Xəbər lenti
29/01/2020 [12:13]:
“Ermənilərə bu qədər yardım etsəm də,  mənə adi bir razılıq da eləmədilər...” 
29/01/2020 [12:07]:
Bu ay Azərbaycana gələn Çin vətəndaşlarının sayı açıqlandı - STATİSTİKA
29/01/2020 [11:58]:
Bütün Azərbaycan bu polis leytenantından danışır - Görün nə etdi... -FOTOLAR
29/01/2020 [11:58]:
Zeynəb Xanlarovanın konsertinə bilet alan yoxdur
29/01/2020 [11:54]:
“Azərsu” rəhbəri Ağcabədi və Laçın sakinlərini qəbul etdi -FOTOLAR
29/01/2020 [11:52]:
Nanə Ağamalıyeva: “Bir səbəb yetər ki, efirdən gedim” - FOTO
29/01/2020 [11:48]:
Bakıda BMW yanıb - VİDEO
29/01/2020 [11:48]:
Professor Nəsiman Yaqublu rusdilli seçicilərlə də görüşlər keçirir - FOTOLAR
29/01/2020 [11:46]:
Bir milyon qazanıb evsiz ailələrə verdi
29/01/2020 [11:43]:
ABŞ ordusuna İraq və Suriyada hücumlar artacaq
29/01/2020 [11:43]:
Vahid Əhmədov Qubanın 4 kəndində görüşlər keçirib -FOTOLAR
29/01/2020 [11:30]:
Kobe Brayantın və qızının öldüyü helikopterin yeni görüntüləri yayıldı: Üç meyit tapılıb - FOTO
29/01/2020 [11:26]:
Nazirlər Kabinetində 4 şöbəyə müdir əvəzi təyin edilib
29/01/2020 [11:25]:
"Nazir vəzifəsində belə adamlar olanda dövlət də hörmətə minir, xalq da məmnun olur..."
29/01/2020 [11:23]:
“Həyatda heç nədən peşman deyiləm, çünki sənətimlə insanların sevgisini qazanmışam...”
29/01/2020 [11:22]:
Atatürkün nadir fotoları üzə çıxdı - FOTOLAR
29/01/2020 [11:20]:
DİM-dən sınaq imtahanlarının qiymətinin qaldırmasına cavab - “Biz dövlət büdcəsindən maliyyələşmirik”
29/01/2020 [11:20]:
Alimlər açıqladı: Çini daha bir bəla gözləyir
29/01/2020 [11:17]:
“Biz həmin 7 ətraf rayonu tərk edirik və gedirik…” - FOTOLAR
29/01/2020 [11:06]:
2400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib -FOTOLAR
29/01/2020 [11:05]:
İranda daha bir güclü zəlzələ
29/01/2020 [11:04]:
AZAL ABŞ-a uçuşları dayandırdı - SƏBƏB
29/01/2020 [10:48]:
Son 2 gündə DİN-də qeydə alınmış cinayət və hadisələr haqqında STATİSTİKA...
29/01/2020 [10:48]:
Azərbaycanın keçmiş xarici işlər naziri vəfat edib
29/01/2020 [10:43]:
Polis hovuza düşən maralı xilas etdi - VİDEO
29/01/2020 [10:40]:
Trampın barış planından qəzəblənən Fələstin xalqı küçələrə çıxdı...
29/01/2020 [10:39]:
Daha bir erməni əsgəri yaralandı - Ölüm ayağındadır...
29/01/2020 [10:27]:
Cazibədar model 3,5 kiloqram narkotiklə tutuldu: Kuryerlik edirmiş - FOTO
29/01/2020 [10:25]:
Daha bir ölkədə koronavirus tapıldı
29/01/2020 [10:23]:
Azərbaycan və Türkiyə Dəmir Yolları arasında yeni razılaşma imzalanıb - FOTOLAR
29/01/2020 [10:20]:
General Süleymaninin qızı “Hizbullah” lideri ilə görüşdü...-FOTO+VİDEO
29/01/2020 [10:14]:
Magistraturaya sınaq imtahanı keçiriləcək
29/01/2020 [10:12]:
Roza İvana Serti Bakıya gətirdi - FOTO/VİDEO
29/01/2020 [09:55]:
Gürcüstanın o vaxtkı dövlət başçısı Şevardnadze Səməndər Rzayevi çox sevərmiş...
29/01/2020 [09:44]:
Yer kürəsinin orbitində partlayış baş verə bilər
29/01/2020 [09:42]:
13 nəfərin ölümünə səbəb olan sürücü hadisə yerindən qaçdı
29/01/2020 [09:40]:
Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək
29/01/2020 [09:21]:
Düşmən Laçında daha iki SES-in  tikintisinə başladı...-FOTOLAR
29/01/2020 [09:15]:
ABŞ İranın hücum etdiyi bazadakı yaralıların sayı barədə yeni rəqəm açıqladı
29/01/2020 [08:42]:
Əli ingilis qadını intihardan xilas etdi-İbrətamiz...-FOTO
29/01/2020 [07:42]:
"Əsl müsəlman gördüyü işə görə təriflənməyi sevməz...”
29/01/2020 [01:13]:
“Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı kifayət qədər realdır” – XƏBƏRDARLIQ!
29/01/2020 [00:37]:
Polislər Qubada yaralı ceyranı xilas edib - FOTOLAR
29/01/2020 [00:29]:
Kobi ilə xanımının gizli helikopter razılaşması - FOTOLAR
29/01/2020 [00:25]:
Bakıda keçirilən futbol matçında dava, hakim döyüldü - VİDEO
29/01/2020 [00:22]:
Fələstin rəhbəri: "Qüds satılmır!"
29/01/2020 [00:18]:
Türkiyə klubu zəlzələyə görə dağılır
29/01/2020 [00:07]:
Qənirə Paşayeva Tovuzun Abulbəyli kəndində yüzlərlə seçici ilə görüşüb - FOTOLAR
29/01/2020 [00:00]:
"Kəlbəcərlilər "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədin səs verəcəklər" - FOTOLAR
28/01/2020 [23:35]:
Azərbaycanın “Avroviziya”dakı rəqibləri bəlli oldu - FOTO
28/01/2020 [23:32]:
Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
28/01/2020 [23:10]:
“Ölüm şəhəri”ndəki azərbaycanlı: “Dörd saat gecikdik, şəhəri bağladılar, çıxa bilmədik”
28/01/2020 [23:07]:
Balakəndə maşın yeniyetməni vuraraq öldürüb
28/01/2020 [22:35]:
Zəlzələ Yunanıstanı da silkələdi
28/01/2020 [22:25]:
7 min kilometr uçdu, aclıqdan öldü - MARAQLI
28/01/2020 [22:22]:
Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar - FOTO
28/01/2020 [22:18]:
ABŞ Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq
28/01/2020 [22:17]:
Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”
28/01/2020 [22:13]:
Fermada işləyə bilmədiyi üçün 10 aylıq qızını aclıqdan öldürdü - DƏHŞƏT...
28/01/2020 [21:59]:
Ordu ruhu...
28/01/2020 [21:38]:
Tramp: "İsrail fələstinlilərlə sülhə böyük addım atır”
28/01/2020 [21:37]:
“Ayətullah Amili kimdir ki, bizim Xarici İşlər Nazirliyi ona cavab versin..?”
28/01/2020 [21:26]:
Türkiyədə qadın qısqanc ərini çəkiclə öldürdü
28/01/2020 [21:25]:
"Hələlik bu virusun çarəsinin olmadığını demək düzgün olar..."
28/01/2020 [21:16]:
Pakistanda güclü partlayış - VİDEO
28/01/2020 [21:09]:
Türkiyədə 5.4 bal gücündə zəlzələ olub
28/01/2020 [21:03]:
Azay Quliyev İbrahimpaşa Dadaşov və Nizami Nərimanov küçələrinin seçiciləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [20:33]:
İsrailin Baş naziri özünün toxunulmazlıq hüququnu ləğv etdi
28/01/2020 [20:32]:
34 gün meşədə qalan ana və 3 uşağının möcüzə qurtuluşu - MARAQLI... + VİDEO
28/01/2020 [20:19]:
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
28/01/2020 [20:13]:
Əsəd rejimi İdlibin ən böyük mahalı mühasirəyə aldı
28/01/2020 [20:10]:
Əvvəl körpə nəvəsini, sonra gəlinini öldürən qadın: “Məni buraxın gedim...” – VİDEO
28/01/2020 [20:04]:
Ölkə tarixində bir ilk: Yad kişi ilə yaxalanan qadın bu şəkildə cəzalandırıldı...+ VİDEO
28/01/2020 [19:53]:
Bakı şəhər BPİ ötən il baş vermiş bəzi dəhşətli qəzaların görüntülərini yaydı - VİDEO
28/01/2020 [19:51]:
Şəki polisi əməliyyat keçirdi: Məhkəmə isə "narkobaron"u açıb buraxdı...
28/01/2020 [19:37]:
Rusiyada deputat və həyat yoldaşı öldürülüb
28/01/2020 [19:24]:
Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu
28/01/2020 [19:14]:
Hafiz Haciyev Çaylı, Dozular, Pənahlılar kəndində kənd sakinləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [19:10]:
Əminə Ərdoğan Afrika ölkəsində  yeni məscid və məktəb açdırdı...-FOTO
28/01/2020 [19:06]:
Koronavirusun yayılmasının pik həddi nə vaxt olacaq?
Bütün arxiv bir sırada
05/07/2017 [13:41] - Köşə - ( 5025 dəfə baxılıb)

Yaltaqlıq şinelinə bürünənlərin mənəviyyatı korroziyaya uğrayır

Sənin buynuzun var
Züleyxa Nadir


Universitetdə məntiq müəllimimiz var idi  - Mustafa Güliyev. Bir  dəfə dərsdə test etdi. Oğlanlardan birini ayağa qaldırıb soruşdu ki, buynuz itirmisən?  “Yox” cavabını alandan sonra söylədi ki, oğlum, sənin  buynuzun var.  Hamımız təəccübləndik, hətta əməllicə  güldük də. Tələbə yoldaşım isə necə pərt olmuşdu, necə  qızarmışdı, necə tərləmişdi... illər keçib, amma sifətinin halını indi də xatırlayıram. Mustafa müəllim izah etdi ki, məntiqdə belə bir qanun var: itirmədiyin  şey səndə var. Bu oğlan da buynuz itirməyib, deməli onun buynuzu var...

Əslində məntiq mülahizə, düzgün təfəkkür, fikir və fəaliyyətdə yaranan əlaqələr  haqqında elmdi. Bu elmin gəldiyi nəticələr onun öz qanunları ilə tənzimlənir. Məntiq sübut etməyə çalışır ki, sən buynuz itirməmisənsə, o, səndə var. Əminəm ki, bu cümləni oxuyan kimi  dodağınız qaçacaq, ya da güləcəksiniz ”“ illər öncə Mustafa müəllimin söylədiklərinə bizim güldüyümüz kimi. Doğru... gülməlidi. Siz məntiqin qanununlarına güləcəksiniz, mən isə Milli Məclisdə yaltaqlıq haqqında  səsləndirilən təklifə iki gündü gülürəm.

Bizim Milli Məclisin deputatları zaman-zaman gülməli təkliflər irəli sürüblər, hətta ağlamalı məsələləri qabardıb gündəmə gətirənlər də olub. Bu dəfəki təklif isə  nə gülməli, nə də ağlamalıdı. Deputat Qüdrət Həsənquliyev deyir ki,  Azərbaycanda deputatların yaltaqlıq  etməsi qadağan olunmalıdı. Fikrini də Özbəkistanda yaltaqlığın qanunla ləğv olunması ilə əsaslandırır. Spiker deputata cavab verir: “Sən yaltaqlığın dərəcəsini göstər, biz də məsələyə baxaq”. Deputat niyə, nəyə və kimə yaltaqlanmalıdı? Bu, başqa mövzudu.

Oqtay Əsədov isə Mustafa müəllimin tələbəsi olsaydı yaltaqlığın dərəcəsi haqqında fikir söyləməzdi. Bilərdi ki, yaltaqlıq elə yaltaqlıqdı, onun dərəcəsi-filanı yoxdu və çox mənfur bir hərəkətdi.  Qüdrət Həsənquliyev deyirsə ki, bu barədə qanun qəbul edilsin, deməli bu ölkədə yaltaqlıq  baş alıb gedir ”“ məntiq belə diktə edir. Necəsə, nə yollasa onu tutub saxlamaq lazımdı. Biçarə deputat çıxış yolunu qanun qəbul etməkdə görür. Təkcə deputatlar yaltaq deyil ki?! Üç nəfər işçisi olan JEK-in süpürgəçisindən tutmuş nəhəng nazirlik, komitə və şirkətlərin əməkdaşları arasında da istənilən qədər yaltaq tapmaq mümkündü. 

Qanunla o hal tənzimlənir  və qarşısı alınır ki, o, vətən, xalq, millət üçün çox böyük təhlükədi. Yaltaqlıq da çox böyük təhlükədi. Amma saysız-hesabsız yaltağı müəyyənləşdirmək, söylədiklərini sübuta yetirmək  hansı qanuna yerləşə bilər ki? Necə qanun qəbul etmək olar ki, mayasında yaltaqlıq  toxumu olan və münbit  şəraitə düşən kimi sürətlə böyüyən xasiyyət sahibini  “içəri” ata  biləsən?!

Yaltaqlığın bir çox vasitələri var. Hansısa bir vasitənin seçilməsi yaltağın mədəniyyət və xasiyyətindən asılıdır. Həmçinin bu,  yaltaqlıq obyektinə bağlıdı. Əgər  obyekt yaltaqlıqdan məsti-xumar olursa peşəkar yaltağın çiçəyi çırtlayır. Azərbaycanda peşəkar yaltaqlar çoxdu, çoxumuz da tanıyırıq. Bir də var ki,  usta yaltaqlar. Onlar qarşıya qoyulan məqsədə çatmaq üçün peşəkar yaltaqların qabağına ustalıqla doqquz qoyarlar. Məmləkət  belələrindən də xali deyil.

Yaltaq  ləyaqətli insan cildinə girəndə onu tanımaq olmur. Ona görə də deputat Fazil Mustafa həmkarının  fikirlərinə əks gedərək deyib: "Belə bir qanunun qəbul olunmasının əleyhinəyəm. Çünki indi hamını daha yaxşı seçmək olur. Qanun qadağa etsə, heç kimi tanımaq olmayacaq. Qanunun olmaması daha xeyirlidir”.

Yaltağın kimliyini xasiyyətinin xarici əlamətinə görə yox, müqavimət  göstərməmək, öz mövqeyini müdafiə etməmək prinsiplərinə görə çox asanlıqla  ayırd etmək olur. Yaltaq cəmiyyətdə mənəvi qüsurların ən iyrənc daşıyıcısı olan insanlar zümrəsinə aiddir. Yaltaqlıq heç zaman müstəqil surətdə özünü göstərmir. Yaltaqlıq ikiüzlülüklə ekizdi. Yaltaq öz təbiətinə görə satqındı. Yaltaq araqarışdıranın qohumudu. Yaltaq  paxıldı, ən murdar və pis qoxulu xarakterlərin sahibidi. Yaltaqlıq mənfur  xəstəlikdi.

Yaltaqlıq mühitini yaradan rəhbər şəxslərdi. Müdirlər istəyirlər ki, işçilər ona yaltaqlanslınlar. Heç kəsə sirr deyil ki, Azərbaycanda vəzifəli şəxslər kresloda oturan kimi  ilk vəzifələri ətrafında  yaltaqların, xəbərçilərin olmasını təmin etmək olur. Sanki yaltaq acıdırlar, yaltaq susuzluğundan dodaqları çatlamış kimidirlər. Bəzən müdir xəbərçini, yaltağı  özü ilə əvvəlki iş yerindən gətirir. Çünki ona inanır, ona etibar edir. Həmin xəbərçi   (casus da demək olar) ətrafda olub-bitəni  müdirə çatdırır. Və o, avtomatik olaraq  burada da professional yaltaq cildinə girir. Yanında yaltaq adam görmək istəyən rəhbər şəxsin gözünü vəzifə pərdəsi elə örtür ki, sabah başına nə gələcəyini belə düşünmək qabiliyyətini itirir. Anlamır ki, başına gələcəklərin baiskarı məhz həmin yaltaq olacaq. 

Yaltağın fəaliyyət göstərdiyi  tüstülü mühitdə çoxlarımız “boğulmuşuq”, ya da çox ağır formada yaralanmışıq. Mən illərdi aldığım yaranın ağrısını çəkirəm. Yaltağın “xidmətləri”ndən məsti-xumar olan  rəhbərlər sonradan elə zərbəyə məruz qalırlar ki, uzun müddət özlərinə gələ bilmirlər. Tanıdığım bir nəfər beş il universitetdə eyni partada oturduğu, yataqxanada az qala bir çarpayıda  yatdığı  tələbə yoldaşı işlədiyi müəssisəyə müdir təyin ediləndən sonra onun ətrafında iyrənc bir formada “pərvanəyə” döndü. Satqınlığı, xəbərçiliyi və yaltaqlığı xarakterində cəmləşdirən  bu qorxulu adam  “bəli, müəllim, siz düz buyurursunuz...” deyə-deyə  dostunun səhvlərini doğru kimi qiymətləndirdi. Müdir yaltağın əyilib-qalxmasından həzz alırdı. Çox keçmədi ki, həmin o mənfur yaltaq öz müdirinin ”“ tələbə yoldaşının, dostunun “başını yedi”.

Bütün bu pislikləri qanun qəbul etməklə  aradan qaldırmaq mümkündümü? Əlbəttə, yox. Çünki yaltaq qanuna nəzarət, yaxud da icra edənə elə məharətlə, elə ustalıqla “papış tikəcək” ki, icraçı da, nəzarətçi də ona “əhsən” deyəcək. Heç bir qanun yaltaqlığın qarşısını ala bilməz.  Yalnız vicdan insanı düşdüyü yaltaqlıq  quyusundan çıxarar və əxlaqsılığa gedən yoldan kənara çəkər. Əxlaqsızlıq təkcə əkscinsin nümayəndəsi ilə yatağa  girmək deyil. Yaltaqlıq ən iyrənc əxlaqsızlıqdı. Həmçinin də cəmiyyətdə yaltaq ordusunu yaratmaq əxlaqsızlığın  görünməyən tərəfidi.  Yaltaqlar cəmiyyəti cürüdürlər. Yaltaqlıq şinelinə bürünənlərin mənəviyyatı korroziyaya uğrayır. Onlar ən ali dəyərləri asanlıqla  tapdalaya bilirlər. Yaltaq və xəbərçi adamlar ailədə də özlərini doğru-dürüst apara bilmirlər.

Bunları qanunla tənzimləmək mümkün deyil.  Vicdanı olanlar yaltaqlığın nə olduğunu bilmirlər. Vicdanı olanlar yaltağı əlinin tərsi ilə geri çevirilər. Ədalət tərəzisi və insaf güzgüsü vicdanlı adamların daimi “aksesuarlarıdı”. Vicdandan məhrum olanlar isə yaltaqların qurbanıdı...

Deputatın dedikləri nə qədər gülməlidirsə, yaltaq adamları tanımaq, onları ətrafında görmək, elədiklərinə şahid olmaq o qədər ağlamalı və  faciəlidir. Bu adamların  yaltaqlıq kimi buynuzları var.  O buynuzların ucu çox itidi. Hər an yaltaqlıq etdiyi obyektin qarnını  deşə bilər. Çünki yaltağın tək işi bir ömür özünü bu an üçün hazırlamaqdı.

Kaş ki, vəzifəli şəxslər yaltaq ordusu yaratmaq əvəzinə, beləsinin buynuzunu görə bilmək kimi iti gözə,  möhkəm hafizəyə malik olaydılar. Kaş ki, beləsinə “sənin buynuzun var, məndən də,  ətrafımdan da uzaq dur” deyə biləydilər. Kaş ki, Mustafa Güliyev  məntiqinin  “buynuzu” ilə yaltaqları buynuzlayıb meydandan çıxara biləcək  güc sahibi olaydılar.

Kaş ki...

Gürcüstanın o vaxtkı dövlət başçısı Şevardnadze Səməndər Rzayevi çox sevərmiş...
Polislər Qubada yaralı ceyranı xilas edib - FOTOLAR
"Kəlbəcərlilər "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədin səs verəcəklər" - FOTOLAR
7 min kilometr uçdu, aclıqdan öldü - MARAQLI
Fermada işləyə bilmədiyi üçün 10 aylıq qızını aclıqdan öldürdü - DƏHŞƏT...
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Həyatda heç nədən peşman deyiləm, çünki sənətimlə insanların sevgisini qazanmışam...”
Hadisə
Daha bir erməni əsgəri yaralandı - Ölüm ayağındadır...
Cəmiyyət
“Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı kifayət qədər realdır” – XƏBƏRDARLIQ!
Kriminal
Şəki polisi əməliyyat keçirdi: Məhkəmə isə "narkobaron"u açıb buraxdı...
Cəmiyyət
"O, maarifçilik xəttinə bunu da əlavə etsə, həmin filmi çəkib dünyaya təqdim edərdim"
Həftənin ən çox oxunanları
Erməni helikopterini vuran MAXE Saleh Məmmədova səsləndi: "Bir şey fikirləşmirlər..."
Paşinyan 7 rayonun qaytarılmasından danışdı: "Onlar razılaşsa, dərhal masaya qoyulacaq..."
“Bizim əsas düşmənimiz Azərbaycan yox, Türkiyədir...”
"Qarabağ cəhənnəmə çevrilməlidir, hər gün Ermənistana əsgər meyiti getməlidir..."
ABŞ-ın yeni nəsil dronları Rusiya və Çini qorxuya saldı: Onları vurmaq mümkün deyil, çünki...
İki nəvəsi olan kişi yeniyetməni meşəyə aparıb zorladı: 16 yaşlı qızın dramı – VİDEO
12 yaşıma çatanda bu barədə ailəmə danışmaq qərarına gəldim, bundan sonra bir daha..."
“Rusiyanın aprel döyüşlərində bizə heç bir köməyi dəymədi” – Bu dəfə Kremlin haqqı yeyildi...
Putin İsrailə 5  uçaq və 200 nəfərlik heyətlə gəldi...-FOTOLAR+VİDEO
Səsdən 5 dəfə sürətli raketlər gəlir: Radarları “lazımsız yükə” çevirən yenilik!
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247