Xəbər lenti
08/04/2020 [19:32]:
Rusiya hərbçilərinin sanitar qismində  Qarabağa soxulmaq ehtimalı da meydana çıxdı…
08/04/2020 [19:31]:
İranı koronavirusla yox etmək... – Şok plan
08/04/2020 [19:26]:
Azərbaycanda koronavirusa yoluxanlardan 37-nin durumu ağırdır
08/04/2020 [19:24]:
Vaxtı bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadıldlı
08/04/2020 [19:10]:
Koronaviruslu xəstələrdən 37-nin vəziyyəti ağırdır, onlardan 20-dən çoxu “Yeni klinika”da müalicə alır
08/04/2020 [19:06]:
Azərbaycanda karantinə yerləşdirilənlərin sayı açıqlandı
08/04/2020 [19:06]:
Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ
08/04/2020 [19:05]:
Azərbaycanda koronavirusa yoluxan 84 yaşlı şəxs sağalıb
08/04/2020 [19:04]:
TƏBİB sədri: "Koronavurusu yayanlar daha çox xəstəlik əlaməti olmayan şəxslərdir"
08/04/2020 [19:03]:
Müsəlləyə çıxmaq nədir və bu necə olmalıdır?
08/04/2020 [19:01]:
"Özünə ziyalı deyən bir xanımın belə bir böhtançı adını öz üzərinə götürməsi düşündürücüdür"
08/04/2020 [18:59]:
Rusiya özünün edə bilmədiyini koronavirusun edəcəyinə ümid edir: Türk ordusu ilə bağlı bəd arzu...
08/04/2020 [18:53]:
Ramin Bayramlı: "Modul tipli xəstəxanaların qurulmasına başlanılıb"
08/04/2020 [18:52]:
Keçmiş nazir müavini Paşinyanı məhkəməyə verib – Böhtana görə
08/04/2020 [18:52]:
Mer arvadını həbs etdirdi: karantinə görə...
08/04/2020 [18:39]:
Yoluxma riski böyük olan ərazilər açıqlanıb
08/04/2020 [18:37]:
PA rəsmisi: "Ərzaq tədarükü ilə bağlı tapşırıqlar verilib”
08/04/2020 [18:32]:
“ İnsan kasıbla, yetimlə, kimsəsizlə özünü reklam edər?! ” – Kamil Zeynallı
08/04/2020 [18:31]:
Qara dəliyin görüntüsü yayıldı - VİDEO
08/04/2020 [18:26]:
“Namazı məsciddə qılmaq vacib deyil” - İlahiyyatçı
08/04/2020 [18:24]:
Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var - Nazirlər Kabineti
08/04/2020 [18:22]:
Azərbaycanda bir tibb işçisi koronavirusa yoluxub
08/04/2020 [18:16]:
Prezident qələbə vəd etdi: “Koronavirusa qalib gələcəyik!”
08/04/2020 [18:14]:
Xüsusi karantin rejimi sərtləşdirilə və uzadıla bilər - RƏSMİ AÇIQLAMA + VİDEO
08/04/2020 [18:04]:
“İcazəsiz”
08/04/2020 [18:00]:
QHT Şurasında növbəti ictimai müzakirə "Koronavirusla bağlı tibbi maarifləndirmə" mövzusuna həsr olunacaq
08/04/2020 [17:48]:
TƏBİB sədri həyəcan təbili çalır: “Bu halda bizi acı nəticələr gözləyə bilər”
08/04/2020 [17:44]:
Azərbaycanda mart ayı üzrə gündəlik neft hasilatının həcmi açıqlanıb
08/04/2020 [17:34]:
Koronavirusun aşkarlanması üçün Gəncə və Naxçıvanda laboratoriyalar qurulub
08/04/2020 [17:30]:
“Dondurma yeməsinə qadağa qoyulmuş uşaq kimi küsməyin” - Zelenski
08/04/2020 [17:27]:
"Onların günahı azərbaycanlı olmaları idi..." - Ağdaban soyqırımından 28 il ötür + VİDEO
08/04/2020 [17:26]:
“Sərhədlər bağlansa da, müstəsna hallar olur, son iki gündə Rusiyadan cənazələr gətirilib”
08/04/2020 [17:21]:
Bakıda ağır yol qəzası baş verib, xəsarət alan var -VİDEO
08/04/2020 [17:20]:
Ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb - Operativ Qərargah
08/04/2020 [17:17]:
Azərbaycan millisinə görə federasiyaya pul ödəniləcək
08/04/2020 [17:16]:
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM
08/04/2020 [17:16]:
Karantinə görə cəzalandırılanların sayı açıqlandı
08/04/2020 [17:14]:
Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan artıq vəsait yığılıb
08/04/2020 [17:13]:
Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb
08/04/2020 [17:03]:
Ağdaban soyqırımından 28 il ötür
08/04/2020 [17:01]:
“Ölkə başçısı xalqa müraciətində gələcək fəaliyyətimizə kifayət qədər aydınlıq gətirib...”
08/04/2020 [17:00]:
Milli Məclisin növbəti plenar iclası sabah keçiriləcək
08/04/2020 [16:59]:
Boris Consonun səhhəti barədə son AÇIQLAMA
08/04/2020 [16:59]:
OPEC+ ölkələrinə qarşıdakı aylar üçün neft bazarının inkişaf ssenarisi təqdim edilib
08/04/2020 [16:20]:
İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi
08/04/2020 [16:15]:
Bu rayonlar üzrə pensiyalar köçürüldü - YENİLƏNİB
08/04/2020 [16:14]:
“Koronavirusla mübarizədə ikinci və daha çətin mərhələyə başlayırıq” - Ruhani
08/04/2020 [16:14]:
Dövlət Agentliyinin səlahiyyətləri artırıldı - FƏRMAN
08/04/2020 [16:06]:
Azərbaycanda ünvanlı sosial yardım alanların sayı artdı
08/04/2020 [16:04]:
Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu
08/04/2020 [16:03]:
Tibbi tullantıların utilizasiyası necə həyata keçirilir?
08/04/2020 [15:57]:
“Yaxın bir neçə il üçün doğum göstəriciləri aşağı düşə bilər” - Koronavirusa görə
08/04/2020 [15:56]:
"Akif Çovdarovun bundan sonrakı işi..." - Təhlükəsizlik zabiti MTN generalının hədəfini açıqladı
08/04/2020 [15:53]:
Baş nazir Milli Məclisə videohesabat verəcək
08/04/2020 [15:46]:
"59 yaşında, ailəli bir müəllimin məktəbli qıza təcavüz etməsi əclaflıqdır..."
08/04/2020 [15:35]:
Pandemiya elan edən ÜST-ün emblemində 13 yəhudi qəbiləsi və 33 masonluq dərəcəsi rəmzləri?.. 
08/04/2020 [15:27]:
Koronavirusla bağlı mübahisəli məsələlər haqqında RƏSMİ AÇIQLAMA
08/04/2020 [15:16]:
Ronaldoya kim sahib çıxacaq?
08/04/2020 [15:05]:
"Karantin qaydalarını lağ obyektinə çevirənlər düşüncəsiz insanlardır"
08/04/2020 [15:01]:
İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM
08/04/2020 [15:00]:
“Robinzon Kruzo kimi tək, darıxdırıcı həyat yaşayıram” - Əli Mirəlieylə “Evdə qal” söhbəti...
08/04/2020 [15:00]:
“Qısa müddətdə tibbi maska və dezinfeksiyaedici maddələrin istehsalına başlanılması təqdirəlayiqdir”
08/04/2020 [14:58]:
Məşhur müğənni koronavirusdan öldü
08/04/2020 [14:48]:
“Facebook” cütlüklərə yeni sosial şəbəkə təqdim etdi
08/04/2020 [14:40]:
Yeri pandemiya bürüdü, ABŞ-la Rusiya Ayı və Marsı tutmaq üçün mübarizəyə başladı
08/04/2020 [14:38]:
İspaniyanın bu qəsəbəsində korona yoxdur – Səbəb
08/04/2020 [14:36]:
Araz Ağalarov: “Karantindən çıxmaq lazımdır...”
08/04/2020 [14:33]:
ÜST-nin koronavirusa yoluxan əməkdaşlarının sayı açıqlandı
08/04/2020 [14:32]:
ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik
08/04/2020 [14:18]:
İranda koronavirusdan ölənlərin sayı 4 000-i ötdü
08/04/2020 [14:16]:
İspaniyada pandemiya qurbanlarının sayı 14,5 mini ötdü
08/04/2020 [14:10]:
Parlamentin sabahkı iclasına bəzi deputatlar qatılmayacaq
08/04/2020 [14:07]:
Karantin rejimi üçün saxta jurnalist vəsiqəsi hazırlayanlar həbs edildi
08/04/2020 [14:04]:
Ermənistanda koronavirusdan ölənlərin sayı 9-a çatdı
08/04/2020 [13:59]:
Bu ölkə geri dönən vətəndaşlarını sərhəddə ATƏŞLƏ QARŞILAYIB
08/04/2020 [13:50]:
İradə İbrahimova: "Toya gedə bilmədiyim üçün ATV mənə qadağa qoydu”
08/04/2020 [13:32]:
Türkiyə universitetlərində dərslər yayda keçirilə bilər
08/04/2020 [13:30]:
Gürcüstanda şəhər meri istefa verdi
08/04/2020 [13:25]:
“Vaksin tapılana qədər koronavirus yox olacaq”
08/04/2020 [13:22]:
"Dərs vaxtı" verilişinin aprelin 9-u üçün CƏDVƏLİ müəyyənləşib
Bütün arxiv bir sırada
07/02/2017 [22:45] - Köşə - ( 27509 dəfə baxılıb)

Putin kimin əmisi oğludur?

"Lukaşenkoya çətin olacaq, amma özünün dediyi kimi “o daha Avropanın sonuncu diktatoru deyil”
İlham İsmayıl

Belarus prezidenti Aleksandr Lukaşenko 7 saat 21 dəqiqə Rusiya hakimiyyətinin onun ölkəsinə qarşı aparılan siyasətindən narazılığını dünyaya açıq şəkildə bildirdi. 1994-cü ildən üzü bəri açıb-ağartmadığı giley-güzarını dilə gətirdi və son sözü bu oldu ki, biz qardaşıq, amma belə qardaşlıq olmaz. Bütün dünya qarşısında bəyan etdi ki, Belarusun müstəqilliyinə təhlükə Putin Rusiyasıdır. Narazılıq neft-qazın qiymətində deyil, söhbət ölkənin müstəqilliyindən gedir və Lukaşenko 7 saat bütün dünyadan dolayısıyla kömək istədi.

SSRİ dağılandan sonra Rusiya Federasiyasının bir nömrəli müttəfiqi, hər zaman  “biz də rusuq, sadəcə keyfiyyət nişanıyla” deyən, sovet sisteminin dağıdılmasının yanlış olduğunu hələ Putindən də əvvəl  rəsmən dilə gətirən Batkanın nə zamansa Rusiyaya arxa çevirəcəyini  təsəvvür etmək belə çətin idi. Sovet adamlarının xatirindədi,  Sovet İttifaqının, sovet rəhbərliyinin bir sözünü iki etməyən Monqolustan Xalq Respublikasını yarızarafat, yarıciddi  16-cı mütəffiq respublika hesab edirdilər. Belorusiya da müstəqilik əldə edəndən sonra apardığı siyasətə görə az qala Rusiya Federasiyanın subyektlərindən biri kimi qəbul olunurdu. Hələ Yeltsinin prezidentliyi dövründə Rusiya-Belarus İttifaqı yaratmağın qatı tərəfdarı A.Lukaşenko indi müstəqilliyin belarus xalqının tarixi nailiyyəti olduğunu bəyan edir, onu möhkəmlədəcəyini qəti şəkildə söyləyib, şimal qonşusuna işarə vurur ki, “o baban öldü”. Bu iki yaxın millətin,  provaslav din qardaşların , indiyədək aralarında dövlət sərhədləri olmayan ölkələrin arasında nə baş verdi ki, “xiyar əyri bitməyə “ başladı. 


Tarixə kiçik bir ekskurs etsək görərik ki, bu, rusların istər çar ,istər sovet imperiyaları dövründə, istərsə də Putinin hakimiyyəti illərində apardıqları yanlış siyasətin nəticəsidir. Vaxtilə rus qoşunlarının dayandığı  Qərbi Almanlyadan, Kubadan başlanan sərhəd indi Rostov, Pskov ətrafındadır. Belarusla dövlət sərhəddi yaradandan sonra sabah NATO-nun Smolensk, Bryansk  yaxınlığında qoşunlarının yerləşdirilməsi perspektivinə də  təəccüb etmək olmaz. Oradan Moskvaya  isə cəmi 400 km.məsafə var.
 
Bu ilin 12 fevralından  Avropa, Yaxın Şərq ölkələri, ABŞ-da daxil olmaqla bütövlükdə 80 ölkə Belarusa vizasız daxil ola biləcəklər. Bu Rusiyanı çox qıcıqlandırır və ötən həftədən Rusiya-Belarus sərhəddində dövlət sərhəd zolağı, nişanları quraşdırılmağa başlanıb.

Ukraynada baş verən hadisələrə-Krımın işğalına, Donbasdakı ”Rus baharı”na Lukaşenko dəstək vermədi, əksinə Ukraynaya yanacaq  göndərdi və “qardaş Ukrayna xalqı azadlığı uğrunda mübarizə edir”-dedi. Ukraynanı müdafiə etməklə Belarus prezidenti ölkəsinin də, özünün də müstəqilliyini qoruduğunu yaxşı bilirdi.  Hər il ”Azadlıq günü” (Den voli) adı ilə keçirilən marşlarda, nümayişlərdə millətçi belarusların Banderanın, Şuxeviçin portretlərini daşımasına da Batka göz yumdu və heç kimə mane olmadı. Belarus millətçiləri KİV-də əsas düşmən kimi Rusiyanı gördüklərini, əsrlərlə onlara zülm verdiklərini, əsil avropalı olduqları halda Qərbdən, Avropadan aralı düşmələrinə rusların bais olduqlarını açıq söyləməyə  başladılar. Rusiyanın Belarus ərazisində hərbi baza tikməsinə Lukaşenko imkan vermədi. Minskdə rusiyayönümlü ekspert və bloqerlər( Sergey Şiptenko, Yuriy Pavlovets, Dmitri Alimkin) millətlərarası təfriqə yaratdıqlarına görə həbs olundular. 


Belarus asta sürətlə Qərb sahillərinə yan alır. Artıq üç gündür ki, Rusiya mətbuatı , ekspertləri, jurnalistləri gecə-gündüz Lukaşenkonu, Belarus dövlətini az qala “vətənə xəyanətdə” suçlayırlar. “Hibrid müharibə” başlayıb, “tok-şoular”, analitik proqramlar işə düşüb.  Lukaşenko ruslar üçün  gülüş hədəfinə çevrilib. Bütün şərhlərdə qəzəb və hirs baş alıb gedir.  Eynilə Jirinovskinin, içi biz qarışıq, postsovet ölkələrinə olan sinik münasibəti bu günlərdə Belarusa yönəlib. Belarus tarixçilərinin tarixə yeni- həqiqi münasibəti Kremli qıcıqlandırır.Əsəbi halda soruşurlar ki, nədən belaruslar özlərini Reç ”“Pospolitanın tərkibi olan Böyük Litva knyazlığının varisləri hesab edirlər? Rusiya siyasiləri Lukaşenkonun Qərblə Rusiya arasında apardığı balanslı siyasəti kəskin tənqid edib, onu da Qəddafinin, Səddamın, Yanukoviçin taleyinin gözlədiyini yazırlar.  “İki stulda” (Qərb-Rusiya) oturmağın təhlükəli sonuclanacağını nəzərinə çatdırır, tezliklə Belarusda “Maydan” hərəkatının başlanacağı ilə hədələyirlər.  STOP. 
 Burda bir qədər dayanaq. Əgər, tezliklə Belarus hakimiyyəti üzvləri arasında , Lukaşenkonun yaxın ətrafı arasında satqınlar üzə çıxarsa, 5-ci kalonun fəaliyyətə başlasa , Belarusun rus əhalisinin hüquqlarını qorunması adı altında ölkədə qeyri-sabitlik, qarşıdurma, vətəndaş müharibəsi həddinə çatma müşahidə olunsa .., heç təəccüblənməyin. Belarus-Rusiya sərhəddində bir “Pridnestrovye” ( ad şərtidir) zolağı yaransa ..,yenə şaşırmayın. Bu Putin hakimiyyətinin sevimli siyasətidir. Məşədi İbad demiş o” bunu əvvəllər çox təcrübə edib”. Azərbaycanda Qarabağ, Gürcüstanda Abxaziya,Osetiya, Ukraynada Krım, Donbas ,Moldovada Pridnestrovye, Suriyada Hələb ... 
Bir neçə ildir ki, Rusiyanın Ukrayna ilə müharibə vəziyyətində olması davam edir, bu günlərdə Donbasda ağır döyüşlər gedir. Ukraynalılarla rusların qarşılıqlı nifrəti pik nöqtəsindədir. Səbəbkar kimdir? Putinin aqressiv siyasəti! Volqaboyunda, Rusiyanın ucqarlarında yoxsulluq həddinə çatan vətəndaşlarının dərdinə qalmaq əvəzinə Rusiyanın hələ dünya gücü olduğunu sübut etmək istəyir, ölkəsini sanksiyalarla üzbəüz qoyub, rusiyalı idmançılardan medallar geri alınır, onları beynəlxalq yarışlara buraxmırlar.Rusiya Putin dövründə təcrid-ölkəyə çevrilib. 


Bir neçə il əvvəl  bizim sosial şəbəkələrdə, hətta bəzi saytlarda yazdılar ki, (özü də sevinclə) Putin islamı qəbul edib. Əlbəttə bu yalandı. Amma, niyə məhz islamı? Ona görə ki, Putinin provaslav, xristian dostu yoxdur. Slavyan ölkələrinin  heç biri Putini, Rusiyanı sevmir. Serblər də ruslar kimi qatı şovinistlərdir,amma yenə də üzlərinü Qərbə tutublar. Bolqarıstanı Osmanlıdan Rusiya qurtarıb, amma NATO üzvü olmağı üstün bildilər. Ondan qaçırlar. Bircə Putin siyasətinə  sadiq islam ölkələridi. İran,Suriya,  Yəmən, Qazaxıstan, Orta Asiyanın postsovet dövlətləri, Azərbaycan. ( Ermənistanla məsələ aydındır və ən sürüşkən mövqedə olduqlarını Rusiya çox yaxşı bilir) Qanı bir, dini bir, dili bir Belarus, Ukrayna Putinə etiraz edə bilir,  biz Lavrovun cavabını vermək bir yana, ona sual verəni də işdən qovuruq. Putinin dostu olan ölkələrin Rusiyaya “məhəbbəti” iki şərt üstündə qurulub: bəziləri ölkələrini, bəziləri hakimiyyətlərini qorumaq üçün Putindən çəkinir. Belarus prezidenti çəkinmədi. Belarus dərs olmalıdı. Putin “qardaş Ukrayna”, “qardaş  Belarusiya” dediklərini sevmirsə , kimi sevəcək?  Bizi, 500 illik düşməniTürkiyəni, yoxsa hər an qəsb etməyə hazır olduğu Qazaxıstanı? Onun sevgisi saxtadır. Bunu anlamaq  bu qədərmi çətin? Putin qardaşını düşmən bilirsə, biz ona əmioğlumu olmaq istəyirik?  

Ona çətin olacaq, amma özünün dediyi kimi “o daha Avropanın sonuncu diktatoru deyil”. Aleksandr Lukaşenko həm öz hakimiyyətini, həm də Belarusun suverenliyini qoruya bildi...

Müsəlləyə çıxmaq nədir və bu necə olmalıdır?
"Qeyri-mümkün sanılan şey doğrudan da mümkün oldu – bir virus bütün dünyanı alt-üst etdi..."
Koronavirus müalicəsində bir ilk: Virusa qalib gələn həkim donor oldu...
Mübahisə etdiyi qonşusunu öldürən müəllim intihar etdi - FOTO
Bütün dünyanın gözlədiyi xəbər Çindən gəldi - 3 AY SONRA BİR İLK...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
Rusiya özünün edə bilmədiyini koronavirusun edəcəyinə ümid edir: Türk ordusu ilə bağlı bəd arzu...
Gündəm
Prezident qələbə vəd etdi: “Koronavirusa qalib gələcəyik!”
Cəmiyyət
“Robinzon Kruzo kimi tək, darıxdırıcı həyat yaşayıram” - Əli Mirəlieylə “Evdə qal” söhbəti...
Cəmiyyət
“Bu, Allahın bəlası olduğu üçün Çindən, Amerikadan yox, Ondan kömək istəməliyik...”
Dünya
"Koronavirus ABŞ-da qaraları öldürür" –“BBC”
Yazar
Seymur Əliyev
Bizi nəinki koronavirus, hətta cəhənnəm belə dəyişə bilməz
İlham İsmayıl
Dünya dəyişəcək, Qarabağ siyasəti necə?
Oqtay Qorçu
Koronavirusun siyasi coğrafiyası - Dördüncü yazı...
Şahin Quliyev
Koronavirus bizə nəyi sübut etdi?
Bəsti İsmayıl
"Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram..."
Sultan Laçın
Allahın bu vədini unutmayaq: “HƏR ÇƏTİNLİKDƏN SONRA BİR ASANLIQ GƏLƏR!..”
Həftənin ən çox oxunanları
Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok
48 saat içində "COVID-19"-un "atasını yandıran" dərman tapıldı - İVERMECTİN...
Kişi arvadını həyətdə yad adamla tutdu, cinsiyyət orqanın kəsdi - 18+VİDEO
Mütəxəssislər koronavirusun zəif nöqtəsini tapdı...
Putinin kurs yoldaşı onu koronavirusu dünyaya yaymaqda suçladı - ŞOK İTTİHAM...
Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı - FOTOLAR
Tibb bacıları koronavirusa görə soyunub, etiraz etdilər - FOTOLAR
İradə Zeynalova hər kəsi şoka saldı: “Rusiyada 40 min nəfər koronavirusdan ölüb” - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247