Xəbər lenti
29/01/2020 [08:42]:
Əli  ingilis qadını  intihardan xilas etdi-İbrətamiz...-FOTO
29/01/2020 [07:42]:
"Əsl müsəlman gördüyü işə görə təriflənməyi sevməz...”
29/01/2020 [01:13]:
“Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı kifayət qədər realdır” – XƏBƏRDARLIQ!
29/01/2020 [00:37]:
Polislər Qubada yaralı ceyranı xilas edib - FOTOLAR
29/01/2020 [00:29]:
Kobi ilə xanımının gizli helikopter razılaşması - FOTOLAR
29/01/2020 [00:25]:
Bakıda keçirilən futbol matçında dava, hakim döyüldü - VİDEO
29/01/2020 [00:22]:
Fələstin rəhbəri: "Qüds satılmır!"
29/01/2020 [00:18]:
Türkiyə klubu zəlzələyə görə dağılır
29/01/2020 [00:07]:
Qənirə Paşayeva Tovuzun Abulbəyli kəndində yüzlərlə seçici ilə görüşüb - FOTOLAR
29/01/2020 [00:00]:
"Kəlbəcərlilər "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədin səs verəcəklər" - FOTOLAR
28/01/2020 [23:35]:
Azərbaycanın “Avroviziya”dakı rəqibləri bəlli oldu - FOTO
28/01/2020 [23:32]:
Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
28/01/2020 [23:10]:
“Ölüm şəhəri”ndəki azərbaycanlı: “Dörd saat gecikdik, şəhəri bağladılar, çıxa bilmədik”
28/01/2020 [23:07]:
Balakəndə maşın yeniyetməni vuraraq öldürüb
28/01/2020 [22:35]:
Zəlzələ Yunanıstanı da silkələdi
28/01/2020 [22:25]:
7 min kilometr uçdu, aclıqdan öldü - MARAQLI
28/01/2020 [22:22]:
Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar - FOTO
28/01/2020 [22:18]:
ABŞ Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq
28/01/2020 [22:17]:
Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”
28/01/2020 [22:13]:
Fermada işləyə bilmədiyi üçün 10 aylıq qızını aclıqdan öldürdü - DƏHŞƏT...
28/01/2020 [21:59]:
Ordu ruhu...
28/01/2020 [21:38]:
Tramp: "İsrail fələstinlilərlə sülhə böyük addım atır”
28/01/2020 [21:37]:
“Ayətullah Amili kimdir ki, bizim Xarici İşlər Nazirliyi ona cavab versin..?”
28/01/2020 [21:26]:
Türkiyədə qadın qısqanc ərini çəkiclə öldürdü
28/01/2020 [21:25]:
"Hələlik bu virusun çarəsinin olmadığını demək düzgün olar..."
28/01/2020 [21:16]:
Pakistanda güclü partlayış - VİDEO
28/01/2020 [21:09]:
Türkiyədə 5.4 bal gücündə zəlzələ olub
28/01/2020 [21:03]:
Azay Quliyev İbrahimpaşa Dadaşov və Nizami Nərimanov küçələrinin seçiciləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [20:33]:
İsrailin Baş naziri özünün toxunulmazlıq hüququnu ləğv etdi
28/01/2020 [20:32]:
34 gün meşədə qalan ana və 3 uşağının möcüzə qurtuluşu - MARAQLI... + VİDEO
28/01/2020 [20:19]:
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
28/01/2020 [20:13]:
Əsəd rejimi İdlibin ən böyük mahalı mühasirəyə aldı
28/01/2020 [20:10]:
Əvvəl körpə nəvəsini, sonra gəlinini öldürən qadın: “Məni buraxın gedim...” – VİDEO
28/01/2020 [20:04]:
Ölkə tarixində bir ilk: Yad kişi ilə yaxalanan qadın bu şəkildə cəzalandırıldı...+ VİDEO
28/01/2020 [19:53]:
Bakı şəhər BPİ ötən il baş vermiş bəzi dəhşətli qəzaların görüntülərini yaydı - VİDEO
28/01/2020 [19:51]:
Şəki polisi əməliyyat keçirdi: Məhkəmə isə "narkobaron"u açıb buraxdı...
28/01/2020 [19:37]:
Rusiyada deputat və həyat yoldaşı öldürülüb
28/01/2020 [19:24]:
Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu
28/01/2020 [19:14]:
Hafiz Haciyev Çaylı, Dozular, Pənahlılar kəndində kənd sakinləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [19:10]:
Əminə Ərdoğan Afrika ölkəsində  yeni məscid və məktəb açdırdı...-FOTO
28/01/2020 [19:06]:
Koronavirusun yayılmasının pik həddi nə vaxt olacaq?
28/01/2020 [19:03]:
"Xanımın işə gedibsə, gedək, parkda gəzək" - VİDEO
28/01/2020 [19:01]:
Azər Kərimli daha 10 kənddə seçiciləri ilə görüşüb - FOTOLAR
28/01/2020 [19:00]:
Süleymanini vuran amerikalı öldürüldü - Şok
28/01/2020 [18:54]:
“Gürcüstan və Azərbaycanın gələcək potensialı Qafqaz üçün əhəmiyyətli olacaq”
28/01/2020 [18:51]:
Nərminin nənəsindən sensasion açıqlama: “Qızımla kürəkənim günahkardır, İlkin isə…”
28/01/2020 [18:29]:
Oqtay Gülalıyevin oğlu atasının vəziyyətindən danışdı
28/01/2020 [18:24]:
Yevlaxda qadın kanalda batıb - YENİLƏNİB
28/01/2020 [18:24]:
Əli Məsimli seçicilərlə növbəti görüşünü keçirib
28/01/2020 [18:22]:
Fərhad Abdullayev: “Ötən il Konstitusiya Məhkəməsinə 2850 şikayət daxil olub”
28/01/2020 [18:03]:
Rusiyada ərinin qətlini hazırlayan deputat tutuldu - VİDEO
28/01/2020 [17:58]:
"O, maarifçilik xəttinə bunu da əlavə etsə, həmin filmi çəkib dünyaya təqdim edərdim"
28/01/2020 [17:46]:
Paşinyan gözlənilmədən Kəlbəcərə gəldi – FOTOLAR
28/01/2020 [17:42]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28/01/2020 [17:41]:
Paşinyan Azərbaycanda hərbçilər üçün yaşayış kompleksinin açılışında oldu...-FOTOLAR
28/01/2020 [17:35]:
İlham Əliyev: "Prezident Administrasiyasında yeni insanlar lazımdır"
28/01/2020 [17:25]:
Bülənt Ərsoya 100 minlik üzük bağışlayan azərbaycanlı xanımın kimliyi bilindi -FOTOLAR
28/01/2020 [17:14]:
Türkiyədə 4.8 bal gücündə zəlzələ oldu
28/01/2020 [17:14]:
Moderator.az yazdı, nazirlik oğurluq hadisəsini nəzarətə götürdü...
28/01/2020 [17:08]:
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş rejimə keçdi: Koronavirusla bağlı
28/01/2020 [17:07]:
Çindən bəzi malların Azərbaycana gətirilməsinə qadağa qoyuldu - RƏSMİ
28/01/2020 [16:43]:
Su sayğaclarını oğurlayanlar yaxalandılar
28/01/2020 [16:37]:
İctimai Şuranın üzvləri BMU-da imtahanların gedişini izləyiblər
28/01/2020 [16:33]:
Türkiyə yenə silkələndi
28/01/2020 [16:21]:
Azərbaycanda koronavirus şübhəsi olan xəstə aşkarlanıb? - AÇIQLAMA
28/01/2020 [16:13]:
Çindəki azərbaycanlıların vəziyyəti necədir? - Səfir açıqlama verdi
28/01/2020 [16:10]:
Mübariz Mənsimov daha 150 tələbənin təhsil haqqını ödəyəcək
28/01/2020 [16:04]:
Prezident koronavirusla bağlı tapşırıq verdi
28/01/2020 [16:02]:
Xırdalan dairəsi necə olacaq?
28/01/2020 [15:57]:
“Küçəyə çıxmaq qadağandır” - Çindəki səfirimiz tələbələrdən danışdı
28/01/2020 [15:53]:
Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir - FOTO
28/01/2020 [15:48]:
Mədət Quliyev MMC-nin direktorunu işdən çıxardı
28/01/2020 [15:44]:
İranda Almaniya vətəndaşı zorla xəstəxanaya yatırıldı -Koronavirusa görə
28/01/2020 [15:41]:
Səfirliklərlə diaspor qarşıdurması: GƏRGİNLİKDƏN KİMLƏR QAZANDI
28/01/2020 [15:37]:
Koronavirusdan qorunmaq üçün 4 MƏSLƏHƏT
28/01/2020 [15:35]:
Yaşa görə pensiya hüququ qazana bilmək üçün lazım olan şərtlər - Rayonlar üzrə
28/01/2020 [15:25]:
Əlisahib Hüseynov Sumqayıt şəhərində məcburi köçkünlərlə görüşüb
28/01/2020 [15:11]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ)
28/01/2020 [15:06]:
“Simpsonlar”ın 1993-cü ildə yayımlanan bölümündə koronavirus izləri aşkarlandı - VİDEO
28/01/2020 [14:59]:
Saleh Məmmədov: “12 rayonda yeni yollar çəkiləcək”
Bütün arxiv bir sırada
05/07/2017 [09:07] - Köşə - ( 2455 dəfə baxılıb)

Sərkisyanın Alxanlı cinayəti - 2 yaşlı Zəhranın qatili odur!

Ermənistan danışıqlara tüpürdü və Azərbaycanı savaş meydanına çəkdi
Elşad Paşasoy

Gecənin yarısı Qarabağdan ağır xəbər gəldi. İşğalçı Ermənistanın Qarabağdakı terrorçu dəstələri növbəti dəfə dinc insanlarımızın qanını töküb. Müdafiə Nazirliyi Füzuli rayonunun Alxanlı kəndinin artilleriya atəşinə tutulması nəticəsində iki mülki vətəndaşımızın həlak olduğunu, dinc sakinlərin yaralandığını, kəndə ciddi ziyan dəydiyini təsdiqləyib. 

Sözsüz ki, düşmənin bu alçaqlığına Azərbaycan Silahlı Qüvvələri layiqli şəkildə cavab verəcək. Biz ordumuzun gücünə inanırıq! Aprel döyüşlərində düşməni sarsıdan əsgərimiz bu dəfə də onu qan içində boğmağı bacaracaq, bacı-qardaşlarımızın qisasını alacaq.


Ancaq fikrimcə, bu cavab düşmənin bir-iki atəş nöqtəsinin, hərbi texnikasının məhv edilməsindən ibarət olmamalıdır. Çünki Ermənistan bu davranışı ilə açıq şəkildə danışıqlara tüpürdü, dinc yolla ram olmayacağını nümayiş etdirdi. Alxanlı kəndinin dinc sakinlərini artilleriya atəşinə tutmaqla erməni ordusu Azərbaycanı savaş meydanına dəvət etdi, törətdiklərinin bədəlini artıqlaması ilə ödəməlidir.


Cinayətkar prezident Serj Sərkisyan ordusuna “dinc sakinləri vurun” komandasını verməklə öz mahiyyətini bir daha ortaya qoydu, dəyişmədiyini, islah olmadığını nümayiş etdirdi. Bu, həmin Sərkisyandır ki, araşdırmaçı ekspert Tomas de Valla “biz Xocalıdakı qırğını törədənə qədər azərbaycanlılar elə bilirdilər ki, biz onlarla zarafat edirik” demişdi.

Image result for 2 yaşlı zəhra


4 iyul 2017-ci ildə Alxanlı kəndinə endirilən artilleriya zərbələri də faktiki olaraq soyqırım cəhdidir. Hər halda düşmən çox yaxşı bilir ki, bu kənddə hərbçilər yox, mülki sakinlər yaşayır və açıq şəkildə sivil insanları hədəfə alıblar.


Hadisənin məhz bu tarixdə baş verməsi səbəbsiz deyil. Bu, Lələtəpə əməliyyatı nəticəsində təhlükəsizliyi təmin olunmuş və qısa müddətdə bərpa edilmiş Cocuq Mərcanlıya vətəndaşlarımızın məhz bu gündən başlanan KÖÇ-ə verilən reaksiyadır! 
Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam imzaladıqdan çox qısa müddət sonra kənddə 50 mənzil və 100 yerlik məktəb binası tikildi, Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri inşa olundu, azan səsi ucaldı. Cəmi 3 aya bir kənd abadlaşdırıldı. Su, qaz, elektrik, telefon xətləri çəkilib, su anbarı inşa edildi, küçələr işıqlandırıldı. Prezident və Birinci vitse-prezidentin Cocuq Mərcanlıdakı açılış mərasimlərinə qatılması düşməni kifayət qədər narahat etmişdi. Elə həmin məqamda düşmənin təxribat-diversiya hərəkətinə keçməsi də Azərbaycanı bu addımlardan çəkindirməyə hesablanmışdı. Lakin düşmənin burnu ovuldu, bir kəşfiyyatçı ələ keçirildi. İyulun 3-də isə Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın iclası keçirildi. Bəyan olundu ki, bir gün sonra kəndə köç başlanacaq.


Ermənistan və Qarabağdakı separatçı rejim çox çalışsa da, təmas xəttindəki Talış kəndinə erməniləri köçürə bilmir. Ancaq Azərbaycan dövləti qısa müddətdə düşmənin darmadağın etdiyi Cocuq Mərcanlını cənnətməkana çevirməyi bacardı. O da bildirildi ki, kənddə daha 100 ev tikiləcək. Ermənistan bilir ki, Cocuq Mərcanlıya çəkilən abad yol yarıda qalmayacaq, Kəlbəcərə”¦qədər uzanacaq. Və 4 iyulda Cocuq Mərcanlıya köçün başlandığı gün düşmən hərəkətə keçdi.


Alxanlı kəndinə vurulan xain zərbə Qarabağa Böyük Qayıdışı əngəlləmək niyyəti güdür. İşğalçı bu yolla azərbaycanlı köçkünlərin öz evlərinə qayıtmasına mane olmaq, onları qorxudub geri qaytarmaq, ümumilikdə Şuşaya, Xankəndinə, Kəlbəcərə, Laçına gedən yolumuzu kəsmək istəyir. Şübhəsiz ki, düşmən bunu özbaşına etmir, havadarlarına arxayındır, cızılmış plana uyğun davranır. Ancaq istənilən halda şərəfsiz düşmənin cəzası verilməlidir.


Bu mərhələdə bütün xalq ayaqda olmalı, düşmənə üsyan püskürməli, siyasi mövqeyindən asılı olmayaraq hər kəs Vətən müharibəsinə hazır olmalı, ortaya vahid mövqe qoymalıdır! Ermənistan bizi Vətən Müharibəsinə başlamağa dəvət edir, bu, həm də Qarabağın xilas edilməsi üçün böyük bir şansdır!


Ekspertlərimizdən biri maraqlı bir açıqlama vermişdi. Demişdi ki, Ermənistan rəhbərliyi çox çətin bir durumda qalıb, güzəştlərə gedəcəyi halda hakimiyyətini itirəcəyindən çəkinir, ona görə də istəyir Azərbaycan hərbi yolla Qarabağı azad etsin və Sərkisyan da xalqı qarşısında “bacara bilmədik, torpaqlar getdi” mövqeyini qoyub özünü sığortalasın. Kim bilir bəlkə də bu arqumentlərdə həqiqət payı var. Nədən ordumuz bu fürsəti dəyərləndirməsin?


Sözsüz ki, böyük savaşa başlamaq sadə məsələ deyil. Lakin Ali Baş Komandanımız da dəfələrlə bəyan edib ki, Ermənistan rəhbərliyi konstruktiv danışıqlarda maraqlı deyil, bu vəziyyəti sonsuzluğa qədər uzatmağa çalışır. Ermənistanın himayəçiləri də Azərbaycandan Dağlıq Qarabağın “müstəqilliyini” tanımağı tələb edirlər. Üstəlik, Azərbaycanın sülhməramlı addımları, Bakı Sülh Platformasını yaratması, çox ciddi mesajlar verməsi də işğala son vermədi, dünya güclərinin düşüncəsində dəyişikliklərə səbəb olmadı. Deməli, SON qərarın verilməsinin alternativ qalmır.


Bir neçə saat əvvəl həmsədrlər Vyanada ATƏT üzvlərini Qarabağ danışıqlarının son durumu ilə bağlı məlumatlandırmışdılar. Ermənistan Alxanlıya mərmi yağdırmaqla həm də onlara cavab verdilər. İndi görək onların Ermənistana cavabı nə olacaq, bu şərəfsizləri durdurcaqlarmı, yoxsa yenə oyun oynayacaqlar?


Qarabağ separatçıları isə iki həftə sonra separatçı rejimə yeni “prezident” seçəcəklər. Belə bir məqamda Azərbaycan müharibəyə cəlb olunur. Təsadüfi deyil. Bu ilin fevralında Qarabağda qondarma “konstitusiya dəyişiklikləri referendumu” keçiriləndə də təmasboyu gərginlik pik həddə qalxdı, ordumuz şəhidlər verdi. Azərbaycana xain zərbələr vurmaqla düşmən bizi güzəştlərə vadar etmək, saxta “seçki”lərini qəbul etdirmək istəyir. Bu, açıq-aşkar güc nümayişidir.


Serj Sərkisyan rejimi həm də erməni vətəndaşlarının ordudan qaçışını dayandırmaq üçün döyüşlərdə qələbələr qazanmaq istəyir. Düşmən ölkədə 10 mindən çox gənc ordudan qaçdığı üçün axtarışdadır! Cinayətkar prezident Qarabağda ölmək istəməyən gəncləri həvəsləndirmək üçün belə alçaqlıqlara əl atır. Deməli, onun cavabı verilməlidir. Alxanlıda dinc insanların qanını tökən cani prezidentlə danışıqlardan imtina ən düzgün yol olardı.

Rəsmi Bakı dərhal hərəkətə keçməli, Ermənistan ordusunun cinayətləri ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etməli. Qurumun fövqəladə toplantısının çağırılmasını, Azərbaycan ərazilərini 25 ildir işğalda saxlayan, 4 qətnaməyə əməl etməyən bu ölkəyə qarşı sanksiyaların qəbul olunması, antiterror əməliyyatların başlaması üçün çağırışlar etməlidir. Əks təqdirdə baş verənlərə görə bütün məsuliyyətin işğalçı ölkənin üzərinə düşəcəyini bəyan edib Qarabağın işğalçılardan azad olunması uğrunda hərbi əməliyyatlara başlamaq lazımdır. Ermənistan rəhbərliyi son cinayəti ilə demək istəyir ki, azərbaycanlılarla ermənilərin birgəyaşayışına məhz o razı və hazır deyil”¦

Polislər Qubada yaralı ceyranı xilas edib - FOTOLAR
"Kəlbəcərlilər "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədin səs verəcəklər" - FOTOLAR
7 min kilometr uçdu, aclıqdan öldü - MARAQLI
Fermada işləyə bilmədiyi üçün 10 aylıq qızını aclıqdan öldürdü - DƏHŞƏT...
34 gün meşədə qalan ana və 3 uşağının möcüzə qurtuluşu - MARAQLI... + VİDEO
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı kifayət qədər realdır” – XƏBƏRDARLIQ!
Kriminal
Şəki polisi əməliyyat keçirdi: Məhkəmə isə "narkobaron"u açıb buraxdı...
Cəmiyyət
"O, maarifçilik xəttinə bunu da əlavə etsə, həmin filmi çəkib dünyaya təqdim edərdim"
Cəmiyyət
Moderator.az yazdı, nazirlik oğurluq hadisəsini nəzarətə götürdü...
İqtisadiyyat
“Koronavirusun Azərbaycan üçün ciddi iqtsiadi problemə səbəb olacağına inanmıram”
Həftənin ən çox oxunanları
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
Erməni helikopterini vuran MAXE Saleh Məmmədova səsləndi: "Bir şey fikirləşmirlər..."
Paşinyan 7 rayonun qaytarılmasından danışdı: "Onlar razılaşsa, dərhal masaya qoyulacaq..."
“Bizim əsas düşmənimiz Azərbaycan yox, Türkiyədir...”
"Qarabağ cəhənnəmə çevrilməlidir, hər gün Ermənistana əsgər meyiti getməlidir..."
ABŞ-ın yeni nəsil dronları Rusiya və Çini qorxuya saldı: Onları vurmaq mümkün deyil, çünki...
İki nəvəsi olan kişi yeniyetməni meşəyə aparıb zorladı: 16 yaşlı qızın dramı – VİDEO
12 yaşıma çatanda bu barədə ailəmə danışmaq qərarına gəldim, bundan sonra bir daha..."
Putin İsrailə 5  uçaq və 200 nəfərlik heyətlə gəldi...-FOTOLAR+VİDEO
“Rusiyanın aprel döyüşlərində bizə heç bir köməyi dəymədi” – Bu dəfə Kremlin haqqı yeyildi...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247