Xəbər lenti
29/01/2020 [09:21]:
Düşmən Laçında daha iki SES-in  tikintisinə başladı...-FOTOLAR
29/01/2020 [09:15]:
ABŞ İranın hücum etdiyi bazadakı yaralıların sayı barədə yeni rəqəm açıqladı
29/01/2020 [08:42]:
Əli  ingilis qadını  intihardan xilas etdi-İbrətamiz...-FOTO
29/01/2020 [07:42]:
"Əsl müsəlman gördüyü işə görə təriflənməyi sevməz...”
29/01/2020 [01:13]:
“Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı kifayət qədər realdır” – XƏBƏRDARLIQ!
29/01/2020 [00:37]:
Polislər Qubada yaralı ceyranı xilas edib - FOTOLAR
29/01/2020 [00:29]:
Kobi ilə xanımının gizli helikopter razılaşması - FOTOLAR
29/01/2020 [00:25]:
Bakıda keçirilən futbol matçında dava, hakim döyüldü - VİDEO
29/01/2020 [00:22]:
Fələstin rəhbəri: "Qüds satılmır!"
29/01/2020 [00:18]:
Türkiyə klubu zəlzələyə görə dağılır
29/01/2020 [00:07]:
Qənirə Paşayeva Tovuzun Abulbəyli kəndində yüzlərlə seçici ilə görüşüb - FOTOLAR
29/01/2020 [00:00]:
"Kəlbəcərlilər "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədin səs verəcəklər" - FOTOLAR
28/01/2020 [23:35]:
Azərbaycanın “Avroviziya”dakı rəqibləri bəlli oldu - FOTO
28/01/2020 [23:32]:
Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
28/01/2020 [23:10]:
“Ölüm şəhəri”ndəki azərbaycanlı: “Dörd saat gecikdik, şəhəri bağladılar, çıxa bilmədik”
28/01/2020 [23:07]:
Balakəndə maşın yeniyetməni vuraraq öldürüb
28/01/2020 [22:35]:
Zəlzələ Yunanıstanı da silkələdi
28/01/2020 [22:25]:
7 min kilometr uçdu, aclıqdan öldü - MARAQLI
28/01/2020 [22:22]:
Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar - FOTO
28/01/2020 [22:18]:
ABŞ Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq
28/01/2020 [22:17]:
Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”
28/01/2020 [22:13]:
Fermada işləyə bilmədiyi üçün 10 aylıq qızını aclıqdan öldürdü - DƏHŞƏT...
28/01/2020 [21:59]:
Ordu ruhu...
28/01/2020 [21:38]:
Tramp: "İsrail fələstinlilərlə sülhə böyük addım atır”
28/01/2020 [21:37]:
“Ayətullah Amili kimdir ki, bizim Xarici İşlər Nazirliyi ona cavab versin..?”
28/01/2020 [21:26]:
Türkiyədə qadın qısqanc ərini çəkiclə öldürdü
28/01/2020 [21:25]:
"Hələlik bu virusun çarəsinin olmadığını demək düzgün olar..."
28/01/2020 [21:16]:
Pakistanda güclü partlayış - VİDEO
28/01/2020 [21:09]:
Türkiyədə 5.4 bal gücündə zəlzələ olub
28/01/2020 [21:03]:
Azay Quliyev İbrahimpaşa Dadaşov və Nizami Nərimanov küçələrinin seçiciləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [20:33]:
İsrailin Baş naziri özünün toxunulmazlıq hüququnu ləğv etdi
28/01/2020 [20:32]:
34 gün meşədə qalan ana və 3 uşağının möcüzə qurtuluşu - MARAQLI... + VİDEO
28/01/2020 [20:19]:
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
28/01/2020 [20:13]:
Əsəd rejimi İdlibin ən böyük mahalı mühasirəyə aldı
28/01/2020 [20:10]:
Əvvəl körpə nəvəsini, sonra gəlinini öldürən qadın: “Məni buraxın gedim...” – VİDEO
28/01/2020 [20:04]:
Ölkə tarixində bir ilk: Yad kişi ilə yaxalanan qadın bu şəkildə cəzalandırıldı...+ VİDEO
28/01/2020 [19:53]:
Bakı şəhər BPİ ötən il baş vermiş bəzi dəhşətli qəzaların görüntülərini yaydı - VİDEO
28/01/2020 [19:51]:
Şəki polisi əməliyyat keçirdi: Məhkəmə isə "narkobaron"u açıb buraxdı...
28/01/2020 [19:37]:
Rusiyada deputat və həyat yoldaşı öldürülüb
28/01/2020 [19:24]:
Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu
28/01/2020 [19:14]:
Hafiz Haciyev Çaylı, Dozular, Pənahlılar kəndində kənd sakinləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [19:10]:
Əminə Ərdoğan Afrika ölkəsində  yeni məscid və məktəb açdırdı...-FOTO
28/01/2020 [19:06]:
Koronavirusun yayılmasının pik həddi nə vaxt olacaq?
28/01/2020 [19:03]:
"Xanımın işə gedibsə, gedək, parkda gəzək" - VİDEO
28/01/2020 [19:01]:
Azər Kərimli daha 10 kənddə seçiciləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [19:00]:
Süleymanini vuran amerikalı öldürüldü - Şok
28/01/2020 [18:54]:
“Gürcüstan və Azərbaycanın gələcək potensialı Qafqaz üçün əhəmiyyətli olacaq”
28/01/2020 [18:51]:
Nərminin nənəsindən sensasion açıqlama: “Qızımla kürəkənim günahkardır, İlkin isə…”
28/01/2020 [18:29]:
Oqtay Gülalıyevin oğlu atasının vəziyyətindən danışdı
28/01/2020 [18:24]:
Yevlaxda qadın kanalda batıb - YENİLƏNİB
28/01/2020 [18:24]:
Əli Məsimli seçicilərlə növbəti görüşünü keçirib
28/01/2020 [18:22]:
Fərhad Abdullayev: “Ötən il Konstitusiya Məhkəməsinə 2850 şikayət daxil olub”
28/01/2020 [18:03]:
Rusiyada ərinin qətlini hazırlayan deputat tutuldu - VİDEO
28/01/2020 [17:58]:
"O, maarifçilik xəttinə bunu da əlavə etsə, həmin filmi çəkib dünyaya təqdim edərdim"
28/01/2020 [17:46]:
Paşinyan gözlənilmədən Kəlbəcərə gəldi – FOTOLAR
28/01/2020 [17:42]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28/01/2020 [17:41]:
Paşinyan Azərbaycanda hərbçilər üçün yaşayış kompleksinin açılışında oldu...-FOTOLAR
28/01/2020 [17:35]:
İlham Əliyev: "Prezident Administrasiyasında yeni insanlar lazımdır"
28/01/2020 [17:25]:
Bülənt Ərsoya 100 minlik üzük bağışlayan azərbaycanlı xanımın kimliyi bilindi -FOTOLAR
28/01/2020 [17:14]:
Türkiyədə 4.8 bal gücündə zəlzələ oldu
28/01/2020 [17:14]:
Moderator.az yazdı, nazirlik oğurluq hadisəsini nəzarətə götürdü...
28/01/2020 [17:08]:
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş rejimə keçdi: Koronavirusla bağlı
28/01/2020 [17:07]:
Çindən bəzi malların Azərbaycana gətirilməsinə qadağa qoyuldu - RƏSMİ
28/01/2020 [16:43]:
Su sayğaclarını oğurlayanlar yaxalandılar
28/01/2020 [16:37]:
İctimai Şuranın üzvləri BMU-da imtahanların gedişini izləyiblər
28/01/2020 [16:33]:
Türkiyə yenə silkələndi
28/01/2020 [16:21]:
Azərbaycanda koronavirus şübhəsi olan xəstə aşkarlanıb? - AÇIQLAMA
28/01/2020 [16:13]:
Çindəki azərbaycanlıların vəziyyəti necədir? - Səfir açıqlama verdi
28/01/2020 [16:10]:
Mübariz Mənsimov daha 150 tələbənin təhsil haqqını ödəyəcək
28/01/2020 [16:04]:
Prezident koronavirusla bağlı tapşırıq verdi
28/01/2020 [16:02]:
Xırdalan dairəsi necə olacaq?
28/01/2020 [15:57]:
“Küçəyə çıxmaq qadağandır” - Çindəki səfirimiz tələbələrdən danışdı
28/01/2020 [15:53]:
Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir - FOTO
28/01/2020 [15:48]:
Mədət Quliyev MMC-nin direktorunu işdən çıxardı
28/01/2020 [15:44]:
İranda Almaniya vətəndaşı zorla xəstəxanaya yatırıldı -Koronavirusa görə
28/01/2020 [15:41]:
Səfirliklərlə diaspor qarşıdurması: GƏRGİNLİKDƏN KİMLƏR QAZANDI
28/01/2020 [15:37]:
Koronavirusdan qorunmaq üçün 4 MƏSLƏHƏT
28/01/2020 [15:35]:
Yaşa görə pensiya hüququ qazana bilmək üçün lazım olan şərtlər - Rayonlar üzrə
28/01/2020 [15:25]:
Əlisahib Hüseynov Sumqayıt şəhərində məcburi köçkünlərlə görüşüb
28/01/2020 [15:11]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ)
Bütün arxiv bir sırada
09/07/2017 [20:42] - Köşə - ( 10359 dəfə baxılıb)

İqtidar bu islahatlara başlasa, vəziyyətdən həm özü uduşlu çıxa bilər, həm də...

"Qarabağ problemimiz olmasaydı deyərdik, cəhənnəmə olsun demokratiya da, insan haqları da"
İlham İsmayıl

Son bir neçə gündə Azərbaycanla əlaqədar beynəlxalq aləmin qəbul etdiyi qərarlara, dünyanın Azərbaycana münasibətinə baxanda nə qədər acınacaqlı mənzərə ilə üzbəüz qaldığımızı, millətin və dövlətin bir fəlakət girdabına düşdüyünü və burdan çıxmamızın da real olaraq mümkünsüzlüyünü görərik. Eləcə də cəbhə bölgəsində. Faktiki olaraq 2016-cı ilin aprelindən sonra itkilərimiz - bu ilin fevralında 6 kəşfiyyatçının, 4 iyulda iki yaşlı körpə ilə nənəsinin qətlə yetirilməsi, düşmən tərəfin xüsusilə diplomatik sahədə bizi dalana dirəməsi, Rusiyadan aldıqları yeni raket kompleksi ilə arsenalını gücləndirməsi cəmiyyətdə pessimist ovqatın yaranmasına səbəb olub.  Diqqətinizi son günlərdə ölkəmizlə bağlı baş verən hadisələrin xronikasına yönəldək:

- 5 iyulda Avropa Parlamenti, BMT Baş Assambleyası qətnamə qəbul edib. Qətnamədə insan haqları, beynəlxalq təhlükəsizlik və mövcud konfliktlərə aid bəzi məsələlərə toxunulub. Burda  “Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun möhkəmləndirməsi haqqında” erməni təşəbbüsü plenar iclasda  Avropa Parlamenti qanunvericilərinin əksər səs üstünlüyü ilə qəbul olunub.

- 8 iyulda ATƏT-in Parlament Assambleyasının Minskdə keçirilən sessiyasında ATƏT PA-nın demokratiya, insan haqları və humanitar məsələlər üzrə Ümumi Komitəsi Azərbaycanda insan haqqları və azadlığı sahəsində vəziyyəti tənqid edən qətnamə layihəsini qəbul edib. 

- AŞPA-da insan haqları ilə bağlı Azərbaycana sanksiya tətbiqinin müzakirəsinin davam etməsi.

- ABŞ Dövlət Departamenti Azərbaycanın narkotrafikdə tranzit ölkə olduğunu vurğulaması.

- Beynəlxalq araşdırmalar Azərbaycanda kölgə iqtisadiyyatın ən ən yüksək həddə - 67 faiz olduğunu yazır.

- Rusiya az qala bir sutkada Azərbaycana iki nota veri r- erməni əslli Rusiya vətəndaşlarının ölkəyə buraxılmamasına görə Azərbaycana rəsmi irad bildirir. İnsan haqları ilə bağlı heç kəsə, heç bir dövlətə irad tutmayan, insan haqlarının ən baş pozucusu olan Rusiya bəhanə ilə bizə insan haqlarının pozulmasından danışır.

- ABŞ prezidenti Ukrayna, Moldova, Gürcüstanı dövlət müstəqilliyi günü ilə əlaqədar təbrik edəndə, o ölkələrin ərazi bütövlüyünün ABŞ tərəfindən dəstəkləndiyi vurğulanır, Azərbaycan təbrik olunanda ərazi bütövlüyümüzün adı çəkilmir.
 
Göründüyü kimi Azərbaycanın üzünə Avropanın, ABŞ-ın, Rusiyanın qapıları bağlıdır. Açıq olan qapıların zərrə qədər köməyi yoxdur. Dünyanın taleyini isə bizim üzümüzə bağlı olan qapıların sahibləri həll edir. Bəs, niyə aça bilmirik o qapıları? 

Qarabağ problemimiz olmasaydı deyərdik, cəhənnəmə olsun demokratiya da, insan haqları da. Doğru-dürüst nə vaxt bu millət demokratiya görüb ki, hələ bir ərköyünlük də edib demokratiya xiffəti çəksin.  İndi olmasın, 30-40 ildən sonra olsun. Amma, indi  Qarabağ kimi problemimiz var və həllinin açarı da Rusiya deyil, demokratiyadır. Gürcüstan, Ukrayna, Moldova da bizim kimi torpaq itkisinə məruz qalıb. Səbəb  Rusiyadır. Amma, bu dövlətlərin arxasında Qərb, ABŞ durur, çünki bu dövlətlərin idarəetmə  prinsipləri demokratik dəyərlərə əsaslanır. Ermənistan özü antidemokratik bir idarəetmə sisteminə malikdir. Amma, beynəlxalq təşkilatlar bizimlə müqayisədə onları qismən azad ölkə hesab edirlər.  Dağlıq Qarabağ erməniləri də bic tərpənirlər. Guya müstəqil olmaq istəyirlər, Ermənistanla birləşmək istəmirlər. Bir neçə gündən sonra  “Konstitusiya”larına uyğun növbəti ”“ dördüncü prezidentlərini seçəcəklər. Dünyaya car çəkib deyirlər ki, ”biz 23 ildir demokratik bir cəmiyyət və respublika qurmuşuq. Azərbaycan kimi antidemokratik bir dövlətlə necə birləşək?”.  

Burkino-Fasodan baş götürüb Avropaya qaçan qəbilə təfəkkürlü insan da erməniyə haqq qazandırır, ona yazığı gəlir. Biz çox pis imici olan bir dövlətə çevrilmişik. Dünyanın taleyini həll edən dövlətlərin nəzərində Azərbaycan insan haqlarının pozulduğu, siyasi məhbusların çox olduğu, söz azadlığının olmadığı, korrupsiyanın tuğyan etdiyi, müstəqil məhkəmə sisteminin olmadığı bir ölkəyik. Qarabağ məsələsində də məhz buna görə dünya sahiblərindən heç biri yanımızda yoxdu. Hətta bir-birinə əks olan Rusiya və Qərb də Qarabağ məsələsində eyni mövqedən-yəni erməninin marağından çıxış edirlər. Günah kimdədir? Qərbdə, yoxsa Rusiyada?. Yox, günah bizdədir - Azərbaycandadır. Haqlı olan biz,  torpağı işğal olan biz, bir milyon qaçqını olan biz, niyə dünyanın gözündə  xortdana çevrildik? Səbəblərini dedik. 

Deyə bilərsiniz ki, Səudiyyə Ərəbistanından və ya Orta Asiya respublikalarından da pis deyilik ki? Bəli, dünya demokratik olmayan ölkələr sarıdan boldur, amma onların Qarabağ kimi problemləri yoxdur axı. Yuxarıda qeyd etdiyim kimi torpaq itkimiz olmasaydı, bəlkə də ümidlə gələcəyə baxardıq. O nəfəsliksə  hələ yoxdur.

İnformasiya siyasətimiz daha bərbaddır. Qarabağla əlaqədar Azərbaycan mediasının yazdıqları düşmənə qarşı deyil, ölkə vətəndaşlarına yönəlib və bizi aldatmağa hesablanıb. Televiziyalara çıxan ekspertlər, siyasi şərhçilər alternativ fikir söyləmədən xorla “amin” deyirlər.  Nəyə? Ən dəhşətlisi odur ki, bizim əleyhimizə olanları da “perspektiv strateji uğur” (dünən İTV-dəki bir şərhçi elə-belə də dedi) hesab edirlər. Yəni Şimali Koreya dünya çempionatında Portuqaliyaya 9-0 uduzur, amma Şimali Koreyada ölkənin dünya çempionu olduğunu elan edirlər, camaat da inanır. Bizi Şimali Koreya insanı kimi yalanlarla aldatmaq  hələ ki, mümkün deyil, ona görə  “hələ ki”, alternativ informasiya almaq imkanlarımız qalıb. Müharibə də aparmırıq ki, bir düşmən öldürəndə deyək onunu cəhənnəmə vasil etdik. Arxadakı da ümidlənsin, qabaqdakı da daha yaxşı döyüşsün, düşmən də qəhr olsun.

Xarici və daxili siyasətimizdə təcili demokratik islahatlar aparılmasa dünya daha çox üstümüzə gələcək və Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını tələb kimi qarşımızda qoyacaqlar. Dövlət başçısı ötən il belə bir tələbin olmasını söyləmişdi. Prezident seçkiləri ərəfəsində iqtidar bu islahatlara başlayıb   sürətləndirsə vəziyyətdən həm özü uduşlu çıxa bilər, həm də Azərbaycan. Kompleks islahatlar- iqtisadi, siyasi, kadr islahatları ”“ kataklizmlər yaşanmadan, ölçülü-biçili şəkildə başlanmalı, xüsusilə xarici siyasətdə çevik və cəsarətli mövqe göstərilməlidir.
İlham İsmayıl, 
Təhlükəsizlik məsələləri üzrə ekspert 

Polislər Qubada yaralı ceyranı xilas edib - FOTOLAR
"Kəlbəcərlilər "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədin səs verəcəklər" - FOTOLAR
7 min kilometr uçdu, aclıqdan öldü - MARAQLI
Fermada işləyə bilmədiyi üçün 10 aylıq qızını aclıqdan öldürdü - DƏHŞƏT...
34 gün meşədə qalan ana və 3 uşağının möcüzə qurtuluşu - MARAQLI... + VİDEO
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı kifayət qədər realdır” – XƏBƏRDARLIQ!
Kriminal
Şəki polisi əməliyyat keçirdi: Məhkəmə isə "narkobaron"u açıb buraxdı...
Cəmiyyət
"O, maarifçilik xəttinə bunu da əlavə etsə, həmin filmi çəkib dünyaya təqdim edərdim"
Cəmiyyət
Moderator.az yazdı, nazirlik oğurluq hadisəsini nəzarətə götürdü...
İqtisadiyyat
“Koronavirusun Azərbaycan üçün ciddi iqtsiadi problemə səbəb olacağına inanmıram”
Həftənin ən çox oxunanları
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
Erməni helikopterini vuran MAXE Saleh Məmmədova səsləndi: "Bir şey fikirləşmirlər..."
Paşinyan 7 rayonun qaytarılmasından danışdı: "Onlar razılaşsa, dərhal masaya qoyulacaq..."
“Bizim əsas düşmənimiz Azərbaycan yox, Türkiyədir...”
"Qarabağ cəhənnəmə çevrilməlidir, hər gün Ermənistana əsgər meyiti getməlidir..."
ABŞ-ın yeni nəsil dronları Rusiya və Çini qorxuya saldı: Onları vurmaq mümkün deyil, çünki...
İki nəvəsi olan kişi yeniyetməni meşəyə aparıb zorladı: 16 yaşlı qızın dramı – VİDEO
12 yaşıma çatanda bu barədə ailəmə danışmaq qərarına gəldim, bundan sonra bir daha..."
Putin İsrailə 5  uçaq və 200 nəfərlik heyətlə gəldi...-FOTOLAR+VİDEO
“Rusiyanın aprel döyüşlərində bizə heç bir köməyi dəymədi” – Bu dəfə Kremlin haqqı yeyildi...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247