Xəbər lenti
15/12/2019 [00:43]:
“Qalatasaray” qələbəni son dəqiqədə əldən verdi - VİDEO
15/12/2019 [00:34]:
Rusiyada ərzaq anbarında güclü yanğın olub
14/12/2019 [23:57]:
"Bu qərar Ermənistanın Türkiyə ilə münasibətlərini daha da pisləşdirəcək..."
14/12/2019 [23:53]:
İranda məktəblər tətilə buraxıldı - SƏBƏB
14/12/2019 [23:47]:
Göyçayda 300 baş cücə yanaraq tələf olub
14/12/2019 [23:45]:
MSK BAXCP-nin səlahiyyətli nümayəndələrini qeydə alıb - Adlar
14/12/2019 [23:36]:
Azərbaycanlı tələbə Türkiyədə binadan yıxılaraq ölüb
14/12/2019 [23:18]:
Hindistanda etirazlar zamanı azı 5 qatar və 15 avtobus yandırılıb
14/12/2019 [23:14]:
Şəmkirdə 75 yaşlı piyadanı avtomobil vurub
14/12/2019 [23:09]:
Azərbaycanlı futbolçu üçün erməni baş məşqçi
14/12/2019 [22:32]:
Deputatlar "Lider" televiziyasında Parlamentin buraxılmasının səbəbini açıqladılar - VİDEO
14/12/2019 [22:30]:
Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçildi
14/12/2019 [22:27]:
“Azərbaycan Milli hərəkatı: dünən və bu gün” mövzusunda geniş dəyirmi masa keçirdi- FOTOLAR
14/12/2019 [22:12]:
Rusiyadan gələn kosmetika Azərbaycana buraxılmadı - FOTO
14/12/2019 [22:07]:
“Əsl kişi ailəsinin yanında olar” - Narkotikə görə həbs olunan musiqiçi - VİDEO
14/12/2019 [22:05]:
Bu ölkənin sabiq prezidenti korrupsiya ittihamı ilə 2 illik həbs olundu
14/12/2019 [21:57]:
Nigeriyada "Boko Haram" silahlıları şəhərə hücüm edərək 15 nəfəri qətlə yetirib
14/12/2019 [21:16]:
Safuradan səhnəyə qayıtması ilə bağlı açıqlama
14/12/2019 [21:12]:
Çində mədəndə su sızması nəticəsində 3 nəfər ölüb, 15 nəfər itkin düşüb
14/12/2019 [21:12]:
İnan dünyagörmüş bu yalquzağa, canın qurtaracaq zülümdən, quzu...
14/12/2019 [20:43]:
FHN-in Mətbuat Xidməti yanğınla bağlı məlumat yayıb
14/12/2019 [20:37]:
Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub
14/12/2019 [20:32]:
Antarktidada planetin quru hissəsində ən dərin çökəklik aşkarlanıb
14/12/2019 [20:26]:
“Nəsimi ili” ilə bağlı “Nəsimi və aşıq” sənəti mövzusunda tədbir keçirildi -FOTOLAR
14/12/2019 [19:57]:
Səxavət Məmmədovun Amerikadakı yadigarı - FOTOLAR
14/12/2019 [19:47]:
"Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib"
14/12/2019 [19:44]:
Nəsimi rayonunda baş verən yanğında iki avtomobil yanıb
14/12/2019 [19:42]:
"Yanğın olan əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub, xəsarət alan yoxdur"
14/12/2019 [19:01]:
“Lazarev klubu”nun bu dəfəki iclası birbaşa Putin tərəfindən maliyyələşdirilib...
14/12/2019 [19:00]:
"Valideynlərə üzümü tutub deyirəm ki, qızlara imkan verin voleybol oynasınlar, inkişaf etsinlər"
14/12/2019 [18:59]:
"3-cü mikrorayon bazarı"nda baş verən yanğın söndürülüb
14/12/2019 [18:57]:
Nəsimi rayonunda baş verən yanğında xəsarət alan olmayıb
14/12/2019 [18:56]:
Etibar Mirzəyev yanğın yerində
14/12/2019 [18:45]:
Bakıda "3-cü mikrorayon bazarı" yanır - YENİLƏNİB + VİDEO
14/12/2019 [18:20]:
"Mehriban Əliyevanın Moskvaya səfəri Azərbaycanla Rusiya arasındakı dostluğun əyani sübutudur"
14/12/2019 [18:18]:
Yanğınla əlaqədar 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət tam məhdudlaşdırılıb
14/12/2019 [18:10]:
Məsut Özil Həzrəti Əlidən sitat gətirdi
14/12/2019 [18:01]:
"ABŞ-dan “Patriot” sistemini almağa hazırıq, buna cavab gözləyirik"
14/12/2019 [17:58]:
Bakıda "3-cü mikrorayon bazarı" yanır
14/12/2019 [17:56]:
Boşandıqdan sonra ilk dəfə Bred Pitt Milad bayramını uşaqları ilə qeyd edəcək - FOTO
14/12/2019 [17:32]:
Polis Cəlilabadda xüsusi əməliyyat keçirdi - FOTOLAR
14/12/2019 [17:21]:
"Qarabağ" ölkəmizə qarşı olan təxribatlara qarşı yaxşı bir silahdır"
14/12/2019 [17:21]:
“Ürəyim ağrıyır, Xudu müəllim haqqında danışa bilmirəm, heyf...”
14/12/2019 [16:47]:
Amerikalı qız “öpüş xəstəliyi”ndən dünyasını dəyişdi
14/12/2019 [16:47]:
AMİP Siyasi Şurasının növbəti iclası keçirilib
14/12/2019 [16:44]:
Həbib amerikalı idmançı ilə bu tarixdə görüşəcək
14/12/2019 [16:42]:
71 nəfərin namizədliyi təsdiq olundu
14/12/2019 [16:40]:
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib
14/12/2019 [16:36]:
İlham Əliyev icra başçısını təltif etdi
14/12/2019 [16:24]:
Yüzlərlə ailənin yaşadığı Bamyan vadisindəki mağaralar- FOTOLAR
14/12/2019 [15:49]:
Bakıda dünyanın ən görkəmli tibb mütəxəssisləri bir araya gəldi
14/12/2019 [15:38]:
Bu olmasaydı, insan ömrü at ömrü qədər qısa olardı: Alimlərdən maraqlı araşdırma...
14/12/2019 [15:33]:
Vahid Mustafayevin mağazasından 36 min manatlıq oğurluq: Qol saatlarını taladılar...
14/12/2019 [15:32]:
"Təhlükəsizlik Xidməti polisi, polis də  öz növbəsində bu qurumu izləyəcək...”
14/12/2019 [15:28]:
Azərbaycan Azad Respublikaçılar Partiyası Ali Məclisinin toplantısı keçirilib
14/12/2019 [14:44]:
Məşhur aparıcının evinə polis basqını-Əlləri qanlar içində saxlanıldı- FOTOLAR
14/12/2019 [14:39]:
İran ABŞ hərbi bazasını hədəf aldı, dövlət katibi qətiyyətli cavabla hədələdi
14/12/2019 [14:33]:
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb
14/12/2019 [14:30]:
ABŞ yeni raketlərin istehsalını artırır
14/12/2019 [14:27]:
Yol qəzalarına görə bu rayonlarda qaz təminatı dayandırıldı
14/12/2019 [14:25]:
Tayvanda yanğın zamanı 7 nəfər ölüb
14/12/2019 [14:25]:
Fahriyə Evcən-Burak Özçivit cütlüyü oğullarının üzünü göstərdi - FOTO
14/12/2019 [14:15]:
MTRŞ tezliklərin dəyişdirilməsinin səbəblərinə aydınlıq gətirib
14/12/2019 [14:13]:
Ərdoğan Qənirə Paşayevanın şeirini oxudu - VİDEO
14/12/2019 [14:10]:
“Hay-küylə danışıb gerçəkləri malalamaqdansa, lal-dinməz oturmaq yaxşıdır...”
14/12/2019 [14:07]:
Qənirə Ataşovadan maraqlı -FOTOLAR
14/12/2019 [14:03]:
“Qarabağ münaqişəsinin qurbanları haqqında beynəlxalq təşkilatlar ətraflı məlumatlandırılmalıdır”
14/12/2019 [14:03]:
Bakıda avtoxuliqan xanım qəza törətdi: İnsanlara hücum çəkdi - VİDEO
14/12/2019 [14:00]:
Avropalı deputat AzTV-dən yazdı...
14/12/2019 [13:33]:
FHN-də “Eurohome”dakı yanğınla bağlı müşavirə – Nazir müavini tapşırıqlar verdi
14/12/2019 [13:32]:
"Türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək"
14/12/2019 [13:27]:
Azərbaycanlı olimpiya ÇEMPİONLARI –Onlar indi nə işlə məşğuldurlar?
14/12/2019 [13:25]:
Bazar gününün HAVA PROQNOZU
14/12/2019 [13:05]:
“Tekfen” şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb
14/12/2019 [13:02]:
LG şirkətinin 94 yaşlı rəhbəri vəfat edib
14/12/2019 [12:51]:
Dörd rayonda 760 fərdi evə qaz verildi
14/12/2019 [12:50]:
Eldar Həsənov ilin ən fəal səfiri seçildi
14/12/2019 [12:46]:
Kürdəxanı qəsəbəsində evlər su altında qaldı - Fotolar
14/12/2019 [12:44]:
Parkda öldürülən tələbənin qatili 13 yaşlı uşaq çıxdı - FOTO
14/12/2019 [12:40]:
“Bəlkə, başqa London var, xəbərimiz yoxdur?”
Bütün arxiv bir sırada
20/04/2017 [01:20] - Cəmiyyət - ( 2395 dəfə baxılıb)

“Azərbaycan Milli Kimliyinin formalaşması və müasir vəziyyəti” mövzusunda tədbir keçirilib



Moderator.az xəbər verir ki, “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan Milli Kimliyinin formalaşması və müasir vəziyyəti” başlıqlı tədbir keçirildi. Tədbirdə eyni zamanda “Azərbaycan Milli Kimliyi” kitabının təqdimatı olub.

“Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü bildirdi ki, 12 yaşını tamamlayan təşkilatın fəaliyyətinin böyük bir qismi milli kimlik mövzusunun araşdırılmasına həsr olunub. O, deyib ki, cəmiyyətdə milli-mənəvi dəyərlərimizə, tarixi şəxsiyyətlərimizə, soykökümüzə qarşı olan hücumlar mövzunun bu gün üçün də çox aktual olduğunu göstərir. M.Göyüşlü 2013-cü ildə “Milli-Mənəvi Dəyərlər və Milli Kimlik” layihəsini icra etdiklərini, yekunda “Azərbaycan Milli Kimliyi” kitabını ərsəyə gətirdiklərini vurğuladı. O, kitabdakı məqalələrdən bəhs etdi. M.Göyüşlü müəyyən nöqsanlara baxmayaraq ortaya qoyulmuş bu nəşrlə ciddi nəticə əldə etdiklərini açıqladı. O, bundan sonra da bu istiqamətdə geniş çalışmalar həyata keçirmək niyyətində olduqlarını dedi. Çıxışçı bu mövzuya həsr olunmuş ayrıca bir saytın yaradılmasını nəzərdə tutuduqlarını dedi. Onun sözlərinə görə təşkilatın tərkibində fəlsəfə doktoru Aqil Eyvazovun rəhbərliyi altında “Milli Kimlik” Araşdırma Mərkəzinin yaradılıb. M.Göyüşlü həmin mərkəzin təşkilatçılığı ilə müzakirələrin ictimai, elmi, ideoloji istiqamətdə olacağını vurğuladı. Çıxışçı eyni zamanda bu istiqamətdə çalışan dövlət qurumlarına da yaxından kömək etməyə hazır olduqlarını söylədi.

“Azərbaycan Milli Kimliyi” kitabında Nadir şah Əfşarla bağlı məqalənin müəllifi, AMEA Tarix İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Hacı Həsənov akademik İqrar Əliyev haqqında müsbət fikirlər söylədi. O, Nadir şah Əfşarın timsalında nümunə göstərərərk insanlarımızın əksər tarixi şəxsiyyətlərimizi tanımamasını təəssüflə qeyd etdi. H.Həsənov məhz bu səbəbdən təklif edib ki, milli kimlik mövzusunda daha geniş müzakirələr aparılsın. Tarixçi milli məsələlərdə, dövlətçilik istiqamətində geniş fəaliyyətin tərəfdarı olduğunu açıqladı.

“Azərbaycan Milli Kimliyi” kitabında ümummilli lider Heydər Əliyevlə bağlı məqalənin müəllifi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Yusif Alıyev milli kimliyimizə kənardan çox müdaxilələr olduğunu söylədi. Onun sözlərinə görə nəşrdə ziyalıların milli kimliyimizə baxışı əks olunub. O, bildirib ki, Heydər Əliyevlə bağlı məqaləni hazırlayarkən arxivlərdə çox maraqlı faktlarla rastlaşıb və bunları məqalədə əks etdirib. Y.Alıyev ümummilli liderin milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən danışıb.

“Azərbaycan Milli Kimliyi” kitabında Şirvanşahlar haqqında məqalənin müəllifi, AMEA Tarix İnstitutunun əməkdaşı Dilavər Əzimli bildirdi ki, Azərbaycan tarixini qalib dövlətlər yazdığı üçün milli kimlik məsələsinə ciddi zərbə vuruldu. Avropalının öz dini kitablarını təhqir etmədiyini diqqətə çatdıran D.Əzimli bizdə dini kitabın, o cümlədən tarixi şəxsiyyətlərimizin, dəyərlərimizin təhqir edilməsindən narazılığını büruzə verdi. O, tarixi və coğrafi təfəkkürün milli kimlikdə birləşdiyini söylədi. Tarixçi, Şirvanşahların dini həyatından bəhs edərək dini tolerantlığın yüksək səviyyədə təmin olunduğunu açıqladı. O, milli kimlik mövzusunun davam etdirilməsinin tərəfdarı kimi çıxış etdi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli bildirdi ki, bu cür müzakirələrin daha müntəzəm şəkildə keçirilməsinin tərəfdarıdır. Y.Məmmədli multikulturalizm haqqında danışaraq təmsil etdiyi qurumun gördüyü işlərdən bəhs etdi. O, azərbaycançılıq, azərbaycanlı kimi anlayışlarından söz açdı. Çıxışçı azərbaycanlı anlayışının Azərbaycanda yaşayan hər kəsi birləşdirdiyini vurğuladı və bunun reallaşdırılmasında Heydər Əliyevin rolundan bəhs etdi. Y.Məmmədli Multikulturalizm Mərkəzinin hazırladığı “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında danışdı.

“Azərbaycan Milli Kimliyi” kitabındakı Azərbaycan ziyalılarının Rusiya müsəlmanlarının birliyi ilə bağlı gördüyü işlərlə bağlı məqalənin müəllifi, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu bildirdi ki, gələcəkdə nəzəri araşdırmalardan ibarət vahid bir kitab hazırlanmalıdır. Dünyada bu istiqamətdə çoxsaylı araşdırmaların aparıldığını deyən Y.Qaraqoyunlu qeyd etdi ki, milli kimliyi təşkil edən ünsürlər sistemli şəkildə işlənməlidir. O, təklif etdi ki, gələcəkdə həmin araşdırmanın hər fəsli bir araşdırmaçı tərəfindən işlənilsin: “Məsələn, “Milli kimlik və mədəniyyət”, “Milli kimlik və dil” və s. istiqamətdə çalışmalar aparılmalıdır”.

“Azərbaycan Milli Kimliyi” kitabında Babəklə bağlı məqalənin müəllifi, “Oğuz” müstəqil araşdırmaçılar qrupunun üzvü Ceyhun Bayramlı bildirdi ki, türk xalqları lokal milli təşəkkül tapmadıqca birlik qurmaq imkanları çətin olacaq. O, sovet imperiyasının milli kimliyimizə vurduğu zərbələrdən danışdı. C.Bayramlı azərbaycançılıq və türklük məsələlərinin bir-birinə qarşı qoulmasına etiraz edərək bunun məqsədli şəkildə həyata keçirildiyini vurğuladı. Onun sözlərinə görə etnik kimlik, dini kimlik, vətən kimliyi birləşərək milli kimliyi təşkil edir: “Burada milli-mənəvi dəyərlər mühüm amil təşkil edir”. C.Bayramlı hesab edir ki, şəxsiyyətlərin deyil ideyaların müzakirəsinə üstünlük vermək lazımdır. C.Bayramlı kitabda Babəki hökmdar kimi təqdim etdiyini və bununla bağlı bir sıra faktları əks etdirdiyini dedi.

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, iş adamı Arzuman Abdulkərimov bildirdi ki, ilk dəfə 1987-1988-ci illərdə milli kimliklə, soykökümüzlə bağlı məsələlərlə maraqlanıb. O, daim türk-islam dəyərlərinə üstünlük verdiyini vurğuladı. A.Abdulkərimov görülən işlərin geniş şəkildə təqdim edilməsinə ehtiyac olduğunu qeyd etdi. O, türklüyə qarşı son dövrlərdə edilən hücumlardan narazılığını gizlətməyərək bunları qanyıb.

“Birlik” jurnalının redaktoru İlqar İlkin türklüklə bağlı gördükləri işlərdən danışaraq bu istiqamətdə sıxıntı yaşamadıqlarını açıqladı. O, Gürcüstanda qarapapaq türkləri adı altında görülən çalışmalardan narazılığını dilə gətirdi. İ.İlkin Gürcüstanda azərbaycanlılarla bağlı görülən bir sıra işlərdən də bəhs edib. Redaktor tarixi şəxsiyyətlərimizə olan münasibətdən bəhs edərək onları daha çox təbliğ etməli olduğumuzu vurğuladı.

Türkiyənin Karabük Universitetinin dosenti Ali Asker bildirdi ki, türklük məsələsi, türklərin problemi dünyanın hər yerində aktual bir mövzudur. O, Türkiyədə məzhəb və din amilinin türklüyə qarşı qoyulmasının yaratdığı çətinliklərdən bəhs etdi. O, milli kimliyin, türklüyün genetik mövzu olmasından daha çox bir ruh məsələsi olduğunu qeyd etdi. A.Asker Gürcüstandakı türklərlə bağlı həyata keçirdikləri araşdırmalardan, nəşr etdikləri kitabdan danışdı. O, Gürcüstanda demokratikləşmə prosesinin getdiyini, lakin bunun altında eyni zamanda gürcü millətçiliyinin olduğunu söylədi.

Tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov bildirdi ki, millətin, dövlətin öz kökünü quracağı dörd əsas sütun var: “Bunlar tarix, mədəniyyət, dil-ədəbiyyat, inancdır. Bunları bir-birinə qarşı qoymaq düzgün deyil. Bu gün minlərlə əsgərimiz var, amma Mübariz İbrahimov olması üçün dördüncü ayaqdan qidalanma olmalıdır”.

Sosioloq Əhməd Qəşəmoğlu türklüyü islam dini olmadan təsəvvür etmədiyini açıqladı. O, sufizmdən bəhs edərək bu istiqamətdə konkret misallar çəkdi: “Həyatda imanla idrak yanaşı olmalıdır. İman idraksız olanda cəhalət baş verir, idrakın yanından iman çəkiləndə vəhşilik başlayır. Bunlar bir-birini tamamlayanda ahəng yaranır”.

Bakı Slavyan Universitetinin dosenti Dürdanə Tahirli elmi çalışmalarla yanaşı tariximizi, tarixi şəxsiyyətlərimizi geniş kütləyə sevdirmək üçün təkliflərlə çıxış etdi.

“Milli Kimlik” Araşdırma Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Aqil Eyvazov gələcək fəaliyyətlərdən bəhs etdi. O, tarixi şəxsiyyətlərimizi, tariximizi geniş kütləyə sevdirməyə çalışacaqlarını, bu istiqamətdə çalışmalar həyata keçirəcəklərini vurğuladı. 

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
loading...
loading...
Ərdoğan Qənirə Paşayevanın şeirini oxudu - VİDEO
200 il yaşamağın sirrini kəşf edən 11 dəfə Həccdə olan 83 yaşlı kişinin möcüzəsi + VİDEO
Polisdən qaçan oğrular bu cür yaxalandı - MARAQLI...+ VİDEO
“İlham Əliyev Cavid Qurbanovu buna görə təriflədi…”
"Mən özüm münaqişədən sonra Yerevanda 3 dəfə mətbuat konfransı keçirmişəm və..."
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Yüzlərlə ailənin yaşadığı Bamyan vadisindəki mağaralar- FOTOLAR
Maraqlı
Bu olmasaydı, insan ömrü at ömrü qədər qısa olardı: Alimlərdən maraqlı araşdırma...
Maraqlı
"Təhlükəsizlik Xidməti polisi, polis də  öz növbəsində bu qurumu izləyəcək...”
Gündəm
“Qarabağ münaqişəsinin qurbanları haqqında beynəlxalq təşkilatlar ətraflı məlumatlandırılmalıdır”
Cəmiyyət
“Zorlanma faktı yaxın adamlar tərəfindən törədildiyi üçün qadınlar bu haqda düşünmür...”
Həftənin ən çox oxunanları
"Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" - Bakıda ŞOK OLAY - VİDEO
Pərvin Abıyeva: “Mənim üçün sevgidə yataq...” - VİDEO
İnsanların çoxu bu məsələdə seksdən daha çox həzz alır - Alimlərdən inanılmaz tədqiqat
Bacısını efirə çıxartdı, əri zəng edib dalaşdı - Gərgin anlar
Tolik Damla ilə bağlı şok video yaydı: “Bəlkə də buna görə mənimlə düşmən olacaqsan” - VİDEO
Deputat keçmiş baş nazirin qızını 3 dəfə zorladı - atası susmağı tələb etdi...- RƏZALƏT
"Zaur məni çağırmışdı oxumağa, çağırmamışdı ki, deyə ki, Elnarə ev tikdirir..." - İRAD
Xoşqədəm ATV və ANS-dəki - MƏVACİBİNİ AÇIQLADI
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər ola bilər
"Fərhad Əhmədov Azərbaycana dönəndə hiss etmişdim ki, bu, xoşniyyətli dönüş deyil..."
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247