Velosiped (Hekayə)
Oxunub: 2984
03 Jun 2017 | 13:10
Velosiped  (Hekayə)

Allahverdi səkkizinci sinifdə oxusa da ərköyünlüyündən, nadincliyindən əl çəkmir, gündə bir hoqqa çıxarırdı. Gah oğlanlara ilişir, gah da qızlara söz atırdı. Sinif yoldaşları, məhəllə uşaqları onunla mübahisə etməkdən çəkinər, ikibaşlı atmacalarına məhəl qoymaz, ondan uzaq durmağa çalışardılar. Ona görə yox ki, ondan qorxurdular. Yox, qorxmurdular. Sadəcə olaraq, bilirdilər ki, kim onun xətrinə dəysə, nənəsi Gülsüm arvad tez özünü yetirib aranı qatacaq, hamını bir-birinə vuracaq, “konsert” çıxaracaqdı. Bəzi uşaqlar uğultu qoparacaq, camaat isə tamaşaya yığılacaqdı.

İnsafən, Allahverdinin valideyinləri pis adam deyildi. Anası Şölə xanım çox mehriban, səmimi bir tibb bacısı, atası Yaqub kişi isə zəhmətkeş Kamaz sürücüsü idi. Qonşu olduqları üçün hələ uşaq vaxtlarından Yaqub bəylə Şölə xanım bir-birlərinə get-gəl eləmiş, dostlaşmış, böyüyəndə isə ağsaqqalların xeyir-duası ilə ailə qurmuşdular. Lakin evləndikdən sonra uzun müddət övladları olmamışdı. Bəzi dostları, qohumları Yaquba arvadından ayrılıb başqası ilə evlənməyi məsləhət bilsə də, o, bu fikri qətiyyən qəbul etməmiş, səbirli olmağa üstünlük vermişdi. Evli olduqları müddətdə Şölə xanımla çox mehriban ömür sürmüş, valideyinləri isə gəlindən həmişə razılıq etmişdilər. Bu cür arvad hər adama qismət olmazdı ki, Yaqub bəyin bəxtinə çıxmışdı. Necə deyərlər, doşab almışdı - bal çıxmışdı. Bircə, övlad dərdi olmasaydı... Yoxsa, kim istəməzdi ki, ömrünü Şölə xanım kimi tərbiyəli, başıaşağı, üzüyola, mehriban bir gəlinlə keçirsin.

Yaqub bəy Şölə xanımı da götürüb şəhər həkimlərindən belə hər yana aparmışdı. Lakin həkimlər onların sağlamlığında bir qüsur tapa bilməmiş, bu problemin zamanla həll oluna biləcəyini demişdilər. Yaqub bəy ümidini üzməyərək təkcə həkimlərlə kifayətlənməmişdi. Ağsaqqal və ağbirçəklərin məsləhəti ilə ağır ocaqlara, pirlərə pənah aparmış, nəzirlər paylamış, həmişə Allaha dualar etmişdilər. O, demək olar ki, olub-qalan nə pulu vardısa, hamısını bu yolda qoymuşdu. Və nəhayət beş ildən sonra sevinc üzünə gülmüşdü. Özü də təkcə onun yox. Öz ailə üzvləri ilə bərabər bütün kənd camaatı da bu hadisəyə sevinmişdi. Allahverdi adını isə uşağa nənəsi qoymuşdu ”“ Gülsüm xala. Uşaq böyüyənə qədər anası ilə bərabər nənəsi də onun üstündə əsmiş, qayğısına qalmış, hər nazını çəkmişdi. Şölə xanım uşağından arxayın olduğu üçün iş yerinə rahat gedib-gəlmiş, qayınanasına güvəndiyindən narahatlıq hissi keçirməmişdi. Təəssüf ki, uşaq böyüdükcə nənəsi onu daha çox əzizləmiş, bəzən səhv hərəkətlərinə də fəxrlə “maşallah” demişdi. Ata-anası uşağa hirslənəndə və ya bir irad tutanda Gülsüm xala tez reaksiya vermiş, “yaxşı, yaxşı, dünya dağılmadı” deyə  nəvəsinə qahmar çıxmışdı. Ərköyünlük o həddə gəlib çatmışdı ki, Allahverdi nənəsindən pul götürüb kənddəki mağazalardan istədiyi şeyi alırdı. Öz təqaüdü kifayət etməyəndə Gülsüm xala əlini ömür-gün yoldaşı Mustafa kişininin cibinə uzadırdı.  Satıcılar Allahverdiyə alışdıqlarından, onu görməyəndə darıxardılar.

Bir gün Yaqub bəy yorğun halda işdən gəlib arvadını çox qaşqabaqlı gördü. Hiss etdi ki, Şölə xanım onu soyuq qarşıladı. Əvvəl heç nə demədi. Adəti üzrə bir stəkan çay içdikdən sonra aynəbənddən otağa keçib arvadını səslədi:

  • Şölə, keç içəri, işim var.

Şölə xanım işini bilirdi. Odur ki, otağa daxil olan kimi arxasınca qapını örtdü. Yaqub bəy gözləmədən soruşdu:

  • Niyə qaşqabaqlısan? Nəsə olub?
  • Yox, heç nə olmayıb ”“ həyat yoldaşı dilləndi.
  • Yorğunam, hövsələm yoxdur. Yubatma, de görüm, nə olub?
  • Yaqub, sənə qurban, məni pis vəziyyətdə qoyma...
  • Bəsdi görək! Bağrımı çatlatdın! De görüm, nə məsələdi?!
  • Nə olacaq, Allahverdi evdə heç kimi saya almır. Nə bilir, onu edir, dərslərini oxumur. Gör saat neçədir, hələ evə yığışmayıb.
  • Narahat olma, mən onun qulağını dartaram.
  • Kötəklə düzələsi məsələ deyil, Yaqub. Nənəsi onu çox pis öyrədib. Uşağın sözü ilə oturub-durur. Allahverdinin bir əmri yerinə yetməyəndə uşaqdan çox o, narahat olur. Ağzımı açmağa qoymur. Bəlkə üzbəüz oturub şirin dil ilə özün uşağı başa salasan. Hələ gec deyil. Ananı yola gətirsən, Allahverdini dartıb bir yana çıxara bilərik.
  • Bəs, indiyə kimi niyə mənə bir söz demirdin?
  • Nə deyim, Yaqub? Xasiyyətinə bələd deyiləm? O dəqiqə əsəbləşib hay-küy qaldıracaqsan. Hamı da deyəcək ki, Mustafa kişinin qızı ana ilə balanın arasına girib onları bir-birinə vurdurur. Bu işdə mən əsas günahı qayınanamda görürəm. Allahverdi dükanlardan nə istəyir götürür. Pulu ona nənəsi ilə babası verir... Yaqub, elə et ki, mənim adım hallanmasın, xahiş edirəm. Qoy, evimizdəki mehribanlıq pozulmasın.

Yaqub bəyin hövsələsi qaçdı. Həyat yoldaşı haqlı idi. Ancaq bilmirdi ki, söhbətə hardan və necə başlasın. Elə etməliydi ki, Şölənin adı hallanmasın, yoxsa anası evdə mərəkə qoparar, olub-qalan xətir-hörmət aradan götürülərdi. İkilikdə olduqlarını nəzərə alıb Şölə xanım sözünə davam etdi:

  • Yaqub, hirsli başda ağıl olmaz. Yaxşı-yaxşı fikirləş, qötür-qoy elə. Həmən uşağın üstünə getmə. Məsələ çox ciddidir. İndi də deyir ki, əgər mənə velosiped almasanız özümü damdan atacağam... Gedib mağazaya, verməyiblər, deyiblər ki, get, qoy atan gəlsin.
  • Bircə, elə bu qalmışdı. ”“ Yaqub bəy bərk əsəbləşdi. ”“ Qələt eləyir. Belə çıxır ki, hər dama çıxanda ona bir şey almalıyıq?! ”“ Sonra əlavə etdi ”“ Sən mənə heç nə deməmisən, narahat olma.

Bu, velosiped məsələsi Yaqub bəy üçün göydəndüşmə oldu. Əvvəlcə çayını içib sonra küçəyə çıxdı. Gövdəsindən sınaraq yerə yıxılmış yaşlı söyüd ağacının üstündə sıra ilə oturan uşaqlara tərəf səsləndi:

  • Dədə, gecdir, gəl evə. (O, atasına hörmət əlaməti olaraq oğlunu belə çağırırdı).

Allahverdi uşaqlardan ayrılıb evə gəldi. Ailə aynabənddəki stolun arxasına yığışıb axşam yeməyinə hazırlaşırdı. Yaqub bəy özünü saxlaya bilməyib dərhal söhbətə başladı:

  • Dükançı İsmayıl dedi ki, oğlun gəlib velosiped almaq istəyir. Bu düzdür?
  • Hə, istəyir, bala, istəyir. Deyir ki, hamının var, mənim niyə olmasın? ”“ Gülsüm arvad qabağa düşüb hamıdan tez cavab verdi.
  • Ana, birincisi, hamının velosipedi yoxdur, varsa da bizə nə dəxli? İkincisi, Dədə gündəliyini gətirsin görək vəziyyət necədir? Əgər velosiped alsaq, dərslərindən geri qalmaz ki? Üçüncüsü, deyin görüm, mənim xəbərim olmadan  niyə uşağa pul verirsiniz ki,  gedib velosiped  alınsın?!
  • Boy, o nə sözdü dedin, ay oğul? Məgər bu evdə mən boyda ağbirçəyin sözü keçmir ki? Bir veliskeddən yana uşağın qəlbinə dəyəcəksən? Camaat uşağına cüt-cüt alır. Niyə acından ölmürük ki? Başqaları bir sürü uşaq saxlayır, sözü çıxmır, sən bir dənə nubarının könlünü almaq istəmirsən! Yaqub bəy hiss etdi ki, anası ilə danışmaq onun üçün çətin olacaq. Odur ki, oğluna tərəf çevrilib dedi:
  • Dədə, bax, mənə diqqətlə qulaq as. Velosiped sənin üçün elə bir əhəmiyyət kəsb eləmir. Əgər istəyirsənsə mənim kimi sənin də çörəyin daşdan çıxmasın, çalış, dərslərinə fikir ver. Universitetə girib yaxşı bir ixtisas sahibi ol. Önəmli olan budur, velosiped sənin nəyinə lazımdır?
  • İstəyirəm, ”“ oğlu astadan dilləndi.
  • Məndə pul var. ”“ Gülsüm arvad yenə özünü saxlaya bilmədi.

Yaqub bəy  üzünü  bayaqdan  sakitcə  oturub  qulaq asan atasına tutub dedi:

  • Ata, sən bu işə nə deyirsən? Anam bu uşağı hara aparır?
  • Bala, anan bu evdə indiyə kimi mənə ağız açıb söz danışmağa imkan verməyib. Sevinirəm ki, heç olmasa, əvəzində Allah mənə yaxşı bir gəlin qismət eləyib. İndi də bu uşaq məsələsi. Əgər bilmək istəyirsənsə, anan o uşağın evini çoxdan yıxıb. Gücün çatsa, velsabed almaya bilərsən.

Gülsüm arvad kişinin sancmasına cavab qaytarmaqdan özünü zorla saxladı. Yaqub bəy şər vaxtı, şam yeməyi ərəfəsində evə qanqaralığı salmaq istəmədi. Üzünü oğluna tutub dedi:

  • Dədə, nə vaxt ki bütün dərslərindən əla qiymətlər gətirdin sənə velosiped alacağam.

Allahverdi küsərək stolun arxasından durub yemək yemədən içəri otağa keçdi. Nənəsi həmən dalınca yüyürdü. Nəvəsinə dediyi təsəlliverici sözlər aynabənddə aydınca eşidilirdi: “Ağlama, mənim noğul balam. Nənən gözünün yaşına qurban olar...”

Səhər Yaqub bəy işə getsə də Allahverdi dərsə getmədi. Anası nə qədər çalışsa da onu yola gətirə bilmədi. Uşaq “velosiped” deyib durdu. Sonra isə məqsədinə nail olmaq üçün tövlənin damına çıxdı. “Özümü atacağam!” deyə baba və nənəsini hədələdi. Yubanmadan anası Şölə xanımı iş yerindən çağırdılar. Tamaşaya qonşular da yığışdı. Nənəsi nə qədər yalvarsa da, özünə əl atsa da, camaat nə qədər dil töksə də xeyri olmadı. Allahverdi dedi ki, anam getsə velosipedi verərlər. Şölə xanım isə oğlunu başa saldı ki, əgər icazəsiz bir iş tutsa Yaqub işdən gələn kimi onu tikə-tikə doğrayar. Bu söhbətlərin faydasız olduğunu görən Allahverdi nənəsinin yalvarışlarına məhəl qoymadan damın lap qırağına gəldi. Sonra isə “İnanmırsınız mənə? Onda, əlvida!” deyib özünü aşağı atdı. Düşməyi ilə bağırmağı bir oldu:

  • Vay, nənə, öldüm!

Ətraf bir-birinə qarışdı. Su gətirən kim, həkim dalınca qaçan kim... Nənəsi havar çəkib elə şivən qopardı ki, gəl görəsən:

  • Balamı bədbəxt elədilər! Bir veliskedi ona qıymadılar...

Şölə xanımın səsi çıxmasa da gözlərindən yaş sel kimi axırdı. Oğlunun başını dizi üstünə qoyub camaatdan ona toxunmamağı xahiş edirdi. Uşağın rəngi qaçdığından bərk narahat idi.

Həkim gəlib çıxdı. Şölənin iş yoldaşı idi. Uşağa bir ağrıkəsici iynə vurub şəhərə rentgen aparatına aparmağı məsləhət bildi. “Ancaq maşına mindirəndə ehtiyatlı olun, ayağını  tərpətməyin” deyib getdi. Allahverdi isə hey qışqırıb-bağırır, səsini kəsmirdi. Bilmək omurdu ki, o bunu ağrıdan eləyir, yoxsa ərköyünlüyündən. Nəhayət, səbirsizliklə gözlədikləri sınıqçı Süsən arvad da gəlib çıxdı. Camaat çəkilib tez ona yol verdi. Arvad çöməlib yerini rahatladı. Allahverdinin çığırtısına məhəl qoymadan əvvəlcə ehtiyatla onun sağ ayağını  nəzərdən keçirdi. Sonra onu yavaşca yerə qoyub, diqqətlə sol ayağına əl gəzdirdi. Hamı nəticəni gözləyirdi. Süsən arvad başını qaldırıb səbirsizliklə gözləyən Şölə xanıma dedi:

  • Narahat olma, qızım, sınığı yoxdu. Anan namaz üstə imiş. Sol ayağı topuqdan çıxıb, onu salmaq lazımdır.

Süsən arvad da Süsən arvad idi ha. Kənddə heç bir sınıqçı onunla bəhsləşə bilməzdi. Əlli illik iş təcrübəsində bir dəfə də olsun diaqnozu səhv çıxmamışdı.

  • İsti-isti salmasaq yerinə qan dolar, sonra uşaq əziyyət çəkər, ”“ deyə fikrini bildirdi.

Şölə xanım etiraz etmədi. Yara təzə olduğu üçün topuq çox şişməmişdi. Süsən arvad ayağı ovuşdurmaq üçün nə keçi piyi istədi, nə də ki kərə yağı. Yaxınlıqdakı cavanlar Allahverdini tutub tərpənməyə qoymadı. Süsən arvad elə birinci həmlədə topuqdan çıxan ayağı yerinə saldı. Hamı sevindi. Allahverdini evə gətirib yatağa uzatdılar. Süsən arvad çıxan ayağı yun yaylıqla bağladı. Və tapşırdı ki, iki-üç gün onu yerə toxundurub, zora salmasınlar.

Qonşular dağılışdılar. Nənəsi Allahverdinin yanından kənara çəkilmir, anası isə ev işlərini görürdü. Çox çəkmədi ki, Yaqub bəy də gəlib çıxdı. Maşını birbaşa həyətə sürdüyündən heç nədən xəbəri yox idi. Hadisəni yoldaşı Şölə xanım qapıda qısa şəkildə ona danışdı. Yaqub bəy hirsindən içəri keçib, hətta, uşağa belə baş çəkmədi. Aynabənddə xörəyini yeyib çayını içdi. Aynabənddə yatıb, səhər ordan da işə getdi. Nənəsi Allahverdinin zırıltısını kəsə bildi. Səhər açılanda qonşuları Qəzənfəri çağırıb dəsmala düyünlədiyi pulu ona verib dedi ki, mənim adım olmasın, buna İsmayıldan bir velosiped al gətir. O da alıb gətirdi.

Allahverdi yataqdan qalxa bilməsə də kefi kök idi. Velosiped otağın küncündə, gözünün qabağında par-par yanırdı.

Yaqubun, anasına bir söz deməyə üzü gəlmədi. Allahverdinin tərbiyəsi düzəlmək əvəzinə getdikcə daha da korlanırdı. Bu hadisədən xeyli vaxt keçmişdi. Bir gün Yaqub bəy işdən evə gələndə gördü ki, həyətləri adamla doludu. Ağlaşma səsi gəlmirdi. Fikirləşdi ki, yəqin atasının vəziyyəti yenə də ağırlaşıb. Lakin yaxınlaşanda başqa bir mənzərənin şahidi oldu. Allahverdi yaşadıqları hündür binanın damına çıxıb “özümü atacağam!” deyə bağırırdı. Bu vəziyyəti görüb başını bulayan kim, uşağa dil tökən kim, Şölə xanıma ürək-dirək verən kim ”“ aləm qarışmışdı bir-birinə. Yaqub bəy binaya yaxınlaşıb aşağıdan oğluna səsləndi:

  • Dədə, düş aşağı, konsert vermə! Elə etmə ki, özüm ora qalxım!
  • Gəlsən, nənəm canı, özümü atacağam. Əgər istəyirsiniz ki, atmayım, mənə vertolyot alın...

Yaqub bəy camaatın əhatəsində halsız vəziyyətdə uzanıb ürəyini tutan anasına yaxınlaşdı:

  • Ana, mən getdim, işlərim çoxdur. Gör, noğul balan nə istəyir?!

 


Oxşar xəbərlər
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
GÜNLÜK
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...