Xəbər lenti
30/09/2020 [23:20]:
Hulusi Akar: “Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək”
30/09/2020 [23:19]:
Koçaryan Qarabağdakı müharibəyə görə görüş keçirdi- FOTO
30/09/2020 [23:17]:
Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı baş tutub
30/09/2020 [22:54]:
Daha bir erməni generalı məhv edildi - FOTO
30/09/2020 [22:34]:
Ermənistan itkilərinin bir hissəsini açıqladı: 104 ÖLÜ
30/09/2020 [22:12]:
Düşmənə məxsus səkkiz “Qrad” yaylım atəşli reaktiv sistemini məhv edilib - VİDEO
30/09/2020 [21:59]:
Düşmənin qoyub qaçdığı texnikalar - Foto
30/09/2020 [21:57]:
Roma Papası Pompeo ilə görüşməkdən imtina etdi
30/09/2020 [21:56]:
DTX erməni təxribatı ilə bağlı əhaliyə müraciət etdi
30/09/2020 [21:28]:
Türkiyənin Ədliyyə naziri Fikrət Məmmədova zəng edib
30/09/2020 [21:24]:
Canı Canana təslim etməyə hazır deyilsənsə, “Mən aşiqəm” demə heç kimə...
30/09/2020 [21:20]:
Döyüşçülərə silah verib qayıdanda müəmmalı şəkildə öldü: Qəbri Ağdamda, baş daşı Bakıdakı evində olan sənətkar
30/09/2020 [21:15]:
İlham Əliyev: “Bizim əsgərlərimiz xilaskar əsgərlərdir” - FOTO
30/09/2020 [20:32]:
“Ermənistan tərəfinin isə Azərbaycanın sərhədləri daxilində nə işi var ki, onlara qarşı da silah işlədilsin”
30/09/2020 [20:25]:
Gənclər və İdman Nazirliyi ordumuza hərbi maşın hədiyyə etdi - FOTO
30/09/2020 [20:18]:
"Erməni xalqı Azərbaycan prezidentinin təklifi üzərində ciddi düşünməlidir"
30/09/2020 [20:16]:
Qənirə Paşayeva ön cəbhə kəndlərinə bir sıra güzəştlərin edilməsi təklifi ilə çıxış etdi
30/09/2020 [20:07]:
“İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda əks-hücum davam etdirilir”
30/09/2020 [20:03]:
Ordumuzun uğurlu zərbələri İrandan göründü - VİDEO
30/09/2020 [19:49]:
“Avromed” şirkəti Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon manat köçürüb
30/09/2020 [19:40]:
Naxçıvanda ön xətdə yerləşən bölmələrdə uğurlu döyüş növbətçiliyi aparılır
30/09/2020 [19:28]:
Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib - Müdafiə Nazirliyi
30/09/2020 [19:26]:
Prezident İlham Əliyev Küveyt Əmirinə başsağlığı verib
30/09/2020 [19:21]:
Aİ Şurasının Prezidenti Azərbaycan Prezidentinə zəng edib
30/09/2020 [19:10]:
Düşmənin bu gün saat 17:30-dək məhv edilən döyüş texnikası - SİYAHI
30/09/2020 [19:00]:
Şəmistan Əlizamanlı AzTV-də “Cəbhədən xəbər” verəcək
30/09/2020 [18:57]:
İranım, İranım, qonşu İranım, Sənə nəfəs verir Azərbaycanım
30/09/2020 [18:45]:
İsveç XİN başçısının Azərbaycana səfəri təxirə salınıb
30/09/2020 [18:31]:
Türkiyə MN Ermənistana qarşı Türkiyə təyyarələri və PUA-larından istifadə olunmasına dair iddialara münasibət bildirib
30/09/2020 [18:29]:
Mehriban Əliyeva yaralı hərbçilərlə görüşdə kövrəldi - VİDEO
30/09/2020 [18:23]:
Horadizə top mərmisi atılıb, 1 mülki şəxs həlak olub, 3 nəfər yaralanıb
30/09/2020 [18:20]:
Nazir: "Şagirdlər iki yarımqrupa bölünəndə bir dərsi iki dəfə keçmək müəllimlərin əməkhaqqına təsir göstərməyəcək"
30/09/2020 [18:12]:
Vüqar Rəhimzadə: Savadsız və debil Nikol Paşinyanın tarixi öyrənməyə böyük ehtiyacı vardır
30/09/2020 [18:06]:
Azərbaycan əsgəri döyüşə “Qarabağ” mahnısı oxuyaraq gedir - VİDEO
30/09/2020 [18:05]:
Qənirə Paşayeva bu şəxslərin ödənişli ali təhsildən azad edilməsi ilə bağlı təkliflə çıxış edib
30/09/2020 [18:00]:
Oktyabr ayına olan hava proqnozu
30/09/2020 [17:51]:
XİN-dən Ermənistanın yaydığı əsassız məlumatlara SƏRT REAKSİYA
30/09/2020 [17:49]:
BMT Baş katibinin ermənilərə can yandırmasının  əsl səbəbi bəlli oldu...
30/09/2020 [17:49]:
İlham Əliyev Rusiyanın “Rossiya l” telekanalına müsahibəsində reallıqları böyük auditoriyaya çatdırdı
30/09/2020 [17:35]:
Azərbaycan Əhli-beytindən İrana etiraz..
30/09/2020 [17:30]:
Daha bir əməkdar artist cəbhəyə yola düşüb
30/09/2020 [17:28]:
Bu gün düşmənin daha səkkiz döyüş texnikası məhv edildi - Müdafiə Nazirliyi
30/09/2020 [17:13]:
Təhsil naziri: "Hazırda distant dərslər bir həftəlik dayandırılıb"
30/09/2020 [17:12]:
Azərbaycan Prezidenti: “Bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq”
30/09/2020 [17:10]:
Prezident: “Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin”
30/09/2020 [17:08]:
Bu təqvim ilinin sonuna qədər ali təhsilin distant formada davam etməsi gözlənilir
30/09/2020 [17:04]:
İlham Əliyev: “Türkiyə Azərbaycanın, Azərbaycan da hər zaman Türkiyənin yanındadır!”
30/09/2020 [17:02]:
Təhsil naziri: “2307 məktəbdə şagird sayı 200-dən azdır”
30/09/2020 [17:01]:
Aİ-yə üzv ölkələrin liderləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər
30/09/2020 [17:00]:
Nazir: "İndiyədək 210 şagird koronavirusa yoluxub"
30/09/2020 [16:59]:
Azərbaycan Prezidenti erməni xalqına müraciət edib
30/09/2020 [16:58]:
Emin Əmrullayev: "Oktyabrın 1-dən Bakı, Sumqayıt və Abşeronda bağçalar fəaliyyətini bərpa edəcək"
30/09/2020 [16:57]:
Azərbaycanda son sutkada 110 nəfər COVID-19-a yoluxub, 127 nəfər sağalıb, 1 nəfər vəfat edib
30/09/2020 [16:56]:
ƏƏSMN-in 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salındı
30/09/2020 [16:54]:
Erməni təxribatı nəticəsində bir müəllim yaralanıb - RƏSMİ
30/09/2020 [16:49]:
Ermənilər Dağlıq Qarabağı tərk edirlər - VİDEO
30/09/2020 [16:48]:
Azərbaycanda bir rayonda səkkiz müəllim koronavirusa yoluxdu - RƏSMİ
30/09/2020 [16:45]:
Ermənistan “Toçka-U” taktiki raket kompleksini tətbiq edib - FOTO
30/09/2020 [16:28]:
Hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam etdirilir - RƏSMİ
30/09/2020 [16:13]:
“Cəbhədən gələn xəbərləri dörd gözlə izləyirəm” - Xalq artisti Əlibaba Məmmədov
30/09/2020 [16:12]:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salındı
30/09/2020 [16:07]:
İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərə baş çəkdilər - CANLI YAYIM
30/09/2020 [15:43]:
“Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı cəzalandırmağa qabildir”
30/09/2020 [15:30]:
Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib - Müdafiə Nazirliyi
30/09/2020 [15:29]:
Azərbaycanın döyüşləri dayandırmasının şərti açıqlandı
30/09/2020 [15:27]:
Pakistan Senatı Ermənistanın Azərbaycana hücumunu pisləyib
30/09/2020 [15:26]:
Ehtiyatda olan hərbi həkimlərdən çağırış: “Hər birimiz sizin əsgərinizik!”
30/09/2020 [15:21]:
Düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə tutulub - Müdafiə Nazirliyi
30/09/2020 [15:20]:
Azərbaycan Dillər Universitetində Çin mədəniyyəti həftəsi davam edir
30/09/2020 [15:15]:
Erməni təxribatı nəticəsində 14 mülki şəxs ölüb, 46 nəfər xəsarət alıb - Baş Prokurorluq
30/09/2020 [15:12]:
XİN Avropa Məhkəməsinin döyüşlərlə bağlı qərarına münasibət bildirib
30/09/2020 [15:11]:
Tonaşendə düşmənin iki tankı məhv edilib - VİDEO
30/09/2020 [15:03]:
Qondarma rejimin rəhbəri əhaliyə yalan vədlər verdi...
30/09/2020 [15:01]:
İlham Əliyev Nigeriyanın dövlət başçısını təbrik edib
30/09/2020 [15:00]:
FHN cəbhə bölgəsindəki vəziyyətlə bağlı məlumat yayıb
30/09/2020 [14:58]:
“Ermənistanın mülki sakinləri atəşə tutması, onun terrorçu və anti-insani mahiyyətindən xəbər verir”
30/09/2020 [14:55]:
Təhsil Nazirliyi tələbələrə və təhsil müəssisələrinə müraciət edib
30/09/2020 [14:53]:
Ermənilər Bərdənin kəndlərini ağır artilleriyadan atəşə tutmağa başlayıb
30/09/2020 [14:48]:
”Bu vətən bizimdir!” - Nəsiman Yaqublunun yazısı
30/09/2020 [14:44]:
Düşmənə köməyə gələn ehtiyat qüvvələr məhv edilib - Müdafiə Nazirliyi
Bütün arxiv bir sırada
17/07/2017 [11:29] - Köşə - ( 2591 dəfə baxılıb)

Saleh Məmmədova açıq məktub: “Sinqapur ona görə inkişaf etmədi ki”¦”

Aləm Kəngərli

Hörmətli Saleh müəllim!

Sizin rus dilinə xüsusi dövlət statusu verilməsi  ilə bağlı təklifinizə  xalq şairi Sabir Rüstəmxanlının cavabından sonra bəlkə də bu mövzunu qapatmaq olardı. Lakin  həmin məsələyə yenidən qayıdıb öz mövqeyinizi təkidlə müdafiə etməyiniz məni də bu barədə öz mülahizələrimi söyləməyə vadar etdi.

Əvvəla onu deyim ki, müzakirələrdən də göründüyü kimi, burada heç kim çox dil bilməyin və ya rus dilinin əleyhinə çıxış etmir. Söhbət dövlət dili olaraq Azərbaycan dilinin möhkəmlənməsi və inkişaf etdirilməsindən gedir.

Özünüzün də etiraf etdiyi kimi, kənd məktəbini bitirməyinizə baxmayaraq, sonradan  rus dilini öyrənməyiniz sayəsində elmdə  böyük uğurlar qazanmısınız. Əlbəttə, bu  alqışa layiq və sevindirici haldır. Lakin buradan başqa bir nəticə də çıxır  ki, hər hansı bir dili öyrənmək üçün  ölkəmizdə həmin dilə  xüsusi status verməyə ehtiyac yoxdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, sovet dövrü ilə müqayisədə indi hər hansı bir dili öyrənib mənimsəmək daha asandır. Çünki müasir dövrün  texniki imkanları buna geniş yol acır.

Saleh müəllim, Siz  özünüz də ingilis dilini  beynəlxalq  dil statusunda  gördüyünüz üçün  yaxşı olmazdımı ki,  ölkəmizdə fəaliyyətdə olan  rusdilli məktəblərin əksəriyyəti ingilisdilli  məktəblərlə əvəz olunsun.  Axı, ingilis dili vasitəsilə daha sanballı, dürüst və əhatəli informasiya əldə etmək mümkündür.

Siz sovet dönəmində yaxşı təhsilin rus elm ocaqlarında yetişən professorlar tərəfindən verildiyini bildirirsiniz. Məgər başqa cür necə ola bilərdi? Axı, biz rus imperyasının əsarəti altında idik. Dünya ölkələrinə çıxışımız yox idi. Lakin  bu gün dünyanın bir  çox tanınmış universitetlərində ingilis dilində təhsillərini  müvəffəqiyətlə davam etdirən yüzlərlə tələbələrimiz vardır ki, bu barədə siz daha çox məlumatlısınız.

Yazırsınız ki, türkdilli ölkələrin bir-biri ilə öz dillərində anlaşması üçün  yüzilliklərlə  vaxt  lazımdır. Məncə, bu, doğru deyil.  Türkiyə daxil, bu gün türkdilli dövlətlərin  əksəriyyəti böyük basqı altındadır. İlk öncə çalışmalıyıq  ki, Qarabağı rus-erməni hərbi birləşmələrində azad edək. Türkdilli xalqlar öz azadlıq və müstəqilliklərini möhkəmlədəndən sonra onların bir-biri ilə dil tapması üçün  böyük zaman intervalına ehtiyac qalmayacaq.

Qazaxıstan dövlətini misal gətirərək qeyd edirsiniz ki, bir vaxtlar burada əhalinin yalnız 35 faizi qazax dilində danışırdı. Lakin rus dilinə ikinci rəsmi dövlət dili statusu verildikdən sonra bu rəqəm 80 faizə yüksəldi. Burada Sizinlə heç cür razılaşmaq olmaz. İcazə verin, bir faktı da mən Sizin  diqqətinizə çatdırım. Sovet dönəmində bir çox respublikalardan fərqli olaraq ölkəmizdə dövlət dili Azərbaycan dili idi. Yəqin ki, zamanı gəlib çatsaydı bizim də  konstitusiyada  dövlət dili kimi rus dilini qeyd edəcəkdirlər. O vaxt Qazakısatnda dövlət dili rus dili olduğu üçün rusdilli orta məktəblərin sayı 100 faizə  yaxın idi. Bəlkə də o zaman  qazaxlar öz dillərini xarici dil kimi öyrənirdilər. Qazax dilinin sonradan  vüsət almasının və rus dilinə ikinci rəsmi dövlət dili statusu verilməsinin əsas səbəbi yalnız və yalnız Qazakıstan dövlətinin müstəqilliyinin qorunub saxlanması ilə bağlı idi. Əgər bir az da uzağa getsək, ölkə paytaxtının əksəriyyəti ruslardan və rusdilli başqa xalqlardan ibarət olan Alma-atadan Astana şəhərinə köçürülməsi də gələcəkdə ölkəni  rus işğalından qorumaq üçün atılan bir addım idi.  

Hörmətli Saleh  müəllim, indisə icazənizlə, Sinqapur haqqında mülahizələrinizə nəzər salaq. Əlbəttə, iqtisadi sahədə mən Sizinlə mübahisə edə bilmərəm. Ancaq elə məqamlar var ki, onlara münasibət bildirmək zorundayam. Bu ölkənin iqtisadi inkişafında dil amili müəyyən rol oynaya bilərdi. Ancaq Sinqapur kimi kiçik  bir dövlətin surətli inkişafının açarı 4 dilin  rəsmi  ünsiyyət dili elan edilməsində deyildi. Əsas səbəb bu ölkədə   mükəmməl qanunların işlənib hazırlanması, onların aliliyinə hörmətlə yanışılması, nizam-intizama və qayda-qanuna əməl edilməsi idi. Məhz bunun sayəsində Sinqapur dövləti yüksək iqtisadi göstəricilərə nail olmuşdur. Orada hər hansı rüşvət və korrupsiya hallarından söhbət gedə bilməzdi. Hətta bu gün də Sinqapurda küçədə və digər ictimai yerlərdə siqaret çəkən insanlar gözə dəymir.  Siqaret kötüyünü, yaxud çeynədiyi saqqızı yerə atan hər hansı bir adama rast gəlməzsən. Əks təqdirdə bu adamlar  böyük məbləğdə pul cəriməsi ilə üzləşməli olurlar.

Əlbəttə,  ölkəmizdə istənilən xarici dili öyrənmək üçün şərait var və marağı olanlar  bunu müvəffəqiyyətlə həyata keçirirlər. Kənd məktəblərində təhsil almağımıza baxmayaraq,  bir çox yaxınlarım və ailə üzvülərim rus və ingilis dilliərini  öz səyləri hesabına mənimsəyə biliblər. Belə olan halda, rus dilinə  xüsusi statusun verilməsinə hər hansı bir ehtiyac görmürəm. Əgər fikirləşirsinizsə bunun müqabilində Rusiya dövləti öz qüvvələrini Qarabağdan çıxaracaqdır-yanılırsınız!

Mənim fikrimcə, bu gün əsas diqqətimizi dilimizin inkişafına yönəltməli, onun hörmətdən düşməsinə imkan verməməliyik. Dil dövlətin əsas atributlarından biridir. Dilin məhvi sonucda dövlətin və millətin məhvi deməkdir. Müasir elmi dünyagörüşdən geri qalmamaq üçün xarici dil bilməyən vətəndaşlarımız üçün də çıxış yolu var.  Bunun üçün  biz müasir texnalogiyanın imkanlarından maksimum yararlanmalı, bu sahədə dövlət proqramlarının hazırlanıb həyata keçirilməsinə nail olmalıyıq. Əgər belə olarsa, hər bir Azərbaycan vətəndaşı istənilən informasiyanı dövlət dilimiz olan Azərbaycan dilində asanlıqla əldə edə bilər.

Hörmətli Saleh müəllim, bu gün dünya xalqları ingilis dilində bir-biri ilə rahat şəkildə təmas qurub fikir mübadiləsi apara bilir. Mənim fikrimcə, Rusiya dövləti başqa xalqlara qarşı öz işğalçılıq siyasətindən əl çəkməyənə qədər ölkəmizdə rus dilinə xüsusi status verilməsi təklifini gündəmə gətirmək düzgün addım deyil.

Qaldı ki dinimizlə bağlı mülahizələrinizə, bu barədə bir çox məsələlərdə  Sizinlə razıyam. Dövlətimiz və xalqımız üçün vacib olan bu mövzu barədə televiziya və mətuatda müzakirələr açmağa böyük ehtiyac var. Əlbəttə, dinin təhrifi, düzgün anladılmaması sonucda millətin faciəsinə çevrilə bilir.  Bildiyiniz kimi, islam dininin davamlı və kütləvi halda təbliği əsasən yas mərasimlərində həyata keçirilir. Məclisi idarə edən mollalarımız mərasim evlərində dinimizin mahiyyətini müxtəlif şəkildə, ağızlarına necə gəldi izah etməklə camaatda caşqınlıq yaradırlar. Yas mərasimlərinə təşrif buyuran  qonaqlar isə  məclisə və yas sahibinə hörmət  əlaməti olaraq lal-dinməz oturub mollaların çıxışlarına qulaq asmaq məcburiyyətində qalırlar. Bununla əlaqədar mənim də bir təklifim var. Ancaq bunun cəmiyyət tərəfindən necə qarşılanacağını bilmirəm. Məncə, yaxşı olar  ki, məscid və  yas mərasimlərində Quran ayələləri və surələri ərəb dilində deyil, bizim üçün doğma olan  Azərbaycan dilində oxunsun.

Sizə dərin hörmətlə:                    

Aləm Kəngərli

loading...
Canı Canana təslim etməyə hazır deyilsənsə, “Mən aşiqəm” demə heç kimə...
Döyüşçülərə silah verib qayıdanda müəmmalı şəkildə öldü: Qəbri Ağdamda, baş daşı Bakıdakı evində olan sənətkar
Qondarma rejimin rəhbəri əhaliyə yalan vədlər verdi...
"İran Azərbaycana dost, etibarlı tərəfdaş olmaqdan nümayişkaranə şəkildə imtina edib"
Düşmənin hərbi texnikası belə məhv edilib - VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Şou-biznes
Daha bir əməkdar artist cəbhəyə yola düşüb
Cəmiyyət
“Cəbhədən gələn xəbərləri dörd gözlə izləyirəm” - Xalq artisti Əlibaba Məmmədov
Cəmiyyət
““Qan ağlayıram” ki, məni də müharibəyə aparsınlar...” - Qarabağın “Qəmlosu”...
Siyasət
"Müharibə dövründə hərbi tibbi xidmətin güclü və peşəkar olması qələbənin yarısı deməkdir"
Cəmiyyət
“Şuşamızda Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağ şikəstəsini oxuyacağımız günü gözləyirəm...”

Yazar
Seymur Əliyev
“Azərbaycan Qarabağda beynəlxalq terrorizmə qarşı mübarizə aparır”
İlham İsmayıl
Murovdan Araza qədər – Zəfər sənindir, əsgər!
Seymur Verdizadə
Kişiliyin çatırsa, indi Qarabağa gəl...
Sultan Laçın
"Qətnamələrinin icrasına nail olmadan BMT-ni eşitmək yox!.."
Həftənin ən çox oxunanları
Azərbaycan ordusunun itkiləri açıqlandı - RƏSMİ
Azərbaycan ordusunun uğurlu əks-hücumu Kəlbəcərdəki qızıl yatağını işlədən Rusiya şirkətini də “vurdu"... 
AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO
Separatçı rejim ermənilərin Qarabağdan təcili təxliyyəsi  haqda qərar verdi?..- FOTO-SƏNƏD
“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı...”+FOTOLAR
“Ordumuzun müzəffər savaşının ən ağır cəbhələrində,  birbaşa səngərdə də  vuruşmağa hazıram…”
“Türkiyənin Suriya və Liviyada Rusiyanın başına gətirdiyini, Azərbaycan Cənubi Qafqazda gətirəcək”
"Rusiya bundan imtina etməsə, Azərbaycanda Türkiyənin hərbi bazaları yaradılmalıdır..."
Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - VİDEO
Düşmənin yaralıları hədsiz saydadır  – İrəvana daşımağa məcbur oldu!..- FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247