Xəbər lenti
12/08/2020 [13:49]:
Mədəniyyət nazirinə müşavir təyin edilib
12/08/2020 [13:46]:
Jirinovski Rusiyada koronavirus peyvəndini yaradanların mükafatlandırılmasını istədi
12/08/2020 [13:45]:
Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI
12/08/2020 [13:37]:
Rusiya 14 günə korona vaksininin tətbiqinə başlayır
12/08/2020 [13:32]:
Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələndilər
12/08/2020 [13:31]:
Türkiyə İraq və PKK iclasını vurdu: Akarın səfəri ləğv edildi
12/08/2020 [13:31]:
Bu il 3 milyard manatdan çox sosial yardım ödənilib
12/08/2020 [13:27]:
Aralıq dənizində sular niyə isindi? –Yarımçıq kəsilən Türk-Yunan danışıqlarının gizlinləri
12/08/2020 [13:19]:
Erməni rejimi Əsgəranda mərkəzi küçənin təmirinə başladı...-FOTO
12/08/2020 [13:16]:
İki yol var: Getmək və ya ölkəni qan içində boğmaq...
12/08/2020 [13:07]:
Bu səhvlərə qətiyyən yol verməyin - Yanlış ixtisas seçimi edən tələbələrdən VACİB məsləhətlər
12/08/2020 [13:04]:
Alimlər dəniz məhsullarında mikroplastik zərrəcikləri tədqiq etdilər
12/08/2020 [13:03]:
Oqtay ilk dəfə Aysellə boşanmalarından danışdı
12/08/2020 [13:01]:
Azərbaycan Rusiyadan koronavirus vaksini sifariş edəcək? - Açıqlama
12/08/2020 [13:01]:
Təhsil naziri Türkiyə səfiri ilə görüşdü
12/08/2020 [13:00]:
Riyaziyyatın 99 sirrindən biri - Kvadrat kök necə hesablanır?-Sadə metod
12/08/2020 [12:59]:
Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradıldı
12/08/2020 [12:55]:
"Oğlunu vəzifəli, pullu kişilərin qızlarıyla evləndirmək istəyən ən azı 20 adam görmüşəm..."
12/08/2020 [12:52]:
“Qəbul imtahanlarının I mərhələsinə qatılmayanlar II mərhələdə iştirak edə biləcək” - DİM
12/08/2020 [12:39]:
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir...
12/08/2020 [12:35]:
Prezident “Azərsu”ya vəsait ayırdı
12/08/2020 [12:06]:
“Azyaşlıya sataşan müəllim ən azı 15 il azadlıqdan məhrum edilməli idi...”
12/08/2020 [12:05]:
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
12/08/2020 [12:03]:
“Azərbaycan polisinə qarşı aparılan qarayaxmalar “5-ci kalon” tərəfindən idarə olunur“
12/08/2020 [12:02]:
Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI
12/08/2020 [11:59]:
Belarusda aksiyalara görə pirotexniki məhsulların satışı qadağan edildi
12/08/2020 [11:56]:
“Əli Nağıyev təcrübəli və milli adamdır” - “O, “beşinci kolon”la bağlı öz işlərini görür...”
12/08/2020 [11:56]:
“Ölkəmizdə belə bir bazanın yaradılması nə Türkiyəyə, nə də Azərbaycana lazımdır, çünki...”
12/08/2020 [11:48]:
Əməkdar jurnalist vəfat etdi
12/08/2020 [11:47]:
Türkiyədə dövlət məmuru torpaq üstündə ailə üzvlərini öldürdü
12/08/2020 [11:45]:
Emin Ağalarov “avtoşluq” etdi - VİDEO
12/08/2020 [11:43]:
Trampdan seçki həmləsi - 100 milyon dozalıq vaksin
12/08/2020 [11:40]:
Ermənilər Türkiyə ordusunun Gürcüstandan keçməklə Qarabağa girəcəyindən qorxuya düşdü...
12/08/2020 [11:19]:
Nazilə gənclərin boşanmasından danışdı: “Sizi böyütmürük ki, bizə dərd verib qocaldasınız”
12/08/2020 [11:17]:
Ermənistanda koronavirusa yoluxanların sayı 40 794-ə çatdı
12/08/2020 [11:15]:
“Şəhidlərimizdən sonra bu günü təmtəraqlı keçirmək bizə yaraşmaz...”
12/08/2020 [11:14]:
Bərdədə kütləvi dava: ölən və yaralananlar var - ADLAR
12/08/2020 [11:11]:
“Beyrut partlayışı Ermənistan üçün sanki göydəndüşmə bir fürsət oldu” - Tofiq Zülfüqarov
12/08/2020 [11:09]:
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi
12/08/2020 [11:07]:
Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı
12/08/2020 [10:53]:
İsrail qırıcıları HƏMAS-ı yenə vurdu
12/08/2020 [10:45]:
Tramp dünyanın ən böyük problemini açıqladı
12/08/2020 [10:42]:
Kafe karantinə rəğmən fəaliyyət göstərirmiş - FOTO
12/08/2020 [10:42]:
"Rusiya bunu edərsə, o zaman Türkiyənin müharibəyə qatılmaqdan başqa yolu qalmayacaq..."
12/08/2020 [10:17]:
İmişlidə qohumlara hücum: 1 ölü, 1 yaralı
12/08/2020 [10:15]:
Bərdə RİH-də Koronavirusa qarşı Operativ Qərargahın növbəti iclası keçirildi - FOTOLAR
12/08/2020 [10:12]:
"Vaksinin təsdiqi illüziyadır, toyların bərpası isə..." - Professor
12/08/2020 [10:09]:
Azərbaycanda yeni ödənişlər sistemi istismara verilib
12/08/2020 [10:09]:
“Rusiya Türkiyə və Azərbaycanla danışıqlarda konstruktivlik nümayiş etdirməzsə...”
12/08/2020 [10:07]:
Yüzdən çox erməni Livandan Ermənistana gətirilib
12/08/2020 [09:44]:
Türkiyədə güclü zəlzələ oldu
12/08/2020 [09:39]:
Ermənilər atəşkəs rejimini 35 dəfə pozub
12/08/2020 [09:37]:
Koronavirusla bağlı son STATİSTİKA
12/08/2020 [09:14]:
Ancelina Coli hakimə qarşı vəsatət qaldırıb
12/08/2020 [09:11]:
Çin lideri vətəndaşları yeməyə qənaət etməyə çağırdı
12/08/2020 [09:10]:
Qardaşının üzərinə kimyəvi maye tökərək yandırdı – VİDEO
12/08/2020 [09:05]:
Ukraynada koronavirusun ikinci dalğası başladı
12/08/2020 [08:46]:
“Koronavirus, nəhayət, dekabrda tarixə dönəcək” - Sinqapurlu alimlər...
12/08/2020 [07:43]:
Ermənı lider separatçı “prezident” iqamətgahının Şuşaya köçürüləcəyini bəyan etdi...
12/08/2020 [07:03]:
"Doğrudanmı biz hesab edirik ki, ulu əcdadımız Həzrət Adəm yox,  meymundur?.."
12/08/2020 [02:08]:
"Ssenari elə qurulub ki, zərərçəkmiş tərəf bu gün təqsirləndirilən tərəf olub..."
12/08/2020 [01:56]:
Avropa "Batya"nı sanksiyalarla hədələdi: "Belarusla münasibətlərə yenidən baxılacaq..."
12/08/2020 [00:09]:
Bir gündə Rusiyadan Antalyaya 80 təyyarə turist gəldi...
11/08/2020 [23:55]:
"Qanunun tələblərinə zidd olaraq sözügedən "kitab" ekspert rəyi olmadan çap edilib"
11/08/2020 [23:52]:
“Xəyanətin yox, bir mərdimazarın şantajının qurbanı oldum, o vicdansız məxluq öz cəzasını alacaq"
11/08/2020 [22:45]:
Komitə sosial şəbəkələrdəki fotolarla bağlı hərəkətə keçdi
11/08/2020 [22:19]:
Belarusda iki mindən çox insan saxlanılıb
11/08/2020 [22:17]:
Avtomobil sığortası olmayan sürücü qəza törətdi
11/08/2020 [22:05]:
Hökumət təkzib etdi: komendant saatı tətbiq edilməyəcək
11/08/2020 [22:04]:
Bakıda qadın 30 nəfəri aldadaraq pulunu aldı
11/08/2020 [22:01]:
Abşeronda karantin qaydalarını pozan 28 nəfər cərimələnib - FOTO
11/08/2020 [21:58]:
Paşinyan fövqəladə vəziyyət şəraitində dostunun qızının toyunda iştirak etdi - FOTO
11/08/2020 [21:28]:
ABŞ Rusiyanın koronavirusa qarşı peyvəndini keyfiyyətsiz adlandırdı
11/08/2020 [21:24]:
15 yaşlı qızı hamilə buraxan müəllim bir il müddətinə azadlıqdan məhrum edildi
11/08/2020 [21:05]:
"Bu “ənənə” illərdir dövlət mülkiyyətində olan monopolist müəssələr tərəfindən formalaşıb"
11/08/2020 [20:52]:
Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək
11/08/2020 [20:31]:
Tixanovskaya Litvaya qaçdı, Lukaşenko isə hələlik vəziyyətə tam nəzarət edə bilmir...
11/08/2020 [20:27]:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rəhman Cəfərovun ailəsini sosial nəzarətə götürdü
11/08/2020 [20:19]:
“Onlar ölkəmizdəki bu bazanı NATO bazası hesab edəcək və ilk zərbəni ona endirəcəklər”
11/08/2020 [20:11]:
Ailəsi tərəfindən dəfn edilən kişi beş gündən sonra evinə qayıtdı
Bütün arxiv bir sırada
22/04/2017 [18:38] - Köşə - ( 10252 dəfə baxılıb)

Müsəlman geriliyinin beş səbəbi...

Qulu Məhərrəmli

Sivilizasiyaların toqquşması haqqında deyilənlər nağıl deyil, gerçəklikdir və reallaşmaqdadır. Buna əmin olmaq üçün CNN kimi transmilli telekanallara baxmaq kifayətdir. Firavan Avropadan müsəlman Şərqinə keçən kimi mənzərə dəyişir, ekranları   partlayış, dağıntı, qəzəbli kütlə tutur, arada cır-cındır içindəki uşaqlarını yanına yığmış çadralı qadın və əlində silah “Alllahu-əkbər” deyən saqqallı kişi də görünür.  Əfqanıstan, Suriya, İraqdan olan süjetlər, adətən bu şəkildə verilir və beyinlərə müsəlmanların geridə qalmış və həm də qorxunc obrazı sızdırılır. Təəssüf ki, müsəlman ölkələri də bu yanaşma üçün əsas verir.

*   *   *

Hələ bir əsr əvvəl Üzeyir bəy müsəlman aləminin məzlumluğundan, Sabir və Mirzə Cəlil cahilliyindən, F.Köçərli yarımçıqlığından, İ.Qaspiralı fikir və zehniyyət donuqluğundan şikayətlənirdi. Şərqin “mürgülü” təbiətindən gileylənən Ə.Ağağoğlu da, onun müəllimləri H.Zərdabi və S.C.Əfqani də müsəlmanların sivilizasiydan kənarda qalmasının bir səbəbini  ifrat dindarlıqda görürdülər. Onlardan çox-çox əvvəl isə zülmətdə işıq axtaran Mirzə Fətəli müsəlman Şərqində nadanlığı və mövhumatı nəfəs dərmədən qamçılayırdı.

Millətə ürək yanğısı ilə deyilən tənqidlər öz yerində, amma doğrudanmı, bir toplumun geriliyində dini mənsubiyyət  bu qədər həlledici rol oynayır? Elədirsə, bəs onda Latın Amerikası və ya Afrikada başqa dünyəvi dinlərə mənsub olan xalqların zillət çəkməsinə səbəb nədir? Nəyə görə bu məmləkətlər yoxsulluğun, cəhalətin, korrupsiya və terrorun cəngindən xilas ola bilmir? Deməli, cəmiyət həyatına və insan taleyinə dinlə yanaşı başqa amillər də təsir edir. Siyasi rejim, iqtisadi şərait, ümumi mədəni səviyyə, mentalitet və s. bu amillər sırasındadır.

Şübhəsiz ki, İslam dininin təşəkkülü bəşər tarixində yeni era açdı, insanların Yaradanla, cəmiyyətlə, bir-birləri ilə ünsiyyətinə yeni rəng gətirdi. Həyatın mənası haqqında yeni düşüncələr yeni əxlaq və yeni davranış tərzi formalaşdırdı. “Quran” insanları ədalətə, mərhəmətə, sülhə və  barışığa səslədi, elmə yiyələnməyin vacibliyini göstərdi. Lakin zaman keçdikcə İslamın yayıldığı ölkələrdə tərəzinin gözü əyildi, yerli hakimlər bu dindən insanları itaətdə saxlamaq, onlara mütilik aşılamaq vasitəsi kimi istifadə etməyə başladılar.

Nəticədə hələ orta əsrlərdə dini dövlətdən ayırıb ELMƏ qucaq açmış Avropadan fərqli olaraq, müsəlman Şərqinin istibdad rejimləri islam dininin lövbərini daha dərinlərə buraxdı. Din xadimləri islamdakı yasaqları qabardaraq insan beynini, şüuru, düşüncəni də çəpərləməyə çalışdılar. Əlbəttə, elm və zəka sahibi kimi irəli çıxanlar tapıldı, amma bütövlükdə müsəlman aləmi bu şəraitdə dünyaya dar qəfəsdən baxmağa məhkum edildi. Bir tərəfdən Şərq müstəbidlərinin amansızlığı, digər tərəfdən dinin məişətdəki rolu yüz illər boyu hüquqsuz və məzlum kütlələr yetişdirirdi. Bu kütləyə yalnız yaxşı rəiyyət olmaq fikri aşılanırdı. Bax, müsəlman dünyasının bügünkü naqislıkləri, inkişafa mane olan fəsadlar əsrlər boyu iliyə hopmuş o mütilik psixologiyasından qaynaqlanır. Həmin psixologiyanı incələyən alimlər çağdaş dünyada müsəlmanların geriliyinin beş səbəbini göstərirlər.

Əsas səbəb təhsilsizlik və elmsizlik, bunun nəticəsi kimi elliklə savadsızlıq, cahillik və nadanlıqdır. Bunun çarəsi, təbii ki, keyfiyyətli təhsildədir.

İkincisi, kasıblıq və kütləvi yoxsulluqdur. Bunun da çarəsi azad biznesin inkişaf etdirilməsi, sərbəst bazar iqtisadiyyatının qurulmasıdır.

Üçüncü problem fərdlərdən tutmuş, ta dövlətlərarası münasibətlərə qədər hər yerdə konfliktlərin, aramsız ziddiyyət və münaqişələrin tüğyan etməsidir. Bunun çarəsi isə dialoqda, xoş niyyətdə və barışdadır.

Geriliyin dördüncü səbəbi müsəlman əhlinin hədsiz mütiliyi, öz haqqını müdafiə edə bilməməsi, hər şeydən çəkingənliyi və qorxaqlığıdır. Düzü, bunun çarəsinin nədə olduğunu deməyə adam çətinlik çəkir.

Beşinci səbəb kimi müsəlman toplumunda ölçü hissinin gözlənilməməsi, insanların heç bir məsələdə öz nəfslərinə hakim kəsilə bilməməsidir. Bu halın çarəsi əvvəldəki iki səbəbin aradan qaldırılmasındadır.

Əlbəttə, bu fikirləri oxuyanda ağlınıza geriliyə səbəb olan daha çox amillər gəlir, amma indiki halda elə bunlar üzərində düşünmək də kifayət edər.

Bilirəm, bəzilərinizin ürəyindən keçir deyəsiniz ki, bu gün nizamı pozulmuş dünyada müsəlmanların bir problemi də onların qüsurlu idarəçilik sistemində yaşamaları, yəni islam ölkələrinin çoxunda monarxiya və avtoritarizmin hökm sürməsidir. Təbii ki, ortada ərəb şeyxləri, M.Qəddafi, S.Hüseyn, H.Mübarək, hələ də hakimiyyət üçün çarpışan B.Əsəd kimi “nümunələr”in olması adamlarda bu qənaəti gücləndirir. Amma gəlin, razılaşaq ki, hakimiyyət hərisliyi dini mənsubiyyətlə yox, insan xisləti ilə bağlıdır. Oturduğu kreslodan yapışıb qopmaq istəməmək, ömür boyu hakimiyyətdən sallaşıb qalmaq xasiyyəti Amerika, Afrika və Asiya qitələrində müsəlman olmayan bir çox ölkələrin liderlərinə də xasdır. Yəni burada bir səmavi din olaraq İslamı günahlandırmaq doğru deyil.

*   *   *

P.S. Yazının sonuncu abzasının müsəlman dünyasında yeganə demokratik ölkə sayılan Türkiyə Cümhuriyyətində siyasi sistemin dəyişdirilməsi, yəni parlament idarəçiliyinin prezident üsul-idarəsi ilə əvəzlənməsi üçün keçirilmiş referenduma heç bir aidiyyəti yoxdur”¦(ayna.az)

loading...
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir...
Bərdə RİH-də Koronavirusa qarşı Operativ Qərargahın növbəti iclası keçirildi - FOTOLAR
"Diplomatik manevrlər etmək lazımdır, lakin..."
"Rusiyaya yaxınlaşmaq, Rusiyadan uzaqlaşmaqdan daha qorxuludur..."
ABŞ Qarabağ məsələsində “demokratik” Paşinyandan necə məyus oldu... - FOTO
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
“Azyaşlıya sataşan müəllim ən azı 15 il azadlıqdan məhrum edilməli idi...”
Gündəm
“Ölkəmizdə belə bir bazanın yaradılması nə Türkiyəyə, nə də Azərbaycana lazımdır, çünki...”
Şou-biznes
“Şəhidlərimizdən sonra bu günü təmtəraqlı keçirmək bizə yaraşmaz...”
Cəmiyyət
"Bu cür tərbiyyəsiz şeirlər, tərbiyyəsiz adamların tərtib etdiyi kitablarda ola bilər..."
Gündəm
Ermənilər Xocavənd şəhərində 115 yeni mənzil tikməyə başladı...- FOTOLAR

Yazar
Seymur Verdizadə
"Oğlunu vəzifəli, pullu kişilərin qızlarıyla evləndirmək istəyən ən azı 20 adam görmüşəm..."
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
Boşandığı deyilən cütlükdən ilk açıqlama Kənandan gəldi: "Başını ağrıtma... "
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
Lukaşenko ailə üzvlərini Türkiyəyə qaçırtdı?..- GƏRGİNLİK ARTIR!..
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247