bilindi
10/08/2020 [14:52]:
“Yerindən duran bizə söz atır” - “Pişik” Elnarənin müdafiəsinə qalxdı
10/08/2020 [14:51]:
Abbas Musəvi: “İranın ABŞ-dakı seçkilərə müdaxiləsi barədə iddia gülüncdür”
10/08/2020 [14:50]:
Ronaldo “Yuventus”dan gedir? - Prezident AÇIQLADI
Bütün arxiv bir sırada
22/07/2017 [00:56] - Köşə - ( 3271 dəfə baxılıb)

Jurnalistika budur: mənəvi zənginlik fonunda SÖZün və imzanın şərəfini qorumaq

Mən sırtıq ola bilmədim...
Züleyxa Nadir


Üçüncü kursda oxuyanda Tovuzun “Həqiqət” qəzetində təcrübə keçirdim.  Qəzetin çox sərt, həm də özü və sözü bütöv redaktoru Musa Musayev bir gün mənə dedi ki, səndən jurnalist olmayacaq. Çox təəccübləndim,  hətta dəhşətli dərəcədə heyrətə gəldim: “ Necə yəni olmayacaq? Mən bu  peşə üçün həyatımın neçə  ilini kitablarla yatıb-durmuşam ki, jurnalistika fakültəsinə daxil ola bilim”. Ürəyimdən keçənləri dilimə gətirdim: “Yox, Musa müəllim, mən jurnalist olacam”. Redaktorun cavabı illərdi yaddaşımdan qopmur. “ Bəlkə də sən  jurnalist ola bildin, amma yazılarından və imzandan başqa bu dünyada heç nəyin olmayacaq. Çünki jurnalist çox sırtıq  olmalıdı,  amma ifrat  dərəçədə  mədəniyyət nümayiş etdirməlidi”.
Redaktorun özünəməxsus arqumentinin bir qisminin  “həyat vəsiqəsi” aldığını sonralar taleyimdə və həyat təcrübəmdə gördüm, hiss etdim. Amma jurnalist ola bilməyəcəyim haqda söylədiyi fikir öz təsdiqini tapmadı. Mən  jurnalist oldum.
Mən jurnalistikaya məbəd kimi baxdım, səcdəgah kimi önündə diz çökdüm. Mən jurnalistikaya heyrətlə gəldim, hələ də heyrət içindəyəm.  Otuz beş illik fəaliyyətimdə jurnalistikanın heyrətdən doğurduğu xoş auranı taleyimin şansı hesab etdim.
Mən jurnalistikanın məktəbini oxudum. Beş il müəllimlərimdən dərs aldım. Janrları öyrəndim, xəbər yazmağın, sual verməyin təcrübəsini keçdim.  Müsahibə götürəcəyim həmsöhbətimi çözmək, yaxud da, sözün yaxşı mənasında,  “sökmək” üçün  jurnalistika fakültəsində düz  on semestr  imtahan verdim, dörd və beş qiymətlər aldım.
Sonuncu kursda “Azərbaycan jurnalistləri böyük vətən müharibəsi illərində” adlı  diplom işi yazdım. Müdafiədə müəllimlərim beş verdilər.  Mövzunu yazarkən vaxtilə cəbhə xəttində, döyüş bölgələrində səyyar çıxan qəzetlərin tozunu uddum. Günlərlə dövlət arxivində həmin qəzetləri vərəqlədim, jurnalistlərin  fəaliyyətini araşdırdım. Və nə qədər pafoslu  səslənsə də elə o məqamlarda 40 il əvvəlin qəzetlərinin tozu, saralmış kağız  rəngi  məni jurnalistikaya  bərk-bərk bağladı, bu  peşəni sevdirdi, özünə bağladı.
Və beləcə... jurnalistikaya illərimi verdim, həyatımı fəda etdim. Jurnalistika mənim tale yolumda işıq oldu. Dünyadan küsəndə, həyatdan bezəndə jurnalistika əlimdən tutdu.
Mən  jurnalistikanın fəhləsi, SÖZün qulu, mətbuatın nökəri oldum. Və bu statusumdan dolayı  hər zaman qürur duydum.
Mən  jurnalistikaya  xəyanət etmədim. Heç vaxt ondan üz döndərmədim. Vaxt oldu ki, o, əlinin arxası ilə məni geri çevirmək istədi, amma mən  onun cazibasından çıxa bilmədim. Bu gün, bu an, bu sətirləri yazanda da içində olduğum ahənrübanın “nəfəsini” alıram. Bu nəfəs mənim həyatımdı, taleyimdi. Mən ondan qaça bilmərəm.
Mən jurnalistikanın təmiz, ləkəsiz üzünü yazdım. Jurnalistikanın tələblərinə uyğun ədalətli, obyektiv və qərəzsiz yazılara imza qoydum.
Mən jurnalistkanın bir üzünü yazdım ”“ doğru bildiyim üzünü. Jurnalistikaya  gəldiyim gündən bu günə kimi  bir əqidədə oldum. SÖZümün yerini bildim, onun  dəyərini uca tutdum.
Jurnalistikada bir üzüm, bir simam oldu. Yüz sifət nümayiş etdirmədim. Dünən dediyimi bu gün inkar etmədim. Və bundan dolayı da hər zaman başımı  dik tutdum. Kimsənin yanında dilim  gödək, üzüm qara olmadı. Jurnalistikadan “zanaveska” kimi istifadə edənlərdən fərqli olaraq əxlaqıma, şərəfimə, qadınlıq ləyaqətimə,  xanımlıq qüruruma bir gün olsun belə ləkə salmadım. 
Jurnalist vəsiqəmi hər zaman  qürurla daşıdım. Bu vəsiqə mənim şəxsiyyətimi təsdiq edən vəsiqədən də qiymətli oldu.
Jurnalist ömrü, jurnalist taleyi başqalarına bənzəmir. Tam fərqli bir taledir, fərqli bir yaşamdır bu ömür. Bu ömürdə yaşananlar başqa peşə sahiblərinin taleyində olmur. Jurnalistin həyatı çalxantılarla, fırtınalarla dolu olan bir ömürdür. Onun gündəlik iş rejimi də tam fərqlidir. Əsil jurnalistin ürəyi həmişə sızlayır. Əsil jurnalistin beyni daim fəaliyyətdə olduğu üçün ağrıyır. Lakin bu sızıltılar, bu ağrılar çox şirin ağrılardır. Belə ağrılarla yaşadığım üçün onun həzzi də mənə tanışdır. 
Bu peşəni seçməkdə səhv etmədim. Bir jurnalist olaraq xalqımın problemləri, vətənimin yaraları iç dünyamda kök atıb. İçimdə daim fırtına qopsa da, dünyam çalxalansa da çox xoşbəxtəm ki, jurnalistəm. Xoşbəxtəm ki, jurnalist taleyimin ağrılarını, hiss və duyğularını yaşada bilirəm. Bəlkə də ömrünün son iyirmi üç ilində yaşadığım talesiz həyatımın ağrılarına jurnalist olduğum üçün dözə bildim. Bəlkə də Tanrının mənə verdiyi Dözüm deyilən, lakin sonu olmayan Əzabın ağır çəkisinə jurnalist olduğum üçün tab gətirdim. 
Okeanın ortasında qalmış yelkənsiz gəmini dalğalar gah o sahilə, gah bu sahilə çırpdığı kimi, mənim həyatım da bəzən ömrümün daş qayalarına çırpılıb parça-parça oldu. Lakin jurnalist olduğum üçün onu bərpa edə bildim. Bəzən yatmış bəxtimin şirin yuxularından oyananda “özümü qanıma qəltan olmuş” görsəm də “qanı axan yaralarımı” jurnalist olduğum üçün sağalda bildim. Jurnalist taleyim, jurnalist ömrüm həyatın dolanbac yollarından çıxmağımda həmişə köməkçim oldu. 
Jurnalistikaya gəlməyimdən, həyatımı bu çətin və şərəfli, həm də müqəddəs pesəyə həsr etməyimdən qətiyyən peşman olmadım. İkinci bir ömür verilsəydi onu da jurnalistikaya həsr edərdim.
İllər öncə rayon  qəzetinin  redaktoru  haqqımda dediyi  bir fikirdə haqlı idi. Bu gün mənim gerçəkdən də imzam və SÖZümdən başqa  heç bir  sərvətim, varım-dövlətim yoxdu. SÖZümün kəsəri və imzamın ləyaqətindən qeyri jurnalistikadan bir qazanc  götürmədim. Həmişə belə düşündüm və indi də o fikirdəyəm ki, jurnalistika məhz budu - mənəvi zənginlik fonunda  SÖZün və imzanın şərəfini qoruyub saxlamaq. 

Mən Musa müəllimin dediyi kimio sırtıq ola bilmədim. Onun sırtıqlıqla bağlı dediyi  sözü  heç vaxt qəbul etmədim, yaxınıma belə buraxmadım. Nə yaxşı da olmadım. Sırtıqlıq  jurnalist SÖZünün, jurnalist ömrünün ləkəsidir.  Bu ləkə ilə qazanılan maddi qazanc mənəvi sərvəti heç vaxt üstələyə bilməz.

 P.S. Bu gün jurnalistlərin peşə bayramıdı. Ömrünü jurnalistikaya həsr etmiş,  taleyini bu peşənin ağrı-acısına təslim etmiş jurnalistləri  təbrik edirəm.

loading...
Anası ölən danaya it sahib çıxdı - VİDEO
Məşhur matador buğanın hücumuna məruz qaldı - VİDEO
“Serbiyanın daxili işlər nazirinin ölkəmizə səfəri Azərbaycanın diplomatik uğurudur”
Rusiyanın ən böyük rəngli almazı tapıldı - FOTO
Donuzlar yaşlı adamın alt paltarını "oğurladı" - MARAQLI... + FOTOLAR
Clean City Company
N.Tusi adına Klinika

Hadisə
Separatçı rejim Qarabağda “Rusiya” restoranının fəaliyyətini dayandırdı...- FOTOLAR
Cəmiyyət
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı -SİYAHI
Şou-biznes
"Gedib xəstəliyə yoluxub axırda özümü işə salım?” -Əməkdar artisti çimərlikdən imtina etdi
Siyasət
Ağ Rusiyanın qara taleyi...
Cəmiyyət
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"

Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
İranda haqqında deyirlər: "Professor İsmayılovu Rusiyadan bizə Allah göndərib..."
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
"Bəzi ölkələr dağılacaq, Azərbaycan isə..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247